Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-100/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X3, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq etmişdir. Belə ki, o özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X9 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 15 iyul 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı binanın qarşısına gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında olan rol bölgüsünə əsasən Vaqif Məmmədov mənzilin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən mənzilə daxil olduqdan sonra mənzilin qapısının kilidini içəridən istintaqa məlum olmayan alətlə sındırdıqdan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsi hesab edilən mənzilə daxil olub, yataq otağındakı sandıqçada saxlanılan iki ədəd zərfdə olan ümumilikdə 14000 manat pul, sandıqçanın yanında olan üç kiloqramlıq şüşə bankada saxlanılan 500 manat pul, həmin yataq otağında olan dolabın siyirtməsində saxlanılan 1190 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə 01 ədəd bilərzik, 1530 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 01 ədəd boyunbağı, 550 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd sırğa, 550 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 850 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt badam formasında sırğa, 1100 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 850 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə üzərində sadə qaşları olan 01 ədəd kişi üzüyü, 1275 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə 01 ədəd saat, 850 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 425 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 595 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 595 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 595 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, mənzilin dəhlizində dolabın üzərindən 60 manat dəyərində “Citizen" markalı təzyiq ölçən aparatını və 40 manat dəyərində bədəndəki oksigenin miqdarını ölçən saturasiya aparatını gizli yol ilə talayaraq zərərçəkmiş şəxs X1 ümumilikdə 25.555 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvəllərdə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Əvvəllər Rusiya Federasiyası Naqinski şəhərində şirkətlərin birində operator-mexanik işləyərək ailəsini dolandırırmışdır. Təxminən 1 ildir ki, Rusiya Federasiyasından çıxıb Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycanda olduğu müddət ərzində marketlərdə fəhlə işləmişdir. Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. Sumqayıt şəhər sakini X10 ilə Rusiyada yaşayan Məhəmməd adlı dostunun vasitəsi ilə tanış olmuşdur. Tanış olduqdan sonra Vaqifə məxsus hazırda xatırlamadığı mobil nömrəsi ilə tez-tez əlaqə saxlamışlar. Tanışdıqdan sonra Vaqif ilə bir neçə dəfə görüşüb çay içib söhbət etmişlər. 2024-cü ilin aprel-may aylarında Vaqif ilə telefonla danışan zaman hər iki gözdən əlil olan anası X4 əməliyyatı üçün ona təcili pul lazım olduğunu bildirmişdir. Vaqif isə ona maraqlanıb dəqiq cavab deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Vaqifilə telefonla danışan zaman sonuncu ona borca pul tapa bilmədiyini deyib telefon məsələsi olmadığını, onunla işi olduğunu bildirib onu Bakıya çağırmışdır. 14 iyul 2024-cü il tarixdə o, yaşadığı Gəncə şəhərindən Vaqif ilə görüşmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri Lökbatan dairəsində Vaqif onu orada qarşılamışdır. Onlar bilrikdə taksi ilə Lökbatan dairəsindən Neftçilər metrosunun yaxınlığında yerləşən çay evində girmişlər. Söhbət əsnasında Vaqif ona demişdir ki, Sumqayıt şəhərində bina evinin 1-ci mərtəbəsində bir nəfər yaşlı həkim qadın yaşayır, həmin qadının evində pul və qızıl-zinyət əşyaları vardır. Həmin qadının səhər radələrində evdən çıxdığını və axşam saat 17 radələrində evə qayıtdığını bildirmişdir. Onun pula ehtiyacı olduğunu deyib növbəti gün oraya gedib mənzilə daxil olaraq oradan pul və qızılları oğurlamaqlarını təklif etmişdir. O da maddi cəhətdən çətinlik çəkdiyi üçün, həm də anasının göz əməliyyatları üçün pula ehtiyacı olduğu üçün Vaqif ilə razılaşmışdır. Bundan sonra Vaqif ondan qalmağa yerinin olub-olmadığını soruşmuş, o, isə Vaqifə gecələməyə yerinin olduğunu demişdir. Təxminən gecə saat 12 radələrində onlar Vaqifilə sağolaşmışlar. Həmin gecəni o, Xırdalan şəhərində kofe içərək parkda keçirmişdir. Növbəti gün saat 9 radələrində Vaqif avtomobil ilə onu Xırdalan şəhəri, Riyad Ticarət mərkəzinin qarşısından gəlib götürmüş və onlar birlikdə Sumqayıt şəhərində dəqiq xatırlamadığı yerdə 8-9 mərtəbəli binanın həyətinə gəlmişlər. Vaqif maşını həmin evin həyətində saxlamışdır. Onlar birlikdə avtomobildən düşmüşlər və təxminən bir qədər piyada yeridikdən sonra Vaqif dediyi həmin yaşlı qadının yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt evin həyətində çox sayda insanlar olmuş, onlar həmin binanın blokunun qarşısına gəlmişlər, birinci mərtəbədə yerləşən mənzilin mətbəx otağının pəncərəsinin yuxarı hissənin bir qədər açıq olduğunu görmüşlər. Təxminən saat 15 radələriııə kimi onlar Vaqif ilə binanın ətrafını dolaşıb gəzmişlər. Həmin vaxt havalar çox isti olduğundan həyətdə olan insanlar demək olar ki hamısı dağılışmışdır. Onlar artıq oğurluq etmək üçün əlverişli şəraitin olduğuna əmin olduqdan sonra binanın blokuna girmişlər. O, blokun qarşısında gözləmiş, Vaqif birinci mərtəbəyə qalxmış, mənzildə heç kimin olmadığına əmin olmaq üçün solda olan mənzilin qapısını döymüşdür. Mənzildən heç kimin cavab vermədiyini gördükdən sonra onlar əmin olmuşlar ki, mənzil boşdur. Bundan sonra onlar blokdan çıxıb pəncərənin qarşısına gəlmişlər. Pəncərənin üzərində olan setkanı o götürüb yerə qoymuşdur. Bundan sonra Vaqif özü ilə gətirdiyi vintaçanı yarı açıq olan pəncərənin aşağı hissəsinə salmaqla pəncərəni açmışdır. Vaqif mənzilə daxil olaraq oradan pul və qızıl-zinət əşyaları götürüb çıxmışdır. Lakin, dəqiq hansı qızıldan nə qədər olduğunu bilməmişdir. Daha sonra oradan çıxaraq taksi ilə Bakı şəhərinə xatırlamadığı kafeyə getmişlər. Yolda olan zaman Vaqifin pulları saydığını eşitmişdir. Vaqif demişdir ki, qızılları yoxladacaq, satdıqdan sonra ona xəbər edəcək, pulu böləcəklər. Vaqif iki ədəd zərfdə və şüşə bankdadan ümumilikdə 9200 manat pulun çıxdığını demişdir. Daha sonra isə özünün da pula ehtiyacı olduğunu üçün həmin puldan 5000 manatını götürmüş və ona 4200 manat vermişdir. Qızıllar da Vaqifdə qalmışdır. Bundan sonra Vaqif oradan çıxmış və onlar sağollaşmışlar. Daha sonra o, Avtovaqzala getmiş və xatırlamadığı taksi ilə Gəncə şəhərinə gəlmişdir. O, həmin pulları anasının xəstəliyənə kifayət etmədiyi üçün şəxsi ehtiyacları üçün xərcləmişdir. O, 4200 manat pul götürmüş. Vaqif isə bildiyi qədər 5000 manat pul götürmüşdür. Qızılları isə satdıqdan sonra əldə olunmuş pulları böləcəyini demişdir, lakin daha sonra o Vaqif ilə görüşə bilmədiyindən qızılları hara və kimə satması haqqında məlumatı yoxdur. Vaqifdən başqa bu işdən heç kimin xəbəri və köməkliyi olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını və azadlıqda olarsa dəymiş zərəri hissə-hissə ödəyəcəyini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi X6 bildirmişdir, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı onkoloji xəstədir və tək yaşayır. Bacısı evində olan pulları və qızıl-zinət əşyalarını uzun müddət ərzində müalicəsi üçün yığmışdır. Oğurluqdan sonra bacısı çox pis vəziyyətə düşmüş, bu hadisə ona çox pis təsir etmişdir. Maddi imkansızlıq səbəbindən müalicəsini də ala bilmədiyi üçün hazırda əlil arabasında gəzir. Bacısı məhz bu oğurluq hadisəsinin şokundan və müalicəsini ala bilməməsi səbəbindən əlil arabasına məhkum olmuşdur. Bu hadisədən öncə də xəstəlikləri olsa da ən azında özü sərbəst gəzə bilirmiş. İndi isə kənar şəxslərin qulluq və qayğısına ehtiyacı var. Hazırda səhhəti o qədər kəskinləşmişdir ki, məhkəmə prosesində belə iştirakı mümkün deyil. Əgər bacısının səhhəti bu qədər pis olmasa o heç bu prosesdə iştirak etməzdi. Bu oğurluq hadisəsi onların ailəsinə çox ağır zərbə vurmuşdur. Oğurluq nəticəsində onlara 25.555 manat məbləğində ziyan dəymiş və bu günə kimi dəymiş zərərdən heç bir ödəniş edilməmişdir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edə bilməməsi səbədindən onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ildə ev təmiri ustası işləyən Şahid2 yaşadığı evin təmirini aparmışdır. Bir müddət sonra dəhlizdə döşəməyə vurulmuş laminat çox sıx vurulduğu üçün şişməyə başlamışdır. Bundan sonra yenidən həmin laminatı düzəltmək lazım olduğundan o, qardaşı Əliyar Hüseynovdan xahiş etmişdir ki, Nəbini evinə göndərsin ki, sonuncu laminatları dəyişsin. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində o yaşadığı evin yataq otağının qapısını açar ilə bağlayıb, həmin açarı qonaq otağında olan suverin stakanın içərisinə qoymuş, daha sonra mənzilindən çıxmış, mənzilin giriş qapısını açar ilə bağlamış və giriş qapısının açarını giriş qapısının qarşısında olan ayaqallının alıma gizlədərək işə getmişdir. Açarı gizlətdiyi yeri qardaşı Əliyara bildirmişdir ki, usta Nəbi gəldikdə açarı götürüb içəri daxil ola bilsin. Həmin gün təxminən 12:37 radələrində Nəbi ona zəng edərək, evdə vintaçanın olub- olmadığını soruşmuşdur. O, isə evdə vintaçan olmadığını, üzbə-tiz qonşusu olan Mahizər xanımında olduğunu, ondan götürə biləcəyini demişdir. Həmin gün təxminən 15:55 radələrində o, yaşadığı evə gəlmişdir. Ustaların hələ də evdə işlədiklərini fıkriləşib mənzilin giriş qapısında olan tutacağı tutub qapını açmağa çalışan zaman qapının iç tərəfindən olan tutacağın yeri düşdüyünü görmüşdür. Bundan sonra o, mənzilin giriş qapısından Nəbini səsləmişdir. Lakin, səsinə cavab verən olmamışdır. Daha sonra mənzilə daxil olub evin dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Qapısını bağladığı yataq otağının qarşısına gəldikdə isə qapının tutucağının sındırlıldığını görmüşdür. Yataq otağında daxil olduqdan orada yerləşən sandıqçanın içərisindən bir ədəd kağız konvertə 10000 və 1 ədəd kağız konvertdə olan 4000 manat pulların oğurlandığını aşkar etmişdir. Daha sonra həmin sandıqçanın baş tərəfindən 3 kiloqramlıq bankanın içərisində nəvəsi üçün yığdığı 500 manat pulun da oğurlandığını aşkar etmişdir. Daha sonra yataq otağında olan dolabın süyürtməsini açmışdır, həmin süyürtmədə olan dairəvi formada olan plastik qabın içərisindən ona məxsus 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə 01 ədəd bilərzik, 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 01 ədəd boyunbağı, 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd sırğa, 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt badam formasında sırğa, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə üzərində sadə qaşları olan 01 ədəd kişi üzüyü, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə 01 ədəd saat, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün oğrulandığını aşkar etmişdir. Bundan başqa yaşadığı mənzilin dəhlizində dolabın üzərindən 60 manat dəyərində “Sitzen” markalı təzyiq ölçən aparatının və 40 manat dəyərində bədəndəki oksigen miqdarını ölçən saturasiya aparatının da oğurlandığını aşkar etmişdir. Daha sonra o Nəbiyə zəng etmiş və harada olduğunu soruşmuşdur. Nəbi isə artıq evdə olduğunu bildirmişdir. O Nəbiyə evindən oğurluq olduğunu dedikdə, Nəbi hadisədən xəbəri olmadığını bildirmiş və tez bir zamanda evə gələcəyini demişdir. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Qardaşı Əliyar ilə danışanda sonuncu ona demişdir ki, təxminən saat 14:30 radələrində Nəbi ona zəng edib artıq işlərini yekunlaşdırdığını və mənzildən çıxdığını bildirmişdir. O, isə dediyi kimi evə saat 15:50 radələrində daxil olmuşdur. Yaşadığı mənzilin pəncərəsinin kənarlarında vintaçanın izləri olmuşdur. Onda anlamışdır ki, evindən oğurluq etmiş şəxslər pəncərədən daxil olmuşlar. Oğurluq hadisəsi 15 iyul 2024-cü il tarixdə saat 15-16 radələri arasında baş vermişdir. Ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsidə təxminən 24.500 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyaların təsviri haqqında heç bir şey deyə bilmir. Belə ki, oğrulanmış qızıl-zinyət əşyaların hər hansı xüsusi əlamətləri olmamışdır. Baş vermiş oğurluq hadisəsindən heç kimdən şübhə etməmişdir. Evində qızıl və pul olması haqqında heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Şahid2 da onun qohumudur. Bacısı Gülbar ona yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində döşəməyə vurulmuş laminatın şişdiyini və təmirə ehtiyac olduğunu bildirmişdir. 15 iyul 2024-cü il tarixdə səhər radələrində Nəbi onun evində təmir işləri aparırmış. O, Nəbiyə bacısı Gülbar xanımın evinin döşəməsinin laminatın şişdiyini, həmin laminatı təmir etmək lazım olduğunu bildirmişdir. Nəbi isə heç bir problem olmadığını demişdir. O, Gülbar xanımın mənzilinin giriş qapısının açarının qapısının qarşısında olan ayaqaltının altında gizlədildiyini bildirmişdir. Həmin gün təxminən saat 12 radələrində Nəbi onların evindən çıxaraq Gülbar xanımın yaşadığı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12/19 saylı mənzilinə getmişdir. Təxminən saat 14:30 radələrində Nəbi ona zəng edərək Gülbar xanımın evində olan işləri yekunlaşdığını və mənzili tərk etdiyini bildirmişdir. Bir qədər sonra Gülbar xanım ona zəng edərək evindən oğurluq olduğunu bildirmiş, o, isə eşitdiyindən şoka düşərək Gülbar xanımın yaşadığı mənzilə gəlmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində 2023-cü ildə təmir işləri aparmışdır. Təmir zamanı döşəməyə laminatı da o, vurmuşdur. 15 iyul 2024-cü il tarixdə səhər radələrində o, Gülbar xanımın qardaşı Şahid1 evində təmir işləri aparırmış. Şahid1 ona bacısı Gülbar xanımın evinin döşəməsinə vurduğu laminatın şişdiyini, həmin laminatı təmir etmək lazım olduğunu bildirmişdir. O, isə heç bir problem olmadığını demişdir. Əlyar Gülbar xanımın mənzilinin giriş qapısının açarının qapısının qarşısında olan ayaqaltının altında gizlədildiyini bildirmişdir. Həmin gün təxminən saat 12:30 radələrində Gülbar xanımın yaşadığı ünvan 3 mənzilin qarşısına gəlmişdir. Mənzilin giriş qapısının qarşısında olan ayaqaltının altından açarı götürüb mənzilin qapısını açaraq içəri daxil olmuşdur. Təxminən saat 12:37 radələrində o Gülbar xanıma zəng edərək, evdə vintaçanın olub-olmadığını soruşmuşdur. Gülbar xanım isə evdə vintaçan olmadığını, üzbə-üz qonşusu olan Mahizər xanımında olduğunu, ondan götürə biləcəyini demişdir. O da Gülbarın dediyi kimi Mahizər xanımdan vinataçanı götürmüş və evdə görülməli olduğu təmir işləri görmüş və təxminən 14:30 radələrində mənzildən çıxaraq qapını bağlamış və mənzilin açarını götürdüyü yerə gizlədərək yaşadığı evə getmişdir. Bir qədər sonra Gülbar xanım ona zəng edərək evindən oğurluq olduğunu bildirmiş, o isə eşitdiyindən şoka düşərək dərhal Gülbar xanımın yaşadığı mənzilə qayıtmışdır. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 98-104-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 217-218-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7032 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyaların 2024- cii ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə 01 ədəd bilərziyin qiyməti 1.190 manat, 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 01 ədəd boyunbağının qiyməti 1530 manat, 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd sırğanın qiyməti 550 manat, 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzüyün qiyməti 550 manat, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt badam formasında sırğanın qiyməti 850 manat, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğanın qiyməti 1100 manat, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə üzərində sadə qaşları olan 01 ədəd kişi üzüyünün qiyməti 850 manat, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə 01 ədəd saatın qiyməti 1275 manat, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğanın qiyməti 850 manat, 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzüyün qiyməti 425 manat, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün qiyməti 595 manat, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün qiyməti 595 manat, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün qiyməti 595 manat olmaqla ümumi dəyəri nəzəri qaydada təxminən 10955 manat müəyyən edilmişdir. Qərarda göstərilən “Citizen” markalı təzyiq ölçən aparatı və bədəndəki oksiqen miqdarını ölçən saturasiya aparatı haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirinə aparmaq mümkün olmadı. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işinin 1-ci cild 216-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 208-214-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının 13 sentyabr 2024-cü il tarixli, 24/1437 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 19-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əlbarmaq izi və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədəd ovuc izi xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əlbarmaq izi və 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 142-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.20ü4-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 326.1-ci maddələri təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin tarixdə cəzası çəkilmiş hesab edilərək cəza çəkməkdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, habelə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cü bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinin 1-ci abzasına əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlanıldığı 30 avqust 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-100/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-100/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver