Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-103/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qohumu X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,647 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,647 qram olan kuslar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:10 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin qarşısında qaynı X10 və X11 ilə birlikdə olan zaman polis əməkdaşlarının onlara yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etdiklərini, onun da etiraz etmədiyini polislərlə birlikdə Pİ-yə getdiyini bildirmişdir. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etmədiyini, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim olunduğunu bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan qara şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu mobil telefonu təqdim etdiyini bildirmişdir. Həmin 01 (bir) ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olmasının müəyyən olunduğunu bildirmişdir. Sorğu zamanı aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni qaynı X6 şəxsi istifadəsi üçün pulsuz olaraq aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan qəhvəyi rəngli toz halında maddə elektron tərəzidə çəkilmiş və aşkar olunmuş həmin maddənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Əməlindən peşman olmasını, ailəli, həyat yoldaşının hamilə və ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-də baş əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis kapitanıdır. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkiləri polis kapitanı Şahid3, polis leytenantı Şahid4, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayevdən, Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etdiklərini bildirmişdir. Saat 20:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin qarşısında olması barədə təkrar məlumat daxil olduğunu bildirmişdir. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 8V-nin yaxınlığına gəldiklərini qeyd etmişdir. Saat 21:10 radələrində onların Təqsirləndirilən şəxs və yanında başqa iki nəfər şəxsi görüb saxladıqlarını və özlərini təqdim etdikdən sonra həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etdiklərini bildirmişdir. Həmin şəxslər özlərini təqdim edərək X12, Təqsirləndirilən şəxs və X11 olduqlarını demişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilindiyini bildirmişlər. Elşad Abasova, Təqsirləndirilən şəxs və Tacir Quliyevə şərait olmadığı üçün Pİ-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyinin bildirildiyini qeyd etmişdir. Bundan sonra Elşad Abasov, Təqsirləndirilən şəxs və Tacir Quliyev onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirildiyini bildirmişdir. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra hüquq və vəzifələri barədə bildiriş, siyahı üzrə vəkillərin növbətçilik cədvəlindən özünün seçdiyi hüquqlarını müdafiə edəcək müdafiəçi X1 təqdim edildiyini bildirmişdir. Bundan sonra videoçəkilişin davam etməklə üzərində olan əşyaları qoyması xahiş etdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, sol yan cibində saxlamış olduğu SAMSUNG markalı mobil telefonu təqdim etdiyini bildirmişdir. Həmin 01 (bir) ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğuunun müəyyən olunduğunu bildirmişdir. Sorğu zamanı X5 aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni qohumu X7 şəxsi istifadəsi üçün pay formasında aldığını, saxlanılan zaman yanında qohumu Elşad və Tacir adlı şəxslərin olduğunu, Taciri tanımadığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis geyimində olan şəxs özünü Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı kimi təqdim edib Elnur Feyzullayev olduğunu bildirir. Sonra qarşısında duran şəxdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğu bildirir. Bundan sonra digər mülki geyimdə olan şəxslərə özlərini təqdim etməyi bildirir və həmin şəxslər özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid1, Şahid2 və Şahid3 olduqlarını bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu bir daha bildirilərək bununla bağlı CPM-nin 90-cı maddəsində göstərilən hüquq və vəzifələri barədə bildiriş təqdim edildi. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün özünün vəkillərin növbətçilik cədvəlindən seçdiyi vəkil Sumqayıt Regional Vəkil bürosunun vəkili X3 təqdim edildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı predmet əşya varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs qara şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu mobil telefonu təqdim etdi. Həmin 01 (bir) ədəd büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni qaynı X6 şəxsi istifadəsi üçün pulsuz olaraq aldığını, E.Abbasovun ona verdiyi narkotik vasitələri digər şəxslərə satdığını və bunun müqabilində Elşadın ona pulsuz olaraq narkotik vasitə verdiyini, saxlanılan zaman yanında olan Tacir adlı şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman gümüşü rəngli siqaret kağızı birlikdə həmin bükümün çəkisinin 0,87 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3746 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,647 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin təmiz çəkisi - 0,647 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,597 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4946 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,647 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,597 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan nikah şəhadətnaməsinin və hamiləliyin ultrasəs müayinəsi protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun həyat yoldaşı X8 hamilədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və onun həyat yoldaşı X4 hamilə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,647 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,597 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,597 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-103/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-103/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver