Məhkəmə qərarları › İş №1(059)-78/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-78/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-78/2022 15.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1986-cı il tarixdə keçmiş Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şabran rayonunun Taxtalar kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə, saat 15:00 radələrində Şabran rayonun Ağbaş kəndi ərazisində Rusiya Federasiyası, Dağıstan Respublikası, Qızılyurd rayonu, Myatli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan Scania markalı, A738HT 73 rus qeydiyyat nişanlı “TİR” avtomaşını saxladıb, avtomaşına əyləşdikdən sonra Bakı- Quba avtomobil yolunun Siyəzən rayonu, Yenikənd kəndi ərazisindən keçən hissəsində sonuncunun əynində olan idman şalvarının sağ cibindən gizli olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 29 aprel 2022-ci il tarixli məzənnə kursuna əsasən 1360 Azərbaycan manatı ekvivalentində 800 ABŞ dolları pul vahidini (800*1.7=1360) və 117 Azərbaycan manatı ekvivalentində 5000 Rusiya Federasiyası rublu pul vahidini (5000*0.0234=117) oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1477 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etsə də, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, o, Zərərçəkmiş şəxs oğlunu əvvəllər tanımamış, sonuncu ilə düşmənçilik və ədavəti olmamışdır. O, 01 may 2022-ci il tarixdə, saat 12:00 radələrində işləri ilə əlaqədar Siyəzən şəhərinə gəlmiş, saat 14:00 radələrində isə işlərini yekunlaşdırıb, Şabran şəhərinə getmək üçün avtomobilə əyləşmək məqsədilə Şabran rayonunda Ağbaş kəndində körpünün altına çıxmışdır. Beləliklə, o, həmin gün, təxminən saat 15:00 radələrində körpünün altında gözləyərkən Zərərçəkmiş şəxs idarə etdiyi Scania markalı avtomobillə asfalt yolla Quba rayonu istiqamətində hərəkətdə olmuş, sonuncunu əl işarəsi ilə saxlatdırıb, avtomobilinə oturmuş, həmçinin təxminən 5 dəqiqə yol getdikdən sonra o, Zərərçəkmiş şəxs istəyərsə, onun cinsi orqanını ağzına ala biləcəyini bildirmiş, habelə bunu 20 manata razılaşdırmışlar. Bundan sonra, Zərərçəkmiş şəxs avtomobilini yolun kənarına çəkib, şalvarının qabağını açmış, o, isə Maqomedin cinsi orqanını ağzına alaraq, təxminən 5 dəqiqə saxladıqdan sonra sonuncudan pulu istədikdə o, arxadan onunla cinsi əlaqədə olmaq istədiyini, ondan sonra 20 manat verəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs pulu verməyəcəyini görüb, sonuncunun cinsi orqanını ağzına alıb, əlini də onun sağ cibinə salaraq orada olan pulu çıxartmış, həmçinin əlinin içində yuvarlayıb saxlamış, Maqomedin bundan xəbəri olmamışdır. Daha sonra, Zərərçəkmiş şəxs 20 manat pulu istəsə də, sonuncu verməyəcəyini bildirdikdə, o, DİN-in 102 xidmətinə zəng edəcəyini qeyd etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs avtomobilini saxlayıb, ondan avtomobildən düşməyi tələb etmiş, o, avtomobildən düşüb getsə də, Maqomedin cibindən pulu çıxartmasından xəbəri olmamışdır. Avtomobildən düşdükdən sonra bir qədər aralanıb həmin pula baxdıqda, 800 dollar ABŞ dolları və 5000 rus rublu olmasını görmüşdür. Bundan sonra, tutulacağını bildiyindən qorxaraq, Bakı şəhərinə getmiş, orada təxminən 30 gün qalıb, yenidən Şabran rayonuna qayıtmışdır. Təxminən 21 iyun 2022-ci il tarixdə o, yolun kənarında yenə həmin yerdə Yenikənd kəndində dayanarkən qeyd edilən ərazidən avtomobili ilə keçən Zərərçəkmiş şəxs onun yolun kənarında dayandığını görüb, avtomobili saxlayaraq, arxası ilə qaçsa da, onu tuta bilməmişdir. Daha sonra, o, oradan qaçaraq, tutulmamaq üçün Bakı şəhərinə getmiş, həmçinin 10 iyul 2022-ci il tarixə kimi orada qalmış, lakin qeyd olunan tarixdə polis əməkdaşları onu tutub Siyəzən rayonuna gətirmişlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında elan edilməklə, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 01 noyabr 2022-ci il tarixli ərizəsində göstərmişdir ki, o, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edir və Azərbaycan Respublikasına gəlmək imkanına malik olmadığı üçün məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş edib, iclasın onun iştirakı olmadan keçirilməsini rica edir. Beləliklə, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 3 il olar Scania markalı, A738HT 73 rus qeydiyyat nişanlı avtomobil ilə Rusiya Federasiyasına tərəvəz daşıyır. O, 01 may 2022-ci il tarixdə, saat 15:00 radələrində qeyd etdiyi Scania markalı avtomobillə İran İslam Respublikasından Rusiya Federasiyasına, Dağıstan Respublikasının Maxaçqala şəhərinə tərəvəz daşıyarkən, Siyəzən rayonunun Yenikənd kəndində körpünün altında, Quba rayonu istiqamətində yolun sağ tərəfində dayanan bir nəfər şəxs avtomobilini əl etməklə, saxlatdırmış, habelə sonuncu orta boylu, 35-40 yaşlarında, arıq bədən quruluşlu, qaraşın olmuşdur. O, avtomobilini saxladıqda, həmin şəxs əli ilə ona yolu göstərib, işarə etməklə, sürücü olduğunu bildirərək, Qazel və Xaçmaz sözlərini qeyd etmiş, o, isə onu saxlatdıran şəxsə avtomobilə əyləşməsini işarə edib, ondan avtomobilinin harada olması ilə maraqlansa da, sonuncu Xaçmaz şəhərində olduğunu qeyd etmişdir. Bundan sonra, qeyd edilən şəxs öz-özünə Azərbaycan dilində nəsə danışmış, həmçinin təxminən 10 dəqiqəlik hərəkətdən, eləcə də qırmızı yanacaq doldurma məntəqəsini keçdikdən sonra aşağı onun şalvarına tərəf əyilmişdir. Bu zaman o, həmin şəxsin nə etməsini başa düşməmiş, sonuncunun dəli olmasını fikirləşib, avtomobili kənara sağa çəkib saxlamış, qeyd olunan şəxs isə avtomobilin qapısını açıb, avtomobildən tullanaraq qaçıb getmişdir. O, qeyd olunan şəxsin nə etməsini başa düşməmiş, təxminən 3-4 dəqiqə avtomobili sürdükdən sonra əlini sağ cibinə atdıqda, 800 ABŞ dolları və 5000 rus rublu pulun cibində olmamasını görmüş, habelə aldadıldığını bilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. O, sonradan həmin şəxsin Şabran rayonunun Taxtalar kənd sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 80-81-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 məhkəmə-tibb ekspertizasının 11 iyul 2022-ci il tarixli, 136 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasında onun bədəni üzərində hər hansı növ bədən xəsarəti aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-61-ci vərəqələrində olan 10 iyul 2022-ci il tarixli üzləşdirmə və işin 83-85-ci vərəqələrindəki 12 iyul 2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokollardan görünür ki, 10 iyul 2022-ci il tarixdə saat 19:40-dan saat 20:30-dək olan müddət ərzində Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə, həmçinin 12 iyul 2022-ci il tarixdə sonuncunun ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs baş vermiş hadisəni, o cümlədən törətdiyi əməllə bağlı iş üçün əhəmiyyətli halları ifadəsində dəqiq bildirməklə, yanaşı təfsilatı ilə təsvir (izah) etmişdir. Cinayət işinin 98-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 03 avqust 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-94-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 iyul 2022-ci il tarixli, 4(059)-25/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 107-108-ci vərəqələrində olmaqla, 14 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş, həmçinin imzalanmış ərizələrdən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş Şabran rayon icra və probasiya şöbəsinin 13 oktyabr 2022-ci il tarixli, 36/22-29 nömrəli məktubundan görünür ki, Şabran rayonunun Taxtalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı kənddə sakit və təmkinli sakin kimi tanınmaqla, heç bir ictimai işdə iştirak etməmiş, həmçinin yerli icra nümayəndəliyi tərəfindən heç bir xəbərdarlıq almamışdır. Bundan əlavə, Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 08 may 2012-ci il tarixli, 2(031)-242/2012 icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar X1 xeyrinə ödənilməmiş aliment borcu yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs oğlu tərəfindən 01 noyabr 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cibindən sonuncunun pulunu çıxarmaqla, gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halın olmasını, o cümlədən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində Təqsirləndirilən şəxs islahına nail olunacağının müəyyən olunmamasını, Azərbaycan Respublikası adından Şabran Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsasında verilmiş 08 may 2012-ci il tarixli, 2(031)-242/2012 icra vərəqəsi üzrə valideynlik vəzifəsini icra etməsini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixə həbsdə saxlanıldığı 4 ay 5 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 05 (beş) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar