Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-104/2025 07.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda altı ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram, 0,064 qram, 0,193 qram, 0,128 qram, 0,110 qram, 0,045 qram, ümumi təmiz çəkisi 0,635 qram olan kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 22.50 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Talib oğlu Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən Asan Xidmət Mərkəzinin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs Talib oğlunun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən altı ədəd qızılı rəngli kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,095 qram, 0,064 qram, 0,193 qram, 0,128 qram, 0,110 qram, 0,045 qram, ümumi təmiz çəkisi 0,635 qram olan kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə axşam saat 9-10 radələrində polis əməkdaşları onu Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində saxlayıb 3-cü polis bölməsinə gətirmişlər. O, Asan Xidmətin yanında olmamışdır. Üzərinə keçirilmiş şəxsi axtarışla bağlı çəkilişdə görünür ki, üzərindən 6 büküm narkotik vasitə və bir ədəd tərəzi aşkar olunur, lakin onların heç biri ona məxsus deyildir, üzərinə qoymuşlar. Çəkilişdən də görünür ki, onun yalnız bir cibini yoxlayırlar, digərinə baxmırlar. İş üzrə şahid qismində gələn şahidlər onu saxlayan polis əməkdaşları deyillər. O, nə Asan Xidmətin yanında olmamış, nə də ki tutulmamışdan iki ay əvvələ qədər Bakı şəhəri 20 Yanvar ərazisinə getməmişdir. O, istintaq zamanı ifadə verməmişdir, sadəcə imza etmişdir. O, müstəntiqi bir dəfə barəsində həbs qətimkan tədbiri seçilən zaman, bir dəfə də iş məhkəməyə verilən zaman görmüşdür. Saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülmüşdür. Əvvəllər narkotik vasitə istifadə etmiş və müalicə almışdır. Ona onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər, o da aldanmışdır, həmçinin döyüldüyündən ona deyilən kimi ifadə verməyə məcbur olmuşdur. Xəstə anası vardır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, bir neçə ildir ki, narkotik alüdəçisidir, narkotik vasitə olan kakos deyilən heroindən, psixotrop maddə metamfetamindən iynə vurmaqla istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən Asan Xidmət Mərkəzinin yaxınlığından küçədə tək piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Bundan sonra özü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 6 ədəd qızılı rəngli kağız bükümləri və bir ədəd elektron tərəzini çıxardaraq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 6 ədəd kağız bükümlər açılan zaman içərisində tünd qəhvəyi rəngli toz şəklində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Bundan sonra bükümlər ardıcıl olaraq elektron tərəziyə qoyub çəkilmiş, sorğu zamanı üzərindən aşkar edilən 6 ədəd bükümdəki maddələr kakos deyilən heroin olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə günorta radələrində Bakı şəhərində 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən cəmi 40 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 15-ci məhəllə ərazisində yerləşən Asan Xidmətin yaxınlığında saxlayıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib 3-cü PB-nə dəvət etmişlər. Bölmədə təhqiqatçının xidməti otağında videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı şəxsin üzərindən 6 büküm narkotik vasitə heroin və tərəzi aşkar olunmuşdur. Saxlanılan zaman şəxsin heç bir etirazı və şikayəti olmamış, müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs Talib oğlunun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024- cü il tarixdə saat 22.50 radələrində Təqsirləndirilən şəxs Talib oğluna narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən Asan Xidmət Mərkəzinin yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Tahb oğlunun üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs Tahb oğluna hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tahb oğlu özü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən altı ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümləri və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik maddə olan heroinə bənzər maddələr olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Tahb oğlu üzərindən aşkar edilən altı ədəd qızılı rəngli siqaret kağızı bükümlərindəki maddələrin kakos olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı bir şəxsdən 40 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, hər hansı şəxsə həmin narkotik vasitədən vermədiyini, əvvəllər tanıdığı şəxslərə narkotik vasitə verdiyini bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzini narkotik vasitəni aldığı şəxsin narkotik vasitənin çəkisində onu aldatmasın deyə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Talib oğlunun üzərindən aşkar edilmiş altı ədəd bükümdəki kütlələr üzərlərində olan kağız ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 0,29, 0,26, 0,18, 0,24, 0,22, 0,15 qram, ümumilikdə çəkiləri isə 1,23 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, “Asan Xidmət Mərkəzi”nin yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 22:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Talib oğlunun üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predimet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs Talib oğlu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 06 (altı) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümləri və 01 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoydu. Həmin bükülülər açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik maddə olan heroinə bənzər maddələr olması aşkar edildi. Bundan sonra şəxsi axtarış davam etdirilərkən onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən heç nə aşkar olunmadı. Sorğu zamanı Təqsirləndirilən şəxs Talib oğlu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilən 06 ədəd qızılı rəngli siqaret kağızı bükümlərindəki maddələrin “kakos” olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhərində, ”20 vanvar” metrostansiyasının yaxınlığında tanmadığı şəxsdən 40 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, hər hansı şəxsə həmin narkotik vasitədən vermədiyini, əvvəllər tanıdığı şəxslərə narkotik vasitə verdiyini bildirdi. Polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilmədiyini bildirdi. Həmçinin verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzini narkotik vasitəni almış olduğu şəxs narkotik vasitənin çəkisində onu aldatmasın deyə üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs Talib oğlunun üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli, toz şəkilli maddə qızılı rəngli kağız parçaları ilə birgə elektron tərəziyə qoyularaq çəkildi və ayrı-ayrılıqda çəkilərinin 0,29; 0,26; 0,18; 0,24; 0,22; 0,15 qram, ümumilikdə çəkilərinin isə 1,23 qram olması müəyyən edildi. Bundan sonra həmin bükülülər və elektron tərəzi ayrı-ayrılıqda 02 ədəd kağız zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərflərin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/3945 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 127” möhür əksi, “vət. Təqsirləndirilən şəxs Talib oğlunun üzərində olan 06 ədəd büküm; 1. \imza\ Təqsirləndirilən şəxs Talib; 2. /imza/ X3; Qablaşdırıldı: Təhqiqatçı \imza\ Cahid İsgəndərli” yazılar olan zərfdəki 06 ədəd bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri: 0,095 qram, 0,064 qram, 0,193 qram, 0,128 qram, 0,110 qram, 0,045 qram: ümumi təmiz çəkisi: 0,635 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, heroin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 127” möhür əksi, “vət. Təqsirləndirilən şəxs Talib oğlunun üzərində olan 01 ədəd tərəzi; l.\imza\ Təqsirləndirilən şəxs Talib; 2. /imza/ X3; Qablaşdırıldı: Təhqiqatçı \imza\ Cahid İsgəndərli” yazılar olan zərfdəki 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə-heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,12 qram (hər obyektdən-0,02 qram) sərf edildikdən sonra 0,515 qram heroin qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs Talib oğlunun hüquqlarını müdafiə edən 1 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs Talib oğluna paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Talib oğlu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən altı ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümləri və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoydu. Həmin bükümlər açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik maddə olan heroinə bənzər maddələr olması aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs Talib oğlu üzərindən aşkar edilən altı ədəd qızılı rəngli siqaret kağızı bükümlərindəki maddələrin kakos olduğunu, həmin maddələri 01,08.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı bir şəxsdən 40 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, hər hansı şəxsə həmin narkotik vasitədən vermədiyini, əvvəllər tanıdığı şəxslərə narkotik vasitə verdiyini bildirdi. Həmçinin verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzini narkotik vasitəni aldığı şəxsin narkotik vasitənin çəkisində onu aldatmasın deyə üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs Talib oğlunun üzərindən aşkar edilmiş altı ədəd bükümdəki kütlələr üzərlərində olan kağız ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildi, ayrı ayrılıqda çəkiləri 0,29, 0,26, 0,18, 0,24, 0,22, 0,15 qram, ümumilikdə çəkiləri isə 1,23 qram olması müəyyən edildi. Bundan sonra həmin bükümlər və elektron tərəzi ayrı ayrılıqda iki ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürləndi. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Talib oğlundan aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,635 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,515 qram heroinin qalıq çəkisi cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs Talib oğlunun üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.2010-cu il tarixli qərarı ilə 03 il sınaq müddəti ilə şərti cəza təyin edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 10.058.2017-ci il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci ildə cəzasını çəkib qurtarmışdır. - Məhkəmə-narkoloji ekspertizasının 5806 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Talib oğlunun üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,635 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,515 qram heroinin qalıq çəkisinin və bir ədəd elektron tərəzinin məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iş üzrə “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2024-cü il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD-R” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. “Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının: - 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. - 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində təzyiqə məruz qalması və döyülməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmamış, təzyiqə məruz qalması barədə prokurorluq orqanına müraciət etməmiş və və göstərdiyi xüsusat öz ifadəsindən başqa hər hansı sübutla təsdiq olunmamışdır. Bundan başqa məhkəmə həmçinin təqsirləndirilən şəxsin verdiyi ifadədə göstərdiyi halları iş üzrə məcmu halında toplanmış sübutlarla müqayisəli şəkildə təhlil edərkən qənaətə gəlir ki, təqsirləndirilən şəxs təyin ediləcək cəzadan boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi ilə məhkəmədə yalnış təsəvvür yaratmağa çalışmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,515 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-872/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 1866 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.515 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-104/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-104/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver