Məhkəmə qərarları › İş №1(060)-102/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-102/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-102/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X3 iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2021-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Yaşma bağlar massivi ”Maarif” bağçılıq sahəsində yerləşən 151 nömrəli bağ sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd 500 manat dəyərində üstü dəmir listdən, içərisi isə DSP-dən, künc hissələri 15-lik dəmir künclükdən, uzunluğu 6 m, eni 3 m, hündürlüyü isə 2.5 m olan dəmir vaqonu və 01 ədəd 800 manat dəyərində eni 2,5 m, hündürlüyü isə 4 m olan dəmir giriş darvazanı hissələrə kəsib gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2000-ci ildən tanıyır. Svetanın mərhum həyat yoldaşı Nicatla uzun müddət birlikdə işləmişdir. Nicat dizel avtomobillərinin ustası, o, isə Nicatın köməkçisi kimi fəaliyyat göstərmişdir. X5 bağlar massivindəki bağında olmuş və evinin tikilməsində köməklik etmişdir. 2018-ci ildə o, Rusiya Federasiyasında olarkən Nicatın ürək tutmasından dünyasını dəyişdiyini eşitmişdir. Azərbaycana gələndə artıq Nicatın ölümünün ildönümü belə olmuşdur. Ondan sonra Nicatın həyat yoldaşı Svetani görməmiş, onunla heç bir söhbəti olmamışdır. O, Nicatın Yaşma bağlar massivindəki bağ sahəsində olan zaman Nicatın həyətində 6 metr uzunluğunda və 3 metr enində köhnə dəmir vaqonunun olduğunu görmüşdür. Pula ehtiyacı olduğu üçün həmin dəmir vaqonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin mart ayının ortalarında Sumqayıt şəhəri, Yaşma bağlar massivində Nicatın bağ sahəsinə getmişdir. Bağdan “156” yük daşıma xidmətinə zəng edərək yük avtomobilinin lazım olduğunu və Yaşma bağlar massivindən bir ədəd dəmir vaqonun aparılması üçün yük avtomobili istəmişdir. Avtomobil həmin ünvana gəlmiş, lakin vaqon avtomobilə yerləşmədiyi üçün apara bilməmişlər. Səhərisi gün Yaşma bağlar massivində tanımadığı dəmir yığan 3 nəfər şəxsə yaxınlaşmış və həmin şəxslərə özünə məxsus bağ sahəsində köhnə dəmir vaqon olduğunu və həmin bağ sahəsinin giriş darvazasını satmaq istədiyini bildirmişdir. Həmin şəxslərə “Əgər sizə özünüz doğrayıb aparmağınız sərf edirsə gəlin sizə satım deyərək təklif irəli sürmüşdür. Həmin şəxslər onunla razılaşmış və özləri ilə birlikdə qaynaq aparatını götürərək Nicatın bağ evinə gəlmişlər. Onun icazəsilə həmin şəxslər bağda olan vaqonu və bağ sahəsinin giriş darvazasını doğramağa başlamışlar. Həmin vaxt Nicatın qonşuluğunda torpaq sahəsi olan, orada qoyun otaran, adını bilmədiyi şəxs ona yaxınlaşaraq nə üçün Nicatın bağındakı ona məxsus vaqonu və darvazanı doğradığını soruşmuşdur. O, həmin orta yaşlı kişiyə Nicatın həyat yoldaşı Svetanın ağır xəstə olduğunu, özünün ona vaqonu və darvazani satıb pulunu gətirməsini dediyini bildirmişdir. Həmin şəxs ona inanmış və oradan çıxıb getmişdir. Əslində isə Svetanın bundan xəbəri olmamış, o həmin kişini heç kimə məlumat verməməsi üçün aldatmışdır. Bundan sonra həmin metal yığan şəxslər doğradıqları vaqon və darvazanın hissələrini gəldikləri gilanar rəngli, dövlət nömrə-nişanına fikir vermədiyi «Mersedes Ateco» markalı yük avtomobilinə yığaraq aparmışlar. Lakin metalın çəkisini çəkməmişlər və təxminən 2 tona razılaşaraq bir kiloqramını 20 qəpikdən satmışdır. Ümumilikdə bir ədəd vaqonu və bir ədəd darvazanı metal kimi 525 (beş yüz iyirmi beş) manata satmışdır. Həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onun Svetaya məxsus dəmir vaqonu və darvazanı oğurlayıb satmasından heç kimin məlumatı olmamışdır və həmin oğurluq hadisəsini tək törətmişdir. Metalı satdığı şəxsləri tanımamış və həmin şəsləri təsadüfən Yaşma bağlar massivində dəmir yığan şəxslər kimi görüb yaxınlaşmışdır, oğurluq hadisəsini törətdiyi zaman və oğurluq əmlakları satan zaman tək olmuşdur. İndi dəymiş ziyanı ödəmiş, etdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də, təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 ilə qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayırlar. Həyat yoldaşı X6 10 oktyabr 2018-ci il tarixdə ürək infaktından dünyasını dəyişmişdir. Həyat yoldaşı rəhmətə getdikdən sonra Elçinlə birlikdə yaşamağa başlamışdır. Bağçılıq sənədi ilə mərhum əri Nicatın adına Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Maarif” bağçılıq sahəsində 6 sotdan ibarət mişar daşları ilə hasara alınmış 151 nömrəli bağ sahəlari vardır. Mərhum əri Nicat həmin bağ sahəsində bir mərtəbəli 2 otaqlı bağ evi tikmiş, dünyasını dəyişdiyi üçün təmir etdirə bilməmiş və həmin tikili yarımçıq olaraq qalmışdır. Lakin bağ sahəsinin hər tərəfdən hasara alınmaqla dəmir darvazası olmuşdur. Əri rəhmətə getdiyi üçün bağa gediş-gəlişi azalmışdır. Bağ sahəsində 6 metr uzunluğunda və 3 metr enində dəmir vaqonu olmuşdur. 25.07.2021-ci il tarixdə Elçinlə birlikdə bağ sahəsinə baxmaq üçün getmiş, bağ sahəsinə çatdıqda bağının giriş darvazasının və bağ sahəsində olan dəmir vaqonun olmadığını görmüşdür. O, orada torpaq sahəsi olan, lakin adını bilmədiyi 1 nəfər orta yaşlı kişidən vaqon və darvaza barədə məlumatının olub-olmadığını soruşduqda həmin şəxs oralarda heyvan otardığını, mərhum həyat yoldaşı Nicatı tanıdığını, Nicatın dostu Teymuru da tanıdığını və Teymurun təxminən 3-4 ay bundan əvvəl qaynaq aparatı ilə həmin darvazanı və vaqonu doğrayaraq apardığını demişdir. Həmin şəxs Teymurdan həmin əşyaları nə səbəbə doğradığını soruşduqda Teymur həmin şəxsə guya onun xəstə olduğunu, onun icazəsilə ora gəldiyini və həmin metalları sataraq pulu onun müalicəsinə gətirəcəyini demişdir. Həmin vaxt o, Teymurun kim olduğunu bilmiş və həmin şəxsin Nicatın iş yoldaşı olduğunu təxmin etmiş və Teymurun oğurluq etdiyini başa düşmüşdür. Daha sonra o, Teymurun ailəsininə bu barədə demişdir. Ona dəymiş ziyan ödənilmədiyi üçün məcbur qalaraq rəsmi qaydada polisə şikayət etmişdir. Ona məxsus bağ sahəsində olan köhnə dəmir vaqonu mərhum həyat yoldaşı Nicat təxminən 5 il bundan əvvəl Sumqayıt şəhərindən almış, lakin neçəyə aldığını bilməmişdir. Ancaq həmin vaqonun hazırki satış qiyməti 2000 manatdır. Çünki həmin dəmir vaqonu onun özü də satmaq istəmişdir və qiyməti ilə maraqlanmışdır. Həmin vaqona iki min manat qiymət qoymuşlar və o, da iki min manata satmaq istəmişdir. Həmçinin bağ sahəsinin dəmir darvazasını da mərhum həyat yoldaşı təxminən 7-8 il əvvəl alaraq bağın giriş qapısına yerləşdirmişdir, həmin darvazanın qiymətinin nə qədər olduğunu bilmir. Lakin həmin darvazanın hazırki satış qiyməti ilə maraqlanmış və ona 600 manat dəyərində olduğunu demişlər. Beləliklə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2600 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs 17.01.2022-ci il tarixli və istintaq zamanı verdiyi 27.08.2021-ci il tarixli ərizələrindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 06.10.2021-ci il tarixli, 9/6710 saylı ряйинdən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd üstü dəmir listdən, içərisi isə DSP-dən olan. Künc hissələri 15-lik dəmir künclükdən, uzunluğu 6 m, eni 3 m, hündürlüyü isə 2.5 m olan dəmir konteyner (vaqon)-500manat, 01 ədəd eni 2,5 m, hündürlüyü isə 4 m olan dəmir giriş darvaza 800 manat müəyyən olunur. (i.v.119-122) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.106-107) İş materiallarında olan protokol və qərarlardan görünür ki, 27 iyul 2021-cи il тарихдя Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş вя сахланылмасы цчцн Сумгайыт ШПИ-нин МСЙ-йя тящвил верилмишдир. 29.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Sumqayıt şəhər məhkəməsinə təqdimat verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13.09.2021-ci il tarixli qərarı ilə barəsində 29.07 .2021-ci il tarixdə secilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” ilə əvəz edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi və etdiyi əmələ görə peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021cи il тарихдя şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 29.07.2021ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13.09.2021-ci il tarixli qərarı ilə barəsində 29.07.2021-ci il tarixdə secilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” ilə əvəz edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 21 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində hökm qanuni qüvvəyə minənə qədər “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar