Məhkəmə qərarları › İş №1(060)-101/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-101/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-101/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan bağları fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən fərdi evin həyətinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, evin həyətindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd üzərində Boomer yazıları olan göy rəngli, əl əyləcli, sürət qutulu, təxminən 26 ölçülü, 100 manat dəyərində velosipedi, 1 ədəd üzərində Stels 800 yazıları olan qara-qırmızı rəngli, əl əyləcli, sürət qutulu, təxminən 26 ölçülü, 150 manat dəyərində velosipedi və 1 ədəd üzərində American Eagle yazıları olan göy rəngli, əl əyləcli, sürət qutulu, təxminən 26 ölçülü, 120 manat dəyərində velosipedi gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 370 (üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində, Zərərçəkmiş şəxs2 məxsus olan Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən marketin plastik nəfəsliyini sıxıb açma yolu ilə marketə qanunsuz daxil olaraq, marketdən ümumi dəyəri 76 manat olan 20 qutu Kent-4 nazik markalı siqaret, ümumi dəyəri 76 manat olan 20 qutu Kent-8 markalı siqaret, ümumi dəyəri 57 manat olan 15 qutu Kent-4 qalın markalı siqaret, ümumi dəyəri 76 manat olan 20 qutu Kent-1 nazik markalı siqaret, ümumi dəyəri 72 manat olan 20 qutu Vinston kompakt markalı siqaret, ümumi dəyəri 54 manat olan 15 qutu Vinston nazik markalı siqaret, ümumi dəyəri 72 manat olan 20 qutu Vinston ballı markalı siqaret, ümumi dəyəri 132 manat olan 60 qutu Magna markalı siqaret, ümumi dəyəri 32,4 manat olan 12 qutu Winchester nazik markalı siqaret, ümumi dəyəri 108 manat olan 40 qutu Winchester kompakt markalı siqaret, ümumi dəyəri 22 manat olan 10 qutu Kingston markalı siqaret, ümumi dəyəri 64 manat olan 20 qutu LD kompakt markalı siqaret, ümumi dəyəri 64 manat olan 20 qutu LD nazik markalı siqaret, ümumi dəyəri 108 manat olan 40 qutu Rothmans kompakt markalı siqaret, ümumi dəyəri 40,5 manat olan 15 qutu Rothmans mentol markalı siqaret, ümumi dəyəri 40 manat olan 10 qutu Sobranie qalın markalı siqaret, ümumi dəyəri 120 manat olan 30 qutu Sobranie nazik markalı siqaret, ümumi dəyəri 96 manat olan 24 qutu Sobranie kompakt markalı siqaret, ümumi dəyəri 48 manat olan 12 qutu Sobranie ballı markalı siqaret, ümumi dəyəri 100 manat olan 40 qutu Vant boz və qara markalı siqaret, ümumi dəyəri 108 manat olan 40 qutu Pallmall markalı siqaret, ümumi dəyəri 33 manat olan 15 qutu Veqas boz markalı siqaret, ümumi dəyəri 88 manat olan 40 qutu Keno markalı siqaret, ümumi dəyəri 44 manat olan 20 qutu Maqna ballı markalı siqaret, ümumi dəyəri 88 manat olan 40 qutu Viceroy markalı siqaret, ümumi dəyəri 57 manat olan 15 qutu Davidov markalı siqaret, ümumi dəyəri 10 manat olan 10 ədəd 1 manatlıq, ümumi dəyəri 20 manat olan 10 ədəd 2 manatlıq, ümumi dəyəri 30 manat olan 10 ədəd 3 manatlıq, ümumi dəyəri 35 manat olan 7 ədəd 5 manatlıq bakcel, ümumi dəyəri 10 manat olan 10 ədəd 1 manatlıq, ümumi dəyəri 20 manat olan 10 ədəd 2 manatlıq, ümumi dəyəri 30 manat olan 10 ədəd 3 manatlıq, ümumi dəyəri 35 manat olan 7 ədəd 5 manatlıq azercel, ümumi dəyəri 20 manat olan 10 ədəd 2 manatlıq, ümumi dəyəri 50 manat olan 10 ədəd 5 manatlıq nar mobil operator telefon danışıq kartları, 150 manat miqdarında qəpik pulları, ümumi dəyəri 75 manat olan 3 dəst (hər dəst 1 cüt sırqa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağı, 1 ədəd üzükdən ibarət olmaqla) polad materialdan olan bujiteriya, 10 manat dəyərində 2 cüt polad materialdan olan sırqa, ümumi dəyəri 12 manat olan 3 ədəd 1 kq servalat kolbasa, ümumi dəyəri 13 manat olan 2 ədəd 1 kq doktorskaya kolbasa və 120 manat dəyərində X4 6 pro 32 GB BL markalı mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2365,90 (iki min üç yüz altmış beş manat doxsan qəpik) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə özünü qismən təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində işdən evə qayıdarkən Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən məscidin yaxınlığında onun idarə etdiyi avtomobilin təkərinin havası azaldığı üçün avtomobili yolun kənarına verib saxlamış və avtomobilin təkərini təmir etdirmək üçün pul götürmək məqsədi ilə piyada yaşadığı evə yola düşmüşdür. Bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus olduğunu sonradan öyrəndiyi fərdi həyət evinin qarşısından keçərkən evin həyətyanı sahəsinin giriş qapısının açıq olduğunu və evin həyətində 3 ədəd velosipedin olduğunu görüb həmin velosipedləri oğurlamaq qərarına gəlmişdir. Bir qədər ətrafa baxıb yaxınlıqda heç kimin olmadığından əmin olduqdan sonra, qapının açıq olmasından istifadə edərək evin həyətinə daxil olmuşdur. X3 markalı velosipedi, ardınca isə Stels markalı velosipedi götürüb sürərək, təxminən 100 metr aralıda yerləşən, yaşayış olmayan, yarımtikili evin həyətinə aparıb orada gizlətmiş, ardınca isə eyni qaydada Boomer markalı 3-cü velosipedi oğurlayıb yaşadığı evə apardıqdan sonra, yarım tikilidə gizlətdiyi velosipedləri də, oradan götürüb yaşadığı evə aparmışdır. Həmin gün axşam saatlarında American Eagle markalı və Stels markalı velosipedlərin şəkillərini çəkib American Eagle markalı velosipedi 120 manata, Stels markalı velosipedi isə 100 manat satmaq üçün “Lalafo” internet saytına yerləşdirmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Şahid1 adında bir şəxs ona zəng edərək satış üçün sayta yerləşdirdiyi hər iki velosipedi almaq istədiyini bildirmişdir. O, yaşadığı ünvanı Zahidə bildirmiş və Zahid, velosipedləri almaq üçün onun yaşadığı ünvana getmişdir. O, hər iki velosipedi Zahidə ümumilikdə 90 (doxsan) manata satmışdır. xx.xx.2022-ci il tarixdə o, Zahidə zəng edərək onun həyətində olan başqa bir Boomer markalı velosipedi də, satmaq istədiyini bildirmiş, o Zahidlə razılaşaraq həmin velosipedi Zahidə 60 manata satmışdır. Beləliklə o, oğurladığı hər üç velosipedi ümumilkdə 150 (yüz əlli) manata satmış və satışdan əldə etdiyi həmin pulu avtomobilinin nasaz ehtiyat hissələrinin təmirinə sərf etmişdir. Sözügedən oğurluq hadisəsini törətməkdə hər hansı bir şəxs ona köməklik etməmiş, həmin oğurluğu tək etmiş, o, velosipedləri oğurlayarkən onun oğurluq etməsini heç kim görməmiş, ona mane olmağa çalışmamış, Şahid1 satdığı velosipedlərin oğurluq yolu ilə əldə etdiyini sonuncuya bildirməmiş, Zahidə həmin velosipedlərin onun özünə məxsus olduğunu, tanışlarının ona verdiklərini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində, Sumqayıt şəhəri BTZ bağları ərazisində piyada gəzərək “Rəşad” adlı avtomobil ustasını axtararkən, həmin ərazidə yerləşən, adının Zərərçəkmiş şəxs2 olduğunu sonradan öyrəndiyi şəxsə məxsus olan marketi görmüş və həmin marketdən oğurluq etməyin asan olduğunu hesab edərək, market bağlandıqdan sonra gecə saatlarında marketdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə təxminən saat 05 radələrində yenidən həmin marketin yerləşdiyi əraziyə getmişdir. Əraziyə baxıb ətrafda heç kimin olmamasından və hər hansı bir şəxsin onu görə bilməyəcəyindən əmin olduqdan sonra marketə daxil olmaq məqsədi ilə marketin arxa tərəfinə keçmişdir. Marketin yanında olan nərdivanı götürüb marketin açıq vəziyyətdə olan nəfəsliyinə söykəyərək, nərdivanla qalxıb nəfəslikdən marketə daxil olmuşdur. İçəri daxil olduqda marketin siqnalizasiyası işə düşərək səs salmağa başladıqda o, marketin nəfəsliyindən bayıra çıxıb elektrik sayğacından siqnalizasiyanı söndürüb yenidən eyni yolla marketə daxil olmuşdur. Öncə marketin kassasına yaxınlaşıb kassada olan pulları götürmək istəmiş, ancaq kassada pul olmamışdır. Bundan sonra masanın üstündə, kassanın yanında olan içərisinə qəpik pullar yığılmış qabı götürüb, qabın içərisindəki təxminən 5 manat miqdarında qəpik pulları və eləcə də, həmin masanın alt hissəsində, plastik qabın içərisindəki iki manat pulu və miqdarını dəqiq xatırlamadığı bakcel, azercel, nar mobil telefon danışıq kartlarını götürüb cibinə qoymuşdur. Bundan sonra siqaretlər olan şöbəyə yaxınlaşıb, oradan 5 qutu kent 4 nazik, 5 qutu kent 1 nazik, 11 qutu kent 4 qalın, 9 qutu vinston nazik, 6 qutu vinçestr nazik, 15 qutu rotmans mentol və boz, 20 qutu vant, 43 qutu pallmall, 20 qutu maqna siqaretlərini və eləcə də soyuducudan 1 ədəd doktorskaya kolbasası və 1 ədəd cuppy şirə içkisi götürüb sellofan torbaya yığmışdır. Bundan əlavə digər vitrindən 2 cüt bujiteriya sırğanı götürüb cibinə qoymuşdur. Sonra marketdən oğurladığı həmin şeyləri də götürüb, marketin nəfəsliyindən bayıra çıxıb evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində, oğurladığı siqaretlərdən bir qismini-pallmall, maqna, vinçestr, vant siqaretlərini götürüb Bakı şəhəri, Suraxanı rayonunda yaşayan dostu Namiqin yanına getmiş və əlində siqaretlər olduğunu bildirərək, həmin siqaretləri satmaqda ona köməklik etməsini Namiqdən xahiş etmişdir. Namiq yalnız pallmall siqaretlərinin 1 qutusunu 2 manata alacağını bildirmişdir. O, Namiqlə razılaşmış və 40 qutu pallmall siqaretlərini Namiqə satmışdır. Namiq aldığı siqaretlərin pulunun 30 manatını ona nəğd ödəsə də, qalan 50 manatını isə bir müddət sonra ödəyəcəyini bildirmişdir. Sonra o, həmin qalan digər siqaretləri satmaq üçün bir çox köşkə yaxınlaşsa da, yalnız Bakı-Sumqayıt yolunun kənarındakı Riyad mebel evinin qarşısında yerləşən köşkün satıcısı Azad adlı şəxs siqaretləri ondan almağa razı olmuşdur. Azad siqaretləri haradan əldə etdiyini soruşduqda o, tütün zavodunda işləyən tanışlarına zovod rəhbərliyi tərəfindən verildiyini, tanışlarının isə ona verdiklərini bildirmişdir. Azad 20 qutu vant siqaretinin 1 qutusunu 1,5 manatdan, 20 qutu maqna siqaretinin 1 qutusunu 1,5 manatdan, 2 qutu vinçestr siqaretinin 1 qutusuna 2,5 manatdan hesablamaqla ona ümumilikdə təxminən 65 manat pul ödəyərək almışdır. O, evində əlavə də siqaretləri olduğunu bildirdikdə, Azad həmin siqaretləri səhəri gün, Azadın işlədiyi Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Araz marketə aparmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, evdə qalan digər siqaretləri də götürüb Azadın işlədiyi həmin Araz marketə getmişdir və orada Azadla görüşüb Azada 15 qutu rotmans, 20 qutu kent, 9 qutu vinston siqaretləri vermişdir. Hesablarına görə Azad ona 108 manat pul ödəməli olmuş, ancaq Azad cəmi 100 manat pulu olduğunu bildirərək ona 100 manat pul ödəmiş və 4 qutu rotmans siqaretini ona qaytarmışdır. O, həmin 4 qutu rotmans siqaretini isə onu evə aparan taksi sürücüsünə ödəniş əvəzinə vermişdir. Zərərçəkmiş şəxs2 marketindən oğurladığı 2 cüt bujiteriya sırqasını itirmiş, kolbasa və şirəni yeyib içmişdir. Bir qismi özündə qalan mobil telefon danışıq kartlarını isə Sumqayıt ŞPİ-nin 5-ci PB-də təhqiqatçıya təqdim etmişdir. Oğurluq siqaretlərin satışından əldə etdiyi pulları isə öz şəxsi eytiyacları üçün xərcləmişdir. Sözügedən oğurluq hadisəsini törətməkdə hər hansı bir şəxs ona köməklik etməmiş, o, həmin oğurluğu tək etmiş, sözügedən marketdən oğurluq edərkən hər hansı bir şəxs onun oğurluq etməsini görməmiş, ona mane olmağa çalışmamış, Zərərçəkmiş şəxs2 məxsus marketdən mobil telefon oğurlamamış, Şahid2 və Şahid3 satdığı siqaretləri tanışlarının ona verdiklərini bildirmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Sumqayıt şəhəri, BTZ bağları ərazisində ona məxsus ərzaq, tütün eləcə də, digər məhsullar satılan market vardır və həmin market saat 08-dən saat 23-dək fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə o, marketi bağlayıb evinə getmiş, xx.xx.2022-ci il tarixdə səhər saatlarında sözügedən marketə qayıdaraq qapını açıb içəri daxil olduqda marketin nəfəsliyinin açıq olduğunu və marketdəki bir çox məhsulların yerində olmadığını görmüşdür. Sonra marketə daha dəqiqliklə baxıb yoxladıqda, 20 qutu Kent-4 nazik, 20 qutu Kent-8, 15 qutu Kent-4 qalın, 20 qutu Kent-1 nazik, 20 qutu Vinston kompakt, 15 qutu Vinston nazik, 20 qutu Vinston ballı, 60 qutu Maqna, 12 qutu Vinçester nazik, 40 qutu Vinçester kompakt, 10 qutu Kingston, 20 qutu LD kompakt, 20 qutu LD nazik, 40 qutu Rotmans kompakt, 15 qutu Rotmans mentol, 10 qutu Sabraniya qalın, 30 qutu Sabraniya nazik, 24 qutu Sabraniya kompakt, 12 qutu Sabraniya ballı, 40 qutu Vant boz və Vant qara, 40 qutu Pallmall, 15 qutu Veqas boz, 40 qutu Keno, 20 qutu Maqna ballı, 40 qutu Viceroy, 15 qutu Davidov markalı siqaretlərin, 10 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq, 7 ədəd 5 manatlıq bakcel, 10 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq, 7 ədəd 5 manatlıq azercel, 10 ədəd 2 manatlıq, 10 ədəd 5 manatlıq nar mobil operator telefon danışıq kartlarının, 150 manat miqdarında qəpik pulların, 3 dəst (hər dəst 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağı, 1 ədəd üzükdən ibarət olmaqla) polad materialdan olan istifadə edilməmiş, satış qiyməti 25 manat olan bujiteriya, 2 cüt polad materialdan olan sırğa, 3 ədəd orta ölçülü hər birinin dəyəri 7 manat olan servalat, 2 ədəd hər birinin dəyəri 8 manat olan doktorskaya kolbasaların və 1 ədəd 4 il əvvəl təzə vəziyyətdə alıb oğurlandığı günədək istifadə etdiyi saz vəziyyətdə olan X4 6 pro 32GB BL markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. Belə olan halda o, başa düşmüşdür ki, o, marketi bağlayıb getdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər marketin nəfəsliyini sıxıb açma yolu ilə marketə daxil olaraq, marketdən yuxarıda sadaladığı məhsulları gizli yolla talayıb, ona ümumilikdə 2954,4 (iki min doqquz yüz əlli dört manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyan vurduğu hissə ilə bağlı dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə işlərini yekunlaşdırıb, təxminən saat 21:00 radələrində yaşadığı evə qayıtmış, sürdüyü American Eagle markalı velosipedini də, evinin həyətində, giriş qapısının yaxınlığındakı digər Boomer və Stels 800 markalı velosipedlərinin yanında saxlayıb evə keçmişdir. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində evdən çıxıb işə getmək istəyərkən hər üç velosipedinin yerində olmadığını aşkar etmişdir. Belə olan halda o, başa düşmüşdür ki, xx.xx.2022-ci il tarixdə sat 21:00 radələrində o, American Eagle markalı velosipedini evinin həyətində saxlayıb evə daxil olduqdan sonra, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər onun yaşadığı evin həyətinə qanunsuz daxil olaraq, hər üç velosipedini gizli yolla talamışdır. Hazırda Təqsirləndirilən şəxs ziyan vurduğu hissə ilə bağlı dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində “Lalafo” internet saytında 1 ədəd Burner markalı velosipedin 100 manata, 1 ədəd Stels 800 markalı velosipedin 100 manata satış elanını görüb, elandakı (051) ***-**- ** telefon nömrəsinə zəng edərək elanı yerləşdirmiş Şöhrət adlı şəxslə danışaraq velosipedləri almaq istədiyini bildirmiş və Şöhrətin yaşadığı ünvana Sumqayıt şəhəri Ceyranbatan bağları ərazisinə getmişdir. Şöhrət hər iki velosipedi ona göstərmiş və o, həmin velosipedləri ümumilikdə 90 manata alacağını bildirmişdir. Razılaşdıqdan sonra o, Şöhrətə 90 manat pul ödəyib hər iki velosipedi öz avtomobilinə yükələyərək yaşadığı evə aparmışdır. Həmin gün saat 21 radələrində Şöhrət ona zəng edərək, Şöhrətin həyətində olan American Eagle markalı 3-cü velosipedi də, satmaq istədiyini bildirmişdir. O, Şöhrətə 60 manat ödəyərək həmin velosipedi də almışdır. Beləliklə Şöhrətdən aldığı hər üç velosipedə görə Şöhrətə ümumilkdə 150 (yüz əlli) manat pul ödəmişdir. Ancaq o, polisə dəvət edildikdən sonra Şöhrətin ona satdığı velosipedləri oğurluq yolu ilə əldə etdiyini və həmin velosipedlərin Zərərçəkmiş şəxs1 adlı vətəndaşa məxsus olduğunu öyrənmişdir. Hal-hazırda həmin velosipedləri polisə təhvil vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Gənclər şəhərciyi, Riyad mebel evinin qarşısında yerləşən köşkdə satıcı işlədiyi müddətdə, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyi şəxs taksidən düşüb ona yaxınlaşaraq pula ehtiyacı olduğu üçün özünə məxsus siqaretləri satdığını bildirmişdir. O, Şöhrətin satdığı siqaretlərin oğurluq olub-olmadığını soruşduqda Şöhrət satdığı siqaretlərin özünə məxsus olduğunu bildirmiş və onun inanması üçün şəxsiyyət vəsiqəsinin surətini ona verməyi təklif etmişdir. Belə olan halda o, Şöhrətin satdığı siqaretlərin oğurluq olmadığına inanaraq Şöhrətdən siqaret almağa razılaşmışdır. Şöhrət siqaretlər yığdığı sellofan torbanı taksidən götürüb onun yanına aparmışdır. Sellofan torbada müxtəlif çeşid siqaretlər olmuşdur. O, Şöhrətin gətirdiyi, dəqiq sayını xatırlamadığı bütün vant, maqna və vinçestr markalı olan siqaretləri almış və Şöhrətə ümumilkdə təxminə 70 manat pul ödəmişdir. Şöhrət evində yenə siqaretlər olduğunu bildirmiş və ona satmağı təklif etmişdir. O, həmin siqaretləri də almağa razılaşmış və siqaretləri səhəri gün, onun meyvəçi işlədiyi, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Araz marketə gətirməsini xahiş etmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, günün birinci yarsında Şöhrət onun iş yerinə getmişdir. Bu dəfə isə o, Şöhrətdən dəqiq miqdarını xatırlamadığı sayda vinston, kent və rotman markalı siqaretlər alıb ümumilkdə Şöhrətə 100 manat pul ödəmişdir və Şöhrət çıxıb getmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 (deməsinə görə işğaldan azad olunmuş ərazidə işlədiyindən məhkəməyə gələ bilməmişdir) ifadəsində göstərmişdir ki, uzun müdətdir ki, fərdi qaydada bina tikintilərində usta işləyir, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, Təqsirləndirilən şəxs əvvəllər onunla qonşuluqda yaşamış və onunla birlikdə tikintidə fəhlə işləmişdir, təxminən 1 ilə yaxın müddətdir ki, o, Şöhrətlə görüşmür, əlaqələri kəsilmişdir. xx.xx.2022-ci il tarixdə Şöhrət ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o, Şöhrəti yaşadığı ünvana dəvət etmişdir. Təxminən 1 saat sonra Şöhrət onun yanına gedərək, özü ilə apardığı xeyli miqdarda, müxtəlif markalı siqaretləri ona göstərib həmin siqaretləri satmaqda köməklik etməsini ondan xahiş etmişdir. O, Şöhrətdən həmin siqaretləri haradan əldə etdiyini soruşduqda Şöhrət, taksi fəaliyyəti göstərdiyi avtomobillə apardığı müştərinin xidmət haqqı əvəzində həmin siqaretləri verdiyini bildirmişdir. O, siqaretləri sata bilməyəcəyini söylədikdə, Şöhrət pula ehtiyacı olduğunu bildirdiyi üçün Şöhrətin gətirdiyi siqaretlərdən 16 qutu “Pallmall” markalı siqareti bir qutusunu 2 manatdan öz istifadəsi üçün almış və bir neçə gündən sonra Şöhrətlə yenidən görüşdükdə həmin siqaretlərin 32 manat pulunu Şöhrətə ödəmişdir. İkinci dəfə o, Şöhrətlə görüşdükdə Şöhrət, hələ də, xeyli miqdarda müxtəlif növ siqaretlərinin olduğunu bildirib həmin siqaretləri satmaq üçün ondan müştərilər tapmasını xahiş etmişdir. Bu dəfə o, Şöhrətdən ona satdığı və hal hazırda da, satmaq istədiyi siqaretləri haradan əldə etdiyini soruşub, ona həqiqəti söyləməsini xahiş etdikdə Şöhrət sözügedən siqaretləri oğurluq yolu ilə əldə etdiyini, yəni həmin siqaretləri Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən marketdən oğurladığını bildirmişdir. Belə olan halda o, Şöhrətdən onunla əlaqə saxlamamasını, ondan uzaq durmasını tələb etmiş və həmin gündən sonra Şöhrətlə əlaqələrini tamamilə kəsmişdir. Hətta Şöhrətin ona satdığı siqaretlərin bir qismini, yəni 4 qutusunu istifadə etsə də, sonradan Şöhrətin həmin siqaretləri oğurluq yolu ilə əldə etdiyini öyrəndiyi üçün qalan 12 qutu siqareti istifadə etməyərək, gələcəkdə polisə təqdim etmək məqsədi ilə saxlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə dəvət edildikdə faktla bağlı izahat vermiş və Şöhrətdən aldığı sözügedən Pallmall markalı 12 qutu siqareti polisə təqdim etmişdir. Şöhrət ilk dəfə onunla görüşüb siqaretləri satmaqda köməklik etməsini istədiyi vaxt Şöhrətin gətirdiyi siqaretlərin dəqiq miqdarını bilmir, amma Şöhrətin nisbətən böyük ölçülü çantaya yığıb gətirdiyi müxtəlif markalı siqaretlərin ümumi sayı təxminən 100-150 qutu olardı, Şöhrət gətirdiyi siqaretlərin özündə olan siqaretlərin bir qismi olduğunu bildirmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri Pİ-nin 5-ci PB-nə etdiyi müraciətə əsasən ona məxsus Sumqayıt şəhəri, BTZ Bağlar massivində yerləşən maqazinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur:maqazində ərzaq, tütün məhsulları satılır, maqazinin pəncərəsi və qapısı plastikdəndir. Baxış zamanı hadisə yerindən yararlı əl-barmaq izləri aşkarlanmamışdır. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Saatlı rayonu, M.V.Vidadi küçəsi, ev 29-da qeydiyyatda olan, Sumqayıt şəhəri, Ceyranbatan bağları, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi azercell, nar və bakcell mobil operatorlarına aid olan kartlarına baxış keçirib həmin kartlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: təqdim olunan danışıq kartlarından 1 ədədi 3 manatlıq azercell, 7 ədədi 1 manatlıq, 3 ədədi 5 manatlıq nar, 1 ədədi 5 manatlıq azercell, 2 ədədi 5 manatlıq, 2 ədədi 3 manatlıq, 6 ədədi 2 manatlıq, 11 ədədi 1 manatlıq bakcell mobil operatorlarına aid kartlardır. Təqsirləndirilən şəxs təqdim etdiyi danışıq kartlarını Sumqayıt şəhəri, BTZ bağlar massivində Zərərçəkmiş şəxs2 işlətdiyi ərzaq maqazinindən xx.xx.2022-ci il tarixdə oğurladığını bildirmişdir. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 təhqiqata təqdim etdiyi 12 paket “pallmal”, markalı siqaretə baxış keçirilmişdir. Həmin paketlər iş üzrə əhəmiyyət kəsb etdiyindən protokol tərtib olunaraq götürülmüşdür. Baxı zamanı aşağıdakılar müəyyən olunmuşdur:təqdim edilən 12 paket siqaretin hamısı pallmall markalıdır, onlardan 2-si hor, yerdə qalan 10 paketi mentolludur, paketlərdən biri bağlıdır və siqaretlər kağız formadadır. Baxış zamanı Şahid3 təqdim etdiyi siqaret paketlərinin hamısını tanışı Təqsirləndirilən şəxs aldığını və alarkən siqaretlərin oğurluq olduğunu bilmədiyini bildirmişdir. İş materiallarında olan 9/6148 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 110,10 manat müəyyən edilir. Qərarda göstərilən malların anoloji malların orta texniki göstəricilərinə əsasən 2022ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2365,90 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra Sumqayıt şəhəri, BTZ bağları ərazisinə gedilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin ərazidə, fərdi həyət evinə bitişik inşa edilmiş, mavi rəngli divarı, qırmızı rəngli dam örtüklü, qapı və pəncərələri dəmir barmaqlı olan kiçik ölçülü marketi göstərib Zərərçəkmiş şəxs2 məxsus olduğunu sonradan öyrəndiyi həmin marketdən oğurluq etməsi ilə bağlı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində, Sumqayıt şəhəri BTZ bağları ərazisində piyada gəzərək Rəşad adlı avtomobil ustasını axtararkən, həmin ərazidə yerləşən, adının Zərərçəkmiş şəxs2 olduğunu sonradan öyrəndiyi şəxsə məxsus marketi görmüş və həmin marketdən oğurluq etməyin asan olduğunu hesab edərək, market bağlandıqdan sonra gecə saatlarında marketdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə təxminən saat 05 radələrində yenidən həmin marketin yerləşdiyi əraziyə getmişdir. Əraziyə baxıb ətrafda heç kimin olmamasından və hər hansı bir şəxsin onu görməyəcəyindən əmin olduqdan sonra marketə daxil olmaq məqsədi ilə marketin arxa tərəfinə keçib marketin yanında olan nərdivanı götürüb marketin açıq vəziyyətdə olan nəfəsliyinə söykəyərək nərdivanla qalxıb nəfəslikdən marketə daxil olmuşdur. İçəri daxil olduqda marketin siqnalizasiya işə düşərək səs salmağa başlamış, o, marketin nəfəsliyindən bayıra çıxıb elektrik sayğacından siqnalizasiyanı söndürüb yenidən eyni yolla marketə daxil olmuşdur. Öncə marketin kassasına yaxınlaşıb kassada olan pulları götürmək istəmiş, ancaq kassada pul olmamışdır. Bundan sonra masanın üstündə, kassanın yanında olan içərisinə qəpik pullar yığılmış qabı götürüb, qabın içərisindəki təxminən 5 manat miqdarında qəpik pulları və eləcə də, həmin masanın alt hissəsində, plastik qabın içərisindəki iki manat pulu və miqdarını dəqiq xatırlamadığı bakcel, azercel, nar mobil telefon danışıq kartlarını götürüb cibinə qoymuşdur. Bundan sonra siqaretlər olan şöbəyə yaxınlaşıb, oradan 5 qutu kent 4 nazik, 5 qutu kent 1 nazik, 11 qutu kent 4 qalın, 9 qutu vinston nazik, 6 qutu vinçestr nazik, 15 qutu rotmans mentol və boz, 20 qutu vant, 43 qutu pallmall, 20 qutu maqna siqaretlərini və eləcə də soyuducudan 1 ədəd doktorskaya kolbasası və 1 ədəd cuppy şirə içkisi götürüb sellofan torbaya yığmışdır. Bundan əlavə digər vitrindən 2 cüt bujiteriya sırğanı götürüb cibinə qoymuşdur. Sonra marketdən oğurladığı həmin şeyləri də götürüb, marketin nəfəsliyindən bayıra çıxıb evinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində, oğurladığı siqaretlərdən bir qismini-pallmall, maqna, vinçestr, vant siqaretlərini götürüb Bakı şəhəri, Suraxanı rayonunda yaşayan dostu Namiqin yanına getmiş və əlində siqaretlər olduğunu bildirərək, həmin siqaretləri satmaqda ona köməklik etməsini Namiqdən xahiş etmişdir. Namiq yalnız pallmall siqaretlərini 1 qutusunu 2 manata alacağını bildirmişdir. O, Namiqlə razılaşmış və 40 qutu pallmall siqaretlərini Namiqə satmışdır. Namiq aldığı siqaretlərin pulunun 30 manatını ona nəğd ödəsə də, qalan 50 manatını isə bir müddət sonra ödəyəcəyini bildirmişdir. Sonra o, həmin qalan digər siqaretləri satmaq üçün bir çox köşkə yaxınlaşsa da, yalnız Bakı-Sumqayıt yolunun kənarındakı Riyad mebel evinin qarşısında yerləşən köşkün satıcısı Azad adlı şəxs siqaretləri ondan almağa razı olmuşdur. Azad, siqaretləri haradan əldə etdiyini soruşduqda o, tütün zavodunda işləyən tanışlarına zovod rəhbərliyi tərəfindən verildiyini, tanışlarının isə ona verdiklərini bildirmişdir. Azad 20 qutu vant siqaretini 1 qutusunu 1,5 manatdan, 20 qutu maqna siqaretini 1 qutusunu 1,5 manatdan, 2 qutu vinçestr siqaretini 1 qutusuna 2,5 manatdan hesablamaqla ona ümumilikdə təxminən 65 manat pul ödəyərək almışdır. O, evində əlavə də siqaretləri olduğunu bildirdikdə, Azad həmin siqaretləri səhəri gün, Azadın işlədiyi Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Araz marketə aparmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, evdə qalan digər siqaretləri də götürüb Azadın işlədiyi həmin Araz marketə getmişdir və orada Azadla görüşüb Azada 15 qutu rotmans, 20 qutu kent, 9 qutu vinston siqaretləri vermişdir. Hesablarına görə Azad ona 108 manat pul ödəməli olmuş, ancaq Azad cəmi 100 manat pulu olduğunu bildirərək ona 100 manat pul ödəmiş və 4 qutu rotmans siqaretini ona qaytarmışdır. O, həmin 4 qutu rotmans siqaretini isə onu evə aparan taksi sürücüsünə ödəniş əvəzinə vermişdir. Zərərçəkmiş şəxs2 marketindən oğurladığı 2 cüt bujiteriya sırqasını itirmiş, kolbasa və şirəni yeyib içmişdir. Bir qismi özündə qalan mobil telefon danışıq kartlarını isə Sumqayıt ŞPİ-nin 5-ci PB-də təhqiqatçıya təqdim etmişdir. Oğurluq siqaretlərin satışından əldə etdiyi pulları isə öz şəxsi eytiyacları üçün xərcləmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 12 qutu Pallmall siqaretlər və 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq nar, 7 ədəd 1 manatlıq, 1 ədəd 2 manatlıq, 1 ədəd 5 manatlıq azercell, 11 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq bakcell mobil telefon danışıq kartları (ümumilikdə 34 ədəd) maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi telefon məlumatına əsasən ona məxsus evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: həyət 1 sot torpaq sahəsi ilə əhatəlidir, 1 sot torpaq sahəsində 2 mərtbəli ev yerləşir, həyət hər tərəfdən mişar daşlarla hasara alınmışdır, həyətin giriş qapısı dəmir metal darvazadır. Baxış zamanı hadisə yerindən yararlı əl-barmaq izləri aşkarlanmamış, ətrafda müşahidə kameralarının olması müəyyən olunmuşdur. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Şahid1 1 ədəd Stels və 1 ədəd Boomer markalı velosipedə baxış keçirilmişdir. Həmin velosipedlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən protokol yazılaraq götürülmüşdür. Boomer markalı velosiped göy rəngdədir, 26-lıqdır, Stels 800 markalı velosiped qırmızılı-qaralı rəngdədir, 26-lıqdır, oturacağı qara rəngli dəridəndir, homer markalı velosipedin oturacağı cırıqdır, göylü-ağlı rəngdədir, 26-lıqdır. Baxış zamanı velosipedlərin hər üçünün fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5064 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, tədqiqata fotoşəkli təqdim edilmiş 3 ədəd velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 370,00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd üzərində Boomer yazıları olan göy rəngli, əl əyləcli, sürət qutulu, təxminən 26 ölçülü velosiped 100,00 manat, 1 ədəd üzərində Stels 800 yazıları olan qara qırmızı rəngli, əl əyləcli, sürət qutulu, təxminən 26 ölçülü velosiped-150 manat, 1 ədəd üzərində American Eagle yazıları olan göy rəngli, əl əyləcli, sürət qutulu, təxminən 26 ölçülü velosiped 120,00 manat. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd Boomer markalı velosiped, 1 ədəd Stels 800 markalı velosiped və 1 ədəd American Eagle markalı velosiped maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:45-də ünvan 4 ünvanında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 6-cı küçə ərazisinə gedilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin ərazidə göy rəngli giriş darvazası olan ev 24A-nı göstərib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində işdən evə qayıdarkən Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən məscidin yaxınlığında idarə etdiyi avtomobilin təkərinin havası azaldığı üçün avtomobili yolun kənarına verib saxlamış və avtomobilin təkərini təmir etdirmək üçün pul götürmək məqsədilə piyada yaşadığı evə yola düşmüşdür. Bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus olduğunu sonradan öyrəndiyi fərdi həyət evinin qarşısından keçərkən evin həyətyanı sahəsinin giriş qapısının açıq olduğunu və evin həyətində 3 ədəd velosipedin olduğunu görüb həmin velosipedləri oğurlamaq qərarına gəlmişdir. Bir qədər ətrafa baxıb yaxınlıqda heç kimin olmadığından min olduqdan sonra qapının açıq olmasından istifadə edərək evin həyətinə daxil olmuşdur. X3 markalı velosipedi, ardınca isə Stles markalı velosipedi götürüb sürərək, təxminən 100 metr aralıda yerləşən, yaşayış olmayan, yarımtikili evin həyətinə aparıb orada gizlətmişdir. Sonra isə eyni qaydada Boomer markalı 3-cü velosipedi oğurlayıb yaşadığı evə apardıqdan sonra yarımtikilidə gizlətdiyi velosipedləri də, oradan götürüb yaşadığı evə aparmışdır. İş materiallarında olan Saatlı ŞİƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, ifadəsində göstərdiyi bütün məhsulları Təqsirləndirilən şəxs gizli yolla talayaraq ona maddi ziyan vurmaqla oğurluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxslərin həmin əşyaların oğurluq olduğunu bilməsi istintaq zamanı sübuta yetmədiyindən iş üzrə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 aşkar olunaraq götürülmüş 1 ədəd Boomer markalı velosiped, 1 ədəd Stels 800 markalı velosiped və 1 ədəd American Eagle markalı velosiped maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 12 qutu Pallmall siqaretlər və 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq nar, 7 ədəd 1 manatlıq, 1 ədəd 2 manatlıq, 1 ədəd 5 manatlıq azercell, 11 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq bakcell mobil telefon danışıq kartları (ümumilikdə 34 ədəd) maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökm xx.xx.2023-cü ildə qanuni qüvvəyə minmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halı, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablanmalı və o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd Boomer markalı velosiped, 1 ədəd Stels 800 markalı velosiped və 1 ədəd American Eagle markalı velosiped Zərərçəkmiş şəxs1, 12 qutu Pallmall siqaretlər və 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq nar, 7 ədəd 1 manatlıq, 1 ədəd 2 manatlıq, 1 ədəd 5 manatlıq azercell, 11 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq bakcell mobil telefon danışıq kartları Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd Boomer markalı velosiped, 1 ədəd Stels 800 markalı velosiped və 1 ədəd American Eagle markalı velosiped sahibi Zərərçəkmiş şəxs1, 12 qutu Pallmall siqaretlər və 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq nar, 7 ədəd 1 manatlıq, 1 ədəd 2 manatlıq, 1 ədəd 5 manatlıq azercell, 11 ədəd 1 manatlıq, 6 ədəd 2 manatlıq, 2 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq bakcell mobil telefon danışıq kartları sahibi Zərərçəkmiş şəxs2 qaytarılsınlar. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar