Məhkəmə qərarları › İş №1(059)-7/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-7/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-7/2023 31.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə 31 yanvar 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 01 avqust 1977-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yeni Havuş Ərazi Dairəsinin Xətai kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Hökmülla oğlunun etibarından sui istifadə edərək özünü Türkiyə Respublikasının vətəndaşı X5 adı ilə təqdim etməklə Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının vətəndaşlığını alaraq sonradan Almaniya Federativ Respublikasına aparmaq adı ilə sonuncuya xərclərin olmasını bildirərək vahid niyyətlə əhatə edilən qəsdlə 2021-ci ilin noyabr və dekabr aylarında müxtəlif vaxtlarda Siyəzən rayonu ərazisində 700 X4 dolları (700*1.7=1190) və 700 Azərbaycan Respublikası manatı, 1020 Azərbaycan Respublikasının manatı ekvivalentində 600 X4 dolları (600*1.7=1020) və 600 Azərbaycan Respublikası manatı, 300 Azərbaycan Respublikası manatı, 250 Azərbaycan Respublikası manatı, 150 Azərbaycan Respublikası manatı olmaqla, cəmi 2210 Azərbaycan Respublikası manatı ekvivalentində olan 1300 X4 dolları (1300*1.7) və 2100 Azərbaycan manatı pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs3 vahid qəsdlə ümumilikdə 4310 Azərbaycan Respublikası manatı dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək, özünü Türkiyə Respublikasının vətəndaşı X5 adı ilə təqdim etməklə Zərərçəkmiş şəxs2 şəhid oğlu X2 xatirəsinə Siyəzən şəhərində bulaq tikdirmək və Zərərçəkmiş şəxs2 yaşadığı evi təmir etdirmək adı ilə vahid niyyətlə əhatə edilən qəsdlə sonuncudan Siyəzən rayonu ərazində müxtəlif yerlərdə 2021-ci ilin iyun ayında 1000 manat və 3000 manat, 3000 manat və 1300 manat, olmaqla, cəmi 8300 manat pul almış, həmin pulun 4300 manatını təmir tikinti işlərinə xərcləmiş, 4000 manatını ələ keçirərək Zərərçəkmiş şəxs2 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Qəhriman oğlunun etibarından sui istifadə edərək, özünü Türkiyə Respublikasının vətəndaşı X5 adı ilə təqdim etməklə, Zərərçəkmiş şəxs1 Hadrut rayonunda usta vəzifəsində işə düzəltmək adı ilə sonuncuya müxtəlif xərclərin olmasını bildirərək vahid niyyətlə əhatə edilən qəsdlə Siyəzən rayonu ərazisində müxtəlif yerlərdə 2022-ci ilin yanvar və fevral aylarında müxtəlif vaxtlarda 400 manat, 100 manat, 60 manat, 50 manat və əlavə 50 manat olmaqla vahid qəsdlə cəmi 660 Azərbaycan Respublikası manatı pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, özünü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 münasibətdə təqsirli bilsə də, digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə təqsirli bilmir. Zərərçəkmiş şəxs2 ilə sosial şəbəkə vasitəsilə tanış olsa da, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs2 sosial şəbəkə vasitəsi ilə ona oğlu şəhid X1 xatirəsinə bulaq inşa etdirmək istədiyini bildirdikdə, ona usta olduğunu və inşa ediləcək bulaqda köməklik edə biləcəyini bildirmiş, habelə sonuncunun təklifi ilə 2021-ci il iyun ayında Siyəzən rayonuna, onun yaşadığı evə gəlmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs2 məxsus evdə yaşamaqla, sonuncu tərəfindən ona müxtəlif vaxtlarda verilmiş 1000 manat və əlavə 3000 manat, həmçinin onun əri Feyruz Əzimov tərəfindən ona verilmiş 2000 manat məbləğində pul vəsaiti hesabına Siyəzən rayonu ərazisində yerləşən mağazalardan tikinti materialları almaqla, onların evinin təmir və tikintisinə, eyni zamanda şəhid Saatmirzə Əzimovun adına inşa ediləcək bulağın inşasına başlamışdır. Qeyd edir ki, şəhid Saatmirzə Əzimovun məzarının üstünü tikmək üçün eləcə də, evin və bulağın inşası üçün alınan tikinti materiallarını və xərclədiyi pulları şahidlərin iştirakı ilə etmiş, habelə bu barədə ibtidai istintaq orqanına yazılı məlumat vermişdir. Bundan başqa, şəhid Saatmirzə Əzimovun yas mərasimi üçün Şabran şəhərində yerləşən “Qayalı” marketdən ərzaq məhsullarını Zərərçəkmiş şəxs2 iştirakı ilə almışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs2 və Feyruz Əzimov tərəfindən ona 8300 manat deyil, cəmi 6000 manat məbləğində pul verilmiş, həmin məbləğ də tikinti işlərinə xərclənmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 evində Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, habelə sonuncuya onu Türkiyə Respublikasına aparacağına, orada onu işlə təmin edəcəyinə dair vəd vermiş, həmçinin bu vədlə ondan müxtəlif vaxtlarda cəmi 4310 manat məbləğində pul almış, lakin, zamanla həmin pulu Zərərçəkmiş şəxs2 evinin tikinti və təmirinə xərclədiyi üçün Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl edə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 ilə də tanışlığı Zərərçəkmiş şəxs2 evində yaranmışdır. Belə ki, həmin ərəfələrdə Zərərçəkmiş şəxs2 evində usta işləyən Zərərçəkmiş şəxs1 onu Hadrut rayonunda usta kimi işə düzəldə biləcəyini bildirib, ondan bu məqsədlə müxtəlif vaxtlarda 660 manat məbləğində pul almış, habelə sonuncuya da verdiyi vədə əməl edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 münasibətdə etiraf, digər Zərərçəkmiş şəxs2 aid hissədə təkzib etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə sonuncu əmələ münasibətdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs tam təqsirli olması zərərçəkmiş şəxslərin ifadələri, eləcə də məhkəməyədək istintaq dövründə toplanmaqla, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, sosial şəbəkədə “Türkoğlu” adlı “Milli qəhrəman” Polad Həşimovun şəkli olan səhifə ilə rastlaşmış, həmin səhifəyə şəhid oğlu X1 xatirəsinə bulaq inşa etdirmək istədiyini yazmış və özünü türk vətəndaşı X3 təqdim edən Təqsirləndirilən şəxs bu işdə ona köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra, təxminən 2021-ci il yay fəsilində Təqsirləndirilən şəxs dəvəti ilə Siyəzən rayonuna yaşadığı ünvana gəlmiş, habelə sonuncu əri Feyruz Əzimov və tərəfindən yaxşı münasibətlə qarşılanmışdır. Təqsirləndirilən şəxs şirkətlərinin rəhbərinin Türkiyə Respublikasında yaşayan Cövdət adlı şəxs olduğunu, iş görüldüyü təqdirdə həmin şəxsə pul göndərmək lazım olduğunu bildirdikdə, içərisində 1000 manat kredit xətti olan “Birkart” kartını Təqsirləndirilən şəxs vermiş, habelə sonuncu özünün bildiyi təhlükəsizlik kodunu karta təyin etməklə, bu məbləği Cövdət adlı şəxsin qaytaracağını qeyd etmişdir. Daha sonra, o, bankdan 3300 manat məbləğində kredit götürüb, həmin məbləği Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, əri Feyruz Əzimov da bankdan 3300 manat məbləğində kredit götürüb Təqsirləndirilən şəxs vermişdir. Bundan əlavə, 1700 manat məbləğində pul da, onun tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. Bu məbləğlər Təqsirləndirilən şəxs bulağın inşası üçün verilmiş, həmçinin sonuncunun tikinti xərclərini hesablamış, habelə Təqsirləndirilən şəxs onun 4000 manat məbləğində pulunu ələ keçirərək, hazırda da qaytarmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldığı pulu evinin təmirinə xərcləndiyini bildirsə də, şəhid ailəsi kimi ona 40000 manat məbləğində pul verilmiş, bununla yanaşı, deputat və icra başcısı evinin təmirində ona köməklik göstərmiş, lakin, hazırda evinin təmiri tam yekunlaşdırılmamışdır. Bundan başqa, 2022-ci ilin mart ayında Bakı şəhərində xəstəxanada müalicə olunarkən Gökan Kalbinur adı ilə tanıdığı Təqsirləndirilən şəxs yoxa çıxdığını və evdə olan divar kağızlarını da özü ilə apardığını eşitmiş, sonradan sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən, ondan iki ay müddətində, yəni 2022-ci ilin may ayına kimi pulları qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslərin etibarından sui istifadə etmiş olmasa idi, ondan şikayətçi olmazdı. Lakin, hazırda şikayətçidir. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin oktyabr ayında şəhid Saatmirzə Əzimovun evində tanış olmuş, həmin vaxt özünü X3 təqdim edən Təqsirləndirilən şəxs miliyyətcə tük olduğunu, barəsində yaxşı sözlər eşitdiyini və xətrinin ona əziz olduğunu bildirib, onunla yaxşı münasibət yaratmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs söhbət əsnasında onun üçün Türkiyə Respublikasında yaşayış icazəsi ala biləcəyini bildirib, bunun müqabilində ondan 2021-ci il noyabr ayında şəhid Saatmirzə Əzimovun evində 600 X4 dolları və 700 Azərbaycan Respublikası manatı, sonra isə sığortanı artıqmaq lazım olduğunu bildirib, 2021-ci ilin dekabr ayında şəhid Saatmirzə Əzimovun xatirəsinə inşa edilmiş bulağın önündə əlavə 700 X4 dolları və 700 Azərbaycan Respublikası manatı məbləğində pul almışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs Unibank bank kartını verib, həmin karta 300 manat məbləğində və əlavə 250 manat məbləğində pul köçürtmüşdür. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs şəhidin il mərasimində 150 manat məbləğində pulu ustaya vermək lazım olduğunu, həmin pulu sonradan ona qaytaracağını vəd verdiyindən, qeyd olunan məbləğdə pulu onun vədi ilə ustaya vermiş, lakin, 2022-ci il fevral ayında Təqsirləndirilən şəxs yoxa çıxmış, sonuncu ilə əlaqə saxladığı zaman Siyəzən rayonuna gəlməsini istədiyində, o, anasının əməliyyat olunduğunu və buna görə də, gələ bilmədiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə olmuş, habelə sonuncunun ondan aldığı pulu evinə xərcləmədiyini və ailəsinin ağır maddi vəziyyətdə yaşadığını müəyyən etmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs ona bacısının Türkiyə Respublikasında fabriki olduğunu, onu həmin fabrikdə işə düzəldəcəyini bildirmiş, soruşduğunda şəxsiyyətini təsdiq edən sənədi itirdiyini qeyd etmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs kənar ölkədən gəldiyinə görə onu yaşadığı evə aparmış, iki ay qayğısına qalmış, habelə ailə üzvləri ona qulluq göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 1300 X4 dolları və 2100 Azərbaycan manatı, cəmi 4310 manat məbləğində pulunu əla keçirmiş, lakin, heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayında şəhid Saatmirzə Əzimovun evində qaynaq işi görərkən özünü X3 təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət əsnasında Təqsirləndirilən şəxs onu Hadrut rayonunda fəaliyyət göstərən turizm şirkətinə qaynaqçı usta kimi işə düzəldə biləcəyini bildirdikdə, sonuncuya bu işlə bağlı sertifikatlarının olduğunu bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs sertifikatlarına nəzər yetirib, onu işə düzəldə biləcəyini bildirmiş, bunun üçün depozitə 700 manat məbləğində pul qoymaq lazım olduğunu, bir ayın tamamında əmək haqqını aldıqda, depozitə qoyduğu pulun özünə qaytarılacağını qeyd etmişdir. Həmin vaxt Teleh Məmmədova 700 manat deyil, 400 manat pul verə biləcəyini bildirmiş, habelə təxminən 02-03 yanvar 2022-ci il tarixilərində sonuncu ilə birlikdə Bakı şəhərinə getmiş, şəhərin Nərimanov rayonunda, Naxçıvan Respublikasının Bakı şəhər nümayəndəliyinin qarşısında 400 manat pulu və digər sənədlərini ona vermişdir. Bundan sonra Siyəzən rayonundan Million aparatı vasitəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs olan bank kartına əlavə sertifikat, geyim pulu və digər sənədlər üçün 100, 50, 50, 60 manat olmaqla, cəmi 260 manat pul göndərsə də, 19 mart 2022-ci il tarixdən sonra Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng çatmamışdır. Beləliklə, ondan almış olduğu pulu qaytarmadığına görə Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-111-ci, 147-150-ci, 176-178-ci vərəqələrində olan müvafiq olaraq 08 oktyabr, 12 və 13 dekabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə, eləcə də üzləşdirmə protokollarından görünür ki, qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmələr keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 2100 manat və 1300 ABŞ dolları pulunu, Rəşad Mirzəmmədovun isə 660 manat pulunu dələduzluq yolu ilə keçirməsini etiraf etmiş, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs ondan evini təmir etdirmək və bulaq tikdirmək üçün 8300 manat pulunu almasını, həmin pulun 4300 manatını təmir tikinti işlərinə xərcləməsini, 4000 manatını isə dələduzluq yolu ilə keçirməsini göstərmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 151-159-cu vərəqələrindəki 13 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, həmçinin onun Zərərçəkmiş şəxs2 cəmi 6000 manat pul alması, həmin pulun hamısını təmir-tikinti işlərinə xərcləməsi barədə göstərdiyi xüsusatlar zərərçəkmiş şəxsin ifadəsi və cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmadığı üçün özünü müdafiə kimi qiymətləndirilmiş, eyni zamanda Zərərçəkmiş şəxs2 evindən təmir işləri zamanı 1 ədəd qolbağın, 1 ədəd sırğanın, 2 ədəd qızıl sepin, 1 ədəd üzüyün, 2 ədəd xalçanın itməsi xüsusatına görə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün ona CM-in 177-ci maddəsi ilə ittiham elan edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-120-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli, 4(059)-40/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-cı vərəqəsində olan məktubdan, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 15 mart 2005-ci il təvəllüdlü Zəhra, 22 iyun 2005-ci il təvəllüdlü Bahar və 28 yanvar 2011-ci il təvəllüdlü Elgiz adında üç yetkinlik yaşına çatmayan uşağı olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə heç bir təqsirləndirici material daxil olmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 özünü əcnəbi ölkənin vətəndaşı kimi təqdim edərək, sonunculara məxsus pul vəsaitlərini ələ keçirmək niyyəti ilə onlara bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, zərərçəkmiş şəxslərə aid pul vəsaitlərini sahibliyinə keçirmiş, bununla da, o, həmin pul vəsaitlərindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışdır. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ondan evini təmir etdirmək və şəhid oğlunun adına bulaq tikdirmək üçün 8300 manat pulunu almasını, həmin pulun 4300 manatını təmir tikinti işlərinə xərcləməsini, 4000 manatını isə dələduzluq yolu ilə keçirməsini göstərsə də, Təqsirləndirilən şəxs bu zərərçəkmiş şəxsdən cəmi 6000 manat pul aldığını, həmin pulun hamısını təmir-tikinti işlərinə xərclədiyini qeyd etmiş, lakin o, qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə törətdiyi əmələ dair bildirdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin şəhid anası olan Zərərçəkmiş şəxs2 maraqlarını nəzərə almadan öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə təkrarən onların əmlakını (pul vəsaitlərini) ələ keçirmə cinayət əməlini törətməsini, zərəri ödəməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən ictimai faydalı işlə məşğul olmamasını, polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi halda, onların çağırışlarından yayınmaqla, uzun müddət yaşayış yerini müəyyən etməyin mümkün olmamasını (Siyəzən Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli, 4(059)- 40/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı), bununla da uzun müddət ibtidai araşdırmadan yayınmasını, bu minvalla hüquqazidd əməllərini davam etdirməsini, tərbiyə olunmamasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, buna baxmayaraq, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar