Məhkəmə qərarları › İş №1(060)-103/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-103/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-103/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçilər - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun Vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 2-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İbtidai araşdırma zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 02.08.2020-ci il tarixdə səhər saat 07 radələrində Sumqayıt şəhəri dəniz kənarı parkda qaçıb idman edərkən Sumqayıt şəhəri “Şəhidlər” xiyabanının yaxınlığında bir ədəd soyuq silah hesab edilən, üzərində təyinatı dəyişdirilən əlavə və dəyişiklər edilməmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı, bıçaq taparaq idarə etdiyi “KAZAR LX” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qapısının cibinə qoyaraq gəzdirmiş, 28.08.2020-ci il tarixdə həmin avtomaşına baxış keçirilərkən həmin bıçaq aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 12 avqust 2020-ci il saat 21 radələrində tanışları Şahid3, Şahid1, Şahid12 və Şahid2ı Tofiq oğlu ilə istintaqa şəxsiyyətləri məlum olmayan bir qrup şəxslərlə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərərək Zərərçəkmiş şəxs “Facebook” sosial şəbəkəsindəki pofilində dini mövzuda rəy verməsi ilə bağlı sonuncunu Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində Bakı-Quba yolunun 36-cı kilometrliyinə aparmış, orada sosial şəbəkədə onun adından yazılmış ifadələrə görə üzr istəməsini tələb edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs təhqir edərək əli ilə sifət nahiyyələrindən vuraraq zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 228.4 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, idmanla məşğul olduğu üçün tez-tez Sumqayıt şəhəri dəniz kənarına düşərək orada qaçmışdır. 2020-ci ilin avqust ayının 02-də səhər saat 07:00 radələrində tək yenə də Sumqayıt şəhəri dəniz kənarı parkda qaçıb idman edərkən Sumqayıt şəhəri Şəhidlər xiyabanının altından torpağın içərisində bıçaq görmüşdür. O, həmin bıçağı götürmüş və xoşuna gəldiyi üçün idarə etdiyi “KAZAR LX” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomaşınının qabaq sol qapısının cibinə qoymuşdur. Lakin həmin vaxtdan bıçaqdan istifadə etməmişdir. 12 avqust 2020-ci il tarixdə axşam təxminən saat 21:20 radələrində idarə etdiyi “KAZAR LX” markalı **-PB-*** dövlət nömrə nişanlı avtomaşın ilə tək Sumqayıt şəhər dənizkənarı parka qaçıb idman etməyə gedərkən təxminən hadisədən 3-4 ay əvvəl dəniz kənarında məşq edərkən tanıdığı Zahir adlı şəxs onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, ona maşın lazımdır, bir yer var oraya getməlidir. O da razılaşıb və Zahirin dediyi yerə, yəni Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin yanına gəlmişdir. Zahir və əvvəllər tanıdığı şəxs Səbuhi Karvan ticarət mərkəzinin yanında dayanmışlar. Onlara yaxınlaşanda Zahir və Səbuhi baş vermiş mübahisə haqqında heç nə deməmiş, ona sadəcə onları dedikləri yerə aparmağı bildirmişlər. O da razılaşmış və Zahir və Səbuhi onun idarə etdiyi KAZAR markalı avtomaşına əyləşmişlər. Onlar Abşeron rayonu ərazisində yerləşən qaçqınlar şəhərciyinə gəlmişlər. Oraya çatanda Səbuhi maşından düşmüş, o və Zahir maşında qalıb gözləmişlər. Təxminən 4-5 dəqiqədən sonra Səbuhi və adını sonradan bildiyi tanımadığı Səbuhi adlı digər şəxs onların yanına gəlmişlər. Onlar idarə etdiyi avtomaşına əyləşmişlər. Yolda gedərkən nəyəsə görə mübahisə etmişlər və o onlara fikir verməmişdir. Avtomobildə səsküy çox olduğundan əli ilə sonradan adını bildiyi Səbuhiyə vurmuş, ancaq sərt sillə şəklində vurmamışdır. Tağıyev qəsəbəsinə az qalmış maşını saxlamışdır. Maşından Səbuhi, Zahir və Səbuhi düşmüş, o isə maşınında qalmışdır. Daha sonra içəridən görmüşdür ki, kimsə deyir ki, “polis gəlir” buna görə o da getmişdir. Sonra o, Zahiri də götürüb geri gəlmişdir. Bir neçə gündən sonra eşitmişdir ki, onunla gedən Səbuhi və Zahiri polis əməkdaşları saxlamışdır. Avtomobilində olan bıcağı heç vaxt istifadə etməmişdir. Həmin bıçaq avtomobilin baqaj hissəsində olub və itiham aktında qeyd edildiyi kimi qabaq sol cibdə olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş istintaqdakı ifadəsindən görünür ki, təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmişdir. Bildirmişdir ki, o, idmanla məşğul olduğu üçün tez tez Sumqayıt şəhər dəniz kənarına düşərək tək orada qaçır. 2020-ci ilin avqust ayının 02-də səhər saat 07:00 radələrində tək yenədə Sumqayıt şəhəri dəniz kənarı parkda qaçıb idman edərkən Sumqayıt şəhəri Şəhidlər xiyabanının altından torpağın içərisində görmüşdür ki, bıçaq düşüb. O, həmin bıçağı götürmüş və xoşuna gəldiyi üçün idarə etdiyi “KAZAR LX» markalı **-PB-*** dövlət nömrə nişanlı avtomaşınının qabaq sol qapısının cibinə qoymuşdur. Lakin həmin vaxtdanda bıçaqdan istifadə etməmişdir. 12 avqust 2020-ci il tarixdə axşam təxminən saat 21:20 radələri olarmış o, idarə etdiyi KAZAR LX markalı **-PB-*** dövlət nömrə nişanlı avtomaşınıyla tək Sumqayıt şəhər dənizkənarı parka gedirmiş ki, orada qaçıb idman etsin. Bu vaxt təxminən 3-4 ay bundan qabaq dəniz kənarında məşq edərkən tanıdığı Zahir adlı şəxs onun mobil telefonuna zəng vuraraq bildirmiş ki, ona maşın lazımdır bir yer var oraya getməlidir. O da razılaşıb və Zahirin dediyi yerə yəni Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin yanına gəlmişdir. Oraya gələndə görmüşdür ki, Zahir və əvvəllər tanıdığı Səbuhi Karvan ticarət mərkəzinin yanında dayanmışlar. O, onlara yaxınlaşanda Zahir ona demişdir ki, bir nəfər sosial şəbəkədə Əhli sünnə namazı qılanları söyüb təhqir edib Səbuhi həmin şəxsi tanıyır gedək həmin şəxslə söhbətləri var. O da razılaşıb Zahir və Səbuhi onun idarə etdiyi KAZAR markalı avtomaşına əyləşmişlər. Yolda söhbət zamanı o, bilmiş ki, dostu Səbuhi həmin sosial şəbəkədə Əxiləri təhqir edən Səbuhini tanıyan şəxsi tapıbdır və həmin şəxsin vasitəsi ilə Səbuhinin harada yaşamasını bilmişdir. Abşeron rayonu ərazisində yerləşən qaçqınlar şəhərciyinə gəlmişlər. Oraya çatanda maşından Səbuhi düşüb və demişdir ki, Əxiləri təhqir edən səbuhini tanışı var gedir onunla söhbət etsin. Onunla Zahir maşında qalıb gözləmişlər. Təxminən 4-5 dəqiqədən sonra Səbuhi və Əxiləri təhqir edən Səbuhi onların yanına gəlmişlər. Onlar onun idarə etdiyi avtomaşına əyləşmişlər. X5 təhqir edən Səbuhidən soruşmuş ki, nəyə görə Əxiləri təhqir etmisən. Əxiləri təhqir edən Səbuhi demişdir ki, o, heçnə yazmamışdır, kimsə onun profilinə girib yazmışdır. Lakin Zahir ona inanmayıb və Əxiləri təhqir edən səbuhi ilə mübahisə etmişdir. Əxiləri təhqir edən səbuhi artıq əskik söz danışdığına görə o da bir dəfə maşın gedə gedə Səbuhinin sifətindən şillə ilə vurub demişdir ki, etmisənsə boynuna al. Səbuhidə demişdir ki, onun günahı yoxdur o yazmayıb. Onlar Tağıyev qəsəbəsinə az qalmış maşını saxlayıb, maşından Səbuhi, Zahir və Əxiləri təhqir edən Səbuhi düşmüşlər. O, maşınında qalıb və içəridən görmüşdür ki, Zahir Səbuhini telefona çəkərək demişdir ki, onda desin onluq bir şey yoxdur onlarda telefona çəksin. Səbuhidə demişdir ki, onun xəbəri yoxdur onun profilinə girib paylaşıblar. Zahirdə Səbuhini telefonuna çəkərkən bu vaxt oraya bir neçə maşın və həmin maşından tanımadığı şəxslər düşmüşlər. Səbuhiyə yaxınlaşıb hərə bir tərəfə səbuhini dartışdırıb və həmin anı telefona çəkmişlər. Sonra kimsə demişdir ki, polis gəlir buna görə oradan qaçıb uzaqlaşmışlar. Sonra o, evə gəlmiş və bir neçə gündən sonra eşitmişdir ki, onunla gedən səbuhi və zahiri polis əməkdaşları saxlayıb. O, bilmişdir ki, polis onuda saxlayacaq ona görə də anası xəstə olduğu üçün bəzi işlərini görmüşdür ki, sonra polisə özü gəlib təslim olsun. İdarə etdiyi avtomaşını isə Sumqayıt şəhəri Tağıyev qəsəbəsində Şirvan qəsəbəsində yaşayan dostu Hacı Ələmdara sürməyə vermişdir. Hacı Ələmdarda öz tanışı adını xatırlamadığı şəxsə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o qaydasız döyüş idman növü ilə məşqul olur, habelə bu idman növü üzrə dərs keçir, karantin rejimi başlayandan sonra fəaliyyətini dayandırmışdır. O İslam dinin şiə təriqətinin qaydalarına uyğun olaraq ibadət edir və özünü şiə təriqətinin üzvü hesab edir, sosial şəbəkələrdən də istifadə edir. Onun “Facebook” sosial şəbəkəsində “Zərərçəkmiş şəxs” adlı profilim var, həmin profilindən daimi istifadə edir. Təxminən bir həftə bundan əvvəl “Facebook” sosial şəbəkəsində “Müslim TV”, “Rafizilərin iç üzü” adlı səhifələrdə “Əlhəmdullah, şiələrin qadınları bizim cariyələrimizdi, şiələr siyğədən əmələ gələnlərdi” cə s. təhqir edici ifadələrin işləndiyini görüb həmin səhifələrdə şərh yazıb həmin nəlayiq ifadələrin sosial şəbəkələrdən silinməsini tələb etmişdir. Həmin vaxtı tanımadığı digər şəxslər də həmin ifadələrin silinməsini tələb etmişlər və həmin paylaşımla bağlı şiə və süni təriqətinin “Sələfilər” qolu arasında qızğın mübahisə yaranmış, bundan sonra o öz profil səhifəsində “Suriyadan gələn əxilərin huriləri görəsən haradadır”, bu paylaşıma görə “Sələfilər”lə onun və digər “şiə”lərin arasında qızğın mübahisə yarandı və onlar mübahisəni ancaq paylaşımın şərh hissəsində edirdilər. Bu paylaşımımdan sonra 12 avqust 2020-ci il tarixdə onun profil səhifəsində naməlum şəxlər tərəfindən sındırılaraq ələ keçirildi və orada “Sələfilər peysərdi” paylaşımı edildi. Həmin vaxtı o öz profil səhifəsinə də daxil ola bilməmişdir. 12 avqust 2020-ci il tarixdə axşam təxminən saat 21:20 radələrində yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt qəsəbəsi, “Yeni şəhərcik” massivi, ev 4, mənzil 18-də olan zaman qonşusu Adil gəlib ona demiş ki, 5 dəqiəyə “sələfilər” gəlirlər səninlə söhbət etməyə. Təxminən saat 21:24-də Adil onun 055 989 59 49 saylı mobil telefonuna nömrəmin qeydiyyatdan keçdiyi yadında qalmayan qonşusunun mobil nömrəsindən “Watsapp” vasitəsi ilə yazmış ki, “qaqa mənəm, Adil, gəliblər, düş aşağı”. Bunu görüb o aşağı həyətə düşmüş və görmüş ki, o əvvəl elə bilmiş ki, boz rəngli “Priora” markalı lakin sonradan istintaq dövründə bilmiş ki, qara rəngli «KAZAR» markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobil həyətlərində dayanıb, maşının içərisində 3 nəfər “Sələfilər”ə aid formada saqqallı şəxslərin Səbuhi, Zahir və həmin avtomaşını idarə edən istintaq dövründə ona adı bəlli olan Xasməmməd gəliblər. Avtomaşında qabaqda əyləşən Zahir idi arxada isə əyləşən Səbuhi adlı şəxs idi. Onlar ona demiş ki, gedək kənarda söhbət edək, aramızda olan problemi həll edək getsin, narahat olma biz kişiyik, namusumuz, qeyrətimiz var, sən təksən, biz səni vurası deyilik. O da onların maşınında arxa oturacaqda əyləşmiş və sürücü maşını “Bakı-Quba” magistral yoluna sürmüş yolda yəni Bakı –Quba yolunun Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində saat 21 radələrində avtomaşında onunla Zahirin arasında mübahisə yaranmış, sürücü Xasməmməd maşını saxlayıb ona tərəf çönərək Xasməmədə söhbətlərinə heç bir adiyyəti olmadığından ona tərəf çönərək şillə ilə bir dəfə sifətinə vuraraq nəyə görə artıq əskik danışdığını demiş, həmin vaxt o xəsarət aldığını, bundan sonra o dinməmiş və Xasməmməd yoluna davam etitşdir. Biraz gedəndən sonra Xasməmməd maşını saxlamış, onlar avtomaşından aşağı düşərək kənara çəkilib söhbət edərkən o onlara demiş ki, sonuncu kəlməni profilində o yazmamışdır, profilini sındırıblar. Onlar da demiş ki, əgər düz deyirsənsə əxi qardaşlarımız var, proqromistdilər, gedək onlarla aydınlaşdıraq. Bundan sonra onu yenidən maşına otuzdurub Müşfiq yolu istiqamətində təxminən 500 metr gedib yolun kənarında dayanmışlar və orada səkiyə düşüb söhbət edərkən onu maşınla aparan 3 nəfər şəxs əlinə telefonu götürüb kameranı ona tutaraq demişlər ki, əgər sən yazmamısansa onda de ki, mən yazmamışam, sonra da gedək proqromistin yanına telefonu verək o yoxlasın ki, həqiqətən sən yazmısan, yoxsa profilin oğurlanmışdır. O da orada razılaşmış və demiş ki, “Mənim profilimdən yazılan sözü mən yazmamışam, profili oğurlayıblar, özüm profilimə girə bilməmişəm, mənim profilimdən yazıldığı üçün üzr istəyirəm, ancaq gedirik proqromistin yanına ki, görək bunu kim yazıb”. Həmin danışığını onlar telefonun kamerası ilə çəkmişlər və bundan sonra demişlər ki, gedək telefonunu götür, gedək proqromistin yanına. O da maşına minib onlarla birlikdə yaşadığı ünvana gedərkən, Bakı-Quba magistral yolunda onların yaşayış massivlərinə dönən zaman yanında oturan bir nəfərə zəng gəldi və ona proqramist nəsə dedi və belə başa düşmüş ki, proqramist onun dediyini təsdiq elədi və ona görə də telefonunu götürməyə ehtiyac qalmadı. Bu vaxtı görmədiyi bir maşın da gələrək arxada dayanmış və təxminən 50-60 yaş arasında, dolu bədənli, orta boylu, uzun və geniş saqqallı, başında “Çeçenka” papaq olan, əynində göy-ağ-qara palasalı köynək olan, əlində qara rəngli əsası olan, adı təxminən “Abdulrəhman” olan tanımadığı kişi gəlib yanında oturmuş və ona demiş ki, “sənin başını kəsəcəm mən, rafizi, münafiq, kafir, yaxşı edirik sizin başınızı kəsirik, siyğədən əmələ gələn şiələrdi”. O da ona demiş ki, ona qalsa sizdə misiya nikahı var, siz niyə ona əməl edirsiz. Həmin vaxtı o əlini arxasına atanda ona demişlər ki, “Abdul lazım deyil, gözlə hələ.” Bu vaxtı sürücüyə zəng gəlmiş və maşını irəliyə sürüb təxminən 1 km məsafə qət etmişlər və “Kosmonovatlar”ın körpüsünə çatmamış avtomobili saxlmışlar. Təxminən orada 5 dəqiqə gözləyəndən sonra ora bir neçə maşın gəlmiş, maşından çoxlu adam düşmüş və onların maşında Səbuhi ilə o qalmışdır. Orada təxminən tanımadığı bir neçə şəxs var idi. Təxminən 5 dəqiqə onlar söhbət etdikdən sonra onu tanımadığı adamlar maşından aşağı düşürdüb səkiyə tərəf aparmış və orada kimsə demiş ki, telefonuzu çıxardıb işığını yandırın və onu çəkin. Bunu edəndən sonra onlar “Allahu əkbər” deyib üstünə tökülmüşlər və tanımadığı adamlar əl-ayağını tutmuş, qalanları isə onu yumruq-təpiklə vurmuşlar. Həmin vaxt sonradan tanıdıqlarından yəni istintaq vaxtı tanıdıqlarından Səbuhi onun yaxasından tutmuş və dartışdıraraq sinəsindən yumruqla vurmuş, o möhkəm ağrı keçirmiş və paltarında boynunu sıyırdığından paltarın bir hisəsi cırılmışdır. Pərviz sifət nahiyyəsindən şillə ilə vuraraq sifətinə yəni göz ətrafına xəsarət yetirmiş, Zahirdə sifətinə şillə ilə və yumruqla sinəsindən vurmuşdur. Bu vaxtı Əbdul rəhman kimi çağırılan şəxs də əlində olan əsa ilə başına, gözünə vurmuş, qalan tanımadığı adamlar da onu vuraraq söyüb təhqir etmişlər. Həmin vaxtı yoldan keçən avtomobillər saxlasalar da onların uzun saqqallı vəhabilər olduğunu görüb qorxaraq oradan qaçıb getmişlər. Həmin vaxtı saqqallılardan biri hamıya dedi ki, çökün aşağı, hamı aşağı çökdü, o da onlarla birlikdə aşağı çökmüş, bu vaxt Tural onun kürək nahiyəsinə təpiklə və sifətimə vuranda o əlini sifətinə tutmuş, o isə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Hava qaranlıq olduğu üçün Turalın onun hansı nahiyyəsindən vurmasını görməmişdir. Onlar yenə telefonu çıxartmış və demişlər ki, “de ki, qələt eləmişəm, özümə söymüşəm və s.” Onların qorxusundan demiş ki, “mən eləmişəmsə üzr istəyirəm, amma onu mən etməmişəm.” Bu vaxtı Abdulrəhman kimi çağırılan şəxs əsası ilə yenə onun başına vumuş, digər tanımadığım şəxs də başına vurmuşlar. Onları tanımır, lakin görsə üzdən tanıya bilər. 4 nəfərdən başqa digərlərinin əlamətlərini hazırda deyə bilməsə də onları görsə tanıya bilər. Onu döydükdən sonra onlar maşınlarına oturub oradan Quba istiqamətində sürüb getmişlər, bundan sonra özü piyada evə getmişdir. Təqsirləndirilən şəxs onu çöldə döyən şəxslərin içində olmamış, ona zor tətbiq etməmişdir.Hal hazırda Təqsirləndirilən şəxslə barışmışdır və ondan şikayəti yoxdur. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən iki ilə yaxındır ki, tanıyır. Belə ki, Səbuhi ilə qonşuluqda yaşayır və onunla dostdur. 12.08.2020-ci il tarixdə saat təxminən 20 radələrində onun istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş, o, telefonu açmış, telefonda bir nəfər ona özünü Səbuhi kimi təqdim edib və bildirmişdir ki, onunla uşaq vaxtı bir yerdə məşq edən Səbuhidir. O da Turalın qardaşı Səbuhi olduğunu soruşmuş, o da təsdiqləmişdir. Onunla hal-əhval tutduqdan sonra dostu Zərərçəkmiş şəxs kim olduğunu ondan soruşmuş, o da dostu olduğunu demişdir. Telefonda danışan Səbuhi ona dostu Səbuhi ilə görüşmək, ona sürpriz etmək istədiyini söyləmiş, o da onları qəsəbədə görüşdürə biləcəyini bildirmişdir. Bundan sonra telefonu söndürüb və dostu Səbuhinin evinə getmiş, Səbuhinin atası ilə evlərinin şkafının qapısını düzəltdiyini görüb görüşəndən sonra Səbuhini padyezə çağırmış və orada demişdir ki, “bir nəfər var səninlə görüşmək istəyir”. Səbuhi də ondan kim olduğunu, nə üçün görüşmək istədiyini soruşmuşdur. O da həmin şəxsi uşaqlıqda bir yerdə məşq etdiklərini və oradan tanıdığını söyləmişdir. Səbuhi də heç bir problem olmadığını, gələndə görüşəcəyini bildirmişdir. Sonra o, Səbuhiyə demişdir ki, həyətdə uşaqlar danışırlar ki, guya Səbuhi kimisə feyzbukda söyüb. Kimsə onun profilini qırıb oğurlayıb oradan onun adından istifadə etmişlər. Bundan sonra o, evə getmişdir. Saat təxminən 21 radələrində onun mobil telefonuna Səbuhi zəng vuraraq bildirmişdir ki, qəsəbədədir harda görüşsünlər. O da Səbuhiyə qəsəbənin girişində köşk olduğunu, oraya gəlməsini, orada görüşəcəklərini demişdir. O, həmin qəsəbədə yaşayan dostu Yunusla qəsəbənin girişində olan köşkün qarşısına getmişlər. Həmin vaxt Səbuhi onların yanına tək gəlmiş, o əvvəlcə Səbuhini tanımasa da yaxınlaşanda tanımışdır ki, onunla uşaqlıqda məşq edən Səbuhidir. Onlar görüşdükdən sonra Səbuhinin telefonu ilə vatsapda dostu Səbuhiyə mesaj yazaraq harada olduğunu öyrənmək istəmiş, lakin dostu Səbuhi cavab yazmadığı üçün o, Səbuhiyə zəng vurub bildirmişdir ki, həmin adam gəlib gözləyir, oraya gəlsin. Dostu Səbuhi iki dəqiqəyə orada olacağını bildirmişdir. Dostu Səbuhi gələnə kimi o, Səbuhidən soruşmuşdur ki, nə məsələdir. Səbuhi də hər şey qaydasında olduğunu, narahatçılığa ehtiyac olmadığını, söhbət edəcəklərini demişdir. Dostu Səbuhi oraya gəlmiş və o biri Səbuhi ilə görüşmüş, heç bir söhbət etməmişlər. Həmin vaxt qardaşı Qadir avtobusdan düşüb onların yanına gəlmiş, Dostu Səbuhi ilə digər Səbuhi isə Səbuhinin gəldiyi maşına əyləşib getmişlər. Səbuhinin gəldiyi maşın qaranlıq olduğu üçün markasını bilməmişdir. Lakin maşının içərisində dörd nəfər də olmuşdur. Onlar gedəndən sonra o da evə getmişdir. 1-2 saatdan sonra dostu Səbuhiyə zəng etsə də ona zəng çatmamışdır. Sonra o, məşq yoldaşı Səbuhiyə zəng vurmuşdur ki, harada olduqlarını öyrənsin, Səbuhi isə narahat olmamağını, qayıtdıqlarını söyləmişdir. Təxminən saat 00:05 radələrində məşq yoldaşı Səbuhi ona zəng vuraraq bildirmişdir ki, Bakıdan gələnlər onun sözünə qulaq asmayıb uşağın başına oyun açmışlar. O da Səbuhiyə “bəs sən dedin ki, danışıb qayıdırıq, bu nə işdir başıma açmısan” demiş, Səbuhi də narahat olmamağı, onluq bir şey olmadığını deyib telefonu söndürmüşdür. Sonradan hər ikisinə zəng vursa da heç birinə zəng çatmamışdır. Səhərisi günü onu polisə çağıranda məlum olmuşdur ki, Səbuhini döyüblər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 təxminən bir ilə yaxındır ki, tanıyır. Belə ki, Səbuhi ilə o əvvəllər bir işdə işlədiklərinə görə tanımışdır. 12.08.2020-ci il tarixdə o, “Facebook” sosial şəbəkəsində öz profilinə baxarkən bir nəfərin Zərərçəkmiş şəxs kimi sosial şəbəkədə öz profilində bütün Əhlisünnə təriqətinin təhqir etdiyi görmüşdür. Zərərçəkmiş şəxs bu hərəkətləri ona pis təsir etdiyindən qrupda olan bütün dostlarından həmin şəxsi soruşmuş və “Facebook” sosial şəbəkəsində adı ona məlum olan Zərərçəkmiş şəxs şəklini götürüb paylaşmışdır. Dostum Şahid1 ona telefonda həmin Zərərçəkmiş şəxs yanında olan şəxsi tanıdığını və əvvəllər onunla məşq yoldaşı olduğunu demişdir. O da Səbuhiyə həmin şəxsi tapıb onunla söhbət etmələrini demişdir. Bir neçə dəqiqədən sonra Səbuhi ona zəng vuraraq həmin şəxsin yerini müəyyən etdiyini, onun St. Sumqayıt qaçqınlar şəhəriciyində yaşadığını bildirmişdir. O, Səbuhi ilə saat təxminən saat 19 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən «Cavid» ticarət mərkəzinin yaxınlığında görüşmüş və Səbuhi həmin yerə tək gəlmişdir. Onlara maşın lazım olduğu üçün dostu Sumqayıt şəhəri, Kotej qəsəbəsində yaşayan Xasməmmədə zəng vurub çağırmış, Xasməmməd oraya nömrəsini və markasını xatırlamadığı öz maşını ilə tək gəlmişdir. Səbuhi maşından düşüb həmin şəhərcikdə yaşayan dostu ilə görüşüb oradan da gedib sonradan ona adı bəlli olan Əhlisünnə təriqətini təhqir etmiş Zərərçəkmiş şəxs özü ilə onların yanına gətirmiş və o, orada Zərərçəkmiş şəxsla biraz gəzişərək Zərərçəkmiş şəxsla söhbət etmişdir ki, nəyə görə öz səhifəsində onları təhqir etmişdir. Zərərçəkmiş şəxs da bildirmişdir ki, o yazmamış, onun profilini oğurlamışlar, adından yazıblar. O da Zərərçəkmiş şəxs “sənin adından necə yaza bilərlər ki, sənin şəkillərin həmin profildə çıxır. Əgər sən deyilsənsə gəl səni telefona çəkim üzr istə, sən olmasan da həmin adama öz sözünü de çıxsın ortaya” demişdir. Səbuhi də razılaşmış və o, Zərərçəkmiş şəxs telefonuna çəkdikdən sonra onlar gedib Xasməmmədin maşınında əyləşmişlər. O. Zərərçəkmiş şəxs sözünə inanmayıb birlikdə Qaçqın şəhərciyindən çıxıb qabağa gedib dayanmışlar və o, Səbuhinin danışığından bilmişdir ki, Zərərçəkmiş şəxs onları aldadır, onun özü həmin təhqirləri yazıb. Ona görə də onlar maşınla biraz da qabağa getmişlər və Bakı-Quba yolunda maşını saxlatdırmışlar. Həmin vaxt o, əsəbləşib Zərərçəkmiş şəxs çənəsindən və sifətindən yumruqla vurmuş, bu vaxt görmüşdür ki, kənardan bir neçə maşın gəlib saxlamış və həmin maşınlardan çoxlu tanımadığı şəxslər olmuşdur. Orada adamlar çoxaldığına görə onlar, yəni dostu Səbuhi və o oradan uzaqlaşıb getmişlər. Həmin günü o, sosial şəbəkəyə baxanda görmüşdür ki, Zərərçəkmiş şəxs döyülməsini paylaşıblar. Xasməmməd zərərçəkmiş şəxsi döyməmişdir. Ola bilər ki, o maşında sakit olsun deyə əli ilə onu vurmuşdur. Təqsirləndirilən şəxs onun şəxsi mobil nömrəsinə zəng vurmaqla taksi kimi çağırmışdır. Avtomobildə zərərçəkmiş şəxslə ancaq o danışmışdır. Məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Şahid3 istintaqdakı ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən Əhlisünnə namazı qılır. O tez- tez “Facebook” sosial şəbəkəsində istifadə edir və həmin sosial şəbəkədə onun profili «Abdulzahir Məmədkərim»-dir. Onun əsil adı Zahir olsada ona qardaşlar arasında Abdulzahir deyirlər. Şahid1 təxminən bir ilə yaxındır ki, tanıyır. Belə ki, Səbuhi ilə o əvvəllər bir işdə işlədiklərinə görə tanımış və Səbuhi özüdə Əhlisünnə namazı qılır. 12.08.2020-ci il tarixdə o “Facebook” sosial şəbəkəsində öz profilinə baxarkən bir nəfərin Zərərçəkmiş şəxs kimi sosial şəbəkədə öz profilində bütün Əhlisünnə təriqətinin təhqir etmişdir. Zərərçəkmiş şəxs bu hərəkətləri ona pis təsir etdiyindən onun qrupunda olan bütün dostlarından həmin şəxsi soruşmuş və “Facebook” sosial şəbəkəsində adı ona məlum olan Zərərçəkmiş şəxs şəkilini götürüb paylaşmışdır. Dostu Şahid1 ona telefonda demiş ki, həmin Zərərçəkmiş şəxs yanında olan şəxsi tanıyır əvvələr onunla məşq yoldaşı olub. O da Səbuhiyə demiş ki, həmin şəxsi tapıb onunla söhbət etsinlər. Bir neçə dəqiqədən sonra Səbuhi ona zən vuraraq demiş ki, həmin şəxsin yerini müəyyən edib o St. Sumqayıt qaçqınlar şəhəriciyində yaşayır. O Səbuhi ilə saat təxminən 19 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən «Cavid» ticarət mərkəzinin yaxınlığında görüşmüş, Səbuhi həmin yerə tək gəlmişdi. Onlara maşın lazım olduğu üçün dostu Sumqayıt şəhəri Kotej qəsəbəsində yaşayan Xasməmmədə öz aralarıda Mamed deyilər dostu hazırda nömrəsini xatırlamadığı Xasməmmədə zəng vurub yanlarına çağırmışlar. Xasməmmədğ oraya nömrəsini və markasını xatırlamadığı öz maşını ilə tək gəlmiş, Xasməmmədə demiş ki, bir nəfər öz parofilində onları təhqir edib onun yerini müəyyən etmişlər onun ardınca gedirlər. Xasməmməd özüdə namaz qıldığı üçün onlara qoşulmuş və onlar üçüdə Abşeron rayon ərazisində yerləşən qaçqınlar şəhərciyinə getmişlər. Səbuhi maşından düşüb həmin şəhərcikdə yaşayan dostu ilə görüşüb oradanda gedib sonradan ona adı bəlli olan Əhlisünnə təriqətini təhqir etmiş Zərərçəkmiş şəxs özü ilə onların yanına gətirmiş və o orada Zərərçəkmiş şəxsla biraz gəzişərək Zərərçəkmiş şəxsla söhbət etdim ki, nəyə görə öz səhifəsində onları təhqir edib. Zərərçəkmiş şəxs bildirmiş ki, o yazmamış onun profilini qırıblar adından yazıblar. O da Zərərçəkmiş şəxs demiş ki, sənin adından necə yaza bilərlər ki, sənin şəkillərin həmin profildə çıxır. O Zərərçəkmiş şəxs demiş ki, əgər sən deyilsənsə gəl səni telefona çəkisin üzr istə sən olmasanda həmin adama öz sözünü de çıxsın ortaya. Səbuhi də razılaşmış və o Zərərçəkmiş şəxs telefonuna çəkdikdən sonra onlar gedib Xasməmmədin maşınında əyləşmişlər. O Zərərçəkmiş şəxs sözünə inanmayıb birlikdə Qaçqın şəhərciyindən çıxıb qabağa gedib dayanmışlar və o Səbuhinin danışığından bilmiş ki, Zərərçəkmiş şəxs onları aldadır onun özü həmin təhqirləri yazıb. Ona görə də onlar maşınla birazda qabağa getmiş və Bakı-Quba yolunda maşını saxlamışlar. Həmin vaxt o əsəbləşib Zərərçəkmiş şəxs çənəsindən və sifətində yumruqla vurmuş, bu vaxt dörmüş ki, kənardan bir neçə maşın gəlib saxlamış və həmin maşınlardan çoxlu tanımadığı şəxslər gəlmişlər. Orada adamlar çoxaldığına görə onlar yəni dostu Səbuhi, Xasməmməd və o oradan uzaqlaşıb getmişlər. Həmin günü o sosial şəbəkəyə baxanda görmüş ki, Zərərçəkmiş şəxs döyülməsini paylaşıblar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 12.08.2020-ci il tarixdə saat təxminən 18 radələrində o, telefonunun statusuna baxarkən görmüşdür ki, statusda bir nəfərin şəkilini qoyublar və axtardıqlarını deyirlər. Həmin statusta çox adam sonradan ona adı bəlli olan Səbuhinin şəkillərini qoymuşdular və Səbuhini axtardıqlarını deyirdilər. O, Səbuhinin statusda qoyulan şəklində yanında olan şəxsi tanımışdır. Belə ki, həmin şəxsi bir neçə il bundan qabaq onunla bir yerdə Sumqayıt şəhərində məşq edən Adil olduğunu görüb tanımışdır. O, Xəyyam adlı dostuna zəng vuraraq Səbuhinin nömrəsini ondan almış və sonra Adilə zəng vurmuş, lakin Adil onu tanımamışdır. O, Adilə tanışlıq verəndən sonra Adildən Zərərçəkmiş şəxs tanıyıbtanımadığını soruşmuşdur. Adil də ona tanıdığını, dostu olduğunu, həm də qonşuluqda yaşadığını demişdir. Adilə Səbuhi ilə danışmasını, əgər evdədirsə gəlib onunla işi olduğunu söyləmişdir. Bundan sonra o, dostları Mamedə və Abdulzahirə zəng vuraraq onları Sumqayıt şəhəri «Karvan» ticarət mərkəzinin yaxınlığına çağırmış və saat təxminən 20 radələrində Mamed və Abdulzahirlə görüşmüşdür. Onlar «Az Samad» markalı nömrəsini xatırlamadığı maşına əyləşmişlər. Ancaq o, Azsamand markalı həmin avtomobilin sürücüsünü tanımırmış. Hadisə vaxtı o, zərərçəkmiş şəxsi vurmamışdır. Xasməmmədi hadisə günü tanımışdır. Ona zəng etmişlər o da taksi kimi gəlmişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş istintaqdakı ifadəsindən görünür ki, təxminən iki ilə yaxındır ki, Əhlisünnə namazı qılır. Ailə üzvlərindən başqa qohumlarından namaz qılan yoxdur. Sosiyal şəbəkələrdən “Facebook” sosial şəbəkəsində istifadə edir və həmin sosial şəbəkədə onun profili «Məlikov Abbas»-dır. O boş vaxtlarında həmin şəbəkələrə girib baxı. 12.08.2020-ci il tarixdə saat təxminən 18 radələrində öz telefonunun statusuna baxarkən görmüş ki, statusda bir nəfərin şəkilini qoyublar və axtardıqlarını deyirlər. Həmin statusta çox adam sonradan ona adı bəlli olan Səbuhinin şəkillərini qoymuşdular və Səbuhini axtardıqlarını deyirdilər. O Səbuhinin statusda qoyulan şəkilində yanında olan şəxsi tanımışdır. Belə ki, həmin şəxs bir neçə il bundan qabaq onunla bir yerdə Sumqayıt şəhərində məşq edən Adil olduğunu tanımış, o digər onunla məşq edən hal hazırda nömrəsini xatırlamadığı Xəyyam adlı dostuna zəng vuraraq Səbhinin nömrəsini ondan almış, sonra o Adilə zəng vurmuş lakin Adil onu tanımamış, o Adilə tanışlıq verəndən sonra Adildən Zərərçəkmiş şəxs tanıyıb tanımadığını soruşmuş, Adildə ona demiş ki, tanıyır dostudur həmdə qonşuluqda yaşayır. Adilə demiş ki, sən Səbuhi ilə danış əgər Səbuhi evdədirsə o gəlir səbuhi ilə işi var. Bundan sonra o dostları namaz qılanlar Mamedə və Abdulzahirə zəng vuraraq onlarla Sumqayıt şəhəri «Karvan» ticarət mərkəzinin yaxınlığına çağırmış və saat təxminən 20 radələrində Mamed və Abdulzahirlə görüşmüş, həmin vaxt onların yanında bir nəfərdə olduğunu, sifətdən tansada lakin adını bilmir. Mamed öz idarə etdiyi «Az Samad» markalı nömrəsini xatırlamadığı maşınla gəlmişdi. O onlara demiş ki, Səbuhini tapmış Stansı Sumqayıtda yaşayır. Onlar birlikdə St.Sumqayıtda qaçqınlar qalan şəhərciyə getmişlər, orada o Adillə zəngləşib Adillə görüşmüş, Adillə o Adilin yaşadığı evin blokuna çıxmış və onun mobil telefonuyla Adil Səbuhiyə zəng vuraraq aşağı düşməsini bildirmiş Səbuhidə tək gəlmiş və onlara çatanda o Səbuhiyə demiş ki, otur maşina gedək söhbət edək. Səbuhi əvvəl oturmaq istəməsədə o Səbuhiyə demiş ki, narahat olma gedib söhbət edəcəklər görək nə məsələdir. Səbuhidə Mamedin maşınına əyləşmiş və o, Mamaed bir də Abdulzahir Mamedin maşını ilə yaxınlıqda olan boş əraziyə getmişlər. Orada Səbuhi ilə söhbət etmişlər Səbuhi demiş ki, o sosial şəbəkədə söyüş yazmamış, onun dediyini telefona çəkmişlər. Bundan sonra Səbuhini Mamedin maşına əyləşdirmişlər, orada o, Mamed, Abdulzahir və həmin adını bilmədiyi şəxs yenədə Səbuhidən sosial şəbəkədə din qardaşlarını ünvanına söyüşlər yazıb yazmamasını soruşmuş, lakin Səbuhi yenədə bildirmiş ki, o söyüş yazmayıb onun profilini kimsə sındırıb və onun adından yazıblar. Onlar oradan yenədə başqa bir yerə getmək istəmişlər ki, onları gəlib digər din qardaşları tapmasın. Məqsəd də o idi ki, Səbuhini axtaran şəxslər Səbuhini öldürəcəklərini deyirdilər. Ona görə də onlar tez-tez yerlərini dəyişirdlər. Yolda Adil ona zəng vuraraq demiş ki, Səbuhinin atası Səbuhini axtarır narahatdır nə vaxt gələcəksiniz. O da Adilə demiş ki, narahat olma gələcəklər. Səbuhidən Səbuhinin atasının nömrəsini soruşmuş, həmin nömrəyə zəng vuraraq Səbuhiyə demiş ki, atana de narahat olmasın gələcəksən. Səbuhidə atası ilə onun telefonu ilə danışmış və bildirmiş ki, narahat olma uşaqlarla bir yerdəyik gələcəyəm. Onlar qaranlıq olduğu üçün xatırlamadığı bir yerdə maşını saxlamış və Səbuhiyə demiş ki, sən bizə köməklik eylə görüm sənin dediyin kimidirsə kimsə sənin parolunu sındırıb bizi təhqir edibsə həmin adamı tapmasında köməklik eylə. Səbuhi də demiş ki, onun profilindən istifadə edən şəxsi tanımır. Onlar maşında Bakı-Quba yolun kənarında saat təxminən 21 radələrind söhbət edən vaxt oraya yolun kənarında bir neçə maşın gəlib saxlamış, maşından təxminən 15-20 nəfər əllərində telefonun fənarını yandırıb onların yanına gəlsmişlər. Həmin şəxsləri o birinci dəfə idi ki, görürdü. Həmin şəxslər onların maşının qapısını açaraq Səbuhidən soruşmuşlar ki, sənsən bizi təhqir edən. Səbuhidə and içmiş ki, o deyil. Bu vaxt Səbuhini maşından çıxardılar ki, səni aparırıq öldürməyə. O Mamed və Abdulzahiq və həmin onlarla gedən adını bilmədiyi şəxs imkan verməmişlər ki, Səbuhini aparsınlar. Bundan sonra həmin şəxslər Səbuhini döyərək telefona çəkdikdən sonra isə Səbuhini otuzdurdular və ona etdiyi əməlləri özünə etmiş kimi dedizdirdilər. Bundan sonara hərə öz maşınına qaçaraq oradan uzaqlaşdılar. Onlarda öz maşınlarına əyləşib Sumqayıt şəhərinə gəlmişlər və hərə öz evinə getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2007-ci ildən tanıyır. Belə ki, Səbuhi ilə qonşudur. Səbuhi ilə münasibəti yaxşıdır, heç bir ədavəti və düşmənçiliyi yoxdur. Özü əvvəllər namaz qılsa da, lakin sonradan səhhəti yol verməmişdir. Əvvəl Sumqayıt şəhər ərazisində yerləşən «Karvan» ticarət mərkəzində alver edirmiş, lakin məlum hadisələrlə əlaqədar olaraq Karvan ticarət mərkəzi bağlanmışdır. O da məcbur olub öz maşını ilə yaşadığı qəsəbənin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olmuşdur. 12.08.2020-ci il tarixdə yenə də yaşadığı evin yaxınlığında özünə məxsus “Mercedes” markalı avtomaşınla saat təxminən 21 radələrində o, müştəri ilə yaşadığı evin yaxınlığından keçəndə görmüşdür ki, şəhərciyin girəcəyində təxminən 15-20 nəfər yolun kənarında dayanmışdır. O həmin şəxslərin yanından keçəndə qonşusu Səbuhinin həmin şəxslərin içərisində olduğunu, mübahisə etdiklərini görüb maşını saxlayıb onlara tərəf gedəndə görmüşdür ki, həmin şəxslərdən 2-3-ü saqqallıdır, qalanları isə sifətlərində az tükləri var. O həmin şəxslərə yaxınlaşıb Səbuhini göstərib onun qonşusu olduğunu, niyə mübahisə etdiklərini soruşduqda həmin şəxslərdən biri ona yaxınlaşıb qolundan tutub kənara çəkərək ona öz mobil telefonunda yazını göstərib bildirmişdir ki, onun anasına, bacısına bu cür yazsalar necə olar. Hava qaranlıq olduğu üçün həmin yazını yaxşı oxuya bilməmiş, müştəri də ona “gəl gedək” deyə danışırmış, buna görə də o, oradan uzaqlaşıb getmişdir. Səhərisi günü eşitmişdir ki, həmin şəxslər Səbuhini aparıb döyüblər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, özü Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Mədinə ət dükanında qəssab işləyir. Sərvan onun uşaqlıq dostudur. 29 saylı orta məktəbdə təhsil almışlar. Sərvan ondan bir sinif aşağı təhsil alıb. O hər həftənin cümə günləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Cümə məscidinə namaz qılmaq üçün gedirmiş. 12.08.2020ci il tarixdə axşam saat 20:00 radələrində o, işlətdiyi dükanı bağlayıb özünə məxsus “Opel Astra”markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Sumqayıt şəhəri, 42– ci məhəllə ərazisindəki “Qayalı” marketin yaxınlığına gəlmişdir ki, həmin marketin qarşısındakı meyvə tərəvəz dükanından ev üçün meyvə tərəvəz alsın. Həmin vaxtı Sərvan vatsap vasitəsi ilə onun mobil telefonuna iki nəfər arasında facebook vasitəsi ilə olan söhbəti və oğlan şəkilləri göndərib ondan həmin oğlanı tanıyıb-tanımadığını soruşmuşdur. O Sərvana vatsap vasitəsi ilə mesaj göndərib həmin şəxsi tanımadığını, ancaq onun tanış gəldiyini demişdir. O həmin söhbətlərə baxdıqda həmin oğlanın əhli məzhəbi necə söydüyünü görmüşdür. Bir müddət sonra tanışı Xalid onun mobil telefonuna zəng vurub demişdir ki, əhli sünnət məzhəbini söyən şəxs tapılmışdır. Həmin şəxs Stansiya Sumqayıt qəsəbəsindəki qaçqınlar şəhərciyində yaşayır, əxilərlə oraya gedirlər. O Xalidə demişdir ki, oranı o da yaxşı tanıyır, oraya gələcəyini bildirmişdir. Sonra o, avtomobili ilə Stansiya Sumqayıt qəsəbəsi ərazisindəki Bakı Quba yolunun kənarına getmişdir. O avtomobili qəsəbənin girişindən bir qədər aralıda saxlayıb piyada qəsəbənin girişinə tərəf gəlmişdir. Görmüşdür ki, qəsəbənin giriş tərəfində xeyli şəxs toplaşmışdır. Orada yüksək səs-küy var idi. Oradakı şəxslər bir biriləri ilə ucadan mübahisə edirdilər. Orada tanışı Mahmudu görüb onunla salamlaşmış, Mahmud ondan burada nə etdiyini soruşmuş, o da Mahmuda hər şeyin qaydasında olduğunu söyləmişdir. Sonra o, avtomobilinə minib Sumqayıt şəhəri, aviakassa olan yerə gəlmişdir. Çünki Sərvan vatsap vasitəsi ilə ona aviakassanın yaxınlığında olduğunu yazmışdır. O, aviakassanın yanına gəldikdə Sərvanın təxminən 10 nəfər tanımadığı şəxslə dayandığını görmüşdür. Sərvan ondan nə baş verdiyini soruşmuşdur. O Sərvana Stansiya Sumqayıt qəsəbəsinə getdikdə oraya toplaşan şəxslər dağılışdığını söyləmişdir. Sərvanın yanında olan bir nəfər tanımadığı oğlan demişdir ki, ona vatsap vasitəsi ilə “konum” atıblar, söyüş söyən şəxs onların yanındadır. Onların yanına getməyini istəmişlər. Sonra Sərvan və yanındakı şəxslər təxminən 3 avtomobilə əyləşib çıxıb getmişlər. O oradan yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra o, Sərvan və Xalidin mobil telefonuna zəng vurub danışmaq istəmiş, onlara dava söhbətlərinə getməmələrini demək istəmişdir. Lakin onlar onun telefonuna cavab verməmişlər. Sonra o, evdə şam edərkən onun mobil telefonuna vatsap vasitəsi ilə xatırlamadığı tanışı həmin oğlanın üzr istəməsi barədə videonu göndərmişdir. Bir neçə dəqiqədən sonra Sərvan onun mobil telefonuna vatsap vasitəsi ilə həmin şəxsin döyülmə videosunu atmışdır. O, Sərvana səsli mesaj göndərərək bu hərəkətin doğru olmadığını, şəriətə zidd olduğunu demişdir. 14.08.2020-ci il tarixdə o, işlətdiyi qəssab dükanına gəlib açmış, bir neçə dəqiqə sonra polis əməkdaşları dükana gəlib onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O da onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinə getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 4- 5 ilə yaxındır ki, Əhlisünnə namazı qılır və ailə üzvlərindən başqa qohumlarından namaz qılan yoxdur. Sosial şəbəkələrdən istifadə etmir. 12.08.2020-ci il tarixdə xatırlamadığı dostlarının hansınınsa telefonunda görmüşdür ki, Səbuhi adlı şəxs sosial şəbəkədə Əhlisünnə namazını qılanların qadınlarının ünvanına təhqiredici sözlər yazıb. Əhlisünnə namazı qılan qardaşlar da həmin şəxsi axtarırmışlar. 12.08.2020-ci il tarixdə tanışları Ruslan və Sarvanla telefon əlaqəsi saxlayaraq Osmanlı dönərin qarşısında görüşüb dönər yeməkdə razılaşmışlar və o, tək Sumqayıt şəhəri ərazisində yerləşən Osmanlı dönər evinnin qarşısına gəlib orada Ruslan və Sərvanı gözləyərkən təsadüfən orada üç nəfər cavan sifətləri saqqalı şəxsləri görmüşdür. Həmin şəxslər sosial şəbəkədə yayılan həmin söhbətdən danışarkən o həmin şəxslərə yaxınlaşıb demişdir ki, həmin söhbətdən nə məlumatları var, onlar da həmin şəxsin yerini müəyyən etdiklərini, St.Sumqayıtda olduğunu, ora gedəcəklərini demişlər. Həmin şəxslərlə söhbət edən zaman Bakı şəhərində yaşayan tanışı Pərviz adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, sosial şəbəkələrdə Səbuhi adlı şəxs Əhlisünnə namazını qılanları təhqir etmişdir. O da Pərvizə demişdir ki, bəli o da eşitmişdir və yanında qardaşlar var onlar danışır, həmin şəxslər bildirmişdir ki, Səbuhinin qardaşlar yerini bilirlər oraya gedirlər. Pərviz də ondan xahiş etmişdir ki, onu da gözləsin, o da həmin üç nəfər şəxsdən xahiş etmişdir ki, onu da gözləsinlər onlarla getsin. Həmin şəxslər də razılaşmış və bildirmişlər ki, onları təhqir edən şəxsi Bakı Quba yoluna tərəf, yəni Müşviq qəsəbəsinə yaxın aparıblar. Bu vaxt Sərvan və Ruslan da oraya gəlmiş və o da olanları danışmışdır. O, Sərvan və Ruslan idarə etdiyi Opel Vektra maşınına əyləşərək, həmin tanımadığı şəxslər də öz maşınlarına əyləşərək oradan Müşviq qəsəbəsi istiqamətinə gedərkən Sumqayıt şəhərinin çıxacağında Pərviz də oraya öz maşını ilə tək gəlmiş və onlarla birlikdə Bakı-Sumqayıt yoluna getmişlər. Oraya çatanda görmüşlər ki, sonradan tanıdığı Səbuhi dayanıb bir neçə şəxs onun başına yığışıb söhbət edirlər və Səbuhi də üzr istəyib, ona görə də o bir söz deməyib Ruslan və Sərvanla evə qayıtmışlar. Təqsirləndirilən şəxsi tanımır. Səbuhini 2-3 nəfər vurmuşdur. Pərviz isə şillə vurmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində göstərdi ki, Əhlisünnə namazı qılır və tez- tez “Facebook” sosial şəbəkəsindən istifadə edir. Zərərçəkmiş şəxsla əvvəllər heç bir ədavəti düşmənçiliyi olmamışdır. 12.08.2020-ci il tarixdə, saat təxminən 21 radələrində yaşadığı Bakı şəhərində olarkən o öz mobil telefonunda statuslara baxarkən xatırlamadığı kiminsə statusda sonradan adı ona bəlli olan Səbuhi adlı şəxsin Əhlisünnə namazı qılan şəxslərin ünvanına nalayiq söyüş və təhqirlərin deməsini görmüşdür. Səbuhinin həmin söyüş və təhqirləri ona pis təsir etmiş, həmçinin statusda paylaşmışlar ki, Səbuhini axtarırlar. O, Sumqayıt şəhərində yaşayan dostu Şahid2 zəng vuraraq məsələnin nə olduğunu, həmin şəxsin onları niyə təhqir etdiyini soruşmuşdur. Tural da ona demişdir ki, həmin şəxs tapılıb və özü yanlarına gəlir. O da Turala həmin şəxsi tanımaq üçün gələcəyini demiş, Tural da ona demişdir ki, “gəlirsənsə gəl”. Sumqayıt şəhərinin girəcəyində Turalla görüşmüş, həmin vaxt oraya Turalla bərabər tanıdığı Ruslan, Sərvan və tanımadığı 5-6 nəfər də gəlmişdir. Oradan onlar Bakı –Quba yoluna getmişlər və görmüşdür ki, təxminən 10-15 nəfər Səbuhini saxlayıb və Səbuhi ilə söhbət edirlər. O da Səbuhiyə yaxınlaşmış və söyməsini soruşmuş, bir dəfə Səbuhinin sifət nahiyyəsindən şillə ilə vurmuş, lakin sifətinin hansı nahiyyəsinə dəyməsini dəqiq bilmir. Bundan sonra oradan uzaqlaşıb getmişlər. Cinayət işi materiallarına əlavə edilmiş 05.05.2021-ci il tarixli teleqramdan görünür ki, Şahid9 sağlamlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 12 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilldiyi üçün ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13.08.2020-ci il tarixli 945 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-sol gözaltı nahiyyənin qançırı, gözün ağıllı qişasına qansızma, boynun, sağ kürəkaltı nahiyyənin sıyrığı olmuş və qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxm (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 12.08.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. Cinayət işinin materiallarında olan məhkəmə-kriminalistik ekspertizanın 22.09.2020-ci il tarixli, 3/1073 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik döyüş (hərbi) təyinatlı bıçaqdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklər edilməmişdir. Cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirlməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs göstərdiyi Sumqayıt şəhəri, St.sumqayıt qəsəbəsi, “Bakı-Quba” yolunun 36-cı kilometrliyində hadisə yerinə baxış keçirilmişdir. Cinayət işi materiallarında olan diskə baxış keçiirlməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünü həmin videoda göstərərək onu döyən şəxsləri tanımadığını bildirmişdir. Həmin video görüntüdə bir neçə nəfərin Səbuhini döyərək üzr istəməsini bildirirlər və “Allahu Əkbər” deyərək Səbuhini hərə bir tərəfdən tutub dartışdırırlar və əllə onun sifətinə vururlar. Həmçinin videoda Səbuhinin sifətinə kənardan işıq salınmaqla üzr istəməsini bildirirlər və Səbuhidən söydüyü söyüşləri özünə görə söyməyini deyirlər və bundan sonra yenə də bir neçə nəfər Səbuhinin sifətindən əllə vururlar. Cinayət işi materiallarında olan avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə vaxtı həmin mübahisədə iştirak etmiş Təqsirləndirilən şəxs məxsus KHAZAR markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomaşının qabaq sol qapısının cibindən bıçaq aşkar olunmuşdur. Cinayət işi materiallarında olan götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus KHAZAR markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən aşkar edilmiş bıçaq müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işi materiallarında olan şəkillərin tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs göstərərək 12.08.2020-ci il tarixdə Şahid1lə və Şahid3la gələn və avtomobili idarə edən şəxsdir. Həmin şəxs onu avtomaşının içərisində bir dəfə sillə vurmuşdur. Cinayət işi materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 30 sentyabr 2020-ci il tarixdə saat 17:00-də Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işi materiallarında olan 01.10.2020-ci tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs üzləşmə zamanı Təqsirləndirilən şəxs 12.08.2020-ci il tarixdə mübahisə vaxtı orada olduğunu və ona xəsarət yetirməsini üzünə qarşı demişdir. Cinayət işi materiallarında olan cinayət əməlinin tövsif olunması barədə 02 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 228.4 və 221.2.1-ci maddələrinə tövsif edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 221.2.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4 (060)-212/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində həbsetmənin əvvəli 30 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 26 dekabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomaşınından aşkar edilərək götürülmüş bir ədəd soyuq silah hesab edilən bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınanaraq cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 2 nömrəli Sumqayıt şəhər Poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində ambulator və dispenser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan 08.10.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 04.11.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində AR CMnin 228.1 və 221.2.3-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 34.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan diplomun surətindən görünür ki, Nəcəfov X1 Turizm Kollecində bədən tərbiyəsi müəllimi ixtisası üzrə təhsil almışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı 12 avqust 2020-ci il tarixində hadisə yerinə sırf taksi kimi çağırılmasına, zərərçəkmiş şəxsi vurmamasına, sadəcə əlinin onun sifət nahiyyəsinə dəyməsinə,xuliqanlıq cinayəti törətməməsinə dair verdiyi ifadəsi cinayət işinin materialları və iş üzrə toplanmış sübutlarla təkzib edilir. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Şahid3 onun mobil telefonuna edilmiş zəngi əsasında gəlməsi, zərərçəkmişi yaşadığı yerdən Bakı-Quba yolunun 36-cı kilometrliyinə aparması, yolda olarkən zərərçəkmiş şəxsin sifət nahiyyəsindən bir dəfə vurması, həmçinin hadisənin başlaması zərərçəkmiş şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün vatsap sosial şəbəkəsinə kütləvi şəkildə elan verilməsi və bunun nəticəsində müəyyən edilərək təqsirləndirilən şəxsin avtomobillə yaşadığı evin qarşısına gedilməsi, maşınına əyləşdirilməsi, avtomobildə olan şəxslərlə Zərərçəkmiş şəxs arasında olan mübahisənin məhz Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən başlanması, onun zərərçəkmiş şəxsi Bakı-Quba yolunun 36-cı kilometrliyinə aparmasının onun iradəsi ilə əhatə olunması, onun istənilən vaxt avtomobili dayandırmaq imkanı olsa da belə bunu etməməsi, Zərərçəkmiş şəxs hadisə yerinə gətirdikdən sonra oradan getməməsi, hadisə barəsində məlumatlı olması, avtomobildə digər şəxslərə deyil, məhz zərərçəkmiş şəxsə irad bildirib əllə sifət nahiyyəsinə zərbə vurması, hadisənin sonunu gözləməsi və daha sonra digər cinayət işi üzrə təqsirləndirilən şəxslərdən olan Şahid3 da götürərək hadisə yerindən uzaqlaşması, zərərçəkmiş şəxsin istər avtomobildə, istərsə də avtmobildən düşdükdən sonra heç kimi sosial şəbəkədə təhqir etmədiyini, profilinin kənar şəxslər tərəfindən sındırıldığını və onun adından belə bir ifadələr yazılmasını bildirməsinə baxmayaraq istər avtomobildə və daha sonra avtomobildən düşürüldükdən sonra döyülməsi, həmin halın tərəflər tərəfindən deyil, hüquqmühafizə orqanları tərəfindən müraciət edilərək araşdırılmalı olmasına baxmayraq təqsirləndirilən şəxslər tərəfindən araşdırılması, zərərçəkmişin döyülərək üzr istədilərək video lentə çəkilməsi, bütün bu hadisələrin əvvəlindən sonadək təqsirləndirilən şəxsin orada olması Təqsirləndirilən şəxs sırf taksi xidməti kimi çağırışa gəlməsinə dair və xuliqanlıq cinayəti törətməməsinə dair verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşıdığını və Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibinini olduğunu göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxs ondan şikayətçi deyildir. Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin Qərarı əsasında həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 30 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin onun uzun müddət həbsdə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 08 (səkkiz) ay 11 (on bir) gün ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olunmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hökmün icrası Sumqayıt şəhəri Polis İdarəsi və Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs avtomaşınından aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.11.2021-ci il tarixli (iş № 1(060)- 538/2020) qərarını icra edərək, 30 noyabr 2020-ci il tarixli 489/2020 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 08 (səkkiz) ay 11 (on bir) gün azadlıqdan məhrumetmənin 01 gününün azadlığın məhdudlaşdırılmasının 02 gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhəri Polis İdarəsi və Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxst avtomaşınından aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC -nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar