Məhkəmə qərarları › İş №1(059)-7/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-7/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-7/2022 15.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 mart 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,758 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 0,565 qram çəkidə psixotrop maddə metamfetamini və 0,143 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 07 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri zamanı X2 yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evdə saxlanılaraq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Davidoff” markalı siqaret qutusunda 3 ədəd gümüşü rəngli bükülülərdə ayrı-ayrılıqda 0,510 qram, 0,133 qram və 0,115 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli bükülüdə 0,565 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd gümüşü rəngli bükülüdə 0,143 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. O, təxminən 2 ilə yaxın olar, narkotik vasitə olan heroindən çəkmə üsulu istifadə edir. Həbs olunmamışdan təxminən 15 gün əvvəl Siyəzən şəhərində dəmir yolunun qırağında olarkən yerdən bir ədəd bükülü tapmış, bükülünü açıb baxdıqda içərisində çoxlu bükülülərin olmasını, həmin bükülülərə açıb baxdıqda isə orada narkotik vasitə heroin və bir bükülüdə isə qurudulmuş marixuana olmasını görmüş, bundan sonra, bükülüləri gələcəkdə istifadə etmək məqsədi ilə özü ilə götürmüş, habelə həmin bükülülərdə olan narkotik vasitələrin bir qismini tələbatına uyğun olaraq istifadə etmişdir. O, 07 sentyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Mərifət Quliyevə zəng edib, çay içmək üçün yanına getmək istədiyini bildirmiş, lakin sonuncunun yaşadığı ünvanda olarkən onunla birlikdə narkotik vasitə istifadə etməmişdir. Mərifətin yaşadığı ünvanda onunla birlikdə çay içərkən təxminən saat 14:00 radələrində polis əməkdaşları qəfil evə daxil olub, Mərifətin yaşadığı ünvana baxış, üzərinə isə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Şəxsi axtarışa başlamazdan əvvəl hüquq, vəzifələri və müdafiə hüququ izah olunaraq bununla bağlı ona bildiriş verilmiş, habelə bildirişi imzalamaqla götürmüşdür. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Davidoff” markalı siqaret qutusu, həmin qutuya baxış keçirilərkən oradan iki ədəd narkotik vasitə qəbul etmək üçün müştük və 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülü, həmin bükülülərdən birində narkotik vasitə olan heroin, digər birində narkotik vasitə olan qurudulmuş marixuana, üçüncü bükülünün içərisində isə əlavə olaraq üç ədəd bükülü, həmin bükülülərdən ikisinin içərisində narkotik vasitə olan heroin, digər bir bükülüdə isə limon duzu aşkar olunmuşdur. Bunlardan başqa, əynində olan gödəkcənin sol cibindən 65,50 manat məbləğində pul, əynində olan qara rəngli şalvarın sol yan cibindən mobil telefon və bir ədəd “Kapital bank” kartı aşkar edilmişdir. Bundan sonra, üzərindən aşkar edilmiş narkotik vasitə qəbul etmək üçün müştük və 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü bir ədəd zərfə, üzərindən aşkar olunmuş 65,50 manat məbləğində pul isə digər bir zərfdə qablaşdırılmış, hər iki zərfin üzərinə o və digər bütün iştirakçılar imza etmiş, sonda həmin zərflərin üzəri digər zərflərlə birlikdə möhürlə möhürlənmişdir. Şəxsi axtarış və baxış yekunlaşmazdan əvvəl ondan və digər iştirakçılardan şikayət və tələblərinin olub-olmaması barədə soruşulmuş, onlar heç bir şikayət və tələblərinin olmamasını bildirmiş, bundan sonra bu barədə tərtib olunmuş protokol doğru olduğundan o və digər iştirakçılar tərəfindən imzalanmış, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təzyiq olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən olunması və satışı ilə məşğul olub-olmamasının yoxlanılması istiqamətində təqsirləndirildiyi cinayət işi üzrə 07 avqust 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək olan vaxt ərzində istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrədən edilmiş giriş və çıxış zənglərinin nömrələri, göndərilən və daxil olan SMS-lərin məzmunlarının əldə edilməsi dair Siyəzən Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt Diskdə olan, X7 adlı şəxsin istifadəsində olan ***-***-**-**, ***-***- **-** saylı mobil nömrə ilə 11 avqust 2021-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək müxtəlif vaxtlarda narkotikin alqı-satqısına aid “gotur. gelim. men. qaqaw. ozumde. pisem. cixim. sonmicey. telin. hara. Gelm”, “1 qram patı 6 qram kola necedır 200 manatıva geder”, “yetim. 200man. pulum. 05.pati. qalan. qaqaw. cixim. buqdan1sata. bilecerde. Olam, ferman. qaqas. men. camatin. 250man. alib. gelmisen. wehere. men. ne. uzle. qayidim. rayona. neceb. bele. etdn.ki. sen. qaqaw SMS mətnləri bağlı bildirir ki, ***-***-**- ** saylı mobil nömrə atası X1 adına rəsmi qeydiyyatda olsa da, həmin nömrə fasiləsiz olaraq onun istifadəsində olmuşdur. Danışıqlarda əks olunan Yavər Həsənov adlı şəxslə sosial şəbəkələrin birində tanış olsa da, həmin şəxsi real həyatda görməmişdir. Belə ki, Yavər Həsənov narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu üçün, ondan narkotik vasitə əldə etmək məqsədi ilə daimi olaraq istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mesaj və zəng etməklə əlaqə saxlamış, sonuncu ona narkotik vasitə lazım olduğunda mesaj yazmasını bildirmişdir. Həmin müddətdə bir neçə dəfə Yavər ilə mesajlaşaraq, narkotik vasitə heroin və “patı” kimi tanınan metamfetamin almaq istədiyini bildirib, habelə bunun üçün 20 və 21 avqust 2021-ci il tarixlərdə narkotik vasitə almaq üçün Bakı şəhərinə getsə də, sonuncu etdiyi zənglərə və mesajlarına cavab vermədiyi üçün ondan hər hansı narkotik vasitə və psixotrop maddə əldə edə bilməmişdir. Həmçinin, Yavər ilə danışdığı bütün müddət ərzində ondan hər hansı narkotik vasitə əldə edə bilməmiş, lakin həmin şəxsdən narkotik vasitə alacağı təqdirdə onun qabaqcadan təyin etdiyi yerə gedərək narkotiki götürüb əvəzində pulu dediyi yerə qoymaqla əldə etməli olmuşdur. Danışıqlarda həmçinin əks olunan Siyəzən rayon sakinləri Şahid4 və Şahid5 da tanıyır, sonuncuların narkotik vasitə istifadəçisi olduğunu bildiyindən, bir neçə dəfə həmin şəxslər ilə birlikdə narkotik vasitədən istifadə edib, habelə həmin vaxtdan da başlayaraq onlar ilə mütəmadi əlaqə saxlamağa başlamışdır. Şahid4 və Şahid5 istifadələrində olan mobil nömrələrdən bu cür sms yazışmalar etməklərinə səbəb, onlara bir neçə dəfə şəxsi istifadəsi üçün tapdığı narkotik vasitədən bir qismini verməsi olmuşdur. Lakin, Şahid4 və Şahid5 narkotik vasitəni verərkən üzbəüz görüşərək verməmiş, sonuncular narkotik vasitə istədikdə, onlara əldə edəcəkləri narkotikin olduğu yeri bildirmiş, həmin şəxslərə narkotik vasitə verərkən bunun qarşılığında onlardan hər hansı qazanc əldə etməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması, tanışı X9 ilə birlikdə X2 yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evə gedib orada sonuncularla birlikdə narkotik vasitə istifadə etmələri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 07 sentyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini Əhməd Nəcəfov tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Bununla bağlı şöbədə müvafiq sənədləşmə aparıldıqdan sonra, Mərifət Quliyevin, Təqsirləndirilən şəxs və Rövşən Musayevin ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Əhməd Nəcəfovun rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibinə o, CAB-ın rəisi Şahid1, CAB-ın əməliyyat müvəkkili Şahid3 və məlumat portalının operatoru X6 daxil edilərək, keçiriləcək tədbirlə bağlı təlimatlandırılmış, habelə faktla əlaqədar araşdırmanın aparılması müstəntiq Rəhmin Zeynalova həvalə olunmuşdur. RPŞnin rəisinin tapşırığı ilə həmin gün təxminən saat 14:00 radələrində Siyəzən şəhəri, H. Əliyev küçəsinə gedərək ətraf ərazini müşahidəyə götürdükdən bir qədər sonra, təxirəsalınmaz əməliyyat tədbirləri keçirərək Mərifət Quliyevin yaşadığı evə daxil olarkən sonuncunun Təqsirləndirilən şəxs və Rövşən Musayev ilə birlikdə narkotik vasitə istifadə etmələrinin şahidi olmuşlar. Özlərini onlara təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılmasında, istifadəsində və dövriyyəsində şübhəli olduqlarını, üzərilərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyini və bu barədə qərarın olduğunu bildirmişlər. Bundan sonra, Rəhmin Zeynalov tərəfindən Mərifət Quliyevə, Təqsirləndirilən şəxs və Rövşən Musayevə hüquq və vəzifələri izah olunaraq, bununla bağlı müvafiq bildiriş verilmiş, habelə sonuncuların üzərlərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüquqlarının təmin edilməsi üçün şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Sonra, ilk olaraq Şahid1 tərəfindən Mərifət Quliyevin üzərində şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, Şahid3 tərəfindən Rövşən Musayevin üzərində şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədədi 50 manatlıq və 4 ədədi 20 manatlıq pul əskinasları formasında olmaqla ümumilikdə 180 manat məbləğində pul aşkar olunub masanın üzərinə qoyulsa da, axtarış zamanı onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən içərisində 2 ədəd narkotik vasitə qəbul etmək üçün müştük və 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü olan “Davidoff” markalı siqaret qutusu, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 3 ədədi 20 manatlıq, 1 ədədi 5 manatlıq kağız əskinas şəklində və 3 ədədi 10 qəpiklik, 1 ədədi 20 qəpiklik dəmir pul şəklində olmaqla, ümumilikdə 65,50 manat məbləğində pul, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və 1 ədəd “Kapital bank” kartı aşkar olunub masanın üzərinə qoyulmuş, habelə axtarış davam etdirilərkən onun üzərindən əlavə qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, Mərifət Quliyevin yaşadığı evdə masanın üzərinə baxış keçirilərkən oradan 1 ədəd qırıq şüşə (ampula), 1 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf selofan bükülü, müştük formasına salınmış 1 manatlıq pul əskinası və 6 ədəd şpris, habelə 1 ədəd içərisində narkotik vasitə heroin olan göy rəngli siqaret kağızı bükülüsü aşkar olunmuş və aşkar edilmiş həmin predmet müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Bu zaman Şahid1 Rövşən Musayevin əynində olan qara rəngli şalvarın sağ yan cibi cırıq olduğundan onun ayaq hissəsinə düşmüş bir ədəd ağ rəngli kağız bükülünün olduğunu görüb, baxış iştirakçılarını bu barədə məlumatlandırmış və həmin bükülü açıldıqda, içərisində əlavə digər ağ rəngli bükülüdə narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olunmuş və şifahi sorğu zamanı Rövşən Musayev həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs aid “Davidoff” markalı siqaret qutusundan aşkar olunaraq götürülmüş 2 ədəd müştük bir ədəd ağ rəngli zərfə yerləşdirilmiş, həmçinin sonuncudan aşkar olunmuş 3 ədəd gümüşü rəngli bükülüdən birincisinə baxış keçirilərkən oradan narkotik vasitə heroin bənzər kütlə aşkar olunaraq yenidən eyni formada qablaşdırılıb zərfə əlavə edilmişdir. Sonra, ikinci gümüşü rəngli siqaret kağızı bükülüsünə baxış keçirilərkən həmin bükülüdə əlavə olaraq 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü, həmin bükülülərdən birincisində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, ikinci və üçüncü bükülülərin hər ikisində narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmiş və şifahi sorğu zamanı Azər həmin iki bükümdə olan kütlələrin narkotik vasitə heroin olmasını bildirmiş, habelə həmin üç ədəd gümüşü rəngli bükülü bir ədəd gümüşü rəngli siqaret kağızı ilə bükülmüş və ağ rəngli zərfə əlavə edilmişdir. Bundan sonra, siqaret qutusundan aşkar edilmiş üçüncü gümüşü rəngli siqaret kağızı bükülüsünə baxış keçirilərkən bu bükülüdə yaşıl rəngli spesifik qoxuya malik olan qurudulmuş marixuanaya bənzər kütlənin olması aşkar edilmiş, habelə sorğu zamanı Azər həmin kütlənin “nəşə” olduğunu bildirmiş və bu bükülü də, zərfə əlavə olunduqdan sonra, zərfin ağzı bağlanmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Kapital bank” kartı və ümumilikdə 65,50 manat məbləğində pul da bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəridə iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, Mərifət Quliyevin yaşadığı evə baxış davam etdirilsə də, evdən əlavə qanunsuz əşya aşkar olunmamışdır. Faktlarla bağlı Rəhmin Zeynalov tərəfindən tərtib olunaraq ucadan oxunmuş protokollar doğru olduğundan, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, həmin vaxt videoçəkiliş RPŞ-nin KTQ-nun baş inspektoru X5 tərəfindən keçirilmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin CAB-ın rəisi Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanısa da, sonuncunun narkotik vasitə istifadəçisi olmaqla, satışı ilə məşğul olmasından məlumatı olmamış, onunla birlikdə narkotik vasitədən istifadə etməmişdir. İbtidai istintaq orqanında adından tərtib edilmiş ifadəni polis əməkdaşlarına etibar etdiyi üçün imza etsə də, orada yazılmış məzmunda ifadə verməmiş, fikirlər bildirməmişdir. Belə ki, o, məhkəməyədək istintaq zamanı polis əməkdaşlarına Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığı üçün öz adına 070 319 33 32 saylı mobil nömrəni alıb, sonuncuya pay verdiyini bildirmiş, ondan bundan əlavə heç nə soruşulmamışdır. Məhkəmə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs uşaqlıqdan tanısa da, sonuncunun narkotik vasitə istifadəçisi olmaqla, satışı ilə məşğul olmasından məlumatının olmaması, onunla birlikdə narkotik vasitədən istifadə etməməsi ilə bağlı məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid4 hər hası bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, aralarında hər hansı ədavət və ya düşmənçiliyin olmadığını, münasibətlərinin normal olmaqla, sonuncunun da narkotik vasitə istifadəçisi olduğunu öyrəndiyini, onunla birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etdikdən sonra Azərin narkotik vasitələri satmasından da xəbərdar olduğunu, həbs olunduğu vaxtadək bir neçə dəfə Azərdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin aldığını bildirmiş, habelə özü üçün narkotik vasitə heroin lazım olduğunda istifadəsindəki ***-***-**-** saylı mobil nömrədən Azərin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub qabaqcadan danışıb razılaşmaqla, əldə etdiyini göstərmişdir. Bundan əlavə, o, Azər həbs olunduğu vaxtadək, müxtəlif vaxtlarda, yəni 12 avqust, 14 avqust və 25 avqust 2021-ci il tarixlərdə Azərin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub ona narkotik vasitə heroin lazım olduğunu bildirərək, Azərin yaşadığı evin yaxınlığına getməklə, ondan pul qarşılığında şəxsi istifadəsi üçün heroin almışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, uzun müddət narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, son dövrlər narkotik vasitə heroin də istifadə edərək, onu çəkmə üsulu ilə qəbul etmişdir. Çoxdan tanımaqla, narkotik vasitə istifadəçisi olduğunu bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə onun müvəqqəti yaşadığı ünvanını xatırlamadığı evdə narkotik vasitədən istifadə etmişlər. Azər ilə narkotik vasitə istifadə edəndən sonra sonuncunun narkotik vasitə satdığını da öyrənmişdir. O, Azər həbs olunduğu vaxtadək bir neçə dəfə sonuncudan şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Belə ki, o, narkotik vasitə lazım olduğunda qabaqcadan istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən Azərin istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə zəng edərək və ya sms yazaraq ondan şəxsi istifadəsi üçün narkotik vasitə tapmasını xahiş etmiş, habelə Azər ona istədiyi narkotik vasitəni götürə biləcəyi yeri bildirmişdir. Bundan sonra, o, narkotik vasitəni Azərin qeyd etdiyi yerdən götürərək əvəzində ora pulunu qoymuşdur. O, Azərdən narkotik vasitə heroinin bir bükümünü 10 manat pul qarşılığında almışdır. O, Azər həbs olunduğu vaxtadək 25, 26 avqust 2021-ci il tarixlərdə, həmçinin 04 sentyabr 2021-ci il tarixdə sonuncunun istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə zəng vurub ona narkotik vasitə heroin lazım olduğunu bildirərək Azərin yaşadığı evin yaxınlığına getməklə, ondan pul qarşılığında şəxsi istifadəsi üçün heroin almışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-41-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 7/908-6/3957 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs ” yazı və imzalar olan zərfdə 3 ədəd bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,510 qram, 0,133 qram və 0,115 qram olmaqla, ümumi çəkisi 0,758 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,565 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,143 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfdə olan 2 ədəd papiros formasında düzəldilmiş kağız borucuğun daxilində narkotik vasitənin izləri yoxdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ), Metamfetamin 28 iyun tarixli 2005-ci il Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,03 qram metamfetamin sərf olunduqdan sonra metamfetaminin qalıq çəkisi 0,535 qram, 0,08 qram heroin sərf olunduqdan sonra heroinin qalıq çəkisi 0,678 qram, 0,08 qram marixuana sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 0,063 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən 04 noyabr 2021-ci il tarixdə verilmiş 4297 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-26-cı vərəqələrində olan 07 sentyabr 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 14:17-dən saat 14:43-dək olan müddət ərzində X2 yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evdə saxlanılaraq üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Davidoff” markalı siqaret qutusunda 3 ədəd gümüşü rəngli bükülülərdə narkotik vasitə heroinə bənzər, 1 ədəd gümüşü rəngli bükülüdə psixotrop maddə metamfetaminə bənzər və 1 ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Videoçəkiliş zamanı “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-170-ci vərəqələrində olan 13 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,678 qram çəkidə narkotik vasitə heroin kütləsi, 0,535 qram çəkidə psixotrop maddə metamfetamin, 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd papiros formasında düzəldilmiş kağız borucuq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 4(059)-41/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-121-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,758 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 0,565 qram çəkidə psixotrop maddə metamfetamini və 0,143 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlaması, 07 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri zamanı X2 yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evdə saxlanılaraq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Davidoff” markalı siqaret qutusunda 3 ədəd gümüşü rəngli bükülülərdə müxtəlif növ ayrıayrılıqda 0,510 qram, 0,133 qram və 0,115 qram çəkidə narkotik vasitə heroinin, 1 ədəd gümüşü rəngli bükülüdə 0,565 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 1 ədəd gümüşü rəngli bükülüdə 0,143 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, habelə ayrı-ayrı vaxtlarda Şahid4la və Şahid5 əvvəlcədən razılıq əldə edərək, onları müəyyən haqq müqabilində qanunsuz olaraq narkotik vasitə heroin ilə təmin etməsi, bununla da öz şəxsi maraqlarını təmin etməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, habelə psixotrop maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə az ağır kateqoriyadan olan cinayət əməlini törətməklə, gənc olmasını, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, o cümlədən narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını, bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,678 qram çəkidə narkotik vasitə heroin kütləsi, 0,535 qram çəkidə psixotrop maddə metamfetamin, 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd papiros formasında düzəldilmiş kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,678 qram çəkidə narkotik vasitə heroin kütləsi, 0,535 qram çəkidə psixotrop maddə metamfetamin, 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd papiros formasında düzəldilmiş kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində 07 sentyabr 2021-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar