Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-101/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə, Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 70A, mənzil 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, fərdi evdə yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi «M.Əfəndiyev adına X3» publik hüquqi şəxsdə Radiologiya şöbəsində rentgen-texnik vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək, həmin Tibb Mərkəzinə rentgen müayinəsinə gələn Zərərçəkmiş şəxs xəstəliyinin ağır olmasını bildirməklə, sonuncunu 1-ci qrup əlil kimi təqaüdə çıxarılmasında köməklik göstərə biləcəyinə dair imkanının və əlaqələrinin olduğuna inandıraraq, tutduğu vəzifə ilə bağlı yaranmış etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyun ayında Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində yerləşən evində 3500 manat, 2020-ci ilin iyul ayında həmin ünvanda 3500 manat pul alaraq, ələ keçirib, sonradan verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 7000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, 2017-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi «M.Ə.Əfəndiyev adına X3» publik hüquqi şəxsdə radiologiya şöbəsində rentgen-texnik işləmişdir. O, Zərərçəkmiş şəxs onların Xancan adlı qohumlarının vasitəsilə tanımışdır. 2017-2018-ci illər olardı ki, Xancan onu Zərərçəkmiş şəxs evinə aparmışdı. Bundan sonra o, Zərərçəkmiş şəxs məxsus evə gedib-gəlmiş və onun ailə üzvləri ilə də aralarında tanışlıq yaranmışdır. Sonradan Zərərçəkmiş şəxs xəstəlik olduğunu bilmiş və Zərərçəkmiş şəxs ona bildirmişdir ki, xəstəliyə görə pensiyaya çıxmaq istəyir. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, pensiyaya çıxmaq üçün ona kömək edə bilər. Zərərçəkmiş şəxs bunun üçün nə qədər vəsait lazım olacağını soruşduqda o, 3500 manata qədər vəsait lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs ona bildirib ki, həmin vəsaiti ona ödəyə bilər və ona pensiyaya çıxmağa kömək göstərsin. O, bununla razılaşmış və ilk dəfə Zərərçəkmiş şəxs ona 1000 manat, daha sonra isə bir neçə dəfəyə hissə-hissə olmaqla, ümumilikdə 3500 manat pul vermişdir. Pulun hər dəfə verilməsi təxminən 1-2 ay fasilələrlə olub. Bu təxminən 2018-ci ildə olmuşdur. Pul verilərkən Zərərçəkmiş şəxs oğlu Nəsib də iştirak edib. Zərərçəkmiş şəxs kiçik oğlu Nəsib isə pulun verilməsində iştirak etməyib. Bundan sonra, isə o, Zərərçəkmiş şəxs Qubaya xəstəxanaya həkim müayinəsinə aparıb. Sonradan pandemiya dövrü başlamış və Quba xəstəxanası bağlanıb. Sonradan stasionar qaydada yatmaq üçün Zərərçəkmiş şəxs Xaçmazda xəstəxanada yatırdıb. O, Zərərçəkmiş şəxs xəstəxanalara aparılması, burada yatırdılması, oteldə qalmaq və sair xərclərin hamısını özü qarşılayıb. Həmin dövrlərdə Quba və Xaçmaz rayonlarına bir neçə dəfə müayinəyə gediblər. Sonuncu dəfə elektron imtina cavabı gəlib ki, müalicəyə ehtiyacı var. O, təklif edib ki, yenidən Zərərçəkmiş şəxs xəstəxanada yatırsınlar. Lakin, Zərərçəkmiş şəxs və onun oğlu Nəsib bildiriblər ki, artıq Zərərçəkmiş şəxs artıq pensiya yaşı çatır və artıq xəstəliyə görə pensiyaya ehtiyac yoxdur. Onlar pullarını geri tələb ediblər. Lakin, onun pulu qaytarmağa imkanı olmayıb. O, Zərərçəkmiş şəxs cəmi 3500 manat pul alıb. İbtidai istintaq zamanı ifadəsini oxumadan imzalayıb. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, on ildir bronxit xəstəsidir və bu səbəbdən xəstəxanaya müayinə olunmaq üçün getmişdir. Orada Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs həmin xəstəxanada rentgenolog həkim işləmişdir. Bundan sonra, Nicat onlara gəlib-getmişdir. Nicat ona bildirib ki, əlaqələrindən istifadə edərək onu pensiyaya çıxara bilər. O, bunun müqabilində hansı məbləğdə pul lazım olduğunu Nicatdan Nicat ondan 7000 manat pul istəmişdir. 2020-ci ilin iyun ayında o və oğulları evdə olarkən Nicat onlara gəlmişdir. O, Nicata 3500 manat pul vermişdir. Təxminən bir ay sonra Nicat yenidən onlara gəlmişdir və oğullarının iştirakı ilə Nicata təkrar olaraq 3500 manat pul vermişdir. O, Nicata ümumilikdə 7000 manat məbləğində pul vermişdir. Eyni zamanda o, Nicata xəstəliyi ilə bağlı sənədləri və öz şəxsiyyət vəsiqəsini də vermişdir. Bundan sonra Nicat bir neçə dəfə onu Quba və Xaçmaz rayonlarına xəstəxanaya aparmışdır. Xəstəxanaya gedib gəlmək üçün yol xərclərini, yemək xərclərini və zəruri xərcləri Nicat ödəyib. Nicat bütün bunlara uzaqbaşı 1000 manat pul xərcləyər. Lakin, sonradan o, pensiya məsələsinin alınmadığını görüb Nicatdan pulunu geri tələb etmişdir. Lakin, Nicat yenə əlavə vədlər verərək onun pulunu qaytarmamışdır. O, hətta Nicata bildirib ki, xərclədiklərini nəzərə almaqla 3000 manat pulu ona qaytarsın. Lakin, Nicat pulu qaytarmamışdır. O, Nicata 7000 manat pul vermişdir. Həmin pulu verməsinə səbəb Təqsirləndirilən şəxs ona xəstəliyə görə təqaüdə çıxarcağı barədə verdiyi vəd olmuş, Təqsirləndirilən şəxs xəstəxanada işlədiyi və ona əlaqələrinin geniş olmasını bildirdiyi üçün onda inam yaranmışdır. Birinci dəfə 2020-ci ilin iyun ayında 3500 manat, ikinci dəfə isə təxminən 1 ay sonra 3500 manat pul verib. Hər dəfə pul verilərkən oğulları da onunla birlikdə olublar. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini məhkəməsdən xahiş etdi. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənmişdir. 16 fevral 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs oğludur. Atası on ildir bronxit xəstəsidir və bu səbəbdən xəstəxanaya müayinə olunmaq üçün getmişdir. Orada Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs həmin xəstəxanada rentgenolog həkim işləmişdir. Bundan sonra, Nicat onlara gəlib-getmişdir. Nicat onun atasına bildirib ki, əlaqələrindən istifadə edərək onu pensiyaya çıxara bilər. Atası bunun müqabilində hansı məbləğdə pul lazım olduğunu Nicatdan soruşanda Nicat ondan 7000 manat pul istəmişdir. 2020-ci ilin iyun ayında o evdə olarkən Nicat onlara gəlmişdir. Atası onun və qardaşı Zaurun yanında Nicata 3500 manat pul vermişdir. Təxminən bir ay sonra Nicat yenidən onlara gəlmişdir və atası yenidən Nicata 3500 manat pul vermişdir. Atası Nicata ümumilikdə 7000 manat məbləğində pul vermişdir. Bundan sonra Nicat bir neçə dəfə atasını Quba və Xaçmaz rayonlarına xəstəxanaya aparmışdır. Xəstəxanaya gedib gəlmək üçün yol xərclərini, yemək xərclərini və zəruri xərcləri Nicat ödəyib. Lakin, sonradan atası pensiya məsələsinin alınmadığını görüb Nicatdan pulunu geri tələb etmişdir. Lakin, Nicat pulu qaytarmamışdır. Atası Nicata birinci dəfə 2020-ci ilin iyun ayında 3500 manat, ikinci dəfə isə təxminən 1 ay sonra 3500 manat pul verib. Hər dəfə pulun verilməsində o, iştirak edib. Nicat atasına söz vermişdi ki, pensiya məsələsini həll edəcək. 16 fevral 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs oğludur. Atası xəstəxanada müayinə olunmaq üçün getdiyi zaman orada Təqsirləndirilən şəxslə tanış olmuşdur. Bundan sonra, Nicat onlara gəlib-getmişdir. Nicat onun atasına bildirib ki, əlaqələrindən istifadə edərək onu pensiyaya çıxara bilər. Atası bunun müqabilində hansı məbləğdə pul lazım olduğunu Nicatdan soruşanda Nicat ondan 7000 manat pul istəmişdir. 2020-ci ilin iyun ayında 2 dəfəyə, hər dəfə 3500 manat olmaqla 7000 manat pul verib. Atası Nicata birinci dəfə 2020-ci ilin iyunayında 3500 manat, ikinci dəfə isə təxminən 1 ay sonra 3500 manat pul verilib. Hər dəfə pulun verilməsində o, iştirak edib. Nicat atasına söz vermişdi ki, pensiya məsələsini həll edəcək. Nicat atasını bir neçə dəfə pensiya məsələsi ilə əlaqədar harasa aparıb gətirib. Lakin, o həmin məsələlərlə bağlı məlumatsızdır. Digər Şahid3 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Nicatla aralarında tanışlıq və dostluq münasibətləri müxtəlif tədbirlərdən yaranmışdır. Nicat redaksiyalarına müxtəlif vaxtlarda qonaq qismində dəvət olunmuşdur. Nicat öz bilik səviyyəsindən və təcrübəsindən istifadə edərək onun baş redaktoru jurnala əməkdaşlıq etmək arzusunu bildirmişdir. O, Nicatı könüllü ştatdan kənar müxbir kimi Tip mövzusuna aid məqalələrin və digər bölgə xəbərlərinin dəqiqləşdirilməsi məqsədilə redaksiyaya dəvət etmişdir. Həmçinin Nicatın müxtəlif insanlar və müxtəlif təşkilatlarla qarşılaşdığı müxtəlif problemlərin həllində o, hüquqi yardımlar göstəmişdir. 2020-ci iidə vətəndaş Təqsirləndirilən şəxs əvvəldən tanıdığı Zərərçəkmiş şəxs və sonuncunun oğlu Nəsibin çobanı olduğu yatağın sahibi ilə problemi olduğunu ona bildirmişdir. Ona bu məsələnin həllində onlara kömək etməyini demişdir. Bu məsələ ilə əlaqədar olaraq Nicat onu bir neçə dəfə Mövlanovların yaşadığı Yaşma bağlarında yerləşən fərdi evə aparmışdır. Yuxarıda göstərilən məsələnin həlli tapıldıqdan sonra Mövlanovlar ailəsi ilə əlaqəsi olmamışdır. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs oğlu Nəsib ona telefon açaraq Təqsirləndirilən şəxs atasının təqaüdə çıxarılması üçün 7000 manat civarında pul aldığını bildirdikdə o, buna çox əsəbləşərək təəssüf hissi ilə hansı səbəbdən atasının Nicata pul verdiyini soruşmuşdur. Nəsib ona Nicatın onlardan etibardan sui-istifadə yolu ilə atasını aldatdığını, iştirakı ilə atasından pulun alındığını bildirmişdir. O, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayaraq sonuncunu sərt şəkildə məzəmmət edərək utandırmışdır. Nicat isə bu məsələni pandemiya ilə əlaqədar olaraq həll edə bilmədiyini, məsələnin özünün nəzarətində olduğunu, tez bir zamanda Güləddindən aldığı pulu qaytaracağına söz vermişdir. Eyni zamanda növbəti günlərdə o, dəfələrlə Şahid2 dərhal pulunun Nicatdan geri istəməsini, verməyəcəyi halda hüquq mühafizə orqanlarına müraciət etməyini tövsiyə etmişdir. Məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.4-cü maddəsinə əsasən cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla iş üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli qərarla iş üzrə icraat təzələnmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X2 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2022-ci il tarixində Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2022-ci il tarixində Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1251/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 09 ay azadlığın məhdudlaşdırılması cəzası 1000 manat cərimə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1000 manat cərimə cəzası 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-97/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Cəzanın çəkilməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 06 ay 2023-cü il tarixdə elan edilmiş ittihamda dəyişiklik olduğundan, həmin ittiham dəyişdirilərək ona CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308 və 311-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən 26 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (178.1.). Eyni əməllər: şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (178.2.3.); xeyli miqdarda ziyan vurmaqla törədildikdə (178.2.4.) dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin ikinci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki,
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra — CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. 2. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. 3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münasibətdən istifadə edərək, onu xəstəliyə görə pensiyaya çıxaracağına söz vermiş və bunun müqabilində sonuncuya məxsus pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs tibb sahəsində müəyyən iş təcrübəsinə malik olan şəxs olsa da, xəstəliyə görə pensiya təyin edilməsi ilə bağlı heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs bu barədə yalan vəd vermişdir. Sonuncuda inam yaranmasına səbəb də Təqsirləndirilən şəxs tibb sahəsində əmək fəaliyyəti ilə məşğul olması olmuşdur. Qeyd edilməlidir ki, dələduzluq yolu ilə əmlakın ələ keçirilməsini, mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərlə fərqləndirmək zəruridir. Müəyyən işlərin görülməsi ilə bağlı mülki hüquqi müqavilələr zamanı (məsələn: tapşırıq, brokerlik, etibarnamə əsasında işlərin görülməsi və sair) tapşırıq alan müəyyən işləri onların konkret nəticələrinə dair zəmanət vermədən tapşırıq verənin xeyrinə icra etməyi öz öhdəsinə götürür. Dələduzluq yolu ilə əmlakın ələ keçirilməsi zamanı əmlakı əldə edən onun səlahiyyətinə aid olmayan və konkret olaraq hər hansı nəticə əldə edə bilməyəcəyi bir iş üzrə yekun nəticə əldə edəcəyi barədə yalan vəd verir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməlinin dələduzluq cinayəti olması məhkəmədə şübhə doğurmur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat pul aldığını bildirsə də, həmin ifadə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təkzib olunur. Belə ki, Zərərçəkmiş şəxs və iş üzrə ifadə vermiş şahidlər zərərçəkmiş şəxsə ümumilikdə 7000 manat pul verildiyini bildirmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki,
23. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. İşdən göründüyü kimi təqsirləndirilən şəxs tibb müəssisəsində rentgen-texnik vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin tanışlıqları məhz Zərərçəkmiş şəxs tibbi müayinədən keçməsi zamanı yaranmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhz tibb sahəsində çalışan şəxs kimi tanıdığından, ona xəstəliyə görə pensiya təyin edilməsində köməklik göstərə biləcəyinə inanmışdır. Təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs daha çox öncədən tanıdığını bildirsə, də zərərçəkmiş şəxs və şahidlər öz ifadələrində Zərərçəkmiş şəxs məhz tibbi müayinə zamanı Təqsirləndirilən şəxs ilə tanış olduğunu bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə özünü müdafiə xarakteri daşıyır və iş üzrə digər sübutlarla təsdiq edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Eyni zamanda təqsirləndirilən şəxs öz ifadəsində Zərərçəkmiş şəxs müayinədən keçməkdən ötrü bir neçə dəfə müxtəlif xəstəxanalara apardığını və bunun üçün yol, yemək və sair xərcləri qarşıladığını bildirmişdir. Zərərçəkmiş şəxs öz ifadəsində qeyd edilən xüsusatları təsdiq etmiş və təqsirləndirilən şəxsin bütün bunlarla bağlı təqribən 1000 manata qədər pul xərclədiyini qeyd etmişdir. Məhkəmə qeyd olunan məbləği vurulmuş ziyanın qismən ödənilməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, vurulmuş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona 02 il 06 ay müddətinə azadlqıdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1.). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5.). Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Cəlilabad Rayon Məhkəməsinin 1(073)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qəbul edilməzdən əvvəl törətmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 1(073)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 04 il azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, həmçinin xx.xx.2023cü ildən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın çəkilməsi xx.xx.2023-cü il tarixdən tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 1(073)- 97/2023 saylı, xx.xx.2023-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, həmçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 gün müddət bir günə bir gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın çəkilməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Emin Abdullayev