Məhkəmə qərarları › İş №1(059)-99/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-99/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-99/2022 27.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə 27 dekabr 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1966-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 02 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Vidadi küçəsindəki 45 saylı evdə faktiki yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 sentyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı evin qarşısından keçən Zərərçəkmiş şəxs Xaçmaz Rayon Qaz İstismar İdarəsinin balansında olan istismarı dayandırılmış ümumi uzunluğu 42 metr, divarının qalınlığı 4 mm, diametri 57 mm dəmir ərintidən hazırlanmış metal borunu oğurlamaqla, Zərərçəkmiş şəxs Xaçmaz Rayon Qaz İstismar İdarəsinə 588 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yeni rəhbərliyi bilməsə də, o vaxt ki qaz xətləri onun tərəfindən çəkilmişdir. Belə ki, əvvəllər qaz xəttindən yaxşı qaz gəlmədiyi üçün küçələrindən keçən ana xətdən evinin hasarının kənarı ilə evinə əlavə qaz xətti çəkmişdir. Bundan əlavə, o, Zərərçəkmiş şəxsndə işlədiyi dövrdə, istismara yararsız 400 metr uzunluğunda boruları həmin birlikdən qanuni şəkildə almış, bundan isə birliyin yeni rəhbərliyinin məlumatı olmamışdır. Eyni zamanda, aldığı borulardan istifadə etməklə, 1996-1998-ci illər ərzində köhnə xətlərdə yeniləmələr aparılmışdır. Həyətinə qoyduğu boruların dövlətin balansına keçməsindən isə müstəntiq tərəfindən dindirilərkən məlumatı olmaqla, həmin vaxta kimi bu barədə xəbərsiz olmuşdur. Təxminən 3 il bundan əvvəl qaz idarəsinin işçiləri tərəfindən ona çəkdiyi, habelə evinin həyətində olan borulardan təbii qazın itkiyə getdiyi bildirilməklə, həmin borular kəsilmiş və həyətində qalmışdır. Həyətində tikinti işləri apardığına, həmçinin sallanması təhlükəli olduğuna görə bu boruları məftillə bir-birinə bağlamışdır. Çünki, boruların bəzi yerləri evində qalmış, sallanmışdır. Bu səbəbdən də, o, boruları kəsib, həyətinə yığmağa məcbur olmuşdur. Onun boruları oğurlamaq niyyəti olmamış, həmçinin qaz idarəsinin işçilərinə borulara dair sənədləri olduğu təqdirdə, aparmalarını tövsiyə etmişdir. O, Zərərçəkmiş şəxsndə uzun müddət işləmiş, lakin bu vaxta qədər oğurluq əməli törətməmişdir. Eyni zamanda, o, işlədiyi dövrdə orada çalışanlar ərizə yazaraq, 40 ədəd, bəzən 30 ədəd istifadəyə yararsız boruları alaraq, bu borulardan su çəkilməsində, habelə evdə istifadə etmişlər. 3 il müddətində onun həyətində qalmış borular isə həyətindəki tikinti işləri ilə əlaqədar mütləq kəsilməli olduğundan o, boruları kəsərək, həyətinə yığmışdır. O, qaz xəttinə toxunmamış, kəsərək həyətinə yığdığı borular isə istismara yararsız köhnə borular olmuş, oradan qaz idarəsinin işçilərinin deməsinə görə təbii qaz itkisi baş vermişdir. Bundan başqa, o, boruların Zərərçəkmiş şəxs balasında olduğunu bilsə idi, o, həmin boruları kəsib həyətinə yığmazdı. Yəni, baş verənlər anlaşılmamazlıqdan qaynaqlanmışdır. Eyni zamanda, qaz idarəsinin əməkdaşları 13 sentyabr 2022-ci il tarixdə onun yaşadığı ünvana gələrək, həmin boruların qaz idarəsinə məxsus olduğunu bildirdikdə, o, boruların ona aid olduğunu qeyd etmiş, lakin, həmin şəxslər ondan bu barədə sənəd tələb etmişlər. Sonradan həyətindəki 17 ədəd boru qaz idarəsinin əməkdaşları tərəfindən polislərin iştirakı ilə o, evdə olmadığı vaxt aparılmışdır. Bundan əlavə, həbsdə olduğundan xəstə övladının qayğısına da qala bilmir. Ona borular lazım deyildir, belə olacağını bilsə idi, bu hərəkətə yol verməzdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, digər mötəbər sübutlarla, o cümlədən iş materiallarında olan 1 ədəd DVD diskdəki videoçəkilişlə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Xaçmaz X7 İdarəsinin əməkdaşları tərəfindən qaz xətlərinə və sayğaclarına mütəmadi olaraq baxış keçirilir. Xaçmaz RQİİ-nin Siyəzən XS-nin əməkdaşlarının 13 sentyabr 2022-ci il tarixdə keçirdikləri növbəti belə baxış zamanı Siyəzən şəhərinin Vidadi küçəsində istismarı dayandırılmış, lakin Xaçmaz RQİİ-nin Siyəzən XS-nin balansında olan boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı məlum olduğundan, bu barədə dərhal hüquqmühafizə orqanlarına müraciət edilmiş, habelə Siyəzən RPŞ tərəfindən müvafiq araşdırma aparılmışdır. Hazırda diametri 57 mm, uzunluğu 42 metr olan 17 ədəd borular onlar tərəfindən akt əsasında təhvil alınmışdır. Eyni zamanda, həmin boruların hər hansı bir işə maneəsi olsa idi, bu zaman onların kəsilməsi zərurəti Təqsirləndirilən şəxs tərəfindən əsaslandırılmaqla, ilk növbədə sonuncu tərəfindən idarəyə müraciət edilməli idi. Bununla belə, hazırda təqsirləndirlən Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli, 9/6756 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında ümumi uzunluğu 42 metr, divarının qalınlığı 4 mm, diametri 57 mm olan dəmir əsaslı ərintidən hazırlanmış metal borunun istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 588 (42 metr x 14 man) manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən 26 noyabr 2022-ci il tarixdə verilmiş 3129 nömrəli komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil (astenik) pozuntu aşkar olunmaqla, bu pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-ci vərəqəsində olan Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsindən Siyəzən RPŞ-yə 30 sentyabr 2022-ci il tarixdə daxil olmuş məktubdan, eləcə də işin 09-13-cü vərəqələrində olan 13 sentyabr 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan, həmçinin fotoşəkillərdən görünür ki, 1956-cı ildən ******* SAP kodu ilə Xaçmaz RQİİ-nin Siyəzən XS-nin balansındakı diametri 57 mm, uzunluğu 42 metr olan qaz borularının Təqsirləndirilən şəxs məxsus evin kənarında quraşdırıldığı, sonradan bu boruların 17 müxtəlif ölçülərə bölünərək, kəsilməklə, oğurlandığı aşkar olunmuşdur. Bundan sonra, 4,50 metr, 2,10 metr, 2,15 metr, 2,74 metr, 2,72 metr, 2,02 metr, 2,71 metr, 2,25 metr, 2,23 metr, 2,10 metr, 2,23 metr, 2,16 metr, 2,60 metr, 2,40 metr, 2,69 metr, 1,98 metr və 2,47 metr uzunluğunda olan 17 ədəd boru Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində aşkar olunduğuna, həmçinin sübut əhəmiyyəti kəsb etdiyinə görə götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-cu səhifəsində olan qəbzdən, işin 154-159-cu vərəqələrində olan 26 noyabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan, eləcə də iş materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin Siyəzən Xidmət Sahəsinin balansına aid ümumi uzunluğu 42 metr, divarının qalınlığı 4 mm, diametri 57 mm dəmir ərintidən hazırlanmış metal boruları kəsərək həyətində saxlaması və bu 17 ədəd metal boruların baxış zamanı aşkar olunaraq götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuş, həmçinin sözügedən borular da maddi sübut kimi tanınıb, qəbzlə Xaçmaz RQİİ-nin Siyəzən XS-yə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-126-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 oktyabr 2022-ci il tarixli tələbnaməsindən, işin 139-143-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 1(059)-40/2021 saylı hökmünün, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 14 dekabr 2021-ci il tarixli, xx/xx-5160 saylı məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 02 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-99-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 4(059)-39/2022 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 (iki) ay 21 (iyirmi bir) gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-136-cı vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də işin 25-ci vərəqəsindəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X1 19 sentyabr 2022-ci tarixli, **********1 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin Vidadi küçəsi ev 45 ünvanında yaşamış hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcəli əlil olan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən 27 dekabr 2022-ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, İdarəyə dəymiş zərər ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli təbii qaz xəttinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, eləcə də ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun İİ qrup əlil olmaqla, kifayət qədər yaşının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), cəzasını ağırlaşdıran halın mövcud olmasını, həmçinin İİ qrup əlil olmaqla, kifayət qədər yaşının olması, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxmadığına, eləcə də bu qətimkan tədbirinin saxlanmasına zərurətin olmamasına dəlalət edə bilən yeni hallar yaranmadığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin Siyəzən Xidmət Sahəsinin balansına aid ümumi uzunluğu 42 metr, divarının qalınlığı 4 mm, diametri 57 mm dəmir ərintidən hazırlanmış 17 ədəd metal boruların aşkar olunaraq götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalı, həmçinin maddi sübut olan bu borular zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin Siyəzən Xidmət Sahəsinə qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin Siyəzən Xidmət Sahəsinin balansına aid ümumi uzunluğu 42 metr, divarının qalınlığı 4 mm, diametri 57 mm dəmir ərintidən hazırlanmış 17 ədəd metal boruların aşkar olunaraq götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin Siyəzən Xidmət Sahəsinin balansına aid ümumi uzunluğu 42 metr, divarının qalınlığı 4 mm, diametri 57 mm dəmir ərintidən hazırlanmış 17 ədəd metal borular zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Xaçmaz X6 İdarəsinin Siyəzən Xidmət Sahəsinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar