Məhkəmə qərarları › İş №1(060)-104/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-104/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-104/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.06.2020-ci il tarixdən 16.06.2020-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri 13-cü mikrorayon 53 saylı yaşayış binasının arxasındakı meşə fonduna daxil olmayan ərazidə vahid niyyətlə özünə məxsus mişarla 7,5 sm, 10 sm, 11 sm diametrli 3 ədəd köküstə yaş sərv ağaclarını qanunsuz kəsərək, məhv etməklə ümumilikdə təbiətə 2040 (iki min qırx) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla qanunsuz ağac kəsmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında Sumqayıt şəhəri 13-cü mikrorayon 53 saylı binanın arxasındakı ərazidə gələcəkdə obyekt tikdirmək istəyirmiş, lakin həmin ərazidə olan 3 ədəd sərv ağacı onun planına maneə olduğu üçün kəsmək qərarına gəlmiş, 02.06.2020-ci il tarixdə təxminən saat 23 radələrində ətrafda kimsənin olmamasından istifadə edib özünə məxsus mişarla sərv ağaclarından birini kəsmişdir. Təxminən 1 həftə sonra eyni məqsədlə ikinci sərv ağacını, növbəti həftə gecə saatlarında isə üçüncü sərv ağacını kəsmişdir. Ağacın gövdə və budaqlarını budayıb 13-cü mikrorayon ərazidnə yerləşən zibilxanaya atmışdır. 06.08.2020ci il tarixdə ETSN-in 4 saylı Regional Ekologiya və Təbii Srəvətlər İdarəsinin əməkdaşı Nümayəndə onu hadisə yerinə çağıranda törətdiyi əməli səmimi etiraf etmiş və orada onun iştirakı ilə baxış keçirilib təbiətə dəymiş maddi ziyanın 2040 manat olması hesablanmışdır. Əməlindən peşmandır və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Ekolgiya və Təbi Sərvədlər Nazirliyində 1987-ci il tarixdən etibarən işləyir. Hazırda tutduğu vəzifədə, yəni 4 saylı regional Ekologiya və Təbii Sərvədlər İdarəsində baş məsləhətçi müfəttiş vəzifəsində 2013-cü il tarixdən etibarən işləyir. 06.08.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvədlər Nazirliyinin qaynar xətt mərkəzinə ünvan 3 ünvanında yaşayan X1 tərəfindən 13-cü mkr, 53 saylı binanın arxa hissəsində naməlum şəxs tərəfindən kök üstə yaş ağacların kəsilməsi ilə bağlı telefon məlumatı daxil olmuşdur. İdarə rəhbərliyi tərəfindən müraciətin araşdırılması ona həvalə edildiyindən 06.08.2020-ci il tarixdə günorta saatlarında sözügedən əraziyə Arif Nadirovla birgə getmişdir. Arif Nadirov kəsintinin baş verdiyi yeri ona göstərərkən oradakı 3 ağacın Təqsirləndirilən şəxs adlı şəxsin kəsdiyini bildirmişdir. Bu səbədən Təqsirləndirilən şəxs hadisə yerinə dəvət etmişlər. Təqsirləndirilən şəxs 3 ədəd sərv ağacının özü tərəfindən kəsildiyini orada etiraf etmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 3 ədəd sərv ağacı kök üstə yaş halda qanunsuz olaraq Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Həmin ağaclardan birincisi 7.5 sm diamterində, ikincisi 10 sm diametrində, üçüncüsü isə 11 sm diametrində olmuşdur. Hadisə yerində akt tərtib edilmişdir. “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 27.10.2016-ci il tarixli 420 saylı qərarına əlavə edilmiş 1 nömrəli normativ cədvələ əsasən 3 ədəd kök üstə yaş halda olan sərv ağaclarının kəsilməsi nəticəsində təbiətə 2040 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.09.2020-ci il tarixli 9/3416 saylı rəyindən görünür ki, Sumqayıt şəhəri 13-cü mkr/n yaşıllıq ərazisində vət. Təqsirləndirilən şəxs tərəfindən 3 ədəd müxtəlif diametrli köküstə yaş sərv ağacların qanunsuz kəsilməsindən təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 2040,00 manat müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.11.2020-ci il tarixdə tutulmuş və 06.11.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində həbssiz axtarış elan edilmiş və o, 21.04.2021-ci il tarixdə tutularaq Sumqayıt şəhər Məhkəməsinə gətirilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt sərf etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 04.11.2020-ci il tarixdən 06.11.2020-ci il tarixədək və 21.04.2021-ci il tarixdə ümumillikdə 03 gün tutulduğu müddət 06 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilən əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 04.11.2020-ci il tarixdən 06.11.2020-ci il tarixədək və 21.04.2021-ci il tarixdə ümumillikdə 03 gün tutulduğu müddət 06 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri 49-cu məhəllə, ev 171 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar