Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-100/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Daşkəsən şəhəri T.İsmayılov küçəsi ev 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri 3-cü mikrorayon ev 15/13 mənzil 15-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,976 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 09 avqust 2021-ci il tarixdə saat 16:00-da Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 15/13 saylı binanın yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan sarı rəngli idman şalvarının sol tərəfdən bel hissəsinə keçirilmiş bir ədəd şəffav rəngli kiçik ölçülü sellofan torbada 04 (dörd) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,377 qram, 0,135 qram, 0,136 qram, ümumi təmiz çəkisi 0,976 qram qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilk dəfə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 08 avqust 2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 20 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə “kakos” adlandırılan və narkotik vasitə olan heroin almış, sonradan həmin narkotik vasitəni hissə-hissə qəbul etmək üçün dörd hissəyə bölmüş və qara rəngli siqaret kağızlarına qablaşdırmış, sonuncu dəfə 09.08.2021-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində olarkən, ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər, polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya Sumqayıt şəhər İ saylı Vəkil Bürosundan vəkil Namiq Ağayevdə dəvət edilmiş, polis əməkdaşlarının və hüquq, eləcə də qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan sarı rəngli idman şalvarının sol tərəfdən bel hissəsinə keçirtməklə gizlətdiyi, bir ədəd kiçik ölçülü sellofan torbadakı dörd ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlərdəki narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin maddənin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitə olan heroini 08.08.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 20 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, daha sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilsməsini xahiş edir. Məhkəmə iclasının davamında Təqsirləndirilən şəxs ifadəsini dəyişdi və bildirdi ki, saxlanılarkən üzərinə baxış keçirilmiş, üzərində heç nə aşkar edilməmişdir. Polis Bölməsində isə üzərindən narkotik vasitə çıxmışdır, həmin narkotik vasitə ona aid deyildir. Təqsirləndirilən şəxs ifadəsindəki ziddiyətləri izah edə bilməmiş, hansısa hala, sübuta istinad etməmişdir. Məhkəmə bunu təqsirləndirilən şəxsin özünü müdafiə üsulu hesab edir. Çünki Təqsirləndirilən şəxs sonradan ifadəsində göstərdikləri digər sübutlarla müqayisəli şəkildə araşdırılmış, ancaq həmin hallar təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2008-ci ildən DİO-da, tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2021ci ilin may ayından xidmət aparmağa başlamış, sonuncu dəfə 09 avqust 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin NMB-nə Vasif adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Vasif adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif adlı şəxsin xx.xx.1988-ci ildə Daşkəsən şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi, ev 13-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, mənzil 15-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyataxtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 16:00-da Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkilləri, polis kapitanı Şahid3 və polis kapitanı Şahid2 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər, daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkiləri Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər İ Saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcə də qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs sol əlini əynində olan sarı rəngli idman şalvarının sol tərəfdən bel hissəsinə apararaq, əynindəki şalvarın sol tərəfdən bel hissəsinə keçirtməklə saxladığı bir ədəd kiçik ölçülü sellofan bükümü çıxarıb təqdim edərək, həmin sellofan bükümün içərisində narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu bildirmiş, təqdim edilmiş bir ədəd kiçik ölçülü sellofan bükümün içərisinə baxış keçirildikdə, həmin sellofan bükümün içərisindən dörd ədəd ayrı-ayrılıqda qara rəngli siqaret kağızlarına qablaşdırılmış qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində aşkar edilmiş qara rəngli siqaret kağızına qablaşdırılmış bükümlərdəki maddələrin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən o həmin maddələrin narkotik vasitə olan heroin olduğunu, saxlanılmamışdan bir gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı, təsadüfən tanış olduğu, anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kiçik ölçülü sellofan bükümün içərisində dörd ədəd ayrı ayrı qara rəngli siqaret kağızlarına qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli, toz şəkilli maddələr elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan heroinə bənzər maddələrin ayrı-ayrılıqda və ümumi çəkiləri müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulmsı haqında” 09.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 20) Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 75-76) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 09.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13 saylı yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşları tərəfindən 09.08.2021-ci il tarixdə saat 16:00-da saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə saat 16:38-də Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan sarı rəngli idman şalvarının sol yan tərəfinin belinə sıxılmış nahiyəsində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin übüküm açıldıqda içərisindən 4 ədəd hər biri siqaretin qara rəngli kağızına bükülmüş halda olan bükümlər aşkar edilmişdir. Həmin bükümlərin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş və hər bir bükümün içərisində spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan 4 büküm maddə narkotik vasitədir. Aşkar olunmuş həmin 4 bükümün içərisində olan maddələri 08.08.2021-ci il tarixdə Masazır qəsəbəsində adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata almış və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 bükümün içərisində olan maddələr ayrıayrılıqda tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin birinin qara rəngli kağızla birlikdə çəkisinin 0,5 qram, digərinin qara rəngli kağızla birlikdə çəkisinin 0,5 qram, digərinin qara rəngli kağızla birlikdə çəkisinin 0,6 qram və digərinin qara rəngli kağızla birlikdə çəkisinin 0 qram olması, ümumilikdə tərəziyə qoyulub çəkilən zaman isə qara rəngli kağızla birlikdə ümumi çəkisinin 1,4 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin 4 büküm içərisindəki maddələrlər birlikdə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v 26-27) İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 10.08.2021-ci il tarixli 6/3396 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi mökür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,328 qram, 0,377 qram, 0,135 qram, 0,136 qram, ümumi təmiz çəkisi 0,976 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi – 0,976 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq – 0,776 qram). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, siyahısına (Siyahı İ) daxildir. (i.v 38-41) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4928/2020 saylı, 07.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.(i.v 85-86) İş materiallarında olan Sumqayıt şəhər 3 saylı poliklinikasının 02.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli epilepsiya nəticəsində yaranan şəxsiyyət pozuntusu diaqnozu ilə 3 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ambulator müşahidəsindədir.(i.v 88) İş materiallarında olan qərarlara əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,776 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 98, 115) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2921 saylı, 23.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində 11.2019-cu il tarixdən narkomaniya diaqnozu ilə qeydiyyatdadır.(i.v 108) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 25.08.2021-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-323/2021 saylı, 08.06.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 29.11.2019cu il tarixli hökmümə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1 və 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v 110-114, 116-118) Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-306/2021 saylı, 28.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 1 il 1 ay 10 gün təşkil edir və həmin cəza “8 Noyabr-Zəfər Günü münasibətirlə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən 1 il müddətinə azaldılmışdır. Onun üzərində 1 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası qalır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 15.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefona baxış keçirmək üçün mobil telefonun işlək vəziyyətə gətirilməsi mümkün olmamış, bu səbəbdən də mobil telefona ancaq vizual baxış keçirilməklə kifayətlənilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir.(İ.V 121) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 144) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 30.09.2021-ci il tarixli 3698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 145-146) Cinayət işi üzrə təyin edilmiş komisyon ambulator məhkəmə psixatrik ekspertizasının 18.09.2021-ci il tarixli 2195 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fehruz oğlunda üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar (anamnestikməlumatlara görə hərbi xidmətdə olduğu dövrdə başından zədə alması, əsəbi olması, qıcıqlara qarşı həssas olması, bununla əlaqədar psixiatiriya xəstəxanasında stasionar müalicələrdə olması, psixi vəziyyəti ilə əlaqədar Azərbayjan Respublikası Səniyyə “RPX”-da “Epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi” diaqnozu ilə stasionar müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər ( əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayanıqsızlığı və s.) sübut edir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fehruz oğlunda “üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu” ilə formasında psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs Fehruz oğlunda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməlinə görə anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Fehruz oğlunda aşkar edilən “Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu” ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür.(i.v 147-149) Cinayət işi materiallarına əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 01 (bir) ədəd “00068” adlı, 09.08.2021-ci il tarixdə çəkilmiş, 732720 kb həcmində, 08 dəqiqə 14 saniyyə davam edən, rəngli formatda, otaq və elektrik işıqlandırılması şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən baxış keçirilmiş və maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(i.v 28, 152-154) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 15.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmılması rədd edilmişdir. (i.v 158-166) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnın 59.1.9-cu və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 08.06.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, bir daha onun səhhətindəki problemləri nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 08.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 ay 10 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 09 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,776 qram olan narkotik vasitə-heroin məhv edilməli, bundan başqa maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 08.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası 20 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 09 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,776 qram olan narkotik vasitə-heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-100/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-100/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver