Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-80/2022 18.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 18 oktyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,08 qram təşkil edən narkotik vasitə olan metadonu, təsiredici maddəsinin miqdarı 1,05 qram olan güclü təsiredən maddə 7 ədəd Pregabalini **-HV-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilində saxlamış, o, 10 iyul 2022ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin DYPB-nin YPX əməkdaşları tərəfindən **-HV-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobili etibarnaməsi olmadan və sürücülük vəsiqəsinin müddəti bitmiş vəziyyətdə idarə etməsi səbəbindən Siyəzən şəhərinin H. Əliyev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin inzibati binasından qaçaraq özünə qol nahiyəsindən bıçaqla xəsarət yetirmiş, Siyəzən RMDM-də tibbi yardım göstərildikdən sonra üzərindən aşkar olunmuş predmetlərə baxış zamanı üzərində narkotik vasitə olan heroinin izləri olan 1 ədəd falqa və üzərində narkotik vasitə heroinin izləri olan 6 ədəd şpris başlığı aşkar edilərək götürülmüş, daha sonra idarə etdiyi **-HV-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı arxa sağ sərnişin üçün nəzərdə tutulmuş hissədə yerdə üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd yanmış vəziyyətdə falqa, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd şpris başlığı, avtomobilin yük hissəsindən ağ rəngli sellofandakı qara rəngli qutunun içərisindən 1 ədəd dəmir qabda üzərində “Metadone 40” sözləri yazılmış dərman konvalyutunda 2 ədəd ümumi təmiz çəkisi 0,08 qram təşkil edən narkotik vasitə metadon, 7 ədəd dərman kapsulunda təsiredici maddəsinin miqdarı 1,05 qram olan güclü təsiredən maddə “Pregabalin” həbləri, həmin sellofandakı digər 1 ədəd qara qutunun içərisindən üzərində narkotik vasitə heroinin izləri olan müştük formalı 15 ədəd şpris başlığı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, saxlanıldığı vaxtdan 1 il qabaq narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 10 iyul 2022-ci il tarixdə, saat 11-12:00 radələrində məhəllədən tanışı X4 ilə birlikdə Bakı şəhərindən Xaçmaz rayonunu Nabran qəsəbəsinə gedərkən Siyəzən şəhərinin H.Əliyev küçəsində girişdə Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları onu saxlamışlar. Sürücülük vəsiqəsinin vaxtı qurtardığı və etibarnaməsi olmadığı üçün idarə etdiyi **-HV-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobil cərimə meydançasına aparılmış, habelə orada ona qan analizi verməsi təklif olunduqda, qorxduğu üçün piyada qaçmağa başlamış, bu zaman DYPB-nin əməkdaşları onun arxasınca qaçmış, arxası ilə gəlməyə ehtiyat edəcəklərini düşündüyündən qollarını kəsmiş, lakin polis əməkdaşları onu saxlaya bilmişlər. Bundan əlavə, idarə etdiyi **-HV-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin yük hissəsindən ağ rəngli sellofandakı qara rəngli qutunun içərisindən 1 ədəd dəmir qabda dərman konvalyutunda 2 ədəd metadon, 7 ədəd dərman kapsulunda “Pregabalin” həbləri aşkar edilmişdir. Aşkar olunmuş predmetləri saxlanılmamışdan təxminən 4-5 gün əvvəl Bakı şəhərində Kubinka adlanan ərazidə gəzərkən yerdən tapmışdır. Bundan başqa, baxış və üzərinə şəxsi axtarış zamanı Müdafiəçi da iştirakı təmin edilmişdir. Eyni zamanda, üzərində keçirilmiş şəxsi axtarış zamanı falqa, 6 ədəd şpris başlığı, özünə xəsarət yetirdiyi, eləcə də cibində saxladığı bıçaqlar aşkar edilərək götürülmüşdür. Görülmüş tədbirlər videoçəkilişlə həyata keçirilmiş, müvafiq sənədləşdirmələr aparılmışdır. O, aşkar edilmiş predmetlərin satışı ilə məşğul olmamış, habelə şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, o, metadondan günaşırı 1 dəfə olmaqla, həb formasında daxilə qəbul edərək, heroini isə çəkmək yolu ilə istifadə etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 10 iyul 2022-ci il tarixdə, saat 11-12:00 radələrində Siyəzən RPŞ-nin DYPBnin əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili cərimə meydançasına aparmış, sonuncu tərtib edilmiş protokola imza etmədən oradan qaçmış, həmçinin özünə xəsarət yetirmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəstəxanaya aparılmış, habelə o və müstəntiq hadisə yerinə getmişlər. Eyni zamanda, üzərindən predmetin də aşkar olunması barədə məlumat verilmişdir. Müdafiəçi da iştirakı ilə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı şpris başlıqları, özünə xəsarət yetirdiyi, eləcə də cibində saxladığı bıçaqlar aşkar edilərək götürülmüşdür. Üzərindən sadalanan predmetlər aşkar edildiyindən Təqsirləndirilən şəxs avtomobilində də hər hansı bir predmetin olacağı düşünülmüş, habelə bununla əlaqədar Siyəzən RPŞ-nin cərimə meydançasına gedilməklə, avtomobilə baxış keçirildikdə, avtomobilin yük hissəsindən ağ rəngli sellofandakı qara rəngli qutunun içərisindən 1 ədəd dəmir qabda üzərində “Metadone 40” sözləri yazılmış dərman konvalyutunda 2 ədəd narkotik vasitə metadon, 7 ədəd dərman kapsulunda “Pregabalin” həbləri, şpris başlıqları və deməsinə görə qəssab fəaliyyətində istifadə etdiyi 1 ədəd bıçaq da aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və avtomobilinə baxış zamanı videoçəkilişdən istifadə edilmiş, həmçinin aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs keçirilən tədbir zamanı hər hansı bir formada təsir və təzyiqə məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2022-ci il tarixli, 6/3756 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 96” dairəvi möhür əksi olan 3 ədəd zərfdə, o cümlədən üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq.... " sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə üzərində “Methadone 40” göstəricisi olan iki ədəd qəhvəyi rəngli həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı 0,08 qram təşkil edir. Üzərində “ALYSE-150” göstəricisi olan 7 ədəd dərman kapsulasının tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 1,05 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edilmişdir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin isə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının sıyahısına” (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş 2 ədəd falqa kağızında və 25 ədəd şpris başlığında narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata 1 ədəd metadon həbi istifadə edildikdən sonra qalıq 1 ədəd həb, 7 ədəd preqabalin kapsulasından 1 ədəd sərf edildikdən sonra qalıq 6 ədəd kapsula təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 3/1087 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Həmçinin, tədqiqata təqdim edilmiş və şərti olaraq “1” və “2” rəqəmləri ilə işarələnmiş 2 ədəd bıçaqlardan “1” rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, 2 rəqəmi ilə işarələnmiş bıçaq isə kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçaqlarına uyğun gəlirlər və soyuq silah hesab edilmirlər. Cinayət işinin 160-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə ballistik ekspertizası tədqiqatının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 155-156-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsi tərəfindən 06 avqust 2022-ci il tarixdə verilmiş 2070 nömrəli komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-158-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 avqust 2022-ci il tarixdə verilmiş 4748 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərini olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 10 iyul 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 10 iyul 2022-ci il tarixdə saat 13:24-dən saat 13:32-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Siyəzən RMDM-də tibbi yardım göstərildikdən sonra sonuncudan üzərində olmaqla, özünə xəsarət yetirdiyi 1 ədəd bıçaq, 1 ədəd digər qəhvəyi rəngli kiçik ölçülü bıçaq, 1 ədəd üzərində yanıq izləri olan falqa, 6 ədəd üzərində yanıq izləri olan şpris başlığı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-30-cu vərəqələrində olan 10 iyul 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 10 iyul 2022-ci il tarixdə saat 13:58-dən saat 14:24-dək olan müddət ərzində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış zamanı avtomobilin sağ tərəfində saxlanc yerindən 1 ədəd şpris və duz, sağ qabaq qapıdan 1 ədəd bıçaq, arxa oturacaqda sağ tərəfdə yerdə 1 ədəd yanmış vəziyyətdə falqa, 1 ədəd şpris başlığı, yük hissəsindən ağ rəngli sellofandakı qara rəngli qutunun içərisindən 1 ədəd dəmir qabda 2 ədəd üzərində “Metadone 40” yazıları olan dərman həbləri, 7 ədəd “Pregabalin 50” həbləri, qara rəngli qutudan əlavə olaraq müştük formalı 15 ədəd şpris başlığı aşkar edilərək götürülmüşdür. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-104-cü, 166-182-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 15 iyul və 15 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 (bir) ədəd narkotik vasitə metadon həbi, qalıq 6 (altı) ədəd güclü təsir edən maddə preqabalin, 2 ədəd üzərində narkotik heroinin izləri olan falqa kəsiyi, 25 ədəd narkotik vasitə heroinin izləri olan şpris başlıqları, üzərindən və avtomobilindən aşkar edilmiş cəmi 3 (üç) ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalara 10 iyul 2022-ci il tarixdə Siyəzən RMDM-də videoçəkiliş vasitəsilə keçirilmiş baxışın və onun avtomobilinə Siyəzən RPŞ-nin cərimə meydançasında həmin tarixdə videoçəkilişlə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 (iki) ədəd DVD, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 (bir) ədəd Kompakt disklər də cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-83-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 iyul 2022-ci il tarixli, 4(059)-24/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-144-cü vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şikayət daxil olmamış, müsbət xarakterizə olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bu mənada, qeyd olunmalıdır ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olsa da, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş güclü təsir edən maddə preqabalin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmamaqla, yanaşı onun əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınması qeyd olunan maddə ilə tövsif edilmir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Bununla da, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti onun avtomobilinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda aşkar edilmiş metadona görə yaransa da, aşkar edilmiş preqabalin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini yaratmadığına görə onun həmin maddəyə (preqabalinə) görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsi istisna edilir. Eyni zamanda, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs narkotik vasitə olan metadonu əldə edib, idarə etdiyi avtomobildə saxlaması, eləcə də daşımasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, güclü təsir edən maddəyə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, təsir maddəsinin miqdarı 1,05 qram olan preqabalinin qanunsuz olaraq əldə edilməsi və saxlanılması, eləcə də daşınılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsiylə razılaşır və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan təsir maddəsinin miqdarı şəxsi istehlak miqdarından 4 dəfə çox miqdarda narkotik vasitə metadonu əldə edərək avtomobildə saxlamaqla, daşıması bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, saxlanılarkən Siyəzən rayon Polis Şöbəsində özü-özünə xəsarət yetirməklə, ibtidai istintaqa təzyiq göstərməyə cəhd etməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/3 hissəsindən az olmayan, lakin ona yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 (bir) ədəd narkotik vasitə metadon həbi, qalıq 6 (altı) ədəd güclü təsir edən maddə preqabalin, 2 ədəd üzərində narkotik heroinin izləri olan falqa kəsiyi və 25 ədəd narkotik vasitə heroinin izləri olan şpris başlıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalara 10 iyul 2022-ci il tarixdə Siyəzən RMDM-də videoçəkiliş vasitəsilə keçirilmiş baxışın və onun avtomobilinə Siyəzən RPŞ-nin cərimə meydançasında həmin tarixdə videoçəkilişlə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 (iki) ədəd DVD, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 (bir) ədəd Kompakt, ümumilikdə 3 (üç) ədəd disklər cinayət işində saxlanılmalı, eyni zamanda iş üzrə maddi sübut olmaqla, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş 3 (üç) ədəd bıçaq sonuncuya qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 129 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 (bir) ədəd narkotik vasitə metadon həbi, qalıq 6 (altı) ədəd güclü təsir edən maddə preqabalin, 2 ədəd üzərində narkotik heroinin izləri olan falqa kəsiyi və 25 ədəd narkotik vasitə heroinin izləri olan şpris başlıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalara 10 iyul 2022-ci il tarixdə Siyəzən RMDM-də videoçəkiliş vasitəsilə keçirilmiş baxışın və onun avtomobilinə Siyəzən RPŞ-nin cərimə meydançasında həmin tarixdə videoçəkilişlə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 (iki) ədəd DVD, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 (bir) ədəd Kompakt, ümumilikdə 3 (üç) ədəd disklər cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş 3 (üç) ədəd bıçaq Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 129 (bir yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-80/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-80/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver