Məhkəmə qərarları › İş №1(059)-9/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-9/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-9/2021 23.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 3 saylı X1 sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən rayonu, Zarat kəndində yerləşən X4rşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu idman fəndi ilə yerə yıxaraq yumruqla baş və üz nahiyələrinə vurmaqla ona başın ənsə və üzün sağ almacıq nahiyələrinin yumşaq toxumalarının əziyi, başın alın nahiyəsinin, boynun sağ yan səthinin və döş qəfəsinin çoxsaylı sıyrıqları ilə nəticələnən səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda , Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 3 saylı X1 sürücü vəzifəsində işləyir. Həmçinin, boş vaxtlarında qohumu X3 məxsus “Mercedes Axor” markalı, 99 U0 755 dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük etməklə ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində dostu Qadirlə birlikdə idarə etdiyi yük avtomobili ilə Bakı şəhərindən Siyəzən rayonu, Zarat kəndinə taxıl saxlama məntəqəsinə yük doldurmaq üçün getmişdir. Orada yük tərəzisi qatar yolunun üstündə yerləşdiyindən idarə etdiyi avtomobil ilə tərəzinin üzərinə çıxmış, avtomobili tərəzinin üzərindən düşürtdükdən sonra qarşıdakı geniş sahədən manevr edib yenidən geri qayıdaraq qatar yolundan keçmək üçün tərəzinin üzərinə çıxdığı zaman relslərin üzəri ilə teplovoz gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs uzaqdan qışqıraraq teplovozun gəlməsini işarə verməklə, onu saxlatdırmış, teplovoz keçdikdən sonra gəlib, Ülfətin yanına çatdığında sonuncu kinayə ilə ona “Teplovozu görmürsən?” deyə səslənmişdir. O da, sakit formada gülərüzlə Ülfətə fikirli olduğunu və teplovozu görmədiyini bildirmişdir. Ona xəbərdarlıq etdiyi üçün Ülfətə təşəkkürünü bildirərək onunla mülayim danışsa da, sonuncu isə cavabında onunla kobud danışaraq “çıx davay sür get maşını” demişdir. Bu zaman o, Ülfəti nəzakətli davranmağa və danışığında intizama dəvət etsə də, sonuncu cavabında ona qarşı nalayiq ifadə işlədərək onu özündən çıxarmış və mübahisə etməyə təhrik etmişdir. Bundan sonra, o, Ülfətin nalayiq ifadələrindən hiddətlənərək idarə etdiyi avtomobildən düşmüş, yerdə Ülfətlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ülfət onun üzərinə gələrək ona əl atmağa başlayan zaman, o, Ülfəti iki əli ilə qucağına alaraq idman fəndi ilə yerə yıxmış və sonuncunun ona yumruq atdığını görüb Ülfətə yumruqla zərbələr endirmək məcburiyyətində qalmışdır. Hadisə baş verən zaman ətrafda olan şəxslər onları ayırmışlar. Ətrafda olan şəxslərin onları ayırdıqlarını görən Ülfət onun tərəfindən vurulduğu üçün, əlindən hirsli olduğuna görə yerdən qalxaraq yenidən onun üzərinə gəlib, ona təpik və əl qol atmağa başlamışdır. İkinci dəfə də Ülfətin onun üzərinə gəldiyini görüb özünü müdafiə etmək üçün onu yenidən qucağına alaraq yerə yıxmışdır. Orada olan şəxslər onları ikinci dəfə çətinliklə ayıra bilmişlər. Bundan sonra, orada olan adını sonradan öyrəndiyi Alid adlı şəxs əlində olan dəmir alətlə üzərinə hücum etmək istəsə də, ətrafdakı şəxslər onun qarşısını kəsərək əlindən dəmir aləti almışlar. Daha sonra, mübahisə bir qədər sakitləşmişdir. Orada olan şəxslər idarə etdiyi avtomobilin qarşısında dayanıb bir qədər söhbət edərək mübahisəni yoluna qoymağa çalışsalar da, qarşı tərəf bu barədə polisə ərizə ilə müraciət etmişdir. Bundan sonra, bu məsələ ilə bağlı onu polis şöbəsinə dəvət etmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hal-hazırda Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən Zarat taxıl qəbulu məntəqəsində anbardar köməkçisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində işdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “MercedesAxor” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə taxıl saxlama məntəqəsindən çıxan zaman qatarla qarşılaşaraq qəza şəraiti yaratmış, onun Aqşinə etdiyi xəbərdarlıq nəticəsində sonuncu onu eşidərək qatarı gözləmişdir. Aqşin əvvəlcə qatarı gözləmək istəməsə də, sonradan qatarı keçə bilməyəcəyini görüb məcburi dayanmışdır. Qatar keçdikdən sonra Aqşin avtomobillə postdan keçməyə başlamışdır. Aqşin onun yanına çatarkən Aqşinə “qatarı görmürsən, gərək birinizi vurandan sonra dincələsiniz? Qatara fikir verin ki, xoşagəlməz hadisə baş verməsin” deyərək iradını bildirdikdə, sonuncu fikirli olduğunu, bu səbəbdən də, qatarı görmədiyini qeyd etmişdir. Bundan sonra, Aqşinə avtomobili sürüb çıxıb getməsini bildirdiyində Aqşin avtomobilin mühərrikinə həddindən artıq qaz verməklə, toz qaldıraraq sanki sözü ona acıqlı gəlirmiş kimi avtomobili yerindən tərpədərək sürmüşdür. Həmin vaxt Aqşinə avtomobilini tez sürməsi barədə xəbərdarlıq etmişdir. Aqşin təxminən on metr getdikdən sonra avtomobilini saxlayıb ondan nəyə görə qışqırdığını soruşmuş, o, isə Aqşinə qışqırmadığını əgər qışqırmış olsa belə, “sözümün qabağına söz qoyası adam sən deyilsən” deyə bildirmişdir. Aqşin onun bu sözündən əsəbləşərək əli ilə ona etinasız işarə verərək, nalayiq ifadə işlətmişdir. Aqşin ona qarşı nalayiq ifadə işlətdikdən sonra o, da, Aqşinə cavab qaytarmışdır. Bundan sonra, Aqşin avtomobildən düşüb onun üzərinə gəlmiş, əvvəlcə ona əl-qol atmağa başlamış, sonra isə idman fəndi ilə onu yerə yıxmışdır. Yerdə olarkən özünümüdafiə məqsədilə Aqşinin üzünün və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişdir. Bunu görən ətrafdakı məntəqənin işçiləri və Aqşinin avtomobilində sərnişin qismində əyləşmiş bir nəfər şəxs yaxınlaşaraq onları ayırmışlar. Bundan sonra, o, baş vermiş hadisə ilə bağlı polis şöbəsinə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamasının, habelə, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmasının nəzərə alınmasını və təqsirləndirilən şəxs barəsində qanunamüvafiq ciddi tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Siyəzən rayonu Zarat kəndi ərazisində Zarat taxıl qəbulu məntəqəsində fəhlə işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində işdə olarkən adını sonradan öyrəndiyi Aqşin adlı şəxsin idarə etdiyi “Mercedes Axor” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə taxıl saxlama məntəqəsindən çıxan zaman qatarla qarşılaşdığını və Aqşinin qəza şəraiti yaratdığını görmüşdür. İş yoldaşı Ülfət Aqşinə gözləməyini bildirsə də, sonuncu ilk öncə gözləmək istəməmiş, lakin, qatarı keçə bilməyəcəyini görüb dayanmışdır. Qatar keçdikdən sonra Aqşin avtomobil ilə postdan keçməyə başlamışdır. Ülfət Aqşinin idarə etdiyi avtomobili saxlatdıraraq Aqşinə ehtiyatlı olmağı barədə irad bildirmişdir. Daha sonra, Aqşin təxminən 10 metr getdikdən sonra avtomobilini sola doğru Ülfətə tərəf istiqamətləndirərək avtomobildən düşüb sonuncuya əl-qol atmağa başlamış və idman fəndi ilə Ülfəti yerə yıxmışdır. Yerdə olarkən Aqşin Ülfətin üzünün və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirmişdir. Bunu görən kimi o və məntəqələrində işləyən əlavə bir neçə nəfər işçi hadisə yerinə yaxınlaşıb Ülfətlə Aqşini ayırmışlar. Orada Aqşin və Ülfətdən başqa, ümumilikdə 6-7 nəfər şəxs olmuşdur. Həmin şəxslər məntəqənin işçiləri, bir nəfər isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş şəxs olmuşdur. Aqşinlə Ülfəti ayırdıqdan sonra Ülfət yerdə Aqşin tərəfindən döyüldüyü üçün əsəbindən ayağa qalxaraq yenidən Aqşinin üzərinə getmiş, həmin vaxt Aqşin Ülfəti ikinci dəfə idman fəndi ilə yerə yıxmışdır. Onlar yenə də həmin şəxsləri çətinliklə də olsa ayıra bilmişlər. Buna baxmayaraq, hər iki şəxs yenə də sözlə də olsa aqressiv formada mübahisələrini davam etdirmişlər. Aqşin və Ülfətin bir-biriləri ilə mübahisələrinin davam etdiyini, onların dava edərək bir-birlərindən çətinliklə ayrıldıqlarını, eləcə də, Aqşinlə Ülfətin üçüncü dəfə yenidən bir-biriləri ilə dava edəcəkləri ehtimalını nəzərə alaraq bir qədər aralıda yerdən dəmir aləti əlinə götürüb onlara ayrılmaları, eyni zamanda, Aqşini bir qədər qorxutmaq üçün onlara tərəf getmək istədiyində həmin vaxt orada olan məntəqənin işçiləri dəmir aləti onun əlindən almışlar. Daha sonra, hər iki şəxs arasında təxminən bir-iki dəqiqə davam edən mübahisə yekunlaşmışdır. Məhkəmə istintaqında digər şahidlər Şahid3, Şahid4 və Şahid5, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş işin 32-33-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx xxxxxx 2020-ci il tarixli, 141 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində başın ənsə və üzün sağ almacıq nahiyələrinin yumşaq toxumalarının əzilməsi, başın alın nahiyəsinin, boynun sağ yan səthinin və döş qəfəsinin çoxsaylı sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərildiyi şəraitdə yarana bilər, özözünə yetirilən və boyu hündürlüyündən yıxılma zamanı yaranan xəsarətlər üçün xarakterik deyil, törənmə müddəti bir günə qədər olub, xx xxxxxx 2020-ci il tarixə uyğundur və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 111-112-ci səhifələrində olan xx xxxxxx 2020ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 55-ci səhifəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 xx xxxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-122-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittiham, həmçinin, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən X4rşısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək sağlamlığına yüngül zərər vurulması faktı ilə həmin məntəqənin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərin yaddaşına köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 81-82-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, himayəsində 2019-cu il təvəllüdlü Reyhan və 2020-ci təvəllüdlü Raul adlı azyaşlı övladları olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan olunaraq, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də xidməti vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 3 saylı X1 sürücü vəzifəsində işləyir. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, eləcə də, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının və daimi iş yerinin olmasını, eləcə də, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən X4rşısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək sağlamlığına yüngül zərər vurulması faktının həmin məntəqənin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış görüntüləri yaddaşına köçürülmüş 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən X4rşısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək sağlamlığına yüngül zərər vurulması faktının həmin məntəqənin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış görüntüləri yaddaşına köçürülmüş 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar