Məhkəmə qərarları › İş №1(060)-102/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-102/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-102/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, evdar qadın, məhkum olunmamış, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 2/4, mənzil 4-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 29.07.2020-ci il tarixdə, axşam saat 23 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 6/11 saylı binanın qarşısında Zərərçəkmiş şəxs bacısı Təhminə İsmayılovaya yaşadıqları evə yad kişilərin gəlib-getməsi ilə bağlı iradını bildirdikdə, aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona alt-dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol göz nahiyənin sıyrıqları kimi xəsarət yetirirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 29.07.2020-ci il tarixdə, axşam saatlarında bacısıTəhminənin birinci həyat yoldaşı Elçin qızı Əfsanəni görmək üçün yaşadıqları mənzilə gəlmiş, Elçin getdikdən sonra Təhminənin indiki həyat yoldaşı Əli evə gəlmişdir.Əli evə qalxdıqdan sonra qonşuları Nicat həyətdə blokun qarşısından onların ünvanına nalayiq sözlər işlətmiş və bacısı Təhminəyə “sənin neçə həyat yoldaşın var deyə bildirmiş və onlar evlərinin eyvanından Nicatın həmin ifadələrini eşitmişdir.Bu zaman Təhminə əsəbləşərək həyətə düşmüş, o da bacısının arxasıyca getmişdir.Təhminə Nicata “bizdən nə istəyirsən” deyə bildirmiş və aralarında söz mübahisəsi olmuşdur.Elə həmin vaxt qonşuları Cəmalə və Şahid2 həyətə düşmüş, hər ikisi Təhminənin üzərinə cumub saçından tutaraq itələmiş və o, bunu görən kimi onların arasına girmiş, Cəmalə Təhminəni buraxaraq onun üzərinə gəlmiş, onun saçından tutmuşdur. Əsəbləşdiyi üçün Cəmaləni sinəsindən itələmiş, əlini onun ağzına soxmuş və əli ilə onun sifət nahiyəsindən vurmuşdur.Cəmalə yenidən onun saçına əl atmış, o da Cəmalənin üzərinə əlini çəkərkən sonuncunun paltarı cırılmışdır.Sonra onları orada olan şəxslər ayırmış və hadisə yerinə 4cü PB-nin əməkdaşları gəlmişlər. Həmin münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, onların əlbəya olması 2-3 dəqiqə çəkmiş, münaqişənin şahidləri həmin binada yaşayan Nicat, Təhminənin həyat yoldaşı Əli və tanımadığı qonşulardan bəziləri olmuşlar. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanında 15 ildən çoxdur ki, qızı Şahid2 və nəvəsi Nurgün Hacıyeva ilə yaşayır.Təxminən 1 il bundan əvvəl onlarla eyni binaya və eyni mərtəbədə olan qonşu mənzilə kirayə yaşamaq üçün Təhminə adlı xanım və adını bilmədiyi başqa şəxslər də köçmüşdür.Bir müddət sonra Təhminənin bacısı Məsmə adlı qadın da həmin mənzilə köçmüşdür.Təhminə həmin mənzildə yaşadığı müddətdə evlərinə tez-tez gecə saatlarında tanımadığı ayrı-ayrı kişilər gəlmiş və bəzən səhv olaraq gecə saatlarında onların qapılarını döyərək narahat etmişlər.Hətta qızı Xanım bu barədə Təhminəyə bir neçə dəfə məlumat vermişdir.Lakin buna baxmayaraq bu cür hallar təkrarlanmışdır. 29.07.2020-ci il tarixdə, axşam saat 23:00 radələrində yaşadığı mənzilin eyvanından həyətə baxarkən blokun qarşısında qonşusu Şahid4 Şahid1 ilə mübahisə etdiklərini görmüş, Nicatın Təhminəyə yaşadığı evə yad kişilərin gəldiyini və həmin şəxslərin Nicatı və qonşuları narahat etdiyini, bundan sonra belə halların olmamasını, Təhminənin də Nicata “əcəb edirəm adam gətirirəm, bundan sonra da kimi istəsəm yaşadığım evə gətirəcəm” deməsini eşitmiş, Təhminənin bu sözlərindən əsəbləşərək həyətə düşmüş, Təhminəyə bu dediyi sözlərə görə“qələt edirsən” demiş və aralarında mübahisə yaranmış, mübahisə zamanı Təhminə onun üzərinə gəlmiş, sinəsindən tutub əli ilə itələmiş, o da Təhminənin əllərini tutub saxlamış, arxasıyca evdən düşüb gələn qızı Şahid2 Təhminənin əllərin tutub saxlayaraq onları ayırmışdır. Elə həmin vaxt Təhminənin bacısı Təqsirləndirilən şəxs arxadan gələrək əli ilə onun sifətinə zərbə vurmuş və əlini onun ağzına soxmuşdur.Bu zaman Zərərçəkmiş şəxs ağzı cırılmış və sifət nahiyəsini qan aparmışdır.Daha sonra Məsmə onun yaxasından tutaraq paltarını cırmış və o da məcbur olub Məsmənin saçından tutaraq onu buraxmasını demişdir. Daha sonra həyətdə olan şəxslər onları ayırmış və qızı Xanım DİN-nin «102» xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. Tez bir zamanda polis əməkdaşları gəlmiş və onları 4-cü PB-nə aparmışlar.4-cü PB-dən çıxdıqdan sonra Sumqayıt şəhər TTYX-na getmiş və dodağına tikiş qoyulmuşdur. Həmin münaqişə, ümumi söz mübahisələri təxminən 15-20 dəqiqə davam etmiş, onların əlbəya olması 2-3 dəqiqə çəkmiş, münaqişənin şahidləri həmin binada yaşayan Nicat, Təhminənin evinə gəlibgedən adını bilmədiyi bir nəfər kişi, Nicatın anası Ətrabə və eyvandan baxan bəzi qonşular olmuşlar.Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və barəsində cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 ildən artıq müddətdir ki, ünvan 1 ünvanında qızı Nurgün və anası Cəmalə ilə birlikdə yaşayırlar. Təxminən 1 il bundan əvvəl onlarla eyni binaya və eyni mərtəbədə olan qonşu mənzilə kirayə yaşamaq üçün Təhminə adlı qadın və onun adını bilmədiyi qızı köçmüşdür.Bir müddət sonra Təhminənin bacısı Təqsirləndirilən şəxs da həmin mənzilə köçmüşdür.Təhminə həmin mənzildə yaşadığı müddətdə evlərinə tez-tez gecə saatlarında tanımadığı ayrı-ayrı kişilər gəlmiş və bəzən səhv olaraq onların qapılarını döyərək narahat etmişlər.Hətta o, bu barədə Təhminəyə bir neçə dəfə məlumat vermişdir.Lakin buna baxmayaraq bu cür hallar təkrarlanmışdır.Onlar hal-hazırda həmin mənzildə yaşamırlar və aralarında mübahisə olduqdan 1 ay sonra həmin mənzildən köçüb getmişlər.29.07.2020– ci il tarixdə, axşam saat 23:00 radələrində evdə olan zaman evin eyvanından anası Cəmalə ilə həyətə baxarkən onlardan bir mərtəbə yuxarıda yaşayan Nicat adlı qonşusunun blokun qarşısında Təhminə ilə mübahisə etdiyini görmüş, Nicatın Təhminəyə “hər dəfə evinizə bir kişi gətirirsən, xaiş edirəm belə hallar bir daha olmasın” deməsini eşitmişlər. Bu zaman Təhminə Nicata ürəyi istədiyi vaxt evinə adam gətirəcəyini demiş, bu sözləri eşidən anası Cəmalə onların yanına düşmüş, o da onların mübahisə edəcəyini bildiyi üçün 1-2 dəqiqə sonra anasının arxasınca həyətə düşmüşdür. O, aşağı düşən zaman Təhminə ilə Nicat söz mübahisəsi etmiş, anası Cəmalə ilə Məsmə əlbəyaxa olmuşlar. Arxaya dönüb baxan zaman anası Cəmalənin sifətinin qan içərisində olduğunu görmüş, lakin Məsmənin Cəmaləni hansı formada vurduğunu görməmişdir. Anasından sifətini kimin bu hala saldığını soruşduqda o Məsmənin əlini onun ağzına saldığını, sifətinə əli ilə zərbə vurduğunu demişdir. O da buna görə əsəbiləşib Məsmənin üzərinə gedən zaman Məsmə onun saçından tutmuş, o da əli ilə Məsmənin sinəsindən tutub geriyə doğru itələmişdir. Bu zaman onları Nicat və orada olan tanımadığı şəxslər aralamış və sakitləşdirmişdir. Daha sonra o, bu barədə DİN-in “102” xidmətinə məlumat vermiş və hadisə yerinə 4-cü PB-nin polis əməkdaşları gəlmişlər. 4-cü PB-dən çıxdıqdan sonra anası Cəmaləni Sumqayıt şəhər TTYX-na aparmış və dodağına tikiş qoyulmuşdur. Həmin münaqişə, ümumi söz mübahisələri təxminən 15-20 dəqiqə davam etmiş, onların əlbəyaxa olması 2-3 dəqiqə çəkmiş, münaqişənin şahidləri həmin binada yaşayan Nicat, Təhminənin evinə gəlib-gedən bir nəfər adını bilmədiyi kişi, Nicatın anası Ətrabə və eyvandan baxan bəzi qonşular olmuşlar. Məhkəmədə şahid qsmində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Şahid4 ünvan 3 ünvanında öz ailəsi ilə birlikdə yaşayır.O, həmin binada yaşamasa da, tez-tez oğlu Nicatın evinə gedir və bəzi vaxtlarda orada qalır. Nicatın qaldığı evdən bir mərtəbə aşağı mənzildə yaşayan Cəmalə və qızı Xanımı mədəni və tərbiyəli bir ailə kimi tanıyır, lakin Cəmaləgilnən qapı qonşusu olan, adlarını bilmədiyi 2 nəfər qadının yaşadığı evə teztez yad kişilər gəlmiş, bəzən səhv olaraq həmin şəxslər onların qapısını döyərək narahat etmişlər, onlar bu barədə 4-cü PB-nə yazılı müraciət etmişlər. 29.07.2020-ci tarixdə, axşam saat 23:00 radələrində evdə olarkən həyətdən səs-küy gəldiyini eşitmiş, narahat olduğu üçün həyətə düşmüş, həyətə düşən zaman özünü itirdiyindən yerə yıxılmışdır. Ayıldıqdan sonra oğlu Nicat ona Təhminəgilə yad kişilər gəldiyi üçün sonuncuya irad bildirdiyini və bu səbəbdən qonşusu Cəmalənin də ona köməyə gəldiyini demiş, sonra da onların öz aralarında mübahisə düşdüyünü bildirmişdir.O, Cəmalənin sifətinin qan içində olduğunu görmüş və Cəmalənin sifətinə Məsmənin əliylə vurduğunu eşitmişdir. Həmin vaxt hadisə yerinə 4-cü PB-nin əməkdaşları gəlmiş və həmin şəxsləri polis bölməsinə aparmış, o da Cəmaləgili tək qoymamaq üçün 4-cü PB-nə getmişdir.4-cü PB-dən çıxdıqdan sonra Cəmaləni TTYX-na aparmış və Cəmalənin dodağına tikiş qoyulmuşdur. O, həyətə düşərkən mübahisə qutarmış və Cəmalənin ağzının qan içində və paltarının cırılmış vəziyyətdə olduğunu görmüşdür. Hadisə zamanı həyətdə oğlu Nicat, Cəmalə, Xanım, Məsmə, Təhminə və tanımadığı şəxslər olmuşlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 20 il bundan qabaq ailə həyatı qurduğu üçün yaşadığı Tərtər rayonundan Sumqayıt şəhərinə gəlin köçmüş, bu nigahdan 2002-ci il təvəllüdlü Əfsanə adlı bir qız övladı dünyaya gəlmiş, 15 il bundan əvvəl həyat yoldaşı Elçin Zeynalovdan boşanmışdır. Halhazırda Əli Əhədov adlı şəxslə qeyri-rəsmi olaraq birlikdə yaşayır. Bundan əlavə 1-ci həyat yoldaşı Elçin onların birgə nigahdan olan qızları Əfsanə Zeynalzadəni görmək üçün mütəmadi olaraq onun yaşadığı mənzilə gəlmişdir. Qaldığı binada qapı qonşusu olan Cəmalə və qızı Xanımı tanımış, heç vaxt aralarında münaqişə olmamış, qonşu kimi aralarında salam-sağol münasibəti olmuşdur. Onlardan bir mərtəbə yuxarıda yaşayan Nicat adlı şəxslə həmin mənzildə qalan gündən aralarında həmişə söz mübahisəsi olmuşdur. 29.07.2020-ci il tarixdə, axşam saat 22:00 radələrində keçmiş həyat yoldaşı Elçin qızı Əfsanəni görmək üçün onlara gəlmiş və Elçin getdikdən biraz sonra indiki həyat yoldaşı Əli evə gəlmişdir. Həmin vaxtlarda qonşu Nicat həyətdə blokun qarşısından onun ünvanına “07 gedir, Mercedes gəlir” uca səslə dediyi sözləri eşitmiş, həmin vaxt evin eyvanından həyətə baxmış, Nicatın bu sözləri ona pis təsir etdiyi üçün əsəbi halda həyətə düşmüşdür. O, Nicata nə istədiyini demiş, Nicat ona “sənin neçə ərin var” demiş, Təhminədə “lazım gəlsə 3 dəfə ailə quraram, bizə gəlib-gedən adamların sənə heç bir aidiyyatı yoxdur” demişdir. Bu zaman qonşusu Xanım gələrək onun paltarına əl atmış və onu təhqir etmiş, o da Xanımın sinəsindən əli ilə itələmiş, Xanım yenidən onun üstünə gələrək saçına əl atmış, Təhminə də onun qolundan tutaraq itələmişdir. Bu zaman Xanımın anası Cəmalə də onun üzərinə gəlmişdir. Həmin səs-küyə gələn Məsmə onları ayırmaq istəyərkən, Cəmalə onlardan aralanmış və Məsməni itələyərək yerə yıxmış, Məsmə yerdən qalxdıqdan sonra əli ilə Cəmalənin sifətinə vurmuş, Cəmalənin dodağının qanamış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra DİN-in “102” xidmətinə zəng edib məlumat vermiş və 5 dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, Nicatla aralarında ancaq söz mübahisəsi olmuş və hadisə zamanı həyətdə adlarını qeyd etdiyi şəxslər olmuşlar. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, 2003-cü ildən ünvan 4 ünvanında yaşayır. 2018-ci il tarixdə ailə həyatı qurmuş, bu nigahdan 2 övladı olmuşdur. Həmin ünvanda atası Ərşad və anası Ətrabə də yaşayırlar. Onlardan bir mərtəbə aşağıda Cəmalə və qızı Xanım qalır, onları 2005-ci il tarixdən tanıyır və qonşu kimi münasibətləri çox yaxşı olmuşdur. Həmin mərtəbədə 2018-ci il tarixdən Təhminə adlı qadın da kirayə də yaşamış, onun evinə müxtəlif maşınlarda ayrı-ayrı kişilər gəlmiş, səhvən onların qapısını döyərək onu və ailəsini narahat etmişlər. Bu səbəbdən o, Təhminə adlı xanımla dəfələrlə söz mübahisəsi etmiş və ona binadan köçüb getməsini bildirmişdir.29.07.2020-ci tarixdə, axşam saat 23:00 radələrində yaşadığı məhləyə gələrkən həyətdə 07 və Mercedes markalı maşınların olduğunu görmüş, Təhminəgilin pəncərəsinə baxaraq onlara gələn maşınların həyətdə düz saxlamalarını demişdir. Təhminə həmin vaxt pəncərədən onun səsini eşitmiş, “sənə nə var özüm bilərəm” demiş, o da “belə olmaz artıq ağ eləmisiniz” demişdir. Həmin vaxt Təhminə həyətə düşmüş, onun üstünə qışqıraraq “sən kimsən məhəllənin ağasısan, bizə gəlib-gedən adamların sənə heç bir aidiyyatı yoxdur,özüm bilərəm” demiş, həmin vaxt Cəmalə və arxasınca Xanım blokun qarşısında düşmüş, Cəmalə Təhminəyə “Nicatdan nə istəyirsiniz, düz deyir də bütün məhəlləni boğaza yığmısınız” demişdir. Həmin səsə anası Ətrabə həyətə düşmüş, onun dava etdiyini zənn etdiyi üçün anasının ürəyi sıxılmış və yerə yıxılmışdır. O, başı anasına qarışdığı üçün, geriyə çönüb baxanda Təhminə və Məsmənin Cəmalənin üstünə hücum çəkərək saçından tuttuğunu və Məsmənin Cəmalənin sifətindən əl ilə vurduğunu görmüşdür.Daha sonra Cəmalənin sifəti qan içində olmuş, onlar Cəmaləgili ayırmışdır.Həmin vaxt hadisə yerinə 4-cü PB-nin əməkdaşları gəlmiş və həmin şəxsləri polis bölməsinə aparmışlar. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, Təhminə ilə aralarında ancaq söz mübahisəsi olmuş və hadisə zamanı həyətdə adlarını qeyd etdiyi şəxslər, anası Ətrabə, Təhminənin evinə gəlib-gedən Əli adlı şəxs olmuşlar. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilib keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09.10.2020-ci il tarixli, 2021 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda «şizofreniya paranoid forma» remissiya vəziyyəti xroniki psixi xəstələyi aşkar edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə qeyd olunan psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunduğu təqdirdə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.Bununla yanaşı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu törətdiyi əməl dövründəöz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək iqtidarından mərhum etmişdir.Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür.Təqsirləndirilən şəxs hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırki psixi vəziyyətinə görə onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 30.07.2020-ci il tarixli, 870 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan alt-dodağın cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası, sol göz nahiyəsinin sıyrıqları kimi xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müddəti qərarda göstərilən tarixə, yəni 29.07.2020-ci il tarixə uyğun gəlir, özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30.09.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər narkoloji Dispanseri tərəfindən verilmiş 25.10.2020-ci il tarixli 2832 saylı arayışdan görnür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 27 oktyabr 2020-ci il tarixli qərardan görünür ki. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan 27 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 27 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahid ifadəsi, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməli, cəzanın icrası aidiyyəti üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23.11.2020-ci il tarixli (iş № 1(060)-537/2020) qərarını icra edərək, 23.11.2020-ci il tarixli 464 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar