Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-10/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs10, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1A, mənzil 11də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Qurd Dərəsi 5-ci dayanacaq fərdi evdə yaşayan,, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus Sumqayıt şəhəri Qurd Dərəsi bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb qanunsuz daxil olmaqla evin birinci mərtəbəsindən 20 manat dəyərində olan 01 ədəd dəmir ventelyatoru, 150 manat dəyərində olan 01 ədəd “Sony” markalı musiqi mərkəzini, 25 manat dəyərində olan 01 ədəd ütünü, evin ikinci mərtəbəsindən 160 manat dəyərində 01 ədəd 82 ekran “Hoffman” markalı televizoru, daha sonra evin həyətində yerləşən saxlanc yeri hesab edilən anbardan 1 metri 80 qəpik 50 metri 40 manat dəyərində olan 50 metr 6-lıq mis kabeli, 40 manat dəyərində olan 01 ədəd plastmas boru ütüsünü,1 ədədi 40 manat 3 ədədi 120 manat dəyərində olan 500-lük projektoru,1 metri 1 manat 60 metri isə 60 manat dəyərində olan 4x4 mis kabeli,01 ədədi 60 manat 2 ədədi isə 120 manat dəyərində olan 10 kq-lıq alüminium qazanı,250 manat dəyərində olan 1 ədəd qədimi 10 litrlik samovarı, 01 ədədi 100 manat 2 ədədi 200 manat dəyərində olan 1.2x1.6-lıq plastik pəncərəni, 01 ədədi 140 manat 2 ədədi isə 280 manat dəyərində olan 90x 2.1 metr plastik qapını, 01 ədədi 5 manat 20 ədədi isə 100 manat dəyərində olan 50 diametrlik dəmir boruları (hər biri 3 metrlik), 01 ədədi 50 manat 6 ədədi 300 manat dəyərində olan istifadədə olmuş radiatoru, 80 manat dəyərində olan 1x210 metr 01 ədəd dəmir seyf qapını gizli talamaqla, Zərərçəkmiş şəxs7 ümumilikdə 1945 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs8 məxsus Sumqayıt şəhəri Qurd Dərəsi bağlar massivi, 4125 nömrəli evin həyətinə hasardan aşıb qanunsuz daxil olub evin həyətindən 70 manat dəyərində olan 01 ədəd “Termet” markalı su qızdırıcısını, 01 ədədi 30 manat 8 ədədi 240 manat dəyərində olan istifadə olunmamış 8 seksiyalıçuqun radiatoru, 100 manat dəyərində olan 01 ədəd vannanı (cakuzini), 01 ədədi 60 manat 2 ədədi 120 manat dəyərində olan plastik qapını gizli talamaqla, Zərərçəkmiş şəxs8 ümumilikdə 530 manat məbləğində maddi ziyan vurmaqla oğuriuq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 01 radələrindəZərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb evin pəncərəsinin nəfəsliyindən keçmə yolu ilə qanunsuz içəriyə daxil olaraq oradan 450 manat dəyərində olan 2 il istifadə olunmuş 24-lük “İmerqaz “ markalı kombini və 200 manat dəyərində olan 01 ədəd 1978-ci il istehsallı 5 litrlik samovarı gizli talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən bağ evinin həyətinə hasardan aşıb pəncərənin nəfəsliyindən keçmə yolu ilə qanunsuz içəri daxil olaraq evin giriş dəhlizində olan saxlanc yeri hesab edilən yeşikdən 50 manat dəyərində olan 01 ədəd istifadə olmuş BOSCH markalı 700 W dreli, sol tərəfində olan masanın üstündən 30 manat dəyərində olan plastik boru ütüsünü ləvazimatları ilə birlikdə, sağ və sol tərəfində yerdən 01 ədədi 100 manat 3 ədədi 300 manat dəyərində olan 01 ədəd is ifadədə olmuş “BOSCH” markalı 800 W perferatoru, 140 manat dəyərində olan 01 ədəd istifadə olmuş 5 litr həcmli samovarı, sol tərəfində yerdən 1 ədədi 80 manat 2 ədədi 160 manat dəyərində olan 02 ədəd “BOSCH” markalı 2200 W GWS 2200 modelli laqondanı, 01 metri 60 qəpik 30 metri isə 18 manat dəyərində olan 4 mm-lik elektrik naqili, daha sonra evin həyətyanı sahəsindən 01 ədədi 10 manat 8 ədədi isə 80 manat dəyərində olan hər biri 4 metr olmaqla 10 sm ölçülü Rusiya istehsallı dəmir boruları gizli talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 778 manat ıriəbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən fərdi evinə hasardan aşıb evin arxa tərəfində yerləşən qeyri-yaşayış sahəsi hesab edilən tikiliyə qanunsuz daxil olaraq oradan 800 manat dəyərində olan 01 ədəd 3 il istifadə olunmuş 40-lıq “Demirdöküm” markalı kombini gizli talamaqla, Zərərçəkmiş şəxs9 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci İl tarixdə saat 01-02 radələrində X4 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən 3928 nömrəli bağ evinin pəncərəsinin dəmir barmaqlığını sınıdımaq yolu ilə qanunsuz içəri daxil olaraq yataq otağında döşəmənin üzərinə qoyulmuş 1200 manat dəyərində olan 01 ədəd istifadədə olmamış 24-lük “İmerqaz” kombini, 60 manat dəyərində olan 01 ədəd istifadədə olmamış Türkiyə istehsalı olan 5 seksiyalı radiatoru və 95 manat dəyərində olan 01 ədəd İstifadədə olmamış Türkiyə istehsalı olan 8 seksiyalı radiatoru gizli talamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 1355 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 01-02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən bağ evinə hasardan aşıb həyətdə olan qeyri-yaşayış sahəsi hesab edilən yardımçı tikilinin plastik qapısını sıxıb açma yolu ilə qanunsuz içəri daxil olaraq oradan 650 manat dəyərində olan 01 ədəd 1 il istifadədə olmuş 32-lik “Baymak” markalı kombini gizli talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 650 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 01-02 radələrində Zərərçəkmiş şəxs4 Hacıbala oğluna məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən bağ evinə hasardan aşıb həyətdə olan qeyri-yaşayış sahəsi hesab edilən yardımçı tikilinin qapısını sıxıb açma yolu ilə qanunsuz içəri daxil olaraq oradan 600 manat dəyərində olan 01 ədəd 1 il istifadədə olmuş 28-lik «Vanward 30» markalı kombini gizli talamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 600 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən 154B saylı fərdi evinin hasarından aşıb evin həyətində olan qeyri-yaşayış sahəsi hesab edilən tikiliyə qanunsuz daxil olaraq oradan 750 manat dəyərində olan 01 ədəd 1 il istifadədə olmuş 34-lük “İmerqaz” markalı kombini, 30 manat dəyərində olan 01 ədəd 1 il istifadədə olmuş “Baysallar 11 markalı kombi üçün elektrik stabilizatoru, 120 manat dəyərində olan 01 ədəd istifadədə olmuş 05 litr həcmli samovarı,160 manat dəyərində olan 01 ədəd 16-lıq 2 [təkərli «Formula» markalı uşaq velosipedi, 40 manat dəyərində olan 01 ədəd 4 metrlik nərdivanı, daha sonra evin arxa tərəfində olan qeyri-yaşayış sahəsi hesab edilən yardımçı tikilinin pəncərəsinin dəmir barmaqlığının sındıraraq içəriyə qanunsuz daxil olub oradan bir ədədi 50 manat üç ədədi 150 manat dəyərində olan «BK-250» markalı Bakı istehsalı olan yeni kondisionerləri, biri 30 manat, ikisi 60 manat olan istifadədə olmuş «Samsunq» markalı 52 ekran köhnə model televizorları gizli talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilimkdə 1310 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Novxanı kəndi H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs11 fərdi yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz daxil olmaqla həyətdəki qapısı açıq olan qeyri-yaşayış sahəsi hesab edilən qazanxanadan özü ilə gətirdiyi ingilis açan ilə 700 manat eləyərində olan 01 ədəd “Sime" markalı kombi aparatını söküb gizli talamaqla, zərərçəkmiş şəxs Rüfət Şmiraslanova ümumilikdə 700 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs6 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən fərdi evinə hasardan aşıb evin dəmir barmaqlıqları aralayıb içəriyə qanunsuz daxil olaraq oradan 120 manat dəyərində olan 01 ədəd «Fijutsu» markalı notebooku,160 manat dəyərində olan 01 ədəd «HP» markalı notebooku, 450 manat dəyərində olan 01 ədəd «Unikal 24» markalı kombi aparatını, 30 manat dəyərində olan 01 ədəd «Hidrotherm» markalı kombi üçün DVR- 500VA modelli elektrik stabilizatoru, 50 manat dəyərində olan 01 ədəd «Kenwooud» markalı 1600 w ət çəkən maşını, 160 manat dəyərində olan 01 ədəd istifadədə olmuş samovarı gizli talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 970 manat maddi ziyan vurmaqla, oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun maddi vəziyyəti pis və pula ehtiyacı olduğu üçün oğurluq etrmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları massivi ərazisində gəzərək oğurluq etmək üçün münasib ev axtarmış, həmin ərazidə yerləşən adı ona sonradan məlum olan X1 evi qarşısına çıxmışdır. Ətrafda və evdə heç kimin olmadığına tam əmin olduqdan sonra o, evin həyətinin ətrafına çəkilmiş hasardan həyətə keçmiş, əlində küçədən tapdığı təxminən 50 sm uzunluğunda dəmir olmuş, o, həmin dəmirlə əvvəlcə evin birinci mərtəbəsində olan otağın iki taylı pəncərəsinin dəmir barmaqlığını sındırmış və həmin pəncərədən otağa daxil olub otaqdan təxminən 1 ədəd samovar götürüb pəncərədən çıxarıb həyətə qoymuş, sonra evin sol tərəfində yerləşən zirzəminin qapısını qıfılını açıb içəri daxil olaraq oradan 2 ədəd aliminium qazan götürüb onları da samovarın yanına həyətə qoymuşdur. Daha sonra evin ikinci mərtəbəsinə çıxmış və həmin mərtəbədə olan otağın dəmir qapısını açmaq istəmiş, lakin aça bilməmiş, kilid olan yerə əlində olan dəmiri salıb qapını zədələmişdir. Daha sonra həmin otağın iki taylı pəncərəsində olan dəmir barmaqlığı divardan qoparıb otağa daxil olaraq həmin otaqdan 1 ədəd 82 ekran Hoffman televizoru götürüb həyətə düşərək həyətdə olan oğurladığı digər əşyaların yanına qoymuşdur. Eyni qaydada o, 01 ədəd «Sony» markalı musiqi mərkəzi, 01 ədəd seyf qapını oğurlayıb gətirib həmin yerə qoymuşdur. Bundan sonra o evin sol tərəfində yerləşən tikilinin divarında olan kabeli sökməyə başlamış, həmin kabel uzanaraq evin həyətinin kənarına çəkilmiş, divar boyu getməklə darvazadan keçib sayğaca getmiş və o, həmin xətti tamamilə kəsərək götürmüşdür. Sonra o, həmin evin həyətində olan 6 ədəd radiatoru götürmüşdür. Oğurlayıb həyətə yığdığı əşyaları divardan sökdüyü kabellə bağlamış və yavaş-yavaş həyətdən küçəyə çıxartmışdır. 06 ədəd radiatorları, 01 ədəd musiqi mərkəzi və 01 ədəd seyf qapını yaxınlıqda olan ümumilikdə yaşayış olmayan bağ evinin həyətinə yığmış, digər əşyaları isə küçədən daşıyıb tanımadığı oraya çağırdığı VAZ- 2106 markalı üzərində baqajı olan taksi avtomaşına yükləyib satmaq məqsədi ilə metal toplanan yerə apardıqda yolda olan QAZ-24 markalı metal yığan tanımadığı iki oğlana radiatorları, qazanları, samavarı, kabeli 150 manata satmış, sonra həmin taksi ilə televizoru aparıb Sumqayıt şəhərində yerləşən daş bazarı adlanan yerdə tanımadığı bir şəxsə 50 manata satmışdır. Həmin şəxslər bu əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmişlər, onlara həmin əşyaların özünəməxsus olduğunu demişdir. O, əldə etdiyi puldan heç kimə verməmiş, özünə sərf etmişdir. Həmin oğurluq cinayətini özü tək törətmiş, ona kömək edən olmamışdır. 06 ədəd radiatorlar, 01 ədəd musiqi mərkəzi və 01 ədəd seyf qapını tutulandan sonra polislərə təqdim etmişdir. Bundan başqa, o, pula ehtiyacı olduğu üçün Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivindən yenidən oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları massivinə getmiş və həmin ərazidə yerləşən adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs8 məxsus iki mərtəbəli yaşayış evinin həyətinin ətrafına çəkilmiş hasardan həyətə keçmiş və evdə adam olmadığını görüb həyətdə 8 ədəd dəmir radiatorları, 1 ədəd caqquzi vanna, 2 ədəd plastik qapı olduğunu görmüş və həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, həmin əşyaları həyətdə olan araba ilə qonşuluqda olan yaşayış olmayan yarımtikilinin içərisinə daşımağa başlamışdır. Həmin əşyaları qeyd etdiyi tikilinin içərisinə daşıdıqdan sonra o, həmin gün axşam üstü oraya çağırdığı gümüşü rəngli Opel markalı taksi ilə radiatorları Sumqayıt şəhəri, Alminum zavod adlanan yerdə metal toplanan sexə aparıb həmin sexdə işləyən alıcıya 142 manata satmışdır. Pulu aldıqdan sonra həmin pulu şəxsi təlabatları üçün xərcləmişdir. Həmin şəxs bu əşyaların oğurluq yolu ilə əldə etdiyini bilməmiş, həmin əşyaların özünə məxsus olduğunu demişdir. Əldə etdiyi puldan heç kimə verməmiş, özünə sərf etmişdir. Həmin oğurluq cinayətini özü tək törətmiş, ona kömək edən olmamışdır. Bir neçə gün sonra polislər onu saxlamışlar və o, qeyd etdiyi oğurluq hadisəsini etiraf edərək boynuna almışdır. Oğurladığı qapı və caqquzi adlanan vannanı yığdığı yaşayış olmayan həmin evdə olmuş və təhqiqat araşdırması zamanı təqdim etmişdir. Bundan başqa, X6 uzun müddətdir tanıyır, onunla bir məhəllədə yaşamışlar, onun dostudur. Maddi vəziyyətləri pis və pula ehtiyacları olduğu üçün onlar oğurluq etmək qərarına gəlmişlər. Belə ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində onlar görüşüb Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində gəzişərək oğurluq etmək üçün münasib bir ev axtarmışlar. Onların qarşısına bir fərdi yaşayış evi çıxmış, həmin evin işıqları sönülü olduğu üçün evin hasarına dırmaşıb həyətə və ətrafa nəzər yetirib heç kimi ətrafda olmamasına tam əmin olduqdan sonra hasardan evin həyətinə keçmişlər. Daha sonra evə yaxınlaşmışlar, evin hamam otağının pəncərəsinin nəfəsliyi açıq olduğu üçün oradan keçib evə daxil olmuşlar. Oradan 01 ədəd 24-lük kombi aparatını və 01 ədəd samovarı oğurlayıb, həmin əşyaları gətirib evinin həyətində yığmışlar. Həmin vaxt evdə heç kim olmamış, Fərid Qurbanov çıxıb getmişdir. Aralarında səhərisi günü onunla danışıb görüşüb həmin əyşaları götürüb aparıb satmaq barədə razılığa gəlmişlər. Həmin günün səhərisi saat 10 radələrində o, avtomobil tapıb həmin əşyaları yükləyib aparıb satması üçün evdən çıxaraq yaxınlıqdakı «Al» marketə tərəf getmişdir. Evdən çıxarkən Fərid Qurbanova da zəng edərək həmin yerə gəlməsini xahiş etmişdir. Həmin marketin yaxınlığında «Kia- Rio» markalı avtomobili görüb onun adını bilmədiyi, tanımadığı sürücüsünə yaxınlaşıb özünə məxsus olan evdən köhnə məişət əşyalarını aparıb satmaq istədiyini və həmin əşyaları onun avtomobilinə yükləyib satacağı yerə aparmasını xahiş etmişdir. O da razılaşmış və onlar maşına əyləşib Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivinə gedərkən Fərid Qurbanov da onları görüb yaxınlaşıb maşına əyləşmişdir. Onlar evə getmişlər, evə çatdıqda avtomobildən düşərək evin darvazasının qapısını açıb içəriyə girib 01 ədəd kombi aparatını və 01 ədəd samovarı götürüb onun avtomobilinin arxa yük yerinə yerləşdirmişlər. Daha sonra onlar oradan çıxıb Sumqayıt şəhəri, Şərq bazarında yerləşən məişət əşyaları alan ünvana getmişlər. Orada onlar həmin əşyaları maşından götürüb tanımadığı bir nəfərə hər ikisini 200 manata satmışlar və yenidən qayıdıb maşına əyləşərək sürücüyə xidmət haqqı kimi 5 manat pul vermişlər. Onlar oradan çıxıb Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində getmişlər. Sürücü də oradan çıxıb getmişdir. Sürücünün həmin əşyaları oğurluq yolu ilə əldə etməsi barədə heç bir xəbəri olmamış, ona bu barədə heç nə deməmişlər, sürücüyə həmin əşyaların özünə məxsus olduğunu, köhnəolduğu üçün satmaq istədiyini demişdir. Həmin oğurluq cinayətini dostu Fərid Qurbanovla birlikdə törətmiş, onlara başqa kömək edən olmamışdır. Əldə etdiyi pulu da öz aralarında bölmüşlər və həmin puldan heç kimə verməmişdir. Bundan başqa, pula ehtiyacı olduğu üçün yaşadığı Sumqayıt şəhəri Qurd dərəsi bağlarında yenidən oğurluq etmək fikrinə düşmüş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə təxminən 02-03 radələrində küçəyə çıxmış və özü 5-ci dayanacaqda yaşadığı üçün 6-cı dayanacağa tərəf quyu yerləşən tərəfə bağ evlərinə baxa-baxa getmişdir. Orada yerləşən evlərdən birinin darvazasının bağlı olduğunu görmüş, darvazanın yanından hasara çıxıb həyətə keçmişdir .Birmərtəbəli daşdan tikilmiş evin qarşı tərəfində olan dəmiri yoxlamış bağlı olmuş və evin arxa tərəfinə keçmişdir. Nəfəslik görmüş və onu çıxardıb içəriyə, yəni vanna otağına daxil olmuşdur. Oradan otaqlara keçib baxmış və evin girişində dəhlizdə yeşik olduğu üçün onu açıb içərisində 1-ədəd drel , stolun üstündə olan 1 ədəd plastik boru ütüsü ləvazimatları ilə birlikdə, həmin dəhlizdə digər tərəfində yerdə 1 ədəd prefirator və 1 ədəd od samovarı, 2 ədəd laqonda, 2 ədəd prefirator və təxminən 30 metr elektrik naqilini götürüb onları hissəhissə həmin girdiyi nəfəslikdən çöl tərəfə çıxartmış və oradan götürdüyü bir ədəd kisəyə yığmış və darvazanı açıb yaxınlığında yerləşən boş sahədə gizlətmişdir. Sonra o yenidən qayıtmış həmin evə və həyətyanı sahəyə baxmış və evin qarşısında 8 ədəd 4 metrlik istifadə olunmuş köhnə dəmir su borularını görmüş və hərəsini ayrı-ayrılıqda yaxınlıqda olan sahəyə gətirib oğurladığı digər avadanlıqların yanında gizlətmişdir. Təxminən 2 gün sonra oğurladığı əşyaları Lalafo saytda elana yerləşdirmiş və bir gün sonra ona bir nəfər şəxs xatırlamadığı mobil telefon nömrəsindən zəng edərək, «Lalafo.az» saytında yerləşdiyi həmin oğurluq əşyalarına baxıb almaq istədiyini bildirmişdir. Daha sonra o həmin şəxslə Qurd dərəsində görüşmüş, 1 ədəd drel, 1 ədəd plastik boru ütüsü ləvazimatları ilə birlikdə 3 ədəd prefirator, 2 ədəd laqonda və təxminən 30 metr elektrik naqilini tanımadığı həmin şəxsə 200 manata, 1 ədəd od samovarını isə 80 manata satmışdır, həmin şəxs bu əşyaların oğurluq yolu ilə əldə etdiyini bilməmiş, həmin əşyaların özünə məxsus olduğunu ona demişdir. Əldə etdiyi puldan heç kimə verməmiş, özünə sərf etmişdir. Həmin oğurluq cinayətini özü tək törətmiş, ona kömək edən olmamışdır. Bundan başqa onun cə F.Qurbanovun ehtiyacları olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində onlar Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində görüşüb həmin ərazidən oğurluq etmək qərarına gəlmişlər. Həmin ərazidə olarkən rastlarına bir ev çıxmış, onlar evdə və ətrafda heç kiminin olmadığına tam əmin olduqdan sonra evin həyətinin kənarına çəkilən daş hasardan aşıb həyətə daxil olaraq evin arxa tərəfində olan kiçik həcmli tikilini görüb həmin tikilinin dəmir qapısını açdıqda içərisində ağ rəngli kombi olduğunu görüb həmin kombi aparatını söküb oğurlayaraq satıb pul əldə etməyi fikirləşmişlər. Sonra o, Fəridlə kombiyə gələn su xəttini bağlayıb həmin kombini Fərid Qurbanovun üzərində götürdüyü açarla borularından açaraq həyətə girdikləri yerdə küçəyə çıxarmışlar. Sonra onlar həmin kombini oğurladıqları yerdən bir qədər kənarlaşıb yaşayış olmayan bir bağa qoymuşlar. Sonra hər kəs öz evinə getmişdir. Həmin günün səhəri kombini qoyduqları yerdə görüşüb şəkilini çəkərək lalafo saytına yerləşdirib satışa çıxartmışlar. Elə həmin gün tanımadığı lalafo saytından tapdıqları bir oğlana həmin kombini 200 manata satmışlar və pulu aralarında bölmüşlər. Həmin şəxsin kombini oğurluq olması barədə heç bir xəbəri olmamış, ona bu barədə heç nə deməmişlər. Həmin oğurluq cinayətini ikisi törətmişlər, onlar kömək edən olmamışdır. Bundan başqa, pula ehtiyacı olduğu üçün yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında yenidən oğurluq etmək fikrinə düşmüş, bu məqsədlə 10 noyabr 2022-ci il gecə saat təxminən 01-02 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində gəzişərək oğurluq etmək üçün münasib bir ev axtarmış, onun qarşısına bir bağ evi çıxmış, həmin evin işıqları sönülü olduğu üçün evin hasarına dırmaşıb həyətə və ətrafa nəzər yetirib heç kimin olmamasına tam əmin oluduqdan sonra hasardan eyin həyətinə keçmişdir. Daha sonra evə yaxınlaşmış, pəncərənin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə qırmış, daha sonra plastik pəncərəni əli ilə sıxıb açaraq içəriyə daxil olaraq yataq otağında olan kombi qızdırıcısını və 2 ədəd radiatorları oğurlayıb oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları aparıb yaxınlıqdakı boş yarımçıq tikilinin içərisində gizlətmişdir. Həmin günün səhərisi isə saat 10 radələrində həmin yerə gəlib gizlətdiyi əşyaları götürmüş, Sumqayıt şəhəri, Kolxoz bazarı adlanan ərazidə yoldan keçən tanımadığı şəxsə 80 manata satmışdır. Həmin şəxs bu əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, sonuncuya həmin əşyaların özünə məxsus olduğunu demişdir. Əldə etdiyi puldan heç kimə verməmiş və özünə sərf etmişdir. Eyni zamanda həmin oğurluq cinayətini özü tək törətmiş, ona kömək edən olmamışdır. O, ilkin izahatında yalandan guya oğurladığı kombi aparatını müvəqqəti saxlamaq üçün Aqil adlı şəxsə verdiyini göstərmiş, əslində onun Aqil adlı tanışı olmamış və ona kombi verməmiş, belə hal ümumiyyətlə olmamışdır. Kombini də radiatorlarla birlikdə tanımadığı şəxsə ümumilikdə 80 manata satmışdır. Bundan başqa, onun və F.Qurbanovun pula ehtiyacları olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 1-2 radələrində onlar məhəllədə görüşüb, Sumqayıt şəhəri, Novxanı bağlarına gedib orada yerləşən tanımadığı bir evə girib oradan nəsə oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə Fəridlə Novxanı bağlarına yollanıb orada tanımadığı və yaşayış olmayan bir evə daxil olmuşlar. Həmin evin həyətinə divardan tullanıb keçmişlər, həyətə düşəndən sonra gecə saatlarında sakitçilik olmasını görüb qaranlıqdan istifadə edərək həyəti gəzməyə başlamışlar, bu zaman həyətdə olan hamama daxil olmuşlar, hamamda olan kombi istilik sistemini yerindən çıxarıb yerə qoymuşlar, daha sonra həmin kombini evin divarından küçəyə çıxarıb oğurlayaraq oradan uzaqlaşmışlar. Həmin kombini gecə saatlarında Novxanıda tanımadıqları sahibsiz yarımtikilinin həyətinə qoyub orada gizlətmişlər. Həmin yarımtikilinin qapısı olmamış və boş sahə olmuşdur. Həmin günün səhərisi Fəridlə görüşüb taksiyə əyləşib, taksi avtomobili ilə həmin yarımtikiliyə yollanmışlar. Oradan kombini götürüb şəklini çəkərək “lalafo” internet satış səhifəsində yerləşdirmişlər, təxminən bir saatdan sonra tanımadığı naməlum şəxs zəng edərək həmin kombini 200 manata almaq istədiyini bildirmiş, o da onunla razılaşmış, həmin şəxslə görüşüb kombini 200 manata satmışlar və pulu aralarında bölmüşlər. Həmin şəxsin kombini oğurluq yolu ilə əldə etdiklərini bilməmiş, ona bu barədə heç nə deməmişlər. Həmin oğurluq cinayətini onlar ikisi törətmişlər, onlara kömək edən olmamışdır, əldə etdikləri puldan heç kimə verməmişlər, həmin puu olar öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 01-02 radələrində onlar Sumqayıt şəhəri Novxanı bağlar ərazisində görüşüb həmin ərazidən oğurluq etmək qərarına gəlmişlər. Həmin ərazidə olarkən rastlarına bir ev çıxmış, onlar evdə və ətrafda heç kiminin olmamasına tam əmin olduqdan sonra evin həyətinin kənarına çəkilən daş hasardan aşıb həyətə daxil olaraq evin arxa tərəfində olan kiçik həcmli tikilini görüb həmin tikilinin taxta qapısını açdıqda içərisində kombi olduğunu görüb həmin kombi aparatını söküb oğurlayaraq satıb pul əldə etməyi fikirləşmişlər. Sonra Fəridlə o kombiyə gələn su xəttini bağlayıb Fərid Qurbanov üzərində götürdüyü açarla borularından açaraq həyətə girdikləri yerdə küçəyə çıxartmışlar, sonra onlar həmin kombini oğurladıqları yerdən bir qədər kənarlaşıb yaşayış olmayan bir bağa qoymuşlar, daha sonra hər kəs evinə getmişdir. Həmin günün səhərisi kombini qoyduqları yerdə şəklini çəkərək «Lalafo.az» saytına yerləşdirib satışa çıxartmışlar. Sonra onlar həmin kombi aparatını Sumqayıt şəhəri Qurd dərəsi adlanan yerdə yaşayan Fəridin atası Əlivanın evinin həyətinə gətirib qoymuşlar. Həmin vaxt evdə heç kim olmamışdır. Həmin günün səhərisi onlar həmin evin həyətində saxladıqları həmin kombi aparatını gqtürüb aparıb tanımadıqları şəxsə 250 manata satmışlar və pulu da öz aralarında bölmüşlər. Həmin şəxsin kombini oğurluq yolu ilə əldə etdiyindən xəbəri olmamışdır. Həmin oğurluq cinayətini onlar ikisi törətmişlər, onlara kömək edən olmamışdır, əldə etdiyi puldan heç kimə verməmişlər, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə o xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivinə getmiş, orada gəzişib oğurluq etmək üçün münasib ev axtararkən qarşısına bir fərdi yaşayış ev çıxmışdır. Həmin evin işıqları sönülü olmuş, o hasara dırmaşıb ətrafa və evin həyətinə baxıb evdə heç kimin olmamasına tam əmin olduqdan sonra hasardan evin həyətinə aşıb evin həyətinə daxil olmuşdur. Həyətdə yardımçı tikilinin dəmir giriş qapısını yerdən tapdığı dəmir parça ilə qırıb içəriyə daxil olmuş və içəridə quraşdırılmış 01 ədəd kombi aparatını sökmüş, daha sonra həmin kombi aparatı ilə kombi üçün elektrik stabilizatoru, 1 ədəd samovarı, 1 ədəd 16-lıq ikitəkərli uşaq velosipedi, qatlanan nərdivan oğurlayıb çölə çıxartmışdır. Daha sonra evin аrxа tərəfində olan yardımçı tikiliyə yaxınlışıb onun pəncərəsinin dəmir barmaqlığını həmin dəmir parçası ilə qırıb oradan 3 ədəd “BK-250” markalı kondisionerləri, 2 ədəd “Samsung” markalı televizorla bir-bir çıxardıb evin həyətinə, oradan da hissə-hissə küçəyə çıxardıb yığmışdır. Daha sonra yola çıxıb yoldan keçən markasını və nömrəsini xatırlamadığı taksi maşının saxladıb həmin yerə gəlmiş və oğurladığı əşyaları həmin avtomobin yük yerinə yığıb Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən yaşayış olmayan bağa aparıb ora boşaltmış və onların şəklini çəkib «lalafo.az» saytına yerləşdirmiş və həmin əşyaları saytda satışa çıxarmış, ona zəng edən tanımadığı 03 adama satmışdır. Əldə etdiyi cəmi 800 manat pulu özünə sərf etmiş, heç kimə verməmişdir. Həmin oğurluğu özü tək törətmiş, ona heç kim kömək etməmişdir. Bundan başqa pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə o həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisinə getmişdir. Orada piyada gəzərək oğurluq etmək üçün yaşayış olmayan bir ev axtarmış, həmin vaxt qarşısına işığı sönülü olan sonradan Zərərçəkmiş şəxs11 məxsus olan ev çıxmışdır. O, hasara dırmaşıb ətrafa və evin həyətinə baxıb evdə heç kimin olmamasına tam əmin olduqdan sonra hasardan evin həyətinə aşmış, elə bu vaxt sol tərəfdə qazanxananın olduğunu görüb ora yaxınlaşıb plastik qapının dəstəyindən tutarkən açıq olduğunu görüb içəriyə daxil olub oradakı bir ədəd «Sime» markalı kombi aparatını özü ilə gətirdiyi inglis açarı ilə açıb həyətə, oradan üzərindəki iplə bağlayıb hasardan küçəyə düşürtmüş, daha sonra özü də hasardan yola aşaraq həmin kombi aparatını götürüb piyada yaşadığı evə aparmış, inglis açarını yolda gedərkən harasa tullamışdır. Sonradan Sumqayıt ŞPİ-nin İŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin oğurluğu özü tək törətmiş, ona heç kim kömək etməmişdir. Bundan başqa onun və Fərid Qurbanovun pula ehtiyacları olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə onlar birlikdə xx.xx.2022-ci il tarixdə saat 02 .iradələrində görüşüb Sumqayıt şəhəri Novxanı bağları ərazisinə getmişlər, orada gəzişib oğurluq etmək üçün münasib ev axtarmışlar. Onların rastlarına bir fərdi yaşayış evi çıxmış, həmin evin işıqları sönülü olmuş, onlar hasara dırmaşıb ətrafa və evin həyətinə baxıb evdə heç kimin olmamasına tam əmin olduqdan sonra hasardan evin həyətinə aşmışlar, evin həyətində yerləşən saxlanc yerinə yaxınlaşıb dəmir barmaqlıqlarını aralayıb plastik pəncərədən evə daxil olaraq oradan 01 ədəd kombi aparatını, 02 ədəd notbuku, 01 ədəd ətçəkən maşını, 01 ədəd elektrik tənzimləyicini, 01 ədəd samovarı oğurlayıb onları çölə çıxartmışlar, daha sonra yoldan keçən markasını və nömrəsini xatırlamadığı taksi maşını ilə onları F.Qurbanovun yaşadığı evə gətirib səhər aparıb satmaq üçün qoymuşlar, lakin polis əməkdaşları onları tutub saxladığı üçün onlar həmin əşyaları aparıb sata bilməmişlər. Fərid Qurbanov həmin əşyaları polislərə təqdim etmişdir. Həmin oğurluq cinayətini onlar ikisi törətmişlər, onlara kömək edən olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və qismən ödənişlər etməsini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ona məxsus Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yerləşən bağ evinə gələn zaman hamam otağının nəfəsliyinin çıxarıldığını görmüş, sonra evə daxil olub nəzər yetirdikdə evin giriş dəhlizində olan yeşikdən 01 ədəd drel, sol tərəfində olan masanın üstündən plastik boru ütüsü ləvazimatlar ilə birlikdə, sağ tərəfində dəhlizdən 01 ədəd preferator, 01 ədəd samovar, sol tərəfində yerdə 02 ədəd laqonda, 02 ədəd preferator, yanında 30 metr uzunluğunda olan elektrik naqili, həyətyanı sahədən 08 ədəd istifadə olunmuş borular naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını görmüşdür. Daha sonra o, bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, oğurlanmış əşyalar 1 ədəd istifadə olunmuş 5 litr həcmli samovar, 1 ədəd istifadə olunmuş BOSCH markalı, 700 W drel, 1 ədəd plastik boru ütüsü ləvazimatları ilə birlikdə, 3 ədəd istifadə olunmuş BOSCH markalı 800 W pereferator, 2 ədəd BOSCH markalı 2200 W GWS 2200 modelli laqonda, 30 metr 4mm-lik elektrik naqil və 8 ədəd hər biri 4 metr olmaqla 10 sm ölçülü rusiya istehsallı dəmir borular olmuşdur. Baş Vermiş oğurluq nəticəsində ona 2500 manat maddi ziyan vurulmuşdur. İlkin izahatında o samovarın həcmini səhvən 12 litr kimi yazmış, əslində oğurlanmış samovarın həcmi 5 litr lolmuşdur. Daha sonra Zərərçəkmiş şəxs2 şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağlarında bağ evi var, uzun müddət həmin bağda yaşamamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin ünvana gedən zaman oradan 1 il istifadə olunmuş 32-lik “Baymak” markalı kombi istilik şəbəkəsinin oğurlanmasını görmüş və oğurluq nəticəsində ona təxminən 1500 manat maddi ziyan vurulmuşdur. O bu barədə ərizə ilə polisə müraciət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində fərdi evi var. Həmin bağ evində yaşamaq üçün bütün şərait və əşyalar olmuşdur. Sonuncu dəfə həmin evdə 2022-ci ilin may ayında olmuşdur. Təxminən bir neçə gün əvvəl ona məxsus bağ evindən oğurluq olmasını ona bildirmişlər, daha sonra o, həmin bağ evinə gəlmiş və bu zaman həmin bağ evində olan evdən təqribən 12.000 manat məbləğində əmlakı oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 30.000 manatdan çox ziyan dəymişdir. İstintaq zamanı müstəntiq tərəfindən dəvət edilməmiş, ifadəsi alınmamış və iş materialları ilə tanış edilməmişdir. Əgər dəvət edilmiş olsa idi bu barədə ifadə verərdi. İstintaq sənədlərində onun adından icra edilmiş imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, xx.xx.2022 ci il tarixdə toy mərasimi ilə əlaqədar Şəki şəhərinə getmiş, xx.xx.2022 ci il tarixə saat 00:40-da bağına nəzarət edən Nüsrət həyətə baxmış və çıxıb öz evinə getmişdir. xx.xx.2022 ci il tarixdə saat 08 radələrində Nüsrət ona zəng vurub həyətdə açıq sahədə olan qapısı daim açıq vəziyyətdə olan kombi otağının içərisindən markasını yadında olmayan 2020-ci il tarixdə 1200 manata aldığı hal hazırki dəyəri 450 manat olan işlənmiş köhnə 40-lıq “Demirdöküm” markalı kombi aparatının torbasını kəsərək kombi aparatını oğurlandığını bildirmişdir. O, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunaraq, ondan izahat alınmışdır. Beləliklə də hadisə nəticəsində ona 450 manat ziyan vurulmuşdur. İstintaq sənədlərində onun adından icra edilmiş imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, onun Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən 154B saylı evi var. Həmin bağ evində sonuncu dəfə 2022-ci ilin noyabr ayının təxminən 10-12də olmuş, həmin vaxtdan sonra bağ evinə getməmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində həmin bağ evinə getmiş və evin həyətinin kənarında olan darvazanı açmaq istədikdə darvazanın arxasında olan rəzənin bağlı olduğunu gəlmişdir. Ona görə də hasardan həyətə keçib darvazanın qapısını açmış, darvazanın rəzəsinin bağlı olması onu şübhələndirmiş həyətə keçdikdə həyətdə olan yardımçı tikilinin dəmir giriş qapısı açıq olduğunu görmüşdür. Qapının daxili kilidi sındırılmış, içəri daxi। olanda içəridə quraşdırılmış 34-lük İmerqaz kombi aparatı və 01 ədəd 01 il istifadə olunmuş “Baysallar” markalı kombi üçün elektrik stabilizator 1 ədəd istifadə olunmuş 5 litr həcmli samovar, orada saxladığı 1 ədəd 16-lıq iki təkərli “Formula” markalı uşaq velosipedi, 1 ədəd 4 metrlik qatlanan nərdivan yerində olmadığını görmüşdür. Sonra evin arxa tərəfində olan yardımçı tikilinin pəncərəsinin dəmir barmaqlığının sındırıldığını, orada saxladıqları3 ədəd “BK-250” markalı Bakı istehsalı olan yeni kondisioner, 2 ədəd istifadə olunmuş “Samsung” markalı 52 ekran köhnə model televizorlar oğurlanmışdır. Bu səbəbdən o, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 3600 manat məbləğində ziyan vurulmuşdur. İstintaq zamanı müstəntiq dəvət edərək ifadəsini almamış, iş materialları ilə tanış etməmiş, ekspertiza təyin edilməsi qərarından məlumatı olmamış, zərərçəkmiş şəxs kimi o heç bir istintaq hərəkətində iştirak etməmişdir. Onun adından icra edilmiş imzalar başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, onun və ailəsinin Sumqayıt şəhəri, Novxanı bağları ərazisində fərdi yaşayış evləri olsa da, orada heç kim yaşamamışdır. xx.xx.2022-ci il tarixdə səhər satalarında həmin evə getmiş və həmin fərdi yaşayış evində heç kimin olmadığı müddət ərzində naməlum şəxslər dəmir barmaqlıqların aralanması yolu ilə saxlanc yerinə girilmiş və orada olan 1 ədəd “Fujitsu” markalı notebook, 1 ədəd “HP” markalı notebook, 1 ədəd “Unikal 24" markalı kombi aparatı və 1 ədəd “Hidrotherm" markalı kombi üçün elektrik tənzimləyici (stabilizator), 1 ədəd “Kenwood” markalıət çəkən maşın və 1 ədəd istifadə olunmuş samovar oğurlandığını müəyyən etmişdir. Daha sonra o, baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə müraciət etmiş və onun izahatını almışdır. Beləliklə də, həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 2000 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin aradan qaldırılmasını və şikayətçi olmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyan ödənildiyini, şikayət və tələbinin olmadığı bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşasa da, onun Sumqayıt şəhəri Qurd dərəsi yaşayış masisivində fərdi evi olmuş, həmin evdə hazırda heç kim yaşamamışdır. Həmin evə yaxınlıqda yaşayan qardaşı Rayət nəzarət etmiş, özü isə hər ay iki dəfə həmin evə gəlmişdir. 2022-ci ilin oktyabr ayının təxminən 15-də o, həmin fərdi yaşayış evinə gəlmiş və bu zaman evə nəzər yetirdikdə pəncərənin nəfəsliyindən keçilməsi yolu ilə evdə olan 2 il istifadə olunmuş 24-lük “İmerqaz” markalı kombi aparatı və 1978-ci il istehsallı 5 litrlik samovar oğurlandığını görmüşdür. O, bu barədə sahə müvəkkilinə bildirmiş, daha sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 1500 manat ziyan dəymişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyan ödənildiyini, şikayət və tələbinin olmadığı bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində ev soyuq olduğu üçün yuxudan oyanmışdır. Evin arxa tərəfində arxa divarında quraşdırdığı “Vanward 30” markalı təxminən 1050 manat dəyəri olan kombi aparatı yerindən sökülüb oğurlanmışdır. O da həmin gün bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verib daha sonra Sumqayıt ŞPİ 1-ci PB-yə gedib ərizə yazmış, orada izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1050 manat maddi ziyan dəymişdir. Ərizəsində və ilkin izahatında o vurulmuş ziyanın məbləğini səhvən 450 manat kimi göstərmiş, əslində ona 1050 manat ziyan vurulmuşdur. Oğurlanan kombi aparatının markası 28-lik “Vanward 30” olmuşdur. Sonradan onun evindən kombini oğurlayan şəxsin Sumqayıt şəhər sakinləri X9 Baxşiyev olduğunu öyrənmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs11 Səfadır oğlu məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyan ödənildiyini, şikayət və tələbinin olmadığı bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs11 Səfadır oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu Novxanı kəndi Ə.Əzimzadə küçəsi ev 93-də 30 sot torpaq sahəsi olmuş, həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmışdır. Həmin evdə yaşayış üçün hər bir şərait olsa da, faktiki olaraq orada heç kim yaşamamışdır. Evin arxa hisəssində 3x3 metr ölçüdə qazanxana olmuş, orada 01 ədəd “Sime” markalı İtaliya istehsalı olan 32 litr həcmli kombi aparatı olmuşdur. Hər gün həmin evə gedib baş çəkmişdir. Qazanxanada təmir işləri getdiyi üçün qapısı gün ərzində açıq olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində həmin evə baş çəkmək üçün getdikdə, qazanxadana quraşdırılmış kombi aparatının yerində olmadığını Oğurlandığını aşkar etmişdir. Dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 1800 manat maddi ziyan vurulmuşdur. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyan ödənildiyini, şikayət və tələbinin olmadığı bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs11 Sə Zərərçəkmiş şəxs7 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində 3-4-cü dayanacaqda yerləşən bağ evi var, həmin evdə daimi yaşayış olmamış, o vaxtaşırı həmin ünvana gedib-gəlmişdir. xx.xx.2022-ci il tarixdə öz bağ evinə getdiyi zaman, avtomaşını həyətə salmış və evin həyətində olan anbarın qapısının və evin birinci mərtəbəsinin dəmir barmaqlıqlarının sındığını görmüşdür. Həmin vaxt evdən oğurluq olduğunu başa düşmüş, buna görə də evin əmlaklarına baxmış və bu zaman ona evinə daxil olan naməlum şəxs və ya şəxslər evin dəmir barmaqlıqlarını sındıraraq daxil olub, evin birinci mərtəbəsində markasını xatırlamadığı dəmir “ventelyator”, musiqi mərkəzinin, ütünün, ikinci mərtəbədən bir ədəd 82 ekran “Hofman” markalı televizor , t undan başqa evin həyətindəki anbardan 50 metr, 6-lıq kabel, 6 ədəd radiator, 1 ədəd plastmas boru ütüsü, 3 ədəd projektor, 60 4-lek kabel, 2 ədəd 10 kq-lıq alüminium c.azanlar, 1 ədəd seyf qapı, 1 ədəd qədimi 10 litrlik samovar, 2 ədəd 1.2x1.6-lıq plastik pəncərə, 2 ədəd 90x2.1 metr plastik qapı, 60 metr 50 diametriik dəmir boruların oğurlandığını aşkar etmişdir. Buna görə də o DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları həmin şəxsin Fərid adlı şəxs olduğunu müəyyən ətmişlər və F.Qurbanov oğurladığı əmlaklardan musiqi mərkəzini, 5 ədəd radiatoru, gizlətdiyi yeri bildirmiş və özünün iştirakı ilə onlar həmin əmlaklan götürmüş, o, digər əmlakları satdığını bildirmişdir. Ona ümumilikdə təxminən 2000 (iki min) manat maddi ziyan dəymişdir. Dəmir “ventelyator”un markasını xatırlamamış, bu ilik əvvəli 50 manata almış, “Sony” markalı musiqi mərkəzini təxminən 400 manata almış və hazırda 150 manat dəyərində olar, ütüsünün markasını xatırlamamış, 2021-ci ildə Gəncə şəhərindən 80 manata almış, bir ədəd 82 ekran “Hofman” markalı televizoru 2021-ci ildə 400 manata almış, 50 metr, 6-lıq mis kabelin ümumi dəyəri 70 manat, 6 ədəd işlənmiş radiatorun dəyəri təxminən 300 manat olmuş, 1 ədəd plastmas boru ütüsünün markasını xatırlamamış, 80 manata almış, 3 ədəd 500-lük projektorun bir ədədini 50 manata olmaqla 3 ədədini 150 manata almış, 60metr 4x4 mis kabelin kabelin dəyəri 120 manat olmuş, 2 ədəd 10 kq-lıq alüminium qazanların qiymətini bilməmiş, yadigar olmuş, ümumilkdə 4-ü birlikdə 150 manat dəyərində olmuş, 1 ədəd 1x210 metr dəmir seyf qapının 100 manat dəyərində olmuş, 1 ədəd qədimi 10 litrlik samovarın dəyəri 400 manat olmuş, 2 ədəd 1.2x1.6-lıq plastik pəncərənin dəyəri ikisi birlikdə 160 manat, 2 ədəd 90x2.1 metr plastik qapı ikisi birlikdə 180 manat dəyərində olmuş, 60 metr 50 diametriik dəmir boruların hər biri 3 metrdən olmaqla 20 ədəd olmuşdur. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs5 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən 3928 saylı bağ evi var. Həmin bağda yaşamasalar da, arada bir bağa gedib-gəlirlər. Sonuncu dəfə bağa xx.xx.2022-ci il tarixdə getmiş və daha sonra çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında növbəti dəfə bağa gəlib evə daxil olduqda evin yataq otağının pəncərəsinin dəmir barmaqlığının sındırıldığını və pəncərənin bir tayının açıq vəziyyətdə olmasını görmüş, bundan sonra evə daxil olub nəzər yetirmiş və bağ evinin yataq otağında döşəmənin üzərinə qoyduğu yeni olan 24-lük “İmerqaz” kombi aparatnın, 1 ədəd Türkiyə İstehsalı olan 5 seksiyalı radiator və 1 ədəd Türkiyə istehsalı olan 8 seksiyalı radiatorun yerində olmadığını aşkar etmişdir. Oğurlanmış kombi aparatını 700 manata almış, təzə vəziyyətdə olmuş, 5 seksiyalı radiatoru 75 manat, 8 seksiyalı radiatoru isə 120 manata almışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 895 manat maddi ziyan vurulmuşdur. Hadisə ilə əlaqədar o ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə müraciət etmişdir. Sonradan onun evindən kombini oğurlayan şəxs Sumqayıt şəhər sakinləri Fərid Baxşıyev olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Talib oğlu Təqsirləndirilən şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, «Kia-Rio» markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobillə taksi fəaliiyəti ilə məşğuldur. 2022-ci ilin oktyabr ayının ortalarında əvvəllər işlədiyi Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində yerləşən «Al» Marketdə olarkən sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ona məxsus olan evindən köhnə məişət əşyalarını aparıb satmaq istədiyini və həmin əşyaları onun avtomobilinə yükləyib satacağı yerə aparmasını xahiş etmiş, o da razılaşmış və onlar maşına əyləşib onun dediyi ünvana, yəni Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivinə getmək istəyərkən bir nəfər tanımadığı şəxs də maşına əyləşərək Fəridin tanışı olduğunu bildirmişdir. Söhbət əsnasında onlar bir-birinə «adaş, jadaş» demişlər. Bundan sonra onlar Fəridin dediyi ünvana getmişlər və onlar |avtomobildən düşərək hansısa fərdi evin darvazasının qapısını açıb içəriyə girib həmin əşyaları, yəni 01 ədəd kombi aparatını və 01 ədəd samovarı onun avtomobilinin arxa yük yerinə yerləşdirmişlər. Daha sonra onlar oradan çıxıb Fəridin dediyi Sumqayıt şəhəri, “Şərq” bazarında yerləşən məişət əşyaları alan ünvana getmişlər. Orada Fərid və onun tanışı həmin əşyaları maşından götürüb tanımadığı bir nəfər şəxsə satmışlar və ona xidmət haqqı kimi 5 manat pul vermişlər. O, onları Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində düşürtmüş, onlar çıxıb getmişlər. Baş vermiş oğurluq hadisəsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur, o həmin əşyaların Fəridgil tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilməmiş, bu barədə də heç bir məlumatı olmamışdır. Fərid ona həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 104-ci vərəqəsində olan qətimkan tədbiri seçiməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 182-183-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 114-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 17 mart 2023-cü il tarixli, 9/1962 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti iləümumi dəyəri təxminən 2475 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. 1. 20 manat dəyərində olan 01 ədəd dəmir ventelyator; 2. 25 manat dəyərində olan 1 ədəd ütü; 3. 160 manat dəyərində 01 ədəd 82 ekran “Hoffman” markalı televizor; 4. 1 metri 80 qəpik 50 metri 40 manat dəyərində olan 50 metr 6-lıq mis kabel; 5. 40 manat dəyərində olan 01 ədəd plastmas boru ütüsü; 6. 1 ədədi 40 manat 3 ədədi 120 manat dəyərində olan 500-lük projektor; 7. 1 metri 1 manat 60 metri İsə 60 manat dəyərindəolan4x4 mis kabel; 8. 1 ədədi 60 manat 2 ədədi isə 120 manat dəyərində olan 10 kq-lıq alüminium qazan; 9. 250 manat dəyərində olan 1 ədəd qədimi 10 litrlik samovar; 10. 1 ədədi 100 manat 2 ədədi 200 manat dəyərində olan 1.2x1,6-lıq plastik pəncərə; 11.1 ədədi 140 manat 2 ədədi isə 280 manat dəyərində olan 90x 2.1 metr plastik qapı; 12. 1 ədədi 5 manat 20 ədədi isə 100 manat dəyərində olan 50 diametrlik dəmir borular (hər biri 3 metrlik). 13. 1 ədədi 150 manat dəyərində olan “Sony” markalı musiqi mərkəzi; 14. 1 ədədi 50 manat 6 ədədi 300 manat dəyərində olan istifadədə olmuş radiator; 15. 80 manat dəyərində olan 1x210 metr 01 ədəd dəmir seyf qapı; Cəmi: 1945 manat. Təqdim edilməyən mallar (nəzəri qaydada)
16. 70 manat dəyərində olan 01 ədəd “Termet” markalı su qızdırıcısı; 17. 1 ədədi 30 manat 8 ədədi 240 manat dəyərində olan istifadə olunmamış 8 seksiyahçuqun radiator; Təqdim edilmiş mallar: 18. 100 manat dəyərindəolan 01 ədəd vanna (cakuzi); 19. 1 ədədii 60 manat 2 ədədi 120 manat dəyərindəolan plastik qapı. Cəmi: 530 manat Ümumi məbləğ: 2475 manat Cinayət işinin 3-cü cild 115-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 118-121-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1977 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2022-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7143 manat müəyyən olunur. Həmin ayrı-ayrılıqda adlan və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Təqdim edilməyən mallar (nəzəri qaydada): 1. 450 manat dəyərindəolan 2 il istifadə olunmuş 24lük “İmerqaz “ markalı kombi; 2. 200 manat dəyərində olan 01 ədəd 1978-cİ il istehsallı 5 litrlik samovar; 3. 22. 140 manat dəyərində olan 01 ədəd istifadə olmuş 5 litr həcmli samovar; 4. 23. 50 manat dəyərində olan 01 ədəd istifadə olmuş BOSCH markalı 700 W drel; 5. 30 manat dəyərində olan plastik boru ütüsü ləvazimatları ilə birlikdə; 6. 01 ədədi 100 manat 3 ədədi 300 manat dəyərində olan 01 ədəd istifadədə olmuş “BOSCH” markalı 800 W perforator; 7. 1 ədədi 80 manat 2 ədədi 160 manat dəyərində olan 01 ədəd “BOSCH” markalı 2200 W GWS 2200 modelli laqonda; 8. 1 metri 60 qəpik 30 metri isə 18 manat dəyərində olan 4 mm-lik elektrik naqil; 9. 1 ədədi 10 manat 8 ədədi isə 80 manat dəyərində olan hər biri 4 metr olmaqla 10 sm ölçülü Rusiya istehsallı dəmir boruları; 10. 1200 manat dəyərində olan 01 ədəd istifadədə olmamış 24-lük “İmerqaz” kombi; 11. 60 manat dəyərində olan 01 ədəd istifadədə olmamış Türkiyə İstehsalı olan 5 seksiyalı radiator; 12. 95 manat dəyərində olan 01 ədəd istifadə olmamış Türkiyə istehsalı olan 8 seksiyalı radiator; 13. 650 manat dəyərində olan 01 ədəd 1 il istifadədə olmuş 32-lik “Baymak” markalı kombi; 14. 800 manat dəyərində olan 01 ədəd 3 il istifadə olunmuş 40lıq “Demirdöküm” markalı kombi; 15. 600 manat dəyərində olan 01 ədəd 1 il istifadədə olmuş 28-lik “Vanward 30” markalı kombi; 16. 30 manat dəyərində 01 ədəd 1 il istifadədə olmuş “Baysallar” markalı kombi üçün elektrik stabilizator; 17. 750 manat dəyərində olan 01 ədəd 1 il istifadə olmuş 34-lük “İmerqaz” markalı kombi; 18. 30 manat dəyərində olan 01 ədəd 1 il istifadədə olmuş “Hidrotherm markalı kombi üçün elektrik stabilizator; 19. 120 manat dəyərində olan 01 ədəd istifadədə olmuş 05 litr həcmli samovar; 20. 160 manat dəyərində olan 01 ədəd 16-lıq 2 təkərli «Formula» markalı uşaq velosipedi; 21. 40 manat dəyərində olan 01 ədəd 4 metrlik nərdivan; 22. Bir ədədi 50 manat üç ədədi 150 manat dəyərində olan «BK-250» markalı Bakı istehsalı olan yeni kondisionerlər; 23. biri 30 manat, ikisi 60 manat olan istifadədə olmuş «Samsunq» markalı 52 ekran köhnə model televizor; Təqdim edilmiş mallar; 24.120 manat dəyərində olan 01 ədəd «Fijutsu» markalı notebook; 25. 160 manat dəyərində olan 01 ədəd «HP» markalı notebook; 26.450 manat dəyərində olan 01 ədəd «Unikal 24» markalı kombi aparatı; 27. 30 manat dəyərində olan 01 ədəd «Hidrothem» markalı kombi üçün DVR- Ş00VA modelli elektrik stabilizator; 28.50 manat dəyərində olan 01 ədəd «Kenwud» markalı 1600 w ət çəkən maşın; 29. 160 manat dəyrəində olan 01 ədəd istifadədə olmuş samovar. Cəmi: 7143 manat. Cinayət işinin 3-cü cild 119-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 175-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2239 nömrəli rəyindən görünür ki, qərarda göstərilən 01 ədəd “Sime” markalı kombi aparatının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinəuyğyn olaraq 2022-ci ilin - noyabr ayına olan orta bazar qiyməti ilə təxminən 700 manat müəyyən olunur. Cinayət işinin 3-cü cild 176-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/420 nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 117-118-ci vərəqində olan zərər çəkmiş şəxsin CPM-nin 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs8” yazılarının qarşısında olan imza; 119-120-ci vərəqində olan zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah edilməsi, zərərşəkmiş şəxs qismində tanınması barədə qərarın surətinin və huquq, vəzifələrinə dair bildirişin verilməsi haqqında “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs8” yazılarının qarşısında olan imza; 121-ci vərəqində olan cinayət prosesini həyata keçirən orqana qarşı proses iştirakçısının etirazının olmaması haqqında “Protokolda “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs8” yazılarının qarşısında olan imza; 123-126-cı vərəqlərində olan zərərçəkmiş şəxsin dindirilməsi haqqında “Protokolun 1-ci vərəqində “İmza” qrafasında olan imza və vərəqin aşağı hissəsindəki imza, 2-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqinin orta hissəsində “İmza” qrafasında olan imza və vərəqin aşağı hissəsindəki imza, 4-cü vərəqində “İmza:” qrafasında “Zərərçəkmiş şəxs8” yazılarının qarşısında olan imza; cinayət işinin 3-cü cildinin 243-cü vərəqində olan ibtidai istintaqın qurtarması barədə zərər çəkmiş şəxsə məlumat vermə haqqında “ProtokoPda “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs8” yazılarının qarşısında olan imza; cinayət işinin 3-cü cildinin zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış edilməsi haqqında “Protokolda “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs8” yazılarının qarşısında olan imza - İSMAYİL ASƏF CABBAR oğlu tərəfindən icra edilmişdir. 2.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 209-cu vərəqində olan xx.xx.2022ci il tarixli şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə “Qərar”da “Zərərçəkmiş şəxs” qrafasında “Zərərçəkmiş şəxs9 Ənvər oğlu” yazılarının qarşısında olan imza; 210-211-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxsin CPM-nin 87-ci maddəsində nəzərdə tutulan Hüquq və vəzifələri barədə “Bildiriş’in 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs9 Ənvər oğlu” yazılarının qarşısında olan imza; 212-213-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah edilməsi, zərərçəkmiş şəxs qismində tanınması barədə qərarın surətinin və huquq, vəzifələrinə dair bildirişin verilməsi haqqında “Protokolun 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs9 Ənvər oğlu” yazılarının qarşısında olan imza; 214-cü vərəqində olan cinayət prosesini həyata keçirən orqana qarşı proses iştirakçısının etirazının olmaması haqqında” “Protokolda “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs9 Ənvər oğlu” yazılarının qarşısında olan imza; 215- 217-ci vərəqlərində; olan zərərçəkmiş şəxsin dindirilməsi haqqında “Protokolun 1-ci vərəqində “İmza” qrafasında olan imza, 2-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqində "İmza:” qrafasında “Zərərçəkmiş şəxs9” yazılarının qarşısında olan imza; cinayət işinin 3-cü cildinin 242-ci vərəqində olan 12 aprel 2023-cü il tarixli ibtidai istintaqın qurtarması barədə zərər çəkmiş şəxsə məlumat vermə haqqında “Protokol”da “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs9 Ənvər oğlu” yazılarının qarşısında olan imza; 254-cü vərəqində olan 13 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış edilməsi haqqında) “Protokol”da “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs9 Ənvər oğlu” yazılarının qarşısında olan imza - Zərərçəkmiş şəxs9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 2.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 179-cu vərəqində olan 09 dekabr 2022-ci il tarixli şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə “Qərar”ın aşağı hissəsində “Zərərçəkmiş şəxs” qrafasında “Zərərçəkmiş şəxs10” yazılarının qarşısında olan imza; 180-181-ci vərəqlərində olan 09 dekabr 2022-ci il tarixli zərər çəkmiş şəxsin CPM-nin 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə “Bildiriş”in 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs10” yazılarının qarşısında olan imza; 182-183-cü vərəqlərində olan zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah edilməsi, zərərçəkmiş şəxs qismində tanınması barədə qərarın surətinin və hüquq, vəzifələrinə dair bildirişin verilməsi haqqında “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində olan imzadan, 2ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs10" yazılarının qarşısında olan imza; 184-cü vərəqində olan cinayət prosesinin hayata keçirən orqana qarşı proses iştirakçısının etirazının olmaması haqqında “Protokol”da “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs10” yazılarının qarşısında olan imza; 185-187-ci vərəqlərində olan zərərçəkmiş şəxsin dindirilməsi haqqında “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqində “İmza:” qrafasında “Zərərçəkmiş şəxs10” yazılarının qarşısında olan imza; cinayət işinin 3-cü cildinin 241-ci vərəqində olan ibtidai istintaqın qurtarması barədə zərər çəkmiş şəxsə məlumat vermə haqqında “Protokol”da “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs10” yazılarının qarşısında olan imza; 253-cü vərəqində olan 13 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış edilməsi haqqında “Protokol”da “Zərərçəkmiş şəxs:” qrafasında “Zərərçəkmiş şəxs10” yazılarının qarşısında olan imza - Zərərçəkmiş şəxs10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 124 (bir yüz iyirmi dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 178-208-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “Fujitsi” maralı notebook, 01 ədəd HB markalı notebook, 01 ədəd “Unikal 24” markalı kombi aparatı, 01 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici (stabilizator), 01 ədəd “Kenvord” markalı ətçəkən maşın və 01 ədəd istifadə olunmuş samovar maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs6, 01 ədəd Vanna (cakuzi) və 02 ədəd plastik qapılar saxalınması üçün Zərərçəkmiş şəxs8, 01 ədəd “Sony” markalı musiqi mərkəzi, 06 ədəd radiatorlar və 01 ədəd seyf qapı Zərərçəkmiş şəxs7 təhvil verilmişdir. Cinayət işinin 173-174-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası QM-nin 332.2.1, 182.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına ilə hökm dəyişdirilərək CM-nin 62-ci maddəsi tətbiq edilərək cəza müddəti 01 il 06 aya endirilmiş və o, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə onun törətdiyi cinayət əməli tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halıda təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cü bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və vurulmuş zərər üzrə qismən ödəniş edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzasısı saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 274 (iki yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Fujitsi” maralı notebook, 01 ədəd HB markalı notebook, 01 ədəd “Unikal 24” markalı kombi aparatı, 01 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici (stabilizator), 01 ədəd “Kenvord” markalı ətçəkən maşın və 01 ədəd istifadə olunmuş samovarın Zərərçəkmiş şəxs6, 01 ədəd Vanna (cakuzi) və 02 ədəd plastik qapının Zərərçəkmiş şəxs8, 01 ədəd “Sony” markalı musiqi mərkəzi, 06 ədəd radiatorlar və 01 ədəd seyf qapının Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Fujitsi” maralı notebook, 01 ədəd HB markalı notebook, 01 ədəd “Unikal 24” markalı kombi aparatı, 01 ədəd “Hidrotherm” markalı kombi üçün elektrik tənzimləyici (stabilizator), 01 ədəd “Kenvord” markalı ətçəkən maşın və 01 ədəd istifadə olunmuş samovarın Zərərçəkmiş şəxs6, 01 ədəd Vanna (cakuzi) və 02 ədəd plastik qapının Zərərçəkmiş şəxs8, 01 ədəd “Sony” markalı musiqi mərkəzi, 06 ədəd radiatorlar və 01 ədəd seyf qapının Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 274 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Samir İsmayılov