Məhkəmə qərarları › İş №1(059)-69/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-69/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-69/2024 13.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Xüsusi ittihamçı X4 nümayəndəsi və vəkili X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X5 adlı xanımla tanış olaraq onunla münasibətdə olmuş, Aysel onun ailəli olduğunu bildiyi halda onunla münasibətə olmağa könüllü razılıq vermiş, hətta bunu özü arzulamışdır. Lakin sonradan ailəli olduğundan atdığı addımın doğru olmadığını, bu münasibətin sonu olmadığını anladığı üçün Aysel Abdullayevaya münasibətlərini sonlandırmağı, qarşılıqlı hörmət çərçivəsində ayrılmalı olduqlarını bildirmiş, A.Abdullayeva isə bu təklifindən sonra ondan 2000 (iki min) manat məbləğində pul tələb etmiş, yalnız bundan sonra ayrılacağını bildirmişdir. O, 2000 deyil 1000 manat verə biləcəyini bildirsə də, Aysel bununla razılaşmamışdır. Daha sonra A.Abdullayeva təxminən cari ilin mart ayından özünə xəsarət yetirməklə, körpüdən ataraq öldürəcəyi ilə müxtəlif vaxtlarda buna hətta cəhd edərək onu hədələmiş, ondan ailəsindən boşanaraq onunla evlənməyini tələb etmiş, əks halda isə bu hərəkətlərini davam etdirəcəyini bildirmişdir. Hətta avqust ayında Aysel onun qolunu "rezak” adlanan kəsici alətlə kəsərək sağlamlığına xəsarət yetirmişdir. A.Abdullayevanın bu hərəkətləri barədə Bakı şəhəri Abşeron RPİ, Sabunçu RPİ, Nizami Rayon prokurorluq orqanlarında araşdırma aparılmışdır. Sentyabr ayında isə Aysel Abdullayeva iş yerinə gələrək çəkic adlanan alətlə ona məxsus avtomobilinin şüşələrini qırmış, avtomobilə cızıqlar ataraq qəsdən əmlakına zərər yetirmişdir. O, bütün bunlara Aysel qadın olduğu üçün səbr etmək məcburiyyətində qalmış, buna görə onun qanunsuz əməlləri barədə şikayət etməmişdir. Aysel Abdullayeva ilə yuxarıda adıçəkilən hüquq-mühafizə orqanlarında profilaktik söhbət aparılaraq ona qanunsuz əməllərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Aysel Abdullayeva nəinki nəticə çıxarmaq əksinə, ölkənin qanunlarını heçə sayaraq, hər dəfə məsuliyyətdən kənar qalaraq özünün hüquqa, birgəyaşayış qaydalarına zidd hərəkətlərini davam etdirməkdədir. Belə ki, X10-Tok və İnstagram sosial platformalarında saxta istifadəçi adları ilə hesab açaraq ona məxsus foto və video görüntülərini paylaşmaqla yanaşı, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş və etməkdə davam edir. Bununla yanaşı, Aysel Abdullayevanın azyaşlı övladının şəklini saxta profil hesabına yerləşdirməsi, şəkil və videolarını aşkar şəkildə kütləvi nümayiş etdirməklə təhqir etməsi, onda ağır psixoloji və emosional iztiraba səbəb olmuşdur. A.Abdullayevanın Tik-Tok və İnstagram sosial platformalarında saxta istifadəçi adları ilə açdığı hesablar üzərindən paylaşdığı şəkil və videoların üzərinə yazdığı mətnlərin kontekstindən təhqir edilməyi əlavə hər-hansı ekspertizaya ehtiyac olmadan aydın sezilir. A.Abdullayevanın yaydığı şəkillərin üzərində yazdıqlarından bir neçəsini qeyd edir: Aysel Abdullayeva 15 sentyabr 2024-cü il tarixindən etibarən Tik-Tok platformasında “peysernicat_peyser89_n89" və “peysərəm mən ” adı ilə profillər açaraq şəkllərini paylaşaraq “mən özüm sevgilimi axtarıram, seçirəm (harda c....rı, alçağı, mamauşağı,yalançı, şərəfsizi var onu əlimnən qoymuş kimi seçirəm)” “insafa gəl,vicdana gəl, arada vaxt elə qeyrətə gəl”, “peysərr tanıym” , “şərəfsizəm mən” yazılarını qeyd etmişdir. Aysel Abdullayeva hal-hazırda da bu paylaşımları davam etdirməkdədir. Hansı ki, şərəf və ləyaqətini, reputasiyasını alçaldan təhqir edildiyi şəkil və video paylaşımlarına yüzlərlə, minlərlə baxış var və bu say hər gün artmaqdadır. Aysel Abudullayeva təkcə onu deyil ailə üzvləri olan atasına, həyat yoldaşına və digər qohumlarına da haqqında nalayiq təhqiramiz ifadələrlə yazmaqla onları da narahat etməkdədir. Ona görə də hesab edir ki, onun barəsində qanunauyğun tədbirlər görülməlidir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və onun müdafiəçisi, həmçinin xüsusi ittihamçı məhkəmə hazırlıq iclasına gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 299.11-ci maddəsinə əsasən məhkəmə xüsusi ittihamçının, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin və onun müdafiəçisinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X3 tərəflərindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə düzgün verildiyini, iş üzrə bütün sübutların şikayətə əlavə olunduğunu bildirib işin məhkəmə baxışına verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsi və vəkilini dinləyib, şikayətlə tanış olaraq, habelə iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 8-ci bəndindən görünür ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən: Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Şəxsin olduğu yer” dedikdə isə, onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını Ali Məhkəmənin Plenum qərarında göstərilən tövsiyyələrə uyğun olaraq iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, xüsusi ittihamçı onun barəsində təhqir xarakterli məlumatların Aysel Abdullayeva tərəfindən “tik-tok” və “instaqram” sosial şəbəkələrində saxta istifadəçi adları ilə hesab açılıb yayıldığını göstərmişdir. “Tik-tok” və “instaqram” sosial şəbəkələri xaricdə qeydiyyata alındığı üçün xüsusi ittiham qaydasında şikayət onu yayan şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsinə verilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X2 elektron sistemdən çıxarılmış məlumatlarından görünür ki, onun yaşayış yeri İmişli rayonu, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 176-dır. Ona görə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyatı üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəmə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar