Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-1/2025 11.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, PRO BONO Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2004-cü ildə İmişli rayonu, Xubyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Məzrəli ərazi dairəsi, Xubyarlı kəndində qeydiyyatda olmaqla İmişli rayonu, Çaxırlı kəndində yaşayan, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il 1(009)-188/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1978-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şuşa şəhəri, Dədə Qorqud küçəsi ev 44-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 170.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talama məqsədi ilə 04 dekabr 2021-ci il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanda yerləşən “Türkan Hicab” mağazasına daxil olaraq masanın üzərində Zərərçəkmiş şəxs1 məxsus içərisində 04 manat dəyərində 070- ***-**-** mobil telefon nömrəsi olan 900 manat dəyərində 64 GB yaddaşlı “İphone 11” mobil telefon aparatını, aparatın arxasında olan 12 manat dəyərində kaburanı və kaburanın arasında olan 60 manat nağd pulunu gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 976 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə tanışı xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 26 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 ünvanında yerləşən “Emiliano” divar kağızları satılan mağazanın qarşısına gəlib cinayət törədilməsinə dair qabaqcadan aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs2 mağazanın çöl tərəfində dayanaraq onu gözləmiş, özü isə mağazaya daxil olaraq masanın üzərində olan mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 məxsus içərisində 04 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 1500 manat dəyərində 128 GB yaddaşlı “İphone 12 pro” mobil telefon aparatını gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1504 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə 07 yanvar 2022ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən “Tavada” restoranına daxil olaraq qabların qoyulması üçün nəzərdə tutlan rəflərin üzərindən vahid qəsdlə Zərərçəkmiş şəxs3 məxsus məxsus içərisində 04 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 200 manat dəyərində 128 GB yaddaşlı “Samsung Galaxy A50” mobil telefon aparatını və Zərərçəkmiş şəxs4 məxsus içərisində 04 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 650 manat dəyərində 64 GB yaddaşlı “Honor” markalı mobil telefon aparatını gizli talayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 ümumilikdə 204 manat, Zərərçəkmiş şəxs4 654 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli talama məqsədi 11 iyun 2022-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Kinder” hədiyyə mağazasına daxil olaraq, oradakı vitrindən Zərərçəkmiş şəxs5 məxsus 900 manat dəyərində olan “İphone 11 pro” markalı mobil telefon aparatını gizli talayaraq, oğurluq cinayətini törətmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli talamaq məqsədi ilə yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə edəcəkləri əmlakdan pay verəcəyinə dair vəd verməklə cinayətkar fəaliyyətə cəlb edib, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 26 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 ünvanında yerləşən “Emiliano” divar kağızları satılan mağazanın qarşısına gəlib, cinayətin törədilməsinə dair qabaqcadan aralarında olan razılığa əsasən, özü mağazanın çöl tərəfində dayanıb gözləmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 isə mağazaya daxil olub, masanın üzərində olan mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 məxsus içərisində 04 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 1500 manat dəyərində 128 GB yaddaşh “İphone 12 pro” mobil telefon aparatını gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 1504 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş verən hadisələri uzun müddət keçdiyinə görə xatırlamır. Ramini restoranda işlədiyi dövrdə tanımışdır. Restorandakı işindən onu Ramin deyil, adminstrator çıxarmışdır. Raminlə heç bir düşmənçiliyi, ədavəti olmamış, ondan qisas almaq niyyəti olmamışdır. Raminlə bir dəfə görüşmüş, məhz kamera görüntüləri vasitəsi ilə polislər sonuncunu müəyyən etmişdir. Nəsimi rayonunda polis əməkdaşları onları döyərək üzləşdirmişlər. O isə Ramini tanımadığını, onu görmədiyini bildirmişdir. Günay adlı zərərçəkənin mağazasına tək daxil olmuş, hadisənin nə vaxt baş verdiyini xatırlamır. Ramin onlar görüşdüyü zaman kameraya düşmüşdür. Oğurladığı telefonu şəxsiyyət vəsiqəsi ilə satmışdır. Günaya dəymiş ziyanı ödəməmiş, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkir. xx.xx.2021-ci il tarixdə saat saat 15.30 radələrində yaxınlıqda, yəni Bakı şəhəri «İnşaatçılar» metrosunun yan hissəsində «Türkan-Hicab» mağazasına getmiş, özü mağazaya daxil olaraq ətrafa göz gəzdirmişdir. Həmin vaxt masanın üzərində olan «İphone» markalı mobil telefon diqqətini cəlb etmişdir. O satıcının başının qarışıq olmasından istifadə edərək eyni qaydada telefonu oğurlamışdır. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, Raminin əleyhinə ifadə verməsi üçün polis əməkdaşları tərəfindən döyülmüşdür. Polislər onu etdiyi digər epizodlarla da bağlı döymüşdür. Tbilisi prospektində yerləşən divar kağızları mağazasında əvvəllər olmamış, təsadüfən oradan oğurluq etmişdir. Oğurladığı telefonun arxası sınıq olmuşdur. Telefonu oğurladıqdan sonra onun arxası ilə gələn olmamışdır. xx.xx.2021-ci il tarixdə Ramini görməmiş, onunla görüşməmişdir. Polis əməkdaşları tərəfindən Biləcəri qəsəbəsində saxlanılmış, daha sonra Nəsimi Rayon Polis bölməsinə aparılmış və orada döyülmüş, məcbur edilmişdir ki, baş verənləri Raminlə etdiyini yazsın. Polis bölməsinə ilk dəfə o gətirilmiş, bundan sonra Ramin gətirilmişdir. O, etdiyi oğurluqlarla bağlı Raminə heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığı üçün onun ibtidai istintaq dövründə ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində o işə gedərkən yolda Təqsirləndirilən şəxs2lə rastlaşmış, Ramin ona Bakı şəhəri Tbilisi prospektində olan «Emiliano» divar kağızları satılan dükanı göstərib bildirmişdir ki, dükanda telefon var onu oğurlasın, özü də həmin «Emiliano» divar kağızları satılan mağazaya daxil olmuş və mağazada divar kağızlarına baxaraq ətrafa göz gəzdirdikdən sonra görmüş ki, stolun üzərində «İphone 12 pro» markalı telefon var və həmin telefonu heç kimin xəbəri olmadan oğurlayaraq mağazadan çıxaraq qaçsın. Ramin onu yolun əks istiqamətində köşkün yanında gözləmiş, o Raminin yanına gələrək telefonu ona vermiş və Ramin tək gedərək telefonu satıb gəlib ona demişdir ki, telefonu 150 manata satıb. Lakin onun telefonu harada və kimə satdığını bilməmiş, həmin puldan Ramin ona 20 manat pul verdikdən sonra 30 manatı yeyib içəməyə xərcləmişlər. Həmin günü o taksi ilə İmişli rayonuna getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanıldığı gün heç nədən xəbəri olmamış, evdə olduğu zaman polis əməkdaşları gələrək ona telefon oğurladığını bildirmiş, 20-ci Polis Bölməsinə aparmışdır. 20-ci PB-də döyülmüş, ona işgəncələr edilmişdir. Bundan sonra onu Baş Polis İdarəsinə aparılmış və orada onun döyülmə faktı ortaya çıxmışdır. 3 gün polis idarəsində saxlanıldıqdan sonra buraxılmış, bundan sonra yaxınları tərəfindən zərərçəkmiş şəxsə 1000 manat ödəniş edilmiş, lakin ödənişdən xəbəri olmamışdır. Hətta onun oğurluq etməsi ilə bağlı ailəsini də inandırmışdılar. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, ilk olaraq Samit polis əməkdaşları tərəfindən tutulmuş, ona oğurluq hadisəsini Samitlə birgə törətdiyi deyilmişdir. Samiti restoranda işləyən zaman tanımış, belə ki, Samit ona yaxınlaşaraq valideynləri xəstə olduğundan işə ehtiyacı olduğunu bildirmiş, o da Samitlə bağlı müdiri ilə danışmış və sonuncu işə qəbul edilmiş, Samit isə ofisiantlarla yola getmədiyinə görə işdən azad edilmişdir. Həmçinin, Samitin yetkinlik yaşına çatmayan şəxs olduğunu bilməmiş, sonuncu ona 19 yaşı olduğunu demişdir. Samitin oğurluq əməllərini törətməsindən məlumatlı olmamış, videogörüntülərlə bağlı bildirilənlərlə razı deyildir, o hadisə baş verən zaman orada olmamışdır. Polis əməkdaşları onun evinə gələn zaman Samit onlarla birlikdə olmuşdur. Saxlanılan zaman ona fiziki olaraq təzyiq edilmiş, onu döyən 3 polis əməkdaşının adını bilməsə də üz simalarını xatırlayır. Həmçinin, xəsarətləri ilə bağlı müvəqqəti saxlama yeri onu qəbul etmək istəməmiş, yalnız ona öyrədildiyi kimi bir gün əvvəl yıxılması nəticəsində həmin xəsarətlərin yarandığını bildirdikdən sonra onu qəbul etmişlər. O, kürək, diz və s bədən nahiyyələrindən xəsarət almışdır. Dekabrın 26-sı Samit tərəfindən edilən oğurluq əməllərindən xəbəri olmamış, Samitlə heç bir mağazaya, həmçinin “Emiliano” adlı mağazaya daxil olmamışdır. Baş verənlərlə bağlı onun heç bir günahı yoxdur. Onu döyərək sözügedən əməli törətməsini etiraf etdiriblər. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir ildən çoxdur ki, tanıyır. Belə ki, Samitin əvvəllər dayısını tanımışdır. Samit Bakı şəhəri 20 yanvar metrosu tərəfdə onun işlətdiyi kafedə ofisiant işləmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində o Samit ilə Bakı şəhəri 20 yanvar metrosu tərəfdə görüşmüşlər və ikisi Bakı şəhəri Tbilisi prospektində yerləşən «Emiliano» divar kağızları satılan mağazanın yanından keçəndə o mağazanın qapısı tərəfdən masanın üstündə telefon olduğunu görmüş və mağazadan aralaşdıqdan sonra Samitə həmin telefonu mağazadan oğurlamasını demişdir. Samit də razılaşaraq həmin «Emiliano» divar kağızları mağazaya getmişdir. O isə yolun əks istiqamətinə tərəf gedib orada Samiti gözləmişdir. Təxminən 20 dəqiqə sonra Samit yanına getmiş və mağazadan oğurladığı «İphone 12 pro» markalı mobil telefonu ona vermişdir. O həmin telefonu aparıb Bakı şəhəri 20 yanvar metrosu tərəfdə «Şamaxinka» deyilən istiqamətdə binanın altında olan telefon dükanında Müsalib adlı şəxsə şəxsiyyət vəsiqəsiz 150 manata satmışdır. O dükana tək getmiş, Samitə də metronun yanında gözləməsini demişdir. Telefonu satdıqdan sonra o Samitin yanına qayıtmış, onlar gedib yeyib içmişlər və yeyib içməyə 30 manat pul xərclədikdən sonra 20 manat pulu da Samitə vermiş, Samit onun telefonu aparıb kimə və hara satdığını bilməmişdir. Daha sonra o Samiti görməmişdir. Qeyd etdiyi oğurluq hadisəsindən başqa heç bir yerdən Samitlə cinayət törətməmiş, oğurluq cinayətindən savayı özü də başqa heç bir cinayət törətməmişdir. O Müsalibə «İphone 12 pro» markalı mobil telefonu satarkən, ona həmin telefonun oğurluq olmasını deməmiş, ona həmin telefonun özünə məxsus olduğunu demişdir. Müsalibi həmin tarixdə oğurluq etdiyi vaxtdan 5-6 gün əvvəl tanımış, həmin vaxt o ondan telefon adaptoru almış, həmin oğurluq cinayətini törədərkən Samitin yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmiş, içkili olduğu üçün həmin vaxt Samiti cinayətkar fəaliyyətə cəlb etmişdir. Təqsirləndirilən şəxs1 özünü bütün epizodlar üzrə təqsirli bilməsi, digər epizod üzrə, yəni xx.xx.2021-ci il tarixli oğurluq əməlini Təqsirləndirilən şəxs2 ilə deyil tək olaraq törətməsini qeyd etsə də həmin hissədə onun özünün ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən «Emiliano» divar kağızları mağazasında satış üzrə məsləhətçi işləyir. xx.xx.2021-ci il tarixdə işlədiyi mağazada özünə məxsus «İphone 12 pro» markalı mobil telefonunu divanın üzərinə qoyub mətbəxə keçmiş, həmin vaxt dükanda iki qadın müştəri və 01 oğlan olmuş, o mətbəxdən çıxandan sonra görmüşdür ki, telefonu masanın üzərində deyil. İlk öncə başa düşmüşdür ki, telefonu mətbəxdədir və geri qayıdaraq mətbəxə baxmış, lakin telefonunun mətbəxdə olmadığını görmüşdür. Həmin vaxt mağazada olan oğlanın orada olmadığını gördükdə dərhal çölə çıxmış, həmin oğlanın arxasınca “20 Yanvar” metrostansiyası istiqamətində bir az qaçmış, ona çata bilmədiyi üçün dayanmışdır. Oğurlanan telefon «İphone 12 pro» markalı telefon olmuş, həmin telefonu xx.xx.2021-ci il tarixdə «İrşad Telekom» mağazasından 2699 manata nağd pula almış, mağazadan telefonu oğurlayan şəxsi əvvəllər heç vaxt görməmiş, onu tanımamışdır. Telefonunun oğurlanması nəticəsində ona 2699 manat məbləğində ziyan vurulmuşdur. Talanmış mobil telefonun içərisində dəyəri 200 manat olan ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Baş verənlərlə bağlı polisə məlumat vermiş və kamera görüntülərinə baxan kimi polis əməkdaşları həmin şəxsin Samit olduğunu bildirmişlər. 2022-ci ilin may ayında Raminin bacısı oğlu və anası ona 1000 manat pul verərək işin məhkəməyə getməməsini istəmişlər. Bundan başqa ona ödəniş edilməmişdir. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, digər bir şəxs də kamera görüntülərinə düşmüş, o daha əvvəl mağazaya gəlmiş, daha sonra Samitə istiqamət verərək mağazaya girməsini bildirmişdir. O, kamera görüntülərində Samit və Raminin birlikdə gəzdiklərini görmüşdür. Onun telefonu 20 yanvar ərazisində 150 manat müqabilində satılmışdır. Samiti kamera görüntülərində və məhkəmə iclaslarında görmüşdür. Hazırda şikayətçidir. Kamera görüntüləri polis əməkdaşları tərəfindən götürülmüşdür. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Cəlilova (Məmmədova) Aygün Azər qızı ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, ünvan 4 ünvanda yerləşən «Türkan Hicab» mağazasında satış üzrə məsləhətçi işləmiş, xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində mağazada olarkən özünə məxsus «İphone 11» markalı mobil telefonu mağazada masanın üzərindən oğurlanmışdır. O həmin gün dərhal DİN-in 102 mərkəz zəng sisteminə oğurluq barədə məlumat vermişdir. Mağazaya polis əməkdaşları gəlmiş və mağazanın daxilində quraşdırılmış kameralara qeydə alınmış video görüntülərə baxıldıqda və həmin telefonun masanın üzərindən cavan oğlanın götürdüyünü görmüşlər. Həmin telefonu xx.xx.2019-cu ildə 2159 manata almış, qəbzi itirmiş, telefon təzə olmuş, üzərində heç bir zədəsi olmamışdır. Telefon oğurlanan zaman içərisində dəyəri 05 manat olan ***-***-**-** mobil telefon nömrəsi, həmin nömrənin içərisində 3 manat kontur, telefonun arxasında 12 manat dəyərində kabura və kaburanın arasında 60 manat pul olmuşdur. Telefon oğurlandığı zaman ona ümumilikdə 2239 manat ziyan dəymişdir. O mağazada olan zaman telefonunun kim tərəfindən oğurlandığını görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Cəlilova (Məmmədova) Aygün Azər qızı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını, onunla barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisi bina 9/11-in 1-ci mərtəbəsində yerləşən “Kinder” hədiyyə mağazasını işlədir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində mağaza fəaliyyətə başlamışdır. Saat 10:05 radələrində özünə məxsus olan **********80590, **********40012 İmei kodlu “İphone 11 ProSpaceGrey 64 GB” markalı telefonu mağazanın daxilində kassa aparatının olduğu piştaxtanın yanında enerji yığması üçün qoymuş, həmin ərəfədə mağazanı səliqəyə salmaqla məşğul olmuşdur. Həmin vaxt mağazaya müştərinin gəlməsini görmüş, müştəri ilə mağazada satıçı məşğul olmuş, təxminən bir neçə dəqiqə sonra həmin müştəri heç bir şey almadan mağazanı tərk edib getmişdir. Həmin tarixdə, saat 10:15 radələrində telefonunu götürmək istəyən zaman isə telefonun qoyduğu yerdə olmadığını aşkar etmişdir. Mağazanın digər yerlərində də telefonunu axtarsa da tapması mümkün olmamış və həmin müştəri tərəfindən telefonunun oğurlandığını anlamışdır. Baş vermiş hadisə nəticəsində ona 1500 AZN maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını, onunla barışdığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını və məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs3 ifadələrində göstərmişdir ki, 2021-ci ildən «Tavada» restoranında ofisiant işləməklə, restorana gələn qonaqlara xidmət göstərir. Çox vaxt telefonu restoranda zalda qab-qacaqları qoyduğu şkafın üstündə saxlamışdır. xx.xx.2022ci il tarixdə saat 22:10 radələrində evə getməyə hazırlaşarkən telefonu qoyduğu yerdən götürmək istədikdə görmüşdür ki, mobil telefonu yoxdur. Eyni vaxtda iş yoldaşı İlonanında telefonu həmin yerdə olmamış, bundan sonra telefonların oğurlandığını başa düşmüşlər. Oğurlanan telefonun markası «Samsung Calaxy A50» olmuş, Nəsimi RPİ-nin İŞ-də ifadəsi alınarkən mobil telefonun markasını səhvən «Samsunq A 51» kimi göstərmişdir. Telefonunun oğurlayan şəxsi görməmiş, həmin hadisə nəticəsində ona 630 manat ziyan vurulmuşdur. Talanmış mobil telefonun içərisində ***-***-**-** mobil telefon olmuş, həmin nömrə ona hədiyyə olunduğundan, nömrənin talanması ilə bağlı ona maddi ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini, dəymiş ziyanı tələb etdiyini, lakin təqsirləndirilən şəxsin həbs edilməməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs4 Vladimir qızı ifadəsində göstərmişdir ki, 2019-cu ildən «Tavada» restoranında hostes işləməklə, restorana gələn qonaqları qarşılyıb masalarına aparır, onlara xidmət göstərir. Çox vaxt telefonu restoranda zalda qab-qacaqların qoyduğu şkafın üstündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində bir nəfər cavan oğlan içəriyə daxil olub, 8 nəfərlik yer istədiyini, dostları ilə gələcəyini deyərək hələlik oturmaq üçün yer istəmiş, hamin oğlan restoranda boş masada oturmuş, lakin o digər qonaqlarla maraqlanırdı. Bir neçə dəqiqədən sonra telefonunu axtarmış, lakin telefonu qoyduğu yerdə tapa bilməmiş və İlahədən telefonunu götürüb-götürmədiyini soruşduqda, İlahə də telefonunun həmin şkafda qoyduğunu orada olmadığını bildirmişdir. Onlar ilk öncə elə başa düşmüşlər ki, iş yoldaşları onlarla zarafat edib telefonlaram gizlədiblər lakin sonradan məlum olmuşdur ki, telefonları oğurlanıbdır. Telefonun içərisində 051-640- 78-51 möbil telefon nömrəsi olmuşdur. Oğurlanan telefonun markası «Honor» olmuş, telefonunun oğurlayan şəxsi görməmiş, həmin hadisə nəticəsində ona 650 manat ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs4 Vladimir qızı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını, onunla barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 20 Yanvar dairəsində yerləşən “Möhtərəm” marketin daxilində telefon və telefon aksesuarlarının alğı-satqısı ilə məşğul olur, adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs1 11 iyun 2022-ci il tarixdə, günorta saatlarında işlədiyi yerə gələrək cibindən “İphone 11 Pro Max” markalı mobil telefonu çıxarıb təqdim edərək satmaq istədiyini demiş, o da bir gün əvvəl mağazasına gələn və həmin mobil telefonla maraqlanan şəxsə zəng edərək dükana gəlməsini xahiş etmiş, həmin şəxsin adını və mobil telefon nömrəsini xatırlamamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 ilə aralarında telefonun alğı-satqısı barədə 250 manat qarşılığında razılaşmışlar, təxminən 15-20 dəqiqə sonra bir az əvvəl telefonla danışdığı həmin orta boylu, kök, qarabəniz, 50-55 yaşlarında olan şəxs mağazaya gəlmiş, telefonu ona göstərdikdən sonra həmin telefonu almaq istədiyini bildirdikdən sonra o telefonu alan şəxsə Təqsirləndirilən şəxs1 250 manat pul verməli olduğunu demiş, bundan sonra həmin şəxs 250 manat pulu Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra Samit mağazanı tərk etmiş, həmin şəxs də telefonu götürüb getmişdir. O həmin telefonun oğurluq yolu ilə əldə edildiyini bilməmiş, Samit ona həmin telefonun ona məxsus olduğunu bildirmiş, hətta o ondan şəxsiyyət vəsiqəsinin kserosurətini də almış və həmin sənədi istintaqa təqdim etmişdir. Şahid xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Beyləqan rayonunda yaşaması ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Müdafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi3 çıxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-nin 125-ci maddəsinin tələblərinə cavab vermir. İstintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı toplanmış sübutlar mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.1-ci maddələri ilə ittiham edilə bilməz. Təqsirləndirilən şəxs2 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlar Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmir, iş üzrə toplanmış sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs2 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63cü Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Konstitusiya Məhkəməsinin 09 sentyabr 2005-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə “təqsirsizlik prezumpsiyasını nəzərə alaraq təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Cinayət prosessual qanunvericiliyin mahiyyəti və tələbi ondan ibarətdir ki, cinayətin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qalırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməldir. Qeyd olunanlara əsasən cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılması xahiş etmişdir. Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərin bir çoxuna dəymiş ziyanın ödənilməsi, ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 56-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 125-126-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 181-182 və 184-185-ci vərəqələrində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində tutulma tətbiq edilməklə axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 209-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 211-212-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cild 227-228-cı vərəqələrində olan müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Yasamal RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 230-231-cı vərəqələrində olan müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Yasamal RPİ MSY-dən azad edilmiş və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 15-16-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Nəsimi RPİ-nin 20-ci PB-ə gətirilmişdir. Cinayət işinin 3-cü cild 63-64-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 3-cü cild 94-95-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərarından və xx.xx.2022-ci il tarixli Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin 3-cü cild 121-122-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 4-cü cild 90-94-cü və 96-100 vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmişdir. Cinayət işinin 4-cü cild 176-cı vərəqələrində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin 4-cü cild 187-191-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 5-ci cild 196-198-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 210-213-cü vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 218-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 90-94-cü və 96-100 vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmişdir. Cinayət işinin 4-cü cild 108-ci vərəqəsində olan axtarışda olanın tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə polis əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. Cinayət işinin 4-cü cild 143-147-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 5-ci cild 192-194-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 215-cü vərəqəsində olan axtaışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. Cinayət işinin 6-cı cild 59-64-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, HK-1/1517 nömrəli təhqiqat materialı üzrə içərisində olan whatsapp sosial şəbəkəsi vasitəsilə yazılan mesajlara hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Belə ki, CD-R 2-52X tipli diskdə 2 videogörüntü vardır. Videogörüntülər 1 (bir) hissəlidir (1.1318 kb, 0 dəqiqə 05 saniyə, 2.4553kb, 0 dəqiqə, 20 saniyə). Videogörüntülərə baxandan sonra aydın olur ki, Sumqayıt şəhəri. 1-ci mikrorayon ərazisində yerləşən “Kinder” hədiyyə dükanından oğurluq etməkdə şübhəli bilinən şəxsin digər dükanlara daxil olaraq hərəkət edir. Cinayət işinin 1-ci cild 77-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********40012 İMEİ kodlu cihazın istifadəsi ümumiyyətlə xx.xx.2022-ci il tarixinədək, **********80590 İMEİ kodlu cihazın istifadəsi xx.xx.2022xx.xx.2022-ci il tarixlərində Azercell şəbəkəsində qeydə alınmamışdır Cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********40012 və **********80590 İMEİ kodlu mobil telefon sorğulanan tarixdə Bakcell şəbəkəsində qeydə alınmamışdır Cinayət işinin 1-ci cild 82-ci vərəqəsində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4935 saylı rəyindən görünür ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «İphone 11 Pro 64 GB» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 900 manat müəyyən olunur Cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 248-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, Samsung A50 markalı mobil telefonun 2 il öncə bazar qiyməti 529 manat olmuş, hazırda həmin mobil telefonun istehsalçı tərəfindən istehsalı dayandırılmışdır. Cinayət işinin 2-ci cild 18-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********98705 və **********17141 İMEİ kodlu mobil telefon sorğulanan tarixdə Bakcell şəbəkəsində qeydə alınmamışdır. Cinayət işinin 2-ci cild 84-cü vərəqəsində olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, oğurlanmış telefonun ona qaytarıldığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 2-ci cild 104-105-ci vərəqəsində olan qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 11 dekabr 2021-ci il tarixdə müstəntiq Elnur Əsədov tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilərək, istintaq davam etdirilmişdir. Cinayət işinin 2-ci cild 114-cü vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dayısı X11 himayəsindədir. Cinayət işinin 2-ci cild 115-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məktəb tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin 2-ci cild 164-cü vərəqəsində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/9059 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 01 ədəd «İphone 11» markalı 64 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 900 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 163-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 173-cü vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********32738 İMEİ kodlu cihazın xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək, Azercell şəbəkəsində istifadəsi qeydə alınmamışdır. Cinayət işinin 2-ci cild 174-cü vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına "xxxx" MMC-də nömrə qeydə alınmamışdır. X5 adına isə ********** saylı nömrə qeydə alınmışdır. Cinayət işinin 2-ci cild 188-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məxsusluq tarixçəsindən görünür ki, ********** mobil nömrə X2 adına olmuş, nömrə iki tərəfli bağlı olduğundan xx.xx.2018-ci il tarixdə yenidən satış üçün təyin edilmiş və halhazırda abunəçinin adına aktivləşdirilməmişdir. Cinayət işinin 2-ci cild 190-cı vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məxsusluq tarixçəsindən görünür ki, ********** mobil nömrə Təqsirləndirilən şəxs2 adınadır. Cinayət işinin 2-ci cild 196-cı vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məxsusluq tarixçəsindən görünür ki, ********** mobil nömrə Təqsirləndirilən şəxs2 adınadır. Cinayət işinin 2-ci cild 198-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********32738 İMEİ kodlu cihaz sorğulanan tarixdə bakcell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 203-cü vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********32738 İMEİ kodlu cihazın xx.xx.2021-xx.xx.2022-ci il tarixinədək, Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 208-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********32738 İMEİ kodlu cihazın xx.xx.2022 tarixinədək, Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 245-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********91383 İMEİ kodlu cihazın ümumiyyetlə xx.xx.2022-ci il tarixidək, "xxxx" MMC-yə məxsus nömrələrdə istifadəsi qeydə alınmamışdır. Cinayət işinin 2-ci cild 247-ci vərəqəsində olan "xxxx" MMC-dən əldə edilmiş məktubdan görünür ki, **********32738 İMEİ kodlu cihazın xx.xx.2022-ci il tarixədək olan müddətdə "xxxx" MMC-yə məxsus nömrələrdə istifadəsi qeydə alınmamışdır. Cinayət işinin 3-cü cild 4-10-cü vərəqələrində olan xx.xx.2014-cü il tarxli 1(101)- 74/2014 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 3-cü cild 79-cu vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məxsus İphone 12 pro markalı telefonun oğurlanması ilə bağlı ona dəymiş 2699 manat maddi ziyandan 1000 manat pulu Təqsirləndirilən şəxs2 zərərçəkən Zərərçəkmiş şəxs2 ödəmişdir. Cinayət işinin 3-cü cild 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X12 Şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Respublika Psixiatriya Xəstəxanaya “kəskin polimorf psixotik pozuntu” diaqnozu ilə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. Cinayət işinin 3-cü cild 212-ci vərəqəsində olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1664 saylı rəyindən görünür ki, Respublika yerləşən mobil telefon alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «İphone 12 pro» markalı, 128 GB olan Pacific Blue rəngli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarm olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1500 manat müəyyən olunur. Cinayət işinin 3-cü cild 211-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 217-218-ci vərəqəsində olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4915 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: Zərərçəkmiş şəxs3 qızma məxsus 128 GB yaddaşlı «Samsung A50» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmaması nəzərə alınmaqla 200 manat, həmin telefonun içərisində olan 01 ədəd ***-***-**-** saylı GSM nömrə 4 manat, Zərərçəkmiş şəxs4 məxsus 64 GB yaddaş «Honor» markalı mobil telefonun modeli məlum olmadığına görə qiymətləndirmə aparmaq mümkün olmamış, həmin telefonun içərisində olan 01 ədəd ***-***-**-** saylı GSM nömrə - 4 manat, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ***-***-**-** saylı GSM nömrə - 4 manat, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd ***-***-**-** saylı GSM nömrə - 4 manat. Cinayət işinin 3-cü cild 216-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 292-293-cü vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə müstəntiq İlqar Abdullayev tərəfindən ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 170.1, 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilərək, istintaq davam etdirilmişdir. Cinayət işinin 4-cü cild 165-168-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-406/2022 qərarından görünür ki, Təqsirləndirilən şəxs2 AR SN-nin Məhkəmə Psixiatrik Ekspertiza X21 Şəxsinə yerləşdirilmişdir. Cinayət işinin 4-cü cild 245-248-ci vərəqələrində olan Komisyon Stasionar Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 132 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətinin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal-hazırki hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal- hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 4-cü cild 195-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-524/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmiş. Həmin diskə daxil olduqda, orada «X6», «SMS_Tarixçəsi», “Zənglərin Detallaşması”, “X3” adlı qovluqlar var. “Zənglərin Detallaşması” adlı qovluğa daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 adına və istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 20:27, 21:13 və 22:02-də Milli Onkologiya Mərkəzi, Bakı şəhəri H.Zərdabi küçəsi 79 B-də müəyyən edilir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. Cinayət işinin 4-cü cild 207-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci İl tarixli, AZF/LGL-47/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Həmin diskə daxil olduqda, orada «X6», «SMS_Tarixçəsi», “Zənglərin Detallaşması”, “X3” adlı qovluqlar var. “Zənglərin Detallaşması” adlı qovuğa daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 adına və istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 12:49 və 12:52-də Torpaq Komitəsi, Bakı şəhəri Şəfayət Mehdiyev 93, "xxxx" ASC inzibati binası/Yasamal, saat 16:03-də Bakı şəhəri, Yasamal rayonu H.Məcidov küçəsi 3b-də, həmin gün saat 16:15 və 16:21-də “Azpetrol Yasamal’ Bakı şəhəri Zərdabi prospekti 593-cü məhəllədə X8 ərazisində müəyyən edilir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. Cinayət işinin 4-cü cild 225-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə daxil olduqda, orada “FKYT9834” və “USBQ5503” adlı qovluqlar var. “FKYT9834” adlı qovluğa daxil olduqda orada 11 saniyədən ibarət videogörüntünün olması müəyyən edilir. Həmin videogörüntüyə baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 15:45 radələrində ünvan 5 ünvanda yerləşən “Emiliana” divar kağızlarının satışı dükanının qapısını açaraq içəriyə daxil olur. “USBQ5503” adlı qovluğa daxil olduqda orada 23 saniyədən ibarət videogörüntünün olması müəyyən edilir. Həmin videogörüntüyə baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 “Emiliana” divar kağızlarının satışı dükanında olarkən ətrafa nəzər salıb heç kimin olmamasına tam əmin olunduqdan sonra kiçik masanın üzərində olan mobil telefonu götürüb cibinə qoyub çıxır. Cinayət işinin 4-cü cild 227-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-9099/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmiçdir. Həmin diskə daxil olduqda, orada «X6», «SMS_Tarixçəsi», “Zənglərin Detallaşması”, “X3” adlı qovluqlar var. “Zənglərin Detallaşması” adlı papkaya daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 adına və istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 17:37-də, xx.xx.2022-ci il tarixdə saat 16:07-də Milli Onkologiya Mərkəzi, Bakı şəhəri H.Zərdabi küçəsi 79 B-də, müəyyən edilir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. Cinayət işinin 4-cü cild 232-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-12335/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Həmin diskə daxil olduqda, orada «X6», «SMS_Tarixçəsi», “Zənglərin Detallaşması”, “X3” adlı qovluqlar var. “Zənglərin Detallaşması” adlı papkaya daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 adına və istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə 11:39, 11:47,12:39, 12:56, 14:36, 15:30,16:07, 16:14-də, xx.xx.2022-ci il tarixdə saat 09:27, 11:37, 18:48-də Milli Onkologiya Mərkəzi, Bakı şəhəri H.Zərdabi küçəsi 79 B-də, müəyyən edilir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilmir. Cinayət işinin 5-ci cild 65-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baş müstəntiq Əmrah Rüstəmov istintaqı başa çatmış ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 cinayət işi materialları ilə tanış olması üçün istifadəsində olan ***- ***-**-** saylı nömrədən zərərçəkənə məxsus ***-***-**-** saylı nömrə vasitəsi ilə əlaqə saxlanılmışdır. Zərərçəkən şəxs iş materialları ilə tanış olmaqdan imtina etmiş, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 5-ci cild 180-181-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli teleqram və ərizədən görünür ki, zərərçəkmiş şəxs X16 ailə vəziyyəti əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iclasların onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, əlavə olaraq Təqsirləndirilən şəxs2 heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin 6-cı cild 85-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş edir. Ailə vəziyyəti əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iclasların onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, əlavə olaraq Təqsirləndirilən şəxs2 heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin 6-cı cild 130-132-ci vərəqələrində olan Məhkəmə Ekspertiza Mərkəzinin 2 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 4/1520 №-li ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 40-42-ci vərəqlərində olan, (şübhəli şəxsin dindirilməsi haqqında) protokolun 1-cı vərəqinin hissəsində “İmza” qrafasında olan imza, 2-ci vərəqinin aşağı, sol hissəsində soldan sağa 1-ci imza və 3-cü vərəqinin aşağı hissəsində “Təqsirləndirilən şəxs1 oglu yazılarının qarşısında olan imza, cinayət işinin 1cildinin 53-55-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli protokolun 1-ci vərəqəsində imza qrafasında olan imzalar, 2-ci vərəqənin aşağı sol hissəsində soldan sağa 1-ci ima və 3-cü vərəqəsində “X7” yazılarının qarşısında olan imza, 1-cildin 146-148-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli şahidin dindirmə protokolunun 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “imza” qrafalarında olan imzalar və 2-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqində “ Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza, 1-ci cildin 174-176-cı vərəqlərində olan 07 fevral 2022-cı ıl tarixli şübhəli şəxsin dindirilməsi protokolunun 1-ci vərəqində imza qrafalarında olan imzalar və 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqinin yuxarı sag hissəsində “lmza” qrafasında olan imza və 1-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cu vərəqində “S. İsmayılzadə” olan imza, 1-ci cildin 194-195-ci vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 1-ci vərəqində olan imzalar (5 ədəd imza), 2-ci vərəqində “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza, cinayət işinin 1-ci cildinin 246-cı vərəqində “izahat”da olan yazılar, cinayət işinin 2-ci cildinin 8-10-cu vərəqlərində olan 14 yanvar 2022-ci il tarixli izahatın 1-ci və 2-ci vərəqlərində olan imzalar, 3-cü vərəqində “Təqsirləndirilən şəxs1 yazılarını qarşısında olan imza, 2-ci cildin 52-ci vərəqində olan xx.xx.2021-ci ıl tarixli izahatın orta hissəsində imza qrafasında olan imza, 2-ci cildi 79-83-cü vərəqlərində olan 09 dekabr 2021-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolunun 1-ci vərəqinin sağ hissəsində olan imzalar (5 ədəd imza), 2-4-cü vərəqlərinin aşağı hissələrində olan imzalar 5-ci vərəqində “İsmayılzadə” soyadının qarşısında olan imza, 2-ci cildin 116-117-ci vərəqlərində olan 11 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 1-ci vərəqinin sağ hissəsində olan imzalar (4 ədəd imza) və vərəqin aşağı hissəsində olan imza, 2-ci vərəqinin aşağı hissəsində “İsmayılzadə” soyadının qarşısında olan imza, cinayət işinin 2ci cildinin 216-218-ci vərəqlərində olan 05 fevral 2022-ci il tarixli üzləşdirmə protokolunun 2-ci vərəqinin yuxarı hissəsində “Təqsirləndirilən şəxs” qrafasında olan imza və həmin vərəqin aşağı sağ hissəsində olan imza, 3-cü vərəqinin aşağı sağ hissəsində “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza, cinayət işinin 2-ci cildinin 219- 221-ci vərəqlərində olan 05 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunun 1-ci vərəqinin sağ hissəsində olan imzalar (6 ədəd imza), 3-cü vərəqinin orta hissəsində “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza, 3-cü cildin 60-62-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolunun 1-ci vərəqində olan imzalar ( 5 ədəd imza), 2-ci vərəqin aşağı hissəsində olan imza, 3-cü vərəqində "Təqsirləndirilən şəxs1 yazılarının qarşısında olan imza, 3-cü cildin 118-120-ci vərəqlərində olan 09 mav 2022-ci il tarixli təqsirlədirilən şəxsin əlavə dindirilməsi haqqında protokolun 1-ci vərəqəsinin aşağı hissəsində “imza” qrafasında olan imza, 2-ci vərəqinin aşağı hissəsində imza və 3-cü vərəqində “imzamla təsdiq edirəm” yazılarının qarşısında olan imza, 5-ci cildin 35-39-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndiriən şəxsin dindirilməsi protokolunun 1-ci vərəqin aşağı hissəsində imza qrafasında olan imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imzalar və həmin vərəqin aşağı sol hissəsində soldan sağa 1-ci imza, 3-cü vərəqinin aşağı hissəsində olan imza 4-cü vərəqin aşağı sol hissəsində soldan sağa 1-ci imza, 5-ci vərəqəsində olan “ İsmayılzadə S” yazılarının qarşısında olan imza – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 14-cü vərəqində olan 14 iyun 2022-ci il tarixli izahatın aşağı hissəsində “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imzanın - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 6-cı cild 129-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 124 (yüz iyirmi dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 7-ci cild 52-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tam olaraq ödənilmədiyi bildirmişdir. Ona ziyandan 1000 azn ödənildiyini, 504 AZN-nin hələ ödənilmədiyini bildirirərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 7-ci cild 82-ci vərəqəsində olan diskə baxış keçirən zaman görünür ki, . "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-2544/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmiş. Həmin diskə daxil olduqda, orada “Zənglərin Detallaşması” adlı qovluqlar var. “Zənglərin Detallaşması” adlı qovluğa daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 adına və istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 11:39, 12:39, 14:36, 15:30, 16:26 21:13 və 22:02-də Milli Onkologiya Mərkəzi, Bakı şəhəri H.Zərdabi küçəsi 79 B-də müəyyən edilir. Cinayət işinin 7-ci cild 99-cu vərəqəsində olan diskə baxış keçirən zaman görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-4659/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmiş. Həmin diskə daxil olduqda, orada “Zənglərin Detallaşması” adlı qovluqlar var. “Zənglərin Detallaşması” adlı qovluğa daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 adına və istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 17:37:35 və 17:37:44 -də Milli Onkologiya Mərkəzi, Bakı şəhəri H.Zərdabi küçəsi 79 B-də müəyyən edilir. Cinayət işinin 7-ci cild 105-ci vərəqəsində olan diskə baxış keçirən zaman görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-367/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilmiş. Həmin diskə daxil olduqda, orada “Zənglərin Detallaşması” adlı qovluqlar var. “Zənglərin Detallaşması” adlı qovluğa daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 adına və istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 11:39, 12:39, 14:36, 15:30, 16:26 21:13 və 22:02-də Milli Onkologiya Mərkəzi, Bakı şəhəri H.Zərdabi küçəsi 79 B-də müəyyən edilir. Cinayət işinin 7-ci cild 108-ci vərəqəsində olan Respublika Psixiatriya Xəstəxanası X18 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixində 6 saylı X26 Stansiyasının və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin göndərişinə əsasən xəstəxanaya qəbul edilmiş və hal-hazırda müalicəsinin davam etdiyini bildirmişdir. Cinayət işinin 7-ci cild 173-cü vərəqəsində olan aktdan görünür ki, Nəsimi RPİ-nin 20-ci PBnin əməliyyat müvəkkili polis baş leytenantı Rahim Bəhmənov tərəfindən oğurluqda şübhəli olan Təqsirləndirilən şəxs2 saxlayarkən üz nahiyəsində və qollarında qızartı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin qızartıların bir gün əvvəl yıxılması səbəbi ilə yarandığını bildirmişdir. Cinayət işinin 7-ci cild 174-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs2 alın və sifət nahiyəsində qızartı aşkar edilmişdir. Cinayət işinin 7-ci cild 175-ci vərəqəsində olan Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, o, üzündə və qollarında olan izlərin saxlanılmazdan əvvəl pilləkandan yıxılması səbəbindən yarandığını bildirmişdir. Cinayət işinin 7-ci cild 179-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli Respublika Psixiatriya Təcili və X9 Mərkəzi X18 məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 ekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS H10/Q) üçun saxlama muddətı 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər akrlaşdırılıb silinir. Bu səbəbdən 29 07.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına xx.xx.2022-cı ıl tarixində Bakı Şəhər Təcili və X9 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmədikləri qeyd edilmişdir. Cinayət işinin 7-ci cild 181-182-ci vərəqəsində olan cinayət işinin rədd edilməsi haqqında Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Şakir Əliyevin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 515 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində “sol saidin ön səthində çoxsaylı köhnə çapıq toxuması” aşkar edilsə də həmin xəsarətin dərəcəsi barədə fikir söyləmək mümkün deyil. Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 523 saylı xx.xx.2024- cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Beləliklə yuxanda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı fiziki və psixi zor tətbiq edilməsi ilə bağlı Nəsimi RP-nin polis əməkdaşlarının təqsirliliyinin sübuta yetirilməsi hadisənin baş verdiyi tarixdən uzun müddət keçdiyi üçün mümkün olmamışdır. Ona görə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 7-ci cild 205-210-cu vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(006)-86/2024 saylı qərarından görünür ki, cinayət işinin rədd edilməsi haqqında Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Şakir Əliyevin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin 8-ci cildində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs Cəlilova (Məmmədova) Aygün Azər qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənişmişdir. Təqsirləndirilən şəxsi bağışlamışdır. Bütün bu halların nəzərə alınmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Cinayət işinin 8-ci cildində olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, təqsirləndirilən şəxsin həbs edilməsini istəmədiyini, lakin ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Hazırda ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini və ərizəsinin çıxışı olaraq qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin 8-ci cildində olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 şikayətçi deyil, onunla barışmışdır. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Hazırda işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini və ərizəsinin çıxışı olaraq qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin 8-ci cildində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. İşi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Cinayət işinin 8-ci cildində olan xx.xx.2025-ci il tarixli şahid X4 ərizəsindən görünür ki, hazırda Beyləqan rayonunda olması ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. ibtidai istintaqda vermiş olduğu ifadəsinin əsas ifadəsi olaraq qəbul edilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Cinayət işinin 8-ci cildində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(006)-12/2025 saylı qərarından görünür ki, cinayət işinin rədd edilməsi haqqında Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Şakir Əliyevin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Cinayət işinin 1-ci cild 85-86, 2-ci cild 14-17, 166-169, 3-cü cild 3-10, 194-197 və 5ci cild 1-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Bakı Ağır cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən xx.xx.2014-cü il tarixli hökm dəyişdirilərək onun cəzası 04 ilə endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən o cəzasının çəkilməmiş 02 ay 18 gündən vaxtından əvvəl şərti azad olunmuş və cəzasını tam çəkib qurtamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-552/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(008)-363/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə istintaq müddəti zamanı 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il 1(009)-188/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan mərum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Sabunçu Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(008)- 552/2023 saylı hökmü ilə təyin edilmiş 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 öz əməlinə münasibətdə tam etirafı, Təqsirləndirilən şəxs2 ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama və on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Belə ki, iş materiallarında olan 1-ci cild 143-144-cü vəqəsində olan xx.xx.2022-ci il tarixli sübhəli şəxsin dindirilməsi haqqında prokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dayısına görə 1 il olarkı tanıyır. Sonradan Samit “20 yanvar” metrosu tərəfdə işlətdiyi kafedə ofisiant işləmişdir. 26 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Samit ilə 20 yanvar metrosu tərəfdə görüşmüş və ikisi Tibilisi prospektində yerləşən “Emiliano” divar kağızları satılan mağazanın yanından keçəndə mağzananın qapısı tərəfdən stolun üstündə telefon olduğunu görmüş və mağzadan aralaşdıqdan sonra Samitə həmin telefonu mağazadan oğurlamasını demişdir. Samit həmin “Emiliano” divar kağızları satılan mağazaya getmiş, o isə yolun əks istiqamətinə tərəf gedib bir az kənarda Samiti gözləmişdir. Təxminən 20 dəqiqədən sonra Samit yanına gəlmiş və mağazadan oğurladığı “İphone 12 pro” telefonu ona vermiş, həmin telefonu 20 yanvar metrosu tərəfdə Şamaxinka deyilən istiqamətdə binanın altında olan telefon dükanında “Müsalib” adlı şəxsə şəxsiyyət vəsiqəsiz 150 manata satdmışdır. Həmçinin iş materiallarında olan 1-ci cild 180-ci vəqəsində olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu xx.xx.2021-ci il tarixdə saat 15 radələrində “Emiliano” divar kağızları satılan oğurluq etmələri ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Emiliano” mağazasının çöl tərəfdən olan pənəcərəsini göstərib bildirmişdir ki, telefonu S.İmsayızadəyə göstərib, kənarda onu gözlədiyini bildirmişdir. Həmçinin iş materiallarında olan 4-cü cild 42-43-cü vəqəsində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında prokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, “Təqsirləndirilən şəxs1 ilə xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Tibilisi prospektində yerləşən “Emiliano” divar kağızları satılan mağazadan İphone 12 pro markalı telefonu oğurlamasını demiş, Samitin başqa vaxtlarda telefon oğurlamasında iştirak etməmişəm.” Həmçinin iş materiallarında olan 4-cü cild 139-141-ci vəqəsində olan Sumqayıt ŞPİnin İŞ-nin baş müstəntiqi X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Tibilisi prospektində yerləşən “Emiliano” divar kağızları satılan mağazadan İphone 12 pro markalı telefonu onun göstərişi ilə Təqsirləndirilən şəxs1 tərəfindən edilməsini bir daha təsdiq etmişdir. Həmçinin, iş materiallarında olan 5-ci cild 50-52-ci vəqəsində olan Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında prokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Tibilisi prospektində yerləşən “Emiliano” divar kağızları satılan mağazadan İphone 12 pro markalı telefonu onun göstərişi ilə Təqsirləndirilən şəxs1 tərəfindən edilməsini bir daha təsdiq etmişdir. Yuxarıda qeyd edilən protokollarda da aydın olur ki, Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlardakı ifadələrində öz əməlini etiraf etmiş, həmin əməli törətməsi faktı digər Təqsirləndirilən şəxs1 ibtidai istintaqda vermiş olduğu ifadələrlə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs sözügedən ifadələri Nəsimi RPİ-nin ərazi polis bölməsi əməkdaşları tərəfindən məruz qaldığı təzyiqlər nəticəsində verdiyini bildirsə də, aidiyyatı üzrə göndərilmiş cinayət işinin Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan zaman belə ifadəsini dəyişməmiş, sözügedən əməli etmədiyini bildirməmişdir. İş materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs2 sərbəst ifadə verməsinə şərait yaradılmış, belə ki, təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə edilən oğurluq əməlini törətməməsini qətiyyətlə bildirmiş, lakin xx.xx.2021-ci il tarixli oğurluq əməli ilə bağlı hər hansı təkzib edici ifadə verməmiş, əməlini etiraf etmişdir. Həmçinin, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs1 onlarla birlikdə olmuş, lakin digər Təqsirləndirilən şəxs1 isə bu halı təkzib etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər, həmçinin təqsirləndirilən şəxslərin bir-biri ilə bağlı verdikləri ziddiyyətli ifadələr özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün edilən cəhddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi Təqsirləndirilən şəxs2lə bağlı ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosessual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Həmçinin iş materiallarında olan 5-ci cild 35-39-cu vəqəsində olan Sumqayıt ŞPİnin İŞ-nin baş müstəntiqi X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında prokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Tibilisi prospektində yerləşən “Emiliano” divar kağızları satılan mağazasını ona göstərmiş və mağazada telefon var onu oğurlamasını demiş, o da həmin mağazaya daxil olaraq telefonu oğurlayıb, qaçmışdır. Ramin onu yolun əks istiqamətində köşkün yanında gözləmiş, Raminin yanına gedərək telefonu ona vermişdir. Ramin tək gedərək telefonu 150 manata satmış, Həmin puldan ona 20 manat pul vermişdir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 2 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 4/1520 №-li ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş cinayət işində yuxarında sadalanan protokollardakı imzalar Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Təqsirləndirilən şəxs2lə bağlı verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 170.1-ci maddəsinə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə cinayəti törədildikdə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməllərini özünə münasibətdə səmimi etiraf etməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tam olaraq ödənilməsini həmin zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il 1(009)-188/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il 1(009)-188/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş 1(009)-188/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 09 dekabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 04 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 08 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, 15 iyun 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 12 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Səbail Rayon xx.xx.2023-cü il 1(009)-188/2023 saylı saylı hökmünə əsasən 13 dekabr 2022-ci il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMnin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmin qərarın 14-cü bəndində göstərilir ki, CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq, cinayəti təşkil etmiş və ya aşkar surətdə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsləri oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə təhrik etmiş şəxs, cinayətin icraçısı kimi cinayət məsuliyyəti daşıyır. Qanunda nəzərdə tutulan əsaslar olduqda, həmin şəxsin əməli, əlavə olaraq CM-nin 170-ci maddəsi ilə də tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 sözügedən oğurluq əməlini törətmədiyini bildirsə də, özünün istintaqda vermiş olduğu ifadəsi, digər təqsirləndirilən şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli zərərçəkmişin ifadəsi, ekspertizanın rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs2 dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə almalıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmalı və cəzasının əvvəli xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «Kinder» hədiyyə dükanından, ünvan 5 ünvanda yerləşən “Emiliana” divar kağızlarının satışı dükanında baş vermiş oğurluq hadisəsisinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd DVD disklər, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL- 524/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, “Azerfon» MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-47/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC- nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-9099/22 sayh məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-12335/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-367/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk , "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-4659/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-2544/24 saylı saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. 01 ədəd “İphone 11” markalı mobil telefon, 60 manat nağd pul Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 274 (iki yüz yetmiş dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1664 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Bakı Şəhər Səbail rayonu Məhkəməsinin 07 sentyabr 2023cü il tarixli 1(009)-188/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Şəhər Səbail rayonu Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 1(009)-188/2023 iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 09 dekabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 04 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 08 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, 15 iyun 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 12 (on) gün müddət müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti olaraq 02 (iki) il 01 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixindən hesablanmaqla hazırkı tarixədək cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan kimi tanınmış Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «Kinder» hədiyyə dükanından, ünvan 5 ünvanda yerləşən “Emiliana” divar kağızlarının satışı dükanında baş vermiş oğurluq hadisəsisinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd DVD disklər, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-524/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, “Azerfon» MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-47/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC- nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-9099/22 sayh məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-12335/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-367/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk , "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-4659/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-2544/24 saylı saylı məktubu ilə daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza xərci 274 (iki yüz yetmiş dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1664 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri və işlə tanış olduğu 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-1/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-1/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver