Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-83/2022 01.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 01 noyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1994-cü il tarixdə Qusar rayonu, X8 kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, X8 kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 21,56 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Mercedes Benz C 240 Minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq, Xaçmaz rayonundan Bakı şəhərinə daşımış, 10 iyul 2022-ci il tarixdə, saat 09:00 radələrində Siyəzən RPŞ-nin və Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın İ tağımının 707 saylı stasionar postunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli olduğu üçün Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən stasionar yol polisi postunda saxlanılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmasa da, idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı ümumilikdə 21,56 qram olmaqla, avtomobilin salonunda qabaq qoltuqaltı adlanan yerin qarşısındakı saxlanc yerindən bir ədəd ağ kağız bükülüdə 3,36 qram narkotik vasitə qurudulmuş marixuana və 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 4,51 qram, 4,57 qram, 4,64 qram və 4,48 qram narkotik vasitə qurulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, saxlanılmamışdan təxminən 3 gün əvvəl günorta, saat təxminən 13:00 radələrində Xaçmaz rayonunun Xudat şəhərinin Çaxçaxlı kəndi ərazisində yerləşən meşəlik sahədə gəzərkən ağacın altında tapdığı bir ədəd qurumuş çətənə bitkisinin yarpaqlarını qoparıb, əvvəlcə sellofanın içərisinə, daha sonra 4 ədəd kibrit qutusuna yığmış, kibrit qutusuna yerləşməyən az miqdarda qurudulmuş marixuananı isə kağıza bükmüşdür. Bundan sonra, 10 iyul 2022-ci il tarixdə, saat 08:00 radələrində iş yoldaşı X3 birlikdə özünə məxsus olan ağ rəngli, “Mersedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmək üçün yola çıxmış, həmçinin həmin gün, saat 09:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın İ tağımının 707 saylı stasionar postunda saxlanılmışdır. Orada Müdafiəçi iştirakı, eləcə də videoçəkilişlə üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilmiş, habelə şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya aşkar olunmasa da, avtomobilin salonunda qabaq qoltuqaltı adlanan yerin qarşısındakı saxlanc yerindən 1 ədəd ağ kağız bükülüdə və 4 ədəd kibrit qutusunda qurulmuş marixuanalar təsbit edilərək götürülmüşdür. Bundan sonra, müvafiq sənədləşmələr aparılmış, protokol tərtib edilmiş, həmçinin tərtib edilmiş sənədlər onun tərəfindən imzalanmışdır. Bundan əlavə, oradan Siyəzən RPŞ-yə aparılmış, 48 saat saxlanıldıqdan sonra azad edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanınmamış, ilk dəfə hadisə zamanı görmüşdür. 10 iyul 2022-ci il tarixdə Siyəzən RPŞ-nin əməliyyat aparatına Təqsirləndirilən şəxs şəxsi avtomobilində narkotik vasitə daşıması barədə daxil olmuş məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs DİN-in BDYPİ-nin YPXA-nın İ tağımının 707 saylı stasionar postunda saxlanılmış, həmçinin sonuncu ilə onun yanındakı Rinat Ağayevə narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduqları barədə məlumat verilməklə, yanaşı Müdafiəçi, müstəntiqin iştirakı ilə birlikdə onların üzərinə şəxsi axtarışın və avtomobilə baxışın keçiriləcəyi bildirilmişdir. Bundan sonra, Rinat Ağayev müdafiəçidən imtina etməklə, hüquqlarını özü müdafiə edəcəyini bildirsə də, Təqsirləndirilən şəxs Müdafiəçi onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs və Rinat Ağayevin razılığı əsasında onların üzərilərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməsə də, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz” markalı avtomobilin qoltuqaltı adlanan yerin qarşısındakı saxlanc yerindən 1 ədəd ağ kağız bükülüdə və 4 ədəd kibrit qutusunda qurulmuş marixuanaya bənzər kütlələr təsbit edilərək götürülmüşdür. Bundan əlavə, aşkar edilmiş kütlələr müvafiq qaydada qablaşdırılmış, sənədləşmə işləri aparılmış, həmçinin Təqsirləndirilən şəxs RPŞyə aparılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qeyri-insani hərəkətə yol verilməmiş, həmçinin o, təzyiqə məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2022-ci il tarixli, 7/755 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs məxsus.... avtomobildən aşkar olunan...” sözləri yazılmış kağız paketdə 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,51 qram, 4,57 qram, 4,64 qram, 4,48 qram və bir ədəd kağız bükülüdə təmiz çəkisi 3,36 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 21,56 qramdır. Tədqiqata cəmi 0,15 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 21,41 qram təşkil etmişdir. Cinayət işinin 37-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsi tərəfindən 20 iyul 2022-ci il tarixdə verilmiş 1904 nömrəli komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, eləcə də onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməməklə, yanaşı onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 iyul 2022-ci il tarixdə verilmiş 2949 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə halları olsa da, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-28-ci vərəqələrində olan 10 iyul 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 10 iyul 2022-ci il tarixdə, saat 09:47-dən saat 10:01-dək olan müddət ərzində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın İ tağımının 707 saylı stasionar postunda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmasa da, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilən baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə marixuanaya bənzər kütlələr avtomobilinin salonunda qabaq qoltuqaltı saxlanc yerinin qarşısında olan kiçik saxlanc yerində bir ədəd ağ rəngli kağız bükülüdə və 4 ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü, 117-129-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq, 12 iyul və 03 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq, eləcə də toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi avtomobildən götürülmüş qalıq 21,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 10 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X4 üzərlərinə şəxsi axtarış, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 85-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-ci vərəqəsində olan 10 iyul 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan 12 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-98-ci vərəqələrində olan arayışdan, işin 100-101-ci vərəqələrindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 01 oktyabr 2018-ci il təvəllüdlü İlham və 12 yanvar 2022-ci il təvəllüdlü Elina adında iki azyaşlı uşağı olmaqla, epilepsiya xəstəliyindən əziyyət çəkən, Qusar rayonu X8 kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Qusar RİHB-in Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hal-hazıra kimi heç bir yazılı və şifahi ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun epilepsiya xəstəliyindən əziyyət çəkməsini və himayəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdən 12 iyul 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi avtomobildən götürülmüş qalıq 21,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 10 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X4 üzərlərinə şəxsi axtarış, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Qusar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi avtomobildən götürülmüş qalıq 21,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, 10 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X4 üzərlərinə şəxsi axtarış, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-83/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-83/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver