Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-88/2023 19.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 19 dekabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(059)-67/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 7(002)-47/2023 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 02 iyun 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin C.Cabbarlı küçəsindəki 24 A saylı fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,252 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 26 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan heroin əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 225,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 19 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Siyəzən şəhərinin B.Dəmirov küçəsində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli cins gödəkcənin sağ iç cibində bir ədəd qara rəngli papağın içərisində şəffaf rəngli sellofan bağlamada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, həbs olunanadək təxminən 6-7 il narkotik vasitə heroindən və qurudulmuş marixuanadan istifadə etmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 02 iyun 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Belə ki, cəzaçəkmə müəssisəsindən çıxdıqdan 2-3 ay sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 26 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin Nizami küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq, Siyəzən RPŞ-yə gətirilmiş, habelə orada müdafiəçi Arif Həbibzadənin də iştirakı təmin edilməklə, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdəki içərisində narkotik vasitə heroin olan kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa, üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan bükümü həmin tarixdə, saat 18:00 radələrində yaşadığı Siyəzən şəhərinin C.Cabbarlı küçəsində olan vaxt yolun kənarında görüb, istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarın sağ ön cibinə qoymuşdur. Həmçinin, o, 2 gün Siyəzən RPŞ-də saxlanıldıqdan sonra, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Bundan başqa, 19 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı Siyəzən şəhərinin C. Cabbarlı küçəsində ağacların altında bir ədəd içərisində istifadəçisi olduğu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan şəffaf rəngli sellofan olduğunu görüb, qara rəngli papağının içərisinə qoyaraq əynində olan qara rəngli cins gödəkcənin sağ iç cibinə yerləşdirmişdir. Bundan sonra, həmin gün, saat 21:45 radələrində Siyəzən şəhərinin B.Dəmirov küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq, RPŞ-yə gətirilmiş, habelə orada Müdafiəçi da, iştirakı təmin edilməklə, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan qara rəngli cins gödəkcənin sağ iç cibindən, qara rəngli papağı çıxararaq içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf sellofan bağlamanı təqdim etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədləri imzalamışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, həmçinin digər şahidin məhkəmə iclasında elan edilməklə, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupu operatoru Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl Siyəzən rayon sakini kimi tanımış, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 26 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Siyəzən RPŞ-nin sabiq NMQ-nun əməliyyat müvəkkili X2 tərəfindən protokol tərtib olunaraq, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq olunmuş, əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, 26 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Nizami küçəsində görüb ona yaxınlaşaraq, özlərini təqdim etməklə, üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib, Siyəzən RPŞ-yə dəvət etmişlər. Orada növbətçi hissədə müdafiəçi Arif Həbibzadənin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra, həmin predmet boş zərfə yerləşdirilərək, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında dindirilməsini tələb etməmiş, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razı olduğunu qeyd edib, barəsində olan cinayət işinə qısa müddət ərzində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinin İV hissəsinin V bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Beləliklə, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun sonuncunun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsinin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilməlidir. Beləliklə, şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Siyəzən şəhəri B.Dəmirov küçəsi ev 6da qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi haqqında 19 sentyabr 2023-cü il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən raport yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 19 sentyabr 2023-cü il tarixdə Siyəzən RPŞ-nin İTB-nin sahə rəisi X5 ilə birlikdə saat 21:00 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Qafarov X4 şəhəri B.Dəmirov küçəsində tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhə olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs da, üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirərək onlarla birlikdə RPŞ-nə getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs RPŞ-yə gətirildikdən sonra barəsində araşdırma aparılması RPŞ-nin İB-nin müstəntiqi Nabil Abdullayevə həvalə olunmuşdur. Daha sonra, RPŞ-nin NH-də Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq axtarış zamanı Müdafiəçi iştirakının təmin edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra, şəxsi axtarışın keçirilməsinə başlanılmış, habelə axtarışda RPŞ-nin NH-nin məsul növbətçi köməkçisi X3 da iştirak etmişdir. Şəxsi axtarış zamanı müstəntiq Nabil Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli cins gödəkcənin, sağ iç cibindən 01 ədəd qara rəngli papağın içərisində şəffaf sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükümə müstəntiq Nabil Abdullayev tərəfindən baxış keçirilmiş, habelə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra, həmin bükülü əvvəlki vəziyyətinə qaytarılaraq ağ rəngli boş zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, müstəntiq Nabil Abdullayev tərəfindən verilmiş göstərişə əsasən tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, habelə axtarış zamanı sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş predmet və əşyalar aşkar edilməmişdir. Bununla da şəxsi axtarış yekunlaşdırılmışdır. Daha sonra, protokol tərtib olunaraq, ucadan oxunmuş, doğru olduğundan o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarış zamanı Nurlan Məmmədov tərəfindən “Samsung" markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4566 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə, Təqsirləndirilən şəxs- imza, ...dörd-imza, Qablaşdırdı: N.Abdullayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,202 qram təşkil etmişdir. Cinayət işinin 75A vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 92 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1326 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd qara rəngli papağın içərisində şəffaf sellofan bağlamada olan təmiz çəkisi 225,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 224,95 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-42-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 20 sentyabr 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqına qərarlardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, istintaq ********* nömrə ilə davam etdirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 171-172-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 06 oktyabr 2023-cü il tarixdə verilmiş 6331 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci və 24-25-ci vərəqələrində olan 26 avqust 2023-cü il tarixli və 19 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokollardan görünür ki, 26 avqust 2023-cü il tarixdə, saat 20:11-dən saat 20:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Bundan başqa, 19 sentyabr 2023-cü il tarixdə, saat 22:05-dən saat 22:13-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əynindəki qara rəngli cins gödəkcənin sağ iç cibindən 1 ədəd qara rəngli papağın içərisində şəffaf rəngli sellofan bağlamada aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 177-186-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 16 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 21 sentyabr 2023-cü il tarixli ittiham, dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə barəsində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadağından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkiləri 0,202 qram narkotik vasitə heroin və 224,95 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərinə 26 avqust və 19 sentyabr 2023-cü il tarixlərində keçirilmiş şəxsi axtarışların görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disklər cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 sentyabr 2023-cü il tarixli tələbnaməsindən, işin 157-159-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(059)-67/2022 saylı hökmünün, eləcə də iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 7(002)-47/2023 saylı qərarının surətlərindən və Siyəzən rayon icra və probasiya şöbəsinin 26 sentyabr 2023-cü il tarixli, 1460/2023-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 02 iyun 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsində olan 28 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-129-cü vərəqələrində olan 21 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinə xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 avqust 2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilərək “həbs” növündə qətimkan tədbiri seçilməsi üçün Siyəzən Rayon Məhkəməsinə vəsatət-təqdimat verilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 141-143-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 4(059)-39/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən, yəni şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 160-161-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin C.Cabbarlı küçəsindəki 24 A saylı fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini və qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, digər şahidin məhkəmə iclasında elan edilməklə, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin müstəntiqi cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 16 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 21 sentyabr 2023-cü il tarixli ittiham, dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə barəsində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadağından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından təxminən 1,5 dəfə artıq, qurudulmuş marixuananı isə şəxsi istehlak miqdarından 45 dəfə artıq miqdarda əldə edib saxlamasını, aşkar edilmiş predmetlərin çeşidlərini, cəzasını ağırlaşdıran halın mövcud olması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,202 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 224,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 26 avqust və 19 sentyabr 2023-cü il tarixlərində keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 164 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,202 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 224,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərində 26 avqust və 19 sentyabr 2023-cü il tarixlərində keçirilmiş şəxsi axtarışların görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 164 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-88/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-88/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver