Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-101/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı olan), orta təhsilli, işləməyən, məhkum olunmuş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 16-cı məhəllə, ev 28/85-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 12.08.2020-ci il tarixdə saat 01:42-də Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsi, 13-cü məhəllə, 10 C saylı evin həyətində yerləşən saxlanc yeri hesab edilən qarajın plastik pəncərəsini əli ilə açıb qanunsuz içəriyə daxil olaraq oradan 80 (səksən) manat dəyərində istifadədə olmuş 01 ədəd «Hilal» markalı 32 litrlik su qızdırıcısını, 70 (yetmiş) manat dəyərində istifadədə olmuş 01 ədəd «Davoline» markalı aspiratoru, 02 (iki) manat dəyərində uzun müddət istifadədə olmuş, qara rəngli süni dəridən olan 01 cüt ayaqqabını, 01 (bir) manat dəyərində istifadədə olmuş süni dəridən olan 01 ədəd kişi bel kəmərini, 30 (otuz) manat dəyərində Çin istehsalı olan 01 ədəd «Nikea» markalı ət çəkən maşını, 15 (on beş) manat dəyərində Çin istehsalı olan 01 ədəd «Gepas» markalı kofe üyüdən cihazı, 02 (iki) manat dəyərində Çin istehsalı olan 01 ədəd sarı rəngli vintaçanı, 45 (qırx beş) manat dəyərində Çin istehsalı olan 01 ədəd «Bosh» markalı dreli, 15 (on beş) manat dəyərində Çin istehsalı olan 01 ədəd böyük lazer fanarını gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə təxminən 260 (iki yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, pula ehtiyacı olduğu üçün 12.08.2020-ci il tarixdə saat 01:40 radələrində qonşuluqda olan evin həyətinə ətrafda və evdə heç kimin olmamasına tam əmin olunduqdan sonra daş hasarın üzərindən keçərək daxil olmuş, həyətə keçdikdən sonra evin zirzəmisinin plastik pəncərəsini əli ilə zərbə vuraraq açıb içəriyə daxil olmuşdur. Zirzəmidə bağlı olan su qızdırıcısını açaraq götürmüş, daha sonra aspiratoru, ət çəkən maşın, kofe üyüdən cihazı, 01 cüt ayyaqqabını, 01 ədəd böyük fonarını, 01 ədəd vintaçanı, 01 ədəd dreli oğurlayaraq daxil olduğu yerdən zirzəmidən çıxmışdır. Vintaçanla ayaqqabını yaşadığı evə aparmış, aspiratoru tanışı Elçinə 20 manata, su qızdırıcısını isə Rəfailə 80 manata satmışdır. Həmin şəxslərə əşyaları satarkən onların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Onlar həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilməmişlər. Kofe üyüdən cihazı, ətçəkən maşını və dreli «Kolxoz bazarı»nda tanımadığı şəxsə 70 manata satmışdır. Əldə etdiyi pulları da özünə sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Sözügedən oğurluq cinayətini özü tək törətmiş, ona kömək edən olmamışdır. Təqsirləndirilən şəxsə dəymiş maddi ziyan ödənilmişdir.Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin eilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 13-cü məhəllə, Təzə Kotec qəsəbəsində yerləşən 10 C saylı ev ona məxsusdur. 2020-ci ilin mart ayının axırlarından hal-hazıradək karantim rejimi ilə əlaqədar olaraq o ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən bağ evində qalır. Aradabir ona məxsus Sumqayıt şəhəri 13-cü məhəllə, Təzə Kotec qəsəbəsində yerləşən 10 C saylı evinə gedib-gəlir. 11.08.2020-ci il tarixdə saat 10 radələrində o evinə baş çəkmək üçün 10 C saylı evinə getmiş və 15 dəqiqə evində qaldıqdan sonra oradan çıxıb getmişdir. Həmin vaxt hər şey qaydasında olmuş, heç nə oğurlanmamışdır. 12.08.2020-ci il tarixdə saat 10:40 radələrində həmin bağ evindən Sumqayıt şəhəri 13-cü məhəllə, Təzə Kotec qəsəbəsində yerləşən 10 C saylı evə xalçaları gətirdiyi zaman evin həyətində olan qaraja daxil olmuşdur. Bu zaman qarajın pəncərəsinin açıq olduğunu görmüş və oğurluq edilməsini başa düşmüşdür. Qarajda quraşdırılmış təxminən 230 manata aldığı «Hilal» markalı 32 litrlik su qızdırıcısının yerində olmadığını aşkar etmişdir. Daha sonra yaşadığı evin həyatyanı sahəsində quraşdırılmış videomüşahidə kameralarının görüntülərinə baxdıqda, 12.08.2020-ci il tarixdə saat 01:42də naməlum şəxsin yaşadığı evin həyətinə daxil olaraq, oradan evin qarajın pəncərəsindən içəriyə daxil olub içəridən əşyaları bir-bir çıxartdığını görmüşdür. Beləliklə də qarajdan təxminən 230 manata aldığı 01 ədəd «Hilal» markalı 32 litrlik su qızdırıcısı, təxminən 150 manata aldığı 01 ədəd «Davoline» markalı aspirator, təxminən 50 manata aldığı 01 ədəd Çin istehsalı olan «Nikea» markalı ət çəkən maşın, təxminən 30 manata aldığı Çin istehsalı olan «Gepas» markalı kofe üyüdən cihazı, 50 manat dəyərində 01 cüt ayyaqqabı, təxminən 15 manata aldığı Çin istehsalı olan 01 ədəd böyük lazer fonarını, təxminən 2 manata aldığı Çin istehsalı olan sarı rəngli vintaçan oğurlanmışdır. Daha sonra o hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan o, qaraja baxış keiçrtdikdə təxminən 45 manata aldığı Çin istehsalı olan «Bosh» markalı drelin də oğurlandığını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun evinin həyətində olan qarajdan oğurluq edən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs soyadlı şəxsdir.Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımaqla, onun yaşadığı qəsəbədə yaşayır. 12.08.2020-ci il tarixdə saat 11 radələrində o evdə olarkən Mirağa yaşadığı evə gələrək ona 01 ədəd «Hilal» markalı 32 litrlik su qızdırıcısını göstərib həmin su qızdırıcısının onun özünə məxsus olduğunu, pula ehtiyacı olduğunu üçün onu satdığını demişdir. O ona həmin su qızdırıcısını neçəyə satdığını soruşduqda, Mirağa da ona 80 manata satdığını demişdir. O Mirağaya inanıb onunla razılaşmış və həmin su qızdırıcısını ondan 80 manata almışdır. Sonradan Sumqayıt ŞPİ-nin 4-cü PB-dən evə zəng gəldikdən sonra o və anası Şahid2 məlum olmuşdur ki, həmin su qızdırıcısını Təqsirləndirilən şəxs oğurlayaraq gətirib ona satmışdır. O həmin su qızdırıcısının oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Mirağa həmin su qızdırıcısının ona məxsus olduğunu demişdir. O polis bölməsinə getməyə qorxduğundan anası Solmaz özü 4-cü PB-yə gedərək həmin su qızdırıcısını polis əməkdaşlarına təqdim etmişdir. Anası da su qızdırıcısının oğurluq olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhəri, Bərpa xəstəxanasının yanında yerləşən «Uğur» marketi işlədir. Təqsirləndirilən şəxs təxminən 3 ildir tanımaqla onun işlətdiyi dükana qarpız, yemiş gətirmişdir. 12.08.2020-ci il tarixdə, saat 13 radələrində o işdə olarkən Mirağa marketə gələrək ona 01 ədəd «Davoline» markalı aspiratoru göstərmişdir. O Mirağadan həmin aspiratorun oğurluq olub-olmadığını soruşmuş, Mirağa da ona həmin aspiratorun oğurluq deyil, öz evindən çıxardıb gətirdiyini, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Hətta ona bu barədə öz xətti ilə kağız da yazıb vermişdir. Həmin kağız parçasını o, polis əməkdaşlarına təqdim etmişdir. O aspiratora baxdıqda onun əlamətlərindən işlənmiş olduğunu müəyyən etmişdir. Mirağa həmin aspiratora görə ondan 50 manat pul istəsə də, o onunla 20 manata razılaşaraq vermişdir. Mirağa ondan 20 manat pulu aldıqdan sonra çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Mirağanın ona satdığı aspirator oğurluqdur. Bu səbəbdən o, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunaraq həmin aspiratoru polis əməkdaşlarına təqdim etmişdir. Mirağanın ona satdığı aspiratorun oğurluq olduğunu bilməmiş, özü də mənə bu barədə heç nə deməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 da Şahid3 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31.08.2020-ci il tarixli, 9/3140 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 153 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. -80 (səksən) manat dəyərində istifadədə olmuş 01 ədəd «Hilal» markalı 32 litrlik su qızdırıcısı;-70(yetmiş) manat dəyərində istifadədə olmuş 01 ədəd «Davoline» markalı aspirator;-2 (iki) manat dəyərində uzun müddət istifadədə olmuş, qara rəngli süni dəridən olan 1 (bir) cüt ayaqqabı;-01 (bir) manat dəyərində istifadədə olmuş süni dəridən olan 01 ədəd kişi bel kəməri. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.10.2020-ci il tarixli, 9/3826 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və əlavə məlumatda qeydi edilən 03 adda müxtəlif markalı malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 47 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. -30 (otuz) manat dəyərində Çin istehsalı olan 01 ədəd «Nikea» markalı ət çəkən maşın;-15 (on beş) manat dəyərində Çin istehsalı olan 01 ədəd «Gepas» markalı kofe üyüdən cihazı; -02 (iki) manat dəyərində Çin istehsalı olan 01 ədəd sarı rəngli vintaçan; Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılması özü tərəfindən etiraf olunmuş əlyazısından görünür ki,Təqsirləndirilən şəxs hamam qaz plitəsinin ona məxsus olmasını bildirərək onu 80 manata öz razılığı ilə satdığını bildirərək onun oğurluq olmamasına dair 12 avqust 2020-ci il tarixdə yazılı qəbz vermişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 22.08.2020-ci il tarixli protokoldan görünür ki, 12.08.2020-ci il tarixdə saat 01:42-də naməlum şəxs Zərərçəkmiş şəxs məxsus olan evin daş hasarından həyətə daxil olaraq qarajın plastik pəncərəsini açır və içəriyə daxil olur. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 22.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsi, 13-cü məhəllə, 10 C saylı evin həyətində yerləşən qarajdan oğurladığı 01 ədəd bel kəmərini və 01 cüt kişi ayaqqabısını Sumqayıt ŞPİ-nin 4-cü PB-də təqdim etmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 24.08.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 01 ədəd «Davoline» markalı aspiratoru və Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçasını Sumqayıt ŞPİ-nin 4-cü PB-də təqdim etmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 25.08.2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs oğurlayaraq onun oğlu Şahid3 satdığı 01 ədəd «Hilal» markalı 32 litrlik su qızdırıcısını Sumqayıt ŞPİ-nin 4-cü PB-də təqdim etmişdir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi 01 cüt kişi ayaqqabısı, 01 ədəd bel kəməri, Şahid2 təqdim etdiyi 01 ədəd “Hilal” markalı 32 litrlik su qızdırıcısı, Şahid1 təqdim ediyi 01 ədəd “Davoline” markalı aspirator saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, Zərərçəkmiş şəxs qarajından oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçası cinayət işinin istintaq materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09.10.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış və istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.10.2020-ci il tarixdə saat 16:00-da Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİnin 4-cü Polis Bölməsinə gətirilmişdir. Cinayət işinin materiallarından görünür ki, 27.10.2020-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 28.10.2020-ci il tarixli qərarından görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qəimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat rədd edilmiş və təqsirləndirlən şəxs məhkəmə zalından azad edilmişdir. Həmin tarixdə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarüında olan sübutların qiymətləndirlməsinə dair 04.11.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1 və 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair qərar çıxarılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 03.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair 17.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da tutularaq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə təhvil verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilmih xasiyyətnamədə Təqsirləndirilən şəxs şikayət daxil olmadığı göstərilmişdir. Sumqayıt şəhər Səhiyyə şöbəsi 2 saylı şəhər Poliklinikası trəfindən verilmiş 06.10.2020-ci il tarixli 552 saylı ayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 24.07.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlarresidivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 30.03.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan ödənilmişdir və o şikayətçi deyildir. Sumqayıt şəhər Probasiya Şöbəsinin 09.04.2021-ci il tarixli, 13/446 saylı məktubundan görünür ki, Məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 24.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 21.01.2020-ci il tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilmiş və Ədliyyə Nazirliyinin Elektron Monitorinq Mərkəzi tərəfindən izlənməsinə başlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 02 ay 07 gününü çəkmişdir. Məhkuma təyin olunmuş cəzanın 01 il 03 ay 19 günü isə çəkilməmiş olaraq qalmışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017 və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanın tamamilə ödənilməsidir. 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması və törətdiyi əməldən peşman olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Sumqayıt şəhər məhkəməsinin 24.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra yenidən oğurluq cinayət əməlini törətməsi onun islah olunmadığını göstərir və bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Sumqayıt şəhər Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş 01 il 05 ay 26 gün azadlığın mhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 19 günü ona hazırki hökmlə təyin olunacaq cəzaya qismən birləşdirilməli və üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18 noyabr 2020-cu il tarixli (iş № 1(060)- 536/2020) qərarını icra edərək, 20 noyabr 2020-cu il tarixli 463/2020 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi 01 cüt kişi ayaqqabısı, 01 ədəd bel kəməri, Şahid2 təqdim etdiyi 01 ədəd “Hilal” markalı 32 litrlik su qızdırıcısı, Şahid1 təqdim ediyi 01 ədəd “Davoline” markalı aspirator saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Zərərçəkmiş şəxs qarajından oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçası cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz ) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) ill müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 26-28 oktyabr 2020-ci il tarixlərində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş üzərində müəyyən edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 19 günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin olunacaq cəzaya qismən birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmənin başlanğıcı 17 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi 01 cüt kişi ayaqqabısı, 01 ədəd bel kəməri, Şahid2 təqdim etdiyi 01 ədəd “Hilal” markalı 32 litrlik su qızdırıcısı, Şahid1 təqdim ediyi 01 ədəd “Davoline” markalı aspirator saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs qarajından oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı kağız parçası cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC -nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-101/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-101/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver