Məhkəmə qərarları › İş №1(060)-10/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-10/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-10/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynova İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu ildə Lerik rayonu Şingədulan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik rayonu Şingədulan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-256/2024 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 01 bükümdə təmiz çəkisi 445,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və 16 fevral 2024-cü il tarixdə saat 18:05-də Sumqayıt ŞPİ-nin CAŞın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən "Suffle" şirniyyat mağazasının yaxınlığında saxlanılaraq Pİ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı sol əlində saxladığı sellofan torbadan həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, barəsində Sumqayıt şəhər məhkəməsində cinayət işinin məhkəmə istintaqı aparıldığı vaxt onunla Mikayıl adlı şəxs arasında sözsöhbətləri olmuş, hesab edir ki, o, məhz bu səbəbdən tutulmuşdur. Bildirir ki, özü barəsində məhkəmənin icraatında olan digər cinayət işi ilə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixdə növbəti təxirə salındıqdan sonra polis əməkdaşları onu həmin gün saat 17 radələrində Sumqayıt şəhəri Dejurnu deyilən yerdə “Suffle” şirniyyat evinin yaxınlığında saxlamışlar. Saxlanılan zaman üzərində heç bir qanunsuz əşya və ya predmet olmamış, polis idarəsinə aparıldıqdan sonra ondan narkotik vasitənin ona məxsus olduğunu boynuna almasını tələb etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, tutulmamışdan 7-8 ay öncə narkotik vasitədən istifadə etməyə başlamış, heroin adlanan narkotik vasitəni çəkmək üsulu ilə istifadə etmişdir. Polis əməkdaşları onu “Dejurnu” adlanan yerdə köşkün qarşısında, daha dəqiqi “Sufle” şirniyyat evinin qarşısında olan köşkdən siqaret aldığı zaman saxlamışlar. Onu tutan polis əməkdaşlarının adlarını bilməmişdir. Həmin vaxt üzərində narkotik vasitə olmamış, narkotik vasitə onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videoçəkilişdən öncə masanın üzərində olmuşdur. Qeyd edir ki, ifadəsində narkotik vasitəni Lerikdən deyil, məhlələrindən tapması ilə bağlı düzəliş polis əməkdaşlarının Lerik rayonuna çəkilişə getməmələri məqsədilə edilmişdir. Bildirir ki, onun başına gələnlər narkotik vasitə satan Mikayıl adlı şəxslə mübahisə etməsi ilə bağlı olmuşdur. Mikayıl adlı şəxsi polis əməkdaşları tutmamış, həmin şəxs Xəzər bağları adlanan yerdə yaşamışdır. Qeyd edir ki, o, köşkdən siqaret aldığı zaman arxadan onu tutub avtomobilə otuzdurub Pİ-nə aparmışlar. Polis İdarəsində 48 saat saxlanılmış, idarəyə gəldikdən 40 dəqiqə sonra müdafiəçi gəlmiş, müdafiəçi gələnə qədər narkotik vasitənin ona məxsus olduğunu, üzərinə götürməsini ondan tələb etmişlər. Saxlanılan zaman tək olmuş, əlində hər hansı bağlama və ya sellofan paket olmamışdır. Saxlanılma şəraiti ilə bağlı onda videogörüntü olmuş, həmin görüntülər qarşısında saxlanıldığı köşkün müşahidə kamerasından götürülmüşdür. O, 48 saat MSY-də qaldıqdan sonra oradan azad edilmiş və həmin görüntüləri köşkdən götürmüşdür. Bundan sonra həmin görüntüləri yaddaşda qalması üçün yaxın qohumu, yəni əmisi oğlu Şahid3 mobil telefonuna göndərmişdir. Belə ki, həmin görüntülərin gələcəkdə ona lazım olacağını düşünmüşdür. O, saxlanılarkən Elsevər orada olmamışdır. Tutularkən üzərində 7-8 manat pul və yaşadığı evin açarları, İphone markalı mobil telefon və telefonunda ***-***-**-** saylı mobil nömrə olmuşdur. Barəsində cinayət işinin istintaqı aparılığı müddət ərzində narkotik vasitədən istifadə etməmiş, bu baş verənlərlə bağlı qorxduğuna görə heç bir orqana şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildə sürücü və ön sərnişin oturacağında 1 nəfər əyləşmiş, arxa sərnişin oturacağında ondan başqa 2 nəfər olmuşdur. Avtomobildə xatırladığı qədərilə onu saxlayan polislərdən biri olmuş, polis əməkdaşı Orxan orada olmamış, sonuncunu yalnız Pİ-də görmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, təxminən 2 ildir ki, fasilələrlə narkotik maddələr qəbul edir. Tutulmazdan 2 gün əvvəl yaşadığı məhəllənin yaxınlığında sökülmüş qarajların yanından keçən zaman yerdə bir selofan torba görmüş, həmin torbanın içərisinə baxan zaman şəffaf yapışqan lentlə bükülmüş 1 ədəd qara rəngli selofan bükülüdə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin bükülünü özü ilə götürmüş, düşünmüşdür ki, özü üçün istifadə edər. Həmin marixuananı yaşadığı zirzəmidə beton pilləkənin arxasında gizlətmiş, bu barədə heç kimin xəbəri olmamış və heç kimə bildirməmişdir. Həmin marixuanadan biraz istifadə etdikdən sonra yaxşı olmadığını, yəni heç bir təsir etmədiyini görüb tullamaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə, saat 18:05 radələrində həmin qurudulmuş marixuana bükümünü seloffana qoyub Sumqayıt şəhəri "Dejurnıy" deyilən ərazidə zibil qutularına atmağa gedərkən, yolda piyada hərəkətdə olduğu zaman "Suffle" şirniyyat mağazasının yaxınlığında ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin polis işçiləri olduqlarını bildirmiş və onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Pİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə Pİ-nə gəlmiş, idarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq özünə müdafiəçi seçmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o, əynində olan ağ qara rəngli gödəkcənin sağ yan cibindən çıxartdığı özünün ***-***-**-** nömrəli "İphone 6" markalı mobil telefonunu və sol əlində selofanda saxladığı 1 bükülüdə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin selofan torbanın içərisindəki 1 ədəd şəffaf lentə bükülmüş qara rəngli selofan bükülünün içərisinə baxıldıqda içərisində qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Götürülmüş qurudulmuş marixuana öz iştirakı ilə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara oxunmuş, doğruluğunu imzaları təsdiq etmişlər. Heç kimə narkotik maddə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamışdır. Polis işçiləri onu saxlayan və idarəyə gətirən zaman üzərinə şəxsi axtarış keçirilməmiş, sadəcə sorğu-sual olunmuşdur. Videoçəkiliş zamanı həyəcanlı olmuş və ilk olaraq fikirləşmişdir ki, polis işçiləri təkidlə ondan narkotik vasitəni kimdən əldə etdiyini soruşaraq sorğu-sual edəcəklər, ona görə də yalan danışaraq narkotik vasitəni 1-2 ay əvvəl Lerik rayonuna gedən zaman meşədən yığdığını demişdir ki, ondan əl çəkib sorğu-sual etməsinlər. Əslində üzərindən aşkar edilmiş qurudulmuş marixuananı Lerik rayonundan meşədən yığdığını özündən demişdir. Bu barədə videoçəkilişlə üzərində keçirilən şəxsi axtarış zamanı və izahatında da yalan olaraq bildirmişdir. Hazırda bildirir ki, o, həqiqətən də narkotik vasitən qurudulmuş marixuananı yaşadığı məhəllənin yaxınlığında sökülmüş qarajların yanından keçən zaman yerdən tapmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamışdır. Məhkəmə iclasında ifadəsi elan oldunduqdan sonra Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yuxudan oyandıqdan sonra Sumqayıt şəhər məhkəməsinin hakimi Emin Abdullayevin köməkçisi ona zəng edərək həmin günə təyin edilmiş məhkəmə prosesində iştirak edib-etməyəcəyini soruşmuş, o, da öz növbəsində vaxtında məhkəməyə gələcəyini bildirmişdir. Bundan sonra məhkəmə iclasında iştirak etmək üçün taksi sifariş edib təxminən gönorta saatlarında məhkəməyə gəlmiş, prosesdə iştirak etmiş, lakin məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. Bundan sonra o, məhkəmədən çıxıb gəldiyi marşrutla taksi ilə evlərinə qayıtmışdır. Həmin gün saat təxminən 15:00 və ya 15:15-dək evdə olmuş, bundan sonra evdən çıxmışdır. Həyətlərində dostu ilə görüşüb söhbətləşmiş, daha sonra saçını kəsdirmək məqsədilə “Suffle” şirniyyat evinin arxasında yerləşən Bərbərdə saçını kəsdirmişdir. Saçını kəsdirdikdən sonra “Dejurnu” deyilən ərazidə, “Suffle” şirniyat evinin qarşısında yerləşən köşkdən siqaret almaq istərkən onu tanımadığı şəxs tutaraq avtomobilə otuzdurmuşdur. Onun avtomobildə hər iki qolunu iki nəfər şəxs tutmuş, ona ŞPİ-nə gedəcəklərini bildirmişlər. Avtomobildə üzərini yoxlamış, üzərində evlərinin açarı, pul və mobil telefonu olmuşdur. Mobil telefonunu polis əməkdaşı dərhal götürüb söndürmüşdür. İdarəyə gətirildikdən sonra xidməti otaqda artıq masanın üzərində sellofan torbanın olduğunu görmüş, ona həmin narkotikin ona məxsus olmasını boynuna götürməsini məcbur etmişlər. Yüngül döysələr də, xəsarəti olmamış, ekspertizaya aparılsa da, həkim onu müayinə etməmiş, onu oraya gətirən polis əməkldaşları ilə gülüb danışıb, zarafatlaşdıqdan sonra onu geri qaytarmışlar. Bir daha bildirir ki, saxlanılarkən üzərində hər hansı sellefon torba və onun içərisində narkotik vasitə olmamışdır. Verilən suallara eyni zamanda cavab olaraq bildirmişdir ki, məhkəmə iclasında dediklərini hətta istintaqı aparan müstəntiqə demiş, lakin müstəntiq “bunları məhkəmədə deməsini” ona bildirmişdir. Qeyd edir ki, “şəxsi axtarış” istintaq hərəkəti zamanı videoçəkilişdə və izahatında həmin narkotiki Lerik rayonunda meşədən yığdığını deməsini polis əməkdaşları ona bildirdikləri üçün o, formada izahat vermiş və demişdir. Cinayət işi müstəntiqin icraatına verildikdən sonra müstəntiq ona “birdən Lerik rayonuna gedib çəkiliş etməsini tələb edərlər” deyib, ifadəsini dəyişdirmiş, ona həmin narkotiki yaşadığı ərazidən tapdığını yazacağını və bunu təsdiq etməsini ona bildirmişdir. Qeyd edir ki, müstəntiqə yüklənildiyini dəfələrlə bildirsə də, o, ona eyni cavabı “məhkəmədə deyərsən” demişdir. Hətta qeyd edir ki, o, Pİ-də MSY-dən 48 saat bitdikdən sonra azad edilsə də, təxminən bir saat Polis İdarəsinin növbətçi hissəsində müstəntiqi gözləmiş, müstəntiq gəldikdən sonra xidməti otağında ona “onun bəxtinin gətirdiyini, dünən yaxşı yeyib-içdiyini, başı ağrıdığını, bu səbəbdən onu prokurorun yanına aparmadığını” bildirmişdir. O, artıq müstəntiqin yanlışlıqlara yol verdiyi üçün onun dedikləri ilə razılaşmışdır ki, başına gələnləri məhkəmədə bildirsin. Bir daha bildirir ki, özünü ona elan edilmiş ittihamla təqsirli bilmir, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-birilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə həmin məcəllənin 143 və 145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və ya digər tələbləri baxımından aşağıdaki ifadələri tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlərəndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ CAŞ-da baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 2024-cü ilin fevral ayında, saat təxminən 18-19 radələrində Sumqayıt şəhəri, “dejurnu” deyilən yerdə “Suffle” şirniyyat evinin qarşısında ona daxil olmuş məlumat əsasında Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlamış, özlərini təqdim etdikdən sonra onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş, sonuncu əlində olan sellofanı təqdim etmiş, sellofanda təxminən 500 qram çəkidə marixuanaya bənzər göy rəngdə ot kütləsi aşkar edilmişdir. Məhkəmə iclasında Şahid1 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda ondan əlavə Şahid2 olmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmiş, Təqsirləndirilən şəxs sellofan torbada marixuanaya bənzər maddə aşkar edilmiş, təqsirləndirilən şəxsin üzərinə onlar tərəfindən heç nə qoyulmamışdır. Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı xatırladığı qədərilə sonuncunun saxlanıldığı gün daxil olmuş, əməliyyat tədbirində 2 polis əməkdaşı olmuşlar. Suffle şirniyyat evinin yanında saxlanılan zaman Təqsirləndirilən şəxs əlində sellofan paket olmuş, təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmişdir. Şahid1 qeyd edir ki, təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni Lerik və ya Lənkəran şəhərindən əldə etdiyini ona bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında təkrarən dindirilən Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən onun hansı geyimdə olduğunu xatırlaya bilmir. Təqsirləndirilən şəxsi Sumqayıt şəhəri, “Dejurnu” adlanan yerdə saxlamış, sonuncu qaçmamış, yaxınlaşıb ona özlərini təqdim etmişlər. Şahid1, o cümlədən bildirmişdir ki, istifadəsində həm xidməti, həm də şəxsi avtomobil vardır. Digər polis əməkdaşı Şahid2 olmuşdur. Sonuncuya təhkim edilmiş xidməti avtomobil olmuş, həmin avtomobillər “Hyundai accent” və “Kia sportage” markalı avtomobillərdir. Əməliyyat tədbirində həm xidməti, həm mülki, həm də taksi ilə iştirak etdiyini xatırlayır. Təqsirləndirilən şəxs saxlamaq üçün hansı avtomobillə getdiklərini xatırlamır. “Hyundai accent” markalı xidməti avtomobil ağ rəngdədir. Xidməti avtomobillərin hər birinin nömrəsi 99 AP ilə başlayır. İstifadəsində olan mobil nömrələr ***-***-**-** və ***- ***-**-** saylı nömrələrdir. ***-***-**-** saylı mobil nömrəsi whatsapp kimi işlədir. Əməliyyat tədbiri zamanı mobil telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxsə ilk kimin yaxınlaşdığını xatırlamır, adətən hər iki əməkdaş eyni anda təqsirləndirilən şəxsə yaxınlaşıb onu saxlayır. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, tədbirin qış aylarında keçirildiyini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ CAŞ-da baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Belə ki, 16 fevral 2024cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən "Suffle" şirniyyat mağazasının yaxınlığında onlar tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, Seymur könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Bundan sonra qanunamüvafiq sənədləşdirmə işləri aparılmışdır. Məhkəmə iclasında Şahid2 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda ondan əlavə əməliyyat müvəkkili Şahid1 də iştirak etmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı təsir, təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən marixuana adlanan narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsi Sumqayıt şəhərində “dejurnu” adlanan yerdə, “Suffle” şirniyyat evi ilə üzbəüz yerləşən aptekin yanında saxlamışlar. Təqsirləndirilən şəxslə bağlı məlumat Şahid1 daxil olmuş, təqsirləndirilən şəxsi saxlayıb, özlərini təqdim etdikdən sonra onu Pİ-nə dəvət etmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında təkrarən dindirilən Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, uzun müddət keçdiyi üçün hadisə ilə bağlı çox şeyi xatırlamır.Tədbirdə müxtəlif avtomobillərlə iştirak edir, şəxsi avtomobili yoxdur. Tədbir zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Video görüntüdəki ərazi Sumqayıt şəhəri, Dejurnu dairəsi, Yaşıl marketin yanındakı köşkdür. “Suffle” şirniyyat evinin qarşısıdır. Bunu inkar etmək olmaz, video görüntüdəki avtomobil onlara məxsus deyil. Təqsirləndirilən şəxs onlar saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən orada olmuş, həmin gün Dejurnu ərazisində başqa tədbirdə iştirak etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Dəqiq tarixini xatırlamadığı vaxtda rəhmətlik qonşusu ona zəng edərək əmisi oğlu Seymurun polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Qonşusu həmin vaxt Sumqayıt şəhəri Növbətçi mağaza (dejurnu) adlanan ərazidə “köşk” işlətmişdir. Onda olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əlində hər hansı yad predmet, cisim və ya sellofan torba olmamışdır. Görüntülərin qeydə alındığı yer Sumqayıt şəhərində “Dejurnu” kimi tanınan ərazidir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, hazırda işləmir. Belə ki, Sumqayıt şəhəri, Dejurnu dairəsində yerləşən adı çəkilən köşkdə müxtəlif vaxtlarda işçi olmadığı müddətlərdə əvəzedici olaraq kömək məqsədilə gedib işləmişdir. Təqsirləndirilən şəxsi əvvəllər Dejurnu dairəsində görmüş və adını bilmir. O, köşkdə olduğu vaxtlarda hazırda məhkəmədə təqsirləndirilən şəxs kimi iştirak edən, adını bilmədiyi şəxs köşkə yaxınlaşaraq ondan siqaret almışdır. Qeyd edir ki, sonuncu dəfə həmin şəxs köşkə yaxınlaşanda o, köşkdə kofe düzəltməklə məşğul olmuşdur. Həmin şəxs ona pul verərək siqaret istədiyini bildirmiş, siqareti verdiyi anda həmin şəxsin artıq köşkün önündə olmadığı görmüşdür. Bundan sonra köşkdən kənara çıxıb ətrafa baxdıqda, həmin şəxsin orada olmadığını müəyyən etmişdir. Qeyd edir ki, hazırki məhkəmə iclasında olan təqsirləndirilən şəxs siqaret almaq üçün ona pul vermiş, o, həmin vaxt kofe düzəldilməsi ilə məşğul olduğundan pulu verdiyi halda siqareti nədən götürmədiyini və həmin şəxsin hara getdiyini görə bilməmişdir. Belə ki, şəxs köşkün önündə olarkən onun üzü onun yaddaşında qalmışdır. Şəxsin əlində hər hansı bir əşya, sellofan torbanın olmasını xatırlamır. Şahid Zahid Əkbərov ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs pulu ona iki əli deyil, bir əli ilə təqdim etmişdir. Təqsirləndirilən şəxs köşkə yaxnlaşarkən onun sifətinə fikir vermiş, sonuncunun siması yadında qalmış, daha sonra çölə çıxanda şəxsin orada olmadığını görmüşdür. Qeyd edir ki, şəxsin üzünə təxminən 5-6 saniyə baxmışdır. Həmin vaxt köşkdə ondan başqa kimsə olmamış, o şəxsin köşkdən necə uzaqlaşdığını görməmişdir. Ondan köşkün kamera görünütülərini kimsə istəməmiş, o gündən təqsirləndirilən şəxsi görməmişdir. Bidirir ki, hazırkı video görüntüdə təqsirləndirilən şəxsin sifəti videogörüntüdən aydın olaraq görünür. Görüntülərdə şəxsin sifətinin hər iki yarımkürəsi tam olaraq görünür. Zahid Əkbərov onu da bildirmişdir ki, köşk Sumqayıt şəhəri, Dejurnu dairəsi, “Yaşıl market”in yanında yerləşir, köşkün olduğu yerin yanında “Suffle” şirniyyat evi var. Hadisə uzun müddət əvvəl, təxminən 01 il bundan öncə baş vermiş və həmin vaxt ilin hansı ayının olduğunu xatırlamır. Hazırda məhkəmə iclasında videogörüntülərə baxış keçirildikdən sonra bir daha qeyd edir ki, görüntülərdəki köşk onun işlədiyi həmin köşkdür. Görüntüdə olan şəxs hazırda məhkəmə zalında olan təqsirləndirilən şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 16 fevral 2024-cü il tarixdə, saat 18:05 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur ( i.v.20); Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v.53-54). “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.67-68); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.69-70); Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi barədə” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-də xidməti otaqların birində baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən sonuncunun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunduğu, o, əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd "İphone" markalı mobil telefonu və sol əlində saxlamış olduğu 1 ədəd selofan torbanı təqdim etdiyi, həmin selofan torbanın içərisinə baxılan zaman içərisində şəffaf yapışqan lentlə bükülmüş halda olan qara rəngli selofan bükülünün olması, həmin bükülünün içərisinə baxdıqda içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin qurudulmuş marixuana olduğunu, 1-2 ay bundaq əvvəl Lerik rayonuna gedən zaman meşədən yığdığını və şəxsi istifadəsi üçün saxladığını, lakin bir qədər istifadə etdikdən sonra yararsız olduğunu görüb tullamaq üçün gedən zaman üzərində saxladığını bildirdiyi, bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər predmet və əşya aşkar olunmadı və götürülmədiyi, həmin maddə elektron tərəzidə çəkilərək olduğu selofanla birlikdə 528 qram olması müəyyən edildiyi, ekspertizaya təqdim edilməsi məqsədilə xüsusi qaydada qablaşdırıldığı və möhürləndiyi, imzalandığı, aşkar olunmuş "İphone" markalı mobil telefon götürüldüyü müəyyən olunmuşdur. ( i.v 28-29). Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə biolji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/263 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Saxlanılan şəxs Təqsirləndirilən şəxs..." sözləri yazılmış skoçla bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 445,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulumuş marixuanadır. (i.v. 38-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1166 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 80-81) xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi” barədə protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üzərində ***-***-**-** nömrə olan "İphone 6" markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş, mobil telefon Bəgəliyevin özünə qaytarılmışdır (i.v.72-73) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı protokolda qeyd edilənlərin cərəyan etdiyi müəyyən edilmişdir. DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 83-90) İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-256/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 ay 28 gün müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, həbsetmənin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Müdafiə tərəfindən təqdim edilən 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçrilən zamanı məlum olmuşdur ki, günün işıqlı vaxtı əynində qara rəngli üst gödəkçəsi, qara rəngli şalvarı olan, arıq bədən quruluşlu bir nəfər kişi cinsindən hər iki əlləri cibində olan şəxs (hazırkı iş üzrə Təqsirləndirilən şəxs) Sumqayıt şəhəri, H.Əliyev prospekti, "Suffle" şirniyyat mağazasının yaxınlığında yerləşən köşkün qarşısına gələrək cibindən pul çıxararaq köşkün pəncərəsindən satıcıya uzadır, köçkün pəncərəsi istiqamətində başını önə doğru uzadaraq satıcı ilə 8-9 saniyə ərzində nə isə danışdığı müəyyən edilir. Həmin vaxt dövlət qeydiyyat nişanı oxunması mümkün olmayan “Opel Astara” markalı minik avtomobili köşkün qarşısında dayanır, avtomobilin sağ arxa oturacağından əynində qara rəngli üst gödəkçəsi, qara rəngli şalvarı olan bir nəfər şəxs avtomobildən düşərək köşkün qarşısında dayanmış həmin şəxsin (hazırkı iş üzrə Təqsirləndirilən şəxs) əllərindən tutaraq onu avtomobilin arxa sərnişin oturacağına zorla otuzdurur, bundan sonra nəqliyyat vasitəsi hərəkətini davam etdirərək ərazidən uzaqlaşır. Görüntüdə Təqsirləndirilən şəxs hər iki əllərinin boş olduğu görünür. Bu zaman Təqsirləndirilən şəxs əllərində, üzərində hər hansı iri həcmli sellofan paket, yad cisim və ya gözlə görünən hər hansı predmetin olmadığı müəyyən edilir. Müdafiə tərəfindən təqdim edilən həmin videogörütülərlə bağlı məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə-videofonoqrafik (videoyazıların məhkəmə ekspertizası) ekspertiza təyin edilmiş, ekspertlər qarşısında 1. Şahid3 tərəfindən təqdim edilmiş iş materialına əlavə edilmiş VİD-20240724-WA0000 adlı faylda olan videogörüntüdə montaj əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi 2. Təqdim edilmiş həmin VİD- 20240724-WA0000 adlı faylda olan videogörüntüdə müşahidə edilən dövlət qeydiyyat nömrəsi aydın görünməyən, təxminən tünd göy rəngli, “Opel Astra” minik markalı avtomobilə bənzəyən həmin avtomobilin dövlət qeydiyyat nişanının müəyyənləşdirilməsi,

3. Təqdim edilmiş VİD-20240724-WA0000 adlı faylda olan videogörüntünün hansı tarixdə köşkün kamerasına düşdüyü müəyyən edilməsi, 4. Təqdim edilmiş VİD-20240724- WA0000 adlı fayldaki videogörüntüdə olan köşkdən nəsə almağa cəhd edən şəxslə şəxsi axtarış və götürməni özündə əks etdirən iş materiallarına əlavə edilmiş 00018 adlı fayldaki görüntüdə olan şübhəli şəxsin (Təqsirləndirilən şəxs) eyni şəxs olub olmaması, geyimlərinin üst-üstə düşüb düşməməsi müəyyənləşdirilməsi 5. Təqdim edilmiş VİD- 20240724-WA0000 adlı fayldaki videogörüntüdə köşkdən nəsə almağa cəhd edən şəxsi qollarından tutaraq avtomobilə əyləşdirən şəxsin şəxsi axtarış və götürməni özündə əks etdirən və iş materiallarına əlavə edilmiş 00018 adlı faldaki görüntüdə olan əməliyyatçılar Şahid1 və ya Şahid2 məhz hansının olmasının müəyyənləşdirilməsi məzmununda suallar qoyulmuşdur. ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə portret ekspertizasının xx.xx.2025-ci il tarixli, 3/1901, 4/1866 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskin daxilindəki “VİD-20240724-WA0000” videogörüntüdə əks olunmuş və iş üzrə zəruri olan şəxslərin xarici görünüşünün anatomik elementləri-sifət cizgilərinin, qaşların, gözlərin, burnun, burunüstü hissənin, ağzının, dodaqların, çənəsinin, göz qapaqlarının, qulaq seyvanının, burun əsası və yanaqları əks olunmadığı, sifətlərinin ümumi konfiqurasiyası isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd “Bingo” markalı “DVD-R” diskdə olan “VİD-20240724-WA0000” adlı videoyazı ilkin olmayıb, ilkin videoyazının ekran surətidir və videomessenger proqram təminatı vasitəsi ilə emal olunmuşdur. Videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmadı. Ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd “Bingo” markalı “DVD-R” diskdə olan “VİD-20240724-WA0000” adlı videoyazıdakı görüntülərə görə tədqiqatı tələb olunan avtomobilin dövlət qeydiyyat nişanının müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd “Bingo” markalı “DVD-R” diskdə olan “VİD-20240724-WA0000” adlı videoyazı ilkin olmadığından və videoyazı messenger proqram təminatı vasitəsi ilə emal olunduğundan ilkin videoyazının qeydə alındığı zamanı müəyyən etmək mümkün olmadı. Şəxsin üzərində olan geyim əşyaları dəyişməz ölçüyə malik əşyalar olmadığından həndəsi ölçüsünə görə şəxsin əynində olan geyim əşyalarını eyniləşdirmək mümkün olmadı. Xarici görünüşünə görə (rənginə, formasına, quruluşuna və s.) əşyaların eyniləşdirmə məsələsi xüsusi bilik tələb etməyən məsələlər olduğudan ekspert yalnız mübahisəli videoyazıda qeydə alınmış kadrlardakı görüntülərin keyfiyyətini yaxşılaşdıraraq əldə olunmuş videoyazını iş materiallarına əlavə etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrənin 16 fevral 2024-cü il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün məhkəmə qərarı çıxarılmış və "xxxx" MMC-dən gələn çıxarışda sonuncunun istifadəsində olan nömrənin həmin tarixdə saat 15:58:49-15:19:16 radələrində olduğu yer Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, 9cu məhəllə/sumgait/, saat 15:59:16 radələrində Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, Puşkin küçəsi /sumgait/, 16:01:32 radələrində Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, 9cu məhəllə/sumgait/, 16:02:10 radələrində Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, Puşkin küçəsi /sumgait/ ərazisi göstərilmişdir. Şahidlər Şahid1 və Şahid2 istifadələrində olan mobil nömrələrin anten dairələrini özündə əks etdirən CD formatlı diskdən müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** və Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrənin 16 fevral 2024-cü il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün məhkəmə qərarı çıxarılmış, lakin hər iki qərara "xxxx" MMC tərəfindən göndərilən çıxarışlarda natamam məlumatlar əks olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə sonuncunun üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 445 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 444.95 qram olan narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. ( i.v.100- 104); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun başqa bir qərarında göstərilmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Cinayət və cinayət prosessual qanunvericiliyin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən ifadələrin və digər sübutların mötəbərliyi üzrə qiymətləndirilməsindən öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2 maddələrinin tələblərinə əsasən məhkəməninin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət işinin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ibtidai istintaq orqanı “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokola, həmin tarixli izahata, məhkəmə bioloji ekspertizası rəyinə, təqsirləndirilən şəxsin və şahid ifadələrinə əsaslanmaqla və həmin sənədləri sübut növü kimi qəbul etməklə Təqsirləndirilən şəxs CM-nin 234.1-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə cinayət prosessual qanunvericiliyin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatların həqiqət olması ehtimalları aşağıdaki sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə qanunun tələbini rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirməklə Təqsirləndirilən şəxs hazırki ittiham üzrə təqsirsiz olması qənaətinə gəlir və bu səbəbdən ibtidai istintaq orqanının ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirzliyi ilə bağlı nəticəyə gələn zaman müdafiə tərəfi tərəfindən təqdim edilən 01 ədəd DVD diskə və əlavə şahid qismində məhkəmə iclasında dindirilmiş Zahid Əkbərovun ifadəsinə istinad edir və Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirsizliyini sübuta yetirən mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanın əsas sübut növü kimi istinad etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi “Şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirərkən Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-də xidməti otaqların birində baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən sonuncunun dövlət hesabına hüquqlarını müdafiə edən vəkilin və CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunur, o, əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd "İphone" markalı mobil telefonu və sol əlində saxlamış olduğu 1 ədəd selofan torbanı təqdim edir, həmin selofan torbanın içərisinə baxılan zaman içərisində şəffaf yapışqan lentlə bükülmüş halda olan qara rəngli selofan bükülünün olması, həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin aşkar olunduğu müəyyən edilmişdir. Bundan fərqli olaraq müdafiə tərəfinin təqdim etdiyi məhkəmə iclasında baxış keçirilən 01 ədəd DVD diskdəki görüntüdə isə tam fərqli mənzərinin baş verdiyi müəyyən edilmişdir. Videogörüntüdən görünür ki, günün işıqlı vaxtı əynində qara rəngli üst gödəkçəsi, qara rəngli şalvarı olan, arıq bədən quruluşlu bir nəfər kişi cinsindən hər iki əlləri cibində olan şəxs (hazırkı iş üzrə Təqsirləndirilən şəxs) Sumqayıt şəhəri, H.Əliyev prospekti, "Sufle" şirniyyat mağazasının yaxınlığında yerləşən köşkün qarşısına gələrək cibindən pul çıxararaq köşkün pəncərəsindən satıcıya uzadır, köşkün pəncərəsi istiqamətində başını önə doğru uzadaraq satıcı ilə 8-9 saniyə ərzində nə isə danışdığı müəyyən edilir. Həmin vaxt dövlət qeydiyyat nişanı oxunması mümkün olmayan “Opel Astara” markalı minik avtomobili köşkün qarşısında dayanır, avtomobilin sağ arxa oturacağından əynində qara rəngli üst gödəkçəsi, qara rəngli şalvarı olan bir nəfər şəxs avtomobildən düşərək köşkün qarşısında dayanmış həmin şəxsin (hazırkı iş üzrə Təqsirləndirilən şəxs) əllərindən tutaraq onu avtomobilin arxa sərnişin oturacağına zorla otuzdurur, bundan sonra nəqliyyat vasitəsi hərəkətini davam etdirərək ərazidən uzaqlaşır. Görüntüdə Təqsirləndirilən şəxs hər iki əllərinin boş olduğu görünür. Bu zaman Təqsirləndirilən şəxs əllərində, üzərində hər hansı iri həcmli sellofan paket, yad cisim və ya gözlə görünən hər hansı predmetin olmadığı müəyyən edilmişdir. Görüntülərin qeydə alınma yeri barədə Təqsirləndirilən şəxs, Şahid2, əlavə şahidlər qismində məhkəmə iclasında dindirilmiş Zahid Əkbərov və Şahid3 bir-digəri ilə uzalaşan ifadələr verməklə, görüntünün həqiqətən də Sumqayıt şəhəri H.Əliyev pr-ti, Sufle şirniyyat evinin yaxınlığında yerləşən köşkün qarşısı olduğunu birmənalı olaraq təsdiq etmişlər. Məhkəmə videogörüntülərlə bağlı bir sıra suallara cavab almaq məqsədilə məhkəmə-videofonoqrafik (videoyazıların məhkəmə ekspertizası) ekspertiza təyin etmiş, əldə edilmiş ekspertiza rəyində tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskin daxilindəki “VİD-20240724-WA0000” videogörüntüdə əks olunmuş və iş üzrə zəruri olan şəxslərin xarici görünüşünün anatomik elementləri – sifət cizgilərinin, qaşların, gözlərin, burnun, burunüstü hissənin, ağzının, dodaqların, çənəsinin, göz qapaqlarının, qulaq seyvanının, burun əsası və yanaqları əks olunmadığı, sifətlərinin ümumi konfiqurasiyası isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsız olduğu, 1 ədəd “Bingo” markalı “DVD-R” diskdə olan “VİD-20240724-WA0000” adlı videoyazı ilkin olmayıb, ilkin videoyazının ekran surətidir və videomessenger proqram təminatı vasitəsi ilə emal olunduğu qeyd edilmişdir. Ekspert rəyində eyni zamanda videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətləri müəyyən olunmadığı göstərilmişdir. Məhkəmə ƏN-nin MEM-i tərəfindən verilmiş həmin rəyin nəticə hissəsinin məhz qoyulmuş suallara cavab verilmədiyi hissələrə münasibətdə qeyd edir ki, Cinayət- Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə bildirir ki, həmin ekspert rəyində təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına salacaq hər hansı hal yoxdur, sadəcə ekspert tərəfindən obyektiv səbəblərdən suallara ətraflı cavab vermək mümkün olmamışdır. Göründüyü kimi ekspertiza rəyində videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətlərinin müəyyən edilmədiyi göstərildiyi üçün bu hissədə həm məhkəmənin özündə, həm də tərəflər arasında hər hansı şübhə qalmamışdır. Məhkəmə zəruri olaraq qeyd edir ki, həmin ekspertiza rəyində videogörüntüdə əks olunmuş və iş üzrə zəruri olan şəxslərin xarici görünüşünün anatomik elementləri – sifət cizgilərinin, qaşların, gözlərin, burnun, burunüstü hissənin, ağzının, dodaqların, çənəsinin, göz qapaqlarının, qulaq seyvanının, burun əsası və yanaqları əks olunmadığı, sifətlərinin ümumi konfiqurasiyası isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsız olduğu qeyd edilsə də, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş hadisənin real olaraq neytral şahidi olan Zahid Əkbərov müdafiə tərəfinin təqdim etdiyi həmin videogörüntüyə baxaraq hazırkı video görüntüdə təqsirləndirilən şəxsin sifətinin videogörüntüdən aydın olaraq göründüyünü, görüntülərdə şəxsin sifətinin hər iki yarımkürəsi tam olaraq gördüyünü, hadisənin uzun müddət əvvəl, təxminən 01 il bundan öncə baş verdiyini, görüntüdə olan şəxsin hazırda məhkəmə iclas zalında olan Təqsirləndirilən şəxs olduğunu bir daha təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, əlavə şahid Zahid Kərimov müdafiə tərəfinin təqdim etdiyi videogörüntüdə zorla başqa şəxs tərəfindən avtomobilə əyləşdirilən şəxsin təsirləndirilən şəxs Təqsirləndirilən şəxs olduğunu təsdiq etməklə bu hissədə də, həm məhkəmənin özündə, həm də ittiham tərəfində olan bütün şübhələri aradan qaldırmış və məhkəmədə həmin şəxsin Təqsirləndirilən şəxs olmasına dair qəti əminlik yaratmışdır. Halbuki, bütün məhkəmə iclasları boyu müdafiə tərəfi videogörüntüdə olan avtomobilə zorla əyləşdirilən şəxsin Təqsirləndirilən şəxs olduğunu israrla bildirmişlər. Videogörütünün tarixinə dair hissədə məhkəmə qeyd edir ki, əlavə şahid Zahid Əkbərov sərbəst ifadəsində videogörüntünün təxminən bir il bundan öncəki tarixə təsadüf etdiyini bildirmişdir. Bundan başqa şahid polis əməkdaşı Şahid2 məhkəmə iclasında verilən sualara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən orada olmuş, həmin gün Dejurnu ərazisində başqa tədbirdə iştirak etməmişdir. Belə olan halda məhkəmədə həmin görüntülərin məhz xx.xx.2024-cü il tarixdə qeydə alınması barədə hər hansı şübhə qalmamış, əməliyyat tədbirinin şəxsi axtarış və götürmə istintaq hərəkətində təsvir edilən formada deyil, məhz müdafiə tərəfinin təqdim etdiyi video görüntüdə göstərilən qaydada və tarixdə həyata keçirildiyi öz təsdiqini tapmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əlində olan rəngli sellofan paketin iri həcmli olmasını, əlində olduğu halda istənilən halda müşahidə kameralarına da düşməli olduğunu nəzərə alsaq, həmin narkotik vasitənin məhz polis əməkdaşları tərəfindən sonradan Polis İdarəsində təqsirləndirlən şəxsin üzərinə qoyulmasını məhkəmə istisna etmir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrini səmimi ifadələr kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən ittihamın əsası kimi təqdim etdiyi “şəxsi axtarışın keçirilməsi barədə” 16 fevral 2024-cü il tarixli protokol və şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokol sübutlar siyasından çıxarılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərlə kifayətlənməyərək eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində saxlanılma yeri və vaxtı ilə bağlı bildirmişdir ki, o, 16 fevral 2025-ci il tarixdə Sumqayıt şəhər məhkəməsində barəsində olan digər cinayət işi üzrə məhkəmə iclası növbəti tarixə təxirə salındıqdan sonra məhkəmədən çıxmış, yaşadığı evə getmiş, həmin gün gunorta radələrində bərbərə getmiş, bərbərdən çıxıb saat 16-17 radələrində Sumqayıt şəhəri, Dejurnu adlanan ərazidə Sufle şirniyyat evinin yaxınlığındakı köşkdən siqaret almaq istərkən polis əməkdaşları tərəfindən tutularaq məcburi qaydada avtomobilə otuzdurulmuş, halbuki, həmin vaxt onun əlində içərisində narkotik vasitə və ya hər hansı predmetlə dolu olan sellofan paket və ya torba olmamışdır. Müdafiə tərəfinin əldə etdiyi video-görüntünün Təqsirləndirilən şəxs hazırkı iş üzrə saxlanıldığı tarix olub-olmamasını müəyyən etmək məqsədi ilə əlavə olaraq həm təqsirləndirilən şəxsin, həm də şahidlərin anten dairəsinin müəyyən edilməsi məqsədi ilə mobil operatorlara sorğular verilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrənin 16 fevral 2024-cü il tarixdə, 15:58:49-15:19:16 radələrinə olan anten məlumatları Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, 9-cu məhəllə/sumgait/, saat 15:59:16 radələrində Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, Puşkin küçəsi /sumgait/, 16:01:32 radələrində Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, 9-cu məhəllə/sumgait/, 16:02:10 radələrində Sumgait_H.Aliyev_ave/Sumqayıt şəhəri, Puşkin küçəsi /sumgait/ ərazisi göstərilmişdir. https://www.google.com/maps internet informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Sufle şirniyyat evi Sumqayıt şəhəri ərazisində Heydər Əliyev və Puşkin küçələrinin kəsişməsində yerləşir. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi tarix və saatlarda həqiqətən də Sumqayıt şəhəri “Dejurnu” dairəsi adlanan ərazidə “Sufle” şirniyyat evinin yaxınlığında olmuşdur. Məhkəmə iclasında hər iki polis əməkdaşı da təqsirləndirilən şəxsi Sumqayıt şəhəri Növbətçi mağaza (Dejurnu) adlanan ərazidə saxlanıldıqlarını təsdiq etmişlər. Eləcə də məhkəmə tərəfindən şahidlərin anten dairəsinin əldə edilməsi ilə bağlı sorğular verilmiş, yalnız Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsini özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskdə qeyd olunan tarixə olan anten məlumatları demək olar ki, bütün saatlarda Sumqayıt şəhəri, 30-cu məhəllə, S.Vurğun və Sülh küçələrinin kəsişməsində olması qeyd olunmuşdur. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində qeyd edilən mobil nömrələrin işlək olmaqla tədbir zamanı üzərində olduğunu təsdiq etsə də, anten məlumatları sonuncunun həmin saatda olduğu yer barədə fərqli ünvanı göstərmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, təqsəriləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 onu saxlayan şəxslər arasında olduğunu xatırlamadığnı bildirmişdir. Şahid1 barəsində əldə edilən anten məlumatlarına və qeyd edilən hallara əsaslanmaqla məhkəmə hesab edir ki, sonuncu həmin tədbirdə iştirak etməmişdir. Məhkəmə onu da qeyd edir ki, polis əməkdaşı Şahid1 məhkəmə iclasında israrla təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhz digər polis əməkdaşı Şahid2 ilə birlikdə yaxınlaşdıqlarını, özlərini təqdim etdikdən sonra onu Pİ-nə dəvət etdiklərini bidirsə də, videogörüntüdən daha fərqli mənzərinin baş verdiyini, təqsirləndirilən şəxsə əslində iki nəfər polis əməkdaşının deyil, bir nəfər şəxsin arxadan yaxınlaşaraq, özünü təqdim etmədən, saxlanılma səbəbini və hüquqlarını izah etmədən gəldiyi avtomobilin arxa sərnişin oturcağına zorla otuzdurmaqla aparığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə polis əməkdaşı Şahid1 həmin əməliyyat tədbirində iştirak etmədiyi qənaətinə gəlir, sonuncunun iştirakı ilə keçirilmiş “şübhəli şəxsin tutulması”, “şəxsi axtarışın keçirilməsi barədə” istintaq hərəkəti protokollarını bu əsasla da sübut kimi qəbul etmir və sübutların siyahısından çıxarır. Göründüyü kimi cinayət işi materiallarında mövcud olan 16 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması”, “şəxsi axtarışın keçirilməsi barədə” istintaq hərəkəti kobud prossessual pozuntular aparılmaqla həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X6 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 125.2.7-ci maddənə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. 145.3-cü maddəsinə əsasənittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin, 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Qeyd edilməlidir ki, məhkəmə gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyil ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X5rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, hazırda Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-256/2024 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Həmin məcəllənin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Sumqayıt ŞPİ-də saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 444.95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 509 (beş yüz doqquz) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 7419 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 7423 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-15215/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, Sumqayıt şəhəri, Növbətçi mağazanın yaxınlığında yerləşən köşkün video-görüntüsünün əlavə olunduğu 01 ədəd disk – ümumilikdə 05 (beş) disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 64 (altmış dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 46 iş saatı üçün 276 manat, həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən 18 iş saatı üçün 198 manat cəmi 468 manat məbləğində pul vəkil Müdafiəçi ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da əsaslı hesab edir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onun hazırda Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-256/2024 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 444.95 qram narkotik vasitə olan qurudulmuş marixuana həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 89 (səksən doqquz) manat, videoların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 420 (dörd yüz iyirmi) manat, ümumilikdə 509 (beş yüz doqquz) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 7419 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 7423 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-ci il tarixli, BKC/LGL-15215/23 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk, Sumqayıt şəhəri, Növbətçi mağazanın yaxınlığında yerləşən köşkün video-görüntüsünün əlavə olunduğu 01 ədəd disk – ümumilikdə 05 (beş) disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar