Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-100/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 2020-ci ilin may ayının əvvəllərində saat 17:00 radələrində Zərərçəkmiş şəxs-in Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən filial mağazasında piştaxtanın altından bir ədəd 1249 (min iki yüz qırx doqquz) manat dəyərində “Samsung G770 128GB white” markalı mobil telefonu gizli yolla talayaraq mağazaya həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 2020-ci ilin may ayının ortalarında saat 18:00 radələrində Zərərçəkmiş şəxs-in Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən filial mağazasında piştaxtanın altından bir ədəd 1699 (bir altı yüz doxsan doqquz) manat dəyərində “Samsung G973 128GB white” markalı mobil telefonu gizli yolla talayaraq mağazaya həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 2020-ci ilin may ayının axırlarında saat 15:00 radələrində Zərərçəkmiş şəxs-in Sumqayıt şəhəri, 17-ci mikrroayon ərazisində yerləşən filial mağazasında piştaxtanın altından bir ədəd 649 (altı yüz qırx doqquz) manat dəyərində “X7 9 PRO 6/64 GB” markalı mobil telefonu gizli yolla talayaraq həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmədiyindən, maddi vəziyyətinin çətinliyi ilə bağlı oğurluq etmək fikrinə düşmüşdür. Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisndə yerləşən Zərərçəkmiş şəxs adlı mağazada əvvəl olduğundan orada mobil telefonların satıldığını görmüşdür. Ona görə də qərara gəlmişdir ki, həmin mağazadan mobil telefon oğurlasın. 2020-ci ilin may ayının əvvəllərində saat 17:00 radələrində o, oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs adlı mağazaya getmişdir. O, əvvəlcə mağazada olan mobil telefonlara baxmağa başlamışdır. Həmin vaxtı ətrafda heç kəsin ona baxmadığını müşahidə etdikdən sonra mağazadakı mobil telefon satılan piştaxtanın altında olan içərisində “Samsung G770” markalı mobil telefon olan qutunu oğurlayaraq mağazadan çölə çıxmışdır. Oradan çıxan kimi Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən üzdən tanıdığı Ramin adlı şəxsin işlətdiyi telefon mağazasına getmişdir. Orada Raminə onda “Samsung G770” markalı mobil telefon olduğunu, həmin mobil telefonun tanışı tərəfindən ona satılmaq üçün verildiyini, həmin mobil telefonu satmaq istədiyini demişdir. O, həmin vaxtı Raminlə razılaşaraq oğurladığı “Samsung G770” markalı mobil telefonu ona 700 manata satmışdır. Bir neçə gün sonra o, yenə də qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs adlı mağazadan oğurluq etsin. 2020-ci ilin may ayının ortalarında saat 18:00 radələrində o, yenidən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs adlı mağazaya getmişdir. O, əvvəlcə mağazada olan mobil telefonlara baxmağa başlamışdır. Həmin vaxtı ətrafda heç kəsin ona baxmadığını müşahidə etdikdən sonra mağazadakı mobil telefon satılan piştaxtanın altında olan içərisində “Samsung G 973” markalı mobil telefon olan qutunu oğurlayaraq mağazadan çölə çıxmışdır. Oradan çıxan kimi yenə də Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən Ramin adlı şəxsin işlətdiyi telefon mağazasına getmişdir. Orada olarkən Raminə həmin mobil telefonun tanışı tərəfindən ona satılmaq üçün verildiyini, həmin mobil telefonu satmaq istədiyini demişdir. O, həmin vaxtı Raminlə razılaşaraq oğurladığı “Samsung G 973”markalı mobil telefonu ona 700 manata satmışdır. 2020-ci ilin may ayının sonlarında o, yenidən qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs adlı mağazadan oğurluq etsin. O, saat 15:00 radələrində yenidən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs adlı mağazaya getmişdir. O, əvvəlcə mağazada olan mobil telefonlara baxmağa başlamışdır. Həmin vaxtı o, ətrafda ona heç kəsin baxmadığını müşahidə etdikdən sonra mağazadakı mobil telefon satılan başqa piştaxtanın altında olan içərisində “X7 9 Pro 6/64 GB GR” markalı mobil telefon olan qutunu oğurlayaraq mağazadan çölə çıxmışdır. Oradan çıxan kimi Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən Ramin adlı şəxsin işlətdiyi telefon mağazasına getmişdir. Orada olarkən Raminə həmin mobil telefonun tanışı tərəfindən ona satılmaq üçün verildiyini, həmin mobil telefonu satmaq istədiyini demişdir. O, həmin vaxtı Raminlə razılaşaraq oğurladığı “X7 9 Pro 6/64 GB GR” markalı telefonu ona 350 manata satmışdır. Zərərçəkmiş şəxs adlı mağazadan oğurluq edərkən onu heç kəs görməmiş, ona heç kəs köməklik etməmiş, həmin oğurluqları tək törətmiş, oğurladığı mobil telefonları Ramin adlı şəxsə satarkən həmin mobil telefonların tanışı tərəfindən ona satılmaq üçün verildiyini, həmin mobil telefonları satmaq istədiyini demiş, Raminə həmin mobil telefonların oğurluq olduğunu deməmiş, yuxarıda qeyd etdiyi oğurluqlardan başqa oğurluq etməmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2016-cı ilin dekabr ayından Zərərçəkmiş şəxs MMC-nin hüquqşünası vəzifəsində işləyir. 2020-ci ilin may ayının axırlarında Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Sumqayıt filial mağazasının müdiri Şahid1 MMC-yə həmin mağazadan 03 ədəd yəni “Samsung G770 128GB white” markalı, “Samsung G973 128GB white” markalı və “X7 9 PRO 6/64 GB” markalı mobil telefonların oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs MMC əvvəlcə həmin mobil telefonların kim tərəfindən oğurlanmasının müəyyən edilməsi istiqamətində şifahi araşdırma aparmışdır. Ona görə də onlar dərhal rəsmi olaraq Sumqayıt şəhər polis idarəsinə oğurluq barədə müraciət etməmişlər. Lakin sonradan tərəflərindən aparılan araşdırma nəticə vermədiyi üçün 24.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi Sumqayıt filial mağazasından oğurluq olması barədə Sumqayıt şəhər polis idarəsinə ərizə ilə rəsmi olaraq müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin oğurluqları sonradan adını bildikləri Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt filial mağazasından “Samsung G770 128GB white” markalı, “Samsung G973 128GB white” markalı və “X7 9 PRO 6/64 GB” markalı mobil telefonlardan başqa digər əşyalar oğurlamamışdır, onlar Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt filial mağazasından bir oğurluq hadisəsinin kamera ilə qeydə alınan videogörüntüsünü əldə etmişlər, digər iki oğurluq hadisəsini qeydə alan video görüntü isə müəyyən vaxt keçdiyindən bazadan silindiyi üçün əldə edə bilməmişlər, həmin iki oğurluq hadisəsinin də video görüntüyə düşən şəxs tərəfindən törədildiyini ehtimal etmişlər, sonradan onlara Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt filialı mağazasından hər üç oğurluğu Təqsirləndirilən şəxs adlı şəxsin törətdiyi məlum olmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi hüquqi şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirib, sonuncu barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 08.08.2008-ci il tarixdən etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxsMMC-nin Sumqayıt şəhər filial mağazasında koordinator (müdir) vəzifəsində işləyir. 2020-ci ilin may ayının əvvəllərində o, işlədiyi mağazada hesablama, yoxlama apardığı zaman məlum olmuşdur ki, mağazanın içərisində piştaxtanın bağlı yerində satış üçün qoyduqları 1599 manat dəyərində “Samsung G770 128GB White” markalı mobil telefon yerində yoxdur. O, əvvəlcə həmin mobil telefonun oğurlanmadığını güman etmişdir. Ona görə də mağazanın daxilində axtarış aparmağa başlamışdır. Lakin həmin mobil telefonun harada olması barədə heç bir məlumat əldə edə bilməmişdir. 2020-ci ilin may ayının ortalarında o, yenidən işlədiyi mağazada hesablama apardığı zaman yenə həmin piştaxtadan bir ədəd 1799 manat dəyərində olan “Samsung G973 128GB White” markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. Həmin vaxtı o, mağazada quraşdırılmış müşahidə kamerasına baxmışdır. Lakin müddət keçdiyi üçün kameranın yaddaşı silindiyindən həmin mobil telefon barədə də heç bir məlumat əldə edə bilməmişdir. Sonuncu dəfə 31.05.2020ci il tarixdə o, yenidən işlədiyi mağazada hesablama aparan zaman yenə də 799 manat dəyərində “X7 9 Proo 6/64 GB GR” markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. O, mağazada quraşdırılmış müşahidə kamerasına baxdıqda görmüşdür ki, 26.05.2020-ci il tarixdə“Xiomi” markalı mobil telefon bir nəfər tanımadığları müştəri tərəfindən gizli olaraq oğurlanmışdır. O, ondan qabaq digər iki mobil telefonun da naməlum şəxs tərəfindən oğurlandığını hesab edərək, bu barədə Zərərçəkmiş şəxs MMCnin rəhbərliyinə məlumat vermişdir. Sonradan o, 1-ci polis bölməsinə dəvət olunduqda orada ona məlum olmuşdur ki, həmin oğurluqları sonradan adını bildiyi Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs törətmişdir. Əvvəlcə o, həmin mobil telefonların oğurlanmadığını sadəcə əksik gəldiyini düşünmüşdür. Ona görə də özü mağazada daxili araşdırma aparmışdır. Sonradan o, mağazada quraşdırlmış videogörüntüyə baxdıqda “X7 9 Proo 6/64 GB GR” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını gördükdə başa düşmüşdür ki, mağazadan mobil telefonu həmin şəxs oğurlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə məlumat vermişdir. Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt filial mağazasından müxtəlif vaxtlarda “Samsung G770 128GB white” markalı, “Samsung G973 128GB white” markalı və “X7 9 PRO 6/64 GB” markalı mobil telefonlar oğurlanmışdır. Ola bilsin ki, o, izahat verərkən tarixləri səhv salmışdır. Əsl həqiqətdə o, birinci dəfə 2020-ci ilin may ayının əvvələrində mağazada mobil telefonun yerində olmadığını müəyyən etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14.10.2020-ci il tarixli 9/3720 saylı rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən üç adda mobil telefonların təzə vəziyyətdə, 2020-ci ilin may ayına, respublika daxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd “Samsung G770 128GB white” markalı mobil telefon 1249,00 manat; bir ədəd “Samsung G973 128GB white” markalı mobil telefon 1699,00 manat; bir ədəd “X7 9Pro 6/64 GB GR” markalı mobil telefon 649,99 manat. İş materiallarına əlavə olunmuş video görüntü olan 02 (iki) ədəd disklərə məhkəmə iclas zalında komputer vasitəsi ilə baxış keçirilmiş və həmin diskdəki video görüntüdən Təqsirləndirilən şəxs tərəfindən mağazadakı mobil telefon satılan piştaxtanın altında olan mobil telefonu oğurlaması açıq-aydın görsənmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi hüquqi şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməllərindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08.09.2020-ci ildən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 08.09.2020-ci il tarixdən həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 3 (üç) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X2 12 (on iki) saat iştirak etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli (iş № 1(060)-535/2020) qərarını icra edərək, 23 noyabr 2020-ci il tarixli 466 saylı orderinə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08.09.2020-ci il tarixdən həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində yerləşən 76 saylı fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs Müdafiəçi ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-100/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-100/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver