Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-96/2022 20.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 20 dekabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 68.1.1-1-ci, 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmaqla, 27 iyul 2022-ci il tarixdən Siyəzən rayon icra və probasiya şöbəsinin qeydiyyatına alınmış, barəsində 12 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, 14 sentyabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, habelə ona təyin olunmuş cəzanın 02 il 09 ay 21 gününü çəkmiş, cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsi isə qalmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,118 qram təşkil edən narkotik vasitə olan marixuananı və 0,641 qram olan narkotik vasitə tiryəki üzərində saxlamış, 12 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin Babək küçəsi ərazisində idarə etdiyi “Mercedes Benz E320” markalı, QQ-120- UQ Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 ilə birlikdə saxlanılmış, bu zaman avtomobili idarə etməklə, polis əməkdaşlarından qaçaraq yaşadığı ünvana daxil olarkən həmin ünvanın həyətində saxlanılaraq, üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi məqsədilə gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusunda 1 ədəd ağ rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 0,118 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd şəffaf rəngli sellofan bükülüdə qara rəngli ümumi təmiz çəkisi 0,641 qram olan narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 10 sentyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı ünvanın qarşısında, yerdən içərisində narkotik vasitə olan qurudulmuş marixuana və tiryək olduğunu gördüyü “Rothmans” markalı siqaret qutusunu ehtiyacı olduqda istifadə etmək niyyəti ilə özü ilə götürmüşdür. Bundan əlavə, o, 12 sentyabr 2022-ci il tarixdə, axşam saat 18:00 radələrində Siyəzən şəhərinin Babək küçəsi ərazisində Xoşbəxt Məcidov ilə birlikdə idarə etdiyi Mercedes Benz E320 markalı, QQ-120-UQ Gürcüstan dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil ilə dayanarkən polis əməkdaşlarının onlara yaxınlaşdığını görmüş, habelə avtomaşını sürüb yaşadığı Ə.Vahid küçəsinə getmiş, evə daxil olduqdan sonra polis əməkdaşları onu orada saxlamış, bu zaman üzərində olan narkotik vasitə qurudulmuş marixuana və tiryəki çıxarıb təqdim etmişdir. Daha sonra, polis əməkdaşları onu Siyəzən RPŞ-yə dəvət etmiş, habelə razılığı əsasında RPŞ-yə aparılmışdır. Orada Müdafiəçi da iştirakı təmin edilməklə, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədləri imzalamışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanısa da, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti yoxdur. 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Babək küçəsində olduğunu müəyyən etsələr də, sonuncu onların yaxınlaşdığını görüb, yanındakı Xoşbəxt adlı şəxslə idarə etdiyi avtomobili arxaya verməklə, oradan uzaqlaşaraq yaşadığı ünvana tərəf getmiş, habelə evin qarşısında avtomobili saxlayıb enərkən sonuncuları evə daxil olmamış saxlayıb şübhəli olduqlarını bildirərək, şəxsi axtarış keçirilməsi üçün RPŞ-yə dəvət etmiş, orada Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxsla Xoşbəxt adlı şəxsə müstəntiq tərəfindən hüquq vəzifələri izah edilmiş və videoçəkilişlə üzərilərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Xoşbəxtin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmasa da, Təqsirləndirilən şəxs üzərində siqaret qutusunda iki bükülü aşkar olunmuş, həmin bükülülərdən birinin içərisində narkotik vasitə marixuanaya, digərində isə tiryəkə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra, bükülülər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, həmçinin iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs avtomobilinə videoçəkilişlə baxış keçirilmiş, lakin oradan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsirə məruz qalmamış, həmçinin daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitə satması ilə bağlı deyil, istifadəsi, üzərində saxlaması barədə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 6/5147 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 96” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə ; yeddiimza, Qablaşdırıldı: R.Zeynalov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 ədəd bükümdəki təmiz çəkisi 0,641 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata 0,05 qram tiryək istifadə edildikdən sonra qalıq tiryəkin miqdarı 0,571 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 7/1023 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,118 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram marixuana istifadə edildikdən sonra qalıq marixuananın miqdarı 0,068 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 27 oktyabr 2022-ci il tarixdə verilmiş 6388 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-26-cı vərəqələrində olan 12 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə, həmçinin işin 27-28 vərəqələrindəki baxış və götürmə haqqında protokollardan görünür ki, müvafiq olaraq 12 sentyabr 2022-ci il tarixdə saat 18:29-dan saat 18:38-dək olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusunda 1 ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya, 1 ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Eyni zamanda həmin gün Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun idarə etdiyi “Mercedes Benz E320” markalı, QQ 120 UQ Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü, 87-88-ci, 153-162-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 15 sentyabr və 19 noyabr 2022ci il tarixli maddi sübut kimi tanımaq, eləcə də sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,571 qram qalıq çəkidə narkotik vasitə tiryək, 0,068 qram qalıq çəkidə narkotik vasitə marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 12 sentyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilmiş şəxsi axtarışın və həmin tarixdə RPŞ-nin inzibati binasının həyətində avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk də cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Eyni zamanda, X2 barəsində əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 oktyabr 2022-ci il tarixli tələbnaməsindən, 107-114-cü vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 1(059)-16/2020 saylı hökmünün surətindən, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 7(027)-57/2022 saylı qərarının surətindən və Siyəzən rayon icra və probasiya şöbəsinin 08 dekabr 2022-ci il tarixli, 664/2022-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 68.1.1-1-ci, 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmaqla, 27 iyul 2022-ci il tarixdən Siyəzən rayon icra və probasiya şöbəsinin qeydiyyatına alınmış, barəsində 12 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, 14 sentyabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, habelə ona təyin olunmuş cəzanın 02 il 09 ay 21 gününü çəkmiş, cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsi isə qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-94-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 4(059)-37/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-151-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 23 dekabr 2005-ci il təvəllüdlü Mahir, 20 sentyabr 2007-ci il təvəllüdlü Selcan, 24 oktyabr 2010-cu il təvəllüdlü Solmaz və 20 may 2015-ci il təvəllüdlü Nabat adında yetkinlik yaşına çatmayan dörd övladı olan ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana 5 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısının 12-ci bəndinə görə 5 qramdan artıq (təmiz halda qramlarla) qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq (təmiz halda qramlarla) isə qurudulmuş marixuana isə külli miqdarda, bu siyahının 19-cu bəndinə görə 0,5 qramdan artıq (təmiz halda qramlarla) tiryək şəxsi istehlak miqdarından artıq, 50 qramdan artıq (təmiz halda qramlarla) isə tiryək isə külli miqdarda hesab edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından artıq olsa da, aşkar edilərək götürülmüş digər narkotik vasitə olan 0,118 qram marixuana şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti onun üzərindən aşkar edilmiş tiryəkə görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Eyni zamanda, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki əldə edib, saxlamaqla, daşımasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, digər narkotik vasitəyə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan 0,118 qram marixuananın qanunsuz olaraq əldə edilməsi, saxlanılmasına və daşınmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə tiryəki şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində dörd yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə edərək üzərində saxlamaqla, daşımasını bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, saxlanılacağını anlayıb, idarə etdiyi avtomaşınla Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarından yayınmağa cəhd etməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun Quba Rayon Məhkəməsinin 08 iyul 2022ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmamasını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, bununla belə, barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinin Vİ hissəsinin İİİ bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunan Məcəllənin 67-ci maddəsinin İ və İİ hissələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə o, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyinə görə ləğv edilməli və əvvəlki hökm ilə təyin edilmiş, eləcə də çəkilməmiş 08 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, qəti cəza müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,571 qram qalıq çəkidə narkotik vasitə tiryək və 0,068 qram qalıq çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərində 12 sentyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilmiş şəxsi axtarışın və həmin tarixdə RPŞ-nin inzibati binasının həyətində avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 180 (bir yüz səksən) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 7(027)- 57/2022 saylı qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 08 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,571 qram qalıq çəkidə narkotik vasitə tiryək və 0,068 qram qalıq çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərində 12 sentyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilmiş şəxsi axtarışın və həmin tarixdə RPŞ-nin inzibati binasının həyətində avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 180 (bir yüz səksən) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-96/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-96/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver