Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-94/2022 20.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 20 dekabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Siyəzən şəhərinin Nizami küçəsindəki Ailəvi Yataqxanada qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 30 avqust 2022-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 30 manata satın aldığı ümumi təmiz çəkisi 0,637 qram olan narkotik vasitə heroini üzərində saxlamış, 31 avqust 2022-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin Babək küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı ümumi təmiz çəkisi 0,637 qram olmaqla, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində hər birinin ayrı-ayrılıqda çəkiləri 0,255 qram və 0,190 qram olan narkotik vasitə olan heroin və sağ yan cibindən qırmızı rəngli sadə Nokia markalı mobil telefonunun arxasında batareyanın altında 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünə bükülmüş təmiz çəkisi 0,192 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 1,036 qram olan narkotik vasitə heroini üzərində saxlamış, 30 avqust 2022-ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 Siyəzən şəhərində yaşadığı Nizami küçəsindəki Ailəvi Yataqxananın yaxınlığında həmin narkotik vasitə heroinin 0,637 qramını 3 bükümdə, hər bükümü 10 manata olmaqla, cəmi 30 manata Təqsirləndirilən şəxs1 satmış, 31 avqust 2022-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Siyəzən şəhərinin Babək küçəsində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı ümumi təmiz çəkisi 0,637 qram olmaqla, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində hər birinin ayrı-ayrılıqda çəkiləri 0,255 qram və 0,190 qram olan narkotik vasitə olan heroin və sağ yan cibindən qırmızı rəngli sadə Nokia markalı mobil telefonunun arxasında batareyanın altında 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünə bükülmüş təmiz çəkisi 0,192 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 31 avqust 2022-ci il tarixdə, saat 18:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən Siyəzən şəhərində M. Müşfiq küçəsində yaşadığı ünvanının qarşısında saxlanılmış, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qısa qol köynəyin sol ön cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə ümumi təmiz çəkisi 0,399 qram olmaqla, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,205 qram və 0,194 qram olan narkotik vasitə heroin, yaşadığı ünvana baxış zamanı yaşadığı evin həyətində olan yardımçı tikilidən termonun üzərində olan rəfin üstündən üzərində narkotik vasitə heroinin izləri olan narkotik vasitələrin qəbulunda istifadə etdiyi 6 ədəd şprislər aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 5 ildir narkotik vasitə heroindən inyeksiya yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs2 qonşuluğunda yaşamaqla, sonuncunu uzun müddətdir tanıyır. 31 avqust 2022-ci il tarixdə, saat təxminən 16:30 radələrində Siyəzən şəhəri, Babək küçəsi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, Siyəzən RPŞ-yə aparılmış, orada Müdafiəçi2 iştirakı ilə, eləcə də, videoçəkiliş ilə üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ arxa cibindən iki büküm, əynində olan gödəkcənin sağ cibindəki telefonunun batareyasının altından bir büküm narkotik vasitə heroin aşkar olunmuş, habelə şifahi sorğu zamanı aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən bir gün öncə yəni, 30 avqust 2022-ci il tarixdə Siyəzən şəhərinin Nizami küçəsi ərazisində Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş üç büküm narkotik vasitə heroinin bir bükümünü 10 manata olmaqla, cəmi 30 manat pulun müqabilində almışdır. Qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs2 ilk dəfə idi ki narkotik vasitə alsa da, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını Siyəzən rayonunda hamı bilir. Bundan başqa, ailəli olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan övladı var, həmçinin fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Təxminən 6-7 ildir narkotik vasitə istifadə etsə də, bu hal mütəmadi olaraq baş verməmişdir. 31 avqust 2022-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı evdə yatdığı vaxt, rayon Polis Şöbəsinin adlarını bilmədiyi əməliyyat müvəkkilləri Müdafiəçi1 ilə birlikdə evinə gəlmişlər. Bu zaman yuxudan yeni ayıldığı üçün üzərində geyim olmadığından paltarlarını geyinməsi üçün icazə almış, habelə əynini geyindikdən sonra evinin birinci mərtəbəsinə gəlmişdir. Bundan sonra, yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulduqda, olmadığını bildirmiş, habelə ərizəsi əsasında keçirilən baxış zamanı, yaşadığı evdən narkotik vasitə aşkar edilməsə də, evin birinci mərtəbəsindən narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi 2 ədəd şpris və təsərrüfatında olan toyuqlara dərman vurmaq üçün istifadə etdiyi 4 ədəd şpris aşkar edilmişdir. Bundan başqa, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan köynəyin cibindən iki ədəd büküm aşkar edilsə də, həmin vasitələr ona məxsus olmamış, həmin bükümləri əlləri bağlı vəziyyətdə olarkən polis əməkdaşları mobil telefonunu əynində olan köynəyinin sol qabaq cibinə qoyarkən atmışlar. Belə ki, narkotik vasitə öncədən köynəyinin cibində olmuş olsaydı, onu geyindiyində yerə düşə bilərdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 tanısa da, sonuncu ilə yaxın münasibəti olmamış, ona hadisədən təxminən 1 ay öncə velosiped satmasına baxmayaraq, hər hansı narkotik vasitə satmamışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması digər Təqsirləndirilən şəxs1 məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında vermiş olduğu ifadəsi, eləcə də şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri hadisədən öncə tanımamışdır. 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən tədbir həyata keçirtmiş və sonuncunu həmin gün saat 16:30 radələrində Siyəzən şəhəri, Babək küçəsi ərazisində saxlayaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Siyəzən RPŞ-yə gətirmişlər. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi2 iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən siqaret kağızına bükülmüş cəmi üç ədəd bükülü aşkar edilmiş, habelə şifahi sorğu zamanı sonuncu aşkar edilmiş bükülülərdəki predmetin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, aşkar edilmiş bükülülər boş zərfin içərisində qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, müstəntiq tərəfindən soruşulduqda Təqsirləndirilən şəxs1, narkotik vasitəni Təqsirləndirilən şəxs2 əldə etdiyini bildirdiyindən, həmin gün saat 18:30 radələrində sonuncunun yaşadığı Siyəzən şəhərinin M.Müşfiq küçəsindəki ünvana getmişlər. Orada, yaşadığı ünvanın qarşısında olan Təqsirləndirilən şəxs2 yaxınlaşıb, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və dövriyyəsində şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirəcəklərini qeyd etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirib, müvafiq ərizəni təqdim etmiş, habelə sonuncuya hüquq və vəzifələri izah olunmuş, həmçinin onun müdafiə hüququnun təmin olunması üçün ona vəkil Müdafiəçi1 təqdim edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, sonuncu üzərində narkotik vasitə olmadığını bildirsə də, şəxsi axtarış zamanı əynində olan qısa qol köynəyin sol qabaq cibindən iki ədəd siqaret kağızı bükülüsü aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 aşkar edilmiş bükülülərin ona məxsus olmadığını, eyni zamanda polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirib, bükülülərin qablaşdırıldığı zərfin üzərinə imza etməkdən imtina etsə də, aşkar edilmiş mobil telefonun qablaşdırıldığı zərfin üzərinə imza etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilərkən yardımçı tikilidən 6 ədəd şpris aşkar edilmiş, həmçinin şəxs şprislərdən iki ədədini narkotik vasitə qəbul etmək, dörd ədədini isə toyuqlara dərman vurmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra isə, aşkar edilmiş şprislər müvafiq qaydada qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, Təqsirləndirilən şəxs2 rayon Polis Şöbəsinə aparılmış, həmçinin sonuncu tərəflərindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 63-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2022-ci il tarixli, 6/4689 saylı ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 ....” yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,255 qr, 0,190 qr və 0,192 qram olmaqla, ümumi çəkisi 0,637 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ....” yazı və imzalar olan 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,205 qr və 0,194 qram olmaqla, ümumi çəkisi 0,399 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin rəydən görünür ki, üzərində “imzalar... qablaşdırdı imza N.Abdullayev ....” yazı və imzalar olan zərfdə içərisində qəhvəyi rəngli izlər olan içərisi boş şpris 2 ədəd 1 ml həcmli, 2 ədəd 2 ml həcmli və 2 ədədi 2,5 ml həcmli şprislərin daxilində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqat aparmaq mümkün deyildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroinlər ilə Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata 0,25 qram heroin istifadə edildikdən sonra qalıq heroinin miqdarı 0,786 qram təşkil etmişdir. Cinayət işinin İ cild 62-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 88 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 19-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş 6158 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İİ cild 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 oktyabr 2022-ci il tarixdə verilmiş 6187 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 23-24-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 17:20-dən saat 17:28-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində və sağ yan cibindən qırmızı rəngli sadə Nokia markalı mobil telefonunun arxasında batareyanın altında 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünə bükülmüş narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümlərdə olan narkotik vasitəni Şahin adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 49-50-ci vərəqələrində olan şəxsi axtarış və baxış keçirilməsi haqqında 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün, saat 19:01-dən saat 19:17-dək olan müddət ərzində Nəcəfov X3 şəhərinin M. Müşfiq küçəsindəki 30 ünvanında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qısa qol köynəyin sol ön cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə heroinə bənzər kütlə, yaşadığı ünvana baxış zamanı yaşadığı evin həyətində olan yardımçı tikilidən termonun üstündə olan rəfin üzərindən, üzərində narkotik vasitə heroinin izləri olan narkotik vasitələrin qəbulunda istifadə etdiyi 6 ədəd şprislər aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 164-166-cı vərəqələrində olan 03 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq və işin İİ cild 42-54-cü vərəqələrində olan 07 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış zamanı aşkar edilib götürülmüş 2 ədəd 1 ml, 2 ədəd 2 ml və 2 ədəd 2,5 ml həcmli şprislər, eləcə də sonuncudan və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumilikdə qalıq çəkisi 0,786 qram heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın, mənzilinə baxış və götürmənin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt disklər də, maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 180-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli tələbnamədən, eləcə də bu cildin 219-240cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2012-ci il tarixli, 1(101)- 461/2012 saylı hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, məhkum edilmiş Təqsirləndirilən şəxs1 09 mart 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 179-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli tələbnamədən, eləcə də bu cildin 203-208ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 1(059)- 23/2016 saylı hökmünün surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmiş Təqsirləndirilən şəxs2 13 yanvar 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 17-ci vərəqəsində olan 31 avqust 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 161-162-ci vərəqələrindəki 02 sentyabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Babayev X2 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 130-132-ci vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 4(059)-36/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 haqqında həmin tarixdə 3 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 194-197-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 25 sentyabr 2006-cı il təvəllüdlü Əli və 11 mart 2008-ci il təvəllüdlü Elşən adında övladları olmaqla, Siyəzən şəhərinin Nizami küçəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 07-08-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin M. Müşfiq küçəsindəki 30 nömrəli evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma, Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, təqsirləndirilən şəxslərə münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 07 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvədə saxlanılmasına dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə razılaşır və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, daşıdığı narkotik vasitənin miqdarını, narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini (əvvəllər mülkiyyət əleyhinə kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, narkotik vasitələrə meylli olmaqla, yeni cinayət törətməyə meylliyini), həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 1,036 qram olan narkotik vasitə heroini üzərində saxlaması, bunun 0,637 qramını 3 bükümdə, hər bükümü 10 manata olmaqla, cəmi 30 manata 30 avqust 2022-ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın yaxınlığında sonuncuya satması, bununla da, şəxsi maraqlarını təmin etməsi, qalan 0,399 qramını, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,205 qram və 0,194 qram olmaqla, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə əynində olan qısa qol köynəyin sol ön cibində saxlaması, qeyd olunan bükülülərin 31 avqust 2022-ci il tarixdə, saat 18:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı üzərində keçirilmiş şəxsi axtarış vaxtı həmin köynəkdə, narkotik vasitə heroinin izləri olan narkotik vasitələrin qəbulunda istifadə edilmiş 6 ədəd şprislərin isə yaşadığı Siyəzən şəhərində M.Müşfiq küçəsindəki evin həyətində olan yardımçı tikilidən termonun üstündə olan rəfin üzərindən aşkarlanaraq götürülməsi, Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroinlər ilə ondan aşkar edilmiş heroinlərin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etməsi Şahin Nəzəfovun qanunsuz olaraq narkotik vasitənin satışını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, onu təbliğ edərək, qanunsuz dövriyyəsində iştirakını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər eyni kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, törətdiyi əmələ münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini), cəzasını ağırlaşdıran və yüngülləşdirən halların mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə son həddinin cəzanın 2/3 hissəsindən az olmayan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış zamanı aşkar edilib götürülmüş 2 ədəd 1 ml, 2 ədəd 2 ml və 2 ədəd 2,5 ml həcmli şprislər, eləcə də sonuncudan və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumilikdə qalıq çəkisi 0,786 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın, mənzilinə baxış və götürmənin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198-ci, 344-347-ci, 349cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış zamanı aşkar edilib götürülmüş 2 ədəd 1 ml, 2 ədəd 2 ml və 2 ədəd 2,5 ml həcmli şprislər, eləcə də sonuncudan və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumilikdə qalıq çəkisi 0,786 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın, mənzilinə baxış və götürmənin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-94/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-94/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver