Məhkəmə qərarları › İş №1(059)-71/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-71/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-71/2021 21.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 21 dekabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 29 avqust 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi ilə X2na məxsus 0,325 qram metamfetamini 35 manata Şahid4 satması ilə bağlı razılaşmasından sonra Tural İsmayılovdan aldığı 10 manat pul müqabilində həmin psixotrop maddə olan metamfetamini Şahid4 çatdırması məqsədilə üzərində daşımaqla saxlamış, 02 avqust 2021-ci il tarixdə, saat təxminən 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin F.Bayramov küçəsində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən 1 ədəd şəffaf bükülüdə 0,325 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Təxminən 7-8 ay bundan öncəyə kimi, düşəndə psixotrop maddə olan, “şüşə” kimi tanınan metamfetamindən istifadə etmişdir. X2 sinif yoldaşı olmaqla, qonşuluğunda yaşamış, sonuncu ilə dostluq münasibətində olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamış, habelə Turalın psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bilmişdir. 02 avqust 2021ci il tarixdə, təxminən saat 10:00 radələrində Tural ilə küçədə təsadüfən görüşüb, söhbət etdikləri vaxt sonuncu pulunun olub-olmaması barədə soruşduqda, ona pulunun olmadığını bildirmiş, bu vaxt Tural cibindən iki ədəd beş manatıq pul əskinasını çıxarıb ona verərək, “siqaret və danışıq kartı alarsan” deyə qeyd etmişdir. Turalın verdiyi iki ədəd beş manatlıq pul əskinasını alıb əynindəki şalvarın qabaq sağ cibinə qoymuş və onunla bir qədər də söhbət etdikdən sonra ayrılıb yaşadığı ünvana getmişdir. Həmin gün təxminən saat 14:00 radələrində yaşadığı evdə olarkən, Tural istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq, yaşadığı ünvana gəlməsini xahiş etdikdə, sonuncuya evdə uşaqların tək olduğunu bildirib, onu hansı səbəbdən çağırdığını soruşanda, o, onunla 5 dəqiqəlik işi olduğunu deyib, gəlməsini bir daha xahiş etmişdir. Turalla eyni sinifdə oxuduğu, həmçinin bir məhəllədə yaşadığı üçün onun yaşadığı Siyəzən şəhərinin F.Bayramov küçəsindəki ünvanına getmişdir. Orada olarkən Tural ona bir ədəd sellofan bükülünü verərək, yaşadığı evin yaxınlığında qapının ağzında durmasını, bir nəfər şəxsin ona yaxınlaşacağını, həmin bükülünü ona yaxınlaşacaq şəxsə verdikdən sonra 35 manat pul almalı olduğunu bildirmiş və o, da sonuncunun dedikləri ilə razılaşmışdır. Bundan sonra, Turalın ona verdiyi bir ədəd şəffaf rəngli bükülünü əynində olan qara rəngli cins şalvarının sağ qabaq cibinə qoyub, sonuncunun yaşadığı evin qarşısına çıxıb dayanarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, psixotrop maddənin dövriyyəsi ilə məşğul olduğunu və üzərində gəzdirməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Buna etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə rayon Polis Şöbəsinə getmişdir. Siyəzən RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, o, da təklif əsasında əynindəki qara rəngli cins şalvarının sağ qabaq cibində saxladığı 1 ədəd şəffaf sellofan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şəffaf bükülü polis əməkdaşları tərəfindən Müdafiəçi iştirakı ilə açıldıqda içərisində ağ rəngli kristal formada kütlə aşkar olunmuşdur. Bundan sonra, polis əməkdaşı tərəfindən üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın qabaq cibindən 2 ədəd 5 manatlıq pul əskinası, sol arxa cibindən isə bir ədəd gümüşü rəngli boş kağız və salfet aşkar edilmişdir. Daha sonra, üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli bükülü polis əməkdaşları tərəfindən qablaşdırılıb, zərfin üzəri möhürlənməklə, müvafiq qaydada imzalanmışdır. Bundan sonra, bu barədə tərtib olunub iştirakçılara ucadan oxunmuş protokol da, doğru olduğu üçün imzalarla təsdiq edilmişdir. Bir daha qeyd edir ki, mərhum Tural İsmayılovdan aldığı psixotrop maddə olan metamfetamini tanımadığı şəxsə satmağı ilə bağlı əvvəlcədən aralarında hər hansı bir razılaşma olmamışdır. Belə ki, Tural ilə dostluq münasibəti olduğu üçün onun dedikləri ilə razılaşıb, kütləni ondan götürmüşdür. Habelə, kütləni ondan alacaq şəxsdən almalı olduğu 35 manat puldan özü üçün hər hansı bir məbləğin götürülməsi ilə bağlı da Tural ilə əvvəlcədən razılaşmamış, həmin məbləğin hər hansı hissəsini özünə götürmək niyyəti olmamış və həmin vaxt psixotrop maddə olan metamfetamini ondan götürəcək şəxsi tanımamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, digər təqsirləndirilən şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 02 avqust 2021-ci il tarixdə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞnin rəisinin imzası ilə təsdiq edilmiş və Siyəzən RPŞ-nin NMQ-nun sabiq əməliyyat müvəkkili X21, CAB-ın əməliyyat müvəkkili Şahid2, CAB-ın sabiq əməliyyat müvəkkili X17, ƏRQ-nin kiçik inspektoru X14 və məlumat portalının operatoru X12 qrupun tərkibinə daxil olmaqla, tərəfindən təlimantlandırılmış, habelə faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İstintaq Bölməsinin sabiq rəisi X6 həvalə olunmuşdur. Bundan sonra, həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Əzizbəyov küçəsini, eləcə də ona yaxın olan ətraf küçələri nəzarətə götürmüş və bir qədər sonra Təqsirləndirilən şəxs həmin şəhərin F.Bayramov küçəsində dayandığını görmüşlər. Həmin vaxt Cavad Hümbətov, Cavid Hidayətov və Qorxmaz Sultanov ətrafı müşahidə etməyə davam etmiş, o, isə Nicat Nuriyev və Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparmaq məqsədilə etdikləri dəvət və razılıq əsasında onu Siyəzən RPŞ-yə gətirmişlər. RPŞ-nin növbətçi hissəsində Bədirşah Vəlimətov tərəfindən Nicat Nuriyevin, Şahid2 və məsul növbətçi köməkçisi X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmış, bundan əvvəl sonuncuya və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində “şüşə” olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülüsünü masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellofan bükülü Nicat Nuriyev tərəfindən açıldıqda içərisində ağ rəngli kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, Nicat Nuriyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən sonuncunun əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən iki ədəd beş manatlıq pul əskinazı, sol arxa cibindən gümüşü rəngli boş siqaret kağızı və salfet aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamış, habelə aşkar edilmiş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 1 ədəd şəffaf selofan bükülüsü Bədirşah Vəlimətov tərəfindən ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyinə görə özünə qaytarılmış, habelə sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparatla çəkilməklə qeydə alınmış, daha sonra bu barədə tərtib olunmuş protokol, ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin əldə etdiyi şəxsin müəyyən edilməsi istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin psixotrop maddə olan metamfetaminin mərhum Tural İsmayılov tərəfindən tanımadığı şəxsə satması üçün Təqsirləndirilən şəxs verildiyi müəyyən edilmişdir. Bundan sonra, X1n qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, narkotik vasitələri yaşadığı evdə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə 02 avqust 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında CAB-ın rəisi Fikrət Məstəliyev tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və o, X21, Şahid2, X17, X14 və X12 ilə təlimatlandırma keçirilmiş, habelə həmin faktla bağlı araşdırmanın aparılması da Siyəzən RPŞ-nin İstintaq Bölməsinin sabiq rəisi X6 həvalə olunmuş, həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil X15 şöbəyə dəvət olunaraq keçiriləcək tədbirlə bağlı məlumatlandırılmışdır. Bundan sonra, həmin gün saat 18:00 Siyəzən şəhərinin F. Bayramov küçəsinə gedərək, mərhum Tural İsmayılovun yaşadığı evi müşahidəyə götürmüşlər. Bir qədər sonra, mərhum Tural İsmayılovun evin qarşısına çıxaraq dayandığını görüb, ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə və qanunusuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhə olduğunu bildirib, yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Lakin, xidməti işləri ilə əlaqədar o, Şahid2, X21 və X4 İsmayılovun yaşadığı ünvanda keçirilən baxışda iştirak edə bilməmişlər. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Niyaz oğlu və növbətçi hissəsinin növbətçi köməkçisi Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, təxminən 3 ilə yaxın olar, düşəndə psixotrop maddə olan şüşədən istifadə edir. X1 təxminən 10 ildən artıq olar tanımış, əvvəllər onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. X1 psixotrop maddə olan şüşədən istifadə etdiyini və onun satışı ilə məşğul olduğunu bilmiş, 02 avqust 2021-ci il tarixdə bədənində ağrılar olduğu üçün Turaldan "şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almaq qərarına gəlmiş və Turalın istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək, ona bədənində ağrıların olduğunu bildirib, istifadə etmək məqsədi ilə ondan “şüşə” kimi tanınan metamfetamin istəmişdir. Tural ona evdə olmadığını, Bakı şəhərində olduğunu bildirmiş, lakin, bir nəfər tanıdığı şəxsin vasitəsi ilə ona bir bükümdə şüşə təşkil edəcəyini və bunun müqabilində 35 manat pul alacağını qeyd etmişdir. Bədənində ağrılar olduğu üçün o, Tural ilə razılaşmışdır. Bundan sonra, Tural yaşadığı evin qarşısında küçədə bir nəfər şəxsin, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs onu gözlədiyini, şüşəni ondan aldıqdan sonra 35 manat pulu da Cavidə verəcəyini, sonuncunun onu yaşadığı evin yaxınlığında gözlədiyini bildirmişdir. Bundan sonra, o, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə etməmək qərarına gəlmiş və fikrindən daşındığı üçün Turalın yaşadığı evin qarşısına getməmiş və yaşadığı ünvana gələrək yatmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 60-62-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci il tarixli, 6/3275 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,325 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Eyni zamanda, rəydən görünür ki, üzərində “X9 yaşadığı ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfin içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,155 qram, 0,360 qram, 0,182 qram, 0,073 qram ümumi təmiz çəkisi 0,770 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd borucuq formasında olan kağız parçasında narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Təmiz çəkisi 0,325 qram olan metamfetaminin 0,04 qramı tədqiqata sərf olunduqdan sonra qalıq çəki 0,274 qram, təmiz çəkisi 0,770 qram olan metamfetaminin isə 0,16 qramı sərf olunduqdan sonra qalıq çəki 0,610 qram təşkil etmişdir. Cinayət işinin 59-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsi Ambulator X5 Ekspert komissiyası tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş 2997 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 02 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində sarı rəngli uzunqol köynək, qara rəngli cins şalvar və yay ayaqqabı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində “şüşə” olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülüsünü masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellofan bükülüsü NMQnun sabiq əməliyyat müvəkkili Nicat Nuriyev tərəfindən açıldığında içərisində ağ rəngli kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, qara rəngli cins şalvarın qabaq sağ cibindən iki ədəd 5 manatlıq pul əskinazı və sol arxa cibindən gümüşü rəngli boş siqaret kağızı, eləcə də salfetka aşkar edilmişdir. Aşkar olunmuş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 1 ədəd şəffaf sellofan bükülüsü ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Siyəzən RPŞ-nin məsul növbətçi köməkçisi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75, 78-79-cu vərəqələrində olan 04 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarlardan, 77-ci vərəqəsindəki 04 avqust 2021-ci il tarixli, CPQ seriyalı, 003118 nömrəli təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzindən, eləcə də işin 167-182-ci vərəqələrində olan 26 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən bu məcəllənin 234.2-ci maddəsinə tövsif olunmaqla, barəsində həmin maddə ilə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilmiş, eyni zamanda, X13 öldüyü üçün cinayət işinin icraatına ona münasibətdə xitam verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə 0,274 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, X22 Ənvər oğlunun yaşadığı ünvandan götürülmüş 0,610 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, eləcə də bir ədəd borucuq formasında kağız parçası cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına, Təqsirləndirilən şəxs təqdim etdiyi “C23730877” və “A15603630” seriya nömrəli 2 ədəd 5 manat pul əskinazları isə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin Maliyyə Hissəsinə təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə 02 avqust 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə X9 yaşadığı Siyəzən şəhərinin F.Bayramov küçəsindəki 44 saylı evə videoçəkiliş ilə keçirilmiş baxış görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs, Tural İsmayılovun istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 02 avqust 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqələrində olan 04 avqust 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 158-159-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə və ya saxlama, daşıma, satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi ilə X2na məxsus 0,325 qram metamfetamini 35 manata Şahid4 satması ilə bağlı razılaşmasından sonra Tural İsmayılovdan aldığı 10 manat pul müqabilində həmin psixotrop maddə olan metamfetamini Şahid4 çatdırması məqsədilə üzərində daşımaqla, saxlaması onun qanunsuz olaraq psixotrop maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşmançılıq hissi keçirməsini, barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, daşıdığı psixotrop maddənin miqdarını, psixotrop maddənin qanunsuz dövriyyəsində şəxsi marağı naminə vasitəçi kimi aktiv iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin 1/2 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə 0,274 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, X22 Ənvər oğlunun yaşadığı ünvandan götürülmüş 0,610 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, eləcə də bir ədəd borucuq formasında kağız parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə 02 avqust 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə X9 yaşadığı Siyəzən şəhərinin F.Bayramov küçəsindəki 44 saylı evə videoçəkiliş ilə keçirilmiş baxış görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs, Tural İsmayılovun istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk cinayət işində saxlanılmalı, maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi “C23730877” və “A15603630” seriya nömrəli 2 ədəd 5 manat pul əskinazları isə xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 65 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə 0,274 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, X22 Ənvər oğlunun yaşadığı ünvandan götürülmüş 0,610 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, eləcə də bir ədəd borucuq formasında kağız parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə 02 avqust 2021-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə X9 yaşadığı Siyəzən şəhərinin F.Bayramov küçəsindəki 44 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs, Tural İsmayılovun istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi “C23730877” və “A15603630” seriya nömrəli 2 ədəd 5 manat pul əskinazları xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X8, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar