Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-10/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən həmin cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzası ilə birləşdirilməklə, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə dəyişdirilərək, üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərara əsasən Sumqayıt şəhər məhkəməsinin 7(060)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 azaldılmış, hazırda çəkilməyən 01 il 04 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 365-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, o, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,349 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 22:56-da Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,349 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 02 mart 2021-ci il tarixdə saat 21-22 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən Məscidin yanında bir tərəfin Corat qəsəbəsi ərazisi sayılan yerdə ona iki polis əməkdaşının yaxınlaşdığını, heç bir söz demədən zor tətbiq edib ağ rəngli avtomobillə mindirdiklərini, avtomobildə onun qarın nahiyəsinə iki dəfə yumruq zərbəsi vurduqlarını, Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə gətirildiyini, PB-də onun oğurluq cinayətini boynuna alması üçün tanımadığı polis əməkdaşları tərəfindən dəfələrlə döyüldüyünü, Şahin adlı polis əməkdaşının ona narkotik vasitəni boynuna almasını bildirdiyini, daha sonra polis əməkdaşları tərəfindən təqdim olunan bir büküm “kokos” narkotik vasitəsinin ona məxsus olması barədə etirafedici izahat vermək məcburiyyətində qaldığını, bundan sonra polis əməkdaşlarının təklifi ilə polis bölməsi ilə üzbəüz məhəlləyə aparıldığını və məhəllədə yerləşən binalardan birinin blokundan çıxdığını və guya polis əməkdaşlarının videoçəkilişlə onu yaxalayıb üzərinə baxış keçirdiklərini və əynindəki qara rəngli gödəkçəsinin cibindən həmin bükümdəki narkotik vasitənin aşkar edilərək götürülüdüyünü, bu barədə sənədləşmə aparılaraq daha sonra onun Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Əmrah Rüstəmova təhvil verildiyini, müstəntiq tərəfindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq məhkəməyə göndərildiyini göstərmiş, həmin narkotik vasitənin ona məxsus olmadığını, 02 mart 2021-ci il tarixdə saat 21 radələrindən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü X30 və Taleh adlı polis əməkdaşları tərəfindən döyülməsi səbəbindən şərh olunan cinayətlə əlaqədar etirafedici izahat və ifadə vermişdir. Vəkilin sorgu-sualına isə həmin vaxtı yanında olan polis əməkdaşlarının qorxusundan döyülmədiyini bildirmişdir. O, “kokos” adlanan narkotik vasitə istifadə ediyini, lakin həmin vaxt üstündə narkotik vasitə olmadığını, onu tutan polis əməkdaşlarından Kənan və Kamranı tanıdığını, həmin gecəni polis bölməsində qaldığını, izahat verərkən vəkilinin orada iştirak etmədiyini bildirmişdir. Sonuncu dəfə tutulmamışdan 6 ay qabaq narkotik vasitəni qəbul etmişdir. O, bütün olanları müstəntiqə dediyini, lakin müstəntiqin olanları cinayət işində qeyd edib-etmədiyini bilməmişdir. Çünki onun tərəfindən oxunmadan bir neçə sənədə müstəntiq imza etdirmişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün gətirilən zaman baş verənləri demədiyini, çöldə polislər onu gözlədiyi üçün qorxduğunu, savadı olmadığından heç bir orqana şikayət etmədiyini, lakin bacısına demiş və bacısı tərəfindən şikayət edilmişdir. Tutulan zaman üzərində telefon olmamış, elektron nəzarət vasitəsi olan qolbağın ayağında olmuş, lakin həmin qolbağın mobil telefonunun enerji ehtiyatı olmadığından evdə qalmışdır. İstintaq zamanı verdiyi ifadəni oxumamış, yalnız sənədlərə imza etmişdir. Məhkəmədən təqsirsiz olduğu üçün ona bəraət verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tutulduğu gündən tanıyır. Təqsirləndirilən şəxsi tutduqları ərazini tam şəkildə xatırlamır. Vəkilin iştirakı ilə videoçəkiliş olmuşdur. Narkotik vasitə bükülü vəziyyətdə olmuş və şəxsin üzərindən çıxmışdır. Şəxs tutulan zaman onunla bərabər Samid və Taleh olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman ona qarşı hər hansı zor tətbiqi olmamışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı və hərəkətlərində qeyri-səmimilik olduğu üçün ona yaxınlaşmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sonrakı məhkəmə iclasına yenidən dəvət edilən şahid Sumqayıt ŞPİ-nin 3-cü PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində bildirdi ki, təxminən 2021-ci ilin mart ayları idi, məlumat daxil olmuşdur. Həmin vaxt o, Şahid1, polis serjantı Şahid2 olmuşdur. Məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsində və saxlanılmasında şübhəli bilinir. X21 da orada olmuşdur. Tədbir qurulmuş, 17-ci məhəllə ərazisində şəxs hərəkətdə olan zaman saxlanılmış, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, bu barədə ona kağız verilmişdir. Üzərində nəsə olubolmaması soruşulmuş, lakin bölməyə aparılmışdır. Orada Mayıla vəkillərin siyahısı barədə vərəq təqdim edilmiş, o da vəkil seçmişdir. Sonra üzərində nə olduğu soruşulan zaman əynində qara rəngli gödəkçə var idi, onun sol cibindən bir büküm kokos çıxmışdır. Əməliyyat tədbirində o, Şahid1, Samid və təhqiqatçı Əsgər iştirak etmişdir. Şəxsə qarşı hər hansı təzyiq olmamışdır. Mayıl saxlanılarkən narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt o, Şahid1 və Samid mülki geyimdə, X21 isə polis formasında olmuşdur. Mayıl saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, aralarında münaqişə olmamışdır. Şəxs saxlanılarkən videoçəkiliş olmuş, sonra bölmədə davam etdirilmiş, çəkilişin hansı vasitə ilə aparılmasını xatırlamır, lakin kamera ilə çəkilməsini ehtimal edir. Əməliyyat qrupuna daxil olduğunu bildirdi, lakin əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarda, əməliyyat qrupunun təşkil edilməsində onun adının olmamasını izah edə bilmir, Elnur Qocayevi tanımir. Həm istintaq zamanı, həm əvvəlki məhkəmə iclasında, həm də hal-hazırda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantaı Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat qrupunda Taleh, Bəxtiyar, təhqiqatçı, kriminalist və o olmuşdur. Təqsirləndirilən şəxsin tutulma yerini xatırlamır. Təqsirləndirilən şəxs tutulan zaman üzərindən heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs də öz əməlini etiraf etmişdir. Şəxsi tutduqdan sonra bölməyə gəlmişlər. Hadisənin üzərindən xeyli vaxt keçdiyindən xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi qiyabi olaraq tanıyır. Hadisənin üzərindən çox vaxt keçdiyi üçün dəqiq xatırlamır. Əməliyyat qrupunda o, polis əməkdaşları Bəxtiyar və Samid olmuşdur. Videoçəkilişin hansı polis əməkdaşı tərəfindən aparılmasını xatırlamır. Sonradan xatırlayaraq təqsirləndirilən şəxsi Kənan və Kamranın tutduğunu, təqsirləndirilən şəxsin oğurluqda şübhəli bilindiyi üçün polis bölməsinə gətirildiyini, sonradan təqsirləndirilən şəxsin üzərindən heroin aşkar edildiyini, təqsirləndirilən şəxsə qarşı hədə-qorxu, hər hansı zor tətbiqi olmadığını bildirmişdir. Sonrakı məhkəmə iclasına yenidən dəvət edilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin fevral-mart aylarında, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində tutmuşlar. Həmin vaxt orada o, Bəxtiyar, Samid və təhqiqatçı Əsgər olmuşdur. Təqsirləndirilən şəxs tutduqdan sonra üzərinə şəxsi axtarış keçirilməsindən ötrü bölməyə aparmışlar, orada üzərinə axtarış keçirilərkən üzərindən heroin-kokos çıxmışdır. Bundan sonra sənədləşmələri aparıb istintaq orqanına təhvil vermişlər. Şəxs saxlanılarkən ona qarşı hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs onlara narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs həmin ərazi istiqamətində hərəkətdə olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin ərazidə onun gəlməsini gözləmişlər. Şəxs tutularkən videoçəkiliş aparıldığını, lakin videoçəkilişin kim tərəfindən aparıldığını xatırlamır. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Elnur Qocayev kriminalistdir, videoçəkilişlər aparır, lakin həmin vaxt onun orada olub-olmadığını xatırlamır. Şəxs tutularkən dərhal hüquq və vəzifələri ona izah edilmiş və bu barədə ona bildiriş təqdim edilmişdir. Lakin əməliyyat tədbirlərinin keçirilməsinə dair qərarının surətinin ona təqdim edilib-edilmədiyini xatırlamır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi polis leytenantı X19 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Təqsirləndirilən şəxs tutulduğu zaman onu polis bölməsinə gətirmişlər. Rəsmiləşdirmə polis bölməsində aparılmışdır. O təqsirləndirilən şəxsin tutulmasında iştirak etməmişdir. O, sadəcə təqsirləndirilən şəxsin polis bölməsinə gətirilməsini görmüşdür. O, təqsirləndirilən şəxsi döyməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin baş müstəntiqi, polis mayoru X20 ifadəsində göstərmişdir ki, 03 mart 2021-ci il tarixdə cinayət işi onun icraatına daxil olmuşdur. Materiallar 04 mart 2021-ci il tarixdə Polis İdarəsində qeydiyyata alınsa da 03 martda onun tərəfindən qəbul edilmişdir. Qeyd edir ki, raport dəftərxanaya verilmiş, lakin iş materialları ona verilmişdir. Bildirdi ki, zəruri olan bütün istintaq hərəkətləri aparılmışdır. Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi dindirilən zaman müdafiəçinin iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs gətirilən zaman onun onun bədəni üzərində hər hansı gözlə görünən xəsarət olmamış, Təqsirləndirilən şəxs həm şübhəli həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman ona hər hansı fiziki və ya psixi təsir göstərilməmiş, təqsirləndirilən şəxsin dediyi hər bir şeyi ifadəsində qeyd edilmiş, özü tərəfindən oxunub imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs tərəfindən ona döyülərək narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur qalması ilə bağlı bir şey deməmiş, əgər demiş olsaydı onu ifadəsində qeyd olunardı. Həmçinin ifadəsi özü tərəfindən oxunub imzalanmışdır. Əgər Təqsirləndirilən şəxs ifadəsi ilə yazılanlar arasında ziddiyyət olsaydı o, ifadəsini imzalamaqdan imtina etmək hüququ vardır. Həmçinin Təqsirləndirilən şəxs nə təhqiqat zamanı, nə istintaq zamanı, nə də ki barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə gətirilən zaman döyülməsi ilə bağlı ifadə verməmiş, bunu yalnız indiki məhkəmə iclas zalında bildirməsi onun özünü müdafiə xarakteri daşımasının göstəricisidir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, istintaq zamanı Təqsirləndirilən şəxs belə bir ifadə verməmiş, ziddiyyət olmadığından üzləşdirmə aparılmamışdır. MSY-də saxlanılan şəxslərin tutulmuş və ya X34 X1 kitabında Təqsirləndirilən şəxs kameradan çıxarılma və daxil olma tarixi və saatları ilə onun tərəfindən aparılmış istintaq hərəkətlərinin tarix və saatları arasındakı uyğunsuzluğun texniki səhv ola biləcəyi ilə izah edir. Təqsirləndirilən şəxs birinci dəfə, yəni xx.xx.2021-ci il tarixdə saat 12:17-də kameradan çıxarılan zaman yalnız ifadəsi alınmış, digər istintaq hərəkətləri isə Təqsirləndirilən şəxs ikinci dəfə, yəni saat 15:19-da kameradan çıxarılarkən edilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin müstəntiqi, polis mayoru X25 ifadəsində göstərmişdir ki, o, əməliyyat qrupunun tərkibində olmuşdur. Qərar əməliyyatçı tərəfindən qəbul edilmişdir. Əməliyyat tədbirində təhqiqatçı kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs harada, nə vaxt tutduqlarını xatırlamadığını, hadisənin üzərindən xeyli vaxt keçdiyindən bir çox şeyi xatırlaya bilmir. Təqsirləndirilən şəxs barəsində bütün prosessual hərəkətlər onun tərəfindən aparılmış və protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs tutularkən ona qarşı hər hansı fiziki və psixi təsir olmamışdır. Onun tərəfindən yazılmış protokollarda bəzi hissələrin ağardılıb düzəliş edilməsi ilə bağlı bildirdi ki, kompüter vasitəsilə yazılarkən texniki səhv olmuşdur. Üzərindən edilmiş düzəliş onun xəttidir və düzəliş də yalnış yazılmışdır. Təqsirləndirilən şəxs Novxanı qəsəbəsində deyil, 17-ci məhəllə ərazisində saxlanıldığını, protokolda səhvən Novxanı qəsəbəsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Cinayət törəkməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə, saat 22:56-da Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 22:56-da Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində olan zaman inspektor-kriminalıst tipli “Panasonic” markalı videokameranı işə salarkən, daxil olmuş məlumatda əlamatlərə uyğun olan 1 (bir) nəfər şəxsin gəldiyi görünür. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyini xahiş edən zaman həmin şəxs - Təqsirləndirilən şəxs olduğunu söylədi. Həmin vaxt Təqsirləndirilən şəxs “nə səbəbə” saxlanıldığını zaman ona bildirildi ki, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olundu daha sonra Təqsirləndirilən şəxs üzərinə PB-nin xidməti otaqların birində vəkili X4 iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilən zaman Təqsirləndirilən şəxs heç bir etiraz etmədi və videoçəkiliş dayanmadan PB-də xidməti otaqların birinə daxil olmuşlar. PB-də xidməti otaqların birındə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini təmin edəcək vəkili X15 təqdim edildi, Təqsirləndirilən şəxs Tofıq oğlu təqdim edilmiş vəkilə heç bir etiraz etmədi. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edilən zaman Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli dəri gödəkçənin sol tərəf iç cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdi. Həmin sellofan büküm tərəflərindən açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli maddənin olduğu müəyyən edildi. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunmuş maddə narkotik vasitə olan “kakos”dur, həmin “kakos adlanan maddəni xx.xx.2021 -ci il tarixdə Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin akin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,53 qram olduğu müəyyən olundu və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. X32 Tofiq oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar olunmuş 2 manat pul və alışqan xususi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/869 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyİ Zərflər üçün №127” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,349 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azırbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,299 qram. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin istimtaqı zamanı etiraz edilə bilən şəxslərin siyahısı ilə tanış olaraq heç bir şikayət və vəsatətinin olmadığını bildirmiş və protokol Təqsirləndirilən şəxs və onun müdafəçisi X15 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə saat 18:00-da başlanılmış və 19:00-da qurtarmışdır, protokol Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil X15 təqdim edilmiş, o da Elşad İsayevin istintaq prosesində onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “müdafiəçinin təqdim edilməsi barədə” protokoldan görünür ki, müdafiəçi X15 Təqsirləndirilən şəxs təqdim edilərək ona müstəqil olaraq müdafiəçi seçmək, müdafiəçinin səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda öz-özünü müdafiə etmək hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi X6 təqdim etdikdən və hüquqları izah olunduqdan sonra o, X4 onun hüquqlarını müdafiə etməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” bildirişlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının izah olunması barədə bildirişi, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları barədə bildirişi xx.xx.2021-ci il tarixdə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi və təqsirləndirilməsi barədə qərarın surətinin verilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “ekspertiza rəyinin şübhəli və təqsirləndirilən şəxsə elan edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ekspertiza rəyi ilə tanış olaraq heç bir etirazı və vəsatətinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “ekspertiza təyin edilməsi barədə qərarın şübhəli və ya təqsirləndirilən şəxsə elan olunması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ekspertiza təyin edilməsi və aparılması zamanı onun Azərbaycan Respublikası CPM-nin 268-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilmiş və Təqsirləndirilən şəxs heç bir etirazı və vəsatəti olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin istintaqı zamanı etiraz edilə bilən şəxslərin siyahısı ilə tanış olaraq heç bir etirazı və vəsatəti olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azırybayca Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə, saat 09:45-də təqsirləndirilən şəxs qismində dindirilməsinə başlanmış, saat 10:45-də dindirmə qurtamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,299 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda orada “00798” rəqəmlər göstərilən papka müəyyən edilir. “00798” rəqəmləri göstərilən papkaya daxil olduqda müəyyən edilir ki, orada 06 dəqiqə 45 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində bir nəfər uzun boylu, əynində qara gödəkçə olan şəxs gəlir, videokameraya çatmasına az qalmış üç nəfər mülki, iki nəfər polis geyimdə olan polis əməkdaşı ona yaxınlaşır və özlərini təqdim edirlər. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Əsqər Kazımov həmin şəxsə yaxınlaşıb özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər 4 nəfər polis əməkdaşı da özlərini təqdim edirlər. X22 Mayıla narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını və hüquqularının vəkil X15 tərəfindən müdafiə olunacağını bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunur. Təqsirləndirilən şəxs da bildirişlə tanış olur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsi üçün ona onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə getməsi təklif olunur, o da etiraz etməyərək, videoçəkiliş dayandırılmadan bölməyə gətirilir. Orada xidməti otaqların birində videoçəkiliş davam etdirilərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim olunur. O vəkilə etiraz etmir. Bundan sonra ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşulub, onu təqdim etməyi təklif edilir. O da əynində olan qara rəngli dəri gödəkçəksinin sol iç cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümə bükülmüş heroini onlara təqdim edir. Ondan həmin heroinin haradan əldə edildiyi soruşulduqda, Mayıl da deyir ki, heroini bir neçə saat əvvəl Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata alıbdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin ona təqdim olunmuş vəkilinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilir. Daha sonra müvafiq sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanserinin 834 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 il 04 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-340/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 02 il 04 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndində əsasən hökmlə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 71917/21 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, hazırda 01 il 04 ay 04 gün çəkilməmiş cəzası qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-372/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 611 saylı, xx.xx.2021-ci il tarixli “ailə tərkibi haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs bacısı-xx.xx.1978-ci il təvəllüdlü X18, bacısıxx.xx.1980-ci il təvəllüdlü X7, qardaşı-xx.xx.1981-ci il təvəllüdlü X26, bacısı-xx.xx.1983-cü il təvəllüdlü X16, bacısı-xx.xx.1986-cı il təvəllüdlü X11, qardaşı-xx.xx.1987-ci il təvəllüdlü X27, qardaşı-xx.xx.1991-ci il təvəllüdlü X28, atası-xx.xx.1953-cü il təvəllüdlü Mayılov Tofiq Mayıl oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1105 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,299 qram narkotik vasitə olan heroinin saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 DVD-R formatlı disk maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarında saxlanması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-362/2021 saylı, xx.xx.2021-ci il tarixli və 1(060)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarlarından görünür görünür ki, cinayət işi üzrə aidiyyəti şəxslərin (cinayət işi materiallarında həmin şəxslərin soyad, ad və ata adları, mobil nömrələri qeyd olunub) məhkəmədə verdikləri ifadəyə uyğun olaraq onların mobil telefon nömrələrinin kimə məxsus olmasına, həmin şəxslərin anket məlumatlarının, həmin nömrələrə 2021-ci ilin mart ayının 01-03 tarixlərində daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnlərini, həmin nömrələrin xx.xx.2021-ci il tarixdə hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatlar, Təqsirləndirilən şəxs adına olan mobil telefon nömrələrinin siyahısı, həmin nömrələrə 02 mart 2021-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnləri, onun adına müəyyən edilmiş mobil telefon nömrələrinin xx.xx.2021-ci il tarixində hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatların təqdim olunması üçün "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğular verilmişdir. İş materiallarında olan 14357 saylı, xx.xx.2021-ci il tarixli, AZF/LG-20967/21 saylı, xx.xx.2021-ci il tarixli, BKC/LGL-10569/21 saylı, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən sorğuya cavab daxil olmuş və məhkəmədə tədqiq edilmişdir. Tədqiq zamanı X12 həmin vaxt istifadəsində olmuş mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə, saat 18:53-dən sonra anten əhatə dairəsi barədə məlumat olmadığına görə onun təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi ərazidə olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan MSY-də saxlanılan şəxslərin uçotu kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 22:56-da tutulmuş, xx.xx.2021-ci il tarixdə saat 01:50-də MSY-nin daxili intizam qaydaları, hüquq və vəzifləri tanış olması barədə kitaba imza etmiş, xx.xx.2021-ci il tarixdə saat 08:55-də 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarında olan X10 və X3 Qeydiyyat kitabından görünür ki, Təqsirləndirilən şəxs hər iki əlləri və hər iki ayaqları şiş və yara vəziyyətindədir, şikayəti yoxdur. İş materiallarında olan MSY-də Saxlanılan Tutulmuş və ya X34 X1 kitabından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 01:50-də kameraya daxil olmuş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12:17-də R.Mustafayevin müşayiəti ilə MSY-nin istintaq otağına aparılmış, xx.xx.2021-ci il tarixdə saat 12:25-də kameraya qayıtmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 15:19-da M.Əliyevin müşayiəti ilə “həbs” qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə aparılmış, xx.xx.2021-ci il tarixdə, saat 18:35-də kameraya qayıtmışdır. xx.xx.2021-ci il tarixdə saat 08:55-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarında olan 1748/2021 nömrəli X13 görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol budun arxa bayır səthində, ön səthində, diz oynağında, sağ bazunun bayır səthində bənövşəyi rəngli qançır, hər iki budunda, sol əlində çapıq toxuması aşkarlanmışdır. Şikayəti yoxdur. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxışı zamanı şübhəli şəxs kimi tutularkən və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsi barədə məlumat üzrə ilkin yoxlama zamanı toplanmış materialla Təqsirləndirilən şəxs üzərində xəsarətlər olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 586 saylı, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə elektron nəzarət vasitəsinə məxsus mobil cihazın enerji ehtiyatını artırmadığı üçün onun izlənməsi mümkün olmamışdır. İş materiallarında olan 43 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “sol budun arxa bayır və ön səthinin, diz oynağının, sağ bazunun bayır səthinin qançırları” xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən qaydada və tarixdə, yəni xx.xx.2021ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarında olan ərizədən görünür ki, təqsirləndirilən şəxsin bacısı X8 Sumqayıt şəhər prokurorluğuna xx.xx.2021-ci il tarixdə qardaşının 3-cü PB-də döyülüb üstünə şər atılaraq tutulması barədə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə ilk gündən ifadə verərək narkotik vasitənin ona məxsus olmadığını, fiziki və psixi zorakılığa məruz qaldığından narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur qaldığını bildirmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərində xəsarət izlərinin olması faktı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan 43 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “sol budun arxa bayır və ön səthinin, diz oynağının, sağ bazunun bayır səthinin qançırları” xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən qaydada və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Göründüyü kimi təqsirləndirilən şəxsin bədəni üzərində aşkar olunmuş xəsarətlər onun tutulduğu günə təsadüf edir. Bundan başqa X10 və X3 Qeydiyyatı Kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 01:50-də X24 gətirilmiş və xx.xx.2021-ci il tarixdə, saat 08:55-ə qədər orada saxlanılmışdır. İlkin müayinə zamanı Təqsirləndirilən şəxs hər iki əlləri və hər iki ayaqlarının şiş və yara vəziyyətdə olması aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığı qeyd olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Bundan başqa iş materiallarına əsasən “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi barədə” protokol 03 mart 2021-ci il tarixdə tərtib edilmiş, Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Həmçinin “şübhəli şəxsin dindirilməsi” protokoluna əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə 03 mart 2021-ci il tarixdə saat 18:00-da başlanılmış, saat 19:00-da qurtarmışdır. Lakin MSY-də Saxlanılan Tutulmuş və ya X34 X1 kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 01:50-də X24 gətirilmiş və xx.xx.2021-ci il tarixdə, saat 08:55-ə qədər orada saxlanılmış, istintaq hərəkəti aparılması üçün xx.xx.2021-ci il tarixdə, saat 12:17-də kameradan çıxarılıb müşayət ilə istintaq otağına aparılmış, saat 12:25-də kameraya qayıtmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə aparılması üçün həmin gün saat 15:19-da kameradan çıxarılmış, saat 18:35-də kameraya qayıtmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ümumiyyətlə kameradan ümumiyyətlə çıxrılmamışdır. Bu ziddiyyəti müstəntiq məhkəmədə izah edə bilməmiş, daha sonra apardığı sənədləşdirilmədə texniki səhv kimi göstərməyə çalışmışdır. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən güya ona Sumqayıt Regional Vəkil Bürosunun müdafiəçilərinin siyahısı təqdim edilərək ona müstəqil olaraq müdafiəçi seçmək, müdafiəçinin səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda öz-özünü müdafiə etmək hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi X6 təqdim etdikdən və hüquqları izah olunduqdan sonra o, X4 onun hüquqlarını müdafiə etməsinə razı olduğunu bildirmişdir. Lakin iş materaillarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi barədə diskdən görünür ki, şəxs tutulduğu zaman təhqiqatçı tərəfindən artıq hüquqlarının müdafiəsi üçün ona müdafiəçi X4 təyin edildiyi bildirilir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiə hüququ pozulmuşdur. Həmçinin cinayət işinin istintaq materiallarına nəzər yetirdikdə görünür ki, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar Təqsirləndirilən şəxs 04 mart 2022ci il tarixdə, saat 09:35-də təqdim olunmuşdur. Bundan başqa “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsinə saat 09:45-də başlanılmış, saat 10:45-də bitmişdir. Lakin MSY-də Saxlanılan Tutulmuş və ya X34 X1 kitabından görünür ki, həmin saatlarda Təqsirləndirilən şəxs kameradan çıxmamışdır və kamera kənar şəxslərin daxil olması barədə hər hansı qeyd aparılmamışdır. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxsə hüquq və vəzifələrininin izah edilməsi və bu barədə bildirişin təqdim edilməsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqlarının izah edilməsi və bu barədə bildirişi, təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi və təqsirləndirilməsi barədə qərarın surətinin verilməsi, ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi, ekspertiza təyin edilməsi barədə qərarın şübhəli və ya təqsirləndirilən şəxsə elan olunması, cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatlarının proses iştirakçılarına bildirilməsi barədə protokollardan görürünür ki, qeyd olunan proseslərin hamısı 04 mart 2021-ci il tarixdə həyata keçirilmişdir. Lakin MSY-də Saxlanılan Tutulmuş və ya X34 X1 Kitabından görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkəti aparılması üçün xx.xx.2021-ci il tarixdə, saat 12:17-də kameradan çıxarılmış, saat 12:25-də kameraya qayıtmışdır. Üstəlik müstəntiqin qeyd etdiyi kimi şübhəli şəxs qismində dindirilmə və s. hərəkətlərin texniki səhv olaraq 2021-ci ilin mart ayının 03 deyil 04 tarixində həyata keçirməsini nəzərə alınsa heç bir halda real görünmür. Yəni, yuxarıda qeyd edilən bütün istintaq hərəkətlərin 08 dəqiqəyə edilməsi mümkün və ağlabat deyildir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində yalnız hazır sənədlərə imza etməsi sadalanan xüsusatlarla təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişlər, ekspertiza rəyinin elan edilməsinə dair protokol sübut kimi qəbul oluna bilməz. Başqa sözlə təqsirləndirilən şəxsin Cinayət Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrində nəzərdə tutulan fundamental hüquqları pozulmuşdur. Bundan başqa şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmədə ilkin ifadəsində Təqsirləndirilən şəxs oğurluqda şübhəli bilindiyinə görə Kənan və Kamran adlı əməkdaşların tutub polis bölməsinə gətirildiyini və sonradan üzərindən narkotik vasitə çıxdığını bildirmişdir. Lakin sonrakı məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə şahidin sonradan verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, şahidin məhkəmədə verdiyi ilkin ifadə təsqirləndirilən şəxsin verdiyi ifadə ilə uzlaşır və bu səbəbdən ifadələri arasındakı ziddiyyət və şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı araşdırma aparılmasından ötrü toplanmış materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Sumqayıt şəhər Prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixdə toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu qənaətə gələrkən “X10 və X3 Qeydiyyatı” kitabında 377 sıra nömrəsi ilə qeydə alınmış Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin aşkar edilmədiyi, sonuncunun heç bir şikayətinin olmamasına istinad edilmişdir. Lakin prokurorluq tərəfindən istinad edilən “X10 və X3 Qeydiyyatı” kitabına nəzər yetirdikdə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 13:30-da MSY-nə gətirilmiş, xx.xx.2021-ci il tarixə, saat 09:00-a qədər orada saxlanılmış, onun bədəni üzərində xəsarət aşkar olunmamış və şikayətinin olmaması qeyd olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasından müəyyən vaxt keçdikdən sonra yenidən müayinə olunmuş, bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xəsarət almasından xeyli vaxt keçmiş, onun bədəni üzərində hər hansı xəsarət izinin aşkar olunması mümkün deyildir və bu əsas məhkəmə üçün hüquqi əhəmiyyət kəsb etmir. Çünki məhkəmədə Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularkən üzərində xəsarətlər olmasına diqqət yetirilmişdir. Artıq məhkəmə-kimyəvi ekspertizasına təqdim edilmiş bükümün məhz Təqsirləndirilən şəxs üzərindən aşkar olunması şübhə yaradır. Bu şübhənin hazırda hüquqi prosedur daxilində aradan qaldırılması mümkün deyildir və bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxs günahsız olmasını bildirsə də istintaq orqanı əvvəlcədən, araşdırma aparmadan onun təqsirli olması qənaətinə gələrək heç bir əlavə sübut toplamadan, onun narazılığını ifadə etməsi üçün bununla bağlı dindirilməsini təmin etmədən, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları yoxlamadan istintaq aparmışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşıdırma aparılması təmin edilməmişdir. «X9rşı» işdə məhkəmə qeyd etmişdir ki, polisin apardığı dindirmənin ümumi atmosferi təzyiq xarakterlidirsə və təqsirləndirilən şəxsin hüquqlarına düzəldilməsi mümkün olmayan ziyan vurursa, təqsirləndirilən şəxsin 6-cı maddənin 1 və 3 (c) bəndləri ilə nəzərdə tutulan hüquqları pozula bilər. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. “İnsan Hüquqlarının və X14 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X14 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən dindirilmiş şahidlərin cinayət prosesinin nəticəsində maraqlı olmaları, əməliyyatda iştirak edən şəxslərin ifadələrindən və onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması, iş üzrə əsas sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun üzərindən aşkar edilmış narkotik vasitənin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsi məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və onun ona istinad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına əsas verən sübutların kifayətedici olmasını nəzərə alaraq məhkəmə iş üzrə yekun qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir, bu qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizası keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,299 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞRPİdə, maddi sübut olan dörd ədəd disk isə cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 1(060)-362/2021) qərarını icra edərək, xx.xx.2021-ci il tarixli 429 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 50 (əlli) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 55, 344-350, 352-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,299 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİdə, dörd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 50 (əlli) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-10/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-10/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver