Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-105/2022 03.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5 bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 0,820 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28.07.2021-ci il tarixdə saat 20:40-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 360 nömrəli fərdi yaşayış evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 5 ədəd qara rəngli siqaret kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,164 qram, 0,148 qram, 0,135 qram, 0,206 qram, ümumi təmiz çəkisi 0,820 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5 bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 0,820 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28.07.2021-ci il tarixdə saat 20:40-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən 360 nömrəli fərdi yaşayış evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 5 ədəd qara rəngli siqaret kağızı bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,164 qram, 0,148 qram, 0,135 qram, 0,206 qram, ümumi təmiz çəkisi 0,820 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yaşamışdır. 28.07.2021-ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları evə daxil olmuş və onu Sumqayıt şəhər polis idarəninin 1-ci polis bölməsinə aparmışlar. O, Polis əməkdaşları ilə 1-ci polis bölməsinə gəldikdən sonra onu həmin bölmədə xidməti otaqların birində saxlamışlar və həmin vaxt Güloğlan və Azər adlı polis əməkdaşları ona təzyiq göstərərək və Güloğlan adlı polis əməkdaşı ona fiziki zor tətbiq edərək 5 bükümdə narkotik vasitəni ona vermiş və həmin bükümləri üzərində saxlamasını deyərək videoçəkilişlə üzərinə baxış keçirilən zaman həmin bükümləri çıxararaq təqdim edib özünə məxsus olmasını etiraf etməsini tapşırmışdır. Bundan sonra polis bölməsinə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 dəvət olunmuş və onun hüquqlarını həmin vəkil müdafiə edəcəyi ona bildiririlmişdir. Sonra müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəklişlə baxış keçirilmiş və həmin baxış zamanı polis əməkdaşlarının ona verdiyi 5 bükümdən ibarət narkotik maddə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmiş və müdafiəçinin sualına cavab olaraq həmin narkotik maddənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, həmin narkotik maddənin ona Azər və Güloğlan adlı polis əməkdaşları tərəfindən verilməsi və Güloğlanın ona fiziki zor tətbiq etməsi barədə müstəntiqə, prosessual rəhbərliyi həyata keçirən prokurora və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxan məhkəməyə deməmişdir. Onun bədəni üzərində müvəqqəti saxlama yerində və ya istintaq təcridxanasında heç bir xəsarət izi aşkar olunmamışdır. Çünki Güloğlan onu elə vurmuşdur ki, xəsarət izi qalmasın. O, üzərinə videoçəklişlə baxış keçirilən zaman bədənində narkotik maddə qəbul etdiyi üçün ağrıları olmuş və həmin vaxt fikirləşmişdir ki, ona cinayət işini 234.1-lə başlayacaqlar və o, həbs olunduqdan sonra müalicə olunacaqdır. Belə ki, o, 2 ilə yaxın müddətdir ki, narkotik maddələrdən istifadə edir, demək olar ki, 1 ayın 15 gününü narkotik maddə qəbul edir. O, narkotik maddələrdən istifadə etsə də, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik maddə heroini isə ona polis əməkdaşları Azər və Güloğlan adlı şəxslər vermişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. 28.07.2021-ci il tarixdə, saat 20:40-da Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən yaşadığı ünvanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu PB-nə dəvət etmişdirlər. O, etiraz etməyib polis əməkdaşları ilə birgə 1-ci PB-nə getmişdir. 1-ci PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman 28.07.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığı və əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu, 5 ədəd qara rəngli siqaret kağızı bükümlərindəki narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin bükümlər açılmışdır. Bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri Bakı şəhəri ərzisində tanımadığı şəxsdən aldığını şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş 5 ədəd qara rəngli siqaret kağızı bükümlər tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin qara rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,35 qram, 0,33 qram, 0,32 qram, 0,29 qram, 0,40 qram olduğu müəyyən olunmuş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 125 saylı mohürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də o, ifadəsində narkotik vasitəni aldığı şəxsi əvvəllər tanımadığını, həmin şəxslə arasında əvvəllər narkotik vasitələrin alqı-satqısına dair münasibət olmadığını, həmin şəxslə təsadüfən görüşdüyünü, belə ki, o, 20 yanvar dairəsi yaxınlığında olan zaman həmin şəxs ona özü yaxınlaşıb narkotik vasitə olan heroin təklif etdiyini, o, isə 20 manat verib 5 bükümdə narkotik vasitə olan heroini həmin şəxsdən aldığını, narkotik vasitəni aldığı şəxsin əlamətlərinin təxminən 50 yaşında, arıq bədən quruluşlu, 165 sm - 170 sm hündürlükdə, qaraşın, üzü tüklü, qafqazlıya bənzər şəxs olduğunu, həmin narkotik vasitəni əldə etmək üçün satıcıya 20 manat pul ödədiyini, vermiş olduğu 20 manat məbləğində pul vəsaitinin onun özünə məxsus olan pul olduğunu, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququ pozulmadığını, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsə qarşı düşmənçilik və ədavəti olmamışdır. 28.07.2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə o da əlavə edilmişdir. Həmin gün saat 20:30 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində pusqu qurmuşlar. Saat 20:40-da Təqsirləndirilən şəxs ara küçə ilə hərəkətdə olduğunu görüb həmin şəxsi saxlamışdırlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacaqlarını bildirib, həmin şəxsdən etirazının olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və sonuncu, inzibati binanın xidməti otaqlardan birinə aparılmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis mayoru Şahid4 özünü təqdim etmişdir. Təhqiqatçının göstərişi ilə onlar bir daha özlərini təqdim etmişdirlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirib etirazının olub-olmamasnı soruşduqda, Təqsirləndirilən şəxs heç bir etirazının olmamasını demişdir. Saxlanılan şəxsə hüquqlarının müdafiəçisi üçün Regional Vəkillər bürosunun vəkili Salman Qasımov təqdim edilmişdir. N.X4 tərəfindən hüquqlarının qorunmasına etiraz etməmişdir. Təhqiqatçı saxlanılan şəxsə hüquq və vəzifələri olan bildirişi uca səslə oxumuşdur. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalavarın sağ yan cibindən 05 (beş) ədəd qara rəngli siqaret kağızı bükümlərini çıxarıb stolun üzərinə qoymuşdur. Təhqiqatçı bükümlərin nə olduğunu və necə əldə etdiyini saxlanılan şəxsdən soruşmuşdur. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün, həmin gün səhər saatlarında Bakı şəhəri ərazisindən aldığını bildirmişdir. Bükümlər elektron tərəziyə qoyularaq çəkisi ölçülmüşdür. Elektron tərəzidə müvafiq ardıcıllıqla birinci büküm 0,35 qram, ikinci büküm 0,33 qram, üçüncü büküm 0,31 qram, dördüncü büküm 0,29 qram, beşinci büküm 0,38 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçı saxlanılan şəxsin üzərində şəxsi axtarış davam etdirmişdir. Saxlanılan şəxsin üzərində iş üzrə əhəmiyyət kəsb edəcək əşya tapılmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs vəkili Salman Qasımova hər hansı bir sualının olub-olmaması barədə soruşduqda Salman Qasımov saxlanılan şəxsdən saxlanılarkən hər hansı bir fiziki zor tətbiq olub olmaması barədə və həmin narkotik vasitənin ona məxsus olması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu və heç bir fiziki zor tətbiq olmadığını vəkilinə bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsin üzərindən aşkar edilmiş 5 (beş) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümləri açmışdır. Hər bir bükümün daxilində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr müşahidə edilmişdir. Təhiqatçı aşkarlanmış kütlələrin qablaşdırılıb məhkəmə-kimyəvi ekspertizasına təqdim ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olmuş, lakin, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs kimə hansı miqdarda nəyin qarşılığında narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir fiziki və ya psixi təsir göstərilməmiş və belə bir halın şahidi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında narkotik vasitələrin ona aid olmaması barədə göstərdikləri həqiqəti əks etdirmir, çünki o özünü müdafiə xarakterli ifadə verir. Məhkəmədə şahidlər Şahid1 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunaraq dindirilmiş Şahid5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsində kiçik inspektor vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. O, Təqsirləndirilən şəxs xidməti ərazinin sakini kimi, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan şəxs kimi və narkoman kimi tanımışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs narkotik maddələrin qəbulu, üzərində saxlanılması və daşıması barədə onlarda məlumat olmuşdur. Lakin, Təqsirləndirilən şəxs saxlanılması üçün keçirilmiş əməliyyat tədbirində o, iştirak etməmişdir. Ümumiyyətlə onun saxlanıldığı gün o, Təqsirləndirilən şəxs görməmiş, onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir fiziki və ya psixi təsir göstərilməmiş və belə bir halın şahidi olmamış və onun tərəfindən sonuncuya hər hansı bir narkotik maddə verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirməmiş və sonuncu özünü müdafiə xarakterli ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 28.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.07.2021-ci il tarixli 6/3170 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 125 nömrəli dairəvi möhür əksi olan, ad, soyad və imzalaar qeyd edilmiş bir ədəd zərfdə olan (beş) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,167 qr, 0,164 qr, 0,148 qr, 0,135 qr, 0,206 qr, ümumi təmiz çəkisi 0,820 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. (heroinin ümumi təmiz çəkisi-0,820 qram, tədqiqata sərf edildi-ümumi 0,15 qram (hər maddədən 0,03 qram), qalıq-0,670 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 07.10.2021-ci il tarixli, 3824 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Nemət oğlunda opoidlərin qəbulu nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nemət oğlunun üzərindən aşkar olunmuş bükümün 05 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün qismən etirafına və narkotik vasitənin 5 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həm satış, həm də istifadə etmə məqsədi ilə əldə etməsini təkzib etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 5 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü ümumiyyətlə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 11.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021ci il tarixli 4(060)-366/2021 saylı qərarı ilə isə barəsində həbsdə saxlama müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 23 oktyabr 2021-ci il tarixli 4(060)-551/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün, yəni 12 noyabr 2021-ci il tarixədək uzadılmış, eyni məhkəmənin 11.11.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul olunanadək uzadılmış və həmin məhkəmənin 17.11.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,670 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91 (doxsan bir) manat, 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs Nemət oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli (iş № 1(060)-731/2021) qərarını icra edərək, 30 oktyabr 2021-ci il tarixli 1431 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,670 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 91 (doxsan bir) manat, 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-105/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-105/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver