Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-64/2023 10.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 10 oktyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Cəlilabad Hərbi Məhkəməsinin 25 yanvar 2022ci il tarixli, 1-1(096)-04/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzası 01 (bir) il sınaq müddəti verilərək şərti hesab edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istifadə etdiyi özünə məxsus mobil telefonla yaşadığı Siyəzən şəhərinin A. Qaradağlı küçəsindəki 17 saylı evdə internet qlobal şəbəkəsindən istifadə etməklə +994 70 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi “Telegram” proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq, 2022-ci ilin dekabr ayında orada “X2” adlı kanal yaradıb, həmin səhifəyə məzmununda fikri ancaq cinsi-intim orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, insanı seksuallığın ayrı-ayrı anlarına, qıcıqlanma, ehtiras və ikrah hissinin yaranmasına yönəldən, insanın və erotikanın humanistliyini yox edən, seksual davranışın biədəb formada həyata keçirilməsi kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də, cinsi aktın həyata keçirilməsi proseslərini əks etdirən videogörüntülər və fotoşəkillər daxil etməklə, reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, qeyd olunan xarakterli materialları gəlir etmək məqsədilə “Telegram” sosial şəbəkəsində “X2” adlı kanallarda 2022-ci ilin dekabr ayının əvvəllərindən 2023-cü ilin aprel ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 8 000 (səkkiz min) daimi izləyicinin istifadəsinə verərək reklam etməklə yaymışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, istifadəsində “Xiaomi Mİ11” markalı mobil telefon olmuş və o, 2022ci ilin dekabr ayının əvvəllərində “Telegram” sosial şəbəkəsində “X2” adlı kanal, yəni səhifə yaratmış, profil adı isə “Alpha_053” olmuşdur. Kanalın təxminən 7000-8000 nəfər izləyicisi olmuş, həmçinin bu kanalda edilmiş paylaşımlardan digər yerlərdə istifadə etmək mümkün olmamış, habelə yalnız bir dəfə kanal reklamı paylaşmış, bu reklama görə 50 manat pul qazanmış, pul isə "xxxx" ASC-yə aid 5167 5133 4486 9748 nömrəli kart hesabına göndərilmişdir. Həmin kanalda müxtəlif kanallardan götürülmüş pornoqrafik xarakterli foto və materiallar paylaşmağa başlamışdır. Belə ki, həmin materiallar “Telegram” və “İnstagram” sosial şəbəkələrində yerləşdirilmiş materiallardan əldə edilmişdir. Lakin, o, sözügedən kanalı 2023-cü ilin aprel ayının əvvəllərində pozmuşdur. Kanalda paylaşdığı foto və video materialları hər bir şəxsin görmək imkanı olmuş, hər hansı məhdudiyyət və parol olmamışdır. Belə ki, pornoqrafik materiallara baxmaq üçün yaş məhdudiyyəti tələb olunmur və sözügedən səhifə mütəmadi olaraq onun tərəfindən idarə olunmuşdur. Bundan başqa, xarici ölkələrə məxsus olan internet saytlarından yükləməklə, paylaşdığı pornoqrafik materialların içində qərb ölkələrinin, türk, rus videoları olmuşdur. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 19-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli, 11/233 saylı ekspert rəyindən görünür ki, “Telegram” sosial şəbəkəsində “X2”, “Alpha_053” kanallarında paylaşılmış və oradan aşkar olunaraq götürülmüş video və foto materiallar pornoqrafik xarakterlidir. Cinayət işinin 18-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-sənətşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 5-9-cu vərəqələrində olan 10 aprel 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən, eləcə də işin 37-ci vərəqəsindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ilk dəfə “Telegram” sosial şəbəkəsində “X2” adlı kanallarda pornoqrafik xarakterli video və fotoşəkillərin yayımının həyata keçirilməsi ilə bağlı aparılmış araşdırma zamanı “HP” markalı kompüter vasitəsilə qeyd olunan kanallara baxış keçirilmiş və bu zaman sözügedən kanalda pornoqrafik xarakterli video və fotoşəkillərin yayımının həyata keçirildiyi, həmçinin “Reklam üçün bizə müraciət edə bilərsiz” linkinin olması müəyyən edilmiş, linkə daxil olduqda isə qeyd olunan kanallarda reklam yerləşdirilməsi üçün “5167 5133 4486 9748” nömrəli “Kapital Bank” hesabına ödəniş olunmasının istənildiyi müəyyən olunmuşdur. “Telegram” sosial şəbəkəsində “X2” adlı kanalda pornoqrafik video və fotoşəkillərin yayımlanması ilə bağlı baxış keçirilməsi prosesi “OBS Studio” və “NOX” proqramı vasitəsilə video lentə alınmış və diskə köçürülməklə, eləcə də “screen shot”, yəni ekrangörüntüsü funksiyasından istifadə edilməklə çap edilərək A4 kağız formatında materiala əlavə olunmuşdur. Bundan başqa, disk “Samsung” markalı kompüterin qurğusuna daxil edilməklə, baxış keçirilərkən orada 1 ədəd qovluğun və 1 ədəd video faylın olması müəyyən edilmişdir. Qovluq “screenler” adı ilə qeydə alınmış və “X2” adlı kanala baxış keçirilərkən orada paylaşılmış materialların ekran qeydləridir. Qovluqda 19 ədəd fotoşəkil vardır. Fotoşəkillərdə paylaşılmış videoların və fotoşəkillərin ekran görüntüsüdür. Şəkillərdə cinsi əlaqə və çılpaq qız şəkilləri görünür. Həmin materialların isə “X2” adlı kanallarda paylaşılması görünür. Diskdə olan video fayl 7 dəqiqə 16 saniyədir. İlk saniyələrdə “Alpha_053” adlı istifadəçi ilə yazışma görüntüsüdür. Belə ki, həmin şəxsə reklam etməsi təklif olunduqda, o, işlətdiyi 4 ədəd “X2” adlı səhifələrin linklərini göndərməklə, qeyd olunan səhifələrdə reklam etdiyini bildirir. Reklam etməsi üçün isə ödəniş qəbul edir və ödəniş göndərilməsi üçün özünə məxsus hesab kartının nömrəsini göndərir. Nömrə 5167 5133 4486 9748-dir. Bundan sonra “Alpha_053” adlı istifadəçinin göndərdiyi linklərə baxış keçirilir. “X2” adlı kanalda fotoşəkillərin və videogörüntülər paylaşıldığı görünür. Qeyd olunan kanallarda şəxslərin cinsi əlaqədə olma videoları, qızların çılpaq fotoşəkilləri paylaşılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, “Alpha_053” adlı istifadəçi odur və 5167 5133 4486 9748 nömrəli bank kartı ona məxsusdur. Həmin bank kartının fotoşəklini də protokola əlavə etmək üçün təqdim edir. Qeyd olunan kanalda pornoqrafik xarakterli materiallar paylaşdığını səmimi etiraf edir və həmin kanalı cinayət törətdiyini başa düşdüyü üçün sildiyini qeyd edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-74-cü vərəqələrində olan 19 iyun 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “X2” adlı kanaldan götürülmüş videogörüntülər və fotoşəkillərin köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 iyun 2023-cü il tarixli tələbnaməsindən, 27-31-ci vərəqələrindəki Cəlilabad Hərbi Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1-1(096)-04/2022 saylı hökmünün surətindən görünür ki, Məmmədov X1 Hərbi Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzası 01 (bir) il sınaq müddəti verilərək şərti hesab edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan 15 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 242ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gənc yaşda olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, onlar törətdikləri əmələ görə təyin edilmiş cəzanı real olaraq çəkməsələr də, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər hesab olunurlar. Belə ki, hər iki halda barələrində, ilk növbədə, ittihamedici hökm çıxarılmaqla təqsirləndirilən şəxslər cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cəzaya məhkum edilir və hökmün qanuni qüvvəyə minməsi ilə məhkum edilmiş şəxs statusunu əldə edirlər. Lakin məhkəmə onların azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasını mümkün hesab etdiyindən və ya himayəsində olan azyaşlı uşağın mənafeyi baxımından barələrində şərti məhkum etmə və ya cəzanın çəkilməsinin təxirə salınması barədə qərar qəbul edir. Odur ki, bu institutların azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü kimi qiymətləndirilməsi həmin institutların mahiyyətinə və məqsədinə uyğun gəlmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ictimai mənəviyyata qəsd edildiyini, pornoqrafik materialları qanunsuz hazırlamaqla, qeyd olunan xarakterli materialları gəlir etmək məqsədilə yaratmış olduğu kanalda reklam etməklə yaymasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən başqa kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun Cəlilabad Hərbi Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə sınaq müddəti müəyyən edilməklə, şərti məhkum edilməsinə baxmayaraq, islah olunmamasını, bununla da hüquq pozuntusuna meylli olmasını, bununla belə, barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinin İ və İİİ hissələrinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Repsublikası CPM-in 346.1.14-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Bu Məcəllənin 353.2.8-ci maddəsinə əsasən əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd olunmalıdır ki, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymanın ictimai təhlükəliliyi onların yetkinlik yaşına çatmayanların normal fiziki və psixi inkişafına mənfi təsir göstərməsi ilə izah olunur. Pornoqrafiya bir çox hallarda cinsi münasibətlərlə bağlı insan psixikasının xəstəlik səviyyəsinə qədər pozulmasına səbəb ola bilir. Pornoqrafik materiallarla tanışlıq yetkinlik yaşına çatmayanları cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə olan zorlama, seksual xarakterli zorakılıq hərəkətləri və s. bu kimi cinayətlər törətməyə sövq edə bilər. Təqsirləndirilən şəxs isə cinayət əməlini internet qlobal şəbəkəsindən istifadə etməklə proqram təminatı və sosial şəbəkələrə daxil olaraq törətmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs islah edilməsi, eləcə də onun gələcəkdə internet resurslarından istifadə etməklə, bu və ya digər xarakterli yeni cinayətlərin törətməsinin qarşısını almaq məqsədi ilə ona müəyyən fəaliyyətlə məşğul olma hüququndan, yəni internet qlobal şəbəkəsindən istifadə etməklə proqram təminatına və sosial şəbəkələrə daxil olaraq orada proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi labüddür və məqsədəmüvafiqdir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarından görünür ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin İ və İV hissələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1-1(096)-04/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə o, sınaq müddətində qəsdən az ağır cinayət törətdiyinə görə ləğv edilməli və əvvəlki hökm ilə təyin edilmiş, eləcə də çəkilməmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, qəti cəza müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və o, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan “X2” adlı kanaldan götürülmüş videogörüntülər və fotoşəkillərin köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 242-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə internet qlobal şəbəkəsindən istifadə etməklə proqram təminatına və sosial şəbəkələrə daxil olaraq orada proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum edilməklə, 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1- 1(096)-04/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1-1(096)-04/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə internet qlobal şəbəkəsindən istifadə etməklə proqram təminatı və sosial şəbəkələrə daxil olaraq orada proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətinə internet qlobal şəbəkəsindən istifadə etməklə proqram təminatı və sosial şəbəkələrə daxil olaraq orada proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 01 (bir) il 6 (altı) ay müddətinə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan “X2” adlı kanaldan götürülmüş videogörüntülər və fotoşəkillərin köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-64/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-64/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver