Məhkəmə qərarları › İş №1(059)-86/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-86/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-86/2022 22.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 22 noyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,226 qram psixotrop maddə metamfetamini üzərində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroini üzərində və yaşadığı ünvanda saxlamış, 27 iyul 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın arxa sol cibində 1 ədəd ağ rəngli salfetin içərisində, 1 ədəd qırmızı rəngli siqaret kağızı bükülüsündə 0,226 qram psixotrop maddə metamfetamin və 2 ədəd göy rəngli siqaret kağızı bükülülərində 0,035 qram və 0,094 qram olmaqla, ümumilikdə 0,129 qram narkotik vasitə heroin, əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvana baxış zamanı sanitar qovşağında girişdən sol tərəfdə olan masanın altından 1 ədəd işlək vəziyyətdə olmaqla, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan “Aosai” markalı, qara rəngli elektron tərəzi, 1 ədəd Bakı markalı siqaret qutusunun içərisində 1 ədəd salfetə bükülmüş vəziyyətdə 1 ədəd sellofan bükülüsündə 0,590 qram narkotik vasitə heroin və həmin siqaret qutusunun içərisindəki digər 1 ədəd salfetə bükülmüş vəziyyətdə 2 ədəd göy rəngli siqaret kağızı bükülülərində 0,067 qram, 0,052 qram olmaqla, ümumilikdə 0,709 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. İstifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. O, üzərindən, həmçinin yaşadığı evdən aşkar edilərək, götürülmüş nakrotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərindən tanımadığı şəxsdən 60 manata satın almışdır. 27 iyul 2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində yaşadığı evin qarşısında olarkən Siyəzən RPŞ-nin əməkdaşları onu saxlayaraq, RPŞ-yə aparmış, habelə orada Müdafiəçi iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı sorğu əsasında üzərindəki 2 büküm heroini və 1 büküm metamfetamini təqdim etmiş, aşkar edilmiş predmetlər zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa, ondan əlavə narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulduqda, o, evdə narkotik vasitə saxladığını bildirmişdir. Həmin gün bu barədə ərizə verməklə, razılığı əsasında yaşadığı evdə də baxış keçirilmiş, habelə evə giriş qapısından daxil olduqdan sonra sol tərəfdə həyətdəki sanitar qovşaqda olan masanın altında gizlətdiyi 1 ədəd Bakı markalı siqaret qutusunda narkotik vasitə olan heroini, 3 ədəd 10 manat olmaqla, ümumilikdə 30 manat olan pul əskinaslarını, 1 ədəd “Aosai” markalı elektron tərəzini təqdim etmiş, siqaret qutusunun içərisində 2 büküm salfetkada ayrıayrılıqda 2 büküm göy rəngli siqaret kağızı bükülüsünə və 1 büküm sellofana bükülmüş bükülüdə qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuş, “Aosai” markalı elektron tərəzinin isə işlək vəziyyətdə olması müəyyən olunmuşdur. Eyni zamanda, bütün bu proseslər ərzində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada psixi təsir və ya təzyiq olmamışdır. Bundan əlavə, şahidlər Şahid2, Şahid4 və Şahid3 ilə aralarında inciklik olması ehtimalı olsa belə, sonuncularla heç bir ədavət və düşmənçiliyi olmamış, həmçinin həmin şəxslər arasında dostluq münasibətlərinin olubolmamasından məlumatı yoxdur. Habelə, həmin şahidlərin istintaq dövründə ifadələrinin eyni olması onların nədənsə çəkinmələrindən və ya onlara qarşı olan hər hansı təsirdən də ola bilər. Çünki, o, Şahid2, Şahid4 və Şahid3 narkotik vasitə satmamış, habelə hədiyyə kimi də verməmişdir. Şahid2la mesajlaşmasına gəldikdə o, bununla bağlı hər hansı bir fikir bildirə bilməz, ona görə ki, ola bilər həmin vaxt telefonu başqa şəxsdə olsun və sonuncu 8- 9 manat pul göndərməsi barədə Mircəfərə mesaj yazsın. Şahid4la sonuncunun onun bank kartına 19 manat pul köçürməsi barədə mesajlaşması ona şer yazması ilə əlaqədar olsa da, Şahid3la mesajlaşması sonuncudan 30 manat borc pul istəməsi barədə olmuşdur. Saxlanılmamışdan 3-4 ay əvvəl Bakı şəhərində yerləşən Mərkəzi univermaqdan təxminən 25-26 manata aldığı “Aosai” markalı elektron tərəzidən narkotik vasitələrin ölçülərinin tələbatına uyğun miqdarını təyin etmək üçün istifadə etmiş, habelə bu tərəzini qeyd olunan məqsədlə narkotik vasitənin yanında sanitar qovşaqda gizlətmiş, o cümlədən bütün bunlardan valideynlərinin məlumatı olmamışdır. Yaşadığı evdən aşkar edilmiş 30 manat pul isə ona aid olmuş, habelə borcunu qaytarmaq niyyəti ilə xərcləməməsi üçün nəzərindən kənarda, orada saxlamışdır. Bundan başqa, o, heroindən gündəlik və ya günaşırı olmaqla, ağrıları olanda bir-iki büküm, metamfetamindən isə aradabir istifadə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində, eləcə də, yaşadığı ünvanda saxlaması barədə əməliyyat aparatına daxil olmuş məlumata əsasən o, Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X3 və PPXT-nin polis nəfəri X2 ilə birlikdə təxminən saat 18:00 radələrində Siyəzən şəhərinin S.Dağlı küçəsinə gedərək həmin ərazini müşahidəyə götürmüşlər. Bundan bir qədər sonra, Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görüb, ona yaxınlaşıb, özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə rayon Polis Şöbəsinə dəvət etmiş, habelə razılığı əsasında RPŞ-yə aparmışlar. Bundan sonra, RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə, eləcə də, videoçəkilişdən istifadə etməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman sonuncu təklif əsasında əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd ağ rəngli salfetka bükümünü və 2 ədəd göy rəngli siqaret kağız bükülüsünü təqdim edərək masanın üzərinə qoymuş, habelə şifahi sorğu zamanı bükülülərdəki kütlələrin narkotik vasitə “kakos”, yəni “heroin”, və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra, müstəntiq təqdim edilmiş bükülülərə baxış keçirib, ağ rəngli zərfdə qablaşdırmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirildikdə, o, etirazının olmadığını qeyd etmiş, habelə Müdafiəçi ilə birlikdə Aydının yaşadığı ünvana gedilmişdir. Orada olarkən, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması barədə ərizəni təqdim etmiş, habelə sonuncu təklif əsasında iştirakçıları yaşadığı evin giriş qapısından daxil olduqdan sonra sol tərəfdə yerləşən sanitar qovşağa aparmış, həmçinin orada masanın alt hissəsində olan 1 ədəd elektron tərəzini, 1 ədəd siqaret qutusunu və 1 büküm narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra, elektron tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmiş, habelə elektron tərəzi və digər təqdim edilmiş predmetlər müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılıb, götürülmüşdür. Daha sonra, axtarış davam etdirilsə də, qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həm rayon sakini, həm də el şənliklərində meyxana söyləyən şair kimi tanımış, onunla arasında heç bir ədavət və düşmənçilik, qohumluq münasibəti olmamış, habelə normal münasibətləri olmuşdur. Bundan başqa, 2022-ci il iyul ayına kimi narkotik vasitə istifadə etmişdir. Bundan əlavə, istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə olan mesajlar barədə bildirir ki, təxminən 2022-ci il iyul ayında Aydının ona mesajla göndərdiyi, ancaq öz adında olmayan kart hesab nömrəsinə təxminən 8-9 manat məbləğində pul göndərdikdən sonra, sonuncunun bunun müqabilində yaşadığı evin yaxınlığındakı sayğaca qoyduğu narkotik vasitə heroini götürüb, istifadə etmiş, lakin Təqsirləndirilən şəxs özü ilə görüşməmişdir. Habelə, analoji hadisə təxminən 2 dəfə baş vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, sonuncu ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi təxminən 2 il olar onun istifadəsindədir. 08 iyul 2022-ci il tarixli mesajlaşma, habelə 19 manat pulla əlaqədar bildirir ki, o, qeyd olunan məbləği təxminən 6 ay – 1 il əvvəl şer yazması məqsədilə Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Belə ki, Təqsirləndirilən şəxslə danışıqları zamanı sonuncu sevgi barədə şer yazması üçün ondan 30 manat pul istəsə də, o, cibində 19 manat olduğunu bildirib, həmin məbləği Təqsirləndirilən şəxs kart hesabına köçürmüş, qalan 11 manat məbləği isə sonradan ödəyəcəyini bildirmişdir. Bundan əlavə, o, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etsə də, 6 ay olar tərgitmiş, Təqsirləndirilən şəxs isə narkotik vasitə və ya psixotrop maddənin alış-satışı ilə məşğul olmasından məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamış, sonuncunun təklifi əsasında pulu onun kartına köçürmüşdür. Eyni zamanda, məhkəməyədək istintaq zamanı ifadəsi alınarkən, habelə Siyəzən RPŞ-də olarkən ifadəni alan baş müstəntiq və ya digər polis əməkdaşları tərəfindən ona hər hansı bir formada təsir və ya təzyiq olmamışdır. Həmçinin, məhkəməyədək istintaq zamanı alınmış ifadəsindəki cavab sözünün qarşısındakı yazılar və imza sözünün qarşısında olan imza ona məxsusdur. Bundan başqa, mesajlaşmadakı tələskənliyi həm atasının insult xəstəliyi, həm də onun Təqsirləndirilən şəxs yazdığı şerin altında ona aid 3x4 sm ölçüdə şəkil də əlavə etməsini xahiş etməsi ilə bağlı ola bilər. Məhkəmə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid4 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində təxminən 4-5 ay müddətdə narkotik vasitə olan heroindən çəkmə üsulu ilə istifadə etsə də, son 3 ay müddət olar narkotik vasitə heroindən istifadə etmədiyini, həmin mesajlaşmalarda Təqsirləndirilən şəxs narkotik vasitə istədiyini, həmin vaxt onun Aydının xatırlmadığı bank kartı hesabına milliön aparatından pul göndərdikdən sonra ona mesaj yazdığını, Aydının həmin narkotik vasitəni Bayraq meydanının yanında olan sayğacın içərisinə qoyduğunu, sonuncuya göndərdiyi 19 manat pulun əvəzində həmin sayğacdan Aydının qoyduğu 2 ədəd bükümdə narkotik vasitə olan heroini götürdüyünü göstərmiş, habelə məhkəmə iclasında əhəmiyyətli olan bu ziddiyyətin səbəbini izah edə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Polis Şöbəsinin 22 noyabr 2022-ci il tarixli, 183-14620-1222 saylı məktubuna əsasən yaşadığı ünvanda tapılmadığından məhkəməyə məcburi qaydada gətirilməsi təmin edilməmiş Şahid3 məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunması ilə razı olduğunu qeyd edib, cinayət işinə Şahid3 iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinin İV hissəsinin V bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Beləliklə, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun sonuncunun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilməlidir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda istifadəsində təxminən 3-4 il olar, istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Bir dəfə narkotik vasitə olan heroindən çəkmə ilə istifadə etsə də, hal-hazırda narkotik vasitələrdən istifadə etmir. Təqsirləndirilən şəxs ilə aralarındakı münasibətlər normalıdır, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxslə əvvəllər eyni məhəllədə yaşamaqla, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon camaatından eşitmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs bir dəfə narkotik vasitə heroin almışdır. Eyni zamanda, o, həmin mesajlaşmalarda Təqsirləndirilən şəxs narkotik vasitə istəmiş və həmin vaxt təxminən saat 13:00 radələrində Aydının xatırlmadığı bank kartı hesabına milliön aparatından pul göndərdikdən sonra ona mesaj yazmış, Aydın həmin narkotik vasitəni Bayraq meydanının yanında olan sayğacın içərisinə qoymuşdur. O, Aydına göndərdiyi 30 manat pulun əvəzində həmin sayğacdan sonuncunun qoyduğu 3 ədəd bükümdə narkotik vasitə olan heroini götürmüşdür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-44-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 6/4072 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №96” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bükülülər..., yeddi-imza; tərtib etdi: müstəntiq-imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 2 ədəd bükümlərdəki təmiz çəkiləri 0,035 qram, 0,094 qram, ümumi təmiz çəkisi 0,129 qram olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdəki ümumi təmiz çəkisi 0,226 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Eyni zamanda, rəydən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilən vaxt aşkar edilmiş kütlələr.... yeddi-imza; tərtib etdi: müstəntiq-imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 3 ədəd bükümlərdəki təmiz çəkiləri 0,067 qram, 0,052 qram, 0,590 qram, ümumi təmiz çəkiləri 0,709 qram olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinlərin ümumi təmiz çəkisi 0,838 qramdır. Həmçinin, rəydən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlələrin yanında aşkar edilmiş...... yeddi-imza; tərtib etdi: müstəntiq-imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 1 ədəd qara rəngli qablaşdırmanın içərisində “Aosai” markalı, qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək olmamışdır. Tədqiqata 0,1 qram sərf edildikdən sonra heroinlərin qalıq çəkiləri cəmi 0,738 qram, 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,176 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 01 sentyabr 2022-ci il tarixdə verilmiş 4881 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan 27 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 27 iyul 2022-ci il tarixdə, saat 18:47-dən saat 19:01-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd ağ rəngli salfetin içərisində 1 ədəd qırmızı rəngli siqaret kağızı bükülüsündə psixotrop maddə metamfetaminə bənzər və 2 ədəd göy rəngli siqaret kağızı bükülülərində isə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən 2 ədəd mobil telefon, 1 ədəd içərisində siqaretləri olan siqaret qutusu, 1 ədəd alışqan, cins şalvarın arxa sağ cibində sol cibində saxladığı 2 ədəd 10 manat, 5 ədəd 1 manat, cins şalvarın sağ arxa cibindən 1 ədəd 10 manat, 1 ədəd 5 manat, 9 ədəd 1 manat olmaqla, ümumilikdə 49 manat pul da aşkar olunmuşdur. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-32-ci vərəqələrində olan 27 iyul 2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 27 iyul 2022-ci il tarixdə, saat 19:30-dan saat 19:47-dək olan müddət ərzində Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı Siyəzən şəhərinin S.Dağlı küçəsindəki 4 saylı evə baxış keçirilərkən sonuncunun evin həyətində olan sanitar qovşaqda masanın altından gizlətdiyi 1 ədəd “Bakı” markalı siqaret qutusunda narkotik vasitə olan heroin, 3 ədəd 10 manatlıq olmaqla, ümumilikdə 30 manat pul əskinasları və 1 ədəd “Aosai” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan əlavə, siqaret qutusu açıldıqda, içərisində 2 büküm salfetkada ayrı-ayrılıqda 2 büküm göy rəngli siqaret kağızı bükülüsünə və 1 büküm sellofana bükülmüş bükülüdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr təsbit edilmişdir. Yaşayış sahəsinə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan 29 iyul 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, 179-cu vərəqəsindəki 03 oktyabr 2022-ci il tarixli, CPQ seriyalı, 003120 nömrəli təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzindən, eləcə də işin 162-177-ci vərəqələrində olan 03 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,738 qram çəkidə narkotik vasitə heroin kütləsi, 0,176 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində heroinin və metamfetaminin izləri olan “Aosai” markalı qara rəngli elektron tərəzi, eləcə də 1 ədəd “Nokia” və 1 ədəd “Meizu” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına, Təqsirləndirilən şəxs yaşadığı ünvandan narkotik vasitələrin və elektron tərəzinin yanından aşkar olunaraq götürülmüş 3 ədəd 10 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 30 manat məbləğində pul maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin Maliyyə Hissəsinə təhvil verilmiş, həmçinin 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin S.Dağlı küçəsindəki 4 saylı evə keçirilmiş baxış prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 2 ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-80-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 4(059)-28/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-148-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş 1 ədəd CD diskdən görünür ki, el şənliklərində incəsənətin musiqi-poetik janrında çıxış etməklə, Siyəzən şəhərinin S. Dağlı küçəsindəki 4 saylı evdə qeydiyyatda olaraq, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,226 qram psixotrop maddə metamfetamini üzərində, ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroini isə üzərində və yaşadığı ünvanda saxlaması, 27 iyul 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın arxa sol cibində 1 ədəd ağ rəngli salfetin içərisində 1 ədəd qırmızı rəngli siqaret kağızı bükülüsündə 0,226 qram psixotrop maddə metamfetaminin və 2 ədəd göy rəngli siqaret kağızı bükülülərində 0,035 qram və 0,094 qram olmaqla, ümumilikdə 0,129 qram narkotik vasitə heroinin, əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvana baxış zamanı sanitar qovşağında girişdən sol tərəfdə olan masanın altından 1 ədəd işlək vəziyyətdə olmaqla, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan “Aosai” markalı, qara rəngli elektron tərəzinin, 1 ədəd Bakı markalı siqaret qutusunun içərisində 1 ədəd salfetə bükülmüş vəziyyətdə 1 ədəd sellofan bükülüsündə 0,590 qram narkotik vasitə heroinin və həmin siqaret qutusunun içərisindəki digər 1 ədəd salfetə bükülmüş vəziyyətdə 2 ədəd göy rəngli siqaret kağızı bükülülərində 0,067 qram, 0,052 qram olmaqla, ümumilikdə 0,709 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, habelə ayrı-ayrı vaxtlarda Şahid2la, Şahid3la və Şahid4la əvvəlcədən razılıq əldə edərək, onları müəyyən haqq müqabilində qanunsuz olaraq narkotik vasitə heroin ilə təmin etməsi, bununla da öz şəxsi maraqlarını təmin etməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, habelə psixotrop maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmasını, həmçinin el şənliklərində incəsənətin musiqi-poetik janrında çıxış etməklə, ictimaiyyət arasında özünə qarşı rəğbət yaratmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, saxladığı və daşıdığı narkotik vasitənin qanunsuz dövriyyəsində şəxsi marağı naminə iştirakını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə yuxarıda sadalanan yüngülləşdirən halları, xüsusilə də incəsənətin musiqi-poetik janrının nümayəndəsi kimi ictimaiyyət arasında rəğbətə malik olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,738 qram çəkidə narkotik vasitə heroin kütləsi, 0,176 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində heroinin və metamfetaminin izləri olan “Aosai” markalı qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin S.Dağlı küçəsindəki 4 saylı evə keçirilmiş baxış prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 2 ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan narkotik vasitələrin və elektron tərəzinin yanından aşkar olunaraq götürülmüş 3 ədəd 10 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 30 manat məbləğində pul xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilməli, həmçinin digər maddi sübutlar Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd “Nokia” və 1 ədəd “Meizu” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,738 qram çəkidə narkotik vasitə heroin kütləsi, 0,176 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində heroinin və metamfetaminin izləri olan “Aosai” markalı qara rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin S.Dağlı küçəsindəki 4 saylı evə keçirilmiş baxış prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 2 ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, cəmi 3 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan narkotik vasitələrin və elektron tərəzinin yanından aşkar olunaraq götürülmüş 3 ədəd 10 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 30 manat məbləğində pul xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd “Nokia” və 1 ədəd “Meizu” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 92 (doxsan iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar