Məhkəmə qərarları › İş №1(059)-78/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-78/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-78/2023 14.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 14 noyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİİ dərəcəli əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,610 qram təşkil edən psixotrop maddə metamfetaminin 0,412 qramını üzərində, həmin metamfetaminin 0,198 qramını, həmçinin ümumi təmiz çəkisi 0,269 qram olan narkotik vasitə qurudulmuş marixuananı 20 iyun 2023-cü il tarixdə, saat 22:00 radələrində tanışı X1 Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evində olduqları zaman digər tanışı Şahid2 çantasına qoyaraq orada saxlamış, 21 iyun 2023-cü il tarixdə, saat 06:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin H.Əliyev küçəsində saxlanılmış üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Magna” markalı siqaret qutusunun içərisindən iz şəklində olduğu üçün çəkisinin müəyyən edilməsi mümkün olmayan psixotrop maddə metamfetamin izləri olan 1 ədəd borucuq formasına salınmış üzərində “5 Türkiye Lirası” yazısı olan pul əskinası, 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,204 qram, 0,208 qram psixotrop maddə metamfetamin, 1 ədəd uc hissəsi yanmış, düzəldilmiş papirosda 0,19 qram kütlədə olan tütünlə qarışıq halda cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilməyən narkotik vasitə qurudulmuş marixuana hissəcikləri, həmçinin 21 iyun 2023-cü il tarixdə, saat 03:45 radələrində X1 yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evdə olan masanın üzərində Şahid2 əl çantasına keçirilmiş baxış zamanı oraya qoyduğu 1 ədəd sellofan bükülüdəki göy rəngli kağız bükümdə təmiz çəkisi 0,269 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,198 qram olmaqla ümumi təmiz çəkisi 0,610 qram psixotrop maddə metamfetamin, 1 ədəd üzərində iz şəklində olduğu üçün çəkisinin müəyyən edilməsi mümkün olmayan metamfetamin izləri olan folqa kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etsə də, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, taksi sürücüsü kimi fəaliyyət göstərir. Uzun müddətdir həm narkotik vasitə marixuanadan, həm də, psixotrop maddə metamfetamindən istifadə edir. X3 tanıyır. 20 iyun 2023-cü il tarixdə tanışı Ruslan zəng edərək, onun ailə üzvlərini Sumqayıt şəhərinə aparmağını istəmişdir. Onunla birlikdə Sumqayıt şəhərinə onun ailə üzvlərini aparmış və orada düşürtmüş, habelə bundan sonra, Siyəzən şəhərinə qayıtmışlar. Daha sonra, Ruslan Xaçmaz şəhərinə getməyi təklif etdikdə, onunla razılaşıb, birlikdə Xaçmaz şəhərinə getmiş, həmçinin Xaçmaz şəhərində parkda gəzən vaxt orada kənarda ağacın altında bir ədəd sellofan torba tapmışdır. Açıb içinə baxdıqda sellofanın içərisində psixotrop maddə metamfetamin olan 5 ədəd gümüşü rəngli kağız büküm, 1 ədəd qara rəngli kağız büküm, 1 ədəd ağ rəngli sellofan büküm, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd sellofan bükülünün içərisində göy rəngli kağız büküm və 1 ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli kağız büküm olmasını görmüşdür. Həmin bükümlərdən içərisində psixotrop maddə metamfetamin olan 4 ədəd gümüşü rəngli bükümü və içərisində narkotik vasitə qurudulmuş mariuxana olan 1 ədəd kibrit qutusunu Ruslan, içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü rəngli, 1 ədəd qara rəngli bükümü, 1 ədəd sellofan bükülünü və içərisində qurudulmuş marixuana olan 1 ədəd göy rəngli sellofan bükülünün içərisində olan göy rəngli kağız bükümü isə o, götürmüşdür. Daha sonra, Xaçmaz şəhərində kafedə oturub pivə içmiş, həmin zaman yanlarına tanıdığı Günay gəlmiş və masalarına əyləşmiş, kafe bağlanana kimi orada oturmuşlar. Daha sonra, Ruslan Günaya onunla birlikdə getməsini təklif etmiş, Günay da razılaşmışdır. Siyəzən şəhərinə, Ruslanın evinə gəlmişlər. Evdə olan zaman Ruslan özünə götürdüyü marixuananı çıxarmış və ondan istifadə etmişlər. Bundan sonra, üzərində saxladığı siqaret qutusunda olan metamfetaminlər olan bükümləri çıxarmış və masanın üzərinə qoymuşdur. Həmin bükümlərdən birini açıb içindən bir az götürüb istifadə etmiş, qalanını isə saxlamışlar. Bundan sonra Günay hamama girmişdir. O, evə getmək istədiyini Ruslana bildirdikdə, sonuncu buna etiraz etməmişdir. Daha sonra, masanın üzərinə qoyduğu bükümlərdən həm nəşə, həm də metamfetaminin birini götürüb Günayın əl çantasına qoymuş, amma, sonuncuya bu barədə heç nə deməmiş, öz-özünə “sonra çantasını açanda görər, istəsə istifadə edər” deyə fikirləşmişdir. Onları qoyub əl çantasını bağlayan zaman Günay hamamdan çıxmış və onu görüb, çantasına pul qoyduğunu düşünmüşdür. Bundan sonra, o, evdən çıxaraq getmiş, yolda olan zaman ayaq yoluna getmək üçün maşın saxlatmışdır. Daha sonra, ayaqyoluna tərəf gedərkən polis əməkdaşları yaxınlaşıb, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Siyəzən RPŞ-yə aparmışlar. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi iştirakı təmin edilmişdir. Siyəzən RPŞ-də müdafiəçi Arif Muradzadənin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman ona qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edildikdə, o, üzərində olan siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusuna müstəntiq tərəfindən baxış keçirilən zaman qutunun içərisində 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli kağız bükümdə olan metamfetaminə bənzər kütlə, həmçinin kartona bükülü formada içərisində tütün olan yanmış halda siqaretə bənzər kütlə və 1 ədəd bükülü halda Türkiyə Respublikasına məxsus üzərində 5 Türkiyə Lirəsi yazısı olan pul əksinası aşkar edilmişdir. Bundan sonra, müstəntiq tərəfindən həmin bükülülər götürülmüşdür. Şifahi sorğu zamanı həmin siqaret qutusunu tapdığını bildirmişdir. Daha sonra, həmin kütlələr 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan sonra, üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, üzərində əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra, Ruslanın yaşadığı evə baxış zamanı psixotrop maddə metamfetamin olan bükümlərin, narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunun, eləcə də Günayın çantasına qoyduğu metamfetamin və marixuana olan bükümlərin aşkar edilərək götürüldüyünü öyrənmişdir. Eyni zamanda, məhkəmə, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini Şahid2 çantasına narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin yerləşdirməsi ilə bağlı hissədə təsdiq etməməsinə münasibətdə məhkəmə istintaqı zamanı bildirdiklərinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi özünü müdafiə xarakteri daşıyır, həmçinin gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində masanın üzərinə qoyduğu bükümlərdən həm marixuananın, həm də metamfetaminin birini götürüb Günayın əl çantasına qoyduğunu, amma, sonuncuya bu barədə heç nə bildirmədiyini göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 20 iyun 2023-cü il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirlərinə başlanılmış, habelə Siyəzən şəhərinin Heydər Əliyev küçəsi tərəflərindən nəzarətə götürülmüşdür. Bundan sonra, 21 iyun 2023-cü il tarixdə, saat 06:15 radələrində Təqsirləndirilən şəxs həmin küçədə görüb ona yaxınlaşaraq, özlərini təqdim edib, onlarla birlikdə Siyəzən RPŞ-yə getməli olduğunu bildirmiş, habelə sonuncu buna etiraz etməyərək RPŞ-yə aparılmışdır. Orada, növbətçi hissədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Müdafiəçi təqdim edilmiş, habelə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman ona, üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa, təqdim etməsi təklif olunduqda, sonuncu üzərində olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra, aşkar edilmiş metamfetaminə bənzər maddə iştirakçıların gözü qarşısında ağ rəngli boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış, habelə videoçəkiliş yekunlaşmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 il olar, taksi sürücüsü kimi tanımış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. 21 iyun 2023-cü il tarixdə, saat təxminən 00:00 radələrində Təqsirləndirilən şəxsla, bir aya yaxın olar tanıdığı Ruslan Əliyev birlikdə Xaçmaz şəhərində işlədiyi kafeyə gəlmiş, habelə sonuncular masada əyləşərək pivə içmişlər. Bundan sonra, Ruslan Əliyev ona Siyəzən şəhərində valideynləri ilə birlikdə yaşadığı evə gedib çay içməyi təklif etmiş, habelə Təqsirləndirilən şəxs avtomobili ilə Siyəzən şəhərinə gəlmişlər. Daha sonra, evə daxil olub, pivə içməyə başlamışlar. Bundan əlavə, Ruslan və Mirabtalıb çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana da hazırlamağa başlamışlar. Eyni zamanda, həmin vaxt Ruslan Əliyevin valideynləri də, həmin evdə olmuşlar. Daha sonra, o, sanuzel otağına keçmiş, çıxdıqdan sonra Mirabtalıbın çantasına baxdığını görmüş, habelə sonuncudan çantasına nə qoyduğunu soruşduqda, o, getmək istədiyini bildirmişdir. Bundan sonra, evin qapısının açılaraq Mirabtalıbla birlikdə polis əməkdaşlarının içəriyə daxil olduğunu görmüşdür. Daha sonra, evə və üzərilərinə baxış keçirilməyə başlanmış, habelə çantasından Mirabtalıbın qoyduğu psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa, üzərilərində videoçəkilişlə keçirilən axtarış və evə baxış zamanı Mirabtalıb evdə olmamış, həmin vaxt sonuncu, polis əməkdaşları tərəfindən avtomobilə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərdi ki, 20 iyun 2023-cü il tarixdə, günorta saatlarında, işdə olduğu vaxt arvadı Sevinc ona zəng vuraraq, Sumqayıt şəhərində yaşayan anasının yanına getmək istədiyini bildirmiş, o da, işdən icazə alıb evə gedərkən Siyəzən şəhərinin Xətai küçəsində qonşusunun xalası oğlu kimi tanıdığı, taksi sürücüsü Təqsirləndirilən şəxs görmüş, habelə sonuncudan onları Sumqayıt şəhərinə aparmasını xahiş etdikdə, o, buna etiraz etməmişdir. Daha sonra, həmin tarixdə, saat təxminən 13-14:00 radələrində arvadını və övladlarını evdən götürərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə qaynanasıgilə aparmış, habelə onları orada düşürtdükdən sonra, Təqsirləndirilən şəxsla birlikdə saat təxminən 16:00 radələrində Siyəzən şəhərinə qayıtmış, həmçinin sonuncuya Xaçmaz rayonuna getməyi təklif etdikdə, razılaşaraq birlikdə ora getmişlər. Belə ki, Xaçmaz rayonunda Mirabtalıbla birlikdə parkda gəzərkən kənarda ağacın altından bir ədəd içərisində 3 bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı görmüş, habelə sonuncu həmin torbanı götürmüşdür. Daha sonra, həmin tarixdə, saat təxminən 22:00 radələrində Xaçmaz rayonunda Şahid2 işlədiyi kafeyə getmiş, orada əyləşdikdən bir müddət sonra, Şahid2 ilə birlikdə Siyəzən şəhərində yerləşən özünə məxsus evə gəlmişlər. Bundan başqa, evdə olarkən Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs getmək istədiyini bildirmiş, habelə qapını açdıqda polis əməkdaşları evə daxil olmuşlar. Eyni zamanda, polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən Mirabtalıb da orada olmuşdur. Həmçinin, evə keçirilən baxış zamanı Şahid2 çantasından narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar edilmiş, habelə sonuncu aşkar olunanların ona aid olmadığını, çantasına yerləşdirildiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-41-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 7/905 saylı ekspert rəyinin surətindən görünür ki, üzərində “Şahid2 məxsus əl çantasından aşkarlanmış kütlələr” yazılar və imzalar olan 1 nömrəli kağız paketdə 1 ədəd sellofan bükülüdəki göy rəngli kağız bükümdə təmiz çəkisi 0,269 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Üzərində “X1 yaşadığı evdən......” yazılar və imzalar olan 2 nömrəli kağız paketdə 1 ədəd kibrit qutusundakı ağ rəngli kağız bükülüdə təmiz çəkisi 0,104 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. X1 yaşadığı evdən və Şahid2 məxsus əl çantasından götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata hər obyektdən 0,02 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkiləri 0,249 və 0,084 qram təşkil etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-46-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 6/3470 saylı ekspert rəyinin surətindən görünür ki, üzərində “Şahid2 məxsus...” və s. yazılar, imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,198 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd folqa kəsiyində metamfetaminin izləri müəyyən edilmişdir. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Üzərində “X1 yaşadığı evdən...” və s. yazılar, imzalar olan kağız paketdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram, 0,192 qram, 0,189 qram, 0,251 qram, ümumi təmiz çəkiləri 0,808 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 6 ədəd folqa kəsiklərindən 2 ədədində metamfetaminin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd “Magna” markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli kağız bükümdə olan metamfetaminə bənzər kütlə X1 yaşadığı evin qonaq otağındakı masanın üzərindən götürülmüş 4 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr və Şahid2 məxsus əl çantasının içəri cibindən götürülmüş 1 ədəd sellofan bükümün içərisində gümüşü rəngli kağız bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Tədqiqata 1 nömrəli obyektdən 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,148 və 2 nömrəli obyektdən 0,1 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,708 qram təşkil etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 49-50-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 7/906 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan zərfdə “Maqna” yazısı olan siqaret qutusundakı 1 ədəd uc hissəsi yanmış, düzəldilmiş papirosda 0,19 qram kütlədə tütünlə yanaşı cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmamışdır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra bitki mənşəli kütlənin qalıq çəkisi 0,17 qram təşkil etmişdir. Cinayət işinin 48-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 53-54-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 6/3471 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” və.s yazılar, imzalar olan kağız paketdəki “Magna” markalı siqaret qutusunda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,204 qram, 0,208 qram, ümumi təmiz çəkiləri 0,412 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 ədəd borucuq formasına salınmış halda üzərində “5 Türkiyə Lirəsi” yazısı olan pul əskinasında metamfetamin izləri müəyyən edilmişdir. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Tədqiqata 0,08 qram sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0,332 qram təşkil etmişdir. Cinayət işinin 52-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 18 iyul 2023-cü il tarixdə verilmiş 4527 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olsa da, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 21 iyun 2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 21 iyun 2023-cü il tarixdə, saat 03:45-dən saat 04:29-dək olan müddət ərzində X1 yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış zamanı dəmir qapıdan keçməklə, daxil olunmuş otaqda olan masanın üzərinə qoyulmaqla, Şahid2 məxsus əl çantasından iki ədəd şəffaf rəngli sellofan bükülü aşkar edilmiş, həmin sellofan bükülülərdən birində iki ədəd folqa təsbit edilmiş, həmçinin birinci folqa açıldıqda içərisi boş olsa da, digərində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Digər şəffaf sellofan bükülüdə olan göy rəngli bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan başqa, həmin kütlələr əvvəlki vəziyyətinə qaytarılaraq şəffaf sellofan bükülülərə qoyulmuşdur. Baxış zamanı digər iş üçün əhəmiyyətli predmet və əşya aşkar edilməmiş, həmçinin Şahid2 həmin bükümlərin ona məxsus olmadığını, onlardan xəbərinin olmadığını bildirmişdir. Daha sonra, həmin bükümlər bir ədəd ağ rəngli boş zərfə yerləşdirilərək üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 21 iyun 2023-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 21 iyun 2023cu il tarixdə, saat 06:25-dan saat 06:37-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Magna” markalı siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuş, habelə həmin siqaret qutusuna baxış keçirilərkən içərisində 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli kağız bükümdə olan metamfetaminə bənzər kütlə, həmçinin kartona bükülü formada içərisində tütün olan yanmış halda siqaretə bənzər kütlə, 1 ədəd bükülü halda Türkiyə Respublikasına məxsus üzərində 5 Türkiyə Lirəsi yazısı olan pul əksinası aşkar edilmiş, bu əskinasın üzərində metamfetaminə bənzər izlərin olması müəyyən edilmişdir. Həmin əşyalar 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-95-ci və 120-129-cu vərəqələrində olan 26 iyun 2023-ci il tarixli maddi sübut kimi tanımaq və 08 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış habelə, ona CM-nin 234.2-ci maddəsi ile cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin ve digər heç bir cinayətin tərkib əlamətleri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Şahid2 məxsus əl çantasından aşkarlanmış qalıq 0,148 qram çəkidə psixotrop maddə metamfetamin, 0,249 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq 0,332 qram çəkidə psixotrop maddə metamfetamin, içərisində tütünlə qarışdırılmış vəziyyətdə cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilməyən marixuana hissəcikləri olan 1 ədəd uc hissəsi yanmış vəziyyətdə papiros maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd, eyni tarixdə X1 yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış və Şahid2 əl çantasına keçirilmiş baxış və götürmə prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd olmaqla, cəmi 2 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 99-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyul 2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 21 iyun 2023cu il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cü vərəqələrində olan 23 iyun 2023-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yaşamaqla, İİİ dərəcə əlil olan Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı mehribançılıq göstərməmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmamış, onların rəğbətini qazanmamış, özündən böyüklərə qarşı ictimaiyyət arasında hörmətlə yanaşmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə, 18 dekabr 2020-ci il tarixdə “Cəsur döyüşçü”, 25 dekabr 2020-ci il tarixdə isə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana 5 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs işlədiyi yaşadığı evdən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olsa da, ona aid aşkar edilərək götürülmüş narkotik vasitə olan, ümumi təmiz çəkisi 0,269 qram təşkil etmiş marixuana şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti psixotrop maddəyə görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Bununla da, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs psixotrop maddəni əldə edib, saxlamasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, ona dair hissədə narkotik vasitə marixuanaya münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan ümumi təmiz çəkisi 0,269 qram təşkil etmiş marixuananın qanunsuz olaraq əldə edilməsinə və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsifedilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin rəisi cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 08 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə təqsirləndirilən şəxs onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun İİİ dərəcəli əlil olaraq gənc yaşda olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə metamfetamini əldə edərək saxlamasını, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat və məhkəmə istintaqı dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, ailə-məişət şəraitini, bundan sonra onun ailəsinə, həmçinin cəmiyyətə hər hansı bir formada mənfi təsir göstərmək, eləcə də nümunə olmaq imkanının mövcud olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, xüsusilə də, İİİ dərəcəli əlil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan Şahid2 məxsus əl çantasından aşkarlanmış qalıq 0,148 qram çəkidə psixotrop maddə metamfetamin, 0,249 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq 0,332 qram çəkidə psixotrop maddə metamfetamin, içərisində tütünlə qarışdırılmış vəziyyətdə cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilməyən marixuana hissəcikləri olan 1 ədəd uc hissəsi yanmış vəziyyətdə papiros hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd, eyni tarixdə X1 yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış və Şahid2 əl çantasına keçirilmiş baxış və götürmə prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd olmaqla, cəmi 2 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş üzərində psixotrop maddə metamfetaminin izləri olan 5 Türkiyə lirəsi pul əskinası xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 182 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Şahid2 məxsus əl çantasından aşkarlanmış qalıq 0,148 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq 0,249 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq 0,332 qram çəkidə psixotrop maddə metamfetamin, içərisində tütünlə qarışdırılmış vəziyyətdə cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilməyən marixuana hissəcikləri olan 1 ədəd uc hissəsi yanmış vəziyyətdə papiros hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd, eyni tarixdə X1 yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış və Şahid2 əl çantasına keçirilmiş baxış və götürmə prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd olmaqla, cəmi 2 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş üzərində psixotrop maddə metamfetaminin izləri olan 5 Türkiyə lirəsi pul əskinası xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 182 (bir yüz səksən iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar