Məhkəmə qərarları › İş №1(059)-65/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-65/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-65/2021 16.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 16 noyabr 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyun 2021-ci il tarixdə, saat 00:10 radələrində Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhərinin A. Zahirov küçəsindəki 114 saylı evə hasardan keçməklə qanunsuz daxil olaraq evin həyətində olan saxlanc yerindən bir ədəd 800 manat dəyərində sarı-qara rəngli “Karcher” markalı, “HD 6/16-4M” modelli, iki təkərli avtoyuma aparatını, bir ədəd 70 manat dəyərində “Pioner Champion series” markalı, 1000 W “TS-W308F” modelli səsgücləndiricini, bir ədəd 80 manat dəyərində 7 litrlik samovarı və bir ədəd 70 manat dəyərində 40 litrlik aluminium qazanı oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1020 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Siyəzən şəhərinin A.Zahirov küçəsində onunla qonşuluqda yaşayır və əvvəllər onlar arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 07 iyun 2021-ci il tarixdə, saat 21:00 radələrində iş gördüyü Sumqayıt şəhərindən Siyəzən şəhərinə qayıtmış, burada mağazaların birindən aldığı 2 litrlik pivəni yolda evə gələrkən təkbaşına içdikdən sonra sərxoş olduğu üçün oğurluq etmək qərarına gəlmiş və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində işığın yanmadığını görüb, həmin evin qarşısına gəlmişdir. Bundan sonra, 07 iyun 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixə keçən gecə saat 00:10 radələrində Nərgizin yaşadığı evin mişar daşından olan hasarından evin həyətinə tullanmış, habelə həyətdə sol tərəfdə talvarın altında saxlanc yeri kimi istifadə olunan giriş qapısı açıq olan otağı görüb, ora daxil olmuşdur. Saxlanc yerində çoxlu sayda şüşə balon və digər məişət əşyaları olduğunu görmüş, habelə həmin vaxt saxlanc yerində olan avtomobil yumaq üçün nəzərdə tutulmuş sarı rəngli aparatı və bir ədəd “Pioner” markalı səs gücləndiricini götürərək, həyətin qapısını açıb, oğurladığı əşyaları küçəyə çıxarmaqla, qapıdan aralı bir yerdə gizlətmişdir. Daha sonra, o, yenidən geri qayıdıb, saxlanc yerində olan bir ədəd samovarı və bir ədəd qazanı da götürərək oradan çıxmış, həyət qapısını sakitcə bağladıqdan sonra oğurladığı əşyaları yaşadığı evin həyətində olan tövləyə apararaq, orada gizlətmişdir. Səhəri gün saat 07:00 radələrində Sumqayıt şəhərinə getmiş, orada olarkən atası Tahir ona zəng vuraraq, Nərgizin evindən oğurluq edibetmədiyini soruşduqda, o, bunu inkar edib, telefonu söndürmüşdür. Bundan sonra, həmin gün, saat 10:00 radələrində Sumqayıt şəhərində Kolxoz bazarı adlanan ərazinin yaxınlığında taksi kimi sifariş verdiyi dövlət nömrə nişanı yadında qalmayan ağ rəngli, Vaz 2104 markalı avtomobillə saat 12:00 radələrində Siyəzən şəhərinə yaşadığı ünvana qayıtmış, evdə heç kimin olmadığını görüb, həyətdəki tövlədən Nərgizin yaşadığı evdən oğurladığı avtoyuma aparatını, “Pioner” markalı səs gücləndiricini, bir ədəd samovarı və bir ədəd aluminium qazanı çıxarıb avtomobilə qoyub, Sumqayıt şəhərinə əşya bazarı adlanan əraziyə getmişdir. Bundan sonra, o, əşyaları düşürdüb, sürücüyə 40 manat pul verərək ondan ayrılmışdır. Əşya bazarında adı yadında qalmayan bir nəfər tanımadığı şəxsə yaxınlaşıb, onda bir ədəd avtoyuma aparatının və bir ədəd “Pioner” markalı səs gücləndiricinin olduğunu bildirdikdə, həmin şəxs ondan əşyaların oğurluq olub-olmadığını soruşmuş, o, isə əşyaların özünə məxsus olduğunu və imkanı olmadığı üçün satdığını qeyd etmişdir. Bundan sonra, həmin şəxs avtoyuma aparatına və bir ədəd “Pioner” markalı səs gücləndiricisinə görə ona 160 manat pul verəcəyini bildirdikdə, o, razılaşaraq, bu məbləği alıb, ondan ayrılmışdır. Daha sonra, o, bir ədəd samovarı və bir ədəd aluminium qazanı da əşya bazarında başqa bir tanımadığı şəxsə 100 manata satmış, habelə bir neçə gün Sumqayıt şəhərində qalmışdır. Təxminən bir neçə gün sonra atası Tahir yenidən ona zəng vuraraq, oğurluqla bağlı bir daha soruşmuş, o, isə atasına təkrarən oğurluq etmədiyini bildirsə də, sonuncu ona “səni görən olub” dedikdən sonra o, atasına törətdiyi əməli etiraf etmiş, habelə əşyaları Sumqayıt şəhərində satdığını bildirmişdir. Atası ondan həmin əşyaları geri almasını tələb etdikdə, o, 11 iyun 2021-ci il tarixdə əşya bazarına getmiş, orada bir ədəd avtoyuma aparatını və bir ədəd “Pioner” markalı səs gücləndiricini satdığı şəxsi taparaq, əşyaları ondan 200 manat pul verməklə, geri almış və həmin əşyaları gecə saatlarında Siyəzən şəhərinə yaşadığı evin həyətinə gətirib qoyduqdan sonra polisin onu axtrardığını bilib, geri Sumqayıt şəhərinə qayıtmışdır. Bundan sonra bir müddət Sumqayıt şəhərində qalmış və 17 avqust 2021-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı ünvana gəlmiş, axtarıldığı üçün 18 avqust 2021-ci il tarixdə, saat 09:00 radələrində atası Tahir ilə birlikdə RPŞ-yə getmək üçün evdən çıxarkən yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşmış və o, etdiyi cinayət əməlini etiraf edərək onlarla birlikdə RPŞ-yə getmişdir. Törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxsə dəymiş 1020 manat zərərin tam şəkildə ödənilməsini, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, 07 iyun 2021-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin A.Zahirov küçəsindəki 114 saylı evdə tək olmaqla, saat 23:00 radələrində yatmış, habelə 08 iyun 2021-ci il tarixdə, saat 10:00 radələrində yuxudan oyanıb, un götürmək üçün həyətdəki yardımçı tikiliyə getmiş, oraya çatanda tikilinin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra, tikilinin içərisinə daxil olduqda oradakı əşyaların yerinin dəyişdiyini və bir ədəd üzərində “Karcher” yazısı olan avtoyuma aparatının yerində olmadığını görüb oğurlandığını başa düşmüşdür. Daha sonra, yaşadığı evin həyətindəki yardımçı tikilidən kimin oğurluq edə biləcəyini düşünmüş və həmin vaxt qonşuluq da yaşayan Təqsirləndirilən şəxs şübhələnmişdir. Belə ki, Xəyal onunla qonşuluqda yaşamaqla, yardımçı tikilidən oğurluq etməmişdən bir neçə gün əvvəl onun yaşadığı evin qarşısında, həmçinin ətrafında gəzmişdir. O, bu halı gördüyündən oğurluğun da, məhz Xəyalın etdiyindən şübhələnmiş, bu səbəbdən də, sonuncunun yaşadığı ünvana gedərək, bu barədə atası Tahirə bildirmiş, Tahir isə Xəyalın evdə olmadığını və oğlunun belə bir iş etmədiyini qeyd etmişdir. Buna görə də o, Tahirə bu barədə polisə məlumat verəcəyi barədə xəbərdarlıq etmiş, daha sonra isə oradan çıxıb getmişdir. Bundan sonra, o, yaşadığı ünvana qayıdıb, Xəyalın onun yaşadığı evin həyətində olan yardımçı tikilidən oğurluq etdiyindən əmin olub əvvəlcə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra, yaşadığı ünvana Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş və o, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan bir neçə gün sonra yenidən yardımçı tikilidə olan əşyalara nəzər saldıqda, orada bir ədəd “Pioner” markalı səs gücləndiricinin, bir ədəd 7 litrlik samavarın və bir ədəd toy qazanın da yerində olmadığını görmüş, bu barədə isə 12 iyun 2021-ci il tarixdə Siyəzən RPŞ-yə təkrar ərizə ilə müraciət etmişdir. Oğurlanmış əşyalardan bir ədəd 800 manat dəyərində sarı-qara rəngli “Karcher” markalı, “HD 6/16-4M” modelli, iki təkərli avtoyuma aparatı, bir ədəd 70 manat dəyərində “Pioner Champion series” markalı, 1000 W “TS-W308F” modelli səsgücləndirici qaytarılsa da, bir ədəd 80 manat dəyərində 7 litrlik samovar və bir ədəd 70 manat dəyərində 40 litrlik aluminium qazan qaytarılmamış, o cümlədən sonuncu iki ədəd əşyanın dəyəri təqsirləndirilən şəxsin atası tərəfindən ona ödənilmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 1020 manat ziyan tam şəkildə ödənildiyindən, sonuncuya qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qonşusu olmaqla, sonuncu ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 08 iyun 2021-ci il tarixdə, saat 10:00 radələrində qonşuluqda yaşayan Nərgiz yaşadığı evə gəlib oğlu Xəyalın yaşadığı ünvandan oğurluq etdiyini qeyd etmişdir. Həmin vaxt oğlu Xəyal Sumqayıt şəhərində işlədiyindən evdə olmamış və o, Nərgizə oğlunun evdə olmadığını, habelə belə bir hərəkət edə bilməyəcəyini bildirdikdə, qonşusu Nərgiz polisə şikayət edəcəyini deyib oradan getmişdir. Bundan sonra, o, oğlu Xəyala zəng vurub harada olmasını soruşmuş, sonuncu isə Sumqayıt şəhərində olduğunu bildirdikdə, o, Xəyala qonşuluqda yaşayan Nərgizin evindən oğurluq edib-etmədiyini soruşmuş, oğlu isə bunu inkar edib, Sumqayıt şəhərində olduğunu deyərək, telefonu söndürmüşdür. Daha sonra, həmin gün günorta saatlarında yaşadığı ünvana Siyəzən RPŞ-nin əməkdaşı gələrək, oğlu Xəyalın evdə olub-olmadığını soruşmuş, o, isə evdə olmadığını və telefon əlaqəsi saxlasa da, oğlunun telefonu söndürdüyü üçün onunla danışa bilmədiyini qeyd etmişdir. Bundan sonra, o, bir neçə dəfə Xəyalın mobil telefonuna zəng vurmuş, sonuncu telefonuna cavab verəndə isə ondan yenidən Nərgizin evindən oğurluq edib-etmədiyini soruşmuş, habelə inkar cavabı aldıqda, “mənə yalan danışma, səni görən olub” demiş, Xəyal isə bu zaman ona Nərgizin evindən bir ədəd avtoyuma aparatı və bir ədəd səsgücləndirici oğurladığını bildirmişdir. O, Xəyaldan həmin əşyaları geri qaytarmaqla, evə gəlməsini istəmiş, sonuncu yenə telefonunu söndürmüşdür. O, 12 iyun 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə işə gedərkən yaşadığı evin həyətində bir ədəd səs gücləndiricini və bir ədəd avtoyuma aparatının olduğunu görüb, həmin əşyalar onun olmadığından bu barədə məlumat vermək üçün Siyəzən RPŞ-yə getmiş və sözügedən əşyalara baxış keçirildikdən sonra onlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra da, o, oğlu Xəyalla telefon əlaqəsi saxlamağa cəhd göstərmiş, lakin, buna müəssər ola bilməmişdir. Sonradan oğlu Xəyalın Nərgizin evindən bir ədəd avtoyuma aparatını, bir ədəd səsgücləndiricini, bir ədəd samovarı və bir ədəd qazanı oğurlandığını bilmişdir. Qeyd olunan avtoyuma aparatı ilə səsgücləndirici tapıldığından o, bir ədəd samovar və bir ədəd qazanın pulunu Nərgizə ödəmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021ci il tarixli, 9/4065 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və ekspertiza tədqiqatına təqdim edilmiş malların, o cümlədən bir ədəd “Pioner Champion series” markalı, 1000 W “TS-W308F” modelli səsgücləndiricinin istifadədə olması nəzərə alınmaqla, hadisə zamanı, yəni 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti 70 manat, bir ədəd sarı-qara rəngli “Karcher” markalı, “HD 6/16-4M” modelli, iki təkərli avtoyuma aparatının qiyməti 800 manat, cəmi 870 manat müəyyən edilsə də, digər iki adda təqdim edilməyən mallar haqqında kifayət qədər məlumat (texniki vəziyyət, istismar müddəti, təyinatı və divarın qalınlığı) olmadığı üçün qiymətləndirmə aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-ci səhifəsində olan qəbzdən, eləcə də işin 110-117-ci vərəqələrində olan 14 oktyabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd sarı-qara rəngli “Karcher” markalı, “HD 6/16-4M” modelli, iki təkərli avtoyuma aparatı və bir ədəd “Pioner Champion series” markalı, 1000 W “TS-W308F” modelli səsgücləndirici iş üzrə maddi sübut kimi tanınmaqla, Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 90-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 17 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-cü vərəqəsində olan 18 avqust 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı vərəqələrində olan 20 avqust 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən şəhəri, A.Zahirov küçəsində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur və sonuncuya yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən Təqsirləndirilən şəxs şəxsiyyətinin cəmiyyətdə müsbət xarakterizə olunmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixə həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd sarı-qara rəngli “Karcher” markalı, “HD 6/16-4M” modelli, iki təkərli avtoyuma aparatı və bir ədəd “Pioner Champion series” markalı, 1000 W “TS-W308F” modelli səsgücləndirici Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd sarı-qara rəngli “Karcher” markalı, “HD 6/16-4M” modelli, iki təkərli avtoyuma aparatı və bir ədəd “Pioner Champion series” markalı, 1000 W “TS-W308F” modelli səsgücləndirici Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar