Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-75/2022 15.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 15 dekabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta texniki təhsilli, “X7” MMC-də ictimai işlər üzrə sosial işçi kimi işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 aprel 2022-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs məxsus Siyəzən rayonunun Beşdam kəndində olan açıq torpaq sahəsinə gələrək oradan hər birinin qiyməti 130 manat olmaqla, cəmi qiyməti 260 manat təşkil edən iki ədəd 100-lük, diametri 10 sm, divarının qalınlığı 1 sm, ikisinin birlikdə uzunluğu 4 metr, çəkisi isə 100 kq olan dəmir boruları və 12 aprel 2022-ci il tarixdə, saat 14:00 radələrində əməlinin davamı olaraq vahid qəsdlə həmin torpaq sahəsindən qiyməti 1000 manat olan, bir ədəd 15 il bundan qabaq alınmış , üzərində rəng olmayan , paslı, iki laylı, 5-lik dəmir listdən olan, hündürlüyü 3 metr, eni isə 4 metr, iki layının çəkisi birlikdə 490 kq olan dəmir darvazanı oğurlamış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1260 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Siyəzən rayonunun Beşdam kəndində yaşamaqla, DOST MMC-də ictimai işlər işçisi vəzifəsində çalışır, habelə gənc fəal olaraq yaşadığı kənddə olan problemləri işıqlandırır və bu barədə kəndin icra nümayəndəsinin də məlumat vardır. Bundan başqa, yaşadığı kəndə mütəmadi olaraq metal qəbulu ilə məşğul olan şəxslər gəlir, sonuncular sahibi olmayan metalları idarəçiliklərində olan avtomobillərə yükləyib aparırlar, bunu görən şəxslər isə bu barədə heç kimə məlumat vermirlər. Zərərçəkmiş şəxs Nəzərəliyeva X1 yerləşən fermanı almamışdan öncə həmin ərazidə dəmir darvazalar mövcud olmuş, onlar isə uşaq yaşlarında həmin darvazaların üzərində fırlanqıc əvəzi oynamışlar. Həmçinin, Şahid uzun müddətdir tanımaqla, sonuncu ilə ailəvi dostluq münasibətləri vardır. 10 aprel 2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində iki nəfər metal qəbulu ilə məşğul olan şəxslərə kənddə dəmir boruların olduğunu, boruların kəndə məxsus olduğunu, boruların satışından əldə edəcəyi pulu kənd üçün xərcləyəcəyini, problemin yaşanmayacağını bildirmiş və onlarla birlikdə, idarəçiliklərində olan və hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı Qazel markalı avtomobil ilə dəmir boruların olduğu yerə getmişdir. Sözügedən ərazidə olarkən mal-qara saxlayan şəxs kimi tanıdığı X3 ona yaxınlaşıb, həmin boruların Şahid məxsus olub-olmadığını soruşduqda, sonuncuya məxsus fermanın bura olmadığını, buranın boş ərazi olduğunu və buna görə də, boruların ona məxsus olmayacağını bildirmişdir. Bundan sonra, ikisinin çəkisi təxminən 100 kq, hündürlükləri ayrı-ayrılıqda təxminən 2 metrə yaxın olan boruları 60 manat müqabilində metal qəbulu ilə məşğul olan şəxslərə satmış, habelə onlara yaxınlıqda olan dəmir darvazanı da göstərib, səhəri gün gəlib, darvazanı da aparmalarını tapşırmışdır. Daha sonra, yəni 12 aprel 2022-ci il tarixdə dəmir darvazanı 200 manat pulun müqabilində həmin şəxslərə satmışdır. Qeyd edir ki, dəmir darvazanı satdığı vaxt Xalid Camərdov orada olmamışdır. Bundan başqa, metalların satışından əldə etdiyi cəmi 260 manat məbləğində puldan 60 manatını kənddə təmizlik işləri görən mopedin təkərinə, 200 manatını isə kəndin kanalizasiya probleminə xərcləmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, Siyəzən rayonunun Beşdam kəndində yaşayır və DOST MMC-də ictimai işlər işçisi vəzifəsində işləyir. Şahid təxminən 20 ildən artıq müddətdir tanıyır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Şahid və bacısı X2 məxsus olan torpaq sahəsində dəmir boru və dəmir darvaza olmasını görmüş, həmin dəmir əşyaları oradan götürüb metal qəbulu ilə məşğul olan şəxslərə satmaq qərarına gəlmişdir. Bu minvalla 10 aprel 2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində Şahid məxsus açıq torpaq sahəsində, otların arasında olan 2 ədəd 2 metr uzunluğunda, 100-lük dəmir boruları həmin vaxt kəndə dəmir almağa gələn, tanımadığı, iki nəfər şəxslə satmaq barədə danışmış, razılaşmış, habelə onlara boruların özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxslər kəndə dövlət qeydiyyat nişanını xatırlamadığı, Qazel markalı avtomobillə gəlmiş, o, boruları kiloqramı 0,4 qəpikdən olmaqla, 40 manat məbləğində pulun müqabilində sözügedən şəxslərə satmış, daha sonra isə onlara boruları kabin hissəsi ağ rəngli, kuza hissəsi isə boz rəngli olan avtomobilə yükləməkdə köməklik etmişdir. Bundan başqa, qeyd olunan şəxslərlə həmin sahədə olan iki ədəd dəmir darvazanı da satmaq barədə razılaşmış, lakin, həmin vaxt dəmir darvazalar Qazelə sığmadığı üçün razılığa gəlmişlər ki, onlar sonra gəlib darvazanı aparsınlar. Lakin, bundan iki gün sonra, yəni 12 aprel 2022-ci il tarixdə, saat 14:00 radələrində həmin şəxslər deyil, başqa metal qəbulu ilə məşğul olan 3 nəfər şəxs kəndə gəlmiş, o, həmin şəxslərə yaxınlaşıb, özünə məxsus olduğunu bildirdiyi, iki hissədən ibarət, ikisinin bir yerdə ölçüləri 5 metr olan, dəmir darvazanı satmaq istədiyini bildirmiş, habelə onlarla razılaşmış, sözügedən yerdə tualetin yanında yerə basdırılmış vəziyyətdə olan darvazaları, kiloqramı 0,35 qəpikdən olmaqla, 150 manat məbləğində pulun müqabilində onlara satdıqdan sonra, dövlət qeydiyyat nişanını xatırlamadığı, kabin hissəsi ağ rəngli, kuza hissəsi isə dəmir materialdan olmaqla palçıq rəngində olmuş, FORD markalı maşına yükləməkdə köməklik etmişdir. Dəmir boruları və dəmir darvazanı satan vaxt heç kəsdən icazə almamış, həmin vaxt orada Nəbinin torpaq sahəsini mühafizə edən X3 olmuş, sonuncuya həmin darvaza və boruların yalandan bələdiyyəyə məxsus olduğunu demiş, həmin şəxs də ona heç nə deməmiş, inanmışdır. Əldə etdiyi pullardan kənd sakinlərinin aldığı, idarə etdiyi motosiklet üçün 70 manata təkər almış, qalan 120 manata isə kənddə su yığılan yeri düzəltmək üçün yanacaq və digər xərclərə vermişdir. Oğurluğa tək getmiş və ona köməklik edən olmamışdır. Başqa heç bir yerdən və heç nə oğurlamamışdır. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Siyəzən rayonunun Beşdam kəndi ərazisində yerləşən 0,18159 hektar torpaq sahəsi ona məxsus olsa da, Bakı şəhərində yaşadığı üçün həmin sahəyə qardaşı Şahid nəzarət edir. Bundan başqa, həmin ərazidə mütəmadi olaraq oğurluq hadisəsi baş verdiyindən, qardaşı Şahid tapşırığına əsasən ayda 150 manat məbləğində pulun müqabilində X3 həmin sahənin mühafizəsini həyata keçirir. Bundan əlavə, Təqsirləndirilən şəxs hadisədən öncə tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamış, sonuncunun anasını isə kənd sakini kimi tanımışdır. Həmçinin, ilk əvvəl dəmir boruların və dəmir darvazanın kim tərəfindən oğurlanmasından məlumatlı olmasa da, sonradan qardaşı Şahid bu barədə ona məlumat verib, habelə Xalid Camərdovun ona zəng etdiyini, dəmir boruların və dəmir darvazanın kənd sakini Elton adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra, qardaşı Nəbi Elton ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu qardaşına dəmir metalların ona məxsus olduğunu bildirmişdir. Daha sonra isə qardaşı Nəbi Eltonun yaşadığı evə getmiş və dəmir metalları hansı səbəbdən satdığını soruşmuş, bu dəfə isə Elton yaxşı edib satdığını, ona heç kimin heç nə edə bilməyəcəyini, əldə etdiyi pulu kəndin problemlərinə xərclədiyini bildirmişdir. Sonra, qardaşı bu barədə polisə müraciət etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Siyəzən rayonunun Beşdam kəndi ərazisində ümumi sahəsi 3 ha, üzərində tikili sahəsi 8 sot olan ferma mülkiyyət hüquqi ilə bacısı Zərərçəkmiş şəxs məxsus olsa da, həmin fermanı sonuncu ilə şərik almaqla, habelə fermaya nəzarəti o, həyata keçirərək, ora sahiblik edir. Bundan başqa, Quba rayonunun Muçu kənd sakini X3 həm özünə məxsus, həm də ona məxsus iribuynuzlu heyvanlara, habelə fermanın həyətyanı sahəsinə nəzarət etmək üçün həmin fermada qalır və o, bunun müqabilində ona hər ay 100-150 manat məbləğində pul vermişdir. 2022-ci ilin aprel ayında, saat təxminən 13-14:00 radələrində Şuşa şəhərində olduğu vaxt Xalid mobil telefonuna zəng vurub Təqsirləndirilən şəxs fermadan 1 ədəd dəmir darvazanın 2 ədəd layını oğurlaması, bundan başqa, 2 ədəd dəmir boruları qaynaq aparatı ilə kəsib, oğurlaması, həmin metalları “Qazel” markalı avtomobillə yükləyib aparması, Eltona fermaya məxsus metalları aparmaması barədə xəbərdarlıq etməsi, sonuncunun isə həmin metalların özünə məxsus olduğunu bildirməsi barədə məlumat vermişdir. Həmin gün bacısı Fatmaya zəng vurub, fermadan oğurluq olması barədə məlumat vermiş, habelə oğurluq edən şəxsin Elton olduğunu bildirsə də, bacısı həmin şəxsi tanımamışdır. Bundan təxminən bir həftə sonra isə Siyəzən rayonuna, Eltonun yaşadığı evə gəlib sonuncunun anası Rəşxəndəyə və arvadı Rəhiməyə hadisə barədə məlumat vermiş, habelə sonunculardan darvazanın Elton tərəfindən geri qaytarılmasını xahiş etmişdir. Anasının zəngindən sonra evə gələn Eltondan darvazanı qaytarmasını istədiyində o, darvazanı Siyəzən rayonu ərazisində anbara qoyduğunu bildirmişdir. Eltona həmin anbarı ona göstərəcəyi təqdirdə darvazanı ona bağışlayacağını bildirdikdə o, “əridi getdi” deyə bildirmişdir. Bundan təxminən iki həftə sonra DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng vurub, hadisə barədə məlumat vermişdir. Bildirir ki, həmin 150-lik boruların uzunluqları təxminən 4 metr olmuş, Elton boruların açıqda olan təxminən 3 metr hissəsini kəsdirib, aparmış, boruların torpağa basdırılmış təxminən 1 metr hissəsi isə həmin vəziyyətdə qalmaqdadır. Bundan başqa, qeyd edir ki, həmin darvaza hazırda təxminən 2000-2300 manat dəyərindədir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs hadisədən öncə də tanısa da, Təqsirləndirilən şəxs fermadan dəmir boruları apardıqdan sonra onu tanımışdır. Təxminən 5 ay olar Zərərçəkmiş şəxs məxsus fermada heyvanları saxlayaraq, fermanı da mühafizə edir, həmin əraziyə cavabdehlik daşıyır və bunun müqabilində ayda 150 manat əmək haqqı alır. 2022-ci il aprel ayında, saat təxminən 17:00 radələrində Elton Şıxəliev və tanımadığı üç nəfər şəxs “Qazel” markalı avtomobil ilə fermanın ərazisinə gəldikdə, onlara yaxınlaşmışdır. Bu zaman Elton, dəmir boruların fermaya məxsus olmadığını, ümumiyyətlə heç kəsə məxsus olmadığını bildirib, onunla birgə gəlmiş şəxslər ilə birlikdə torpağa basdırılmış boruları təxminən 20 dəqiqə ərzində kəsib, avtomobilə yükləyib, aparmışlar. Dəmir boruların fermaya məxsus olmasını bilməmiş və ona görə də, “Qazel” markalı avtomobilin dövlət qeydiyyat nişanına fikir verməmiş, onu yadında saxlamamışdır. Bundan iki gün sonra, saat təxminən 12:30-13:00 radələrində Elton və tanımadığı 3-4 nəfər şəxs yenidən fermanın ərazisinə gəlmiş, bu zaman fermanın həyətyanı sahəsində yanaşı olan bir ədəd iki laylı dəmir darvazanı avtomobilə yükləyib aparmışlar. Həmin vaxt da, Elton darvazanın fermaya məxsus olmadığını bildirmişdir. Bundan başqa, sonuncu oğurluq hadisəsi günü mobil telefonunda olan 050 413 93 12 saylı və 070 560 88 80 saylı mobil nömrələrində danışıq kartı olmadığından, bir-iki gün sonra Nəbiyə zəng vurub, hadisə barədə məlumat vermiş, sonuncu isə həm boruların, həm də darvazanın fermaya, yəni özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 9/3122 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1260 manat, o cümlədən bir ədəd 15 il bundan qabaq alınmış, üzərində rəng olmayan, paslı, iki laylı, 5-lik dəmir listdən olan, hündürlüyü 3 metr, eni isə 4 metr və iki layının çəkisi birlikdə 490 kq olan dəmir darvazanın qiyməti 1000 manat, iki ədəd 100-lük, diametri 10 sm, divarının qalınlığı 1 sm, ikisinin birlikdə uzunluğu 4 metr, çəkisi isə 100 kq olan dəmir borunun qiyməti 260 manat (2ədx130 man.) manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatnın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 08-09-cu vərəqələrində olan 24 aprel 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, baxış Şahid Siyəzən rayonunun Beşdam kəndindəki fermasının ətrafında aparılmışdır. Ferma Bakı şəhəri istiqamətində gedən yolun sağ tərəfində yerləşməklə, birmərtəbəli tikilidən ibarətdir və ətrafda bir qədər aralıda digər tikililər də vardır. Fermadan giriş hissəsindən irəlidə dəmir hasardan 10 metr aralıda torpaq sahəsinin üzərində dəmir darvazanın olması və yerinin qalması, fermadan arxada təxminən 15 metr məsafədə taxtalar olan yerin arxasında qazılmış çökəkliyin üzərində isə dəmir darvazanın ikinci layının olması, bundan əlavə, fermadan yuxarıda yerə bərkidilmiş 1 sm qalınlığında, 4 metr uzunluğunda iki tərəfdə olan dəmir boruların kəsilərək aparıldığı görülmüşdür. Baxış zamanı heç bir əşya və ya predmet götürülməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-117-ci vərəqələrində olan 23 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə, saat 17:00 radələrində və 12 aprel 2022-ci il tarixdə, saat 14:00 radələrində baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci vərəqəsindəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2016-cı il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Beşdam kəndində 0,18159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1679,9 kv.m-dən ibarət qeyri-yaşayış binası həmin tarixdə mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs adına **********99-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cinayət işinin 46-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 25 iyul 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-cü vərəqəsində olan 22 avqust 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə Siyəzən rayonunun Beşdam kəndi ərazisində saxlanılaraq Siyəzən RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-119-cu vərəqələrində olan 24 avqust 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123, 125-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 01 avqust 2007-ci il təvəllüdlü Elşad və 02 sentyabr 2011-ci il təvəllüdlü Aysun adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən rayonunun Beşdam kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərazidə yaşayan sakinlər tərəfindən hər hansı bir şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 15 noyabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti olmamaqla, sonuncunu bağışlamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının İ, İİ bəndlərinə və İV bəndinin İ cümləsinə əsasən talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını qanunsuz götürərkən orada olmuş şahid Xalid Camərdov həmin hərəkətlərin hüquqazidd olmasını dərk etməmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə aid əmlakları götürərkən əks təsirə məruz qalmayacağına arxayın olub, əvvəlcədən düşünülmüş niyyətinə nail olmaqla, oğurluq əməlini başa çatdırmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsi də törətdiyi əməlin Təqsirləndirilən şəxs tərəfindən etiraf edilməsi kimi qiymətləndirilməlidir. Çünki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin zərərini ödəyərkən kənar təsir olmadan iradəsini sərbəst şəkildə ifadə etməklə, qarşı tərəfin maraqlarını təmin edərək, onun mənafeyinə uyğun davranmışdır. Bu hal isə artıq Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyini və xarakterini dərk etdiyini deməyə əsas verir. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın İİİ bəndinin İİ yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində Təqsirləndirilən şəxs islahına nail olunacağının müəyyən olunmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixə həbsdə saxlanıldığı 2 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə islah işləri cəzasından çıxılsın və onun üzərində qəti olaraq hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-75/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-75/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver