Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-74/2022 18.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 18 oktyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(059)-56/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktının 2.4-cü bəndinə əsasən 03 yanvar 2022-ci il tarixdə cəzadan azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki yaşayış yeri məlum olmayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,489 qram təşkil edən psixotrop maddə olan metamfetamini üzərində saxlamış, 11 iyun 2022-ci il tarixdə, saat 02:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin Xətai küçəsi ərazisində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə gətirildiyi Siyəzən RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən daxilində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpris, həmin şalvarın qabaq sağ yan cibindən daxilində narkotik vasitə heroinin izləri olan 1 ədəd qırıq şüşə ampuladakı 1 ədəd şəffaf rəngli sellofan bükülüsünün içərisində ümumi təmiz çəkisi 0,489 qram olan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 11 iyun 2022-ci il tarixdə Cəbrayıl adlı tanışı ilə birlikdə çay evində əyləşərkən sonuncuya, Siyəzən şəhərinin “dəmir yolunun altı” adlanan ərazisindən pul almalı olduğunu bildirib, ondan, onunla birlikdə oraya getməsini istəmişdir. Bundan sonra, Cəbrayılla birlikdə Siyəzən şəhərinin Xətai küçəsi ərazisinə tərəf getsə də, sonuncu onu stansiyada gözləmişdir. Həmin gün saat təxminən 00:00 radələrində Siyəzən şəhərinin “dəmir yolunun altı” adlanan ərazisindən Cəbrayılın olduğu yerə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmış, habelə sonuncular tərəfindən saxlanıldığı yerdə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman əynində olan şalvarın qab sağ cibindən 2 ədəd şpris və 1 ədəd qırıq şüşə ampula, həmçinin onun içərisində olan 1 ədəd şəffaf bükülü aşkar olunmuşdur. Sonra, polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilib Cəbrayılın olduğu yerə gətirilmiş, bundan sonra isə hər ikisi rayon Polis Şöbəsinə aparılmışdır. RPŞ-nin növbətçi hissəsində ilk olaraq Cəbrayılın üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Daha sonra, Müdafiəçi iştirakı ilə, eləcə də videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı daha əvvəl aşkar edilmiş predmetlər ona qaytarıldığından,onları təkrar təqdim etmişdir. Bundan sonra, təqdim etdiyi predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı, o cümlədən 12 iyun 2022-ci il tarixdə haqqında qətimkan tədbiri həbs seçilməsi barədə Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Şahin Rzayevin vəsatətinə toplanmış ilkin sübutlarla birlikdə qapalı məhkəmə iclasında baxılarkən törətdiyi əməli etiraf etməməsinə, habelə bu istiqamətdə izahat verməsinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əmələ münasibətdə əvvəllər özünü təqsirli bilməyərək, qeyri-səmimilik nümayiş etdirsə də, hazırkı məhkəmə iclasında verdiyi ifadəsində işin faktiki halları ilə bağlı baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini dəqiqliklə aydınlaşdırmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs məhkəməyədək, o cümlədən 12 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatı deyil, hazırkı məhkəmə istintaqı zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli və nəzərə alınmalıdır. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması hazırda özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X1 qanunsuz olaraq narkotik vasitə istifadə etmələri və dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatına əsasən qərar qəbul edilmiş və sonuncular həmin gün saat təxminən 02:00 radələrində Siyəzən şəhərinin Xətai küçəsi ərazisində tərəflərindən saxlanılaraq, üzərilərində şəxsi axtarış keçirilməsi üçün Siyəzən RPŞ-yə aparılmışlar. Bundan sonra, RPŞ-də şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs və Cəbrayıl Mövlanverdiyevə hüquq və vəzifələri, habelə müdafiə hüquqları izah olunsa da, sonuncu üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçiyə ehtiyacının olmadığını, öz hüquqlarını özünün müdafiə edəcəyini bildirmişdir. Sonra ilk olaraq Cəbrayıl Mövlanverdiyevin üzərində şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, habelə sonuncu təklif əsasında əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən 2 ədəd şprisi və həmin şalvarın qabaq sağ yan cibindən 1 ədəd qırıq şüşə ampula və onun içərisində olan 1 ədəd şəffaf bükülünü təqdim etmişdir. Daha sonra, təqdim edilmiş predmetlər boş zərfin içərisində qablaşdırmış, qablaşdırmanın üzəri möhürlənmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2022-ci il tarixli, 6/3288 saylı ekspert rəyindən görünür ki, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün № 96" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs götürülmüş kütlə..." yazıları və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,489 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd 1 ml-lik şprisin və 1 ədəd qırıq şüşə ampulanın daxilində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-insiyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram metamfetamin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,439 qram təşkil etmişdir. Cinayət işinin 50-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 143-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş, 3684 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-40-cı vərəqələrində olan 11 iyun 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 11 iyun 2022-ci il tarixdə saat 02:54-dən saat 03:03-dək olan müddət ərzində Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən 2 ədəd şpris, qabaq sağ yan cibindən 1 ədəd qırıq şüşə ampula və onun içərisində 1 ədəd şəffaf bükülü aşkar edilərək götürülmüş, bu qırıq şüşə ampulanın içərisində olan şəffaf sellofan bükülüdə ağ kristalşəkilli kütlələrin olması müəyyən olunmuşdur. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-102-ci və 174-184-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 13 iyun 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, 31 avqust 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,439 qram psixotrop maddə metamfetamin, daxilində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpris və 1 ədəd qırıq şüşə ampula cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk də cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 iyun 2022-ci il tarixli tələbnaməsindən, işin 135-138-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(059)-56/2020 saylı hökmünün, eləcə də işin 173-cü səhifəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 31 avqust 2022-ci il tarixli, 17/26- 3/24 nömrəli məktubundan, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 26 noyabr 2021-ci il tarixli amnistiya tətbiq edilməsi barədə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 7(001)-614/2021 saylı qərarlarının surətlərindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya aktının 2.4-cü bəndinə əsasən, lakin bu qərarın 36-cı bəndi nəzərə alınmaqla, narkomaniyadan məcburi müalicəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən ləğv edildikdən sonra 03 yanvar 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqəsində olan 11 iyun 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-95-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2022-ci il tarixli, 4(059)-21/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 vəsatəti təmin edilməmiş, həmçinin Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan 12 iyun 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Quliyev X5 RPŞ-nin MSY-dən azad edilməklə, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cu vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 49 saylı evin 29-cu mənzilində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yuxarıdakı yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırmanövündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,439 qram psixotrop maddə metamfetamin, eləcə də daxilində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpris və 1 ədəd qırıq şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,439 qram psixotrop maddə metamfetamin, eləcə də daxilində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpris və 1 ədəd qırıq şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-74/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-74/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver