Məhkəmə qərarları › İş №1(059)-84/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-84/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-84/2023 12.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 12 dekabr 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 4(004)-851/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq soyuq silah hesab edilən bıçağı əldə edib üzərində və əlində gəzdirmiş, 16 iyul 2023-cü il tarixdə, saat 08:25 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsində soyuq silah hesab edilən tiyəsinin üzərində “TACTİCAL TF 884 440 STAİNLESS STELL USA DESİGN HAND MADE İN CHİNA” ifadəsi həkk edilmiş, tiyəsinin orta xətdən uzunluğu 99 mm, dəstəyinin uzunluğu 127 mm, ümumi uzunluğu 226 mm olan bir tərəfi kəsici ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı ilə əlində olan meyvə-armudun qabığını soyub yediyi zaman Siyəzən RPŞ-nin PPX-nin əməkdaşları tərəfindən aşkar edilərək RPŞ-yə gətirilmiş, orada həmin bıçaq ondan götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, saxlanılanadək Siyəzən şəhərinin Məhəmməd Füzuli küçəsindəki 20 saylı evdə yaşamışdır. 16 iyul 2023-cü il tarixdə, saxlanılmamışdan 1 saat öncə “Rəhim-Səlim”in mağazasından 8 manat müqabilində 1 ədəd bıçaq almış, habelə həmin gün səhər saatlarında Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən binaların arxasında aldığı bıçaqla qarpız kəsib yeyərkən Siyəzən RPŞ-nin əməkdaşı Şahid yaxınlaşaraq, bıçağa baxmaq üçün ondan istəmiş, o da, öz növbəsində həmin bıçağı Samilə vermişdir. Sonradan bıçağı Samildən geri almaq üçün Siyəzən RPŞ-yə getmiş, ona bıçağı özü üçün aldığını bildirmişdir. Samil isə bıçağı qaytarmamış, habelə bununla bağlı onun barəsində müvafiq sənədləşdirmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanımış, lakin sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 16 iyul 2023-cü il tarixdə, saat 08:25 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində xidmətdə olduğu vaxt Təqsirləndirilən şəxs bıçaqla meyvə doğrayıb yeməsini görüb ona yaxınlaşmış, özünü təqdim edərək, Cəbrayıldan bıçağı alıb, sonuncuya onunla birlikdə RPŞ-yə getməli olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs RPŞ-yə gəlmiş, habelə bıçağa baxış keçirilərək, şəkilləri çəkilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-18-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1182 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş tiyənin bir üzündə “TACTİCAL TF 884 440 STAİNLESS STELL USA DESİGN HAND MADE İN CHİNA” ifadəsi həkk edilmiş, 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ballistik ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-86-cı vərəqələrində olan 12 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd soyuq silah hesab edilən tiyəsinin üzərində “TACTİCAL TF 884 440 STAİNLESS STELL USA DESİGN HAND MADE İN CHİNA” ifadəsi həkk edilmiş, tiyəsinin orta xətdən uzunluğu 99 mm, dəstəyinin uzunluğu 127 mm, ümumi uzunluğu 226 mm olan bir tərəfi kəsici ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 29-31-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 19 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən, işin 75-82-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli, 1(059)-04/2017 saylı hökmünün, eləcə də iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 7(011)- 511/2019 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarı ilə Cəbrayıl Mövlanvediyev çəkilməmiş qalan cəzasının 09 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 27 avqust 2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 32-ci səhifəsindəki 25 sentyabr 2023-cü il tarixli məcburi gətirmə haqqında qərardan, işin 41-42-ci vərəqələrindəki 04 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması və axtarış elan edilməsi, cinayət işinin icraatın dayandırılması haqqında qərardan, eləcə də işin 46-cı səhifəsində olan 07 oktyabr 2023cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs çağırışlara gəlməkdən qəsdən yayınmış, buna görə də 25 sentyabr 2023-cü il tarixdə onun Siyəzən RPŞ-nin istintaq bölməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 04 oktyabr 2023-cü il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, həmçinin sonuncunun tutulduğu andan Siyəzən RPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmış, habelə Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan 09 oktyabr 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 4(004)-851/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 1(059)-84/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 4(004)- 851/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 13-cü bəndinə əsasən CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 1 (bir) ədəd, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağından Siyəzən şəhərinin H. Əliyev küçəsində istifadə edərkən, bu soyuq silah 16 iyul 2023-cü il tarixdə, saat 08:25 radələrində Siyəzən RPŞ-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs əlində aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə istintaqı dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə ictimai təhlükəsizliyə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (oğurluğa və narkotik vasitələrə meylli olmaqla, əvvəllər məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən bu dəfə başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, barəsində ibtidai araşdırma getdiyini biləbilə ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində məcburi gətirmə, axtarış tətbiq olunmasını), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin ½ hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş tiyənin bir üzündə “TACTİCAL TF 884 440 STAİNLESS STELL USA DESİGN HAND MADE İN CHİNA” ifadəsi həkk edilmiş, tiyəsinin orta xətdən uzunluğu 99 mm, dəstəyinin uzunluğu 127 mm, ümumi uzunluğu 226 mm olan bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş tiyənin bir üzündə “TACTİCAL TF 884 440 STAİNLESS STELL USA DESİGN HAND MADE İN CHİNA” ifadəsi həkk edilmiş, tiyəsinin orta xətdən uzunluğu 99 mm, dəstəyinin uzunluğu 127 mm, ümumi uzunluğu 226 mm olan bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar