Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-73/2023 03.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 03 oktyabr 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1990-cı il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "X1" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində çalışan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin aprel ayının sonlarında Siyəzən şəhərinin Fizuli küçəsindən keçərkən, açıq ərazidə saxlanılan Zərərçəkmiş şəxs məxsus 33 il əvvəl istehsal olunmuş ümumi dəyəri 560 manat olan 700 kq çəkidə 4 metr uzunluğunda, divarının qalınlığı 1 sm olan dəmir borunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 560 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, fərdi qaydada “Qazel” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyaraq dolanışığını təmin edir. 2023-cü ilin aprel ayının sonlarında Siyəzən şəhərinin Fizuli küçəsindən keçərkən yol kənarında bir ədəd təxminən 4 metr uzunluğunda çürümüş dəmir boru görüb, onun sahibsiz olduğunu düşündüyü üçün həmin borunu götürərək, avtomobilinə yükləmək məqsədilə sonradan özü ilə yaşadığı şəhərdən tanımadığı 2 nəfər fəhlə də aparmış, habelə həmin borunun yanına getmişlər. Bu borunu avtomobilə yüklədikdən sonra satmaq məqsədilə metal qəbulu məntəqəsinə gedərkən başqa bir avtomobilin sahibinin metal aldığını eşitmiş və borunu ona satmışlar. Beləliklə, dəmir borunu tanımadığı həmin avtomobilin sahibinə 264 manata satmış, fəhlələrin hər birinə isə 15 manat pul vermişdir. Bundan 2-3 gün sonra qonşuluqda yaşayan Zərərçəkmiş şəxs bir nəfərlə şəxslə onun yanına gəlib, dəmir borunun ona aid olduğunu bildirməklə, onun tərəfindən götürülüb-götürülməməsini soruşmuş, o, isə dəmir borunu götürdüyünü etiraf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ona dəmir borunun dəyərinin 550 manat olduğunu bildirdikdə, o, üzərində 264 manat olduğunu qeyd edərək, zərərçəkmiş şəxsə 300 manat təklif etmiş, lakin, sonuncu bununla razılaşmayaraq, ondan Siyəzən RPŞ-yə şikayət etmiş, daha sonra isə o, zərərçəkmişə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Eyni zamanda, nəinki o, hətta onunla birlikdə dəmir borunu avtomobilə yükləyən fəhlələr dəmir borunun sahibinin olduğunu, o cümlədən oğurluq olmasını bilməmişlər. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 13 may 2023-cü il tarixdə DİN-in “102” xidmətinə zəng edərək, həmçinin sonradan ərizə ilə Siyəzən rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus Siyəzən şəhərinin Fizuli küçəsində açıq sahədə saxladığı 33 il əvvəl istehsal olunmuş dəyəri 550 manat, uzunluğu 4 metr, qalınlığı 1 santimetr və çəkisi 700 kq olan dəmir borunun 2023-cü ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Belə ki, o, 2023-cü ilin aprel ayının ortalarında qonşuluqda yaşayan Zahir adlı şəxsin köhnə sexinin kənarında dəmir borunu görüb, onu Siyəzən rayonunun Sağılcan kəndinə aparıb, orada yerin altına basdıraraq, çən əvəzi istifadə etmək üçün 550 manat zəhmət haqqının əvəzinə almış, qeyd olunan boru yerə batmış vəziyyətdə olduğu üçün borunu traktor gətirib yerdən çıxartdırmış, lakin ərazi palçıq olduğuna görə borunu sonra aparmağı düşünməklə, onu Siyəzən şəhərinin Fizuli küçəsində sexlərin yaxınlığında açıq bir əraziyə qoymuşdur. Bundan təxminən 5 gün sonra həmin əraziyə getsə də, aldığı dəmir borunun yerində olmadığını müəyyən etmiş, bir qədər soraqlaşdıqdan sonra dəmir borunu qonşuluqda yaşayan Təqsirləndirilən şəxs götürdüyü ona məlum olmuş, sonuncu ilə əlaqə saxlayaraq borunu nə üçün götürdüyünü soruşduqda, Kamran həmin borunun ona məxsus olmasını bilmədiyini, həmçinin dəmiri tanımadığı metal alan şəxslərə satdığını bildirmiş, o, isə dəmir borusunun qaytarılmasını istədikdə, Kamran borunun pulunu verəcəyini bildirmiş, lakin bir qədər gözləsə də, pulu ödənilmədiyindən bu haqda şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyindən, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 9/4661 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 33 il əvvəl istehsal olunmuş 700 kq çəkidə 4 metr uzunluğunda, divarının qalınlığı 1 sm olan dəmir borunun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 560 (700kqx0,80man) manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-12-ci vərəqələrində olan 13 may 2023-cü il tarixli baxış keçirmə və götürmə, eləcə də işin 50-53-cü vərəqələrində olan şahidin ifadəsinin hadisə yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, baxış Siyəzən şəhərinin Fizuli küçəsində açıq sahədə, köhnə sexlər adlanan yerdə keçirilmiş, həmin yerin yaxınlığında yaşayış evlərinin olmaması, yaxınlıqda neft quyuları olmaqla, yer örtüyünün torpaq, habelə ətrafda otlaq sahəsinin, orada birmərtəbəli, qapıları bağlı formada sexə bənzər tikililərin olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs həmin yeri göstərib, özünə məxsus 1 ədəd 700 kiloqram çəkidə dəmir borunu çıxardıb yerə qoyduğunu, oradan isə oğurlandığını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etmədiyindən hadisə yerindən əşya və ya predmet götürülməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında Siyəzən şəhərinin Fizuli küçəsindən keçərkən açıq ərazidə saxlanılan Zərərçəkmiş şəxs məxsus 33 il əvvəl istehsal olunmuş ümumi dəyəri 560 manat olan 700 kq çəkidə 4 metr uzunluğunda, divarının qalınlığı 1 sm olan dəmir borunu gizli olaraq oğurlamasını etiraf etmiş, habelə baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-ci vərəqəsindəki 15 avqust 2023-cü il tarixli qəbzdən, eləcə də işin 102-107-ci vərəqələrində olan 01 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, dəmir borusunu oğurlaması nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu 560 manat məbləğində zərər sonuncu tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmiş, həmçinin Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, ona CM-nin 177.2.1, 177.2.3 və 180.1-ci maddələri ilə ittihamın elan edilməməsi, onun əməlinin CM-nin 18-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs 2023-cü il aprel ayının sonlarında günəmuzd fəhlə kimi xidmətlərindən istifadə etdiyi şəxsiyyətləri istintaqa məlum olmayan 2 nəfər günəmuzd fəhlənin və dəmir borunu satdığı şəxsiyyəti istintaqa məlum olmayan 1 nəfər şəxsin əməllərində heç bir cinayətin tərkib əlamətləri olmadığı üçün barələrində cinayət təqibindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli tələbnamədən, işin 86-98-ci vərəqələrində olan Siyəzən Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 1(059)-26/2016 saylı hökmünün surətindən, 84-85ci vərəqələrdəki bu məhkəmənin 05 mart 2019-cu il tarixli, 7(059)-7/2019 saylı qərarının, eləcə də işin 82-ci vərəqəsindəki Siyəzən rayon icra və probasiya şöbəsinin 28 avqust 2023-cü tarixli, 1318/2023-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 17 iyun 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 2000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 1871 manat hissəsi, bu məhkəmənin 05 mart 2019-cu il tarixli qərarı ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həmçinin o, cəza müddəti başa çatdığı üçün 10 aprel 2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmış, eyni zamanda Təqsirləndirilən şəxs üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan 25 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 99-100-cü vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 15 noyabr 2011-ci il təvəllüdlü Nuray, 16 fevral 2013-cü il təvəllüdlü Mirzəxan adında iki yetkinlik yaşına çatmayan, 19 dekabr 2017ci il təvəllüdlü Yağmur adında bir azyaşlı uşağı olmaqla, "X1" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs 03 oktyabr 2023-cü il tarixdə tərtib etdiyi ərizədən görünür ki, dəyən ziyan tam ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, ictimai faydalı işlə məşğul olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat və məhkəmə istintaqı dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, ailə-məişət şəraitini, bundan sonra onun ailəsinə, həmçinin cəmiyyətə hər hansı bir formada mənfi təsir göstərmək, eləcə də nümunə olmaq imkanının mövcud olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, o cümlədən himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 3/4 hissəsi həcmində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-73/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-73/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver