Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-77/2023 12.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə 12 dekabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1998-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(059)-37/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 7(057)-788/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 17 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatmış, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.3-cü, 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə, saat 09:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 məxsus olan Siyəzən rayonunun Zarat kəndində yerləşən evin plastik qapısını əli ilə evə qanunsuz daxil olub, iki gün orada qaldıqdan sonra 22 aprel 2023-cü il tarixdə, saat 10:00 radələrində oradan dəyəri 130 manat olan 100 metr uzunluğunda Türkiyə Respublikasının istehsalı, “Borsan” firmasına məxsus, ölçüləri 1*4mm2 olan mis naqili, dəyəri 5,40 manat olan Türkiyə Respublikasının istehsalı, işlək vəziyyətdə “Borsan” firmasının istehsalı, 3 ədəd ümumi uzunluğu 9 metr olan ölçüləri 1*2.5 mm2 olan mis naqilləri, dəyəri 2 manat olan 2 il əvvəl yeni vəziyyətdə alınmış, “Samsunq” markalı 01 ədəd soyuducunun 3 metr uzunluğunda ölçüləri 1*2.5 mm2 olan mis naqilini və evdə olan 500 manat pulu gizli olaraq oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 637,40 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa, ittiham aktının nəticəvi hissəsinə əsasən o, təkrar olaraq 01 may 2023-cü il tarixdə saat 24 radələrində özgənin əmlakını talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus olan Siyəzən rayonunun Zarat kəndində yerləşən təmir aparılan evinə qanunsuz daxil olub, oradan dəyəri 170 manat olan 2023-cü ilin mart ayında alınmış Azərbaycan Respublikası istehsalı 4-lük (2*4 mm) misdən olan elektrik naqilini divardan kəsərək evdən tapdığı sellofan torbaya yığmış, həmin gün həmin evdə qalmış, 02 may 2023-cü il tarixdə saat 12:00 radələrində ev sahibi Zərərçəkmiş şəxs2 evə daxil olmasını görüb sonuncunun qarşısında açıq şəkildə 01 may 2023-cü il tarixdə həmin evə daxil olaraq evin divarlarından kəsib sellofan torbaya yığdığı mis elektrik naqilini də özü ilə götürərək pəncərədən tullanıb qaçmaqla Zərərçəkmiş şəxs2 170 manat miqdarında maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 13,475 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı və 0,270 qram narkotik vasitə heroini üzərində və daha sonra evinin yaxınlığında gizlədərək saxlamış, 03 may 2023-cü il tarixdə, saat 12:50 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Siyəzən rayonunun Zarat kəndində yaşadığı evin yaxınlığında saxlanılmış, evin yaxınlığında boş əraziyə baxış keçirən zaman orada olan daşın altında gizlətdiyi 01 ədəd sellofan bükümün içərisində ümumi təmiz çəkisi 13,475 qram olmaqla, iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 4,525 və 5,240 qram və sellofana tökülmüş çəkisi 3,710 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,270 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 180.2.2-ci, 180.2.3-cü və 234.1-ci maddələri ilə deyil, 177.2.3-cü maddəsi ilə təqsirli bilir. Belə ki, o, 20 aprel 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs1 Siyəzən rayonunun Zarat kəndində yerləşən evinə daxil olaraq, 2 gün həmin evdə qalmış, habelə orada özünə yemək hazırlayaraq yemişdir. Daha sonra, 22 aprel 2023-cü il tarixdə, evdə olan soyuducunun, eləcə də, digər elektrik avadanlıqlarının naqillərini kəsərək özü ilə götürüb evdən çıxmış, habelə həmin naqilləri Siyəzən şəhərində yerləşən bazarda Ağabala adlı şəxsə ümumilikdə 8 manata satmış, lakin Zərərçəkmiş şəxs1 evindən 500 manat məbləğində pul oğurlamamışdır. Bundan başqa, 01 may 2023-cü il tarixdə, axşam saatlarında Siyəzən rayonunun Zarat kənd sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 həmin kənddə yerləşən, təmir işləri getdiyindən yaşayış olmadığını bildiyi evin mətbəxinə pəncərədən daxil olmuşdur. Bundan sonra, evin təmirsiz 2 otağının divarında elektrik naqillərinin olduğunu görüb, işıqları avtomatdan söndürmüş, habelə satmaq niyyəti ilə həmin naqilləri kəsdikdən sonra torbaya yığıb, yatacağı otağa qoymuş və gecəni orada yatmışdır. 02 may 2023-cü il tarixdə, təxminən saat 12:00 radələrində evin mətbəxində yatdığı vaxt qapının döyüldüyünü, Zərərçəkmiş şəxs2 açarla içəri daxil olmaq istədiyini görüb, pəncərədən qaçmış, həmçinin sonuncu evə gəldiyindən içərisində naqillər olan torbanı özü ilə götürməyə macal tapa bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 qaçdığını görüb ona heç bir şey etməyəcəyini, üzrxahlıq edib getməsini bildirsə də, sonuncudan, həmçinin orada olan digər qadınlardan qorxduğu üçün qaçıb getmişdir. Bundan başqa, narkotik vasitə qurudulmuş marixuanadan və heroindən istifadə etməmişdir. Belə ki, 03 may 2023-cü il tarixdə, günorta saatlarında Siyəzən RPŞ-nin əməkdaşları onu Siyəzən rayonunun Zarat kəndinə, dəniz kənarına aparmış, habelə orada olarkən həmin narkotik vasitələri daşın altına yerləşdirmişlər. Həmçinin, narkotik vasitələrdən istifadə etməsə də, RPŞ-nin CAB-nin rəisi Fikrət Məstəliyev həmin narkotik vasitələrin ona məxsus olmasını bildirməsini, habelə cəzasının üzərinə 1 il əlavə olunacağını bildirmiş, o da, məcburiyyət qarşısında narkotik vasitələrin özünə məxsus olmasını qeyd etmişdir. Bundan sonra, orada üzərində, Müdafiəçi iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, lakin sonuncuya narkotik vasitələrin Fikrət Məstəliyev tərəfindən ora yerləşdirildiyini bildirməmişdir. Habelə şəxsi axtarış zamanı Fikrət Məstəliyev orada olmamışdır. Bununla belə, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 23 aprel 2023-cü il tarixdə həmin misi tanımadığı dəmir qəbul edən şəxsə satmış, həmin şəxs ona ümumilikdə 40 manat pul vermiş, bu pulu şəxsi ehtiyaclarına mağazalarda xərcləmişdir. 02 may 2023-cü il tarixdə, saat 12 radələrinədək evdə qalmış, bu zaman bir nəfər şəxsin qapını açmaq istədiyini eşidib qapı tərəfə baxanda evin sahibi olan Zərərçəkmiş şəxs2 görmüş, sonuncu da onu görüb əvvəlcə bir qədər qorxmuş, lakin onu tanıdıqdan sonra qapını açıb içəri daxil olmağa çalışmışdır. Zərərçəkmiş şəxs2 evə daxil olacağını başa düşüb mətbəxdə olan pəncərəni açıb qaçmaq istəyəndə pəncərəni aça bilməyib onun şüşəsini sındıraraq, evdən sellofan paketə yığdığı misdən olan elektrik naqillərini də, özü ilə birlikdə oğurlayıb qaçıb getmişdir. Bundan başqa, uzun müddət olar, həm narkotik vasitə qurudulmuş marixuanadan, həm də, narkotik vasitə heroindən çəkmə üsulu ilə istifadə etmişdir. 01 may 2023-cü il tarixdə, təxminən saat 12 radələrində Siyəzən rayonunda meşədə gəzdiyi vaxt yolun kənarında bir ədəd sellofan bükülü diqqətini çəkmiş, yaxınlaşıb həmin bükülünü götürüb açdıqda birinin içərisində iki ədəd kibrit qutusu olmasını görmüş, həmin kibrit qutularını açdıqda içərisində olan narkotik vasitə qurudulmuş marixuananı istifadəçisi olduğu üçün tanımışdır. Həmçinin, sellofanın özünün də içərisinə narkotik vasitə qurudulmuş marixuana tökülmüşdür. Həmin sellofanın içərisində digər kiçik sellofan büküm də olmuşdur. Digər sellofan bükümü açdıqda isə içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Sonradan istifadə etmək məqsədi ilə həmin bükülüləri özü ilə götürmüşdür. Lakin, atasından qorxduğu üçün evə aparmamış, həmçinin sonradan gəlib istifadə etmək məqsədilə yaşadığı evin yaxınlığında boş ərazidə daşın altında gizlətmişdir. 03 may 2023-cü il tarixdə, saat təxminən 12:50 radələrində Siyəzən rayonunun Zarat kəndində yolun kənarında dayanan vaxt polis əməkdaşları ona yaxınlaşmış və bundan sonra narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Onlara üzərində narkotik vasitə olmadığını bildirmiş, gizlətdiyini və həmin yeri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə həmin yerə getmiş, orada hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilməklə, Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Müdafiəçi heç bir etirazı olmadığını, onun hüquqlarını müdafiə etməsini istədiyini qeyd etmişdir. Bundan sonra, müstəntiq tərəfindən həmin predmetləri qoyduğu yeri göstərməyi təklif edilmişdir. Orada olan daşın altında gizlətdiyi sellofan bükümü çıxarmış polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, müstəntiq tərəfindən sellofan bükülü açılmış, içərisində iki ədəd kibrit qutusu, həmçinin sellofan bükülünün içərisinə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin tökülməsi müəyyən edilmişdir. Bundan sonra, kibrit qutuları açıldıqda içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Bu sellofan bükülünün içərisində olan digər kiçik sellofan bükülü açılmış və içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra, aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuana və digər narkotik vasitə heroin olan sellofan bükülü ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra, özü və digər iştirakçılar zərflərin üzərinə imza etmişlər. Daha sonra, iştirakçılardan və ondan hər hansı bir şikayətlərinin olub-olmaması soruşulmuş, şikayət və tələblərinin olmadığını bildirdikdən sonra baxış prosesi yekunlaşdırılmışdır. Eyni zamanda, mobil telefonu da özünə qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Siyəzən rayonunun Zarat kəndində 2 mərtəbədən ibarət fərdi yaşayış evləri olmaqla, həmin evə ərinin işi ilə əlaqədar olaraq gəlirlər. Belə ki, təxminən 29 aprel-01 may 2023-cü il tarixləri aralığında həmin evə gəldiklərində 500 manat pulun, ümumi uzunluğu 15 metr olan 3 ədəd elektrik paylayıcı naqilin, 3 metr uzunluğunda soyuducuya məxsus elektrik naqilinin, 100 metr uzunluğunda 4 mm-lik yeni vəziyyətdə topada elektrik naqilinin oğurlandığını görmüşlər. Ümumilikdə ona 637 manat məbləğində zərər dəymiş, habelə həmin zərər ona ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənməsə də, ondan şikayətçi deyildir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən rayonunun Zarat kənd sakini kimi tanımaqla, sonuncuya qarşı hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. Siyəzən rayonunun Zarat kəndində ailə üzvləri ilə birlikdə yaşamaqla, təqaüdçüdür. Həmin kənddəki onlara məxsus iki evdən birində, yəni daimi yaşayış olan evdə özü yaşasa da, bacısına məxsus olan digər evdə hazırda təmir-tikinti işləri aparıldığından orada yaşayış yoxdur, habelə sonuncu sözügedən yarımçıq evə nəzarət etməyi ona tapşırmışdır. 02 may 2023-cü il tarixdə bacısı ilə birlikdə təmir-tikinti işlərinin aparıldığı həmin evə baxmaq üçün yollanmış, evin qapısını açıb içəri daxil olmaq istədikdə, qapı açılmadığından bacısı və bacısı qızı ilə birgə evin yan tərəfinə keçib nəzər salarkən pəncərəsinin sındırıldığının, içəridən isə tül pərdənin asılmasının şahidi olmuşlar. Evin içərisinə tərəf boylandıqda, orada Təqsirləndirilən şəxs yatdığını görüb sonuncuya səslənmişlər. Beləliklə, Təqsirləndirilən şəxs onların onu səsləməsindən sonra pəncərədən atlanaraq qaçmışdır. Bundan sonra, sözügedən evdəki soyuducunun motorunun və su nasosunun mis naqillərinin Təqsirləndirilən şəxs tərəfindən qoparıldığını düşünüb, hadisə ilə bağlı DİN-nin 102 xidmətinə müraciət edərək, məlumat vermişdir. Həmin vaxt qeyd edilən əşyaların oğurlandığını bildirsə də, sonradan evdə Təqsirləndirilən şəxs yatdığı otaqda torbanın içərisində olduğunu görmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs pəncərədən qaçaraq getsə də, əlində həmin naqilləri apardığını görməmişdir. Bununla belə, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Heç yerdə işləmir təqaüdçüdür. Siyəzən RPŞ-yə etdiyi müraciətlə bağlı bildirir ki, Siyəzən rayonunun Zarat kəndində iki evi var, birində daimi yaşayır, digər evdə isə təmir işləri getdiyindən hələ yaşayış yoxdur. 02 may 2023-cü il tarixdə yaşayış olmayan, təmir gedən evinə baxmağa gəlib qapını açmaq istəyəndə evinin daxilində kiminsə olduğunu hiss eləmişdir. Əvvəlcə qorxmuş, sonradan evin pəncərəsindən baxanda evində Siyəzən rayonunun Zarat kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs evinin daxilində olduğunu görmüş, onu tanımışdır. Evinin qapısını bir təhər açıb içəri daxil olan zaman Təqsirləndirilən şəxs mətbəxdəki pəncərənin şüşəsini sındırıb, evindən əşyaları sındıraraq götürdüyü bütün elektrik naqillərini, su motorunun daxilində olan mis kabelləri, soyuducunun elektrik naqillərini oğurlayıb özü ilə aparmışdır. Baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Evdə təmir işləri getdiyindən yaşayış yoxdur, ancaq iş görülən zaman evdə adam olur, sonuncu dəfə 28-29 aprel 2023cü il tarixlərdə evə getmişdir. Oğurluğu Siyəzən rayonu Zarat kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs törətmişdir, evə daxil olanda Təqsirləndirilən şəxs mətbəxin pəncərəsindən əlində elektrik naqilləri ilə birlikdə qaçıb getmişdir. Evdən təxminən cari ilin fevral ayında 170 metr, metrini 1 manat 50 qəpikdən aldığı 4-lük(4 millimetrlik) misdən olan elektrik naqilləri, su motorunun daxilində olan mis kabeli, soyuducunun elektrik naqilləri Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, bundan başqa nağd pul, qızıl-zinət əşyaları olmamış, başqa heç nə oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən protokol tərtib olunaraq, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq olunmuş, habelə əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Bundan sonra, 03 may 2023-cü il tarixdə, saat 12:45 radələrində, RPŞ-nin NMQ-nun sabiq əməliyyat müvəkkili Zəbişah İsmayılov ilə birlikdə xidmətdə olduqları vaxt Təqsirləndirilən şəxs Siyəzən rayonunun Zarat kəndində görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, habelə ona narkotik vasitələrdən istifadə etməsində və daşımasında şübhəli olduğunu bildirib, üzərində narkotik vasitə olduğu halda könüllü təqdim etməsini təklif etmişlər. Bu zaman, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin Siyəzən rayonunun Zarat kəndində dəniz kənarında dostları ilə birlikdə istifadə etməsi üçün daşın altında sellofan bükülünün içərisində narkotik vasitələr gizlətdiyini bildirmişdir. Bundan sonra, Müdafiəçi iştirakı ilə həmin əraziyə gedilmiş, habelə orada videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs daşın altında gizlətdiyi, sellofan bükümü çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən həmin bükülü açıldıqda, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan iki ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Daha sonra, həmin sellofan bükümün içərisində olan digər kiçik sellofan bükülü açılmış, habelə kiçik sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra, predmetlər boş zərfə yerləşdirilərək, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmiş, habelə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. RPŞ-nin CAB-ın rəisi X5 Qurbanovun cibinə və yaxud dəniz kənarındakı daşın altına narkotik vasitələr yerləşdirməmiş, həmçinin sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı orada olmamışdır. Belə ki, təqsirləndirilən şəxsi saxladıqlarında Siyəzən rayonunun Zarat kəndində dəniz kənarında dostları ilə birlikdə istifadə etməsi üçün daşın altında narkotik vasitələr gizlətdiyini bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs saxlamamışdan öncə RPŞ-də görməmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi X2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanısa da, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs RPŞ-nin əməliyyat müvəkkilləri Siyəzən rayonunun Zarat kəndində saxlayıb, RPŞ-yə gətirdikləri zaman onunla inzibati binada söhbət etmiş, habelə haradasa əlavə qanunsuz predmet gizlətmişdirsə, onu da götürmələri üçün yerini bildirməsini təklif etmiş, həmçinin Elxana onsuz da əməlində Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin tərkibinin olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxsla əlavə söhbət olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 9/3334 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 170 metr 2023-cü ilin mart ayında alınmış Azərbaycan Respublikası istehsalı 4-lük (2x4 mm) misdən olan elektrik naqilinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 170 (170 m x 1 manat) manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatnın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 211-212-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/3875 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən naqillərin, o cümlədən 100 metr uzunluğunda, 18 aprel 2023-cü il tarixdə yeni vəziyyətdə alınmış, istifadə olunmamış, Türkiyə Respublikası istehsalı, “Borsan” firmasına məxsus, ölçüləri 1x4 mm2 olan mis naqilin 2023-cü ilin aprel ayına olan tarixə orta bazar qiyməti ilə dəyəri nəzəri hesablama yolu ilə təxminən 130 manat (100 m x 1,30 manat), Türkiyə Respublikası istehsalı, işlək vəziyyətdə “Borsan” markalı, 3 ədəd ümumi 9 metr uzunluğunda, ölçüləri 1x2,5 mm2 olan mis naqillərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 5,40 manat (9 m x 0,60 manat), 2 il bundan öncə yeni vəziyyətdə alınmış “Samsung” markalı 1 ədəd soyuducunun 3 metr uzunluğunda, ölçüləri 1x2,5 mm2 olan mis naqilin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2 manat, ümumilikdə təxminən 137,40 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 210-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatnın dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 95-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli, 7/652-6/2583 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar edilmiş kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda və 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,710 qram, 4,525 qram və 5,240 qram olmaqla, ümumi çəkisi 13,475 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,270 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,220 qram, 0,15 qram (hər bir obyektdən 0,05 qram olmaqla) qurudulmuş marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 13,325 qram təşkil etmişdir. Cinayət işinin 94-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 iyul 2023-cü il tarixdə verilmiş 4219 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-190-cı vərəqələrində olan 01 may 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs1 fərdi yaşayış evində keçirilmişdir. Evin giriş qapısı iki laylı dəmir materialdandır. Həyətə daxil olduqda qarşıda sağ tərəfdə iki mərtəbəli yaşayış evi vardır. Evin giriş qapısı isə bir laylı dəmirdəndir. Girişdən daxil olduqda solda bir laylı plastik qapı vardır ki, bu qapıda sınıq və zədə izlərinə rast gəlinsə də, qapı asanlıqla açılıb, örtülür. Evin içərisində olan əşyaların dağınıq vəziyyətdə olması müşahidə edilir. Evdə olan “Samsung” markalı soyuducunun arxa hissəsindən elektrik naqilləri tam kəsilmişdir. 3 ədəd “Borsan” markalı elektrik paylayıcıların elektrik naqillərinin kəsilərək götürülməsi aşkar olunmuşdur. Zərərçəkmiş şəxs1 otaqdan ümumi uzunluğu 100 metr olan yeni “Borsan” firmasına məxsus elektrik naqillərinin də oğurlandığını bildirmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən hadisə yerindən əşya və ya predmet götürülməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-17-ci vərəqələrində olan 02 may 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində süni işıqlandırma şəraitində aparılmışdır. Evin həyətyanı sahəsinə olan giriş qapısı taxta, dəmir barmaqlıqdan ibarətdir. Həyətə daxil olduqda qarşıda sağ tərəfdə təmir işləri gedən yaşayış olmayan iki mərtəbəli yaşayış evi vardır. Evin giriş qapısı bir laylı olmaqla, dəmirdəndir. Evə daxil olduqda sağ tərəfdə mətbəxdə, yerdə sınıq vəziyyətdə soyuducu olmaqla, pəncərənin şüşəsi sındırılmış haldadır. Qarşıda sağ və solda olmaqla, iki otaq vardır. Otaqların hər birində əşyalar dağınıq vəziyyətdə, təpə şəklində yığılmışdır. Zərərçəkmiş şəxs2 evdə olan elektrik naqillərinin oğurlandığını bildirmişdir. Baxış zamanı heç bir əşya və ya predmet götürülməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan 03 may 2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan eləcə də, işin 107-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd DVD diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 03 may 2023-cü il tarixdə, saat 13:00-dan saat 13:08-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Siyəzən rayonunun Zarat kəndində yaşadığı evin yaxınlığında boş əraziyə keçirilən baxış zamanı sonuncunun orada olan daşın altında gizlətdiyi 1 ədəd sellofan bükümün içərisində ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr iki ədəd kibrit qutusunda və sellofana tökülmüş halda, heroinə bənzər kütlə isə 1 ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı fotoaparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-136-cı və 288-299-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin rəisinin müvafiq olaraq 06 may 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də, 06 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 13,325 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,220 qram qalıq çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilməsi görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-158-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli tələbnamədən, işin 151-153-cü vərəqələrində olan Siyəzən Məhkəməsinin 12 aprel 2022-cü il tarixli, 1(059)-37/2022 saylı hökmünün, 165-ci vərəqəsindəki Salyan Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 7(057)- 788/2022 saylı qərarının, eləcə də 162-ci vərəqədə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 22 may 2023-cü tarixli, 909/2023-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 17 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatmış, o cümlədən həmin qərar icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmamışdır. Beləliklə, hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 139-141-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 4(059)-18/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 160-161-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs heç bir yerdə işləmir və bundan əvvəl məhkumluğu olmuşdur. O, ərazidə fəaliyyət göstərən mağazalara və yaşayış olan bağ evlərinə girmiş, habelə ziyan vurmuşdur. Həmçinin, onun barəsində Siyəzən rayonu İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə dəfələrlə şifahi şikayət daxil olmuşdur. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxslərin 07 noyabr 2023-cü il tarixdə tərtib etdikləri ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayətçi deyildirlər. İlk növbədə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, Zərərçəkmiş şəxs1 əmlakını gizli olaraq talaması, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr qurudulmuş marixuana və heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadələri ilə yanaşı zərərçəkmişin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında 22 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 fərdi yaşayış evindən 500 manat məbləğində pul oğurlamaması, həmçinin narkotik vasitələrdən istifadə etməsə də, RPŞ-nin CAB-nin rəisi Fikrət Məstəliyevin həmin narkotik vasitələrin ona məxsus olmasını bildirməsini istəməsi, habelə cəzasının üzərinə 1 il əlavə olunacağını bildirməsi, bu səbəbdən də məcburiyyət qarşısında narkotik vasitələrin özünə məxsus olmasını qeyd etməsi, bundan sonra, Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilərkən sonuncuya narkotik vasitələrin Fikrət Məstəliyev tərəfindən müvafiq yerə yerləşdirildiyini bildirməməsi ilə bağlı qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bu bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmasına, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitələrin ona aid olmadığını, həmçinin Zərərçəkmiş şəxs1 fərdi yaşayış evindən 500 manat məbləğində pul oğurlamamasını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Bu əməllərə münasibətdə qeyd olunur ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə törədiyi əməldə CM-nin 29,177.2.2-ci, 29,177.2.3-cü maddələrinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, onun əməlində CM-nin 180.2.2-ci, 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Belə ki, həm Zərərçəkmiş şəxs2, həm də Təqsirləndirilən şəxs məhkəmə iclasında sonuncunun 02 may 2023-cü il tarixdə, təxminən saat 12:00 radələrində evin mətbəxində yatdığı vaxt qapının döyüldüyünü, eləcə də Zərərçəkmiş şəxs2 açarla içəri daxil olmaq istədiyini görüb, pəncərədən qaçaraq getdiyini, lakin zərərçəkmiş şəxsə aid evdən kəsib sellofan torbaya yığdığı elektrik naqillərini özü ilə apara bilmədiyini, habelə bu naqillərin evdə, həmin torbada qaldığını bildirmişlər. Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs2 mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, onlar, ehtimal olunan, habelə ittiham aktına əsasən CM-nin 180.2.2-ci, 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinə nəzərən əslində ifadələrində işin faktiki halları ilə bağlı baş verənləri daha təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törədilmiş həqiqi əməlin mahiyyətini dəqiqliklə aydınlaşdırmışlar. Digər tərəfdən Təqsirləndirilən şəxs 03 may 2023cü il tarixdən həbsdə, cəmiyyətdən təcrid şəkildə saxlanılmaqla, cinayət prosesində iştirak edən şəxslərə, o cümlədən Zərərçəkmiş şəxs2 qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətmək və ya saxtalaşdırmaq imkanına malik olmamışdır. Bu mənada, Zərərçəkmiş şəxs2 kənar təsir və təzyiqə məruz qalmadan, sərbəst olaraq Təqsirləndirilən şəxs vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq ifadə verməsi əvvəlcədən düşünülmüş addım kimi qiymətləndirilə bilməz. Çünki, o, zərərə məruz qalmış şəxs kimi əmlakının evində qalmasını gizlədə, bununla da evinə oğurluq niyyəti ilə daxil olmuş Təqsirləndirilən şəxs daha sərt cəzaya məhkum edilməsinə nail ola bilərdi. Lakin, Zərərçəkmiş şəxs2 loyal və humanist mövqe nümayiş etdirməklə, ona münasibətdə baş vermiş cinayət əməlinin əsl mahiyyətini düzgün göstərmişdir. Bu səbəbdən də, həm Zərərçəkmiş şəxs2, həm də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələr obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci, 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi qanunsuz və əsassız olacaqdır. Yəni, ibtidai istintaq orqanı hər hansı əsas olmadan və sübut əldə etmədiyi halda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 münasibətdə törətmiş olduğu cinayət əməlini təkrar, yaşayış sahəsinə qanunsuz olaraq girməklə sonuncunun əmlakını açıq talama kimi qiymətləndirərək Təqsirləndirilən şəxs hərəkətlərini CM-nin 180.2.2-ci, 180.2.3-cü maddələri ilə tövsif edərək ona qarşı bu maddələrlə də ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Yenə bu Məcəllənin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Sözügedən Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İşin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə gizli talama (oğurluq) kimi başladığı hərəkətlərinin 02 may 2023-dü il tarixdə kənar şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məlum olduğunu dərk etdikdən sonra yaxalanmaqdan qorxaraq oğurlamaq niyyətində olduğu elektrik naqillərini yığdığı sellofan torbada, hadisə yerində qoyub, oradan qaçmış, habelə bu niyyətini əhatə edən qəsdini iradəsindən asılı olmayan səbəblər üzündən başa çatdıra bilməmişdir. Belə olan halda, onun oğurluq niyyətinin kənar şəxslərə məlum olduğu andan hərəkətlərini dayandırması, elektrik naqillərini yığdığı sellofan torbanı olduğu yerdə qoyması, onun özgə əmlakını açıq talama niyyətində olmamasına dəlalət edir. Bununla da, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, istintaq orqanı düzgün olmayaraq təqsirləndirilən şəxsin əməlini həm də CM-nin 180.2.2-ci, 180.2.3-cü maddələri ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Məhz buna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci, 180.2.3-cü maddələri ilə tövsif edilmiş əməli Cinayət Məcəlləsinin 29,177.2.2-ci, 29,177.2.3-cü maddələrinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama, habelə təkrar talamağa cəhd etmə, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr qurudulmuş marixuana və heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gəncliyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 aprel 2022-ci il tarixli, 1(059)-37/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla da, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətə görə əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, eləcə də mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər də mülkiyyət əleyhinə kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməlləri törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini (oğurluq) davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməməsini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gəncliyi kimi yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 03 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 13,325 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,220 qram qalıq çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə üzərinə şəxsi axtarışın və baxışın keçirilməsi görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 170 (yüz yetmiş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində onlara dəymiş zərərləri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü, 29,177.2.2-ci, 29,177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 03 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 13,325 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,220 qram qalıq çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə üzərinə şəxsi axtarışın və baxışın keçirilməsi görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində onlara dəymiş zərərləri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-77/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-77/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver