Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-100/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx xxxxx 1989-cu ildə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzri yaşayış massivi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində tanışları X1 və X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin hasarından evin damma qalxaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin damma bərkidilmiş hər biri 3 metr uzunluğunda, 2 metr enində, 0,5 mm qalınlığında və 60 (altmış) manat dəyərində olan ümumilikdə 05 (beş) ədəd aliminium listləri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xeyli müddət əvvəl tanımış, onunla qonşuluqda yaşamış, həmçinin Kamran Mustafayevdə qonşusu olmuş, Taleh Hacıyev isə tanışı olmuşdur. Kamran və Talehlə pula ehtiyacları olduğundan oğurluq etmək qərarına gəlmişlər. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində X2 və X1 ilə görüşüb Zərərçəkmiş şəxs məxsus evə tərəf getmişlər. Ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra Vüsalın yaşadığı evin ətrafına çəkilmiş hasarın üstünə qalxıb evin həyətinə də nəzər yetirdikdə evin həyətində də heç kimin olmamasına tam əmin olduqdan sonra Kamranla birlikdə hasardan aşıb evin həyətinə keçmişlər. Daha sonra ordan 05 (beş) ədəd aliminium metaldan hazırlanmış lövhələri götürüb köməkləşərək evin hasarından kənara çıxarmışlar, daha sonra həmin aliminium metaldan hazırlanmış lövhələri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində “Lukoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən metal qəbulu məntəqəsinə aparıb 52 (əlli iki) manata satmışlar və əldə etdikləri pul vəsaitlərini isə aralarında bərabər şəkildə bölmüşlər. Sonradan isə ona çatan pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs məxsus evin damından Kamran Mustafayev və Taleh Hacıyevlə oğurladığı 05 (beş) ədəd aliminium metaldan hazırlanmış lövhələri satdığı şəxsə həmin əşyaların cinayət yolu ilə əldə edilməsi barədə hər hansı məlumat verməmişdir Əməlindən peşman olmasını və himayəsində 03 (üç) azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə özünə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən fərdi evin damından ümumi dəyəri 500 (beş yüz) manat təşkil edən hər birinin uzunluğu 03 (üç) metr, eni 02 (iki) metr, qalınlığı 0,5 mm olan işlənmiş 05 (beş) ədəd aliminium materialdan hazırlanmış üstlərin hasardan şama yolu ilə yaşadığı evin həyətinə daxil olmuş naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, bundan dərhal sonra baş vermiş hadisə barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, ona məxsus yaşadığı evin damından oğurlanmış aliminium metaldan hazırlanmış üstələri nə vaxt, hardan aldığını unutmuş, oğurlanmış əşyaları sonuncu dəfə xx.xx.2021-ci il tarixdə görmüş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Şikayətçidir və ona görə də, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7298 saylı rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 05 (beş) adda hər birinin uzunluğu 03 (üç) metr eni 02 (iki) metr qalınlığı 0,5 metr olan aliminium dəmir üstlərin orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 300 (üç yüz) manat (05 ədəd x60 manat) müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda göstərilən 17 adda mallar üzrə qiymətləndirmə aparılmadı. Bir qayda olaraq əmtəələrin qiymətləndirilməsi üçün onlara ekspert əmtəşünas tərəfindən baxış keçirilməli onların markası, modeli istehsal yeri texniki göstəriciləri, hazırlandığı materialı, əmtəə görünüşü müəyyən edilməlidir. Sadalanan əlamətlər müəyyən edildikdən sonra əmtəələrin qiymətləri müəyyən edilə bilər. Belə ki, eyni markaya məxsus malların qiymətləri onların modelinə, ölçülərinə, əmtəə görünüşünə görə və sair müxtəlif olur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 125-6769-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışad olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış və o, saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-801/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 125-11725-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-57/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 57/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş cərimə cəzası 300 (üç yüz) saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 03 (üç) azyaşlı uşaq vardır (xx.xx.2014-cü il təvəllüdlü X7 oğlu, xx.xx.2017-ci il təvəllüdlü X8 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X3). İş materiallarında olan xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs həyətindən oğurlanmış hər birinin uzunluğu 03 (üç) metr, eni 02 (iki) metr qalınlığı 05 (beş) mm olan 05 (beş) ədəd aliminium listlər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 180.1-ci maddələrinin, Şahid barəsində isə 194.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022ci il tarixdə həbsdə olduğu 05 (beş) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin 2-ci PB-də saxlanılan Zərərçəkmiş şəxs həyətindən oğurlanmış hər birinin uzunluğu 03 (üç) metr, eni 02 (iki) metr qalınlığı 05 (beş) mm olan 05 (beş) ədəd aliminium listlər Zərərçəkmiş şəxs qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin 2-ci PB-də saxlanılan Zərərçəkmiş şəxs həyətindən oğurlanmış hər birinin uzunluğu 03 (üç) metr, eni 02 (iki) metr, qalınlığı 05 (beş) mm olan 05 (beş) ədəd aliminium listlər Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-100/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-100/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver