Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-102/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 07 (yeddi) ədəd ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 1,991 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə həmin narkotikin 0,647 qram çəkidə olan hissəsini qohumu Şahid6 pay formasında vermiş, həmin gün saat 21:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8 V-nin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş 0,273 qram, 0,330 qram, 0,122 qram, 0,193 qram, 0,248 qram, 0,178 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,344 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1-2 aydır narkotik vasitə istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin qarşısında Şahid6 və Şahid5 ilə birlikdə olan zaman polis əməkdaşlarının onlara yaxınlaşıb onu narkolik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu apardıqalrını bildirdi. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etdiyini bildirmişdir. Həmin narkotik vasitədən 01 (bir) qramını istifadə üçün Rövşənə vermiş, lakin satmamışdır. Həmin narkotik vasitələri istifadə etmək üçün bölmüşdür. Üzərində tərəzi olmamışdır. Ailənin yeganə qazanc gətirəni olduğundan və himayəsində 02 (iki) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin qarşısında Şahid6 və Şahid5 ilə birlikdə olan zaman polis əməkdaşlarının onlara yaxınlaşıb onu narkolik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etdiklərini, o da etiraz elmədən polislərlə birlikdə Pİ-yə gəldiyini bildirmişdir. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək işlədiklərini bildirən zaman o, buna etiraz etmədiyini, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunduğunu bildirmişdir. Daha sonra isə vidcoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim elməyi təklif edilən zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, sol yan cibində saxlamış olduğu NOKİA markalı mobil telefonu təqdim etdiyini bildirmişdir. Həmin 06 (altı) ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli spesilik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni Novxanı ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 18 (on səkkiz) manata aldığını, saxlanılan zaman yanında qohumu Rövşən və Tacir adlı şəxslərin olduğunu, Tacirin bədənində ağrıları olduğu üçün yanına narkotik vasitə almaq üçün gəldiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman gümüşü rəngli siqaret kağızı ilə birlikdə həmin bükümlərin hər birinin çəkisinin 0,28 qram, 0,36 qram, 0,37 qram, 0,43 qram, 0,27 qram, 0,18 qram, həmin maddələrin ümumi çəkisinin isə 1,88 qram olduğunun müəyyən edildiyini və aşkar olunmuş həmin maddələrin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndiyini, daha sonra müvafiq sənədləşmə aparıldığını və onun da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etdiyini qeyd etmişdir. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə olan heroini Novxanı qəsəbəsində tanımadığı şəxsdən 18 (on səkkiz) manata aldığını, həmin narkotik vasitənin bir qismini satacağını, qalanını isə özünün istifadə edəcəyini, narkotik vasitəni alan zaman tək olduğunu və heç kimin kömək etmədiyini, saxlanılan zaman hüquq və vəzifələrinin pozulmadığını, psixi və fiziki zor tətbiq edilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin bir qismini saxlanılmamışdan bir neçə dəqiqə əvvəl qohumu Şahid6 pay formasında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-də baş əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis kapitanıdır. xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olduğunu bildirmişdir. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkiləri polis kapitanı Şahid3, polis leytenantı Şahid4, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayevdən, Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etdiklərini bildirmişdir. Saat 20:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V ünvanının qarşısında olması barədə təkrar məlumat daxil olduğunu bildirmişdir. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin yaxınlığına gəldiklərini qeyd etmişdir. Saat 21:10 radələrində onların Təqsirləndirilən şəxs və yanında başqa iki nəfər şəxsi görüb saxladıqlarını və özlərini təqdim etdikdən sonra həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etdiklərini bildirmişdir. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, Şahid6 və Şahid5 olduqlarını bildirdilər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Təqsirləndirilən şəxs, Şahid6 və Şahid5 şərait olmadığı üçün Pİ-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyinin bildirildiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid6 və Şahid5 onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirildiyini bildirmişdir. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşduqlarını bldirmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra hüquq və vəzifələri barədə bildiriş, siyahı üzrə vəkillərin növbətçilik cədvəlindən özünün seçdiyi hüquqlarını müdafiə edəcək müdafiəçi X3 təqdim edildiyini bildirmişdir. Bundan sonra videoçəkilişin davam etməklə üzərində olan əşyaları qoyması xahiş etdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, sol yan cibində saxlamış olduğu NOKİA markalı mobil telefonu təqdim etdiyini bildirmişdir. Həmin 06 (altı) ədəd bükümün açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğuunun müəyyən olunduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni Novxanı ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 18 (on səkkiz) manata aldığını, saxlanılan zaman yanında qaynı Rövşən və Tacir adlı şəxslərin olduğunu, Tacirin bədənində ağrıları olduğu üçün onun yanına narkotik vasitə almaq üçün gəldiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman gümüşü rəngli siqaret kağızı ilə birlikdə həmin bükümlərin hər birinin çəkisinin 0,28 qram, 0,36 qram, 0,37 qram, 0,43 qram, 0,27 qram, 0,18 qram, həmin maddələrin ümumi çəkisinin isə 1,88 qram olduğu müəyyən edildiyini və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin qarşısında qaynı Təqsirləndirilən şəxs və Şahid5 ilə birlikdə olan zaman polis əməkdaşlarının onlara yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət eldiklərini, onun da etiraz elmədiyini polislərlə birlikdə Pİ-yə getdiyini bildirmişdir. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz elmədiyini, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunduğunu bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi biklirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim elməyi təklif edilən zaman o, əynində olan qara şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu mobil telefonu təqdim etdiyini bildirmişdir. Həmin 01 (bir) ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olmasının müəyyən olunduğunu bildirmişdir. Sorğu zamanı aşkar olunan maddənin “kakos" olduğunu, həmin maddəni qaynı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün pulsuz olaraq aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan qəhvəyi rəngli toz halında maddənin tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, polis geyimində olan şəxs özünü Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı kimi təqdim edib Elnur Feyzullayev olduğunu bildirir. Sonra qarşısında duran şəxdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğu bildirir. Bundan sonra digər mülki geyimdə olan şəxslərə özlərini təqdim etməyi bildirir və həmin şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid1, Şahid2 və Şahid3 olduqlarını bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu bir daha bildirilərək bununla bağlı CPM-nin 90-cı maddəsində göstərilən hüquq və vəzifələri barədə bildiriş təqdim edildi. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün özünün vəkillərin növbətçilik cədvəlindən seçdiyi vəkil Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı predmet, əşya varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, sol yan cibində saxlamış olduğu NOKİA markalı mobil telefonu təqdim eldi. Həmin 06 (altı) ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin "kakos” olduğunu, həmin maddəni Novxanı ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 18 (on səkkiz) manata aldığını, saxlanılan zaman yanında qaynı və Tacir adlı şəxslərin olduğunu, Tacirin bədənində ağrıları olduğu üçün onun yanına narkotik vasitə almaq üçün gəldiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 06 (altı) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman gümüşü rəngli siqaret kağızı ilə birlikdə həmin bükümlərin hər birinin çəkisinin 0,28 qram, 0,36 qram. 0,37 qram, 0,43 qram, 0,27 qram, 0,18 qram, həmin maddələrin ümumi çəkisinin isə 1,88 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3747 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərllər üçün №9124" dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxs" sözləri, ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdə 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,273 qram, 0,330 qram, 0,122 qram, 0,193 qram, 0,248 qram, 0,178 qram ümumi təmiz çəkisi 1,344 qram qəhvəyi rəngli maddə olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 1,344 qram, tədqiqata sərf edilən miqdar - 0,12 qram, qalıq - 1,224 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4945 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 1,344 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,224 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk və 01 (bir) ədəd NOKİA markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİnin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 58-112-6642 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-2111/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Corat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus NOKİA markalı mobil telefonda 03 (üç) ədəd mesaj aşkar edilmiş, mesajlarda “Eliş mənəm Mehman”, “Ay qaqaş gözdüyürəm axı, vəziyyət çox pisdi dedim sənə imkan daxilində tez elə quzu kəsərəm”, “Olmadıki ay eliş ağrıyıram axı harda qaldın” mətnləri yazılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaqları vardır (xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü Abasov Rasim Elşad oğlu). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verlmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən, amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-625/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin Məhkəməsinin 1(060)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01. 12.2021-ci ildə “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarınının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-625/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl şahid ifadələri və Təqsirləndirilən şəxs məxsus mobil telefonda olan məsajların mətnləri ilə öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,344 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,224 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd NOKİA markalı mobil telefon ona qaytarılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,224 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd NOKİA markalı mobil telefon ona qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-102/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-102/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver