Məhkəmə qərarları › İş №1(059)-92/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-92/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-92/2023 19.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, eləcə də, Dövlət ittihamçısı cinayət işinə baxılmasına hazırlıq iclasından xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasına dair vəsatətinə Siyəzən Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs oğlu, Şahid1 FHN-də yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi vədini verib 2022-ci ilin may aydan 2023-cü ilin avqust ayına qədər olan müddət ərzində, ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə çıxış edərək bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü araşdırılarkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslar, həmçinin təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci və 223.3.2-ci maddələrində ittiham aktında və təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırki cinayət işi üzrə göstərilən müddəalar müəyyən edilməmiş, yəni istər təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, istərsə də, ittiham aktında cinayətin törədildiyi yer və vaxt göstərilməmiş, bu hallar, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulmasına səbəb olmuş, habelə təqsirləndirilən şəxs özünü müdafiə etmək hüquqlarından məhrum olmuşdur. Belə ki, yuxarıda göstərilən normaların tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda digər məlumatlarla yanaşı hadisənin baş vermə mexanizminə aid ən vacib xüsusatlardan biri olan hadisənin baş vermə vaxtı, yəni cinayətin törədilmə vaxtı dəqiq göstərilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda “2022-ci ilin may ayından 2023-cü ilin avqust ayına qədər” kimi qeyri-müəyyən ifadələrdən istifadə olunaraq cinayətin törədilmə vaxtı dəqiq göstərilməmiş, qeyd edilən qeyri-müəyyən ifadələr faktiki olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununun aydın olmadığını göstərməklə yanaşı, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu bilmək hüququnun tam təmin olunmadığını, yəni bu hüquqlarının pozulmasını təzahür etmiş, habelə onun nədən müdafiə olunması üçün lazımi tədbirlər görməsi istiqamətində, öz müdafiəsini necə qurması yönündə hərəkətlərini məhdudlaşdırmışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu, Şahid1 FHN-də yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi vədini verib 2022-ci ilin may ayından 2023-cü ilin avqust ayına qədər olan müddət ərzində, ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir” kimi qeyd olunması cinayət əməlinin başlamasının və başa çatmasının hansı ərazidə baş verməsini müəyyənləşdirməkdə qeyri-müəyyənlik yaradır. Bundan başqa, göstərilən əsaslar səbəbindən məhkəmə, aidiyyəti üzrə işin hansı rayon (şəhər) məhkəməsində baxılması hissəsində çətinliklərə məruz qalır. Beləliklə, hesab edir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1-ci və 303.3.6-cı maddələrində nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Odur ki, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmənin hazırlıq iclasından cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısının vəsatətinin təmin edilməsinə, eləcə də bu barədə qərar qəbul edilməsinə etiraz etmədilər. Məhkəmə, məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla Dövlət ittihamçısı vəsatətini, eləcə də, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin fikirlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı yekun ittiham irəli sürülmüşdür. (iş vər. 50-51) Bununla belə, ibtidai istintaq orqanı həmin qərarında ümumi ifadələrdən istifadə etməklə faktiki olaraq qanunvericiliyin sadalanan tələblərini formal şəkildə icra etməklə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq hüquqlarını məhdudlaşdırmış və beləliklə təqsirləndirlən şəxsin faktiki olaraq, müdafiə hüquqlarını da, zəruri səviyyədə təmin etməmişdir. Belə ki, yuxarıda göstərilən normaların tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda digər məlumatlarla yanaşı hadisənin baş vermə mexanizminə aid ən vacib xüsusatlardan biri olan hadisənin baş vermə vaxtı, yəni cinayətin törədilmə vaxtı dəqiq göstərilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda “2022-ci ilin may ayından 2023cü ilin avqust ayına qədər” kimi qeyri-müəyyən ifadələrdən istifadə olunaraq cinayətin törədilmə vaxtı dəqiq göstərilməmiş, qeyd edilən qeyri-müəyyən ifadələr faktiki olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununun aydın olmadığını göstərməklə yanaşı təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu bilmək hüququnun tam təmin olunmadığını, yəni bu hüquqlarının pozulmasını təzahür etmiş, habelə onun nədən müdafiə olunması üçün lazımi tədbirlər görməsi istiqamətində, öz müdafiəsini necə qurması yönündə hərəkətlərini məhdudlaşdırmışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu, Şahid1 FHN-də yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyi vədini verib 2022-ci ilin may aydan 2023-cü ilin avqust ayına qədər olan müddət ərzində, ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir” kimi qeyd olunması cinayət əməlinin başlamasının və başa çatmasının hansı ərazidə baş verməsini müəyyənləşdirməkdə qeyri-müəyyənlik yaradır. Azərbaycan Respublikası CPM-nin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar daxildir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasında aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilimiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X1 Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət prosessual qanunvericiliyin onlara verdiyi prosessual imkandan səmərəli istifadə etməmiş, cinayətin baş vermə vaxtını dəqiqləşdirməyə imkan verən kifayət qədər zəruri istintaq hərəkətləri olduğu halda bunları etməmiş, vaxtından əvvəl ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı, mövcud sübutların kifayət edəcəyi ilə bağlı nəticəyə gəlmiş və yekunda təqsirləndirilən şəxsə qarşı belə qeyrimüəyyən ittiham irəli sürmüşdür. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1-ci (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)) və 303.3.6-cı (cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması) maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi müstəntiqin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, CPM-nin 306.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299 və 303-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar