Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-79/2023 14.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 14 noyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1979-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də elektrik montyoru işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,808 qram təşkil edən psixotrop maddə metamfetamini və 0,104 qram olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə saxlamış, 21 iyun 2023-cü il tarixdə, saat 03:45 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış zamanı oranın qonaq otağındakı masanın üzərində 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,104 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin masanın üzərində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram, 0,192 qram, 0,189 qram, 0,251 qram olmaqla ümumi təmiz çəkisi 0,808 qram psixotrop maddə metamfetamin, üzərində iz şəklində olduğu üçün çəkisi müəyyən edilməyən psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd folqa kəsiyi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 20 iyun 2023-cü il tarixdə, səhər saatlarında evdə olduğu vaxt arvadını və övladlarını Mirabtalıb Məsimovla birlikdə sonuncuya məxsus qırmızı rəngli “VAZ 2106” markalı avtomobil ilə Sumqayıt şəhərinə qaynanasıgilə aparmışdır. Arvadı və ikisi qız, biri oğlan olan övladlarını qaynanasıgildə düşürtdükdən sonra, Mirabtalıb Məsimovla birlikdə Siyəzən şəhərinə qayıtmış, habelə sonuncuya qəlyan çəkmək üçün Xaçmaz rayonuna getməyi təklif etmiş, o da, razılaşaraq birlikdə ora getmişlər. Belə ki, Xaçmaz rayonunda Mirabtalıbla birlikdə parkda gəzərkən kənarda ağacın altından bir ədəd içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı görmüş, habelə sonuncu həmin torbanı götürmüşdür. Daha sonra, Xaçmaz rayonunda kafedə əyləşərək qəlyan çəkmiş, orada onlarla birlikdə əyləşən Şahid2 birgə getməyi təklif etmiş, sonuncu razılaşdığından bir yerdə Siyəzən şəhərində yerləşən özünə məxsus evə gəlmişlər. Evin həyətində oturarkən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmək istəsələr də, hava küləkli olduğundan, habelə evdə kənar şəxslər olmadığından narkotik vasitə qurudulmuş marixuananı evdə istifadə etmək qərarına gəlmişlər. Evə daxil olduqdan 30 dəqiqə sonra, Mirabtalıb Məsimov getmək istədiyini bildirmiş, həmçinin o, qapını açdıqda polis əməkdaşları evə daxil olmuşlar. Bu zaman polis əməkdaşları tərəfindən evdə masanın üzərindən Xaçmaz rayonunda parkda tapdıqları 4 ədəd bükümdəki psixotrop maddə metamfetamin, habelə narkotik vasitə qurudulmuş marixuananı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 21 iyun 2023-cü il tarixdə, saat 03:45 radələrində əməliyyat aparatına Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə istifadə etməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında tərəflərindən protokol tərtib edilərək, Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 2 saylı evinin qarşısına gedilmişdir. Bundan sonra, evin dəmir qapısından keçməklə otağa daxil olmuş, habelə həmin otaqda sol tərəfdə divan, sağ tərəfdə kiçik masa və ətrafında oturacaqlar yerləşmişdir. Daha sonra, videoçəkilişlə, eləcə də, müdafiəçinin iştirakı ilə evə baxış keçirməyə başlamışlar. Baxış zamanı masanın üzərindən, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 4 ədəd gümüşü rəngli siqaret folqası və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu aşkar olunmuşdur. Bundan sonra, sorğu əsasında Təqsirləndirilən şəxs içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 4 ədəd gümüşü rəngli siqaret folqasının ona aid olmadığını, lakin, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusunun onun olduğunu bildirmişdir. Daha sonra, videoçəkilişlə Şahid2 məxsus çantaya baxış keçirtməyə başlanmış, habelə həmin çantanın içəri cibindən bir ədəd şəffaf sellofanı görüb, içərisinə baxış keçirmək üçün həmin sellofanı açdıqlarında içərisində iki ədəd gümüşü rəngli siqaret folqası aşkar edilmişdir. Həmin siqaret folqalarının birincisi açıldıqda içərisinin boş olması müəyyən edilsə də, digər folqaya baxış keçirdiklərində içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa, şəffaf rəngli sellofan bükülünün içərisində olan göy rəngli bükülüyə baxış keçirildikdə isə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu evinə videoçəkilişlə baxış keçirilməsinə etirazı olmadığını bildirərək, bununla bağlı ərizə də təqdim etmişdir. Bundan sonra, aşkar edilmiş bütün predmetlər ağ rəngli boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 1 ay öncədən tanımış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. 21 iyun 2023-cü il tarixdə, saat təxminən 00:00 radələrində Mirabtalıb Məsimovla, Təqsirləndirilən şəxs birlikdə Xaçmaz şəhərində işlədiyi kafeyə gəlmiş, habelə sonuncular masada əyləşərək pivə içmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs ona Siyəzən şəhərində valideynləri ilə birlikdə yaşadığı evə gedib çay içməyi təklif etmiş, habelə Mirabtalıb Məsimovun avtomobili ilə Siyəzən şəhərinə gəlmişlər. Daha sonra, evə daxil olub, pivə içmiş, habelə Ruslan və Mirabtalıb çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana hazırlamağa başlamışlar. Daha sonra, Ruslan və Mirabtalıbın hazırladıqları həmin narkotik vasitə qurudulmuş marixuananı birlikdə istifadə etmişlər. Daha sonra, sanuzel otağına keçmiş, çıxdıqdan sonra Mirabtalıbın çantasına baxdığını görmüş, habelə sonuncudan çantasına nə qoyduğunu soruşduqda, o, getmək istədiyini bildirmişdir. Bundan sonra, evin qapısının açılaraq Mirabtalıbla birlikdə polis əməkdaşlarının içəriyə daxil olduğunu görmüşdür. Daha sonra, evə və üzərilərinə baxış keçirilməyə başlanmış, habelə masanın üzərindən Ruslana məxsus 4 ədəd bükümdə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2 il olar, xalası oğlunun qonşusu kimi tanımış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. 20 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs arvadını və övladlarını Sumqayıt şəhərinə qaynanasıgilə aparmasını istəmiş, habelə onunla birlikdə sonuncuları Sumqayıt şəhərinə düşürdükdən sonra, Siyəzən şəhərinə qayıtmışlar. Bundan sonra, Ruslan ona, Xaçmaz rayonuna getməyi təklif etdikdə, o, onunla razılaşaraq Xaçmaz rayonuna getmişdir. Daha sonra, Ruslanla birlikdə Xaçmaz rayonunda yerləşən parkda gəzərkən, yerdə içərisində psixotrop maddə metamfetamin olan sellofan torba görüb götürmüş, habelə həmin torbanın içərisindəki bükümləri öz aralarında bölmüşlər. Bundan sonra, Xaçmaz rayonunda yerləşən, Şahid2 işlədiyi kafeyə gedib orada birlikdə pivə içmişlər. Daha sonra, Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə hazırda satdığı “Vaz 2106” markalı avtomobilə əyləşib Ruslangilin Siyəzən şəhərində yerləşən evlərinə gəlmişlər. Belə ki, evdə 10-15 dəqiqə oturduqdan sonra, ona aid 3 bükümdə psixotrop maddə metamfetamini götürüb, getmək üçün qapını açdıqda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa, o, evdə olarkən psixotrop maddə metamfetamindən, Təqsirləndirilən şəxs və Şahid2 isə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-40-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 7/905 saylı ekspert rəyindən görünür ki, üzərində “Şahid2 məxsus əl çantasından aşkarlanmış kütlələr” yazılar və imzalar olan 1 nömrəli kağız paketdə 1 ədəd sellofan bükülüdəki göy rəngli kağız bükümdə təmiz çəkisi 0,269 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən......” yazılar və imzalar olan 2 nömrəli kağız paketdə 1 ədəd kibrit qutusundakı ağ rəngli kağız bükülüdə təmiz çəkisi 0,104 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs yaşadığı evdən və Şahid2 məxsus əl çantasından götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata hər obyektdən 0,02 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkiləri 0,249 və 0,084 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-44-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 6/3470 saylı ekspert rəyindən görünür ki, üzərində “Şahid2 məxsus...” və s. yazılar, imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,198 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd folqa kəsiyində metamfetaminin izləri müəyyən edilmişdir. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” və s. yazılar, imzalar olan kağız paketdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,176 qram, 0,192 qram, 0,189 qram, 0,251 qram, ümumi təmiz çəkiləri 0,808 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 6 ədəd folqa kəsiklərindən 2 ədədində metamfetaminin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. X1 əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd “Magna” markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli kağız bükümdə olan metamfetaminə bənzər kütlə Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı masanın üzərindən götürülmüş 4 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr və Şahid2 məxsus əl çantasının içəri cibindən götürülmüş 1 ədəd sellofan bükümün içərisində gümüşü rəngli kağız bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Tədqiqata 1 nömrəli obyektdən 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,148 və 2 nömrəli obyektdən 0,1 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,708 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 18 iyul 2023-cü il tarixdə verilmiş 4537 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 21 iyun 2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan, eləcə də işin 23-cü səhifəsindəki Təqsirləndirilən şəxs tərtib etdiyi eyni tarixli yaşadığı evə baxış keçirilməsinə razılıq ərizəsindən görünür ki, 21 iyun 2023-cü il tarixdə, saat 03:45-dən saat 04:29-dək olan müddət ərzində Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış zamanı dəmir qapıdan keçməklə, daxil olunmuş otaqda olan masanın üzərindən ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzrə kütlə 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd ağ rəngli kağız bükümdə, psixotrop maddə metamfetaminə bənzər kütlələr isə həmin masanın üzərində 4 ədəd bükümdə, həmçinin 6 ədəd gümüşü rəngli folqalar aşkar olunaraq götürülmüşdür. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir (Azərbaycan Respublikası CPM-in 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Bu Məcəllənin 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur.). Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-80-ci və 111-120-ci vərəqələrində olan müvafiq olaraq 26 iyun 2023-ci il tarixli maddi sübut kimi tanımaq və 09 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış habelə, ona CM-nin 234.2-ci və 238-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, Şahid2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin və digər heç bir cinayətin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qalıq 0,084 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,708 qram çəkidə psixotrop maddə metamfetamin, 2 ədədinin üzərində psixotrop maddə metamfetaminin izləri olan cəmi 6 ədəd folqa kəsiyi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış və Şahid2 əl çantasına keçirilmiş baxış və götürmə prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 85-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyul 2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 09-cu vərəqəsində olan 21 iyun 2023cu il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan 23 iyun 2023-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 10 noyabr 2008-ci il təvəllüdlü Giləxanım, 16 aprel 2011-ci il təvəllüdlü Lalə və 21 noyabr 2013-cü il təvəllüdlü Yusif adında üç uşağı olmaqla, Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana 5 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olsa da, ona aid aşkar edilərək götürülmüş narkotik vasitə olan, ümumi təmiz çəkisi 0,104 qram təşkil etmiş marixuana şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti psixotrop maddəyə görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Bununla da, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs psixotrop maddəni əldə edib, saxlamasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, ona dair hissədə narkotik vasitə marixuanaya münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan, ümumi təmiz çəkisi 0,104 qram təşkil etmiş marixuananın qanunsuz olaraq əldə edilməsinə və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin rəisi cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 09 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 238-ci və 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitə və psixotrop maddənin təbliğində iştirakını, satış məqsədi ilə olmasa da, yaşadığı evdə qanunsuz olaraq şəxsi istehlak miqdarından təxminən 5 dəfə artıq psixotrop maddələri 4 büküm halında saxlamasını, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə, o cümlədən himayəsindəki yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsinə mənfi təsir göstərə biləcəyini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qalıq 0,084 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,708 qram çəkidə psixotrop maddə metamfetamin, 2 ədədinin üzərində psixotrop maddə metamfetaminin izləri olan cəmi 6 ədəd folqa kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış və Şahid2 əl çantasına keçirilmiş baxış və götürmə prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 182 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qalıq 0,084 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,708 qram çəkidə psixotrop maddə metamfetamin, 2 ədədinin üzərində psixotrop maddə metamfetaminin izləri olan cəmi 6 ədəd folqa kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 2 saylı evə keçirilmiş baxış və Şahid2 əl çantasına keçirilmiş baxış və götürmə prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 182 (yüz səksən iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-79/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-79/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver