Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-103/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Yasamal rayonu X4 küçəsi ev 16 mənzil 20 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda ƏN-yi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus və Şahid2la aralarında olan razılaşmaya əsasən 30.000 manat verəcəyi təqdirdə alacağı “BMW 328i” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olmasını yalan olaraq bildirməklə həmin avtomobili Zərərçəkmiş şəxs 20500 manata alaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində Zərərçəkmiş şəxs söyləməsi ilə tanışı Şahid4 adına rəsmiləşdirmiş, lakin vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayət əməlini törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 noyabr 2023cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin gün o, məhkəmə zalında həbs olunmuş və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Şahid1 2023-cü ilin avqust ayında tanımışdır. Belə ki, həmin vaxt o, Bakı şəhərində yerləşən "xxxx" MMC adlı Kərpic zavodundan özünə məxsus "xxxx" MMC adlı şirkətə müqavilə əsasında qırmızı kərpic almışdır. Rizvan həmin zavodda işləmiş və həmin vaxtdan onunla münasibəti yaranmışdır. Rizvanı tanıdıqdan təxminən iki ay sonra, yəni 2023-cü ilin oktyabr ayında sonuncu ona Gömrük idarəsinin həyətində Türkiyə Respublikasından gətirdiyi və ona məxsus “BMW 328İ” markalı avtomobilin olduğunu, təcili pul lazım olduğu üçün avtomobili satmaq istədiyini demişdir. O, Rizvandan avtomobilin qiymətini soruşmuş, sonuncu avtomobili 30000 manata satmaq istədiyini bildirmişdir. Rizvan ilkin olaraq ona təxminən 5000-6000 manat pul verməyi, bundan sonra avtomobili baş etibarnamə ilə ona təhvil verəcəyini, qalan pulu isə 15 noyabr 2023-cü il tarixədək verməsini təklif etmişdir. O, Gömrük idarəsinə gedib Rizvana məxsus “BMW 328İ” markalı avtomobilə baxmış, avtomobilin arxa tərəfində əziyin olduğunu, nasaz vəziyyətdə olduğunu görmüşdür. O, avtomobili alıb başqa bir şəxsə satmağı və əldə etdiyi pulla kərpic alveri etməyi və borclarını ödəməyi qərara almışdır. O, Rizvanla görüşüb ona məxsus avtomobili almaq istədiyini demişdir. Belə ki, 26 oktyabr 2023-cü il tarixdə o, Rizvan, Rəşad və işçisi olan Xudabağışla birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Gömrük İdarəsinin həyətinə getmişlər. O, orada Rizvana avtomobilə görə 6000 manat pul vermiş, Rizvan avtomobili ona təhvil vermişdir. O, Xudabağışa avtomobili ustaya aparmasını, ustanın avtomobilə baxmasını və təmiri üçün nə qədər xərcin lazım olduğunu hesablayıb ona bildirməsini demişdir. O, Xudabağışa notariusa getməsini və avtomobilə dair etibarnamə almasını xahiş etmişdir. Həmin gün Xudabağış Rəşadla birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən notariusa getmiş, Rəşad “BMW 328İ” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnamə vermişdir. Bundan sonra o, avtomobili usta Talehin işlədiyi sexə evakuator vasitəsi ilə aparmış, sonuncu avtomobilə baxıb təmirinə 3500-4500 manat pulun lazım olduğunu bildirmişdir. O, avtomobili təmir etdirməyin ona sərf etməyəcəyini, bunun baha başa gələcəyini görüb onu satmaq qərarına gəlmişdir. O, avtomobili 30000 manata satmaq istədiyini Talehə bildirmiş, sonuncu qiymətin baha olduğunu, 20000 manat pul verə biləcəyini demişdir. O, bir gün sonra avtomobili 20500 manata satmaq barədə Talehlə razılaşmışdır. Bundan sonra 29 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən notariat kontorunda Xudabağış Talehin tanışı Ayaz adlı şəxsə baş etibarnamə vermiş, Ayaz da Xudabağışa 20500 manat pul vermişdir. Xudabağış həmin pulu onun iş yerinə gətirib ona vermişdir. O, avtomobilin satışından əldə etdiyi pulu Rizvana verməmiş, həmin pulun bir hissəsini şəxsi ehtiyaclarına sərf etmiş, qalan hissəsi ilə gəlir əldə etmək üçün ayrı-ayrı şirkətlərə köçürmə edib kərpic, sement və digər tikinti avadanlıqları almışdır. Bundan sonra 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılan cinayət işi üzrə həbs edilmişdir. Sonradan Rəşad və Rizvanın polisə şikayət edib həmin avtomobili Talehdən aldığını bilmişdir. Talehə vurduğu ziyan məbləğini, yəni 20500 manat pulu ödəməmişdir. Pula ehtiyacı olduğu üçün avtomobili Talehə satmamışdan əvvəl Rizvana qaytarmamış, avtomobili Talehə satması barədə onun sahibi Rəşad və onun atası Şahid1 məlumat verməmişdir. Əlavə olaraq bildirir ki, həqiqətən də Şahid1 onunla tikinti mallarının alqı-satqısı zamanı yaranmış 10000 manat borcu vardır, bunu inkar etmir. Şahid1 beh qismində ödəmiş olduğu 6000 manatın alınaraq Zərərçəkmiş şəxs ödənilməsini məhkəmədən xahiş edir. Əməlindən peşmandır. Qeyd etdiklənlərini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, avtomboilin satışından əldə etdiyi 20500 manat puldan həta Nərimanov rayon Məhkəməsində barəsində olan cinayət işi üzrə vurduğu ziyandan da ödəniş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri ilə tam təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən icarəyə götürdüyü sexdə avtomobil ustası kimi çalışmışdır. Belə ki, 28 oktyabr 2023-cü il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs evakuatorla “BMW 328İ” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi sexə gətirmiş, sonuncu ona avtomobili “Turbo.az” internet saytında satışa qoyduğunu, lakin, avtomobil nasaz vəziyyətdə olduğu üçün satışını həyata keçirməkdə çətinlik çəkdiyini, bu səbəbdən avtomobili təmir etdirmək istədiyini bildirmişdir. O, həmin avtomobilin arxa sağ tərəfinin əzik və qəzalı vəziyyətdə olduğunu görmüşdür. O, avtomobili müayinə edərək təmiri üçün 6000 manat xərcin tələb olunduğunu müəyyən etmiş, bu barədə Rəşada bildirmiş, Rəşad ona “istəyirsənə maşını bu vəziyyətdə sənə satım” sözünü demişdir. O, həmin avtomobili almaq, təmir etdikdən sonra istifadə etmək qərarına gəlmişdir. O, Rəşaddan avtomobili hansı qiymətə satdığını soruşduqda, sonuncu ona avtomobili 23000 manata satmaq istədiyini demişdir. O, bu qiymətin baha olduğunu, avtomobilə 20000 manat verə biləcəyini demişdir. Rəşad onunla razılaşmamış və həmin gün avtomobili sexdən evakuator vasitəsi ilə aparmışdır. Səhəri gün, yəni 29 oktyabr 2023-cü il tarixdə Rəşad ona zəng edərək avtomobili 20500 manata sata biləcəyini demişdir. O, Rəşadla razılaşmışdır. 29 oktyabr 2023-cü il tarixdə səhər saatlarında o, dostu Ayaza zəng edərək iş yerinə çağırmış, Ayaz dostu Eminlə birlikdə ona məxsus sexə gəlmişlər. O, Ayaza Rəşad adlı şəxsdən 20500 manata “BMW 328İ” markalı avtomobil aldığını, həmin avtomobili etibarnamə ilə onun adına sənədləşdirməsini və avtomobili təhvil alıb gətirməsini demişdir. O, Rəşadan avtomobili alması üçün Ayaza 20500 manat pul vermiş, Ayazı Rəşadla görüşməsi üçün sonuncunun yanına göndərmişdir. Ayaz Eminlə birlikdə Rəşadın icarə əsasında işlədiyi Binəqədi rayonu Duzlu gölün üstü deyilən ərazidə yerləşən iş yerinə getmiş, həmin gün Ayaz sexə qayıdaraq həmin avtomobilin baş etibarnamə ilə Rəşadın işçisi Xudabağış adlı şəxsin adına olduğunu, Xudabağışla birlikdə Sumqayıt şəhərində yerləşən 3 saylı Notariat kontoruna getdiyini, orada Xudabağışın onun adına baş etibarnamə verdiyini, notariat kontorunun qarşısında özünə məxsus avtomobildə dostu Eminin yanında Xudabağışa 20500 manat pul verdiyini demişdir. Ayaz Eminlə birlikdə həmin avtomobili Xudabağışdan alıb həmin sexə gətirmişlər. Ayaz Xudabağışdan aldığı etibarnaməni ona vermişdir. O, avtomobili Həbib adlı ustaya təmir etmək üçün vermişdir. Avtomobil 14 noyabr 2023-cü il tarixədək Həbib adlı ustanın yanında olmuş, təmirlə bağlı xərcləri qarşılamış, Həbib isə avtomobili təmir etmişdir. 14 noyabr 2023-cü il tarixdə Ayaz ona zəng edərək Şahid2 adlı şəxsin ona zəng edərək “BMW 328İ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, avtomobildə gömrük bəyannaməsi adlı sənədin qaldığını, həmin sənədi götürmək istədiyini və avtomobilin harada olduğunu soruşduğunu bildirmişdir. Elə həmin gün Şahid2 ona məxsus sexə gəlmiş, sonuncu ona həmin avtomobilin içərisində gömrük bəyannaməsinin qaldığını, həmin sənədi götürmək istədiyini bildirmişdir. Rəşad ondan avtomobilin harada olduğunu soruşmuş, o, Rəşada avtomobilin Xırdalan şəhərində ustada təmirdə olduğunu, avtomobili alıb adına keçirdiyini demişdir. Rəşad gülümsəyib onlara avtomobil satmadığını deyərək getmişdir. O, Rəşadın hərəkətindən şübhələnib həmin avtomobilə dair Xudabağışın Ayaza verdiyi etibarnaməni yoxlatdırmış, həmin etibarnamənin Xudabağış tərəfindən veriləndən iki saat sonra Şahid2 tərəfindən ləğv edildiyini müəyyən etmişdir. O, Rəşada zəng etmiş, nə səbəbə etibarnaməni ləğv etdirdiyini soruşmuşdur. Rəşad onu söhbət etmək üçün Nərimanov rayonu “Çermet” körpüsünün yaxınlığında yerləşən “50 qəpik” çay evinə dəvət etmişdir. O, Ayaz, Emin və dostu Elçinlə birlikdə həmin yerə gedib Rəşadla görüşmüş, Rəşadın yanında bir nəfər polis əməkdaşı və üç nəfər tanışı olmuşdur. Rəşadın dostu Kənan ona avtomobilin Rəşada məxsus olduğunu, avtomobilin onda olmasının qanunsuz olduğunu demiş və avtomobili Rəşada təhvil verməsini tələb etmişdir. Tanımadığı polis əməkdaşı avtomobilin sahibinin Rəşad olduğunu, etibarnaməni Rəşadın ləğv etdiyini bildirmişdir. O, polis əməkdaşına avtomobili Təqsirləndirilən şəxs 20500 manata aldığını, bununla bağlı Rəşadın işçisi Xudabağışın Ayaza etibarnamə verdiyini, Rəşaddan pulunu qaytarmaq üçün ona bir neçə gün möhlət verməsini xahiş etmiş, Kənan ondan avtomobilin yerini deməsini tələb etmiş, avtomobilə baxmaq və videosunu çəkmək istədiyini demişdir. Kənanla Rəşad israr etdiyi üçün o, onların avtomobilə baxıb video çəkməsinə razılaşmışdır. Ayaz, Emin, Rəşad və dostları ilə birlikdə avtomobilə baxmaq üçün getsə də, o, getməmişdir. Ayaz ona zəng edərək Rəşadgillə birlikdə gedib avtomobilə baxdıqlarını, həmin şəxslərin video çəkdiklərini və avtomobili bir gün sonra gəlib aparacaqlarını demişlər. O, Təqsirləndirilən şəxs mobil nömrəsinə dəfələrlə zəng etsə də, telefonu sönülü olduğu üçün zəng çatmamış, Rəşadla danışa bilməmişdir. O, Şahid2 və tanışlarının həmin avtomobili təmirxanadan götürəcəklərini bildiyi üçün avtomobili həmin şəxslərdən əvvəl 15 noyabr 2023-cü il tarixdə oradan götürüb Abşeron rayonunda dostu Mayisin yaşadığı evin həyətinə aparmışdır. Rəşadın dostu Kənan onun telefonuna zəng edərək avtomobili nədən təmirxanadan götürdüyünü soruşmuş, o, Kənana Təqsirləndirilən şəxs tapa bilmədiyini, Rəşada 20500 manat pul verdiyini, Rəşadı tapıb məsələni aydınlaşdırmalı olduğunu demişdir. Həmin vaxtdan üç gün sonra o, Ayazla birlikdə olarkən anası ona zəng edərək Kənan, Rəşad və Rəşadın atası Rizvanın evə gəldiyini, Rizvanın özünü Səbail RPİ-nin əməkdaşı kimi təqdim etdiyini demişdir. Ayaz anasına olduğu yeri demiş, Rəşadgilin yanına gəlməsini deməsini anasına bildirmişdir. Rəşad və Kənan gələrək onlarla görüşmüş, o, Rəşad və Kənana Təqsirləndirilən şəxsla görüşə bilmədiyini, iki gün də vaxt verməsini demişdir. Onlar növbəti dəfə 16 noyabr 2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən Heydər parkında görüşməyi razılaşmışlar. Həmin gün Rəşad və Rizvan gələrək onlarla görüşmüş, onlar Ayazın avtomobilində söhbət edərkən iki nəfər mülki geyimli şəxs gələrək onu və Ayazı zorla avtomobilə əyləşdirib 25-ci PB-nə gətirmişlər. PB-də təhqiqatçı ondan avtomobilin PB-nə gətirilməli olduğunu, avtomobili Rəşada təhvil verməyəcəyini, məsələni araşdıracağını tələb etmişdir. O, təhqiqatçıya avtomobili Rəşada təhvil verməyəcəyi halda avtomobili bölməyə gətizdirə biləcəyini bildirmişdir. O, evakuator vasitəsi ilə avtomobili 25-ci PB-nin həyətinə gətirmiş, Rəşadın atası Rizvan adlı şəxsə avtomobilin təmiri üçün 3000 manat pul sərf etdiyini bildirmişdir. Bundan sonra o, PB-dən çıxıb yaşadığı evə qayıtmışdır. Növbəti gün yəni 17 noyabr 2023cü il tarixdə o, 25-ci PB-nə getmiş və “BMW 328İ” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölmədə olmadığını görmüş, təhqiqatçı tərəfindən avtomobilin Rəşada təhvil verildiyini öyrənmişdir. Ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, bu səbəbdən ondan şikayətçidir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, 2009-cu ildən 2023-cü ilin noyabr ayınadək Abşeron rayonu Müşfiq qəsəbəsinin yaxınlığında yerləşən "xxxx" MMC-də kərpic zavodunda menecer işləmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs müştəri qismində tanımış, Rəşad dəfərlərlə onun işlədiyi zavoddan və şəxsən ondan müxtəlif miqdarda kərpic almış, hətta hal-hazırda sonuncunun 10400 manat miqdarında rəsmi müqavilə ilə zavoda borcu vardır. İş zəminində onların Rəşadla aralarında münasibət yaranmış, bir dəfə söhbət əsnasında Rəşad ona maşın almaq istədiyini bildirmiş, o, da ona Amerikadan maşın gətirildiyini bildirmiş, Rəşad maşına baxmaq və ustasına göstərmək istədiyini demişdir. Rəşad ona “BMV 328İ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili ustaya göstərmək adı ilə almış, ustaya göstərdikdən sonra alqı-satqı etmək istədiyini bildirmiş, avtomobil qəzalı vəziyyətdə olduğu üçün alqı-satqı etmək mümkün olmamışdır. O, Rəşada avtomobili 30000 manata satdığını bildirdikdə Rəşad ona 6000 manat miqdarda beh olaraq pul vermiş, avtomobili təmir etdikdən sonra yerdə qalan 24000 manat pulu ödəyəcəyinə söz vermişdir. O,Rəşadla avtomobili təmir bitənədək və yerdə qalan 24000 manat ödənilməyənədək avtomobili başqa adamın adına keçirilməməsi şərti ilə sonuncuya baş etibarnamə verməyə razılaşmışdır. Bu razılaşmanı əlyazma formasında hər ikisi imzaları ilə təsdiqləmişlər. Həmin avtomobil oğlu Şahid2 adına olduğu üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs işçisi Şahid3 adına ünvan 3 ünvanda yerləşən 48 saylı notariusda həmin avtomobilə oğlu Şahid2 tərəfindən baş etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə oğlu Rəşad ona avtomobilin “Turbo.az” saytında satışa qoyulduğunu, Xudabağış tərəfindən onlara məxsus olan avtomobil barəsində Şahid4 baş etibarnamə verildiyini demiş, onlar dərhal etibarnaməni ləğv etdirmişlər. O, Təqsirləndirilən şəxsla əlaqə saxlamış, onun işçisinə verilən etibarnamənin onlar tərəfindən ləğv edildiyini, hansı səbəbdən onun pulu ödənilmədən avtomobilin satışa qoyulduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona bunun sadəcə anlaşılmazlıq olduğunu, qısa müddət ərzində ona verməli olduğu 24000 manat pulu verəcəyini bildirmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixədək o, Rəşadla vaxtaşırı mobil telefonla danışmışdır. Oğlu Rəşad avtomobilin yerini müəyyən etmək məqsədi ilə əvvəllər tanımadıqları Şahid4la əlaqə saxlamış, həmin şəxs onları Taleh adlı şəxsə yönləndirmişdir. Onlar dəfələrlə Ayaz və Taleh adlı şəxslə əlaqə saxlamış, onlarla görüşmüş, avtomobilin geri qaytarılmasını tələb etmişlər. Razılığa əsasən xx.xx.2023-cü il tarixdə avtomobil onlara geri qaytarılmalı olmuş, lakin buna baxmayaraq onlar vədlərinə əməl etməmişlər. Belə ki, qarşı tərəf avtomobilin təmirinə pul xərclədiklərini, Təqsirləndirilən şəxs ortada olmadığını və s. bu kimi bəhanələrlə avtomobili qaytarmaqdan boyun qaçırmışlar. Bu məsələ ilə bağlı o, Nizami RPİ-nin 25-ci PŞ-nə müraciət etmiş, həmin bölmənin köməkliyi ilə avtomobil ona qaytarılmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan avtomobili almaq üçün ona 6000 manat pul verməsi barədə göstərdiyi xüsusatlara dair bildirmişdir ki, Təqsirləndirilən şəxs ona ümumilikdə 10.400 manat borcu olduğuna və zavod da ondan pulu tələb etdiyi üçün o, həmin 6000 manat pulu zavoda olan borcun bir qismini ödəmişdir. Malı o, Rəşada vermişdir. Malı özü Rəşada verdiyi üçün şirkət də pulu ondan tələb etmişdir. Bu səbədən həmin pulla şirkətə olan borcunun bir qismini ödəmişdir. Rəşadın hələ də ona ödənilməyən borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, dolanışıq üçün Abşeron rayonu Xırdalan şəhərində yerləşən Dərzi sexində dərzi işləmişdir. Zərərçəkmiş şəxs xeyli müddətdir ki, tanımışdır. Onun Talehlə qohumluğu olmamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Belə ki, 29 oktyabr 2023-cü il tarixdə Taleh ona zəng edərək onu işlədiyi sexə çağırmış, o, dostu Eminlə birlikdə Xırdalan şəhərində yerləşən Talehin işlədiyi sexə gedib onunla görüşmüş, sonuncu ona Təqsirləndirilən şəxs adlı şəxsdən 20500 manata “BMW 328İ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, həmin şəxsin onun adına baş etibarnamə verəcəyini, avtomobili Rəşaddan təhvil alıb gətirməsini demişdir. Taleh ona 20500 manat pul verib avtomobillə bağlı həmin pulu Rəşada verməsini demişdir. Taleh Rəşadın mobil nömrəsini ona demiş, o, idarə etdiyi avtomobillə Eminlə birlikdə Rəşadın işlədiyi Binəqədi rayonu Duzlu gölünün üstü deyilən yerə getmişdir. Rəşad orada olmamış, o, onunla telefon vasitəsi ilə danışmışdır. Rəşad ona həmin avtomobilin işçisi Xudabağışın adına olduğunu, sənədləşdirmə aparılması üçün Xudabağışla birlikdə notarisa getməsini və 20500 manat pulu Xudabağışa verməsini demişdir. Bundan sonra o, Emin və Xudabağışla birlikdə Notariat kontoruna getmiş, Xudabağış ona həmin avtomobilə dair etibarnamə vermişdir. Notariat kontorunun qarşısında özünə məxsus avtomobilin salonunda Eminin yanında Xudabağışa 20500 manat pul vermişdir. O Xudabağışla birlikdə Rəşadın iş yerinə getmiş, orada Xudabağış avtomobili ona təhvil vermişdir. O, Talehin tapşırığı ilə həmin avtomobili təmir olunması üçün Abşeron rayonu Xırdalan şəhərində yerləşən Həbib adlı şəxsin işlədiyi dəmirçi sexinə aparmış, etibarnaməni də Talehə təqdim etmişdir. 14 noyabr 2023cü il tarixdə bir nəfər ona zəng edərək Şahid2 olduğunu “BMW 3281“ markalı avtomobilin ona məxsus olduğunu, avtomobildə gömrük bəyannaməsinin qaldığını, həmin sənədi götürmək istədiyini deyib, avtomobilin harada olduğunu soruşmuşdur. O, həmin şəxsə avtomobili Taleh adlı tanışının onun adına aldığını demiş, bundan sonra o, Talehə zəng edərək bu barədə ona məlumat vermişdir. Həmin gün Taleh ona zəng edərək Şahid2 sexə gəldiyini, həmin avtomobilin içərisində sənəd qaldığını, həmin sənədi götürmək istədiyini dediyini və avtomobilin harada olduğunu soruşduğunu demişdir. Taleh Xudabağışın ona verdiyi etibarnamənin artıq ləğv edildiyini ona demişdir. Taleh Rəşadla danışmaq üçün sonuncunun mobil nömrəsini ondan soruşmuş, səhəri gün o, Taleh və Eminlə birlikdə Rəşadın dəvəti ilə Nərimanov rayonu “Çermet” körpüsünün yaxınlığında yerləşən “50 qəpik” adlı çayxanaya getmişlər. Rəşadın yanında bir nəfər polis əməkdaşı və üç nəfər tanışı olmuşdur. Rəşadın dostu Kənan Talehə avtomobilin Rəşada məxsus olduğunu, avtomobilin Talehdə qalmasının qanunsuz olduğunu demiş və avtomobili Rəşada təhvil verməsini tələb etmişdir. Polis əməkdaşı avtomobilin sahibinin Rəşad olduğunu, etibarnaməni Rəşadın ləğv etdiyini demişdir. Taleh polis əməkdaşına avtomobili Təqsirləndirilən şəxs 20500 manata aldığını, bununla bağlı Rəşadın işçisi Xudabağışın ona etibarnamə verdiyini, Rəşaddan pulunu qaytarmaq üçün bir neçə gün vaxt verməsini bildirmişdir. Bundan sonra o və Emin Rəşad və dostları ilə birlikdə avtomobilə baxmaq üçün getmişlər. Rəşad tanışları ilə birlikdə avtomobilə baxıb avtomobilin ona məxsus olduğunu demiş və mobil telefon vasitəsi ilə avtomobili videoya çəkmişlər. O, bu barədə zəng edərək Talehə məlumat vermiş, Taleh 15 noyabr 2023-cü il tarixdə həmin avtomobili təmir sexindən götürüb dostu Mayisin yaşadığı evin həyətinə aparmışdır. Üç gün sonra o, Talehlə birlikdə olarkən anası Talehə zəng edərək Kənan, Rəşad və Rəşadın atası Rizvanın yaşadıqları evə gəldiyini, Rizvanın özünü Səbail RPİ-nin əməkdaşı kimi təqdim etdiyini demiş, o, anasına olduqları yeri bildirmişdir. Bundan sonra Rəşad və Kənan gələrək onlarla görüşmüş, Taleh Təqsirləndirilən şəxsla görüşə bilmədiyini, iki gün ona vaxt verilməsini xahiş etmişdir. Lakin, Taleh Rəşadla əlaqə saxlaya bilməmiş, Rəşad və Rizvan gələrək onlarla görüşmüşdür. Onlar onun avtomobilində söhbət edərkən iki nəfər mülki geyimli şəxs gələrək onu və Talehi zorla avtomobilə əyləşdirib 25-ci PB-nə aparmışlar. Təhqiqatçı ona və Talehə avtomobilin bölməyə gəlməli olduğunu, avtomobili Rəşada təhvil verməyəcəyini, məsələni araşdıracağını demişdir. Taleh təhqiqatçıya avtomobili Rəşada təhvil verməyəcəyi halda avtomobili gətizdirə biləcəyini bildirsə də avtomobil evakuatorla bölməyə gətidildikdən sonra Rəşada təhvil verilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Duz gölünün yaxınlığında yerləşən tikinti materiallarının satışı dükanında fəhlə işləmişdir. Təqsirləndirilən şəxs onun müdüri olmuş, Rəşad ona gündəlik olaraq 15-20 manat pul vermişdir. Belə ki, 2023-cü ilin oktyabr ayının axırlarında Rəşad ona “BMV 328İ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini, maşın qəzalı vəziyyətdə olduğu üçün alqı-satqı edə bilmədiyini bildirmiş, baş etibarnaməni onun adına verilməsini xahiş etmiş, o da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Rəşad Novruzov adlı şəxs həmin avtomobilə dair ona baş etibarnamə vermişdir. O, Rəşadla birlikdə avtomobili təmir üçün Xırdalan şəhərində yerləşən avtomobil təmir sexinə aparmış, xx.xx.2023-cü il tarixdə Rəşad avtomobili başqa adama satdığı üçün həmin şəxsə etibarnamə verməsini ondan xahiş etmişdir. O, Sumqayıt şəhərində yerləşən 3 saylı notariusda Şahid4 adına baş etibarnamə vermiş və ondan 20500 manat pul almış, həmin pulu Ayazdan götürüb Rəşada vermişdir. O, günəmüzd fəhləlik edib ailəsini dolandırmış, bu məsələdə müdiri Rəşaddan başqa heç kimi tanımamış, hər hansı bir danışıqlarda iştirak etməmiş, verilən göstərişi icra etmişdir. O, heç kimi aldatmamış, aldatmaq niyyəti belə olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə işlətdiyi dükana gəlib, əşyalarını götürüb çıxıb getdikdən sonra görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. (i.v.1); xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Bakı şəhəri, 48 saylı notariat ofisində Şahid2 “BMW 328İ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Şahid3 1 il müddətinə baş etibarnamə vermişdir. (i.v.24); xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Sumqayıt şəhəri, 3 saylı notariat ofisində Şahid3 “BMW 328İ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Şahid4 11 ay 28 gün müddətinə etibarnamə verilmişdir.(i.v. 45); “Zərərçəkmiş şəxs kimi tanınma barədə” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.57-58); Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.132-133); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.142- 143); “qətimkan tədbiri seçilməsi barədə” 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə 03 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunması nəzərə alınmışdır. (i.v.144-145); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli qanun tətbiq edilməklə CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəzadan 02 il çıxılmaqla 09 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 1(005)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 03 gün müddət təyin edilən cəzadan çıxılmış, onun üzərində qəti olaraq 03 il 05 ay ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. (i.v.99- 100;163-173); CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu cinayət əməlini törətməmişdən əvvəl qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2025-ci il tarixdə ödənildiyi halda o, bu müddət ərzində cinayət əməli törətmişdir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 07 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, onun ƏN-yi Penitensiar Xidmətin 11 saylı CÇMdə cəza çəkməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid3 əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Şahid1 işlədiyi "xxxx" MMC kərpic zavoduna borcu olması xüsusatı ilə bağlı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, aralarındakı mübahisə mülki xarakter daşıdığından, onlara məhkəməyə müraciət etməli olduqları izah edilməs qərara alınmışdır. Bundan başqa Şahid1 Zərərçəkmiş şəxs 3000 manat borcunun olması xüsusatı üzrə Şahid1 əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd ediliş, aralarındakı mübahisə mülki xarakter daşıdığından, onlara məhkəməyə müraciət etmələri izah olmuşdur. Cinayət işinin istintaq materiallarının bəzi sənədlərində Şahid3 adı səhvən Xudabaxış kimi göstərildiyindən, onun anket məlumatlarda şəxsiyyətini təsdiq edən sənəddə qeyd olunduğu kimi, yəni Şahid3 kimi oxunmalı olması qərara alınmışdır. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış keçirilməsi haqqında protokol və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 201-210); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətinin aparılması haqqında protokollar, o cümlədən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). CM-nin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədilməni nəzərdə tutur. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli” miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərara əsasən Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şahid1 məxsus olan əslində 30000 manat dəyəri olan “BMW 328” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuda etibar və inam qazanmaq üçün ona 6000 manat beh qismində pul verməklə Şahid1 onun tanışına baş etibarnamə verməsinə nail olmuş, bundan dərhal sonra Təqsirləndirilən şəxs Namazovla aralarında bu məzmunda razılıq olmadan və sonuncudan xəbərsiz həmin avtomobili öz şəxsi borclarının qaytarılması məqsədilə dəyərindən ucuz qiymətə satmaqla dələduzluq cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs dələduzluq etmək niyyəti əvvəlcədən formalaşmış, əslində onun göstərilən avtomobili satdıqdan sonra əldə etdiyi vəsaiti Şahid1 vermək niyyəti olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını, CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə həmin məcəllənin 66.5-ci maddəsinin tələbinə görə, şəxs hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Rəşad Məmmmədov xx.xx.2022-ci il tarixdə törətdiyi cinayət əməlinə görə xx.xx.2023-cü il tarixdə barəsində ittiham hökmü çıxarılmış, hazırkı cinayət əməlini isə 29 oktyabr 2023-cü il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməməsini, zərəçəkmiş şəxsin şikayətçi olmaqla mövqeyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 178.2.4-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli (CM-nin 65.2), həmin məcəllənin 66.5-ci maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, hər iki cinayət işi üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.13.), barəsində “həbs” qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 21 (iyirmi bir) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 126 (bir yüz iyirmi altı) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı saxlanıldığı üç gün müddət təyin edilən cəzadan çıxılsın və ona qəti olaraq 04 (dörd) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alısın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-103/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-103/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver