Məhkəmə qərarları › İş №1(059)-9/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-9/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-9/2025 18.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 18 fevral 2025-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2001-ci il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Səmədabad kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə fəhlə işlədiyi vaxtda 2023-cü ilin avqust ayından 2024-cü ilin mart ayına qədər olan müddət ərzində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs məxsus olmaqla, Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Hikmət market” mağazasının saxlanc yeri hesab olunan anbarına açarla qapını açma yolu ilə qanunsuz daxil olub, oradan hər kisəsinin dəyəri 77 manat 50 qəpik olan 13 kisə “Azərşəkər” markalı şəkər tozunu, hər bir 50 kiloqramlıq kisəsi 28 manat dəyərində olan 18 kisə “Dəvəçi” markalı unu, hər bir 10 kiloqramlıq kisəsi 06 manat 30 qəpik dəyərində olan 07 kisə “Dəvəçi” markalı unu, hər bir 30 kiloqramlıq kisəsi 97 manat 50 qəpik dəyərində olan 07 kisə “Besta” markalı uzun düyünü, hər bir 80 qramlıq paketi 01 manat 20 qəpik dəyərində olan 240 ədəd “Yuva” markalı droju, hər bir 02 litrlik qutusu 07 manat dəyərində olan 24 ədəd “Final” günəbaxan yağlarını, hər bir 01 litrlik qutusu 04 manat dəyərində olan 24 ədəd “Final” günəbaxan yağlarını, hər bir 02 litrlik qutusu 09 manat dəyərində olan 18 ədəd “Final” qarğıdalı yağlarını, hər bir 50 qramlıq qutusu 01 manat 50 qəpik dəyərində olan 240 ədəd “Snikers” markalı şokaladları, hər bir 05 kiloqramlıq kisəsi 11 manat 50 qəpik dəyərində olan 07 ədəd “Azərşəkər” markalı qəndləri, hər 01 kiloqramlıq qutusu 10 manat dəyərində olan 18 ədəd “Super sun” markalı yağları, hər 01 kilo 800 qramlıq qutusu 17 manat dəyərində olan 12 ədəd “Super sun” markalı yağları, hər bir 02 litrlik qutusu 02 manat 20 qəpik dəyərində olan 204 ədəd “Coco Cola” markalı içkiləri, hər 01 litrlik qutusu 01 manat 40 qəpik dəyərində olan 96 ədəd “Coco Cola” markalı içkiləri, hər bir 02 litrlik qutusu 2 manat 20 qəpik dəyərində olan 36 ədəd “Fanta” markalı içkiləri, hər 01 litrlik qutusu 01 manat 40 qəpik dəyərində olan 84 ədəd “Fanta” markalı içkiləri və hər birinin dəyəri 01 manat olan 48 ədəd “150lik Sun” markalı salfetkaları, ümumilikdə 4604 manat 60 qəpik dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 24 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “Hikmət market” mağazasının saxlanc yeri hesab olunan anbarını açarla açma yolu ilə gizli yolla qanunsuz daxil olaraq oradan hər 2 litrlik qutusu 1 manat 40 qəpik dəyərində olan 42 ədəd və hər 01 litrlik qutusu 01 manat 40 qəpik dəyərində olan 109 ədəd “Coco Cola” markalı içkiləri, ümumilikdə 109 manat 20 qəpik dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 26 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “Hikmət market” mağazasının saxlanc yeri hesab olunan anbarını açarla açma yolu ilə gizli yolla qanunsuz daxil olaraq oradan hər bir kisəsi 77 manat 50 qəpik dəyərində olan 02 kisə “Azərşəkər” markalı şəkər tozunu, ümumilikdə 155 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, daimi olaraq Biləsuvar rayonunun Səmədabad kəndində yaşasa da, Siyəzən rayon sakini ilə ailə qurduğu üçün müəyyən müddət sonuncu qeyd olunan rayonun “Gənclik qəsəbəsi” adlanan ərazisində ailəsi birlikdə kirayədə yaşamışdır. Habelə, Siyəzən rayonunda yerləşməklə, Zərərçəkmiş şəxs məxsus “Hikmət market” adı mağazada 2023-cü ilin avqust ayından 2024-cü ilin mart ayına qədər qeyri-rəsmi fəhlə işləməklə, işi müştərilərə mağazanın içərisindən və ya anbardan məhsulları vermək, həmçinin mağazanın rəflərinə məhsulları yığmaq olmuşdur. Qeyd edir ki, mağazanın anbarının qapısı açarlı olmaqla bərabər bu açar mağazadakı rəfə yerləşdirilsə də, işçilər anbara daxil olmaq üçün Zərərçəkmiş şəxs məlumat verməli, sonuncunun icazəsini aldıqdan sonra, oraya daxil olmalı olmuşlar. Bununla belə, işlədiyi 2023-cü ilin avqust ayından 2024-cü ilin mart ayına qədər, həmçinin işdən çıxdıqdan sonra yəni, 24 və 26 iyul 2024-cü il tarixlərində mağazanın anbarında daxil olaraq, oradan ittiham aktında qeyd olunan ərzaq və qeyri-ərzaq məhsulları anbarın qarşısına çağırdığı taksi avtomobilinə yığaraq, oğurlamış, habelə bu məhsulları əvvəl “Gənclik qəsəbəsi” adlanan ərazidə yerləşməklə, kirayə yaşadığı evə, sonra isə, həmin qəsəbədə icarəyə götürdüyü iaşə obyektinə yığıb, Rafiq adlı şəxsə satmışdır. Qeyd edir ki, günün səhər saatlarında mağazada işləsə də, axşam saatlarında oğurladığı məhsulların satışı ilə məşğul olmuş, habelə buradan əldə etdiyi gəlirlə ailəsinin maddi ehtiyaclarını qarşılamışdır. Bundan başqa, sözügedən anbarda müşahidə kamerası olsa da, o, müştəriyə məhsul vermək görüntüsü yaratdığı üçün ondan şübhələnən olmamış, həmçinin mağazadan işdən çıxdıqdan sonra belə, analoji qaydada oğurluq etmişdir. Bununla yanaşı, ailəsində ikinci qrup gözdən əlil xəstə və himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınmasını, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə aralarında qohumluq münasibəti olmamaqla yanaşı, sonuncuya qarşı düşmənçilik və ədavəti yoxdur. Bundan başqa, Yusub Fətizədə ona yaxınlaşaraq sahibliyində olan “Hikmət market” mağazasında işləmək istədiyini bildirdikdə, onunla razılaşsa da, birinci mütəmadı olaraq işə gəlmədiyi üçün, əmək müqaviləsi bağlanmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs mağazada işlədiyi müddət ərzində özünü zəhmətkeş insan kimi apardığı üçün, digər işçilər ona hörmət etməklə bərabər, hətta övladı doğulduğu zaman köməklik göstərmiş, beləliklə birincinin yaxşı xüsusiyyətlərə malik insan olduğunu zənn etmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs mağazadan işdən çıxdıqdan sonra, tərəfindən yoxlama aparmaqla, məhsulların əksik gəldiyini müəyyən etsə də, oğurluq edən şəxsin Yusub olduğunu güman etməmişdir. Bundan əlavə, Siyəzən rayonunda olmadığı ərəfədə yəni, təxminən 2024-cü ilin iyun ayında Yusub ona zəng edərək, yenidən mağazada işləmək istədiyini bildirmiş, beləliklə, mağazada olarkən bu barədə digər işçilərə bildirdiyində, sonuncular birincinin üç gün əvvəl mağazaya olduğunu, lakin sonradan gəlmədiyini qeyd etmişlər. Bundan sonra, müşahidə kamerasının görüntülərinə baxış keçirərkən Yusubun müxtəlif vaxtlarda mağazanın anbarından məhsulları müştərilərin sifarişi olmadan götürdüyünü müəyyən etmiş və bu barədə rayon Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Qeyd edir ki, anbarın açarı mağazadakı rəfə yerləşdirilməklə yanaşı, Yusubun açarı oradan götürərək, anbara daxil olmasına icazəsi olmasa da, sonuncu müştəriyə məhsul vermək görüntüsü yaradaraq, oradan oğurluq etmişdir. Hazırda isə ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir, habelə sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, sonuncular ilə arasında qohumluq münasibəti olmamaqla yanaşı, onlara qarşı düşmənçilik və ədavəti yoxdur. Bundan başqa, taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı, bu fəaliyyətini Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən “Hikmət market” mağazasının yaxınlığında həyata keçirir. Beləliklə, Təqsirləndirilən şəxs onu bir neçə dəfə “Hikmət market” mağazasının anbarının qarşısına çağırmış, habelə anbarda olan məhsullardan onun avtomobilinin yük yerinə yerləşdirmiş, habelə bu məhsulları “Gənclik qəsəbəsi” adlanan ərazində yerləşən, binanın qarşısına aparmışlar. Qeyd edir ki, soruşduğunda Yusub, məhsulların oğurluq olmadığını, “Hikmət market” mağazası günün sonunda bağlandıqdan sonra, işdən çıxan şəxsin sifarişi ilə həmin şəxs üçün apardığını bildirmiş, hətta bu barədə ona qaimə də göstərmiş, lakin o, qaiməni oxumamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli, 9/6988 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 17 adda malların o cümlədən, bir ədədinin dəyəri 77.50 manat olan 15 kisə 50 kq-lıq “Azərşəkər” markalı şəkər tozunun ümumi dəyəri 1162,50 manat, bir ədədinin dəyəri 28 manat olan 21 kisə 50 kq-lıq “Dəvəçi” markalı unun ümumi dəyəri 588 manat, bir ədədinin dəyəri 6,30 manat olan 9 kisə 10 kq-lıq "Dəvəçi” markalı unun ümumi dəyəri 56,70 manat, bir ədədinin dəyəri 97,50 manat olan 7 kisə 30 kq-lıq “Besta” markalı uzun düyünün ümumi dəyəri 682,50 manat, bir ədədinin dəyəri 1,20 manat olan 240 ədəd 80 qramlıq “Yuva” markalı drojun ümumi dəyəri 288 manat, bir ədədinin dəyəri 7 manat olan 24 ədəd 2 litrlik “Final” markalı semiçka duru yağının ümumi dəyəri 168 manat, bir ədədinin dəyəri 4 manat olan 24 ədəd 1 litrlik "Final" markalı semiçka duru yağının ümumi dəyəri 96 manat, bir ədədinin dəyəri 9 manat olan 18 ədəd 2 litrlik “Final" qarğıdalı duru yağının ümumi dəyəri 162 manat, bir ədədinin dəyəri 1,50 manat olan 240 ədəd 50 qramlıq “Snikers” markalı şokaladın ümumi dəyəri 360 manat, bir ədədinin dəyəri 11,50 manat olan 7 ədəd “Azərşəkər” markalı 5kq-lıq qəndin ümumi dəyəri 80,50 manat, bir ədədinin dəyəri 10 manat olan 18 ədəd dəmir qabda olan “Super Sun” markalı yağın ümumi dəyəri 180 manat, bir ədədinin dəyəri 17 manat olan 12 ədəd qabda olan 1 kq 800 qramlıq "Super Sun” markalı yağın ümumi dəyəri 204 manat, bir ədədinin dəyəri 2,20 manat olan 246 ədəd 2 litrlik "Coca Cola" markalı suyun ümumi dəyəri 541,20 manat, bir ədədinin dəyəri 1,40 manat olan 108 ədəd 1 litrlik "Coca Cola" markalı suyun ümumi dəyəri 151,20 manat, bir ədədinin dəyəri 2,20 manat olan 36 ədəd 2 litrlik "Fanta" markalı suyun ümumi dəyəri 79,20 manat, bir ədədinin dəyəri 1,40 manat olan 84 ədəd 1 litrlik "Fanta" markalı suyun ümumi dəyəri 117,60 manat, bir ədədinin miqdarı 1 manat olan 48 ədəd 150-li “Sun” markalı salfetkanın ümumi dəyəri 48 manat olmaqla, 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 4965,40 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-14-cü, 28-35-ci və 77-85-ci vərəqələrində olan baxış keçirmə və götürmə haqqında protokollardan, eləcə də, fotoşəkillərdən görünür ki, Həmidov X2 şəhəri, H.Əliyev küçəsində yerləşməklə, özünə məxsus “Hikmət marketin” saxlanc yeri hesab olunan anbarından oğurlanmış əmlakının yerini göstərmiş, Təqsirləndirilən şəxs isə baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmiş, həmçinin oğurladığı əmlakın saxladığı yeri nümayiş etdirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 200-212-ci vərəqələrində olan 13 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmaqla, sonuncunun barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 179 və 180-cı maddələri ilə ittiham verilməsə də, sonuncunun 25 iyul 2024-cü il tarixdə törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətini yaratdığından barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti aidiyyəti üzrə Siyəzən RPŞ-nin İTB-yə verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsində olan 18 oktyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə saat 17:25-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-cu vərəqəsində olan 20 oktyabr 2024-cü il tarixli tutulmuş şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2024-cü il tarixdə saat 16:30-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin müvafiq olaraq 123, 125 və 128-ci səhifələrindəki məktublardan, işin 124, 126 və 132-ci səhifələrindəki arayışlardan, eləcə də, işin 133-cü səhifəsindəki 04 noyabr 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan və işin 139-cu səhifəsindəki 16 noyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılması üçün dəfələrlə RPİ-nin İŞ-nə dəvət olunsa da (yaşadığı ünvana rəsmi məktub göndərilməklə yanaşı, istifadəsində olan mobil telefon nömrəsinə zəng edilməklə), sonuncu heç bir üzrlü səbəb olmadan istintaqa gəlməkdən yayındığında görə Təqsirləndirilən şəxs barəsində 04 noyabr 2024-cü il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, sonuncu 15 noyabr 2024-cü il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 159-cu vərəqəsində olan 16 noyabr 2024-cü il tarixli qətimkan tədbirinə xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 oktyabr 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilərək “həbs” növündə qətimkan tədbiri seçilməsi üçün Siyəzən Rayon Məhkəməsinə vəsatət-təqdimat verilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-174-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 4(059)-34/2024 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.2-ci və 177.2.3-cü maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 (iki) ay 02 (iki) gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 187-189-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, Biləsuvar rayonun Səmədabad kəndində qeydiyyatda olmaqla, yaşayan təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü nümunəvi göstərmiş, həmkəndliləri arasında xüsusi hörmətə malik olmuş, kənddə keçirilən ictimai tədbirlərdə yaxından iştirak etmiş, habelə sonuncu barəsində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Onun himayəsində 26 noyabr 2023-cü il təvəllüdlü Banu adında bir azyaşlı övladı var. Onun vətəndaş nikahında yaşadığı arvadı, 26 noyabr 2023-cü il təvəllüdlü Banu adında qızının anası X3 onun himayəsində olmaqla bərabər xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixədək gözdən əlil dioqnozu ilə sağlamlıq imkanları məhdud şəxs kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini, gənc yaşda olmaqla, himayəsində bir azyaşlı övladının və vətəndaş nikahında olduğu arvadının olmasını, eləcə də, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməli törətməsini, 2023-cü ilin avqust ayından 2024-cü ilin mart ayına qədər mütəmadi olaraq işlədiyi mağazadan oğurluq etməsini, əməlinin hüquqazidd olduğunu bildiyi halda əməlindən peşmançılıq hissi keçirmədən davam etməsini, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi halda, onların çağırışlarından yayınmasını (Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 4(059)-34/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı), bununla da uzun müddət ibtidai araşdırmadan yayınmasını, tərbiyə olunmamasını, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddi müddətində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdən 20 oktyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də, məhkəmə məsrəfi yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (bir əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar