Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-65/2022 25.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X11 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə 25 avqust 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin şəhərin 48-ci mikrorayon, ev 5, mənzil 37 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,330 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamış, 21 fevral 2022-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin Ə.Vahid küçəsində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan əynində olan göy rəngli cins şalvarın arxa sol cibində olan pul kisəsinin içərisində 1(bir) ədəd qara rəngli siqaret kağızı bükülüsündə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,594 qram narkotik vasitə heroini üzərində saxlamış, 16 aprel 2022-ci il tarixdə, saat 15:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu üçün Siyəzən şəhərinin Şəhriyar küçəsi ərazisində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-də şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını, üzərində olan Xiaomi markalı mobil telefonu və mobil telefonun arxa hissəsində olan koburonun içərisindəki narkotik vasitə olan heroini polis əməkdaşları yaxınlaşan vaxt Şəhriyar küçəsində atdığını bildirmiş, 16 aprel 2022-ci il tarixdə, saat 15:55-də Siyəzən şəhərinin Şəhriyar küçəsində qeyd olunan əraziyə keçirilən baxış zamanı yolun sağ tərəfində qaz borusunun yanında, kolluqların arasından götürülmüş Xiaomi markalı mobil telefonun arxa hissəsində olan koburonun içərisində gümüşü rəngli siqaret kağızı bükülüsündə həmin 0,594 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, həmçinin 6 medalla təltif olunmuşdur. Tarixini xatırlamadığı vaxtda Siyəzən şəhəri, Şəhriyar küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq RPŞ-yə aparmışlar, üzərinə baxış keçirilərkən üzərindən qanunsuz əşya tapılmadıqda, onlara 1 ədəd siqaret kağızı bükülüsündə narkotik vasitə heroini telefonun arxa qoruyucusunda gizlətdiyini və kolluğa atdığını bildirmişdir. Bundan əvvəl isə yaşadığı məhəllədə olarkən polis əməkdaşları onu saxladıqda, üzərində çəkisini xatırlamadığı bir ədəd narkotik vasitə heroin aşkar olunmuşdur. Müharibə ərəfələrində, eləcə də müharibədən sonra narkotik vasitədən çəkmə yolu ilə istifadə etmişdir. Əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla aralarında ədavət və düşmənçilik, eləcə də, qohumluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə 16 aprel 2022-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunaraq, RPŞnin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Daha sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 16 aprel 2022-ci il tarixdə Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X5 və PPXT-nin polis nəfəri X4 ilə birlikdə təxminən saat 15:00 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsinə gedərək həmin ərazini müşahidəyə götürdüklərindən bir qədər sonra, Təqsirləndirilən şəxs Şəhriyar küçəsi ilə hərəkətdə olduğunu görüb, sonuncunun yanına gedərək ona yaxınlaşıb, özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair şübhə olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirərək onlara birlikdə Siyəzən RPŞ-nə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs RPŞ-yə gətiriləndən sonra onun barəsində araşdırma aparılması Siyəzən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Şahin Rzayevə həvalə olunmuşdur. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq axtarış zamanı Müdafiəçi iştirakı təmin olunmuşdur. Bundan sonra, şəxsi axtarışın keçirilməsinə başlanılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynindəki qara rəngli idman şalvarın sol yan cibində olan 9 ədəd bir manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 9 manat pulu təqdim edərək, həmin pulun əvəzində bir bükülüdə narkotik vasitə olan heroin əldə edəcəyini bildirmişdir. Həmçinin, həmin tarixdə polis əməkdaşlarının ona yaxınlaşdığını görüb üzərində olan mobil telefonu və narkotik vasitə olan heroini yerə atdığını bildirmişdir. Daha sonra, 9 manatlıq pul əskinasları zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, eləcə də, bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan əlavə, həmin tarixdə, o, Təqsirləndirilən şəxs, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Mətin Orucov və PPXT-nin polis nəfəri Qeybulla Nəcəfov birlikdə baxış keçirilməsi üçün Siyəzən şəhərinin Şəhriyar küçəsinə getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu kolluq əraziyə atdığını və mobil telefonun koburasının arxasında narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra, həmin mobil telefon tərəflərindən kolluq ərazidən götürülmüş, müstəntiq tərəfindən telefonun arxasında olan koburo çıxarılmış və arxasından bir ədəd bükülü aşkar olunaraq götürülmüşdür. Bu bükülüyə baxış zamanı içərisində qəhvəyi rəngli kütlə olması müəyyən edilmiş, habelə sözügedən bükülü açılan zaman kütlənin bir qismi ağ rəngli kağıza dağıldığı üçün həmin kağıza bükülərək, bir ədəd ağ rəngli zərfə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin NMQ-un əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla aralarında ədavət və düşmənçilik, eləcə də, qohumluq münasibəti yoxdur. Fərid Ağamalıyevin narkotik vasitə istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında, əməliyyat tədbiri həyata keçirərək sonuncunu Siyəzən RPŞ-yə gətirmişlər. Bundan sonra, Müdafiəçi iştirakı ilə, habelə videoçəkiliş vasitəsi ilə Fərid Ağamalıyevin üzərində şəxsi axtarış keçirilərkən, sonuncunun üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur, habelə Fərid Ağamalıyev üzərindən aşkar edilmiş narkotikin özünə məxsus olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2022-ci il tarixli, 6/2192 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası DİN “Zərflər üçün № 196” dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,594 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,544 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 6/1091 saylı ekspert rəyindən görünür ki, üzərində "Təqsirləndirilən şəxs ..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,330 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,280 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 18 aprel 2022-ci il tarixli cinayət işinin birləşdirilməsi haqqına qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək, ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 178-179-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş 1308 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda absitinesiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 16 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə, işin 27-28-ci vərəqələrində olan eyni tarixli baxış keçirilməsi və götürmə, eləcə də, işin 98-99-cu vərəqələrində olan 21 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə, həmçinin işin 102-103-cü vərəqələrində olan eyni tarixli baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, 16 aprel 2022-ci il tarixdə, saat 15:34-dən saat 15:41-dək, həmin gün saat 15:55-dən 16:02-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə, saat 15:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu üçün Siyəzən şəhərinin Şəhriyar küçəsi ərazisində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən, şəxsin bildirdiyinə görə bir büküm narkotik vasitə heroin əldə etməsi üçün 9 ədəd 1 manatlıq, cəmi 9 manat pul, əməliyyat tədbirlərinin davamı olaraq Fərid Ağamalıyevin mobil telefonunu atdığı Siyəzən şəhəri Şəhriyar küçəsinə keçirilən baxış zamanı, ekranın sağ yan və aşağı tərəfi çatlamış vəziyyətdə olan Xiaomi Mİ A3 markalı mobil telefonun arxasında olan, üzərində X15& racguet Club sözləri yazılmış süni dəri materialdan olan kabro ayrıldıqda ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, 21 fevral 2022-ci il tarixdə saat 22:55-dən 23:00-dək, həmin gün 23:55-də 00:06-dən olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Fərid Ağamalıyev üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa sol cibində olan pul kisəsinin içərisindən bir ədəd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə edilərək götürülmüş, həmin gün yaşadığı ünvan 2 ünvanında keçirilən baxış zamanı isə qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 256-271-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 10 iyul 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkiləri 0,544 və 0,280 qram çəkidə narkotik vasitə heroin kütlələri maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 16 aprel 2022-ci il tarixdə Fərid Ağamalıyevin üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk, həmin tarixdə Siyəzən şəhəri, Şəhriyar küçəsində Fərid Ağamalıyevin üzərində olan mobil telefon ilə birlikdə narkotik vasitəni atdığı əraziyə baxış keçirilməsi prosesinin örüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk, habelə 21 fevral 2022-ci il tarixdə Fərid Ağamalıyevin üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk və həmin tarixdə Fərid Ağamalıyevin yaşadığı ünvan 3 ünvana baxış keçirilməsinin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk, cəmi 4 ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmiş, həmçinin Xiaomi Mİ A3 markalı mobil telefon və 9 manat məbləğində pul X3 təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 171-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 aprel 2022-ci il tarixli tələbnaməsindən, eləcə də işin 173-177-ci vərəqələrində olan Füzuli Hərbi Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli, 1-(97)-112-2016 saylı hökmünün surətindən, habelə iş materiallarına əlavə edilmiş Siyəzən rayon İcra və probasiya şöbəsinin 11 avqust 2022-ci il tarixli, 1652/2022-64-1 nömrəli məktubundan görünür ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 1 il müddətində azadlıqdan məhrum etmə cəzasına, CM-nin 232.1-ci maddəsi ilə 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3-cü maddəsində əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün 05 oktyabr 2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır, hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-ci vərəqəsində olan 21 fevral 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan 23 fevral 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSYdən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 16 aprel 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 207-210-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 4(059)-15/2022 saylı qərarından, eləcə də eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Rəhmin Zeynalovun vəsatəti təmin edilməmiş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, habelə həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-165-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 05 dekabr 2021-ci il təvəllüdlü Miray adında körpə azyaşlı uşağı olmaqla, ünvan 3 ünvanında yaşayan X6 barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə, 24 iyun 2021-ci il tarixdə Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına, eləcə də döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf etməklə, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etməklə, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına, eləcə də döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Fərid Ağamalıyevin şəxsiyyətini, əvvəllər məhkum edilsə də, uzun müddət hüquqazidd əməllərdən uzaq olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdən 23 fevral 2022-ci il tarixə kimi, habelə 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı dörd gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Sumqayıt şəhər ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Fərid Ağamalıyevə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkiləri 0,544 və 0,280 qram çəkidə narkotik vasitə heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, 16 aprel 2022-ci il tarixdə, saat 15:34-dən saat 15:41-ə kimi olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, həmin gün saat 15:55-dən saat 16:02-ə kimi olan müddət ərzində Siyəzən şəhərinin Şəhriyar küçəsində Təqsirləndirilən şəxs üzərində olan mobil telefon ilə birlikdə narkotik vasitəni atdığı əraziyə baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, 21 fevral 2022-ci il tarixdə, saat 22:55-dən saat 23:00-a kimi olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, eləcə də sözügedən tarixdə, saat 23:55-dən saat 00:06-a kimi olan müddət ərzində RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Ə.Vahid küçəsindəki 132 saylı evə baxış keçirilməsi prosesinin video görüntüsü köçürüldüyü 1 ədəd, cəmi 4 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 146 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 4 (dörd) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Sumqayıt şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkiləri 0,544 qram və 0,280 çəkidə narkotik vasitə heroin kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, 16 aprel 2022-ci il tarixdə, saat 15:34-dən saat 15:41-ə kimi olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, həmin gün saat 15:55-dən saat 16:02-ə kimi olan müddət ərzində Siyəzən şəhərinin Şəhriyar küçəsində Təqsirləndirilən şəxs üzərində olan mobil telefon ilə birlikdə narkotik vasitəni atdığı əraziyə baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, 21 fevral 2022-ci il tarixdə, saat 22:55-dən saat 23:00-a kimi olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, eləcə də sözügedən tarixdə, saat 23:55-dən saat 00:06-a kimi olan müddət ərzində RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Ə.Vahid küçəsindəki 132 saylı evə baxış keçirilməsi prosesinin video görüntüsü köçürüldüyü 1 ədəd, cəmi 4 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 146 (bir yüz qırx altı) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(059)-65/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-65/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver