Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-79/2022 01.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 01 noyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1994-cü il tarixdə Siyəzən rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017ci il tarixli qərarı ilə cəzasının müddəti 3 il 6 ay həddinə dəyişdirilmiş, lakin qeyd olunan məhkəmənin 23 oktyabr 2017-ci il tarixli qərarı ilə həbsdə olduğu 2 gün cəza müddətindən çıxılaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə 08 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 oktyabr 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci və 29,180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 10 ədəd tiryək xaşxaşı bitkilərini yaşadığı Siyəzən rayonu Zarat kəndində yerləşən ünvanın həyətyanı sahəsində mal tövləsinin köməkçi otağında torpaqda əkmiş, həmin bitkilərdən əmələ gələn tərkibində narkotik maddələr olan 10 ədəd tiryək xaşxaşı bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib, yetişdirməklə kultivasiya etmiş, 01 iyul 2022-ci il tarixdə, saat 12:40 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana keçirilən baxış zamanı mal tövləsinin köməkçi otağında torpaqda 10 ədəd yaş vəziyyətdə ümumi çəkisi 50 qram tərkibində narkotik maddələr olan həmin tiryək xaşxaşı bitkisi kolları aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən ünvanına 07 iyul 2022-ci il tarixdə, təxminən saat 00:00 radələrində qanunsuz olaraq girməklə, Zərərçəkmiş şəxs məxsus sonuncunun yataq otağında olan yataq dəstinin altındakı 15 manat məbləğində pulu, evin girişindən irəlidə sağ tərəfdə yerləşən dolabda olan 284 manat dəyərində, 3,34 qram kütləli 1 ədəd qızıl üzüyü, 129 manat dəyərində 1,52 qram kütləli 1 cüt qızıl sırğanı, 82 manat dəyərində 1,03 qram kütləli 1 cüt qızıl sırğanı, 89 manat dəyərində 1,12 qram kütləli 1 ədəd qızıl boyunbağını açıq yolla talamaq üçün bütün hərəkətləri etsə də, sonuncunun ünvandan qaçıb, qonşulara xəbər verəcəyindən qorxaraq iradəsindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməyib, soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, təxminən 2022-ci ilin may ayının sonlarında Siyəzən rayonunun Zarat kəndində xırda buynuzlu heyvanları otararkən çöl sahədə narkotik vasitə xaşxaş bitkisi kollarının toxumunu tapmış, bundan sonra bu toxumları yaşadığı ünvana gətirib, həyətyanı sahədə yerləşən tövlənin köməkçi otağında torpağa əkmişdir. Daha sonra, 01 iyul 2022-ci il tarixdə, saat 12:40 radələrində yaşadığı ünvana gəlmiş Siyəzən RPŞ-nin əməkdaşları əkdiyi 10 ədəd tiryək xaşxaşı bitkisi kollarını aşkar edərək götürmüş, habelə o, bu kolların ona aid olduğunu etiraf etmişdir. Bundan əlavə, ailə üzvlərinin əkdiyi kollardan hər hansı bir formada məlumatı olmamışdır. Eyni zamanda, aparıldığı Siyəzən RPŞ-də iki gün saxlanılıb, azad edilmişdir. 07 iyul 2022-ci il tarixdə, təxminən saat 00:00 radələrində ona pul lazım olduğu üçün həmkəndlisi, həmçinin qohumu Zərərçəkmiş şəxs evdə olmadığını düşünüb, onun yaşadığı ünvana getmiş və evin giriş qapısının qarşısında dayandıqda qapıdan sol tərəfdə olan pəncərədən ora daxil olmuş, habelə evin yataq otağına tərəf getmişdir. O, yataq otağına daxil olduqda, Zərərçəkmiş şəxs yataq otağında yatdığını müəyyən etmiş, sonuncunun oyandıqda, onun evdə olduğunu görüb, qorxmaması üçün əli ilə onu tərpədərək yuxudan oyatmışdır. Yuxudan oyanan Zərərçəkmiş şəxs onu tanımamış, həmçinin Gülanədən 3500 manat məbləğində pul istədikdə, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirmişdir. Bundan sonra o, evin otaqlarını axtarmış, lakin oradan heç bir şey götürməmiş, gəldiyi kimi evdən çıxıb getmişdir. Hətta, Zərərçəkmiş şəxs ittihamda qeyd olunan əşyalar barədə ona bildirsə də, ona pul lazım olduğu üçün o, həmin əşyaları götürməmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 07 iyul 2022-ci il tarixdə, saat 23:00-dan yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki fərdi yaşayış evində yatmış, qəfil kiminsə onu oyatdığını görmüş, habelə Təqsirləndirilən şəxs həmin məqamda ondan 3500 manat pul istəsə də, o, pulunun olmadığını bildirmişdir. Həmin vaxt qorxduğu üçün onun vəziyyəti pis olmuş, danışa bilməmişdir. Bundan sonra, onun sözlərinə inanmayan Təqsirləndirilən şəxs evin bütün otaqlarını axtarsa da, hər hansı bir əşya və ya predmet tapa bilməmiş, ondan pul toplamasını tələb etməklə, pulu gəlib götürəcəyini qeyd etmişdir. O, bununla razılaşdıqdan sonra Təqsirləndirilən şəxs evi tərk edib, çıxıb getmişdir. Hətta, o, evindən getməsi üçün evindəki televizoru, kondisioneri, digər əşyalarını aparması məqsədilə Təqsirləndirilən şəxs təklif etsə də, sonuncu ondan yalnız pul tələb etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təxminən 30 dəqiqə onun evində olaraq otaqları axtarmış, həmçinin o, yalnız öz otağındakı qutuda olan gümüş əşyaları təklif etmiş, digər otaqda dolabda saxladığı qızıl-zinət əşyalarından isə Təqsirləndirilən şəxs tam məlumatı olmamışdır. Eyni zamanda, o, hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonu Zarat kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkibbecərməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq sənədləşmələr aparıldıqdan sonra Müdafiəçi, mütəxəssis-aqronom, eləcə də müstəntiqlə birgə həmin gün, saat 12:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, habelə sonuncuya ünvanın qarşısında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun yaşadığı ünvanın həyətyanı sahəsinə daxil olduqdan sonra, orada göyərçin saxlanılan hini keçmiş, habelə pilləkən kimi olan köməkçi yerdə Təqsirləndirilən şəxs deməsinə görə sonuncunun əkdiyi xaş-xaş tərkibli bitkilər aşkar edilmişdir. Ümumilikdə əkilmiş 10 ədəd bitkindən ən kiçiyinin ölçüsü 10 sm, ən uzununun ölçüsü isə 50 sm olmuşdur. Daha sonra, həmin bitkilər CAB-ın əməliyyat müvəkkili Anar Əmirov tərəfindən torpaqdan çıxardılmaqla, kisəyə yığılmış, üzəriləri kağızla örtülüb, möhürlənmişdir. Bundan sonra, həyətyanı sahədə axtarış davam etdirilsə də, əlavə hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-ci vərəqəsində olan 01 iyul 2022-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evin həyətyanı sahəsindəki tövlədə 10 ədəd əkib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli tiryək xaşxaşı aşkar edilmiş, habelə aşkar edilmiş 10 ədəd tiryək xaşxaşından ən kiçiyinin hündürlüyünün 10 sm, ən böyüyünün hündürlüyü isə 50 sm olduğu müəyyən edilmişdir. Belə ki, tövlənin bir hissəsinin damı sökülərək içəriyə gün işığının düşməsi ilə aşkar edilmiş tiryək xaşxaşı kollarının inkişafı üçün mümkün şərait qurulduğundan və aqrotexniki qaydada qulluq edilərək vaxtlı-vaxtında suvarıldığından müşahidə olunan çətənə kollarında inkişaf yaxşı getmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 02 iyul 2022-ci il tarixdə verilmiş 7/722 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” yazılan torbada 10 ədəd nəm vəziyyətdə ümumi çəkisi 50 qram bitki nümunələri tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0,5 qram sərf edildikdən sonra tiryək xaşxaşı bitkilərinin qalıq çəkisi 49,50 qram təşkil etmişdir. Cinayət işinin 116-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 218-219-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 6/4092-9/5421 nömrəli ekspert rəyindən görünür ki, 3,34 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş, halqasının iç tərəfində “EFE model 585” damğası olan sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlansa da, qaşları qiymətli qaşlara aid olmamışdır. Eyni zamanda, 1,52 qram kütləli, halqa formalı, kilidində “585”damğası olan sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Həmçinin, 1,03 qram kütləli, üzərində göy rəngli muncuq olan, alt tərəfində “585” damğası həkk edilmiş qırmızımtıl-sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlansa da, qaşları qiymətli qaşlara aid olmamışdır. Bundan başqa, 1,12 qram kütləli, kilidi olmayan, kəndir toxunuşlu, qırıq vəziyyətdə olan qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Bundan əlavə rəydən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların, o cümlədən 3,34 qram kütləli 1 ədəd üzüyün 07 iyul 2022-ci il tarixinə orta bazar qiyməti təxminən 284 manat, 1,52 qram kütləli 1 cüt sırğanın qiyməti 129 manat, 1,03 qram kütləli 1 cüt sırğanın qiyməti 82 manat, 1,12 qram kütləli 1 ədəd boyunbağının qiyməti 89 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 217-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 225-230A səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 13 avqust 2022-ci il tarixli, 22/534R nömrəli ekspert rəyindən görünür ki, 07 iyul 2022-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus evə Zarat kənd sakini Təqsirləndirilən şəxs daxil olması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 5 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararalıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 3 ədəd əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və sol əlinin orta (2 dəfə) barmaqlarının əksləri ilə eynilik müəyyən edilmiş, qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 2 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 177-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 05 iyul 2022-ci il tarixdə verilmiş 3647 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, X1 istifadə etmə halları olsa da, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan 01 iyul 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki ünvanın giriş qapısından həyətə daxil olduqdan sonra sağ tərəfdə yaşayış evi və onun qarşısında bağ sahəsi yerləşir. Təqsirləndirilən şəxs həmin bağ sahəsinin yanından keçərək arxa həyətə daxil olmuş, habelə orada yerləşən tövlənin köməkçi otağında ümumilikdə 10 ədəd torpağa əkilmiş xaş-xaş bitkisi aşkar olunmuşdur. Daha sonra, bu bitkilər mütəxəssis Seymur Müxtəsənov tərəfindən ölçülərək torpaqdan kökündən çıxarılmış, həmçinin boş əraziyə yığılmış kollardan ən uzunun uzunluğunun 50 sm, ən qısasının isə 10 sm olduğu müəyyən edilmişdir. Baxış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-10-cu vərəqələrində olan 07 iyul 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, 07 iyul 2022-ci il tarixdə saat 05:10-dan saat 05:18-dək olan müddət ərzində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən rayonunun, Zarat kəndindəki fərdi yaşayış evinə baxış zamanı həmin evin yataq otağından 2 ədəd 5 və 5 ədədi 1 manat olmaqla, ümumilikdə 15 manat məbləğində pul əskinasları, 1 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 1 ədəd qızıl boyunbağı iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılmaqla, götürülmüşdür. Baxış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 146-147-ci vərəqəsində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 03 iyul 2022-ci il tarixli maddi sübut kimi tanımaq, işin 239-253-cü vərəqələrindəki 13 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlarından, eləcə də işin 223-cü vərəqəsindəki 09 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 49,50 qram təşkil edən tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, 07 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, cəmi 2 ədəd Compakt Disk də maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 01 ədəd zərfdə qablaşdırılmış vəziyyətdə əl-barmaq izləri maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs yaşadığı ünvana keçirilən baxış zamanı götürülmüş 15 manat məbləğində pul əskinasları, 1 ədəd üzük, 2 cüt sırğa və 1 ədəd boyunbağı 09 senyabr 2022-ci il tarixdə qəbz vasitəsilə Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 186-187-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 30 iyul 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən, işin 212-215-ci vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 avqust 2022-ci il tarixli, 1(059)-53/2022 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs buna qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qərarı ilə cəzasının müddəti 3 il 6 ay həddinə dəyişdirilmiş, lakin qeyd olunan məhkəmənin 23 oktyabr 2017-ci il tarixli qərarı ilə həbsdə olduğu 2 gün cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə 08 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 oktyabr 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-ci vərəqəsində olan 01 iyul 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 140-141-ci vərəqələrində olan 03 iyul 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi, eləcə də işin 165-166-cı vərəqələrində olan qətimkan tədbirinə xitam verilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, 08 iyul 2022-ci il tarixdə isə bu qətimkan tədbirinə xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-176-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 4(059)-23/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci və 29,180.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 198-199-cu vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan tiryək xaşxaşı bitkilərini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etmə, həmçinin yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını açıq olaraq talamağa cəhd etmə cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci və 29,180.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gəncliyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 237.1-ci və 29,180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, eləcə də mülkiyyətə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, həmçinin şəxsiyyətini, o cümlədən əvvəllər məhkum edilməsinə baxmayaraq, tərəfindən yenidən qəsdən bu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar və mülkiyyət əleyhinə olan kateqoriyadan cinayət əməllərinin törədilməsi, bu halın onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, eyni zamanda narkotik maddə olan tiryək xaşxaşı bitkilərini xeyli miqdarda əkib, onlara aqrotexniki qulluq göstərib, yetişdirərək kultivasiya etməsinin onun gələcəkdə cəmiyyətin sağlamlığına real təhlükə yarada bilmə, eləcə də sonradan niyyətinin dəyişərək öz şəxsi marağını asan yolla ödəmək məqsədilə narkotik vasitələri yaya bilməsi ehtimalını, ictimai faydalı işlə məşğul olmamasını, hüquqazidd əməllərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, həmçinin barəsində yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 237.1-ci və 29,180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdən 03 iyul 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 02 avqust 2022-ci tarixli, 1(059)- 53/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs Hafiz oğluna qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 07 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 49,50 qram təşkil edən tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, 07 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, cəmi 2 ədəd Compakt Disk cinayət işində, eləcə də maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 01 ədəd zərfdə qablaşdırılmış vəziyyətdə əl-barmaq izləri Siyəzən RPŞ-də təhvil verildiyi maddi sübutların saxlanma otağında saxlanılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs yaşadığı ünvana keçirilən baxış zamanı götürülmüş 15 manat məbləğində pul əskinasları, 1 ədəd üzük, 2 cüt sırğa və 1 ədəd boyunbağı 09 senyabr 2022-ci il tarixdə qəbz vasitəsilə Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 188 (bir yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci və 29,180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Siyəzən Rayon Məhkəməsinin 02 avqust 2022-ci tarixli, 1(059)-53/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti cəza 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 07 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 49,50 qram təşkil edən tərkibində narkotik maddələr olan tiryək xaşxaşı bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, 07 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd, cəmi 2 ədəd Compakt Disk cinayət işində, eləcə də maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 01 ədəd zərfdə qablaşdırılmış vəziyyətdə əl-barmaq izləri Siyəzən RPŞ-də təhvil verildiyi maddi sübutların saxlanma otağında saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs yaşadığı ünvana keçirilən baxış zamanı götürülmüş 15 manat məbləğində pul əskinasları, 1 ədəd üzük, 2 cüt sırğa və 1 ədəd boyunbağı 09 senyabr 2022-ci il tarixdə qəbz vasitəsilə Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 188 (bir yüz səksən səkkiz) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-79/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-79/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver