Məhkəmə qərarları › İş №1(060)-1/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-1/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-1/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1970-ci ildə Saatlı rayonunun Qaracalar kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Rusiya Federasiyası, Kazan şəhəri, Akademik Arbuzov küçəsi 18/19 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “BCDE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi «MAZ 642208-232» markalı, AZ **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 14 dekabr 2009-cu il tarixdə saat 19:00 radələrində Bakı-Quba yolunun 34-cü kilometrliyində, Bakı istiqamətində yolun sağ hərəkət hissəsi ilə təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan əks istiqmatdə hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi, «Kamaz 53212» markalı, 99-95 АО dövlət qeydiyyat nişanlı avtomaşının onun hərəkət yoluna çıxdığını görüb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hadisənin qarşısını almayıb hərəkətinə davam edərək qarşıdan gələn həmin «Kamaz 53212» markalı, 99-95 АО dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Kamaz 53212» markalı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol orbitanın bayır divarının içəri yerdəyişən sınığı, sol üst göz qapağının yarası ilə müşayət olunan bədən xəsarətləri alaraq sağlamlığına AZ AĞİR zərər vurulmasına səbəb olmuşdur Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə saat 19:00 radələrində “BCDE” kateqoriyalı sürücülük vəsiqəsi və yol vərəqi əsasında Xırdalanda yerləşən "xxxx" MMC-nə məxsus AZ **-UR-*** dövlət qeydiyyat nişanlı, «MAZ-642208 232» markalı avtomaşınla AZ **-ZE-*** dövlət qeydiyyat nişanlı, «MAZ-953000 010» markalı özüboşaldan qoşqusuilə birlikdə hava qaranlıq olduğundan yaxınvuran qabaq işıqlarını yandırıb Bakı-Quba yolu ilə Bakı istiqamətində öz yolu ilə, yəni yolun sağ hərəkət hissəsi ilə təxminən 30 km/saat sürətlə hərəkətdə olmuş, ona görə yolun sol kənarında olan STP adlanan zavoda bir az qalmış qarşıdan əks istiqamətdə öz yolu ilə bir «Kamaz» markalı hərbi avtomaşının yaxın vuran qabaq işıqları ilə təxminən 40-50 km/saat sürətlə gəldiyini görmüşdür. Həmin «Kamaz»ın qabağında isə, Quba istiqamətinə görə yolun sağ kənarında ağ rəngli, nömrəsini və markasını xatırlamadığı bir sərnişin avtobusu dayanmışdır. Həmin Kamazla qarşısındakı avtobus arasında təxminən 5-7 metr məsafə qalana qədər Kamaz öz yolu ilə rahat gəlmiş, Kamaz qəflətən avtobusun sol kənarından ötmə əməliyyatına başlamışdır. Kamaz ötməyə başlayaraq avtobusun sol kənarına keçib irəliləyəndə onun yoluna çıxmış və üstünə gəlməyə başlamışdır. O, bunu görüb idarə etdiyi MAZ markalı avtomaşını sağa istiqamətləndirsə də, məsafə az olduğundan maşını tam dayanmamış və sağa istiqmətlənmiş, bu an isə həmin hərbi Kamaz ona çatıb onun yolunda qabaq hissəsi ilə onun maşınının sol, yəni sürücü qapısı ilə toqquşmuşdur. Bu toqquşmadan sonra onun maşını da, Kamaz da dayanmış, avtobus isə çıxıb getmişdir. Avtomaşınından düşüb baxdıqda onunla toqquşan hərbi Kamazın nömrəsinin 99-95 АО olduğunu görmüşdür. Həmin avtomaşının sürücüsünün bir cavan əsgər, yanında isə başqa hərbiçi olduğunu görmüşdür. Məlum olmuşdur ki, sürücünün adı Elçindir. Elçin xəsarət aldığından xəstəxanaya getmiş, o isə heç bir xəsarət almamışdır. Yolda hərəkət dayanmamasından ötrü onun maşını yerində qalsa da, ora gəlmiş yol polisinin köməkliyi ilə hərbi Kamaz toqquşma yerindən götürülüb Quba istiqamətinə görə yolun sağ kənarındakı boş sahəyə qoyulmuşdur. Hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il tarixdən Ağdam rayon hərbi komissarlığından xidmətə çağırılaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmətdədir. xx.xx.2008-ci il tarixdə, yəni hərbi xidmətdən əvvəl “BC” kateqoriyalı sürücülük vəsiqəsi aldığından hərbi hissədə onun sürücü kimi xidmət etməyi məsləhət bilinmiş, bununla əlaqədar hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli əmri ilə hərbi hissəyə məxsus, Kamaz-53212 markalı, 99-95 АО dövlət qeydiyyat nişanlı yük avtomobili ona təhkim edilmişdir. xx.xx.2009-cu il tarixdə saat 19:00 radələrində hava qaranlıq olduğundan həmin Kamaz markalı avtomaşının qabaq yaxın vuran işıqlarını yandıraraq həmin avtomaşınla Bakı-Quba yolu ilə Quba istiqamətində öz yolu ilə, yəni yolun sağ hərəkət hissəsi ilə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Yolun sağ kənarında olan STP adlanan zavodun yol kənarında adı yazılmış tablosunu keçdikdən bir az sonra ondan təxminən 10 metr irəlidə, Quba istiqamətində nömrəsini xatırlamadığı bir göy çadırlı, «Qazel» markalı maşının getdiyini görmüş, həmin maşın sərnişin mikroavtobusu olmamışdır. O, ayağını qazdan götürmüş, maşının sürəti azalmış, elə bu vaxt idarə etdiyi «Kamaz» markalı avtomaşının sol qabaq təkəri tərəfdən təkər partlaması səsinə oxşar bir səs gəlmiş və həmin an da idarə etdiyi avtomaşının kabinasının sol hissəsi aşağı enmişdir. İdarə etdiyi avtomaşın öz-özünə sola istiqamətlənməyə başlayaraq əks istiqamətli yola çıxmış, o, maşını sağa çəksə də, avtomaşın sola istiqamətlənərək irəliləmişdir. Elə həmin an təxminən 70-80 metr məsafədən qarşıdan əks istiqamətdə yaxın vuran qabaq işıqları ilə bir MAZ markalı avtomaşının gəldiyini görmüşdür. Həmin vaxt MAZ markalı avtomaşının sürətinin nə qədər olduğunu bilməmişdir. MAZ markalı avtomaşının sürücüsü isə onun idarə etdiyi avtomaşının onun üstünə getdiyini görüb avtomaşını özünə görə sağa, ona görə isə sola istiqamətləndirməsinə baxmayaraq məsafə az olduğundan onun idarə etdiyi avtomaşının sol qabaq hissəsi həmin MAZ markalı avtomaşının sol qabaq hissəsi ilə toqquşmuş və hər iki avtomaşın toqquşmadan sonra dayanmışdır. O, sol gözünün yan sümüyündən xəsarət aldığından xəstəxanaya getmişdir. Həmin vaxt onun idarə etdiyi avtomaşının sağ qabaq oturacağında əyləşmiş digər hərbiçi Qədirli Oəfail isə heç bir xəsarət almamışdır. Sonradan məlum ollmuşdur ki, onun idarə etdiyi avtomaşının toqquşduğu MAZ markalı avtomaşının sürücüsünün adı Nərman, nömrəsi isə **-UR-***-dür. O, Təqsirləndirilən şəxs istintaqa bildirdikləri ilə əlaqədar bildirmişdir ki, həmin hadisə vaxt o, heç bir ötmə əməliyyatı etməmiş, ondan qabaqda dayanmış vəziyyətdə heç bir sərnişin avtobusu olmamış, sadəcə ondan təxminən on metr irəlidə göy çadırlı bir «Qazell» markalı avtomaşın getmiş, o da sərnişin mikroavtobusu yox, yük maşını olmuş və dayanmış vəziyyətdə olmamışdır. Hadisənin yeganə səbəbi onun idarə etdiyi «Kamaz» markalı avtomaşının sol qabaq təkərinin partlaması, bunun nəticəsində MAZ markalı avtomaşının yoluna çıxması olmuş, həmin təkərin partlamasının səbəbini isə bilməmişdir. İş materiallarında olan olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs qarşı bir şikayət və tələbinin olmadığını və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi Kamaz-53212 markalı, 99-95 АО dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba yolunda Quba istiqamətində öz yolu ilə, yəni yolun sağ hərəkət hissəsi ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olmuşdur. O da həmin avtomaşının kabinasının qabaq sağ oturacağında əyləşmişdir. Yolun sağ kənarında olan STP adlanan zavodun yol kənarında adı yazılmış tablosunu keçdikdən bir az sonra ondan təxminən 10 metr irəlidə, Quba istiqamətində nömrəsini xatırlamadığı bir göy çadırlı, «Qazel» markalı maşının getdiyini görmüş, həmin maşın sərnişin mikroavtobusu olmamışdır. Bu vaxt getdikləri «Kamaz» markalı avtomaşının sol qabaq təkəri tərəfdən təkər partlaması səsinə oxşar bir səs gəlmiş və həmin an da avtomaşlarının kabinasının sol hissəsi aşağı enmişdir. Avtomaşın öz-özünə sola istiqamətlənməyə başlayaraq əks istiqamətli yola çıxmış, Elçin maşını sağa çəksə də avtomaşın sola istiqamətlənərək irəliləmişdir. Elə həmin an qarşıdan əks istiqamətdə bir MAZ markalı avtomaşının gəldiyini görmüşdür. MAZ markalı avtomaşının sürücüsü isə onların maşınının onun üstünə getdiyini görüb avtomaşını özünə görə sağa, onlara görə isə sola istiqamətləndirməsinə baxmayaraq onların avtomaşının sol qabaq hissəsi həmin MAZ markalı avtomaşının sol qabaq hissəsi ilə toqquşmuş və hər iki avtomaşın toqquşmadan sonra dayanmışdır. Elçin xəsarət almış, o isə heç bir xəsarət almamışdır. Aşağı düşdükdən sonra məlum olmuşdur ki, onların avtomaşınının toqquşduğu MAZ markalı avtomaşının sürücüsünün adı Nərman, nömrəsi isə **-UR-***-dür. O, Təqsirləndirilən şəxs istintaqa bildirdikləri ilə əlaqədar bildirmişdir ki, həmin hadisə vaxt Elçin heç bir ötmə əməliyyatı etməmiş, onlardan qabaqda dayanmış vəziyyətdə heç bir sərnişin avtobusu olmamış, sadəcə onlardan təxminən on metr irəlidə göy çadırlı bir «Qazell» markalı avtomaşın getmiş, o da sərnişin mikroavtobusu yox, yük maşını olmuş və dayanmış vəziyyətdə olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Sumqayıt DYPŞ-nin əməkdaşı, polis baş serjantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 dekabr 2009-cu il tarixdə xidmətdə olarkən saat 19:00 radələrində Bakı-Quba avtomobil yolunun 34-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat olduğundan hadisə yerinə getmişdir. Məlum olmuşdur ki, 14 dekabr 2009-cu il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi AZ **-UR-*** dövlət qeydiyyat nişanlı, «MAZ- 642208 232» markalı avtomaşınla Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissəsinin sürücü əsgəri X1 idarə etdiyi, 99-95 АО dövlət qeydiyyat nişanlı, «Kamaz 53212» markalı avtomaşın Bakı-Quba avtomobil yolunun 34-cü kilometrliyində toqquşmuş, nəicədə sonuncu avtomaşının sürücüsü E.Ş. Bəhramov xəsarət almışdır. Az sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş, o da baxışda iştirak etmişdir. Baxış Quba istiqamətində keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri əks istiqamətli iki hərəkət hissəsindən ibarət, beton örtüklü Bakı-Quba avtomobil yolunun 34cü kilometrliyində olmuş, hadisə yerində Quba istiqamətinə görə yolun sağ qurtaracağından sonrakı sahədə STP zavodu və onun ərazisi yerləşmişdir. Quba istiqamətində getdikdə yolun sağ kənarında dirək üzərində üstündə «STP» yazılmış tablo lövhə vardır ki, hadisə həmin tablodan 110 metr sonra yolun sol hərəkət hisəsində baş vermişdir. Hadisə yerində yolun ümumi hərəkt hissəsinin eni 12 metr olmaqla yolun hər iki kənarında 01 metr enində ehtiyyat hissə, həmin ehtiyyat hissələrdən sonra isə yolun hər iki tərəfi boyunca 0,8 metr hündürlüyündə metal hasarlar olmuşdur. Hadisə yerində Quba istiqamətinə görə yolun sol kənarında üzü Sumqayıt istiqamətinə doğru, maili vəziyyətdə, yəni kabinası yolun solundakı metal hasara doğru, üzərində AZ **-UR-*** dövlət qeydiyyat nişanı olan MAZ markalı avtomaşın dayanmışdır. Həmin avtomaşının kabinasının sol qabaq küncü və sürücü üçün olan sol qabaq qapısı əzilmiş vəziyyətdə olmuşdur. Həmin avtomaşının sağ qabaq təkəri ilə Quba istiqamətinə görə yolun sol kənarındakı metal hasar arasında 1,5 metr, sağ arxa təkəri ilə isə həmin metal hasar arasında 4 metr məsafə, avtomaşının sol qabaq təkəri ilə yolun sağ kənarındakı metal hasar arasında 8,5 metr, sağ arxa təkəri ilə isə həmin matel hasar arasında 06 metr məsafə olmuşdur. Üzü Quba istiqamətində dayandıqda MAZ markalı həmin avtomaşının sol arxa təkərindən sağa doğru 25 metr sonra avtomobil yolundan sonrakı boş sahədə üzü H. Zeynalabdin qəsəbəsi, arxası isə Bakı-Quba yoluna doğru, üzərində 99-95 АО dövlət qeydiyyat nişanı olan, «Kamaz» markalı avtomaşın dayanmışdır. Həmin avtomaşının kabinasının sol qabaq, qabaq və üst hissələri əzilərək deformasiyaya uğramışdır. Baxış zamanı iştirak etmiş MAZ markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində bildirmişdir ki, onun avtomaşını ilə həmin «Kamaz» markalı avtomaşın toqquşmuş və toqquşmadan sonra yolda tıxac yaranmamasından ötrü həmin «Kamaz» markalı avtomoşm toqquşma yerindən götürülərək hazırda dayandığı yerə qoyulmuşdur. O, yolda, Quba istiqamətinə görə yolun sol hərəkət hissəsində üzü Bakı istiqamətində dayanmış MAZ markalı avtomaşınının kabinasının sol qabaq hissəsinin bərabərini göstərərək toqquşma nöqtəsinin həmin yer olduğunu bildirmişdir. Həmin hissədə yol üzərinə avtomobil şüşə və hissə qırıqları səpələnmişdir. Odur ki, həmin nöqtə toqquşma nöqtəsi kimi qəbul edilərək müəyyən edilmişdir ki, toqquşma nöqtəsindən Quba istiqamətinə görə yolu sağ qurtaracağına qədər 8,5 metr məsafə, sol qurtaracağına qədər isə 3,5 metr məsafə olmuşdur. Hadisə yerində tormoz izi qalmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2010-cu il tarixli, 1354 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol orbitanm bayır divarının içəri yenrdəyişən sınığı, ''sol üst göz qapağının yarası küt alətin təsirindən törənmişdir, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti xx.xx.2009-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan kompleks-məhkəmə trasoloji və avtotexniki ekspertizasının xx.xx.2010-ci il tarixli, 2711 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, «Kamaz 53212-25» markalı, 99-95 АО dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq təkərinin pokrışkası və kamerası üzərində olan zədələr hadisə vaxtı kəsilmə nəticəsində yaranmağa xarakterikdir, qabaq sol təkər üzərində olan zədələrlə hadisənin baş verməsi arasında texniki səbəbli əlaqə yoxdur. «MAZ 642208-232» markalı, AZ **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Kamaz 53212-25» markalı, 99-95 АО dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa imkanı olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 1355 saylı, xx.xx.2010-cu il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2010-cu il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Saatlı rayon İHB-nın Seyidlər kənd 1 nömrəli ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs psixoloji və narkoloji xəstəliklə Saatlı rayon Poliklinikasında dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2010-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Sumqayıt Hərbi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-199/2010 saylı, xx.xx.2010-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs icazəsiz ölkəni tərk edərək Rusiya Federasiyasına getdiyi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs saxlanılması istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi bildirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə cinayət təqibi üzrə icraat dayandırıla bilər. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-199/2010 saylı, xx.xx.2010-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs icazəsiz ölkəni tərk edərək Rusiya Federasiyasına getdiyi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. Sumqayıt ŞPİ-nin Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış işi üzrə Təqsirləndirilən şəxs saxlanılması istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Sumqayıt ŞPİ-nin 2-ci PB-nə və oradan da Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, xx.xx.2009-cu il tarixdə Bakı-Quba yolunun 34-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirildiyi iş üzrə amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Onun ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs məhkəmədən gizləndikdə cinayət işinin icraatı dayandırıldığından və Azərbaycan Respublikası CM-nin 75.3-ci maddəsinə əsasən şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunduğundan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı, cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və iş üzrə ekspertiza tədqiqatının dəyəri 140.00 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilməsi ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 (bir) il keçənədək verilə bildiyindən və hazırki iş üzrə yol nəqliyyat hadisəsi xx.xx.2009-cu il tarixdə baş verdiyindən Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 140.00 (bir yüz qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar