Məhkəmə qərarları › İş №1(059)-77/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-77/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-77/2022 18.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 18 oktyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 09 avqust 1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 1(101)-1266/2016 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 7(003)- 715/2020 saylı qərarı əsasında cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 11 (on bir) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatdığı üçün 18 iyun 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Qalaşıxı kəndində qeydiyyatda olmaqla rayonun Zarat kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə toxumlarını 2022-ci ilin may ayının sonlarında yaşadığı Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən evin həyətyanı sahəsində girişdən sol tərəfdə təxminən 20 metr irəlidə divarın dibində 2 ədədini 2 ədəd dibçəkdə və girişdən sağ tərəfdə təxminən 25 metr irəlidə otluq ərazidə 1 ədədini 1 ədəd dibçəkdə və 1 ədədini isə həmin ərazidə ağacın altında torpaqda qanunsuz olaraq əkmiş, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan 4 ədəd çətənə bitkilərini yetişdirməklə, aqrotexniki qaydada qulluq göstərib, kultivasiya etmiş, 30 iyun 2022-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı evin həyətyanı sahəsində girişdən sol tərəfdə təxminən 20 metr irəlidə divarın dibində dibçəkdə 2 ədəd və girişdən sağ tərəfdə təxminən 25 metr irəlidə otluq ərazidə dibçəkdə 1 ədəd və həmin ərazidə ağacın altında torpaqda 1 ədəd, cəmi 4 ədəd olmaqla, ümumi çəkisi 215 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 2022-ci ilin may ayında yaşadığı Zarat kəndində məhəllədə olarkən siqaret kağızı bükülüsündə 4 ədəd çətənə toxumları tapmış, habelə bu toxumları həmin ərəfədə yaşadığı ünvanın həyətyanı sahəsində 3 ədədini dibçəkdə, 1 ədədini isə torpaqda əkmiş, bundan ailə üzvlərinin, eləcə də yaşadığı ünvanın sahibinin məlumatı olmamışdır. Həmin çətənə kollarını əkdikdən sonra, onlara mütəmadi olaraq qulluq göstərmiş, diblərini yumşaldıb onlara su vermişdir. 30 iyun 2022-ci il tarixdə polis əməkdaşları zəng vuraraq, narkotik vasitə çətənə bitkilərinin əkib-becərməsində şübhəli olduğu üçün onu yaşadığı evin həyətyanı bağ sahəsində baxış keçirilməsi məqsədilə ora dəvət etmiş, o da Xızı rayonunun Giləzi qəsəbəsində işlədiyi pomidor istixanasından çıxıb, yaşadığı ünvana getmişdir. O, yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, bununla bağlı ərizə tərtib etmişdir. Bundan əlavə, yaşadığı ünvana baxış keçirilərkən ona müdafiəçi kimi Müdafiəçi təqdim edilmişdir. Bundan başqa, əkib-becərdiyi çətənə kollarının yerini göstərmiş, həmçinin sözügedən bitkiləri təqdim etmişdir. Daha sonra, görülmüş tədbirlərlə bağlı müvafiq qaydada sənədləşmə işləri aparılmış, o cümlədən onun tərəfindən tərtib edilmiş sənədlər imzalanmışdır. Həmin çətənə kollarını özü üçün əkmiş, ona aid olmuşdur. Odur ki, əməlindən peşimançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi əvvəllər simasından tanımışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olmuşdur. 30 iyun 2022-ci il tarixdə, saat 11-12:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, orada, evinin qarşısında olan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra, ona narkotik vasitə çətənə bitkilərini əkib-becərməsində şübhəli olması ilə bağlı məlumat vermişlər. Bundan sonra, yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməyən Təqsirləndirilən şəxs onlarla birlikdə həyətyanı sahəyə daxil olaraq, könüllü şəkildə evin giriş hissəsindən sol tərəfdə dibçəkdə əkdiyi 2 ədəd, girişdən sağ tərəfdə dibçəkdə əkdiyi 1 ədəd, torpaqda əkdiyi 1 ədəd, cəmi 4 ədəd çətənə kollarını göstərməklə, təqdim etmişdir. Baxış zamanı videoçəkiliş Siyavuş Ağayev tərəfindən həyata keçirilmiş, habelə baxışda Müdafiəçi, baş müstəntiq Rəhmin Zeynalov, əməliyyat müvəkkili Anar Əmirov, o və aqronom iştirak etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs da iştirakı ilə müvafiq sənədləşmələr aparılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs tərəflərindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 34-cü vərəqəsində olan 30 iyun 2022ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evin həyətyanı sahəsinə daxil olduqda, sol küncdə divarın dibində qazılmış kiçik sahədə plastmas dibçəkdə 2 ədəd, sağ küncdə tikanlı sarmaşıqların arasında dəmir dibçəkdə 1 ədəd, hasarla ağacların arasında isə 1 ədəd olmaqla, ümumilikdə 4 ədəd əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmiş, habelə kolların ən kiçiyinin hündürlüyünün 30 sm, ən böyüyünün hündürlüyü isə 60 sm olduğu müəyyən edilmişdir. Aşkar edilmiş çətənə kollarına həqiqətən aqrotexniki qaydada qulluq edildiyindən və vaxtlı-vaxtında suvarıldığından müşahidə olunan çətənə kollarında inkişaf yaxşı getmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 01 iyul 2022-ci il tarixdə verilmiş 7/716 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən... 02 ədəd kol...” yazılan zərfdə 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 200 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən... 02 ədəd bitki...” yazılan zərfdə 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 15 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0,2 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 214,80 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 26 iyul 2022-ci il tarixdə verilmiş 4075 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və kannaboidlərdən birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-31-ci vərəqələrində olan 30 iyun 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Etifat Hüseynov həyət ilə girişdən sol tərəf istiqamətində 20 metr irəliləyərək divarın yanında olan dibçəkdə əkilmiş 2 ədəd çətənə kolunu göstərmiş, baş müstəntiq Rəhmin Zeynalov tərəfindən verilmiş göstərişə əsasən həmin 2 ədəd dibçək Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Anar Əmirov tərəfindən boş əraziyə çıxarılmış, bundan sonra həmin bitkilərə aqronom Seymur Müxtəsənov tərəfindən baxış keçirilmiş, kollara aqrotexniki qulluq olunması və ölçülərinin 60 sm və 57 sm olması müəyyən olunmuşdur. Bundan sonra, həmin 2 ədəd çətənə bitkisi kolları Anar Əmirov tərəfindən dibçəkdən çıxarılmış, baş müstəntiq Rəhmin Zeynalov tərəfindən 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və üzəri möhürlənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərində imza etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs digər çətənə bitkilərinin harada olması soruşulduqda, sonuncu həyətyanı sahənin əks tərəfinə, girişdən sağ tərəfə hərəkət etmişdir. Təqsirləndirilən şəxs otluq sahəni və ağacın altını göstərərək, orada çətənə bitkiləri olmasını bildirmiş, otluq əraziyə baxış zamanı 1 ədəd dibçəkdə olan çətənə bitkisi müəyyən olunmuş, həmçinin baş müstəntiq Rəhmin Zeynalov tərəfindən verilmiş göstərişə əsasən, Anar Əmirov tərəfindən həmin dibçək boş əraziyə çıxarılmış, bundan sonra, digər 1 ədəd çətənə bitkisinə baxış keçirilmiş, bu zaman həmin bitkinin torpaqda əkilməsi müəyyən olunmudur. Baş müstəntiq Rəhmin Zeynalov tərəfindən verilmiş göstərişlə Anar Əmirov tərəfindən həmin 1 ədəd bitkini torpaqdan çıxararaq boş əraziyə yerləşdirilmiş dibçəyin yanına yerə qoymuşdur. Bundan sonra, bitkilərə aqronom Seymur Müxtəsənov tərəfindən baxış keçirilmiş, kollara aqrotexniki qulluq olunması və ölçülərinin 30 sm və 60 sm olması müəyyən olunmuşdur. Daha sonra, həmin 1 ədəd çətənə bitkisi də, Anar Əmirov tərəfindən dibçəkdən çıxarılmış, baş müstəntiq Rəhmin Zeynalov tərəfindən torpaqda əkilmiş 1 ədəd çətənə bitkisi ilə birlikdə 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və zərfin üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərində imza etmişlər. Daha sonra, həyətyanı sahəyə baxış keçirilsə də, orada əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqəsində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 03 iyul 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də işin 124-133-cü vərəqələrindəki 10 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 214,80 qram təşkil edən 4 ədəd çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 30 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki ünvana keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk isə maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli tələbnamədən, işin 108-111-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 1(101)-1266/2016 saylı hökmündən, 120-121-ci vərəqələrdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 7(003)- 715/2020 saylı qərarından, həmçinin 123-cü vərəqədəki Siyəzən rayon icra və probasiya şöbəsinin 24 avqust 2022-ci il tarixli, 236/2022-64-1 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı əsasında cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 11 (on bir) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatdığı üçün 18 iyun 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan 30 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci vərəqələrində olan 02 iyul 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-114-cü vərəqələrində olan xasiyyətnamədən, arayışdan, eləcə də 64-65-ci vərəqələrindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 27 fevral 2005-ci il təvəllüdlü Şahanə və 16 avqust 2013-cü il təvəllüdlü Günay adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən rayonunun Zarat kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə, cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, o cümlədən əvvəllər məhkum edilməsinə baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi, bu halın onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, eyni zamanda narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib, onlara aqrotexniki qulluq göstərib, yetişdirərək kultivasiya etməsinin onun gələcəkdə cəmiyyətin sağlamlığına real təhlükə yarada bilmə, eləcə də sonradan niyyətinin dəyişərək narkotik vasitələri yaya bilməsi ehtimalını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 214,80 qram təşkil edən 4 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 30 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki ünvana keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 214,80 qram təşkil edən 4 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 30 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki ünvana keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar