Məhkəmə qərarları › İş №1(060)-102/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-102/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-102/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev Özəl Tikinti 58-də qeydiyyatda olub, Bakı şəhəri, Səbail rayonu, ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə "xxxx" MMC-də işlədiyi müddətdə iş yoldaşı Zərərçəkmiş şəxs MMC-də yaradılacaq X3 müdiri vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" ММС-də Zərərçəkmiş şəxs mobil telefonunda olan “Paşa Bank”a aid mobil tətbiq vasitəsi ilə 5402 6919 5650 2255 nömrəli kart hesabından arvadı X4ma məxsus 4169 7388 5346 7956 nömrəli kart hesabına göndərdiyi 3000 manat pulu, həmin gün eyni ünvandan eyni vasitə ilə göndərilən 465 manat pulu, xx.xx.2024-cü il tarixdə eyni ünvanda eyni vasitə ilə göndərilmiş 1500 manat pulu, 13 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs iş otağında nağd şəkildə 2000 manat pulu, xx.xx.2023-cü il tarixdə iş otağında nağd şəkildə 8500 manat pulu, xx.xx.2023-cü il tarixdə eyni ünvanda nağd şəkildə 3500 manat pulu, 12 dekabr 2023-cü il tarixdə MMC-nin girişində nağd şəkildə 20.000 manat pulu, 19 dekabr 2023- cü il tarixdə iş otağında nağd şəkildə 10.000 manat pulu, 21 dekabr 2023-cü il tarixdə iş otağında nağd şəkildə 535 manat pulu, ümumilikdə 49500 manat məbləğində pulu vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir və 2 azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayında tanımışdır. Belə ki, Zirəddin STP MMC-də baş mütəxəssis, o isə kordinator işləmiş və eyni otaqla əyləşmişlər. Söhbət əsnasında Zirəddin onun STP MMC-nin müdiriyyəti ilə uzaqdan qohumluq əlaqəsinin olduğunu bilmiş, bundan sonra söhbət əsnasında Zərərçəkmiş şəxs yüksək vəzifəyə keçmək istədiyini bilmiş və sonuncunu MMC-də yaradılacaq X3 müdiri vəzifəsinə təyin etdirə biləcəyini demişdir. Onun MMC-nin direktoru ilə qohumluq əlaqəsi Zirəddin bildiyindən ona inanmış, bundan sonra o, Zirəddinə müəyyən pul qarşılığında bu vəzifə məsələsini həll edəcəyini demişdir. Zirəddinə pulu MMC-nin direktoru Hicran müəllimin bacısı oğlu Şəhriyara verib bu məsələni həll edəcəyini demiş, Zirəddinə 6000 manat əmək haqqı alacağını, özünün isə onun müavini olacağını bildirmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Zirəddinə bu işə görə ilkin olaraq 5000 manat pul lazım olduğunu demiş, bundan sonra sonuncuya məxsus telefonda olan bank tətbiqi vasitəsi ilə arvadı Şahid3 məxsus, ancaq onun istifadəsində olan “Kapital Bank” a məxsus 4169 7385 5346 7956 nömrəli kart hesabına 5000 manatdan çox pul göndərmiş, həmin pulu Bakı şəhərində xatırlamadığı müxtəlif bankamatlarda nağdlaşdırıb öz istifadəsi üçün xərcləmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayının sonuna qədər Zirəddindən dəfələrlə vəzifə məsələsinə görə pullar almış, ümumilikdə Zirəddindən Hicran müəllimin bacısı oğlu Şəhriyara vermək adı ilə 49500 manat pul almış, bir müddət sonra Şəhriyar müəllim ona zəng edərək “Muza” restoranına çağırmış, oraya gedən zaman orada Şəhriyarın, Mehmanın və Zirəddinin oturduqlarını görmüşdür. Həmin vaxt Şəhriyar ona Zirəddindən onun adından vəzifəyə görə pul alıb-almadığını soruşmuş, o isə almadığını demişdir. Bu məsələlərə görə STP MMC-dən 2024-cü ilin yanvar ayında işdən çıxarılmış, bundan sonra 2024-cü ilin fevral ayında o, Zirəddindən aldığı puldan 5500 manatını qaytarmış, bundan sonra ona məlum olmuşdur ki, Zirəddin Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir. Zirəddindən 49500 manat pulu onu X3 müdiri vəzifəsinə təyin etdirmək üçün aldığını, heç kimə pul vermədiyini, həmin pulları öz ehtiyaclarına xərclədiyini. Şəhriyarın heç nədən xəbərinin olmadığını, sadəcə olaraq adından istifadə edərək pul aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu ildən "xxxx" MMC-də çalışmağa başlamış, hazırda isə heç bir yerdə işləmir. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs Sumqayıt Texnologiyalar Parkı" MMC-də işə düzəlmiş, sonuncunun iş yeri İnzibati idarəetmə departamenti olmuş, lakin Elmar ondan iş öyrənməsi üçün onunla birlikdə eyni otaqda əyləşmişdir. Buna görə də Elmarla aralarında münasibət yaranmış, sonuncu söhbət əsasında ona bildirmişdir ki, onu "xxxx" MMC-yə direktor Hicran Valehovun bacısı oğlu Şəhriyar adlı şəxs düzəltmişdir. Elmar ona işləri öyrənəndən sonra guya onun yerinə keçəcəyini demişdir. O da Elmarın rəhbərliklə yaxın olduğunu güman etdiyindən sözlərinə inanmışdır. Elmar həmçinin, ona ММС-də yeni şöbə yaranacağını və oranın rəhbəri olacağını demişdir. Elmar arada onun aldığı əmək haqqını soruşaraq işə yeni təyin olunmasına baxmayaraq əmək haqqısının ondan çox olduğunu demişdir. Bununla da, Elmar özünün rəhbərliyə yaxın olduğunu təkidlə göstərməyə çalışmışdır. Təxminən 2023cü ilin oktyabr ayında, axşam saatlarında Elmar onunla əlaqə saxlayıb vacib görüşməli olduğunu bildirmiş, o, sabah işdə görüşərik dedikdə vacib məsələ olduğu üçün mütləq görüşməli olduğunu qeyd etmiş, o da razılaşmışdır. Elmar öz idarə etdiyi "BMV" markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı əraziyə gəlmiş, orada görüşüb söhbətləşmişlər. Elmar Bakıda yerləşən "Bəyaz" adlanan restoranda Hicran və onun bacısı oğlu Şəhriyarla birlikdə əyləşib söhbət etdiklərini, orada onun şöbə rəisi təyin olunmaq məsələsi müzakirə olunduğunu, onun şöbə rəisi olacağını, özünün də müavin olacağını demişdir. Elmarın deməsinə görə ona 6000 manat, özünə isə 5500 manat əmək haqqı veriləcəkdir. O, rəhbərlik məsləhət bilərsə işləyəcəyini demiş, bundan sonra Elmar getmişdir. Sabahı günü işə gələndə Elmar ona bu işin həll olunması üçün pul vermək lazım olduğunu, o, da nə qədər pul lazım olduğunu soruşmuş, sonuncu 5000 manat veməli olduğunu demiş, o, üzərində nağd olmadığını, lakin əmək haqqı kartında olduğunu demiş, Elmar da ona telefonu ver pulu Şəhriyarın kartına köçürüm demişdir. 02 noyabr 2023-cü il tarixdə "xxxx" MMC-də iş otağında ona məxsus “Paşa Bank”a məxsus 5402 6919 5650 2255 nömrəli kart hesabından telefonunda olan mobil tətbiqi vasitəsi ilə Elmar hansısa karta 3000 manat, bir neçə dəqiqə sonra 465 manat pul göndərmiş, xx.xx.2024-cü il tarixdə isə Elmar yenə iş otağında ona məxsus kart hesabından 1500 manat pulu hansısa kart hesabına göndərmiş, bundan sonra 13 noyabr 2023-cü il tarixdə Elmar ona zavoda material gətirildiyini, ancaq Hicran müəllimin pulu olmadığından təcili 2000 manat lazım olduğunu demiş, o da həmin gün "xxxx" MMC-də iş otağında Elmara nağd şəkildə 2000 manat pul vermişdir. Daha sonra Elmar ona Hicran müəllimin özünə yeni mənzil aldığını, Şəhriyarın da onu təmir etdirdiyini, həmin iş üçün pul verməsini, vəzifəyə təyinat üçün bunun önəmli olduğunu demişdir. O da vəzifəyə təyin olunacağına inanaraq xx.xx.2023-cü il tarixdə iş otağında Elmara 8500 manat pulu nağd şəkildə Elmara vermiş, bundan sonra sonuncu 2023-cü ilin noyabr ayının 23-da ona yeni yaranacaq şöbənin ştat cədvəlini gətirmiş, guya Hicran müəllim təsdiqləmişdir. Elmar ştat cədvəlinə görə 3500 manat rəhbərliyə verməli olduğunu demiş, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də iş otağında Elmara nağd şəkildə 3500 manat pul vermiş, bundan sonra 2023-cü ilin dekabr ayının 8-də Elmar ona yaxınlaşaraq Hicran müəllimin evinin təmiri üçün yenidən pul istəmişdir. Elmar, onun Hicran müəllimin göstərişi ilə ona 20000 manat verməli olduğunu demiş, evin təmiri bitəndən sonra vəzifə məsələsinin həll olunacağını demişdir. O da 12 dekabr 2023-cü il tarixdə 20000 manat pulu nağd şəkildə "xxxx" MMC-nin girişində Elmara vermiş, sonuncu həmin vaxt ora "Mercedes" markalı taksi ilə gəlmiş, Elmar pulu alıb Bakı şəhərinə aparıb pulu Şəhriyara verəcəyini demiş, daha sonra Elmar guya onun barəsində şikayət olduğunu, Hicran müəllimin deməsinə görə şikayət həll olunmasa şöbə müdiri təyin edə bilməyəcəyini demişdir. Buna görə də Elmar həmin məsələnin həlli üçün ondan 10000 manat pul istəmiş, 19 dekabr 2023-cü il tarixdə "xxxx" MMC-də iş otağında Elmara 10000 manat pulu nağd şəkildə vermiş, bundan təxminən 2 gün sonra 21 dekabr 2023-cü il tarixdə Elmar yenidən iş otağına gəlib sənədləşmə üçün 600 manat pul lazım olduğunu demiş, o isə həmin gün iş otağında 535 manat pul vermiş, bir neçə gün sonra Elmardan xəbər çıxmadığını görmüş, sonuncunun onu aldatdığını hiss etmişdir. Elmarın departament rəhbərinə xəbər vermiş, buna görə də "xxxx" MMC-nin İnzibati idarəetmə departamentinin müdiri Mehman müəllimin iş otağına gedərək olanları danışmış, sonuncunun məsləhəti ilə o, Mehman və Şəhriyar Bakı şəhərində "Muza" restoranında görüşmüşlər. Orada Şəhriyar zəng edərək Elmarı çağırmış, sonuncu həmin yerə gələndə onları birlikdə görüb təəccüblənmiş, daha sonra X7 müəllimdən nə qədər pul almısan hamısını qaytar demiş, Elmar isə pul almadığını demiş, o isə aldığını bildirmişdir. Bundan sonra Elmar onun kartına 5500 manat pul qaytarmışdır. O, Elmara ümumilikdə 49500 manat pulu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" MMC-də yaranacaq X3 müdiri vəzifəsinə təyin etdirməsi üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 49500 manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmişdir. Onu bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Onun barəsində azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayından "xxxx" MMC-nin İnzibati İdarəetmə departamentinin direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-nin işçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs isə İnzibati İdarəetmə departamentində mühəndis işləmiş, 2023-cü ilin oktyabr ayından sınaq müddəti ilə işə qəbul olunmuşdur. 2023-cü ilin sonlarından Zirəddin ona müraciət edərək Elmarın onu MMC-də yüksək vəzifəyə təyin etdirməsi adı ilə təxminən 30.000 manatdan çox pul aldığını demiş, o isə həmin məsələdən xəbərsiz olduğunu demiş və məsələni dəqiqləşdirmək üçün Şəhriyara zəng etmişdir. Belə ki, Şəhriyarla o, bir yerdə dəmir yolunda işləmişlər və ona mühəndis lazım olan zaman sonuncuya demişdir. Şəhriyar da öz növbəsində ona Elmarı məsləhət görmüş, sonuncu imtahanlardan uğurla keçmişdir. Bundan sonra həmin gün Bakı şəhərində Zirəddin, o və Şəhriyar görümüşlər. Həmin vaxt Şəhriyar. Elmara zəng edərək onların olduğu yerə çağırmış, daha sonra Elmar onların əyləşdikləri yerə gəlmişdir. Daha sonra Şəhriyar, Elmardan vəzifə ilə bağlı Zirəddindən pul alıb-almadığını soruşmuş, sonuncu isə pul almadığını demiş, lakin həmin vaxt Zirəddin Elmara ondan pul aldığını təkidlə demişdir. Bundan sonra onlar ayrılmış və olanlardan xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir dəfə Bakı şəhərində 2023-cü ilin sonlarında görmüşdür. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. 2023-cü ilin payız aylarında Elmar ona müraciət edərək işə düzəlmək istədiyini demiş, sonuncunun CV-si ilə tanış olandan sonra əvvəldən tanıdığı və STP-də işləyən Mehman müəllimə göndərmişdir. Bundan sonra Elman imtahanları uğurla başa vurub STP MMC-də işə başlamışdır. 2023-cü ilin sonlarında Mehman müəllim ona zəng edərək Elmarın, Zərərçəkmiş şəxs STP MMC-də yüksək vəzifəyə təyin etdirməsi üçün pul aldığını demiş, o, həmin gün məsələni dəqiqləşdirmək üçün Bakı şəhərində Mehman və Zirəddin ilə görüşmüşlər. Həmin vaxt Zirəddinlə ilk və son görüşləri olmuşdur. Zirəddin görüş zamanı Elmarın ondan müəyyən məbləğdə pul aldığını demişdir. Xatırladığı qədər həmin məbləğ 40.000 manatdan çox olmuşdur. Bundan sonra o, Elmara zəng edərək əyəşdikləri yerə çağırmışdır. Bir müddət sonra Elmar gəlmiş, o Zirəddindən vəzifə ilə bağlı pul alıb-almadığını Elmardan soruşmuş, sonuncu isə pul almadığını bildirmiş, həmin vaxt Zirəddin isə aldığını demişdir. Bundan sonra o, Zirəddinə rəsmi qaydada şikayət etməsini bildirmiş, daha sonra olanlardan xəbəri olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, sonuncu onun adma Kapital Bankdan 4169 7385 5346 7956 nömrəli kart hesabı açdırmış, həmin kart həmişə Elmarda olmuş və özü istifadə etmişdir. Həmin karta aid onda mobil tətbiq də olmamış, həmin karta göndərilən və çıxarılan pullardan xəbəri olmamışdır. Şahid3 həmçinin ifadəsində xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə ona məxsus karta pul göndərilməsindən xəbərinin olmadığını, ərinin Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirməsindən Elmar həbs olunan zaman xəbərinin olduğunu bildirmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 78-79-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dan azad edilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, saxlanıldığı Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 42-ci vərəqəsində götürmə aparılması və baxış keçirilməsi haqqında 22 iyul 2024-cü il tarixli prtokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd diskə özünün iştirakı ilə baxış keçirilmiş. Birinci diskə baxış zamanı müəyyən olundu ki, qeyd olunan diskdə 01 ədəd fayl vardır. Həmin fayl açılan zaman baxış iştirakçısı Zərərçəkmiş şəxs həmin səsin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirir. Həmin səs yazısında Təqsirləndirilən şəxs "Zirəddin müəllim bir də axşamın xeyir, danışdım dedilər problem yoxdu, olsun ikinci gün narazıçılıq yoxdur” deyir. İkinci diskə baxış zamanı müəyyən olundu ki, qeyd olunan diskdə 01 ədəd fayl vardır. Həmin fayl açılan zaman baxış iştirakçısı Zərərçəkmiş şəxs həmin səsin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirir. Həmin səs yazısında Təqsirləndirilən şəxs "Zirəddin müəllim sabahınız xeyir, necəsiz, dünən nə qədər elədim çatdıram gələm, işlərimi qurtaranda saat beşə qalırdı dedim mən elə Bakıdan ora çatana qədər siz çıxıb gedəcəksiz day məndə gəlmədim, indi də yenə səhərdən gəlmişəm o, sənə demişdim e zavoda görə elə onun sənədləri ilə əlləşirəm inşallah çalışacam bu gün gəlim çatım ora. səni görüm iki gündü üstümdə gəzdirrəm, birdə ki, Zirəddin kişi sabah saat on birə işlərivi elə planlaşdır ki, sabah saat on birə rəislə görüşəcəyik” deyir. Cinayət işinin 66-cı vərəqəsində olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs AR Nazirlər Kabinetinin 2022-ci il tarixli 21 aprel 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. CMS Elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görsənir ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısıdır və bununla bağlı olara 80 manat təqaüd alır. Cinayət işinin 82-84-cü vərəqələrində olan məktubdan və əmək müqaviləsi bildirişlərindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2012-ci il tarixdən "xxxx" MMC-də əmək fəaliyyətinə başlayıb. O, hal-hazırda "xxxx" MMC-də Hüquq departamentinin Müqavilələrin idarə edilməsi və katiblik bölməsində Texniki sənədləşmə menecer vəzifəsində çalışmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 (üç) ay sınaq nüJuət təyin edilməklə "xxxx" MMC-də İnzibati idarəetmə və infrastruktur departamentinin infrastruktur lahiyələri üzrə koordinator vəzifəsinə işə qəbul olunmuşdur. X1 müddətində özünü doğrultmadığı üçün xx.xx.2024-cü il tarixdə Aamaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 38-39-cu vərəqəsində olan bank çıxarışından görsənir ki, 5402 6919 5650 2255 saylı Pasha bank hesabına xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 30 azn, 4.65 azn, 3000 azn və 465 azn vəsait köçürülmüşdür. Cinayət işinin 104-110-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və 02 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 112-113-cü vərəqələrində olan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, onun 02 övladı var (xx.xx.2018-ci il təvəllüdlü X10 oğlu və xx.xx.2023-cü il təvəllüdlü X9 oğlu). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 49500 manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmişdir. Onu bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Onun barəsində azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı və Füzulinin azad olunmasına görə medalları təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs özününün etirafedici ifadəsi ilə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş səs yazıları və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni təkrarən aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını, Füzulinin azad olunmasına görə medalla təltif edilməsini və himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, əməlindən peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:59-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin, Suumqayıt şəhərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk, həmçinin Pasha bankdan əldə edilmiş hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:59-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd disk, həmçinin Pasha bankdan əldə edilmiş hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar