Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-8/2025 04.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 04 fevral 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasından 02 ay 17 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 01 dekabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən şəhəri, X12 küçəsi, ev 62 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə əldə etdiyi xeyli miqdarda, yəni 1,164 qram çəkidə psixotrop maddə metamfetamini, xeyli miqdarda, yəni 0,211 qram çəkidə narkotik vasitə heroini, xeyli miqdarda, yəni 6,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Siyəzən şəhəri, X12 küçəsi, ev 62 ünvanının girişindən sol tərəfində yerləşən otağın giriş qapısının sol tərəfində, qara rəngli televizor altlığının üzərində saxlamış və 03 oktyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilərkən təmiz çəkisi xeyli miqdar təşkil edən 1,164 qram çəkidə psixotrop maddə metamfetamin 1 ədəd Azərbaycan milli valyutası olan 1 manatlıq əskinaza bükülmüş vəziyyətdə, təmiz çəkisi xeyli miqdar təşkil edən 0,211 qram çəkidə narkotik vasitə heroin 1 ədəd Azərbaycan milli valyutası olan 1 manatlıq əskinaza bükülmüş vəziyyətdə və təmiz çəkisi xeyli miqdar təşkil edən 6.08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi yaşayış evinin girişindən sol tərəfdə yerləşən qara rəngli televizor altlığının üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, həbs olunanadək mobil telefon istifadə etməsə də, ətrafında olan şəxslərin istifadəsində olan mobil telefon vasitəsi ilə “Tik Tok” sosial şəbəkəsinə daxil olmuş, həmin şəbəkədə narkotik vasitələrin satışını həyata keçirən səhifənin adminin göndərdiyi bank kart hesabına “Milliön” ödəmə terminalı vasitəsi pul göndərmiş, daha sonra, sonuncu narkotiki yerləşdiriyi yer barədə ona məlumat vermişdir. Beləliklə, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir-iki gün öncə analoji qaydada 1 qram psixotrop maddə metamfetamin və 0,5 qram narkotik vasitə heroin əldə etmiş, habelə bu vasitələrdən bir qədər istifadə etdikdən sonra, vasitələri yaşadığı evdəki kilidi olan televizor altlığında saxlamışdır. Hazırda, qeyd etdiyi şəbəkədəki səhifəni, həmin şəbəkəyə kimə məxsus mobil telefon ilə daxil olmasını, pul göndərdiyi kart hesabını və pulu göndərdiyi yeri xatırlamır. Bununla belə, 03 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilən zaman, əldə etdiyi psixotrop maddə metamfetamini, narkotik vasitə heroini və bu vasitələri istehlak edərkən istifadə etdiyi elektron tərəzini təqdim etmiş, lakin, narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmamaqla bərabər, polis əməkdaşları tərəfindən yaşadığı evə yerləşdirilmişdir. Ehtimal edir ki, polis əməkdaşları yaşadığı evdən narkotik tapmamaq ehtimalını nəzərə alaraq, marixuananı özləri ilə götürüb, onun yaşadığı evə yerləşdirmişlər. Qeyd edir ki, ümumiyyətlə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmiş, habelə yaşadığı evdən aşkar edilmiş predmetlər qablaşdırılarkən, barmaq izləri düşməsin deyə marixuanaya toxunmamışdır. Eyni zamanda, mağazadan satın aldığı elektron tərəzi ona məxsus olmaqla yanaşı, o, bu tərəzi ilə miqdarından artıq qəbul etməməsi üçün narkotik vasitələri ölçmüşdür. O, cinayət işinin bitməsi ilə bağlı ona elan edilmiş ittihamla razı olmadığı üçün materiallara qol çəkməmişdir. Bununla yanaşı, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülsə də, ibtidai istintaq orqanı tərəfindən narkotik vasitələrin satışını realizə etdiyi şəxslər müəyyən edilməmişdir. Belə ki, psixotrop maddə metamfetaminin və ya narkotik vasitə heroinin satışı ilə məşğul olsaydı, bu vasitələri pul əskinazlarında deyil, digər bükülüdə saxlamış olardı. Həmçinin, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunsa da, buna səbəb, birlikdə narkotik istifadə etdiyi şəxslərdən aldığı pulla üçüncü şəxsdən narkotik alması, nəticə də, birlikdə narkotik istifadə etdiyi şəxslərin ondan narkotik alması məzmununda ifadə verməsi olmuşdur. Hazırda özünü təqsirli bildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə əməlindən peşmançılıq hissi keçirməsinin, narkomaniya xəstəliyinə düçar olmasını və himayəsində üç azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və ifadəsində qeyd etdiyi hallar heç bir mötəbər sübutla təsdiq edilməməklə bərabər onun subyektiv mülahizələrdən ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş şahid ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, əvvəllər, həmçinin sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, habelə Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixdə qərarı ilə 2 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. Hazırda Siyəzən şəhəri, X12 küçəsi, ev 62 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, uzun müddətdir ki, narkotik vasitənin və psxiotrop madddənin müxtəlif növlərindən istifadə edir. Təxminən 2-3 gün əvvəl yaşadığı küçədə dəmir yolunun kənarında olan zaman yerdə bir ədəd siqaret qutusu, həmin qutunu açıb baxarkən isə, içərisində bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, eləcə də, bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, habelə qutunu özü ilə götürüb, yaşadığı evdə gizlətmişdir. Eyni zamanda, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən bir qədər istifadə etməklə, qalanlarını ayrı-ayrılıqda bir manatlıq pul əskinazlarına büküb saxlasa da, qurudulmuş marixuanaya ümumiyyətlə dəyməmişdir. 03 oktyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı evdə tək olan zaman həmin kütlələri istifadə etmək məqsədi ilə çıxarıb televizor altlığın üzərinə qoymuş, habelə bir qədər hava almaq üçün çölə çıxmışdır. Siyəzən şəhərinin Xətai küçəsində, yaşadığı evin qarşısında olan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq, üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu qeyd edib, üzərinə şəxsi axtarış və yaşadığı ünvana isə baxış keçirilməli olduqlarını bildirmişlər. Bundan sonra, ona hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş verilmiş və Müdafiəçi iştirakı təmin edilmiş, həmçinin evə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olub-olmadığı soruşulmuş, habelə o, etirazının olmaması barədə ərizə yazmışdır. İlk olaraq müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra, o, təklif əsasında yaşadığı evin həyətinin girişindən sol tərəfdə yerləşən yataq otağından, habelə həmin otağın da, girişinin sol tərəfində yerləşən qara rəngli televizor altlığının üzərindən 1 ədəd 1 manatlıq pul əskinazına bükülmüş vəziyyətdə narkotik vasitə heroini, 1 ədəd 1 manatlıq pul əskinazına bükülmüş vəziyyətdə psixotrop maddə metamfetamini və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı, eləcə də bir ədəd elektron tərəzini təqdim etmişdir. O, həmin maddələrin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, habelə bu maddələr hər biri ayrı-ayrılıqda, elektron tərəzi isə metamfetaminə bənzər kütlə ilə birlikdə üç ədəd ağ rəngli boş zərflərin içərisinə qoyularaq qablaşdırılmış və zərflərin üzəri möhürlənmiş, qablaşdırmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, davam edən baxış zamanı əlavə qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncu ilə aralarında qohumluq münasibəti, habelə ona qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 03 oktyabr 2024-cü il Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Elə həmin tarixdə o, RPŞ İB-nin baş müstəntiqi X4, CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X5 və CAB-nin əməliyyat müvəkkili X2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, X12 küçəsi, ev 62 ünvanına getmişlər, habelə yaşadığı ünvanın qarşısında olan sonucuya yaxınlaşıb, özlərini təqdim edərək, üzərinə və yaşadığı ünvana baxış keçirmək istədiklərini bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazın olmamasına dair ərizəsini baş müstəntiq Murad Məmmədliyə təqdim etmiş, habelə müdafiəçinin iştirakı, eləcə də videoçəkiliş vasitəsi ilə birincinin yaşadığı ünvana keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evin həyətinin girişinin sol tərəfində yerləşən otağın girişinin sol tərəfində yerləşən qara rəngli televizorun altlığının üzərindən 1 ədəd 1 manatlıq pul əskinazına bükülmüş vəziyyətdə narkotik vasitə heroinə, 1 ədəd 1 manatlıq pul əskinazına bükülmüş vəziyyətdə psixotrop maddə metamfetaminə və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, eləcə də bir ədəd elektron tərəzini təqdim etdi, habelə təqdim edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmaqla götürülürmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-44-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 7/1660 saylı ekspert rəyindən görünür ki, üzərində “Ş.şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkarlanan 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,08 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra marixuananın qalıq çəkisi 6,06 təşkil etmişdir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunaraq götürülmüş 01 ədəd manatlıq əskinaza bükülmüş vəziyyətdə psixotrop maddə, 01 ədəd elektron tərəzi” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Cinayət işinin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 47-48-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 3-16/16/1-6/4787 saylı ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan” sözləri olan 1№-li zərfdəki 1 ədəd 1 manatlıq əskinasın içərisində təmiz çəkisi 0,211 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki 1 ədəd 1 manatlıq əskinasda təmiz çəkisi 1,164 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin səthində nartotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamış, iz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,114 qram, 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,161 qram təşkil etmişdir. Cinayət işinin 46-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 18 oktyabr 2024-cü il tarixdə verilmiş 6886 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 03 oktyabr 2024-cü il tarixli şəxsi axtarış, evə baxış və götürmə haqqında protokoldan, eləcə də, işin 27-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 03 oktyabr 2024-cü il tarixdə saat 11:12-dən saat 11:34-dək olan müddət ərzində Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən, evin həyətə girişdən sol tərəfdəki yataq otağının sol tərəfində yerləşən qara rəngli televizor altlığının üzərindən ittihamın əsasını təşkil edən 1 ədəd 1 manatlıq pul əskinazına bükülmüş vəziyyətdə nartotik vasitə heroin, 1 ədəd 1 manatlıq pul əskinazına bükülmüş vəziyyətdə psixotrop maddə metamfetamin və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, eləcə də, bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri sərbəst şəkildə kənar təsir olmadan təqdim etməsi vizual müşahidə edilmişdir. Şəxsi axtarış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin müvafiq olaraq 83-85-ci vərəqələrində olan 07 oktyabr 2024-cü il tarixli “maddi sübut kimi tanınmaq” və işin 135- 142-ci vərəqələrində olan 26 noyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş 1,164 qram çəkidə psixotrop maddə metamfetamin, 0,211 qram çəkidə nartotik vasitə heroin, 6,08 qram çəkidə natoktik vasitə qurudulmuş marxiuana və üzərində narkotik vasitənin izləri olan 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd kompakt disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli tələbnamədən, işin 110-112-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 1(059)-17/2020 saylı hökmünün, eləcə də, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 7(002)-923/2023 saylı qərarının surətindən və Siyəzən rayon icra və probasiya şöbəsinin 03 fevral 2025-ci il tarixli, 71/2025-64-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2023cü il tarixli qərarı ilə cəzasından 02 ay 17 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 01 dekabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 04 oktaybr 2024-cü il tarixli, 4(059)-31/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 28 iyun 2011-ci il təvəllüdlü Nuranə, 22 yanvar 2013-cü il təvəllüdlü Səbinə və 05 avqust 2014-cü il təvəllüdlü Turanə adında üç yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xeyli miqdardan miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi ,164 qram çəkidə psixotrop maddə metamfetamini, xeyli miqdarda, yəni 0,211 qram çəkidə narkotik vasitə heroini, xeyli miqdarda, yəni 6,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvanda saxlaması, 03 oktyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanındakı evin ona aid yataq otağından təmiz çəkisi xeyli miqdar təşkil edən 1,164 qram çəkidə psixotrop maddə metamfetaminin 1 ədəd Azərbaycan milli valyutası olan 1 manatlıq əskinaza bükülmüş vəziyyətdə, təmiz çəkisi xeyli miqdar təşkil edən 0,211 qram çəkidə narkotik vasitə heroinin 1 ədəd Azərbaycan milli valyutası olan 1 manatlıq əskinaza bükülmüş vəziyyətdə və təmiz çəkisi xeyli miqdar təşkil edən 6.08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd kibrit qutusunda və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin yaşayış evinin girişindən sol tərəfdə yerləşən qara rəngli televizor altlığının üzərindən aşkar edilərək götürülməsi sonuncunun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamasını özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, onun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında tədqiq edilmiş video-diskə baxış keçirilən zaman özü könüllü şəkildə narkotik vasitələr olan heroini, marixuananı və psixotrop maddə olan metamfetamini, həmçinin elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, onlara heç bir etiraz etməmiş, məhkəmə iclasında marixuananın polis tərəfindən evinə gətirildiyini bildirsə də, video-çəkiliş gedən zaman bu barədə hər hansı məlumat verməmiş, polis əməkdaşlarının hərəkətlərindən şikayət etməmiş, həmçinin məhkəmə istintaqında ona hər hansı fiziki və psixi zor işlətmədən sərbəst ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan heroin və metamfetamini özünün istifadə etdiyini bildirsə də, ifadəsində onun saxladığı bağlı yerdən çıxarıb bükümlər formasında niyə televizor altlığının üzərinə düzdüyü, hamısının eyni vaxtamı istifadə ediləcəyi ilə bağlı suallara müxtəlif formalı ifadələr işlədərək cavab verməkdən yayınmışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılan zaman məhkəmə iclasında Təqsirləndirilən şəxs heroinin ona məxsus olduğunu, qurudulmuş marixuana və metamfetaminin, həmçinin elektron tərəzinin Səmyar Məmmədov adlı şəxsə məxsus olduğunu bildirmiş, sonradan istintaqda verdiyini ifadəsində, həmçinin məhkəmə iclasında dindirilərkən ağrıları olduğu üçün və məsuliyyətdən yayınmaq istədiyi üçün Səmyar Məmmədov adlı şəxs barəsində yalan məlumat verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət işinin bitməsi ilə bağlı sənədləri imzalamadığını, cinayət işinin materialları ilə tanış edilmədiyini bildirsə də, cinayət işinin materiallarının 145-ci səhifəsində olan təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında 26 noyabr 2024-cü il tarixli protokol məhkəmə iclasında ona təqdim edilmiş, o, protokolda əlyazma ilə yazılan ifadələrin onun şəxsi əlyazması olduğunu və onun tərəfindən yazıldığını bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işinin istintaqı zamanı ziddiyətli ifadələr verilərək sonradan həmin ifadələrin inkar edilməsi onun cinayət məsuliyyətindən boyun qaçırmaq istəyi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 125-ci maddəsinin İ və Vİİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəza növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini-opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə və psixotrop maddə aludəçisi olmasını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə, nəticədə cəzaçəkmə müəssisəsindən azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməsini və onun tərəfindən əvvəldə olduğu kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əldə etməklə, bükümlər şəklində saxladığı narkotik vasitələrin və psixotrop maddənin miqdarını, çeşid müxtəlifliyini, bu vasitənin və maddənin qanunsuz dövriyyəsində şəxsi marağı naminə iştirakını, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2-dən artıq həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 03 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,114 qram təşkil edən psixotrop maddə metamfetamin, 0,161 qram qalıq çəkidə narkotik vasitə heroin, 6,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 153 (bir yüz əlli üç) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,114 qram təşkil edən psixotrop maddə metamfetamin, 0,161 qram qalıq çəkidə narkotik vasitə heroin, 6,06 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 153 (bir yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-8/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-8/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver